Press "Enter" to skip to content

Müasir təhsilin aktual problemləri

Təhsil sistemini elə formalaşdırmaq olar ki, müəssisənin rəhbəri olan hər kəs könüllü olaraq daim təhsilini artırsın, müasir təlim metodlarına yiyələnsin. Elə sistem formalaşdırılmalıdır ki, təhsil müəssisəsinin rəhbərinin iş qabiliyyəti hər an üzə çıxsın.İlin yekununda rəhbərliyin illik hesabatı dinlənilməli və rəhbərliyin işi layiqincə qiymətləndirilməlidir. Nöqsan və geriləmə varsa, müzakirə edilib,ən düzgün qərar qəbul edilməlidir . Ona görə ki, təhsil ip deyil ki qırılanda düyünləyəsən,təhsil zəncir kimi bir sistemdi,qırılanda bərpa etmək mümkün olmur, rəhbərlikdə baş verən kiçik nöqsan böyüyərək dözülməz vəziyyət yaradır.

Biolog2017

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrand layihənin qalibi.

TƏHSİLİN İDARƏ OLUNMASININ AKTUAL PROBLEMLƏRİ.

On 26 Ocak 2022 By biolog2017 de Şəxsi yazılarım

Xülasə:Təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət edir. Bu fikrin xüsusi dəlillərlə sübuta ehtiyacı yoxdur, çünki insan cəmiyyətinin çoxəsrlik tarixi bunu sübut edir.

Açar sözlər: təhsil,strategiya,idarəetmə,sosium

“Cəmiyyətin gələcək tərəqqisi bir çox

cəhətdən indi gənclərimizə nəyi və necə

öyrətməyimizdən asılı olacaqdır”.

Təhsilin məzmununun strateji müddəası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yuxarıdakı fəlsəfi kəlamında verilmişdir. Təhsilin məzmunu elə müəyyənləşdirilməlidir ki, gənclərimiz həm vətənpərvər, həm də müasir tələblərə cavab verə bilən bilikli insan kimi formalaşsınlar. Təhsilin məzmununu təhsilin qarşısında duran məqsədə uyğun formalaşdırılmalıdır.

Təhsildə keyfiyyət həmişə hamını narahat etmişdir. Məhz buna görə müasir dövrdə pedaqopika, psixologiya, menecment, marketinq elmlərinin müasir inkişaf səviyyəsindən istifadə edərək qərara gəlmişdir ki, təhsilin keyfiyyətinin idarə olunması vasitələrini araşdırsın. Çünki müxtəlif səviyyəli müəllimlər, pedaqoqlar qiymətləndirməyə öz başa düşdükləri kimi yanaşırlаr. Bu dа prоblеmi çətinləşdirməklə bərаbər, həm də аktuаllаşdırır. Şagirdlərin bilik, bacarıq və vərdişlərini, vətəndaşlıq səviyyəsini qiymətləndirmək pedaqoji elm sahəsinə aid olmasına baxmayaraq, bu problem həm də təhsil müəssisəsini idarə edən məktəb rəhbərlərinə – təhsil menecerlərinə də aiddir. Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı, təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşüncənin ümumi axarından ayırmaqdadır. Pedaqogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. İnsanın tərbiyəsi, həyat üçün hazırlanması, bilik və bacarıqlara yiyələnməsi, insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsidir. Təsadüfi deyildir ki, bu cür məsələlərə məhz filosofların əsərlərində müraciət edilmişdir.

Pedaqogika tətbiqi fəlsəfədir. Buna görə də, təhsildə mövcud olan problemlərin əsaslarını və qanunauyğunluğunu fəlsəfədə axtarmaq lazımdır. Təlimin, təhsilin, tərbiyənin və inkişafın problemlərini fəlsəfəsiz həll etmək mümkün deyil. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və verilən məsləhətlər bir o qədər əsaslı olur. Nə öyrətmək, nə vaxt və necə öyrətmək? Yəni, psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir. Təhsildəki nöqsanları aradan qaldırmaq üçün bu istiqamətdə tədqiqatları genişləndirmək, pedaqoji kadrların psixoloji hazırlığını yüksəltmək, təhsil prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata keçirmək lazımdır.Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla həmin dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir.
Bu bir təkzib olunmaz həqiqətdir ki, bu günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür.

Aydındır ki, təhsil sahəsindəki problemlər irili-xırdalı mövcuddur. Lakin mövcud olan problemlər vaxtında həll edilməlidir ki, ali təhsil sferasında keyfiyyət göstəricilərinin sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun.Təhsil olmadan keyfiyyət,keyfiyyət olmadan da rifahımızı yaxşılaşdıra biləməyəcəyik.Əfsuslar olsun ki,ölkə təhsil sistemimizlə istehsalat və keyfiyyətdə layiqli keyfiyyəti ortaya qoyan dinamikliyi əldə edə bilməmişik.

YUNESKO sənədlərində qeyd olunduğu kimi, müasir dövrün tələblərinə cavab verən təhsil sistemi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

  • Bilməyi öyrənmək – şagirdlərin öz bilikləri ilə gündəlik quruluşu nəzərdə tutur …
  • Yapmağı öyrənmək – əldə edilmiş biliklərin praktik tətbiqini nəzərdə tutur;
  • Yaşamağı öyrənmək – öz inkişafları, ailələri və cəmiyyətləri üçün heç bir ayrı-seçkilik etmədən yaşamaq qabiliyyətinə yönəlmişdir;
  • Olmağı öyrənmək – hər bir insanın potensialının inkişafına yönəlmişdir.

Təhsildə keyfiyyət məsələsi həmişə gündəmdə olmuşdur. Aydındır ki, məktəb varsa, keyfiyyət də olmalıdır. Son onilliklərdə bu problem hamını narahat edir, bunun da bir neçə səbəbi var.

Məktəblərimizdə son zamanlar gözə çarpacaq dərəcədə (məktəb tikintisi, təmiri, avadanlıqla, kompüterlə təminatı və s.) ciddi dəyişikliklər göz qarşısındadır. Ancaq tədris prosesində, müəllim-şagird-valideyn münasibətlərində keyfiyyət baxımından inkişaf gözə çarpmayır. Müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, bizim müəllimlərin əksəriyyəti köhnə dünyagörüşü ilə işləyir. Təhsil müəssisələrinin rəhbərlərinin bir çoxu isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər. Bu hal isə, əlbəttə ki, şagirdlərin geri qalmasına şərait yaradır.

Təhsili idarə edənlər, müəllimlər və valideynlər uşaqların əvəzinə onların gələcək həyatlarının istiqamətlərini layihələşdirməyə çalışırlar. Belədirsə, biz düşünməliyik:

– Uşaqlar yaşlılar tərəfindən arzu və istəkləri nəzərə alınmadan layihələşdirilmiş təhsil müəssisələrində özlərini nə dərəcədə komfort şəraitdə hiss edirlər. ?

– Uşaqları təhsil məkanında yaşlılar tərəfindən təklif edilən fəaliyyət istiqamətləri təmin edirmi?

– Proqramlar, dərsliklər uşaqların xoşuna gəlirmi, axı onları bu vasitələrlə tərbiyə edir, həyata hazırlayırlar?

– Nəhayət, dövlət təhsil standartları bütün məktəbliləri təmin edirmi?

İllər keçdikcə aydın olur ki, xarici mühit böyüməkdə olan nəslə qarşı nə qədər diqtəedici mövqe tutacaqsa, böyüyən şəхs bir o qədər subyektə çevrilməyəcək. Bunun nəticəsidir ki, müəllim, şagird və psixoloqların əlaqəli fəaliyyəti nəticəsiz qalır. Çünki yüksək təhsil nəticələri o zaman əldə olunur ki, uşaqların öz təhsilləri sahəsində maraqları müəllim, tərbiyəçi və bütövlükdə məktəbin maraqları ilə üst-üstə düşsün.

Təhsildə qiymətləndirmənin üç aspekti fərqləndirilir:

1) kəmiyyət, yəni maraqlandığınız hadisənin nəzərə çarpan xüsusiyyətləri, məsələn, biliyin həcmi, müxtəlif maraqların miqdarı, testdə düzgün cаvаbların miqdarı və s;

2) bizi maraqlandıran, narahat edən hadisənin baş verməsi hallarının sayı;

3) hər hansı bir hadisənin, narahatlığa səbəb olan halın həcmi, baş vermə qüvvəsi, intensivliyi. Təhsilin idarə olunmasının elmi-nəzəri və elmi-praktik məsələləri ilə bаğlı aparılmış tədqiqatlar imkan yaradır ki, bəzi qiymətləndirmə parametrlərini açıqlayaq.

Təhsildə keyfiyyət əldə etmək üçün bu dörd nəticəyə xüsusi diqqət yetirmək lazımdır.

Bilik, bacarıq, vərdişlər;

Şəxsiyyətinin inkişaf səviyyəsi;

Şəxsiyyətin sosiallaşmasının səviyyəsi.

Göründüyü kimi, təhsil sektoru həm sosiumun, həm də dövlətin əsas, aparıcı sahələrindəndir və onun inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran vacib prioritetlərdən biridir.

Məlum olduğu kimi, strategiyada strateji əhəmiyyətli 5 istiqamətdə tədbirlər nəzərdə tutulur. Birinci strateji istiqamət “səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmunu”nun yaradılmasından ibarətdir. Fikrimcə, səriştəli ilə səriştəsizi bir-birindən fərqləndirmək üçün təhsil sistemində köklü dəyişikliklər aparılmaldır. Öz təcrübəmdən bilirəm ki, təhsilimizdə olan problemlər zəncir kimi bir-birindən asılıdır. Hamımıza məlumdur ki, məktəbin idarə olunmasında, qiymətləndirilmədə və başqa məsələlərdə ciddi problemlər vardır. Məktəb, sinif, dərs müxtəlif xarakterlərin formalaşdığı bir prosesdir. Sirr deyildir ki, sinfə daxil olan şagirdlərin heç də hamısı öyrənmək həvəsi ilə daxil olmur. Eyni sinifdə oxuya bilənlə oxuya bilməyən əyləşir. Aydın məsələdir ki, problemlər çoxdur. Ona görə də təhsil sistemi elə qurulmalıdır ki, səriştəsiz və səriştəli iş prosesində kənar müdaxilə olmadan görülən işin nəticəsinə əsasən bir-birindən ayrılsın. Bunun üçün valideyn-şagird-müəllim münasibətləri yeni əsaslar üzərində qurulmalıdır.

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət müasir təlim metodlarını tətbiq edən təhlsil verənin formalaşmasına xidmət edir.

Strategiya”da müəllimlərin tədris metodları və bu sahədə mövcud olan nöqsanlar açıq şəkildə qeyd edilmişdir. İstər-istəməz belə bir sual ortaya çıxır: Necə etmək olar ki, bu problemlərdən qurtarmaq mümkün olsun? Hər bir təhsil verənin öz üzərində işləməsinə necə nail olmaq olar? Öz düşüncələrimə əsasən deyə bilərəm ki, mövcud təhsil sistemində bu problemləri həll etmək mümkün deyildir. Çünki hər bir müəllim ondan asılı olmayan problemlə qarşılaşır. Müasir təlim metodlarını öyrənmək və tətbiq etmək haqqında fikirləşir. Daha çox ciddi problemlər dərs prosesində özünü göstərir. Eyni sinifdə müxtəlif qabiliyyətli, öyrənməyə həvəsi olan və olmayan şagirdlərin əyləşməsi dərs prosesinə mənfi təsir göstərir. Sirr deyildir ki, şagirdlərin müəyyən hissəsi “3” qiymət alıb orta məktəbi birtəhər bitirmək istəyir. Şagirdlər yuxarı siniflərə keçdikcə dərs prosesinə münasibəti daha da formalaşır. Əgər onun iştirak etdiyi dərs gələcək ixtisasına uyğundursa, onda öyrənməyə çalışacaqdır. Əgər uyğun deyildirsə, müəllimin səriştəli və ya səriştəsiz olmasından asılı olmayaraq problemlər yaranacaqdır. Bilirik ki, təlimə münasibət tərbiyəyə təsir deməkdir. Təlim və tərbiyə bir-birindən asılı olan məsələlərdir. Ona görə də hər bir müəllim öz dərsində tam sərbəst olmalıdır. Elə sistem yaradılmalıdır ki, müəllim hər bir dərs üçün öz üzərində çalışsın, hazırlaşsın, bütün bacarığı üzə çıxsın və şagirdləri öyrədə bilsin. Bunun üçün, ilk növbədə, mövcud olan formalizm halları aradan qaldırmalıdır. Formalizm varsa, deməli, hər cür nöqsan yarana bilər. Bəs formalizmi aradan necə qaldırmaq olar? Bunun bir yolu vardır. Bir daha qeyd etmək istərdim ki, bunun üçün valideyn-şagird-müəllim münasibətləri yeni əsaslar üzərində qurulmalıdır.

Üçüncü strateji istiqamət məktəbin idarə edilməsi ilə əlaqədardır.
Ümumiyyətlə, təhsil sistemi yeni əsaslar formalaşarsa, üzərində istənilən idarəetmə forması elmi-metodiki cəhətdən fəaliyyət göstərər. Bu zaman həm şəffaflıq təmin olunar, həm də külli miqdarda vəsait boş yerə xərclənməz.

Məktəbdə işin müxtəlifliyi, mürəkkəbliyi və vacibliyi məktəb direktorundan yüksək təşkilatçılıq, hadisələrin gedişini görmək və daha çox nailiyyətlər əldə etmək üçün məktəbdə gedən bütün proseslərə operativ müdaxilə etməyi tələb edir. Təcrübə göstərir ki, məktəb direktoru çox vaxt bunlara nail ola bilmir. Bunun əsas səbəblərindən biri əməyin lazımi şəkildə təhlil olunmamasıdır. Məktəb direktoru birinci növbədə müəllimdir, tərbiyəçidir. Buna görə onun təşkilatçılıq qabiliyyəti və enerjisi təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə və onun səmərəliliyinin yüksəldilməsinə istiqamətləndirilməlidir. Pedaqoji kollektivin əməyini düzgün və elmi şəkildə qurmalıdır. Pedaqoji kollektivin fikrinə istinad edərək demək olar ki, məktəbin direktorunda aşağıdakı keyfiyyətlər qabarıq şəkildə özünü göstərməlidir.

– Azərbaycanın inkişaf edib çiçəklənməsi üçün geniş dünyagörüşə malik olması;

– kollektivə rəhbərlik etmə bacarığı, onları işlətmək üçün təşkilatçılığı, insanlarda olan keyfiyyəti qiymətləndirmək və tələbkarlıq bacarığının olması;

– həssaslıq, insani keyfiyyət, insanlara qarşı diqqət və qayğı, şagirdlərə məhəbbət və onları başa düşmə qabiliyyəti;

– ədalətli, prinsipial, məktəbdə və ictimaiyyət arasında yüksək nüfuza malik olmaq;

– nəzəri və praktik biliyi artırmağa, özünütəhsilə fikir verməsi;

– yeni, qabaqcıl təcrübəyə müsbət münasibəti, təcrübənin ümumiləşdirmək bacarığının olması;

– öz əməyini düzgün təşkil etmək, əsas qlobal məsələləri daim nəzərdə tutmaq

– işə vicdanla yanaşması, sistematik olaraq işdən ayrılmaması;

– təsərrüfat məsələlərini həll etmək bacarığı;

– proqram materialları həcmində bütün tədris planında olan fənlər haqqında müəyyən biliyin olması;

– kifayət qədər pedaqoji stajın olması;

Təhsil sistemini elə formalaşdırmaq olar ki, müəssisənin rəhbəri olan hər kəs könüllü olaraq daim təhsilini artırsın, müasir təlim metodlarına yiyələnsin. Elə sistem formalaşdırılmalıdır ki, təhsil müəssisəsinin rəhbərinin iş qabiliyyəti hər an üzə çıxsın.İlin yekununda rəhbərliyin illik hesabatı dinlənilməli və rəhbərliyin işi layiqincə qiymətləndirilməlidir. Nöqsan və geriləmə varsa, müzakirə edilib,ən düzgün qərar qəbul edilməlidir . Ona görə ki, təhsil ip deyil ki qırılanda düyünləyəsən,təhsil zəncir kimi bir sistemdi,qırılanda bərpa etmək mümkün olmur, rəhbərlikdə baş verən kiçik nöqsan böyüyərək dözülməz vəziyyət yaradır.

Dördüncü strateji istiqamət hər kəsin ömür boyu təhsil almasını təmin edən infrastrukturun yaradılmasını nəzərdə tutur.

Məlumdur ki, müasir dövr elm və texnologiyanın yüksək səviyyədə inkişafı ilə əvvəlki dövrlərdən tamamilə fərqlənir. Bu gün öyrənilmiş mövzu ola bilsin ki, sabah köhnəlmiş ola bilər. Ona görə də müasir həyat daim öyrənməyi tələb edir. Bu isə yeni təhsil sisteminin necə formalaşdırılmasından asılı olacaqdır. Öyrənmək sahəsinsə müəllimin üzərinə daha çox məsuliyyət düşür. Müəllim hər bir mövzu ilə əlaqədar hazırlaşmalı, öyrənməli və yeni məlumatlar əldə etməlidir. Müəllim öyrənməni hansısa nəzarətə görə deyil, öyrətmək üçün, daxili ehtiyac üçün öyrənməlidir. Ona bilik və bacarığından istifadə etmək üçün imkan və şərait yaradılmalıdır. Son nəticəyə uyğun olaraq əmək haqqı almalıdır.
Beşinci strateji istiqamət təhsilimizin mailiyyələşdirilməsi ilə əlaqədardır.

Təhsilin keyfiyyətinin idarə edilməsi funksiyalarını açıqlamaq üçün, hər şeydən əvvəl, “idarəetmə funksiyası” ifadəsinin mənasını açıqlamaq lazımdır. “Funksiya” sözü latın sözü olub, həyata keçmə, həll olunma deməkdir. Bu, idarəetmə obyekti ilə idarə edən sistem arasında münasibətlərin qurulmasıdır. Bu münasibətlər idarə edən sistem tərəfindən idarə olunan proseslərin məqsədyönlülüyünü və təşkilati baxımdan məqsədə yatımlılığını əldə etmək üçün həyata keçirilən müəyyən fəaliyyətdir. Məqsədimiz təhsilin keyfiyyətinin idarə edilməsidirsə, təhsilin keyfiyyətinin idarə olunması prosesinin açıqlanması lazımdır.Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, burada söz idarəetmənin ümumi funksiyalarından gedəcək.

Təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət edir. Bu fikrin xüsusi dəlillərlə sübuta ehtiyacı yoxdur, çünki insan cəmiyyətinin çoxəsrlik tarixi bunu sübut edir. Hələ Aristotel yazırdı ki, “Qanun verənlər gənclərin tərbiyəsinə xüsusi diqqətlə yanaşmalıdırlar, çünki hansı dövlətlərdə bu problemlər diqqət mərkəzində deyil, həmin ölkədə dövlət quruluşu ziyanlarla üzləşir. Aydındır ki, dövlət quruluşu formasından asılı olmаyaraq, tərbiyənin forma və məzmununa möhtacdır.

Аpаrılan müşаhidələr, söhbətlər və аnkеt sоrğulаrındаn аydın оlur ki, müəllimlərin hеç də hаmısı məktəbdə həvəslə çаlışmır, dərslərə lаzimi səviyyədə hаzırlаşmır, əməkdаşlıq pеdаqоgikаsınа əməl еtmir, məktəb rəhbərlərinin göstərişlərinə və vəzifələrinin həyаtа kеçirilməsinə mаrаq göstərmir bu dа təlimtərbiyə prоsеsinin kеyfiyyətinə nеqаtiv təsir göstərir. Müəllimin prоfеssiоnаl şüurundа gözə çаrpаn bеlə stеrеоtiplər və nöqsаnlаrlа tеz-tеz rаstlаşır və оnlаrın аrаdаn qаldırılmаsı hаqqındа düşünüb yоllаr ахtаrırlаr.Аydındır ki, pеdаqоji fəаliyyətin müvəffəqiyyəti müəllimlərin bilik səviyyəsindən və pеdаqоji ustаlığındаn аsılıdır.

  1. M. Mərdanov, R. Ağamalıyev, A. Mehrabov, F. Qardaşov. Təhsil sistemində monitorinq və qiymətləndirmə, Bakı-2003
  2. А.Mеhrаbоv. Аzərbаycаn təhsilinin müаsir prоblеmləri, Bаkı,2007, səh.385
  3. Ramiz Məmmədzadə Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi Bakı 2010
  4. Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah Bakı-2003

Müasir təhsilin aktual problemləri

10:13 20 Mart 2023

Heydər Əliyevin siyasi mübarizəsi tarixin səhifələrinə yazılıb

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir

9 yeni şəhər, 300-dən çox kənd və qəsəbə

Novruz – milli özünüdərk bayramı

Qardaşlığın Ankara Zirvəsi

Azərbaycan Avropa üçün logistik imkanları baxımından da cəlbedici ölkədir

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir

Azərbaycan öz resurslarına güvənir

Avropanın ümid yeri Azərbaycandır

Gələcəyə böyük ümidlər yaradan qlobal forum

Yeni büsatın mübarək, torpağım!

Bakıdan dünyaya sülh çağırışı

Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

23 May 2014 07:05

“Müəllim hazırlığının müasir problemləri: texnologiya,təhsil və inkişaf” mövzusunda Beynəlxalq konfrans başa çatmışdır

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda üçüncü Beynəlxalq elmi konfrans mayın 23-də öz işini başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, konfransın bağlanış mərasimində institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı iki gün davam etmiş tədbirin əhəmiyyətindən, bölmə iclaslarında müzakirə olunmuş mövzuların vacibliyindən və aktuallığından danışmışdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizin müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, eləcə də bir sıra xarici dövlətlərin – Fransa, Avstriya, Hindistan, Rusiya, Ukrayna və Gürcüstanın nüfuzlu universitetlərinin, elmi-tədqiqat institutlarının tanınmış alimlərinin iştirak etdiklərini diqqətə çatdıran A.Naxçıvanlı bildirmişdir ki, konfransda müzakirə olunan mövzu ilə bağlı müxtəlif ölkələrin nümayəndələri tərəfindən bir sıra dəyərli təkliflər irəli sürülmüş, fikirlər səslənmişdir. AMİ-də artıq üçüncü dəfə keçirilən konfrans gələcək əlaqələrin əsasını qoyacaqdır.
Rektor tədbir iştirakçılarına uğurlar arzulamış, onları növbəti konfranslarda yenidən görmək istədiyini bildirmişdir.
Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, onların fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Bildirilmişdir ki, konfransın işi beş bölmədə – “Təhsilin inkişafına dair dövlət strategiyası və müəllim hazırlığının aktual problemləri”, “Müəllim hazırlığında psixoloji aspektlər və inklüziv təhsil”, “Təhsil və tərbiyə sistemlərinin səmərəli təşkili yolları”, “Müəllim hazırlığında innovasiyalar. Müasir təlim texnologiyalarından istifadə”, “Müəllim hazırlığının müxtəlif pillələrinin özünəməxsusluğu və qarşılıqlı əlaqəsi” bölmələrində təşkil edilmişdir. İclaslarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Fransa, Hindistan və digər ölkələrdən alim və mütəxəssislər müəllim hazırlığı probleminə həsr olunmuş məruzələrlə çıxış etmişlər.
Tədbirdə “Müasir təhsilin aktual problemləri”, “Peşə fəaliyyətinə hazırlığın formalaşdırılması yolları”, “Pedaqoji fəaliyyətin qiymətləndirilməsi”, “Müəllim hazırlığının aktual problemləri”, “Təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimin rolu” və digər mövzularda ümumilikdə 140-dək məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
Sonda konfransın işində fəal iştirak edənlərə sertifikat və hədiyyələr təqdim edilmişdir.

Psixi sağlamlıq və müasir təhsilin bəzi problemləri məsələləri

Psixi sağlamlıq insan sağlamlığının mühüm tərkib hissəsidir. Yeniyetmələrə gəldikdə isə, bu məsələ həmişə aktualdır, çünki yeniyetməlik dövründə psixi sağlamlığın qorunması üçün tədbirlərin görülməməsi yetkinlik dövründə uzunmüddətli pis nəticələrə səbəb ola bilər, bütövlükdə insanın vəziyyətinə mənfi təsir göstərə və dolğun həyat imkanlarını məhdudlaşdıra bilər.

Просмотр содержимого документа
«Psixi sağlamlıq və müasir təhsilin bəzi problemləri məsələləri»

Psixi sağlamlıq və müasir təhsilin bəzi problemləri məsələləri

Psixi sağlamlıq insan sağlamlığının mühüm tərkib hissəsidir. Yeniyetmələrə gəldikdə isə, bu məsələ həmişə aktualdır, çünki yeniyetməlik dövründə psixi sağlamlığın qorunması üçün tədbirlərin görülməməsi yetkinlik dövründə uzunmüddətli pis nəticələrə səbəb ola bilər, bütövlükdə insanın vəziyyətinə mənfi təsir göstərə və dolğun həyat imkanlarını məhdudlaşdıra bilər. Psixi pozğunluqların qarşısının alınması məsələsi xüsusilə də imtahanlar dövründə – narahatlıq və stresslə kəskinləşir. Ona görə də müəllimlərə şagirdlərin emosional vəziyyətinə təsir edən amilləri, eləcə də yeniyetmələrin psixi sağlamlığını qoruyub saxlamağın yollarını bilməsi vacibdir. Bu məlumatlarından həm də valideynlərin maarifləndirmə işində istifadə oluna bilər.
Psixi sağlamlığın 16 əlaməti

6.Öz-özünlə münasibət qurmaq bacarığı

7.Stressdən sonra münasibət qurmaq bacarığı

8.Realist özünü qiymətləndirmə

9. Dəyər istiqamətləri sistemi

10. Duyğuları idarə etmək bacarığı

13. Kifayət sayda müdafiə mexanizminə sahib olmaq

14.Özünüz və ətrafdakılar üçün nə edəcəyinizin balansı

15. Canlılıq hissiyyət

16. Dəyişə bilməyəcəimizi olduğu kimi qəbul etmək bacarığı

Jan Vilyam Frits Piaje (1896-1980) – İsveçrə psixoloqu və filosofu, uşaq psixologiyasının tədqiqi ilə bağlı fəaliyyəti ilə məşhur alim olmuşdur. O, həm də koqnitiv inkişaf nəzəriyyəsinin yaradıcısıdır. J.Piaje hesab edirdi ki, şəxsiyyət yeniyetmə dövründə tam formalaşır və onda həyat proqramı formalaşır.

Erik Homburger Erikson (1902-1994) məhşur alman psixoloqu və psixoanalitiki idi. O, daha çox psixososial inkişafın mərhələləri nəzəriyyəsi ilə, həmçinin “şəxsiyyət böhranı” termininin müəllifi kimi tanınır. Onun oğlu Kay T. Erikson tanınmış amerikalı sosioloqdur. E. Erikson isə hesab edirdi ki, yeniyetməlik dövrü insan həyatının ən çətin dövrüdür.

Müasir təhsilin aktual problemləri

Yerli təhsil sistemi, eləcə də bütövlükdə pedaqogikanın vəziyyəti bu gün bir sıra aktual problemləri vurğulayır. Əvvəla, bu, cəmiyyətdə mənəvi, əxlaqi və sosial dəyər kimi həqiqi vətənpərvərlik hissini canlandırmaq yollarının axtarışı ilə əlaqəli bir problemdir. Vətənpərvərlik hissini milli mənlik şüuru olmadan, doğma xalqla mənəvi bağlılıq hissi əsasında təsəvvür etmək mümkün deyil. Tarixi təcrübə göstərir ki, öz xalqının mədəniyyətindən, onun keçmişindən və bu günündən xəbərsiz olmaq nəsillər arasındakı əlaqənin – zaman əlaqəsinin pozulmasına gətirib çıxarır ki, bu da insanın və bütövlükdə xalqın inkişafına düzəlməz ziyan vurur. Azərbaycan müxtəlif xalqların, millətlərin, etnik və dini qrupların yaşadığı tolerant bir ölkədir. Müxtəlif millətlərin nümayəndələri arasında razılığa nail olmaq üçün səmərəli vasitə kimi millətlərarası ünsiyyət mədəniyyətinin formalaşdırılması problemi xüsusi aktuallıq kəsb edir. Müəyyən sosial hadisələr və mürəkkəb sosial problemlər gənclərə təsir göstərir. Bu şəraitdə çoxmillətli mühitdə şagird davranışı etikasının formalaşdırılması, millətlərarası tolerantlığın tərbiyəsi problemləri mühüm əhəmiyyətlidir. Bütün sosial institutların və ilk növbədə məktəblərin fəaliyyəti bu problemin həllinə yönəldilməlidir. Məhz məktəb cəmiyyətində uşaq humanist dəyərləri və tolerant davranışa əsl hazırlığı inkişaf etdirə bilər və inkişaf etdirməlidir.

Bugünkü reallığa xas olan sosial inkişaf meylləri ailə tərbiyəsi problemini aktuallaşdırmışdır. Ölkəmizdəki bir çox problemlər uşağın təbii bioloji və sosial müdafiəsi institutu kimi ailənin maddi və mənəvi sağlamlığına mənfi təsir göstərir, bir çox sosial problemləri üzə çıxarmışdır. Məsələn, ailələrin sosial nizamsızlığı; valideynlərin maddi və mənzil çətinlikləri; qohumlar arasında qeyri-sağlam münasibətlər; əxlaqi prinsiplərin zəifliyi və böyüklərin şəxsiyyətinin deqradasiyası ilə əlaqəli mənfi hallar – narkomaniya, uşağın tərbiyəsi ilə bağlı vəzifələrdən qəsdən yayınma və s. Bunların nəticəsində isə disfunksiyalı ailələrin sayı artır. Ailə disfunksiyasının parlaq təzahürü uşaqlara qarşı zorakılığın artmasıdır, bunun bir çox formaları var – emosional və mənəvi təzyiqdən tutmuş fiziki güc tətbiqinə qədər. Statistikaya görə, hər il çox sayda uşaq valideynlərin özbaşınalığından əziyyət çəkir. Belə uşaqlar içərisində intihara cəhd edənlər də olur. Buna görə də, ailə təhsilinin səmərəliliyinin artırılması yollarının axtarışı və bu problemin həlli pedaqoji nəzəriyyədə əsas vəzifələrdən biridir.

Bunlar sadəcə şəxsi nöqteyi-nəzərdir və müasir təhsilin ən aktual problemlərindəndir ki, onların uğurlu həllindən gənc nəslin və bütövlükdə xalqın taleyi asılıdır.

Təhsilin milli orijinallığı

Cəmiyyətdə qəbul edilmiş davranış norma və qaydalarını insana çatdırmaq üçün tərbiyə həmişə konkret xarakter daşımış və hər şeydən əvvəl milli mənəviyyatın, adət-ənənələrin, əxlaqın xüsusiyyətlərini əks etdirmişdir. Bu faktı K. D. Uşinski belə qeyd edərək yazırdı: “Təhsil, gücsüz olmaq istəmirsə, populyar olmalıdır, milliyyətə nüfuz etməlidir”. Hər bir ölkədə sosial təhsilin ümumi adı və müxtəlif ümumi pedaqoji formalar altında xalqın xarakteri və tarixi ilə yaradılmış özünəməxsus xarakterik konsepsiya var. K.D.Uşinski dünyanın qabaqcıl ölkələrinin təhsil sistemlərini dərindən təhlil edərək belə nəticəyə gəldi ki, bütün xalqlar üçün ümumi təhsil sistemi yoxdur, çünki “bütün Avropa xalqlarının pedaqoji formalarının oxşarlığına baxmayaraq, hər xalqın öz xüsusi milli təhsil sistemi, öz xüsusi məqsədi və bu məqsədə çatmaq üçün öz xüsusi vasitələri vardır”. Təhsilin milli özünəməxsusluğu onunla müəyyən edilir ki, hər bir xalqın özünəməxsus həyat tərzi, milli adət-ənənə və milli mentalitet xüsusiyyətlərinə uyğun şəxsiyyət formalaşdırır. Müxtəlif xalqlar arasında həyat tərzinin xüsusiyyətləri bir çox spesifik amillərin təsiri altında formalaşır: təbii-iqlim şəraiti, dil, din (inanclar), əmək şəraiti (kənd təsərrüfatı, ovçuluq, balıqçılıq, maldarlıq və s.). Müəyyən bir millətin sosial mühitində qalan insan istər-istəməz bu konkret xalqın, icmanın, tayfanın həyat tərzinə uyğun olaraq formalaşır; onların dəyər oriyentasiyalarını mənimsəyir və bölüşür və müvafiq olaraq onların hərəkətlərini, əməllərini, davranışlarını tənzimləyir. Tərbiyə prosesində xalq pedaqogikası dəqiq müəyyən edilmiş qaydaları rəhbər tutur, bunun əsasında təsir üsulları seçilir, o cümlədən göstərmək, öyrətmək, məşq etmək, xoş arzular, dua, sehr, xeyir-dua, istehza, qadağa, məcburiyyət, qınama, nifrət, and, cəza, hədə-qorxu, nəsihət, xahiş, məzəmmət və s.. Xalq pedaqogikasında ən geniş yayılmış və təsirli tərbiyə vasitəsi xalqın təbiətə, dünyəvi müdrikliyə, əxlaqi ideallara, ictimai arzulara baxışlarını əks etdirən şifahi xalq yaradıcılığıdır. Şəxsiyyətin tərbiyəsində xalq pedaqogikasının güclü potensialını nəzərə alaraq, müasir pedaqoji təcrübə regionlarımızın milli mədəniyyətini canlandırır. Təhsilin milli özünəməxsusluğunun öyrənilməsi və ondan gənc nəslin tərbiyəsi vasitəsi kimi istifadə edilməsi problemləri pedaqoji elmin xalq, etnik tərbiyənin qanunauyğunluqlarını və xüsusiyyətlərini öyrənən bir sahəsi olan etnopedaqogika çərçivəsində öyrənilir. Xalq pedaqogikasının ən zəngin ənənələrinin gənc nəslin təlim-tərbiyəsində təsirli vasitəyə çevrilməsi üçün hər bir etnik qrup tərəfindən təhsilin milli özünəməxsusluğunun nəzərə alınması əsasında təhsil sistemlərinin yaradılması üçün düzgün və real imkanlar təmin edilməlidir. Bunun üçün lazımdır:

• ana dilinin prioriteti, dilinin yüksək səviyyədə öyrənilməsi, biliyi və istifadəsinin əvəzsiz qorunması ilə dillərin paritetinə doğru tədricən hərəkət; xarici dillərin yüksək səviyyədə tədrisi və onların siyahısının əhəmiyyətli dərəcədə genişləndirilməsi;

• məktəblərində doğma xalqın tarixinin dərindən öyrənilməsinin təmin edilməsi;

• məktəb binalarının, məktəbin ərazisinin və mikrorayonun layihələndirilməsində milli, intellektual, bədii və digər ənənələrin mütləq nəzərə alınması;

• bədii sənətkarlıq, incəsənət, xalq bayramları, oyunlar, şənliklərin bərpası; ənənəvi təhsil mədəniyyətinin dirçəldilməsi, müəllimlərin, şagirdlərin, valideynlərin və əhalinin onunla tanış olması;

• mənəvi mədəniyyətin zənginləşdirilməsi, mənəviyyatının inkişafı üzrə xüsusi tədbirlər sistemi (bu, təhsilin məzmununun genişmiqyaslı dəyişməsi ilə əlaqədardır); ibtidai məktəb üçün etnopedaqoji əsasda oxumaq üçün kitablar nəşr etmək lazımdır;

• folklorun yalnız ədəbiyyatın tarixə qədərki tarixi kimi təfsirinə son qoyulması, onun 1-11-ci siniflərdən müstəqil fən kimi daxil edilməsi, o cümlədən xalq mənəvi, əxlaqi, musiqi, bədii, əmək, xalq yaradıcılığının paralel nəzərdən keçirilməsi prosesində bütün məlum janrların öyrənilməsi, idman ənənələri, etiketləri; mahnıların, nağılların, atalar sözlərinin, tapmacaların müstəqil akademik fənlər kimi xüsusi fakultativ və dairəvi öyrənilməsinin təşviqi;

• xalqın həyat tərzinin təhsil sistemində mümkün qədər təkrar istehsalı, qabaqcıl səviyyəli milli ümumtəhsil məktəblərinin (gimnaziyalar, liseylər, kolleclər, real məktəblər) sayının genişləndirilməsi;

• milli əlaqələrin qarşılıqlılıq, demokratiya və humanizm əsasında möhkəmləndirilməsi, ümumbəşəri dəyərlərə diqqətin artırılması, onların milli mühitə çevrilməsi üçün əlverişli şəraitin yaradılmas.

Aztəminatlı ailələrlə iş

Müasir cəmiyyətimizdə bəzi problemlər təhsildə də bir çox çətinliklərə səbəb olur. Onların arasında ən mühümlərindən biri ailədə uşaq tərbiyəsi problemidir. Ailə tərbiyəsində problemlərin obyektiv sosial-iqtisadi səbəbləri arasında ən mühümləri aşağıdakılardır:

– həyat səviyyəsinin aşağı düşməsi və uşaqların vəziyyətinin pisləşməsi (cəmiyyətin kəskin sosial-iqtisadi təbəqələşməsi, dövlət sektorunun dövlət tərəfindən maliyyələşdirilməsində daimi kəsir, gizli və açıq işsizliyin artması);

-uşaqlıq dövrünün sosial infrastrukturunun azaldılması və mənəvi və fiziki inkişafın həyati sahələrində uşaqlar üçün sosial təminatların səviyyəsinin kəskin azalması;

-həll edilməmiş mənzil problemi;

-məktəbdən çətin həyatı olan uşaqlardan uzaqlaşması;

-cəmiyyətin dəyər oriyentasiyalarında kəskin dönüş və bir çox mənəvi qadağaların aradan qaldırılması;

-Mikromühitdə və bütövlükdə cəmiyyətdə sosial cinayət qruplarının təsirinin güclənməsi.

Ailə tərbiyəsinin düzgün hesablanmaması ailə problemlərini ağırlaşdırır, bunlardan ən xarakterikləri aşağıdakılardır: 1) uşağın rədd edilməsi, valideynlər tərəfindən onun açıq və ya gizli emosional rədd edilməsi; 2) uşağa elementar müstəqillik nümayiş etdirməyə icazə verilmədikdə, ətrafdakı həyatdan təcrid olunmuş hiper qəyyumluq; 3) təhsilin uyğunsuzluğu (uşağa olan tələblər və ona nəzarət arasındakı boşluq, valideynlərin və ya baba-nənənin pedaqoji hərəkətlərinin uyğunsuzluğu və s.); 4) şəxsi inkişafın qanunlarını və xüsusiyyətlərini düzgün başa düşməmək, valideynlərin tələbləri və gözləntiləri ilə uşaqların imkanları və ehtiyacları arasında uyğunsuzluq; 5) valideynlərin uşaqlarla münasibətlərində qeyri-sabitliyi (vəziyyətin kifayət qədər nəzərə alınmaması, proqramlaşdırılmış tələblər və qərarlarda alternativlərin olmaması, uşağa öz fikrini tətbiq etmək, həyatının müxtəlif dövrlərində uşağa münasibətdə kəskin dəyişiklik) ; 6) affektivlik – ailədə qarışıqlıq, xaos, ümumi həyəcan mühiti yaradan uşaqlara münasibətdə valideyn qıcıqlanmasının, narazılığının, narahatlığının həddindən artıq olması; 7) uşaqlar üçün təşviş və qorxu valideynləri şənlikdən və nikbinlikdən məhrum edir, onları daimi qadağalara və xəbərdarlıqlara müraciət etməyə məcbur edir ki, bu da uşaqları eyni narahatlığa yoluxdurur; 8) avtoritar tərbiyə – uşağı öz iradəsinə tabe etmək istəyi; 9) qəti mühakimə, əmr tonu, öz rəyini və hazır həll yollarını tətbiq etmək, ciddi nizam-intizam yaratmaq və uşaqların müstəqilliyini məhdudlaşdırmaq istəyi, məcburiyyət və repressiv tədbirlərin, o cümlədən fiziki cəzanın tətbiqi; uşağın hərəkətlərinin daimi monitorinqi; 10) hipersosiallıq, valideynlər müəyyən (müsbət olsa da) əvvəlcədən müəyyən edilmiş sxemə uyğun olaraq, uşağın fərdiliyini nəzərə almadan, ona həddindən artıq tələblər qoymadan, lazımi emosional təmas, həssaslıq və həssaslıq olmadan tərbiyəni qurmağa çalışdıqda. Hər hansı bir ailə nizamsızlığı ilkin olaraq uşaqlarda şəxsiyyətin formalaşmasına və davranış sapmalarına meyllidir, çünki bu, uşaq üçün psixotravmatik vəziyyətlərin yaranmasına səbəb olur. Ailədə yeganə uşaq çoxuşaqlı ailələrdən olan uşaqlardan obyektiv cəhətdən daha çətin tərbiyə mövzusudur. O, adətən yaşıdlarından gec yetkinləşir və bəzi cəhətdən, əksinə, yetkinliyin xarici əlamətlərini çox erkən əldə edir (intellektualizm, həddindən artıq rasionalizm, tez-tez skeptisizmə çevrilir), çünki böyüklər arasında çox vaxt keçirir, onların söhbətlərinə şahid olur, Böyük ailədə böyüklər çox vaxt uşaqlara münasibətdə ədalət hissini itirir, onlara qeyri-bərabər sevgi və diqqət göstərirlər. Belə bir ailədəki yaşlı uşaqlar üçün, qəti qərarlar, liderlik arzusu, liderlik, hətta bunun üçün heç bir əsas olmadığı hallarda da xarakterikdir. Çoxuşaqlı ailələrdə valideynlər, xüsusən də analar üzərində fiziki və psixi gərginlik kəskin şəkildə artır. Onun uşaqların inkişafı və onlarla ünsiyyət üçün boş vaxtı və imkanları azdır. Çoxuşaqlı ailənin bir uşaqlı ailə ilə müqayisədə uşağın ehtiyac və maraqlarını ödəmək imkanları daha azdır ki, bu da onun inkişafına təsir göstərir. Natamam ailədə uşaqlar çox vaxt psixo-travmatik xarakterli hadisələrin və ya halların (valideyn ailəsinin dağılması, ögey ata və ya ögey ana ilə yaşaması, münaqişəli ailədə yaşaması və s.) şahidi və iştirakçısına çevrilirlər. Statistikaya görə, tək valideynli ailələrdən olan yeniyetmə cinayət törətmiş şəxslərin nisbəti 32-47% arasında dəyişir. Düzgün olmayan ailə tərbiyəsi şəraitində şəxsiyyətin formalaşması ilə bağlı bu və bir çox digər problemlər risk altında olan uşaqlara xüsusilə diqqətli münasibət tələb edir. Belə ailələrin problemlərinin səmərəli həlli yalnız cəmiyyətin bütün sosial institutlarının birgə səyləri əsasında mümkündür.

İstifadə edilmiş resurslar:

Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

Comments are closed, but trackbacks and pingbacks are open.