Mübariz əmirov tarixin tədrisi metodikası
Müdriklərdən biri deyib ki, qızmar günəş altında işləyənlərin kölgədə dincəlmək haqqı vardır. Zəhməti və yaradıcılığı ilə kamilləşən, 75 il şərəfli və mənalı ömür yaşayan pedaqoji elmlər doktoru, professor Mübariz Mirəziz oğlu Əmirov bu haqqı qazanan zəhmətsevər insanlardan biridir. O, qurub-yaratmaqdan, yazıb-pozmaqdan zövq almağı bacaran, əxlaqlı və fəzilətli bir alimdir. Namusla, vicdanla və əxlaqla işləyənləri Allah mükafatsız qoymur. İnsan üçün namuslu addan şərəfli heç nə ola bilməz ki, bunu da hər kəs öz ləyaqəti hesabına qazanır. Mübariz müəllimin mükafatı onun xoşbəxt ailəsi, cəmiyyətdə seçilib-sayılan övladları, dəyərli dostları, elmi-pedaqoji uğurları, el-obada hörmət və nüfuzudur. Onun cild-cild kitablara sığmayan elm yolu o qədər də rahat olmayıb, göy üzünə “daş atanlar” onun yoluna o qədər daş-kəsək atıblar ki. Amma o büdrəməyib, yıxılmayıb, ayaq üstə durmağı bacarıb, öz ləyaqətini qoruyub, bədxahların maneələrinə baxmayaraq yazıb-yaradıb, “sıxıldıqca”, “döyüldükcə” çiy kərpic kimi bişərək daha da möhkəmlənib, zəhməti və inadkarlığı hesabına şərəfli bir ömür yaşayıb.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
14 Ekim 2015 Çarşamba
Tarixin tədrisi metodikasının əsas inkişaf mərhələləri
Paylaşıldı 06:29 by Leyla Bayramova
Tarixin tədrisi metodikasının əsas inkişaf mərhələləri
XX əsrin II yarısında keçmiş SSR ittifaqında tarixin tədrisi metdodikası elminin sürətli inkişaf mərhələsi hesab olunur. Tarixin tədrisi metodikasının A.A.Vagin, N.V.Korovkin, V.A.Orlov, O.E.Lebedev, J.P.Raxmanova və başqalarıtarixin tədrisi metodikası üzrə xidmət göstərmiş şəxslərdir. Respublikamızda XX əsrin ortalarından tarixin təlimi metodikasının praktik istiqamətlərində səmərəli fəaliyyət göstərmiş- Lalə Əsədovanın, Nəzakət Mehdiyevanın Dəyanət Musayevin, Sabir Ağayevin təqdirəlayiq xidmətləri olmuşdur. XXI əsrin əvvəllərində xüsusi qeyd edilməli hadisə -respublikamızda ilk dəfə orta məktəbdə tarixin təlimi metodikasından isə İ.Cəbrayılov doktorluq dissertasiyaları müdafiə etmişlər.
Gələcəkdə cəmiyyətin inkişaf xüsusiyyətindən asılı olaraq tarixin tədrisi qarşısında daha ciddi problemlər qoyulacaq. Fənnin məqsədi vətəndaş cəmiyyəti qurucuları yetişdirməkdir. Bu cəmiyyəti qurmaqda və XXI əsrin nümunəvi vətəndaşını formalaşdırmaqdır.
Orta məktəblərdə tarixin təhsilinin inkişafı prosesinin öyrənilməsi bu inkişafın altı mərhələdən ibarət olduğunu göstərdi. Həmin mərhələləri aşağıdakı şəkildə ümümiləşdirdik.
Oktyabr çevirilişinə qədərki mərhələ
1920-1934 cü illərdə Azərbaycan SSR orta məktəblərində tarix təhsili
1934-1959 cu illərdə məktəb tarix təhsili sahəsində qazanılmış ugurlar
1959-1965 ci illərdə məktəb tarix təhsili sahəsindəki dəyişikliklər . Azərbaycan tarixinin tədrisi məsələləri
1965-1984 cü illərdə məktbə tarix tədirisinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
1984-1991-ci illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
1991-1999cu illərdə olan dövr- proqram və dərsliklərin müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində təkmilləşdirilməsi və yeniləşdirilməsi
1999-cu il prezdent H. Əliyevin verdiyi fərmanı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində “İslahat proqramı”nın təsdiqindən bu günlərədək həyata keçirilən tədbirlər. Bu mərhələyə orta ümumitəhsil məktəblərində tarix təhsilinin müasir sistemi daxildir.
Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir.
ki, Azərbaycanda ümumi təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin
Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.
Həmin araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir
həyati bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb. Bundan əlavə, qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil kurikulumlarının yenidən hazırlanması təklif olunub. Beləliklə, öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından 2003-2015-ci illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. “ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” adlı birinci komponentin alt-komponentlərindən biri kimi “Kurikulum islahatı” təsdiq olunub. Əlavə təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasını “Təhsil haqqında” Azərbaycan respublikası Qanununun 24-cü maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan respublikası Nazirlər kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı ilə “Əlavə təhsilin məzmunu , təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilmə qaydası çox əhəmiyyətli hesab edilir
2010cu il 3 iyunda Azərbaycan Respublikası ümumitəhsil pilləsinin dövlət standartları və kurikulumları haqqında Təhsil haqqında qanun qəbul edilmişdir.
1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Cümhuriyyəti devirib hakimiyyəti ələ alan kommunistlər də dərhal məktəb sistemində, təlimin forma və məzmununda köklü dəyişikliklər etməyə başladılar. İlk olaraq, mövcud məktəb sistemlərinin ləğvi, yeni tədris plan və proqramlarının hazırlanması, yeni dərsliklər tərtib etmək, müəllim kadrları hazırlamaq qarşıya məqsəd olaraq qoyulmuşdu. İbtidai orta məktəblər politexnik məktəblərlə əvəz ediləcəkdi. Lakin bu proqramlara diqqət yetirdikdə görülürdü ki, proqramlar yüksək səviyyədə tərtib edilməmişdi. Proqramda Sovet hakimiyyətinin diyarşünaslıq materiallarına daha çox yer verilmişdir. Ciddi nöqsanlarına baxmayaraq bu proqramın nəşri Azərbaycan Sovet məktəbinin həyatında mühüm hadisə idi. 1929-cu ildə təjsil müddətinin artırılaraq 10 illik olması qərara alındı. Azərbaycan K(b)PMK-nın 20 may 1933 cü il tarixli qərarında bu proqramın nöqsanları və onun RSFSR XMK-nın hazırladığı proqramdan səviyyəcə xeyli aşağı olması qeyd edilərək ibtidai və orta məktəb proqramlarının RSFSR-dəki proqram və dərs kitabları ilə uyğunlaşdırmağın lazım gəldiyi göstərilirdi.
Azərbaycan SSR XMK 1933/34 cü tədris ilində ibtidai və orta məktəblər üçün yeni tədris planı qəbul etdi. Bu tədris planına əsasən ibtidai məktəblərdə tarix keçilmirdi. Proqram sinxronolji qaydada tərtib edilmişdi və sovet respublikalarından yalnız Rusiya tarixinin öyrənilməsinə həsr edilmişdir. SSRİ-nin digər xalqlarının tarixi isə bir kənara atılmışdı. Bu və bu kimi nöqsanlara görə bu proqram da qənaətbəxş deyildi. 1935-36 cı illərdə vahid tədris planı hazırlanmağa başladı.
1939 cu ildə VIII-X siniflər üçün də tarix proqramları rus dilindən tərcümə edildi. Həmin proqramlar təkmilləşdirilərək 1941-ci ildə yenidən çap olundu. Beləliklə, dövrün tələblərinə cavab verən stabil proqramlar üzrə dərs keçilməyə başlandı Artıq bu dövrdə tarix təlimi metodikası problemlərinin qoyuluşunda və həlli yollarının axtarılıb tapılmasında mərkəzlə regionlar, o cümlədən respublikalar arasında fərqlər açıq aydın görünməyə başlayır. Qərardan sonra az bir zamanda tədris proqramları hazırlandı dövrün tələblərinə cavab dərsliklər hazırlanmağa başladı. Jurnallarda verilən məqalələr tədris proqramlarına uyğunlaşdırıldı. Azərbaycan metodik fikrin inkişafında jurnalın rolu böyük idi. Jurnalda metodik işləmələr , tövsiyyələr dərc olunurdu. Hətta tarixin tədrisi metodikasına dair problemlər də dərc olunurdu. Jurnalda bəzi dərslik materiallarının çap olunmasına baxmayaraq məktəblərdə şagirdlərin yeganə bilik mənbəyi müəllimin spzü idi. Müəllim hər bir dərsdə mövzunun planını tərtib etdirir, onun məzmununu danışır, yaxud yazdırırdı.Bacarıq və vərdişlərin formalaşdırıldığı aşağı siniflərdə müəllimlərin vəziyyəti xüsusilə ağır idi. Tarixin tədrisi metodikası elmi sahəsində sənədlərlə, xəritə və əyani vəsaitlərlə iş məsələlərinin tədqiqi gücləndirildi, sinifdənxaric işlərin təşkilinə diqqət artırıldı.
50-ci illərin sonu-60-cı illərin əvvəllərində məktəb tarix təhsilinin inkişafında yeni mərhələ başladı. Stanilin şəxsiyyətinə pərəstişin ifşa edilməsi məktəb tarix təhsilinin inkişafında mühüm rol oynadı
SSR-də ümumi 8 illik təhsilə keçilməsi əlaqədar olaraq Sov. KP MK və SSRİ nazirlər Soveti “Məktəbdə tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında” 8 oktyabr 1959 -cu il tarixli qərar qəbul etdi. VII-VIII siniflərdə SSRİ tarixi, IX –XI siniflərdə SSRİ tarixi, xarici ölkələrin yeni və ən yeni tarixinin sistematik kursları öyrənilirdi.”Azərbaycan SSR məktəblərində tarixin tədrisində bəzi dəyişiklər edilməsi haqqında” 5 noyabr 1959-cu il tarixli qərar qəbul etdi. Bu qərarla IV vəVII-VIII siniflərdə tədris edilən SSRi tarixi tərkibində Azərbaycan tarixinin öyrənilməsinə başlandı. 60-cı illərdə yeni dərslik tipi yaradıldı. 1964-cü ildə yenidən məktəbdə 10 illik təhsil sistemi bərpa olundu. Bununla əlaqədar olaraq, Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Məktəbdə tədrisi qaydasının dəyişdirilməsi haqqında” 14 may 1965-ci il tarixli qərarı qəbul etdi. Azərbaycan SSR Nazirlər Sovetinin 23 iyun 1965-ci il tarixli qərarına əsasən respublika tarixinin VII-VIII siniflərdə elementar şəkildə tədrisi əvəzinə, VII-X siniflərdə sistematik şəkildə öyrədilməsinə başlanıldı. Azərbaycan tarixinin tədrisinə dair tətqiqat işlər genişləndi.
Məktəblərdə Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltmək məqsədilə 1984-1985 –ci dərs ilindən başlayaraq orta məktəb kursu üzrə tarix və ictimaiyyatdan buraxılış imtahanları biletlərinə Azərbaycan tarixindən sullar daxil edilmişdir. Nəticədə şagirdlərin tarixi bilikləri dərinləşmiş, onların Azərbaycan tarixinə marağı, müəllimlərin məsuliyyəti artmışdır. 1986-1987 ci dərs ilindən respublikada tarix yeni proqramla keçilməyə başladı. Proqramlar ümumtəhsil məktəbi islahatının tələblərinə uyğun olaraq işlənilmişdi. Azərbaycan tarixindən yeni proqramlar hazırlanması respublikada metodika sahəsində mühüm vəzifə oldu. Proqramlar şagirdlərin dərketmə imkanları nəzərə alınmaqla hazırlanmalı idi.
Azərbaycan dövlət müstəqilliyi bərpa olunduqdan sonrakı dövrdə ümumi təhsilin məzmununun yeniləşdirilməsi, təkmilləşdirilməsi və inkişafı sahəsində mühüm işlər görülmüşdür. Müstəqil Azərbaycan dövlətinin banisi, ümummili liderimiz Heydər Əliyevin 30 mart 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Dünya Bankının vəsait qoyuluşunu təmin etmək və Azərbaycan Respublikasında təhsil sahəsində islahatların aparılmasını təşkil etmək məqsədilə dövlət komissiyası yaradılmışdır. Dövlət komissiyasına sədrlik Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanova həvalə edilmişdir. Komissiyanın tərkibinə Azərbaycan Respubklikasının dövlət nazirliklərinin və orqanlarının rəhbərləri və yüksək rütbəli nümayəndələri daxil edilmişdir. Dövlər Komissiyasına Dünya Bankı ilə birlikdə təhsil sahəsində islahat proqramının hazırlanması üçün öz nəzdində işçi orqanının yaradılması və rəhbərinin təyin edilməsi tapşırılmışdır.
İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlanmış və 1999-cu ilin 15 iyununda ulu öndərimiz Heydər Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmişdir. Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət olmuşdur.
Mübariz əmirov tarixin tədrisi metodikası
Müdriklərdən biri deyib ki, qızmar günəş altında işləyənlərin kölgədə dincəlmək haqqı vardır. Zəhməti və yaradıcılığı ilə kamilləşən, 75 il şərəfli və mənalı ömür yaşayan pedaqoji elmlər doktoru, professor Mübariz Mirəziz oğlu Əmirov bu haqqı qazanan zəhmətsevər insanlardan biridir. O, qurub-yaratmaqdan, yazıb-pozmaqdan zövq almağı bacaran, əxlaqlı və fəzilətli bir alimdir. Namusla, vicdanla və əxlaqla işləyənləri Allah mükafatsız qoymur. İnsan üçün namuslu addan şərəfli heç nə ola bilməz ki, bunu da hər kəs öz ləyaqəti hesabına qazanır. Mübariz müəllimin mükafatı onun xoşbəxt ailəsi, cəmiyyətdə seçilib-sayılan övladları, dəyərli dostları, elmi-pedaqoji uğurları, el-obada hörmət və nüfuzudur. Onun cild-cild kitablara sığmayan elm yolu o qədər də rahat olmayıb, göy üzünə “daş atanlar” onun yoluna o qədər daş-kəsək atıblar ki. Amma o büdrəməyib, yıxılmayıb, ayaq üstə durmağı bacarıb, öz ləyaqətini qoruyub, bədxahların maneələrinə baxmayaraq yazıb-yaradıb, “sıxıldıqca”, “döyüldükcə” çiy kərpic kimi bişərək daha da möhkəmlənib, zəhməti və inadkarlığı hesabına şərəfli bir ömür yaşayıb.
Ömrünün bəlli bir yaşına çatan alimlər haqqında kitab yazmaq, xatirələr toplamaq son illərdə bir ənənə halını alıb. Hesab edirəm ki, Mübariz müəllimin özü bir kitabdır. Bu kitabı oxumağa dəyər. Zəhmət və ləyaqətlə yazılan bu kitabın hər səhifəsi əxlaq və fəzilətlə doludur. Mən onu çoxdan, o, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda işləyəndən tanıyıram. Həmin illərdən 30 ildən artıq vaxt keçib, çox çaylar axıb, çox şey dəyişib, Mübariz müəllim elmin daşlı-kəsəkli yollarında inamla irəliləyib, elmlər namizədi, elmlər doktoru elmi dərəcələrinə, baş elmi işçi, dosent, professor elmi adlarına layiq görülüb, ümumtəhsil məktəblərində tarixin tədrisi metodikası ilə bağlı elmi məktəb yaradıb. Bu sahədə ən məhsuldar alim kimi ad-san qazanıb. Tanımış metodist-alim kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə işə dəvət olunub. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq xeyirxah əməlləri ilə seçilib, həmkarlarının uğurlarından zövq alıb, öz kimliyini və ləyaqətini qoruyub. M.Monten deyirdi ki, həqiqi ləyaqət çay kimidir-dərin olduqca daha lal axır.
Ləyaqətli bir insan haqqında kitab yazmağın özü də bir ləyaqət nümunəsidir. Mənə Mübariz müəllimin yubiley ilə bağlı xatirə yazmaq deyiləndə ilk ağlıma gələn fikir bu oldu: zəhməti və ləyaqəti ilə şərəfli tərcümeyi-hal yazan alim. Professor Mübariz Əmirovun tərcümeyi-halının bəzi anlarını birlikdə vərəqləyək. O, 15 mart 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda ziyalı ailəsində anadan olub. 1954-1965-ci illərdə Dəvəçi şəhər 1 №-li orta məktəbində orta təhsil, 1969-1973-cü illərdə V.İ.Lenin adına ADPİ-nin Tarix fakültəsində ali təhsil alıb. 1973-1974-cü tədris ilində Dəvəçi rayonu Baş Əmirxanlı kənd orta məktəbində tarix müəllimi, eyni zamanda axşam fəhlə – gənclər orta məktəbinin direktoru, 1974-1975-ci tədris illərində Dəvəçi rayonu Surra kənd məktəbində direktor müavini işləyib. 1975-1978-ci illər-də Azərbaycan ETPEİ-nin əyani aspiranturasında (hüququn tədrisi metodikası ixtisası üzrə) təhsil alıb. 1978-1985-ci illərdə Azərbaycan ETPEİ-də kiçik elmi işçi işləyib. 1985-ci il mayın 5-də prof.Murtuz Ələsgərovun və prof.Əjdər Ağayevin rəhbərlikləri ilə Tbilisi Pedaqoji İnstitutunda “Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin təşkili” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1985-1999-cu illərdə Azərb.ETPEİ-nin (indiki Təhsil İnstitutu) Tarix -coğrafiya və hüququn tədrisi metodikası şöbəsinə rəhbərlik edib. 1986-2014-cü illərdə ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının dosenti olub. 2008- ci ildə “Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 2014-cü ildən həmin kafedranın professorudur.
O, Tarix və coğrafiya fakültəsinin Tədris Metodiki Şuranın sədri, Fakültə elmi şurasının üzvüdür. ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2009-2016) və Dissertasiya Şurasının nəzdindəki elmi seminarın sədri (2014-2016) olub.
“Tarix, insan və cəmiyyət fənlərinin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması” (1994), “İnsan və cəmiyyət” (1994), “Azərbaycan Respublikası Konstitusiyasının əsasları” (şərikli) (2002), “İnsan hüquqlarının tədrisi” (2003), “Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi” (2004), “Orta məktəbdə tarixin tədrisinin aktual problemləri” (2009), “İnsan və cəmiyyət” (2010), “Orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası” (2011) dərslik və dərs vəsaitlərinin, 200-dən çox jurnal və qəzet məqaləsinin müəllifidir. O, çoxsaylı beynəlxalq seminar, simpozium və konfransların iştirakçısı olmuşdur. Onun elmi rəhbərliyi ilə 5 nəfər pedaqogika üzrə fəlsəfə doktoru yetişmişdir.
Xoşbəxtikdən tale elə gətirib ki, professor Mübariz Əmirovla, 2 il bir yerdə işləməli olmuşam. Mənim təklifimlə o, ADPU-nun nəzdindəki Dissertasiya Şurasının nəzdindəki elmi seminarın sədri təyin olunub, 2 il bu vəzifədə uğurla çalışıb və neçə-neçə dissertasiya işinin müzakirəsini keçirib. Elmə, təhsilə, insanlara, insanlığa xidmət edib, xeyirə imza atıb. Onda mən dissertasiya Şurasına rəhbərlik edirdim. Prinsipiallıq, obyektivlik, tələbkarlıq və xeyirxahlıq bizim iş prinsipimiz idi. Bu tələbkarlığın nəticəsi idi ki, həmin dövrdə müdafiə olunan bütün dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən təsdiq olunub.
Mübariz müəllim həm də ünsiyyətli, səxavətli və sədaqətli insandır. Buddanın maraqlı bir deyimi var: “Ana öz uşağının üstündə necə əsirsə, biz də öz dostlarımız üçün o cür əsməliyik”.
Yaxşı yadımdadır, iki il əvvəl Akif Abbasov, Hümeyir Əhmədov, İlham Cavadov və Mübariz müəllimlə birlikdə Şabranın Əmirxanlı kəndinə dostumuz Faiq Şahbazlının atasının 40 mərasiminə getmişdik. Mərasim başa çatandan sonra Mübariz müəllim bizi rayonda tikdirdiyi evinə apardı. Ev böyük olmasa da, demək olar ki, şəhər evlərindən yalnız həyətinə, bağına-bağçasına, gülünə-çiçəyinə görə fərqlənirdi, bütün şəraiti var idi. Evin içərisində və həyətində Mübariz müəllimin öz əli ilə yaratdığı səliqə-sahman və gözəlliklər bizi heyran etdi. Bizə çəkdiyi əziyyətə görə ona təşəkkür edəndə Mübariz müəllimin dediyi bir sözü indi də xatırlayıram: ”Qonaq evə bərəkət, ruzi, sevinc və dostluq gətirir”.
İnsanın dəyəri onun zəhməti iləölçülür. Bu mənada əbəs yerə demirlər ki, hər bir insan öz uğurunun memarıdır. 75 illik mənalı, şərəfli və uğurlu həyat yolunun memarı olan dostumuz, professor Mübariz Mirəziz oğlu Əmirovu təbrik edir, möhkəm cansağlığı, nəvə-nəticə sevinci, yaradıcılıq uğurları, bol ruzi arzulayıram.
Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü
Tarixin təlimində fənlərarası və fəndaxili əlaqələrdən istifadə
«Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədi və onun əsasında hazırlanmaqda olan Azərbaycan tarixi kurikulumu fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunur. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan … Oxumağa davam et →
AXTAR
BÖLMƏLƏR
- Arxivşünaslıq
- Azərbaycan Neft Strategiyası
- E-maqazin və E-lan 🙂
- Elektron kitabxana
- Etnoqrafiya
- Fəlsəfə
- Gündəlik məqalə
- Kitab oxu
- Maraqli məlumatlar
- Psixologiya
- Referatlar
- Tarix
- Xaricdə Təhsil
- İslam dini və İslam tarixi
TƏQVİM
| BE | ÇA | Ç | CA | C | Ş | B |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
SON YAZILARIM
- Facebook Səhifə – DİQQƏT.
- www.virtorek.az – Yeni elan sayti artıq istifadəyə verildi
- Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Etnoqrafik ailə-nigah terminləri. – II Hissə
- Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Etnoqrafik ailə-nigah terminləri. – I Hissə
- Gənc ailələr üçün göstərişlər
ARXİV
ƏN ÇOX OXUNAN
- Heç biri
Comments are closed, but trackbacks and pingbacks are open.