Press "Enter" to skip to content

Dənişsiz hüquqi yardım haqqında qanunun qəbulu ilə aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardıma çıxış imkanları təmin olunacaq

– Ödənişsiz hüquqi yardım yalnız ilkin hüquqi yardım formasında ictimai birliklər tərəfindən göstərilə bilər. Bu təcrübə bir sıra qərb ölkələrində “hüquq klinikası” formasında tətbiq olunur. Bunun üçün ixtisaslaşmış ictimai birliklərin olması vacibdir. Qanuna uyğun olaraq, hüquqi yardım göstərilməsi işini təşkil edən qurumla ilkin hüquqi yardımın göstərilməsi ilə bağlı ictimai briliklərlə əməkdaşlıq haqqında sazişlər bağlanılır.

İşçilərin maaşlarına əlavə verilməsi və mükafatlandırılması qaydası təsdiqlənib

“Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası” təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) həmin hərəkətlər çərçivəsində işlə görülməsindən və xidmət göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını müəyyən edir.

Bu Qayda publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na uyğun olaraq hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun publik hüquqi şəxsin xəzinə hesabına köçürülən hissəsindən və bu Qaydada nəzərdə tutulmuş hərəkətlərə aid olmayan digər fəaliyyətdən əldə edilən vəsaitə şamil olunmur.

Publik hüquqi şəxsin bu Qaydada nəzərdə tutulmuş vəsaiti dövlət vəsaiti hesab olunur. Həmin vəsait publik hüquqi şəxsin sərəncamında olur və onun istifadəçisi(sərəncamçısı) dəyişdirilə bilməz. Vəsaitin toplanması və təyinatı üzrə istifadəsi məqsədilə publik hüquqi şəxs üçün xüsusi bank hesabı açılır. Növbəti il üçün publik hüquqi şəxsin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq, publik hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş idarəetmə orqanı tərəfindən təsdiq edilir. Publik hüquqi şəxs əldə etdiyi vəsaitdən qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri xərclərin ödənilməsinə, o cümlədən özünün və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir. İşçilərin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsait onların sosial müdafiəsinin gücləndirilməsinə, publik hüquqi şəxsin və tabeliyində olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə və elmi-texniki potensialının artırılmasına istifadə edilə bilər.

Vəsaitdən işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

– işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

– işçilərə maddi yardımın göstərilməsinə;

– işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə.

Publik hüquqi şəxsin və tabeliyində olan qurumların madditexniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə vəsaitlər aşağıdakı istiqamətlərə xərclənir:

– malların (işlərin və xidmətlərin) alınmasına;

– işçilərin əlavə təhsil almasına.

Publik hüquqi şəxsin və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsaitin 50 faizədək olan məbləği işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır. Bu, hər ay üzrə ayrılan vəsait işçilərin aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla nəzərdə tutulur. İşçilərin ezamiyyə xərclərinin ödənilməsi “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarına uyğun həyata keçirilir. Publik hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün vəsait yalnız “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq istifadə edilə bilər.

Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək həyata keçirilir. Bu Qaydada nəzərdə tutulmuş vəsaitin cari ildə istifadə olunmayan hissəsi də aylıq vəzifə maaşına əlavənin ödənilməsi üçün həmin ilin dekabr ayında istifadə olunur. Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

– işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin

hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

– işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.

Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:

VMƏC – bu Qaydada müəyyən olunan məbləğ;

VMC – işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmidir.

Əlavə ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:

VMƏ – vəzifə maaşına əlavə;

AVM – işçinin aylıq vəzifə maaşı;

İİG – işçinin iş günlərinin sayı;

İG – iş günlərinin sayıdır.

İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

– qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;

– rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə işlədikləri qurumun (orqanın) rəhbəri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq işlədiyi qurumun rəhbəri tərəfindən müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. Publik hüquqi şəxsin işçilərinin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrinin rəhbərlərinin təqdimatı əsasında publik hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Publik hüquqi şəxsin tabeliyində olan qurumların işçilərinin fərdi mükafatlandırılması isə onların işlədikləri qurumun rəhbərinin təqdimatı əsasında həmin qurumun tabe olduğu public hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

İşçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara uyğun olaraq tutulur.

Milli.Az

Ödənişsiz hüquqi yardım haqqında qanunun qəbulu ilə aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardıma çıxış imkanları təmin olunacaq

Azərbaycanda hüquqi yardım alınması sahəsində mövcud olan problemlərin ümumi mənzərəsi hamıya məlumdur. Lakin bu problemlərin detalları haqqında məlumatlı şəxs kimi Sizin mövqeyinizi bilmək yaxşı olardı.

– Həqiqətən, vətəndaşların yüksəkixtisaslı və keyfiyyətli hüquqi yardım alması həyati məsələlərdəndir. Azərbaycan Respublikasının Konstitusiyası ixtisaslaşdırılmış hüquqi yardım almaq hüququnu təsbit edir və həmçinin, onun ödənişsiz olmasına təminat verir. Təcrübədə dövlət tərəfindən ödənişsiz hüquqi yardım əsasən müdafiəçinin məcburi iştirakını nəzərdə tutan hallarda göstərilir. Dövlətin maliyyə imkanlarını nəzərə almaqla, xüsusilə, əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə münasibətdə bu meyarların genişləndirilməsinin vacibliyi heç kimdə şübhə doğurmur. Əhalisinin 1/8 hissəsini qaçqın və məcburi köçkünlər təşkil edən Azərbaycan üçün isə bu məsələ xüsusilə aktualdır.

Ümumiyyətlə, Azərbaycanda hüquqi yardım alınması sahəsində mövcud olan əsas problemlərin məzmununu aşağıdakı kimi göstərmək olar:

Birincisi, konkret olaraq pulsuz hüquqi yardım almaqdan söhbət gedirsə, Azərbaycan vətəndaşlarının pulsuz vəkil, hüquqi nümayəndə tutmaq imkanları məhduddur. Çünki, mülki işlərdə pulsuz hüquqi yardım alınmasının qanunvericilik mexanizmi mövcud deyildir. Həmçinin mülki və vəkillik haqqında qanunvericiliyimizdə “maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə”, “orta aylıq gəliri, maddi, əmlak və ailə vəziyyəti, habelə digər halları imkan vermədikdə” və s. anlyaşların meyarları konkretlikdən uzaqdır.

Daha sonra, qanunvericiliyimizə əsasən, ödənişsiz hüquqi yardım göstərməli olan vəkili birinci instansiya məhkəməsi təyin etməlidir. Lakin elə birinci instansiya məhkəməsinə müraciət etmək üçün vətəndaşa vəkil və ya savadlı hüquqşünas lazımdır ki, ona müvafiq şikayət ərizəsinin tərtibinə, habelə digər istiqamətlərdə köməklik göstərsin. Beləliklə, mövcud qanunvericilikdə vəkilin və ya nümayəndənin xidmət haqlarının dövlət hesabına ödənilməsi yalnız şəxsin hansısa proses iştirakçısı olduğu halları əhatə edir. Əfsuslar olsun ki, nə “Vəkillər və vəkillik fəlaiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, nə Mülki Prosessual Məcəllədə aztəminatlı şəxslərin apellyasiya və birinci instansiya məhkəmələrində ödənişsiz hüquq yardımla təmin olunması barədə hüquqi mexanizm qeyd olunmamışdır.

Üçüncüsü, ümumiyyətlə, regionlarda vəkillərin sayının az olması hüquqi yardımın göstərilməsində bəlkə də, əsas maneələrindən biridir. Adambaşına düşən vəkil sayına görə Azərbaycan inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz respublikalarından geri qalır və bu, keyfiyyətli hüquq xidmətlərin göstərilməsi və ədalət mühakiməsinin həyata keçirilməsində əsas əngəllərdən biridir. Vətəndaşların konstitutsion hüquqlarının effektiv həyata keçirilməsi üzrə Avropa Şurasının Azərbaycanda vəkillərin sayının artırılması, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tövsiyələrinə əsasən, 2005-ci ildən bu günə kimi vəkillərin sayı 370-dən 824-ə, yəni 2,3 dəfəyədək artmışdır. Doğrudur, bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına əsasən, Azərbaycan digər ölkələr ilə müqayisədə adambaşına düşən vəkil sayına görə hələ də geri qalmasına baxmayaraq, bu çatışmazlığın aradan qaldırılması məqsədilə vəkilliyə namizədlərin seçimi mütəmadi olaraq davam etdirilir. Dövlətin özü də vəkillərinin sayının artırılmasında bilavasitə maraqlıdır.

Digər problem kimi, vəkillərin aldıqları qonorarın məbləğinin az olmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 31 saylı qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat məbləğində müəyyən edilmişdir ki, bu da vəkillərin belə işlərə marağının azalmasına səbəb olur.

Yuxarıda qeyd olunan problemlərin araşdırılması və gələcəkdə “Ödənişsiz hüquqi yardım haqqında” qanun layihəsinin Parlamentə təqdim olunması ilə əlaqədar “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB “Azərbaycan Hüquqşünaslar Konfederasiyası” İB ilə birgə 2012-ci ilin əvvəllərində peşəkar vəkil və hüquqşünaslardan ibarət İşçi Qrup formalaşdırmışdır ki, həmin qrup qanun layihəsinin konsepsiyasını hazırlamışdır. Belə bir qanun layihəsinin hazırılanmasının əsas səbəblərindən biri də ölkəmizdə aztəminatlı ailələr üçün mülki mühakimə icraatı zamanı məhkəməyəqədər və məhkəmə prosesi ərzində ödənişsiz hüquqi yardım göstərilməsi mexanizminin olmamasıdır.

– Qanun layihəsində hansı məsələlər öz əksini tapıb?

– İlk dəfə olaraq “dövlət tərəfindən təmin edilən hüquqi yardım”, “ilkin hüquqi yardım”, “peşəkar hüquqi yardım”, “ictimai vəkil”, “parayursit” anlayışlarından istifadə edilmişdir. Habelə dövlət tərəfindən təmin edilən hüquqi yardımın növləri, formaları dəqiqliklə öz əksini tapmışdır.

Məlumat üçün bildiririk ki, layihəyə əsasən, dövlət tərəfindən təmin edilən hüquqi yardım hüquqi məsələlərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi, məsləhət və izahların verilməsi, hüquqi xarakterli sənədlərin hazırlanması, dövlət idarəetmə orqanlarında təmsil etmə, inzibati xətalara dair işlər üzrə məhkəmə icraatı zamanı şəxsin maraqlarının müdafiəsi və s. formalarda həyata keçiriləcəkdir.

-Kimlər ödənişsiz hüquqi yardım ala biləcəklər?

– Sualınıza cavab olaraq bildirirəm ki, layihədə ödənişsiz hüquqi yardımın göstərilməsinin meyarları qeyd olunmuşdur. Hüquqi yardım almaq hüququna aşağıdakı meyarlara cavab verən şəxslər sahibdirlər:

– cinayət işləri ilə bağlı hüquqi yardıma ehtiyac yaranan zaman ədalət mühakiməsinin maraqları tələb etdiyi, lakin belə yardımı ödəmək üçün kifayət qədər vəsaitləri olmayan şəxslər;

– cinayət təqibi və ya inzibati xətalarla bağlı məhkəmə icraatı üzrə tutulmuş şəxslərə təcili hüquqi yardımın göstərilməsinə ehtiyacın yaranması zamanı;

– Azərbaycan Respublikasının cinayət-prosessual və mülki-prosessual qanunvericiliklərində göstərilən əsaslarla məcburi hüquqi yardımın göstərilməli olduğu zaman;

– inzibati hüquqpozmalar, mülki və inzibati işlərlə bağlı hüquqi yardıma ehtiyacı olan və bu xidmətin ödənilməsi üçün kifayət qədər vəsaiti olmayan, habelə belə işlərin hüquqi və prosessual cəhətdən mürəkkəbliyi ilə bağlı müraciət edilməsi zamanı.

Bundan başqa, gəlir səviyyəsindən asılı olmayaraq da ödənişsiz hüquqi yardımın göstərilməli olduğu hallar qanun layihəsində qeyd olunmuşdur. Belə ki, inzibati xəta törədilməsində şübhəli bilinən və həmin əmələ görə inzibati həbs cəzası nəzərdə tutulan şəxslərə, inzibati xəta törədilməsinə görə ölkə hüqdudlarından kənara inzibati qaydada çıxartma cəzasının tətbiqi riski olan şəxslərə, barəsində cərimə və ya ictimai işlər növündən seçilmiş cəzanın azadlıqdan məhrumetmə və ya inzibati xətaya görə həbs cəzası ilə dəyişdirilən şəxslərə, qanuna müvafiq olaraq hüquqi yardım almaq üçün ərizə verənədək 6 təqvim ayı müddətində sosial yardım alan şəxslərə gəlir səviyyəsindən asılı olmayaraq ödənişsiz hüquqi yardım göstərilir.

– Layihədə dövlət tərəfindən təmin olunan hüquqi yardım işinin təşkilinin hansı quruma tapşırılması nəzərdə tutulub? Həmin qurumun maliyyələşdirilməsi necə olacaq?

– Ödənişsiz hüquqi yardım yalnız ilkin hüquqi yardım formasında ictimai birliklər tərəfindən göstərilə bilər. Bu təcrübə bir sıra qərb ölkələrində “hüquq klinikası” formasında tətbiq olunur. Bunun üçün ixtisaslaşmış ictimai birliklərin olması vacibdir. Qanuna uyğun olaraq, hüquqi yardım göstərilməsi işini təşkil edən qurumla ilkin hüquqi yardımın göstərilməsi ilə bağlı ictimai briliklərlə əməkdaşlıq haqqında sazişlər bağlanılır.

Dövlət tərəfindən təmin olunan hüquqi yardım işinin təşkilini kollegial orqan olan Milli Şura həyata keçirəcəkdir. Şuranın tərkibinə Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Maliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, habelə ictimai birliklər tərəfindən təyin olunan üzvlər daxil olacaqdır. Şuranın əsas funksiyasına dövlət tərəfindən təmin edilən hüquqi yardım işi sahəsində siyasətin həyata keçirilməsi daxildir. Bundan başqa regionlarda Milli Şuranın ərazi büroları təşkil olunacaqdır ki, məhz ödənişsiz hüquqi yardım birbaşa həmin bürolar tərəfindən həyata keçiriləcəkdir.

Qanun layihəsinə əsasən, ödənişsiz hüquqi yardımın göstərilməsi dövlət büdcəsi hesabına həyata keçirilməlidir, çünki vətəndaşların keyfiyyətli hüquqi yardım təmin etmək öhdəliyi dövlətin üzərindədir. Düşünürük ki, bununla bağlı dövlət büdcəsinə müvafiq xərc maddəsi əlavə olunmalıdır. Buraya həm ödənişsiz hüquqi yardım göstərəcək vəkil və hüquqşünasların məvacibləri, habelə Milli Şuranın və onun bürolarının saxlanma xərcləri daxil edilməlidir.

– Bu qanunun qəbulu vətəndaşlara nə verəcək?

– Düşünürəm ki, gələcəkdə qanun layihəsinin qəbulu bir sıra sosial-hüquqi xarakterli məsələlərin həllində əvəzsiz rol oynayacaqdır.

Qeyd olunan qanun vasitəsi ilə aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının ödənişsiz hüquqi yardıma çıxış imkanları təmin olunacaqdır. Burada söhbət fəaliyyət göstərən qanunvericiliklə müqayisədə ödənişsiz hüquqi yardımın göstəriləcəyi məsələlərin və şəxslərin dairəsinin genişləndirilməsindən gedir.

Bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın adı region ölkələri arasında adambaşına düşən vəkilin sayına görə ən aşağı göstəricilərlə xarakterizə olunmuşdur. Son dövrlər Vəkillər Kollegiyasına qəbulla bağlı seçim imtahanlarının aparılmasına və dolayısi ilə vəkillərin sayının artırılmasına diqqət yetitirlməsinə baxmayaraq, statistikaya görə respublikanın 64 rayonundan yalnız 25-də Hüquq məsləhətxanaları mövcuddur və 100 000 adama 9 vəkil düşür. Hüquqi xidmətlər məşğul olan vəkillərin əksəriyyəti paytaxtda məskunlaşmışlar. Regionlarda isə vəziyyət qənaətbəxş deyildir. Qeyd olunan problem əhalinin hüquqi xidmətlərdən yararlana bilmə imkanını əlindən almış olur. Lakin ölkə ərazisində hüquqi yardım işinin səmərəli təşkili əhali arasında ədalət mühakiməsinə olan inamı gücləndirməklə istənilən sosial gərginliyi aradan qaldırmış olar.

Bundan başqa, ölkəmizdə gənc hüquqşünasların işlə təmin olunması ilə bağlı problemlərin həllində qanun layihəsində nəzərdə tutulmuş ərazi bürolarının açılması səmərəli ola bilər. Bu həm regiondakı hüquqşünasların paytaxta axınının qarşısını almış, həm də onların peşə fəaliyyətlərinin yaşadıqları regionda tətbiqinə imkan yaratmış olar.

Sonda qeyd olunmalıdır ki, hər bir dövlətin məqsədi öz əhalisinin yüksək rifah səviyyəsini təmin etmək, insanların öz dövlətlərinə inam və etimadlarının gücləndirilməsinə nail olmaqdır. Sözün əsl mənasında, səmərəli şəkildə təşkil olunmuş hüquqi yardım xidməti əhalinin ədalət mühakiməsinə inamının gücləndirilməsində ən təsiredici vasitədir ki, bu üsuldan da həm mütərəqqi Avropa və bir sıra dünya ölkələri uğurla istifadə etməkdədirlər. Təbii ki, Azərbaycan kimi həm coğrafi, həm multi-etnik, həm də regional baxımdan, siyasi baxımdan həssas olan bölgədə qeyd olunan təcrübənin müsbət nəticələr verəcəyi şəksizdir.

Hüquqi yardıma görə ödəniş edilməsi asanlaşdırılıb

Müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.

Bu, Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinin qərara verdiyi izahda qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllədə nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

Belə ki, məhkəməyədək icraat zamanı və ya işin məhkəməyə təqdim edilmədən yekunlaşdığı (xitam verildiyi) hallarda vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım haqqının hansı formada müəyyən edilməsi məsələsi açıq qalır.

Vəkili cinayət prosesinə müdafiəçi qismində cəlb edən müvafiq cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında da haqqın vəkilə ödənilməsini nəzərdə tutan normanın müəyyən edilməsinə zərurət var.

Qeyd olunan problemin aradan qaldırılması məqsədilə, eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.