Həsənli, Cəmil Poladxan oğlu
116. Makleyn, Ceyms. Məntiqin inkişafı / C. Makleyn ; tərc. A. Məmmədova ; rəs. E. Harrison [və b.]. –
İnstitutda vacib toplantı – FOTO
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda növbəti pedaqoji innovasiyalar seminarı keçirilib. Seminarı çıxış sözü ilə açan ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsilin hər bir dövlətin siyasi-iqtisadi strateji əhəmiyyətli fəaliyyət sahəsi olduğunu vurğuladı. Bildirdi ki, məhz təhsil hər bir dövlətin sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər güclü dövlətdə olduğu kimi Azərbaycanda da təhsilin inkişafına xüsusi diqqət yetirilir. O, Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişaf istiqamətləri haqqında söz açarkən, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olduğunu dedi. Direktor yeni demokratik modellərin axtarışı, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiyası prosesində institutun son illər ərzində gördüyü işlərdən də məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsil sahəsində göstəridiyi xüsusi diqqət və qayğısından söhbət açdı: “.
Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir”. Qulu Novruzov onu da vurğuladı ki, müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür. Çünki qloballaşan dünyada elmi-texniki tərəqqi inkişaf etdikcə, müasir təhsil sisteminin də bu sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən, institut əməkdaşları təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün birgə işləməli, qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidr. ARTPİ-nin müəllim hazırlığı kurikulumu şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Müdafiə Mahmudov “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda seminara başladı. Təqdimatla çıxış edən professor Müdafiə Mahmudov ölkəmizdə aparılan təhsil islahatlarından ən önəmli istiqamətlərindən biri olan müəllim hazırlığının kurikulumunun (proqramının) keyfiyyəti, pedaqoji kadrların hazırlığına verilən vacib tələblər barədə geniş məlumat verdi. O bildirdi ki, təhsil sistemində aparılan islahatların səmərəliliyi pedaqoji kadrların hazırlığı ilə əlaqədardır. İndiki dövrdə müəllim pedaqoji ustalığa, ən son yeni texnologiyalara, İKT biliklərinə və yenilikçiliyə malik olmalıdır. Professor dünyanın lider ölkələrinin müəllim hazırlığı proqramını öyrənmiş və ölkəmizin təhsil sistemi ilə müqayisə etmişdir. Müqayisə zamanı aşkar olunan nöqsanlar, problemlər, perspektivlər, reallıqlar və s. barədə geniş məlumat verdi. İlkin müəllim hazırlığı və əlavə təhsilin problemləri barədə də geniş danışdı. Seminar boyu professor Müdafiə Mahmudov xüsusi hazırlanmış slaydlar vasitəsilə iştirakçılara müəllimin əsas vəzifələri və funksiyaları, tədris prosesi zamanı nələr etməli olduqlarını izah etdi. Seminarın sonunda professor mövzu ilə bağlı iştirakçılar tərəfindən verilən sualları cavablandırdı. Tədbirdə institutun rəhbərliyi, Abşeron, Sumqayıt, Qobustan, Şamaxı, Şuşa təhsil şöbələrinin əməkdaşları, məktəb, bağça, tədris mərkəzlərinin rəhbərləri, ali təhsil müəssisələrinin elm adamları, Azərbaycanın şəhər və bölgələrindən gələn təhsil işçiləri, doktorant və dissertantlar, institutunun əməkdaşları iştirak edirdilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Həsənli, Cəmil Poladxan oğlu
diplomatik münasibətlərdə : 1939-1945 / C. P. Həsənli ; red. İ. Musa. – Bakı : Yazıçı, 2015. – 540 s.
96. Həsənli, Orxan Nizami oğlu. Hər kəsin bir sirri var / O. N. Həsənli. – Bakı : [n.y.], 2017. – 116 s.
97. Həsənov, Əli Məhəmmədəli oğlu. Azərbaycanın geosiyasəti : dərslik / Ə. M. Həsənov ; elmi red. E.
X. Nəsirov ; red. V. S. Səlimov ; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası. – Bakı : Zərdabi LTD MMC NPM, 2015. – 1056 s.
98. Həsənov, Əli Məhəmmədəli oğlu. Geosiyasət : nəzəriyyələri, metodologiyası, aktorları, tarixi,
xarakteristikası, anlayışları: dərslik / Ə. M. Həsənov ; elmi red.: S. M. Qəndilov, M. C. Qasımlı ; red.:
M. Abdullayev, Ə. B. Mehdiyev ; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası. – Bakı : Aypara-3, 2010. – 604 s
99. Kamal Əhməd : rəngkarlıq və qrafika = Kamal Ahmad : painting & graphics
/ layihənin rəh. R. Həşimov ; tərt. E. Məmmədov ; mətnin müəl. Ş. Y. Məlikova ; red. S. Babullaoğlu. –
Bakı : Xalq Bank, 2017. – 272 s.
100. Kastaneda, Karlos. Don Xuanla söhbətlər / K. Kastaneda ; tərc. F. Seyidbəyli. – Bakı : Şərq-Qərb
ASC, 2013. – 352 s.
101. Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kinematoqrafçıları : portretlər, araşdırmalar, xatirə
dəftərindən, yubilyar filmlər / A. Ə. Kazımzadə ; bur. məsul R. Salmanov ; red.: L. Vəlizadə, Ş. Əmirli
; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Film Fondu. – VIII
buraxılış. – Bakı : Tərəqqi MMC, 2016. – 280 s.
102. Kazımzadə, Aydın Ələsgər oğlu. Kinokamera gəzdirən adam / A. Ə. Kazımzadə ; red.: Ş. Əmirli, X.
Hidayətzadə. – Bakı : Şərq-Qərb, 2016. – 72 s.
103. Kelimbetov, Nemət. Türk xalqlarının qədim ədəbi abidələri / N. Kelimbetov ; ön sözün müəl. K.
Kelimbetov ; layihənin rəh.: Ç. Əlioğlu, R. Majenqızı ; rus dilindən tərc.: F. E. Xudanlı, E. Əli ;
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı : Şərq-Qərb, 2016. – 432 s.
104. Kərimbəyli, Şirin xanım Ağabala qızı. Tək yaradana gümanım : şeirlər, nəzm hekayələr, publisistik
məqalələr / Ş. A. Kərimbəyli ; red. Ə. Abdulla.- Bakı: Qanun, 2017. – 480 s..
105. Kərimov, İnqilab Saleh oğlu. Ə. Haqverdiyev və teatr / İ. S. Kərimov ; red. Ə. Əsədzadə ; bur.
məsul A. Cəfərov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı : Renessans-A,
106. Kərimova, Sədaqət. Azsaylı xalqların folkloru / S. Kərimova ; layihənin rəh. M. Kazımoğlu; AMEA
Folklor İnstitutu. III kitab: Mənim şair xalqım / red. H.Qaşarov. – Bakı : Elm və Təhsil, 2017. – 394 s.
107. Kərimoğlu, Rey. Kod adı: “Rey” : kəşfiyyatçının xatirələri / R. Kərimoğlu ; red. S. Əhməd. – Bakı :
Qanun, 2017. – 252 s.
108. Latın Amerikası ədəbiyatı antologiyası / təc. Ə. Qiyas ; red. F. Alxaz. – Bakı : Qafqaz NE, 2015. –
109. Lermantov, Mixail Yuryeviç. Aşıq Qərib / M. Y. Lermantov; rəs. A. Moqilevski ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı : Nağıl Evi-N, 2016. – 24 s.
110. Lomakin, Viktor Kuzmiç. Dünya iqtisadiyyatı : dərslik / V. K. Lomakin ; tərc. R. Ş. Hacıyev ; red. Ə.
M. Babaşov. – Bakı : Zərdabi LTD MMC, 2015. – 736 s.
111. Madaç, İmre. İnsanın faciəsi : [poetik dram] / İ. Madaç ; tərc. R. Müzəffərli ; red. M. Keneşi ; ön
sözün müəl. İ. Ə. Həbibbəyli ; Macarstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyi, AMEA
Mərkəzi Elmi Kitabxana. – Bakı : 1001 Kitab, 2017. – 200 s
112. Mahmud, Nəriman. Zəncirlənmiş ədalət : bədii-publisistik-sənədli roman / N. Mahmud ; red. Y.
Dirili. – Bakı : n. y., 2013. – 232 s.
113. Mahmudov, Müdafiə Cəmil oğlu. Azərbaycanın Bolonya prosesinə daxil olmasının reallığa
çevrilməsi : monoqrafiya / M. C. Mahmudov ; elmi red.: B. Ə. Xəlilov, R. İ. Əliyev. – Bakı : ADPU
nəşriyyatı, 2009. – 249 s
114. Mahmudov, Müdafiə Cəmil oğlu. Bolonya prosesi : problemlər, perspektivlər, reallıqlar:
monoqrafiya / M. C. Mahmudov ; elmi red. Y. Ə. Məmmədov ; red. Ə. X. Behbudlu. – Yenidən
işlənmiş və əlavələr edilmiş II nəşri. – Bakı : Elm və Təhsil, 2010. – 504 s.
115. Mahmudov, Müdafiə Cəmil oğlu. Dünyada təhsil sistemləri : monoqrafiya / M. C. Mahmudov ;
elmi red. A. Mehrabov ; rəy. F. Sadıqov [və b.] ; Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının Təhsil Probləmləri İnstitutu. – Bakı : Mütərcim, 2014. – 480 s
116. Makleyn, Ceyms. Məntiqin inkişafı / C. Makleyn ; tərc. A. Məmmədova ; rəs. E. Harrison [və b.]. –
Bakı : Qələm , 2014. – 56 s
117. Mann, Tomas. Seçilmiş əsərləri / T. Mann ; tərc. İ. Əlfioğlu ; red. N. Cabbarlı. – Bakı : Şərq-Qərb
ASC, 2014. – 672 s.
118. Mastenbruk, Vilyam. Danışıqlar / V. Mastenbruk; tərc. H. Nərimanoğlu. – Bakı : “E.L.” NPŞ MMC,
119. Mayakovski, Vladimir Vladimiroviç. Hansı sənət yaxşıdır? / V.V. Mayakovski ; tərc. R. Rza ; red. K.
Həsənova ; rəs. D. Kazımov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı : Nağıl
Evi-N, 2016. – 24 s.
120. Meydanlı, Fəxrəddin. Sevənlər qocalmır / F. Meydanlı ; red. İ. Tapdıq. – Bakı : Şirvannəşr, 2009. –
121. Milli Kitabxananın Not nəşrləri və Səsyazmaları şöbəsinin fondunda saxlanılan qrammofon
vallarından kompakt disklərə (CD) köçürülmüş musiqi əsərləri : biblioqrafiya / Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt. M. İbrahimov,
ixtisas red., bur. məsul K. M. Tahirov, red. M.Cəfərova. II hissə .- Bakı: Zərdabi- Nəşr MMC NPM,
122. Mir Cəlal. Yuxu və külək / Mir Cəlal ; red. G. Həsənzadə ; rəs. H. A. Ağayev ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı : Nağıl Evi-N, 2016.- 12 s.
123. Mirəli, Namiq. Başqa kainatdan gəlmiş adam / N. Mirəli ; red. İ. İlyaslı. – Bakı : Dərələyəz-M , 2011.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Tələbələrə Dünya Mülki Müdafiə Günü barədə məlumat verilib
Azərbaycan Universitetində 1 mart – Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu günün mahiyyətindən və əhəmiyyətindən danışılıb, fərdi və tibbi mühafizə vasitələri nümayiş olunub, onlardan istifadə qaydaları barədə məlumat verilib.
Universitetin mülki müdafiə qərargahının rəisi və ümumi işlər üzrə prorektoru Ağamalı Ağamalıyev mülki müdafiə sisteminin yaranması və qarşısında duran vəzifələr, həmçinin Azərbaycan Respublikasında mülki müdafiənin təşkili prinsipləri barədə məruzə edib.
Mülki müdafiə kabinetinin müdiri və universitetin müəllimi Cabbar Mahmudov Dünya Mülki Müdafiə Təşkilatının yaranmasından və fəaliyyətindən bəhs edib. Bildirilib ki, BMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i Dünya Mülki Müdafiə Günü kimi qeyd edilir və konkret bir mövzuya həsr olunur. Azərbaycan 1993-cü ildən təşkilatın üzvüdür və 1995-ci ildən bu gün ölkəmizdə bütün idarə və təşkilatlarda keçirilir.
Qeyd edilib ki, əhalinin fövqəladə hallardan, təbii fəlakətlərdən mühafizəsini təşkil etmək, mühafizə sahəsində əhalinin hazırlığını təmin və təşkil etmək, mülki müdafiə orqanları qarşısında duran əsas vəzifədir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında da məlumat verən C.Mahmudov bu qurumun maddi-texniki bazasının inkişaf etmiş ölkələrin müvafiq orqanları ilə müqayisədə daha üstün olduğunu söyləyib.
Mütəxəssis bildirib ki, universitetin mülki müdafiə qərargahı tərəfindən müəllim və tələbələrə mütəmadi məlumat verilir, seminarlar keçirilir. Azərbaycan Universitetinin hər üç korpusu müasir yanğınsöndürmə sistemi və aparatları ilə tam təchiz edilib, fövqəladə hallarda müəllim və tələbələrin təxliyəsinin itkisiz yerinə yetirilməsi üçün bütün mərtəbələr təxliyə sxemi ilə təmin edilib və binaların zirzəmilərində sığınma otaqları yaradılıb.
Məruzələrdən sonra iştirakçılar fərdi və tibbi mühafizə vasitələri (respirator, əleyhqazların bir neçə növü, yüngül mühafizə kostyumu, dozimetrik cihazlar) və onlardan istifadə qaydaları ilə tanış olublar.
Tədbirdə fövqəladə halların qarşısının alınması ilə bağlı videoçarxlar da nümayiş etdirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.