Press "Enter" to skip to content

Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri

Internet program ile (ONLINE) ve ya yerindəcə internet klublara ve playstaion salonlarina club timer programı yazilmasi. Windows xp 7 8 10 ferq etmez Playstation 10 azn bu qiymet ne qeder olursa olsun Internet klub

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Ali Məclisin Sədri bildirib ki, bu ilin sonuna artıq Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq: “İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir”.

Xalça fabrikinin qurulması işləri də başa çatdırılıbdır. Ali Məclisin Sədri qeyd edib ki, indi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıb, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.

Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri

Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri

Müflisləşmiş müəssisənin yenidən qurulması onun strukturu və fəaliyyəti istiqamətinin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Bu məqsədlə yenidənqurmanı təşkilatçısı müəssisənin əmla­kı­nın hamısını və ya müəyyən həssəsinin digər təsərrüfat sub­yektinə sata bilər. Adətən borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin nümayəndəsi əmək kollektivi və kreditorların bir hissəsi yenidənqurma yolu ilə müəssisənin sağlamlaşdırılmasına başlanılmasında maraqlı olurlar. Müəssisənin yenidən qurulmasının 2 forması vardır: borclunun əmlakının xaricdən (kənardan) idarə edilməsi və sanasiyası (sağlamlaşdırma). Beynəlxalq təcrübəyə görə borclunu əmlakının kənardan idarə edilməsi zamanı müəssisənin idarə edilməsi arbitraj rəhbərinə keçir. O, arbitraj məhkəməsi tərəfindən təyin edilir və kreditorlar tərəfindən hazırlanan plan əsasında fəaliyyət göstərir. Bu planda müəssisənin tədiyyə qabiliyyətinin bərpa edilməsi və ya əmlakın bir hissəsinin satılması yolu ilə kreditorların tələblərinin yerinə yetirilməsi nəzərdə tutulur. Borclu əmlakının kənardan idarə edilməsi zamanı kreditorların tələblərinin ödənilməsinə moratoriya qoyulur. Bu zaman müəssisənin yenidən qurulmasının həyata keçirən müdiriyyət kreditorların yığıncağından tam asılı vəziyyətdə olur. Kreditorlar yığıncağı kənardan idarəetmə planının müddətini, müəssisənin yeni fəaliyyət profilini, müəssi­sədə aparılan struktur dəyişikliklərini və ixtisarları, borclu əmla­kı­nın bir hissəsinin hansı qiymətə satılmasını müəyyənləşdirir. Əgər kənardan idarəetmə məqsədinə çatılıbsa, yəni müəssisənin tədiyyə qabiliyyəti bərpa olunubsa və ya yenidənqurmanı aparan müdiriyyət bu məqsədə çatmanın qeyri-real olduğuna əmin olubsa,onda o,məhkəməyə müraciət edir və müəssisənin bu yolla yenidən qurulması prosedurası bitmiş hesab olunur.
Borclu müəssisənin yenidən qurulmasının ikinci, yəni sana­siya formasından daha çox istifadə edilir. Bu zaman borclu müəssisənin tədiyyə qabiliyyətinin bərpa etmək üçün sağlamlaş­dırma müsabiqəsində qalib gəlmiş hüquqi və ya fiziki şəxs tərəfin­dən maliyyə yardımı göstərilir. Sağlamlaşdırma müsabiqəsində borclu müəssisə hər-hansı bir səhmdar və ya kreditor, habelə hüquqi və fiziki şəxslər iştirak edə bilər. Hansı hüquqi və ya fiziki şəxsin borclu müəssisənin sağlamlaşdırılması tədbirlərin özündə birləşdirən biznes planı (sanasiya layihəsi) məhkəmə tərəfindən qənaətbəxş hesab olunursa, o da sanasiyanı həyata keçirir. Bunun üçün o, öz şəxsi nümayəndəsini təyin edir. Qanuna görə sanasiyanın müddəti 24 aydan çox ola bilməz.
Əgər müəssisənin yenidən qurulmasının birinci formasında əsas sözü kreditorlar yığıncağı deyirdisə, ikinci formada əsas sözü sanasiyanı həyata keçirən şəxs deyir. Amma o,12 ay müddətinə kreditorların tələb etdikləri məbləğin azı üçdə bir hissəsini ödəməlidir. Rusiyada bu məbləğ borcun 40 faizini təşkil edir. Sağlam­laşdırma müddəti başa çatmaqla bərabər bütün kreditor­ların tələblərini müəyyən olunmuş ardıcılıqla ödənilməlidir. Müəssisənin sağlamlaşdırılmasının biznes planının məqsədlərinə nail olduqda sağlamlaşdırma məhkəmənin qərarı ilə başa çatır və müəssisənin iflası haqqında işə xitam verilir.
Müəssisənin maliyyə vəziyyətinin sağlamlaşdırılması böh­ranlı vəziyyətlərin idarə edilməsinin mühüm tərkib hissəsi kimi çıxış edir. Böhranlı vəziyyəti olan hər bir müəssisə üçün ayrıca səmərəli sanasiya tədbirləri seçilməlidir. Lakin bununla belə bir çox müəssisələrin böhran şəraitindən çıxış yollarını öyrənməklə sanasiyanı ümumi qayda və tədbirləri müəyyənləşdirilmişdir. Sanasiyanın xarakterinə görə nəzərdə tutulan tədbirlər və qaydalar geniş yayılmış iki növ taktikada: müdafiə və hücum taktikasında cəmlənmişdir.
Birinci taktikanın müdafiə taktikası adlanması onunla bağlıdır ki, o qoruyucu, müdafiə xarakterli tədbirlərə əsaslanır. Buraya maya dəyəri xərclərinin ixtisarı,bəzi istehsal və idarəetmə bölmələrinin bağlanması,istehsalın və satışın azaldılması və heyətin ixtisar olunması tədbirləri daxildir. Bunlar da istehsal və satışla əlaqədar olan bütün xərclərin ixtisarını nəzərdə tutur. Bu da məhsul və xidmətlərin istehsalında mənfəətin azalmasına gətirib çıxarır. Belə taktikadan müəssisə əlverişsiz xarici mühitə malik olduqda istifadə edir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən həm iri (neft və kimya maşınqayırması müəssisələri “Çinar” istehsal birliyi, “Bakkondisioner EİB”,Dəniz stansionar zavodu və b.), həm də kiçik müəssisələr bu cür taktikadan istifadə edirlər. Bu da iqtisadiyyatı bürümüş staqflyasiya ilə bağlıdır. Aydın­dır ki, əksər müəssisələrin müdafiə taktikası seçməsi milli iqtisadiyyatda böhranı daha da dərinləşdirir və bu taktikadan istifadə edən müəssisənin maliyyə vəziyyəti yaxşılaşmır. Bunun da izahatı ondan ibarətdir ki, böhranlı vəziyyətin səbəbləri müəssisədən kənarda yerləşmişdir. Müdafiə taktikasında əsasən operativ vəzifələrin yerinə yetirilməsinə fikir verilir. Buraya zərərlərin aradan qaldırılması xərclərin ixtisar edilməsi, intizamın möhkəmləndirilməsi, kreditorlarla dil tapma, ödənişlərin vaxtının uzadılması, kadr dəyişiklikləri, mütəxəssislərin cəlb olunması, kredit­lərin alınması, istehsal ehtiyatlarından səmərəli istifadə edilməsi aid edilir.
Müflisləşmiş müəssisənin sağlamlaşdırılmasında hücum taktikasından istifadə etmək daha çox səmərə verir. Bu zaman operativ tədbirlərə nisbətən daha çox strateji tədbirlərə üstünlük verilir. Hücum taktikasının əsasını istehsal ehtiyatlarından isti­fadə, aktiv marketinq,daha yüksək qiymət siyasəti, istehsalın təkmil­ləşdirilməsinə çəkilən xərclərin artırılması, əsas istehsal fondlarının yeniləşdirilməsi, perspektiv və qabaqcıl texnologiya­ların tətbiqi, habelə idarəetmənin təkmilləşdirilməsi təşkil edir. Eyni zamanda müəssisənin rəhbərliyi dəyişdirilir və ya yeni kadr­larla mökəmlədirilir, şəraitin kompleks təhlili və qiymətlən­dirilməsi aparılır. Lazım gəldikdə müəssisənin strategiyası, fəaliy­yətinin əsas prinsiplərinə düzəlişlər edilir. Müəssisədə yaranmış şəraitin kompleks təhlili zamanı müəssisənin potensialı, istehsal proqramları, gəlirlər və innovasiyaların (yeniliklərin) öyrənilməsi və qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında isə sağlamlaşdırmanın konsepsiyası hazırlanır. Sağlamlaşdırmanın konsepsiyasının hazırlanması və həyata keçirilməsi aşağıdakı kimidir.

Müəssisənin sağlamlaşdırılmasında, habelə bütünlüklə antiböhranlı idarəetmədə müflisləşmə işləri üzrə dövlət orqanı vacib funksiyalar daşıyır. Lakin hələlik Azərbaycanda bu orqan yaradılmamışdır. Belə orqan sanasiya lahiyyəsinin qimətləndiril-məsində sanasiya müsabiqəsinin aparılmasında, müsabiqə icrası-nın yerinə yetirilməsində, müsabiqə kütləsinin müəyyənləşdirilmə-si qaydalarının hazırlanmasında, kreditorların tələblərinin qorunmasında, kadraların hazırlanmasında və müəssisələrin müflisləşməsi ilə bağlı digər metodik gösərişlərin hazırlanmasında əvəzsiz rol oynaya bilər.
Müflisləşmə sisteminin sivil tipinə borclu və kreditorlar deyil,həm də dövlət hakimiyyət orqanları daxildir. Lakin dövlət hakimiyyət orqanları müflisləşmə sistemində spesifik rol oynaya­raq müflisləşmə sisteminin təşkilati, hüquqi (məhkəmə) və sosial təminatı ilə məşğul olurlar.
Borclu müəssisənin sanasiyasında mühüm sənəd sağlam­laşdırma tədbirlərini əks etdirən biznes-planıdır.
Sanasiya biznes-planında müəssisədəki dəyişikliklər prosesi təhlil olunur, müəssisədə yaranmış böhranlı vəziyyətdən rəhbərli­yin necə çıxması və müflisləşməsinin qarşısının alınmasının kon­kret istiqamətləri göstərilir.
Qərb firmalarının iş təcrübəsində biznes-planda onun isteh­sal, maliyyə, marketinq və digər fəaliyyət sferalarında baş verən bütün dəyişiklik təsbit olunur. Sovet dövründə müəssisələrin isti­fadə etdiyi texniki-sənaye maliyyə planında planlı iqtisadiyyata uy­ğun funksiya və vəzifələr var idi. Hal-hazırda bizim sahib­karların biznes-planın hazırlanması və daima təshih olunması barədə iş təcrübələri olmamalarına baxmayaraq sahibkarlıq fəaliyyətində onlardan geniş şəkildə isifadə olunması vaxtı artıq gəlib çatmışdır.
Biznes-plan firmanın inkişafının kompleks planı olub, öz vəsaiti və kənardan cəlb olunan vəsait hesabın sərmaya qoyu­luşunu əlaqələndirməyə imkan verir. Adətən biznes-plan üç-beş il üçün hazırlanır. Müəssisənin sanasiya biznes-planı isə 18-24 ay müddətinə tərtib olunmalıdır. Sanasiya biznes-planı bir-birilə əlaqədar olan iki vəzifəni yerinə yetirir.
Biznes-planın yerinə yetirdiyi birinci vəzifə borclu müəssi­sənin heyətinə və rəhbərliyinə lazımdır. Bura məhsul istehsalı və satışı ilə bağlı vəzifələrin əsaslandırılmasına və satış bazarında sabit yerin tutulmasına kömək edən dəyişikliklər daxildir.
Biznes-planın yerinə yetirdiyi ikinci vəzifə isə müəsisənin böhran vəziyyətindən çıxarılmasına yönələn maliyyələşdirməyə investorları inandırmaqdır. Sanasiya biznes-planı tərtib edilərkən daha çox diqqət məhz bu vəzifənin yerinə yetirilməsinə yönəl­məlidir.
Qərb sahibkarlarının istifadə etdikləri biznes-planlar tərti­binə, strukturuna,yerinə yetirdiyi vəzifələrə və fəaliyyətlərin miq­ya­sına görə bir-birindən fəqlənirlər. Buna baxmayaraq elə stan­dart elementlər var ki,bunları hər bir biznes-planda görmək olar.
Biznes-planın tərtibində sanasiyanı həyata keçirən şəxsin iştirakı olduqca vacibdir. Çünki, tamamilə məsləhətçi tərəfindən tutulmuş və yalnız rəhbər tərəfindən imzalanmış biznes-plan üçün bir çox xarici və yerli banklar, habelə investisiya fondları vəsait ayırmaqdan tamamilə imtina edə bilərlər. Bu heç də o demək deyildir ki, məsləhətçilərin xidmətlərindən istifadə etmək lazım deyil. Əksinə ekpertlərin cəlb olunması kreditorlar və yeni investorlar tərəfindən rəğbətlə qarşılanır.
Biznes-planda göstəricilərin kəmiyyət tərəfi göstərilməklə yanaşı, onlar keyfiyyətcə də əsaslandırılmalıdır. Biznes-plan axırdan yəni xülasədən başlanır. O əlbəttə ki, işin lap axırında bütün bölmələr hazır olandan sonra yazılmalıdır. Xülasə üzərində iş çox vacibdir. Belə ki,əgər xülasə sanasiyada maraqlı olan tərəflərdə rəğbət doğurmasa ondan sanasiya lahiyyəsi müsa­biqədən keçə bilməyəcəkdir.
Xülasənin həcmi dörd çap səhifəsindən çox olmamalıdır.O sadə və lakonik olmalıdır. Burada minimum terminlər işlədilməlidir və maksimum dəqqət ona verilməlidir ki, məhz nəyə görə firmanın gələcək məhsulu və ya xidməti başqa məhsul və xidmətlərdən fəqlənir və nəyə görə alıcılar məhz həmin firmanın məhsul və ya xidmətini əldə etməyə çalışacaqlar.
Xülasənin axırıncı səhifəsi mütləq firmanın gələcəkdə lahiyyədən gözlədiyi maliyyə nəticələrinə həsr olunmalıdır. Burada firmanın satış həcmi,satışdan əldə etdikləri gəlirləri, istehsal xərcləri, ümumi mənfəəti və nəhayət borc aldığı vəsaitlərinin nə vaxt qaytarılacağı göstərilməlidir.
Firma fəaliyyətinin ümumi xüsusiyyətlərində biznes-planın digər bölmələrinin əsas göstəriciləri, bazara təklif edilən məhsul və ya xidmətin keyfiyyət parametrləri: etibarlığı, uzunömürlülüyü, erqonomokliyi, patent təmizliyi, güman edilən alıcıların vəziyyəti, istifadə ediləcək xammal və materiallar haqqında məlumatlar verilməlidir. Bundan başqa firmanın fəaliyyət göstərdiyi sahənin vəziyyəti, əsas rəqiblərinin iş təcrübəsi, satış və gəlirlərin artımı,bazara yeni daxil olan və çıxan subyektlər barədə də fikirlər söylənilə bilər.
Bazarın təhlilində əsas diqqət hər bir məhsul və xidmət növü natural və dəyər ifadəsində satışın həcminə, daha çox satıl­mış məhsulların ümumi satışındakı xüsusi çəkisinə, reklamasiya­ların və istehlakçılar tərəfindən qaytarılan məhsulların miqdarına, alıcılara müqavilədə göstərilən müddətə çatdırılmayan məhsulla­rın miqdarına və buna görə də firma tərəfindən ödənilən cərimə­lərin məbləğinə,hansı diler və distrebyuterlərin xidmətindən istifadə olunmasına, başlıca məhsul və xidmət alıcılarının kim olmasına,nə üçün onların bu məhsula üstünlük verməsinə diqqət yetirilir. Bazarı örənərkən firmanın məhsul və xidmətlərinə tələbin səviyyəsini müəyyənləşdirmək üçün “Boston məsləhət qrupunun matrisasından” istifadə etmək məqsədəuyğundur.
Marketinq strategiyası hazırlandıqda firmanın planlaşdır­dığı satış həcminə hansı yollarla çatacağı araşdırılır. Rəqib firmaların məhsul və xidmətlərin güclü və zəif tərəflərinə real qiymət verilir. Firmanın məhsulları rəqib məhsulların qiymətinin səmərəliliyi, etibarlılığı, texniki xidmətin xüsusiyyətləri və sairə ilə müqaisə edilir. Ardıcıl olaraq bazarın seqmentləşdirilməsi, məqsədli bazarın seçilməsi, əmtəənin mövqeləşdirilməsi, satış kanallarının maliyyələşdirilməsi, satışın stimullaşdırılması, məhsulun reklam və təbliğatı yolları tapılmalıdır.
Marketinq strategiyası hazırlandıqda qiymətqoymaya xüsusi diqqət verilir. Bəzi firmalarda biznes-planda qiymətqoymaya ayrı­ca bölmə həsr edilir. Məhsul və xidmətə qoyulan qiymət bazarın konyukturasına cavab verməlidir. Qiymət firmada “təklifin” səviy­yəsini sabit saxlamağa və artırmağa, rəqabətin olmasına baxma­yaraq bazarda firmanın iştirakını saxlamağa və genişlən­dirməyə, bunların müqabilində mənfəət qazanmağa imkan verməlidir. Sahibkar bazarda möhkəmlənmək üçün hətta qiyməti də aşağı endirməlidir. Nəzərdə saxlamaq lazımdır ki, aşağı qiymət manevr etmək üçün firmaya az yer qoyur.
Müasir firma bir tərəfdən diversifikasiya yolu ilə gördüyü işlərin sayını artırmağa, digər tərəfdən isə yekcins və oxşar məhsul və xidmətlər təklif etməyə çalışmalıdır. Bu mütənasibliyin gözlənilməsi a) məhsulların hazırlanması və mənimsənilməsinə, istehsalın təşkili və yenidənqurulmasına qoyulan sərmayələri əsasən daxili imkanlar vasitəsilə aparılmasına, b) məhsulla texno­lo­giyaya və tələbin həyat tsiklinin uzadılması vasitəsilə mənfə­ət­liyin fasiləsizliyinə və firmanın qısa, yaxud uzunmüddətli dövrdə artımına şərait yaratmalıdır. İstehsalın inkişaf konsepsiyası müəy­yən edilərkən hansı vasitələrlə istehsal gücünün artırılması xüsusi olaraq təsdiq edilir. Firma aşağıdakı üsullarla öz istehsal gücünü genişləndirə bilər:
1) daxili maliyyə resursları vasitəsilə mövcud istehsal gücü­nün genişləndirilməsi,
2) digər firmalarla qovuşma,
3) lisenziya
4) müştərək müəssisənin yaradılması və şirkətlərin istehsal resurslarının birləşməsi,
5) lazım olan avadanlığın və ya istehsal sahəsinin icarəsi,
6) podrat müqaviləsi əsasında birgə tikintinin aparılması.
Bunlardan hansının seçilməsi isə sanasiya lahiyəsini hazırlayanlardan asılıdır.
Bazara çıxmazdan qabaq hər hansı bir məhsulun yenidən işlənməsinə və dizayna ehtiyacı varsa onda bu iş tam həcmdə izah olunmalıdır. Adətən, belə işlər məhsulun cazibədarlığını, texniki xidmətini yüksəltmək üçün edilir. Biznes-planın bu bölməsində dizayn və yenidən işləməyə çəkilən xərclərin hesablanması uyğun sayılmalıdır.
Firmanı sağlamlaşdırmaq üçün onun idarə edilməsi sistemi də təkmilləşdirilməlidir. Menecmentin müasir tələblərinə uyğun olaraq təşkilati quruluşda müvafiq dəyişikliklər aparılmalı və hakimiyyət xətti dəqiqləşdirilməlidir.Yeni yaradılan istehsal və funksional bölmələrin fəaliyyətləri, vəzifələri və səlahiyyətləri açıqlanmalıdır. Kənardan cəlb edilən menecerlərin tutduğu vəzifə­lər və onların ixtisas bacarığı da burada göstərməlidir.
Biznes-planın maliyyə strategiyası bölməsində firmanın maliyyə potensialını mənfəət və zərərlər haqqında proqnozlarını, rentabelliyini, tədiyyə qabiliyyətini, borc alma qabiliyyətini izah edən göstəricilər təsvir edilir.
Beləliklə sanasiya layihəsinin hazırlanması və həyata keçirilməsi müəssisənin müflisləşmədən çıxmasına şərait yaradan mühüm addımdır.

Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından

Müəssisənin kompüter sisteminin idarəsi

Kompüter sistem və şəbəkəsinin sıfırdan qurulması və idarə edilməsi üzrə xidmət göstərilir. Qiymət razılaşma yoluilədir.

Əlaqədar şəxs
Çingiz
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 24.09.2020

Yalnız bəyləri öz evimdə rahat və təmiz şəraitdə professional bədən massajına dəvət edirəm. Sizə ümumi bədən massajı, müalicəvi massaj, rahatladıcı(Расслабляющий массаж), klassik massaj xidmətləri təklif olunur.

Assalamualaikum. Lexar's Tech şirkəti olaraq sərfəli qiymətə kompüter formatı, ram artırılması, ssd quraşdırılması, hdd quraşdırılmasını və s. digər xidmətləri həyata keçiririk.(YERİNDƏ XİDMƏT Mövcuddur)

instagram takipci panel xidmeti 10K-20Azn 30K-50azn Tiktok Takipci panel xidmeti 10k-50Azn 30K-100Azn

Ünvan: Nəftçilər metrosun üstü, Neftçilər ticaret mərkəzi Göstərilən Qiymət şərtidir Kompyuterlərə əməliyyat sisteminin yazılması (format) (windows 7/8.1/10/11 – linux, mac OS) Free Dos (yeni)

Ayliq ödəniş yoxdu sadece illik Kabelsiz,antensiz,bir basa televizorda Kanallar 2000 eded Azərbaycan 10 Türkiyə 200 Rusiya 200 Heyvanlar kanali 30 Sport kanallari Rus 30 Kino kanallari Usaq kanallari Isteye gore 18+

Internet program ile (ONLINE) ve ya yerindəcə internet klublara ve playstaion salonlarina club timer programı yazilmasi. Windows xp 7 8 10 ferq etmez Playstation 10 azn bu qiymet ne qeder olursa olsun Internet klub

Məşhur CMS-lər əsasında qurulmuş lisenziyalı hazır veb-saytlar. Məzmunu olan müasir veb-sayt şablonlarından birini seçin və təlimatlarımız əsasında düzəlişlərinizi edin. Həmçinin öz məhsulumuz olan çox sadə bir

Kompüter formatı / Windows 10 əməliyyat sisteminin yazılması .

Azərbaycan da 10-ilə yaxındır fəaliyyət göstərən Smart-Tent şirkəti müxtəlif vaxtlarda başqa adlar altın da çalışsa da 2020-ci ildə Smart-Tent adı altında fəaliyyətə başlayıb. Göstərdiyimiz xidmət isə bütün növ kölgəlik

Kafel metlax işləri Hamam , kuxna və digər yerlərə kafel və keramaqranit vurulması işi görülür. Qiymətlər kafelin növünə və yerinə görə dəyişir . İşlər lazer və urvin tərəzi düzlüyündə və keyfiyyətli görülür . Qapı

Sadə format 20 azn. Ancaq bütün program təminatının yazılması 30 azn. Windows şifrədədirsə formatsız şifrə yerindəcə 10 azn-ə silinir. Windows 7, 8, 8.1, 10, 11 tam etraflı yüklənməsi. Ömürlük lisenziya əlavə olunur.

Adobe proqramlarinin yazilmasi

Rack Kabine outdoor Rack Cabine outdoor

Yalnız WhatsApp! Pulsuz konsultasiya İlkin ödəniş yoxdur Pulsuz domen və hostinq 1 iş günün”dən Tədbiqi instruksiya HƏR SAYTIN QİYMƏTİ FƏRDİ HESABLANIR! (saytın ölçüsündən və funksionallığından asılı

Web saytların hazırlanması EMDFaz Komandası tərəfindən hazırlanmış olan saytlar 99% keyfiyyətli və yüksək güvenlikli saytlardır. Saytlarımıza nələr daxildir? • SSL Sertifikat • DDOs Attack Protection • Spam Protection •

1c 8.3 platformada yeni hesablar sistemi əsasında qurulmuş 1c Mühasibatlıq.

Xidmetler.az Bakida və Azərbaycanda xidmət sahələrini bir yerə toplayan platformadır. Saytda müxtəlif xidmət növləri və onlara aid xidmətlər tapa bilərsiz. Biznesiniz və ya eviniz üçün xidmetler, temir tikinti xidmeti, yukdasima xidmeti, kuryer xidmeti, reklam dizayn çap xidmetleri, turizm və digər müxtəlif xidmət növləri var. Xidməti saytda yerləşdirmək pulsuzdur. Biznes, Ev və ofisləriniz üçün xidmət sifariş etmək indi çox asan oldu. Xidmetler.az saytı ilə sizə lazım olan xidməti asanlıqla tapa bilərsiz. Usta təmir xidməti, yükdaşıma xidməti, çatdırılma xidməti, tərcümə xidməti, vergi mühasibat xidmətləri, hüquqi xidmətlər və digər xidmət növləri var.
Sayt rəhbərliyi elanlara və reklam bannerlərinə görə məsuliyyət daşımır.
© 2016 XiDMETLER.AZ | info [@] xidmetler.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.