Press "Enter" to skip to content

ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir

110. Vaxtın hesablanmasına aid məsələlərin həlli metodikası.

Məqalələrin kataloqu

İBTİDAİ SİNİFLƏRDƏ RİYAZİYYATIN TƏDRİSİ METODİKASI FƏNNİNDƏN SUALLAR.

1. İbtidai siniflərdə riyaziyyat tədrisinin məqsədləri.

2. Riyaziyyat tədrisi metodikasının qarşısında duran vəzifələr.

3. Riyaziyyat tədrisi metodikası hansı suallara cavab verməlidir.

4. Riyaziyyat tədrisi metodikasının elmi-tədqiqat metodları.

5. Müəyyən mövzu üzrə müəllimin iş metodu, priyomlarını öyrənmək məqsədilə aparılan müşahidənin mərhələləri.

6. Müşahidə metodunun əhəmiyyəti.

7. Qabaqcıl məktəb təcrübəsinin öyrənilməsi.

8. Pedaqoji eksperimentin mahiyyəti.

9. Pedaqoji eksperimentin nəticələrinin aşkar edilməsi.

10. Yoxlama yazı işləri vasitəsilə şagirdlərin bilik və vərdişləri səviyyəsinin öyrənilməsi.

11. Riyaziyyat tədrisi metodikasının metodoloji əsası.

12. İdrak prosesinin üç mərhələsi.

13. Riyazi anlayışların formalaşması.

14. Mücərrəd təfəkkürün inkişaf etdirilməsi.

15. Riyaziyyat tədrisi metodikasının başqa elmlərlə əlaqəsi.

16. Riyaziyyatın müvəffəqiyyətli təliminin şərtləri.

17. Riyaziyyat tədrisinin xüsusi metodikasında riyaziyyat elmi inkişafının iki istiqaməti.

18. Tədris prosesində forma və məzmun.

19. I-IV siniflərdə riyaziyyat təliminin vəzifələri.

20. I-IV siniflərdə ədəd anlayışının verilməsi və inkişaf etdirilməsi mərhələləri.

21. Riyaziyyatın ibtidai məktəb kursu quruluşunun xüsusiyyətləri.

22. I-IV siniflərdə riyaziyyat proqramı. 23. Riyaziyyatdan tədris proqramının təhlili.

24. Riyaziyyat təliminin vasitələri.

25. I-IV siniflərin riyaziyyat dərslikləri və tədris vəsaitləri.

26. İbtidai məktəbin riyaziyyat kursu üzrə əyanilik və əyani vasitələr.

27. Əyani vasitələrin təsnifi.

28. Riyaziyyat dərslərində əyaniliyin tətbiqi və ona verilən tələblər.

29. Riyaziyyat təlimində tətbiq olunan didaktik prinsiplər.

30. Riyaziyyat təlimində elmilik və müyəssərlik prinsipi.

31. Riyaziyyat təlimində tərbiyə prinsipi.

32. Riyaziyyat təlimində əyanilik prinsipi.

33. Riyaziyyat təlimində şüurluluq və fəallıq prinsipi.

34. Riyaziyyat təlimində biliklərin möhkəmliyi prinsipi.

35. Riyaziyyat təlimində sistematiklik və ardıcıllıq prinsipi.

36. Riyaziyyat təlimində fərdi yanaşma prinsipi.

37. Riyaziyyat təlimində tətbiq olunan metodlar.

38. Müşahidə, təcrübə və ölçmə -empirik metodlar kimi.

39. Müqayisə və anologiya təlim metodları kimi.

40. Ümumiləşdirmə, mücərrədləşdirmə və konkretləşdirmə metodu.

41. İnduksiya və deduksiya metodu.

42. Riyaziyyat təlimində analiz və sintez.

43. Problemli təlim metodu.

44. Proqramlaşdırılmış və differensiyalı təlim metodu.

45. Riyaziyyat tədrisində evristik metod.

46. Xüsusi təlim metodları.

47. Müəllimin şərhi və çalışmalar metodu.

48. Oxşar və fərqli anlayışların birgə formalaşdırılması metodu.

49. Laborator metodu.

50. Didaktik oyunlar və əyləncəli çalışmalar metodu.

51. Şagirdlərin müstəqil işləri.

52. Riyaziyyat dərsliyi ilə təlim.

53. Bilik, bacarıq və vərdişlərin tətbiqi.

54. Şifahi hesablama üsulları və onların təlim prosesində tətbiqi.

55. Riyaziyyat dərsinin xüsusiyyətləri və ona verilən tələblər.

56. Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası.

57. Azkomplektli məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri.

58. Mənfi olmayan tam ədədlərin nömrələnməsinin öyrədilməsi metodikası.

59. 1-dən 10-a qədər ədədlərin nömrələnməsi.

60. 1-dən 100-ə qədər ədədlərin nömrələnməsinin öyrədilməsi metodikası.

61. 1-dən 100-ə qədər ədədlərin nömrələnməsinin öyrədilməsində tətbiq olunan metodlar və vasitələr.

62. Min dairəsində nömrələnmənin təliminin ümumi məsələləri.

63. “1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi” mövzusunun təlimi metodikası.

64. Çoxrəqəmli ədədlərin nömrələnməsinin öyrədilməsi metodikası.

65. Çoxrəqəmli ədədlərin nömrələnməsinin təlimi zamanı tətbiq olunan metodlar və vasitələr.

66. 1-dən 1000000-a qədər ədədlərin nömrələnməsi” mövzusunun tədrisi metodikası.

67. 10 dairəsində toplama və çıxmanın öyrədilməsi metodikası.

68. 100 dairəsində toplama və çıxmanın öyrədilməsi metodikası.

69. 100 dairəsində şifahi toplama və çıxmanın öyrədilməsi metodikası.

70. Ədədin cəmə əlavə edilməsi xassəsi.

71. Biliklərin möhkəmləndirilməsi.

72. 100 dairəsində yazılı toplama və çıxmanın öyrədilməsi metodikası

73. Vurma və bölmənin öyrədilməsinə hazırlıq işi.

74. Vurma və bölmənin cədvəl hallarının öyrədilməsi texnologiyası.

75. Vurma cədvəlinin tərtibi prosesində əyaniliyin tətbiqi.

76. Vurma və bölmənin cədvəllərinin əzbər öyrənilməsi metodikası.

77. Vurma və bölmənin xüsusi hallarının öyrədilməsi metodikası.

78. Şagirdlərin vurma və bölmə əməlləri xassələri ilə tanış edilməsi.

79. Vurma və bölmə əməllərinin cədvəldənkənar hallarının öyrədilməsi metodikası.

80. Qalıqlı bölmənin öyrədilməsi metodikası.

81. 1000 dairəsində toplama və çıxmanın öyrədilməsi metodikası.

82. Mövzu üzrə proqram materialının planlaşdırılması.

83. 1000 dairəsində vurma və bölmənin öyrədilməsi metodikası.

84. Yazılı vurmanın təlimi.

85. Yazılı bölmənin təlimi.

86. Çoxrəqəmli ədədlərin toplanması və çıxılmasının öyrədilməsi metodikası.

87. Çoxrəqəmli ədədlərin vurulması və bölünməsinin öyrədilməsi metodikası.

88. Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması və bölünməsinin öyrədilməsi.

89. İkirəqəmli və üçrəqəmli ədədlərə vurma.

90. İkirəqəmli və üçrəqəmli ədədlərə bölmə

91. Parçanın uzunluğu və onun ölçülməsinin öyrədilməsi metodikası.

92. Kəmiyyətlərin ölçü vahidləri.

93. Kütlə və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi.

94. Sahə anlayışı və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi.

95. Vaxt və onun ölçülməsilə şagirdlərin tanış edilməsi.

96. Cismin hərəkət sürəti haqqında intuitiv təsəvvürlərin formalaşdırılması.

97. Hissə və kəsr anlayışlarının öyrədilməsi metodikası.

98. Şagirdlərin sadə kəsrlərlə tanış edilməsi metodikası

99. Dəyişənli bərabərlik və onların tədrisi metodikası.

100. Məsələ həllinin təlim və tərbiyəvi əhəmiyyəti.

101. Hesab məsələsi və onun tərkib hissələri.

102. Hesab məsələlərinin təsnifi.

103. Məsələ həllinin mərhələləri.

104. Şagirdlərə məsələ həll etməyin öyrədilməsi.

105. Şagirdlərə məsələ tərtib etdirilməsinin öyrədilməsi.

106. Sadə məsələlərin həlli metodikası.

107. Tip məsələlər həllinin öyrədilməsi metodikası.

108. Ədədin hissəsini və hissəsinə görə ədəd tapmağa aid məsələlər.

109. Sahələrin hesablanmasına aid məsələlər.

110. Vaxtın hesablanmasına aid məsələlərin həlli metodikası.

111. Hərəkətə aid məsələlərin həlli metodikası.

112. İbtidai siniflərdə cəbr elementlərinin öyrədilməsi metodikası.

113. Ədədi ifadələrin öyrədilməsi metodikası.

114. Hərf daxil olan ifadələrin öyrədilməsi metodikası.

. Ədədi bərabərlik və bərabərsizliklərin öyrədilməsi metodikası.

116. İbtidai siniflərdə cəbr elementlərinin öyrədilməsi metodikası.

117. Tənlik anlayışı və tənliklərin həllinin öyrədilməsi metodikası.

118. Məsələlərin tənlik vasitəsilə həll edilməsi metodikası.

119. İbtidai məktəbin riyaziyyat kursunda əməllər sırasına aid qaydaların öyrədilməsi metodikası.

120. İbtidai siniflərdə həndəsə elementlərinin öyrədilməsi metodikası.

121. I-IV siniflərdə həndəsə materialının öyrədilməsi metodikası.

122. “Onluq ” konsentri üzrə həndəsə materialının öyrədilməsi.

123. “Yüzlük” konsentri üzrə həndəsə materialının öyrədilməsi

124. “Minlik” konsentri üzrə həndəsə materialının öyrədilməsi.

125. Sahə anlayışının verilməsi mərhələləri.

ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. “Report”un məlumatına görə, müsabiqənin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə 27 nəfərdən ibarət Komissiya yaradılıb. Komissiyanın sədri Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, əməkdar elm xadimi Şahlar Əsgərovdur. Qeyd edək ki, müsabiqə ADPU-nun 4 fakültəsində-Tarix və coğrafiya, Kimya və biologiya, Fizika və texnologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültələrində və 16 kafedrasında-Türk və Şərqi Avropa xalqlarının tarixi və onların tədrisi metodikası, Azərbaycan tarixi, Riyazi analiz, Hesablama riyaziyyatı və informatika, Biologiya və onun tədrisi metodikası, Analitik və üzvi kimya, İnsan və heyvan fiziologiyası, Ümumi kimya və onun tədrisi metodikası, Fizikanın tədrisi metodikası, Ümumi fizika, Texnologiya və onun tədrisi metodikası, İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası, Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası, həmçinin ADPU-nun Şamaxı Filialında Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedralarında keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Qeyd edək ki, ADPU-da çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Sənədlər sentyabrın 15-dək şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək ADPU-nun İnsan resursları departamentinə təqdim olunmalıdır.

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

dos. Fəxrəddin Yusifov
TƏLİM STRATEGİYALARI [1]
Ədəbiyyat tədrisinin təşkili

Bu başlıq altında Siz ədəbiyyat tədrisinin təşkilinə dair məlumatlara, verilən əsas tələblər, ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarından istifadə ilə tədrisi(Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı və fəal(interaktiv) təlim, fəal(interaktiv) təlimin mexanizmləri), ədəbiyyat dərslərində istifadə olunan üsullar(metod və texnikalar), iş formaları(fərdi, cütlərlə, kiçik və böyük qruplarla iş), müəllimin təlim fəaliyyətinin planlaşdırılması(perspektiv və cari planlaşdırma), ədəbiyyat dərslərinin növləri(induktiv, deduktiv və qarışıq tipli), ədəbiyyat dərslərində müəllimin mövqeyini (fasilitasiya bacarıqlarını), ədəbi əsərlərin öyrədilməsi, icmalların öyrədilməsi, yazıçının həyat və yaradıcılığına dair məlumatın öyrədilməsi, ədəbiyyat nəzəriyyəsinə dair məlumatların öyrədilməsi, ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin təşkili, ədəbiyyat dərslik komplektləri ilə işləmək bacarığı, nitq inkişafı işlərinin təşkili məsələlərini nəzərdən keçirəcəksiniz

Ə dəbiyyat tədrisinin təşkilinə verilən tələblər

Ədəbiyyatın tədrisi qarşısına qoyulan tələblər zaman dəyişdikcə yeniləşmişdir. Dövrün tələbi bu işin məzmununun yeniləşməsinə, tərkibinin dəyişməsinə səbəb olmuşdur. Məsələyə bu yönümdən yanaşsaq, 1991-ci ildə C. Əhmədovun vəsaitində [2] əksini tapan ümummetodik tələbləri diqqətinizə çatdırmaq istəyirik:

1. Qarşıya qoyulan məqsədə çatmaq üçün dəqiqlik və məqsəd aydınlığı;
2. Dərsin özündən əvvəlki və sonrakı məşğələlərlə əlaqəsi;
3. Dərsdə təlimlə tərbiyənin vəhdətinin gözlənilməsi;
4. Dərsin bütün mərhələlərində şagirdlərin fəallığının təmin olunması;
5. Şagirdlərin əmək intizamının təmin olunması;
6. Dərsdə vaxtdan maksimum səmərəli istifadə;
7. Dərsin zəruri vəsaitlə təmin olunması;
8. Dərsin faydalı yekunlarla nəticələnməsi.

Burada əksini tapan məsələlər sovetlər dönəminin tələbləri ruhunda tərtib olunsa da, öz aktuallığını qoruyur və bugünkü dərslərimiz üçün hələ də keçərlidir, amma yetərli deyil. Bunun üçün verilən tələblərə təkrar baxmaqla təsəvvürünüzdə canlanan məsələləri uzlaşdırsanız kifayət edər.

Müəllim hazırlığı ilə 95 ildən çox məşğul olan doğma universitetimizin metodika sahəsində də öz zəngin ənənəsi və təcrübəsi olmuşdur. O, bu sahədə respublikamızın yeganə baş aparıcı müəssisəsi sayılmışdır. Ona görə də universitetimizin ədəbiyyat tədrisi metodikası proqramında verilən tələblərə də diqqəti ayrıca cəlb etmək istərdik. Tələbə və müəllimlərimizin müəyyən dövrə qədər istifadəsində olan 2005-ci il proqramında [3] oxuyuruq:

1. Ədəbiyyatın tədrisi prosesində şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması müasir dövrün əsas problemi kimi;

2. Ədəbi parçaların tədrisini humanistləşdirmək müasir dərsin aktual bir keyfiyyəti kim;
3. Bədii materialın öyrədilməsində yazıçı ideyasının düzgün qiymətləndirilməsi;

4. Dərsin intensivləşdirilməsi. Akademik dərs saatının hər bir mərhələsindən maksimum dərəcədə səmərəli istifadə edilməsi;

5. Tədris materiallarının öyrədilməsində təlimin texniki vasitələrindən istifadə edilməsi;
6. Tədris prosesində fəndaxili və yaxın fənlər arasında əlaqənin ön plana çəkilməsi;
7. Ədəbiyyat dərslərində şagirdləri müstəqil fəaliyyətə alışdırmaq.

Nəzərə alsaq ki, bu proqram tərtib olunanda hələ ədəbiyyat kursu yenilənməmişdi, onda yuxarıdakı tələblərin dövrümüz üçün nə qədər aktual olduğunu aydın şəkildə görə bilərik. Amma bunları da yetərli saymaq olmaz.

Ədəbiyyat tədrisinin təhsil islahatı tələblərinə uyğunlaşdırılması bu gün ən vacib məsələlərdən biridir. Təsadüfi deyildir ki, orta məktəbin ədəbiyyat kursu artıq yenilənməni başa vurmaq üzrədir. Yeni kurs yeni tələblər ruhunda fəaliyyət göstərməkdədir. Həmin tələblər içərisində müasir təlim texnologiyalarının, elektron resursların tədris prosesinə gətirilməsi, dərslərdə fəal(interaktiv) təlim texnologiyasından istifadə, əyani vasitələrdən, internetdən, multimedianın imkanlarından istifadə yolu ilə tədrisin keyfiyyətinin yük­səldilməsi, təlim prosesində şagirdə münasibətin dəyişməsi, müəllimin bələdçi, şagirdin isə tədqiqatçı olması, yaddaş amilindən düşüncə amilinə keçilməsi, dialoqun geniş tətbiqi, nəticəyönümlü və şəxsiyyətyönümlü təhsilin həyata keçirilməsi və s. bir vəzifə kimi qarşıda durur.

Ədəbiyyat tədrisinin keyfiyyətinin yüksəldilməsində kadrların əvəzedilməz rolunu xüsusi ilə vurğulamaq istərdik. Gələcəyin ədəbiyyat müəllimi nələrdən xəbərdar olmalıdır sualına çoxlu və fərqli cavablar vermək mümkündür. Burada onun ixtisasını mükəmməl bilməsi ilə yanaşı şəxsi keyfiyyətlərinə, səriştəsinə qədər hər bir şeyi nəzərdə tutmaq olar. Biz təxmini olaraq onları aşağıdakı kimi qruplaşdırmaq qərarına gəldik. Belə hesab etdik ki, gənc ədəbiyyat müəllimi aşağıdakı məsələlərdən kifayət qədər məlumatı olmalı, müvafiq bilik və bacarıqlara yiyələnməlidir:

1. Təhsil haqqındakı rəsmi sənədlərin ondan nə istədiyini(yəni məzmununu),

2. Ümumi təhsil məktəblərində ədəbiyyatın tədrisi yollarını, məqsəd və vəzifələrini, tədris prosesinin planlaşdırılmasını, təşkilini və qiymətləndirilməsini, metodik qaydaları, üsul və vasitələri, onları praktik olaraq istifadə etməyi,

3. Ədəbiyyat dərslik komplekti ilə işləmək bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi,

4. Ən vacib, zəruri, müasir tələblərə cavab verən elmi-nəzəri, pedaqoji-psixoloji və metodik bilikləri,

5. İnternet resurslarından səmərəli istifadə etməyi,
6. Təqdimatlar, tədqiqatlar aparmaq, özünü inkişaf, özünü təkmilləşdirmək qaydalarını,

7. Müəllim üçün ən zəruri təşkilati, idarəetmə və ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi və s.

Ədəbiyyatın tədrisi metodikası fənni gələcəyin ədəbiyyat müəllimlərində yuxarıda adı tutulan keyfiyyətlərin, bilik və bacarıqların olmasını hədəf götürməlidir. Dövlətin təhsil siyasətini bilmədən, şagirdlərlə, dərsliklərlə işləmək bacarığına sahib olmadan, tədris prosesini təşkil etmək, planlaşdırmaq, idarə etmək, qiymətləndirmə və monitorinq aparmaq, sənətinin sirlərinə yiyələnmədən, yüksək vətəndaşlıq keyfiyyətlərinə, sənət sevgisinə sahib olmadan gələcəyin yaxşı ədəbiyyat müəllimi olmaq mümkün deyil.

Hər bir ədəbiyyat müəllimi dövlətin onun qarşısında nə kimi vəzifələr qoyduğunu, ondan nə tələb olunduğunu aydın şəkildə təsəvvür etməlidir.

Dərs keçməyə başlayan hər bir ədəbiyyat müəllimi məhz həmin vəzifələrin icrasına özünü hazır hesab etməlidir. Onun tədris etdiyi hər bir mövzunun arxasında bu rəsmi sənədlərin tələb etdiyi məsələlər dayanmalıdır. Bunun üçün də öncə “Təhsil haqqında” Azərbaycan Respub­likası Qanunu”nun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq.

Maddə 4. Təhsilin əsas məqsədi (yəni təhsilimiz kimlərin yetişdirilməsinə xidmət göstərməlidir, fənlərimizin, mövzularımızın tədrisi zamanı biz hansı insanı yetişdirməliyik və bu insanda hansı keyfiyyətlər özünü göstərməlidir?):

4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Bəs ümumi təhsil qarşısına qoyulan vəzifələr nədən ibarətdir? Yenə də hamin Qanunun aşağıdakı müddəaların nəzər salmaq lazımdır:

19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.

Ümumi təhsil müəssisələrin güddüyü əsas məqsəd nədir sualına da yenə həmin sənədin aşağıdakı bəndlərində cavab verilir. Hər bir fənn müəllimi, eləcə də ədəbiyyat müəllimi öz fəaliyyətində burdakı tələbləri əldə rəhbər tutmalıdır. Unutmayaq ki, orta məktəb dərslikləri yaradılanda da məhz həmin tələbələrin həyata keçirilməsi bir zərurət kimi qarşıya qoyulur. Biz aşağıda həm ümumi orta təhsil(V-IX siniflər), həm də tam orta təhsil(X-XI siniflər) üzrə təlim məqsədlərini təqdim edirik:

19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.

19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.

Dərslik komplektləri yaradılanda Qanunun bu tələbləri ilə yanaşı onun məzmununu əldə rəhbər tutan “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları)” sənədinin müddəaları da nəzərə alınmalıdır. Həmin sənədin ümumi təlim nəticələri(9-cu bölmədə verilir və səviyyələr üzrə – ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər – təqdim olunur) və fənlər üzrə məzmun standartları(10-cu bölmə) ümumi təhsilin səviyyələri üzrə əldə olunacaq bilik və bacarıqları əks etdirməklə orta məktəb dərsliklərində nələrin güdüləcəyinə dair zəruri istiqamət verir. Siz əvvəlki bölmədə həmin sənədin məzmunu ilə tanış edildiniz. Yaxşı olardı ki, indi ümumi təlim nəticələri(9-cu bölmə) və məzmun standartlarında(10-cu bölmə) əksini tapan məzmunla Qanunundakı müddəaların bir-biri ilə necə uzlaşdığına diqqət yetirəsiniz. Hər bir gənc ədəbiyyat müəllimi onun qarşısında duran vəzifələrin nədən ibarət olduğunu, bu vəzifələrin haradan qaynaqlandığını bilməlidir. Biz burada diqqəti yenidən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulum­la­­rı)” sənədindəki bir məsələyə cəlb etmək istərdik. Bu da təlim prosesinin təşkilində əldə əsas götürüləcək prinsiplərdir. İş prosesində bu tələblər mütləq yerinə yetirilməlidir. Həmin sənəddən oxuyuruq:

Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

pedaqoji prosesin tamlığı — pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;

təlimdə bərabər imkanların yaradılması — bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

şagirdyönümlülük — şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

inkişafyönümlülük — şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

fəaliyyətin stimullaşdırılması — pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

dəstəkləyici mühitin yaradılması — pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

Buradakı prinsiplər ədəbiyyat müəlliminin peşə fəaliyyətində bir açar rolunu oynamalıdır. Onların məğzinə dair qısa şərhlərimizi verək. Hər bir ədəbiyyat dərsində təlim-tərbiyə-inkişaf məqsədləri dəqiq şəkildə müəyyən olunmalı və onun icrası nail olunmalıdır. Təlimin bütün iştirakçıları üçün bərabər iş şəraiti yaradılmalıdır. Hər bir şagirdin dərslərdə fəal iştirakı, fikir söyləmək, münasibət bildirmək hüququ təmin olunmalıdır. Bir şagirdlə deyil, bütün siniflə birlikdə işləmək, onları dinləmək, dərsə cəlb etmək vacibdir. Bir şagird başqa birindən heç bir vəchlə üstün tutula bilməz. Dərs prosesi şagirdin maraq, tələbat və mənəvi ehtiyaclarının yüksək səviyyədə ödənilməsinə xidmət göstərməli, şagirdin inkişafı(intellektual, psixi, etik, estetik, mənəvi və s.) izlənilməli və daim diqqətdə saxlanılmalıdır.

1. Ədəbiyyat tədrisi qarşısına qoyulan tələbləri yenidən nəzərdən keçirin. Onlara sərbəst münasibət bildirin.

2. Həmin təsnifata nələri əlavə edərdiniz?
3. Proqram və ali məktəb dərsliyində irəli sürülən həmin tələbləri ümumiləşdirməyə çalışın.
4. Rəsmi sənədlər təhsilin məzmunu ilə bağlı nələri ifadə edir?
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu” sizə nə kimi məlumatları təqdim etdi?
6. Bu məlumatların sizin gələcək müəllimlik fəaliyyətinizlə bağlı nə kimi əlaqələri vardır?
7. Təlim prosesinin təşkili prinsiplərinə nələr daxildir?

[1] Strategiya – hədəfi, ona çatmaq üçün ən səmərəli yolu və bu yolda istifadə olunan üsul və vasitələrin cəmini əhatə edir.

[2] Bax: Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: 1991, səh.181-186.

[3] Bax: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Ədəbiyyat tədrisi metodikası. Bakı: 2005, səh. 7-8.

Comments are closed, but trackbacks and pingbacks are open.