Press "Enter" to skip to content

WORLD ECONOMY CLASSES

Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri beş yerə bölünür:

Mühasibat və mühasibat uçotu

Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elm. İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən və nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Mühasibat, müəssisələrin aktivlərinin və qaynaqlarının meydana gəlməsini, bunların istifadə edilmə formasını, müəssisələrin etdiyi əməliyyatlar nəticəsində bu varlıqlardakı və mənbələrdəki dəyişmələri, müəssisələrin maliyyə vəziyyətlərini açıqlayacaq məlumatları təmin edən və bu məlumatları əlaqədar adam və təşkilatlara çatdıran bir məlumat sistemi ilə bağlı anlayışdır. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələrin əlaqədar deyil, qeyri-kommersiya, yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır. Buna görə, müəssisələr deyilərkən bütün təşkilatları əhatə edir. Ümumiyyətlə, mühasibat sistemi qazanc məqsədi güdən müəssisələr üçün daha da əhəmiyyətlidir. Mühasibat funksiyalarını qeydetmə, təsnifat, yekunlaşdırma və hesabat olaraq dörd ana qrupda ayıra bilərik:

• Qeydetmə funksiyası: Maliyyə əməliyyatları sənədlərə söykənərək mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsi mərhələsidir. Mühasibatın ən əhəmiyyətli və ilk funksiyasıdır.

• Təsnifat funksiyası: Yazılan məlumatlar müəyyən zaman aralıqlarında yığılıb, xüsusiyyətlərinə görə qruplara ayrılır. Beləcə, fərqli xarakterli və qruplardakı əməliyyatları bir-birləri ilə qarışdırmadan fərqli qeydləri yoxlanıla bilər.

• Yekunlaşdırma funksiyası: əməliyyatlar dövr sonlarında toplanaraq daha asan nəticələr çıxarmağı təmin etmək üçün ümumiləşdirilir . Dövr sonlarında biznes yüzlərlə, bəlkə minlərlə əməliyyat etmiş ola bilər.

• Hesabat funksiyası: Ən son olaraq, hesabat funksiyasında yazılan, təsnif və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlir. Hesabat mühasibat sisteminin ən son mərhələsi və şərhetmə mərhələsidir. Mühasibatın ən əhəmiyyətli funksiyanlarındandır. Hesabat mərhələsində mühasibat hesabatları istifadə olunur. Bu hesabatların ən əhəmiyyətliləri balans hesabatı və gəlir cədvəlidir.

Mühasibat bu funksiyaları sırası ilə yerinə yetirərək, müəssisələrin maliyyə əməliyyatları haqqında nəticələr çıxararaq; həm idarəetməni, həm dövləti, həm də üçüncü şəxsləri məlumatlandırır. Bütün müəssisələrdə yerli və ya beynəlxalq mühasibatlığın olması hesabatlara görə daha vacibdir.

Mühasibat uçotu – müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

Mühasibat uçotunun məcburiliyi – Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

AR “Mühasibat uçotu haqqında” Qanun, Maddə 3

Mühasibat uçotunun funksiyaları:

• informasiya (məlumatvermə) funksiyası,

• əmlakın qorunub saxlanması,

Mühasibat uçotunun məqsədi:

– maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilat və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;

– əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;

– maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

Mühasibat uçotunun əsas prinsipləri:

– Mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;

– Mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərinin yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;

– Təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun, mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman, onun iqtisadi məzmununun, mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;

– Təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin — ehtiyatlılığın təmin edilməsi;

– Qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.

Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.

Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:

• daxili istifadəçilər (“insiders”);

• kənar istifadəçilər (“outsiders”).

Müəssisə daxilində biznes qərarlarını qəbuletmə səlahiyyətinə malik olan rəhbər, menecer, yaxud sadə işçilər ola bilər.

Kənardan həmin şirkətin maliyyə uçotu məlumatları ilə maraqlanan tərəflər ola bilər.Bu istifadəçilərə investorlar və səhmdarlar,kreditorlar,dövlət vergi orqanları,yaxud istehlakçılara aiddir.

Göstərilən istifadəçilər maliyyə uçotundan aşağıdakı informasiyaları almaqda maraqlıdırlar:

1. İnvestorlar və səhmdarlar, onların nümayəndələri – həyata keçirilən və ya nəzərdə tutulan investisiyaların riskliliyi, gəlirliliyi və müəssisənin dividend ödəmək qabiliyyəti haqda informasiya;

2. Müəssisənin işçiləri və onların nümayəndələri (həmkarlar ittifaqı və s.) – işverənlərin gəlirliliyi, stabilliyi, iş yerlərini saxlamaq və əməkhaqqı ödəyə bilmə imkanı barədə informasiya;

3. Borcverənlər – müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi haqqında informasiya;

4. Malsatan və podratçılar, malalan və sifarişçilər – müəssisənin fəaliyyətinin fasiləsizliyi haqqında informasiya;

5. Dövlət orqanları – öz funksiyalarını (resursların yerləşdirilməsi, iqtisadiyyatın tənzimlənməsi, dövlət siyasətinin hazırlanması və reallaşdırılması, statistik nəzarətin aparılması və s. funksiyalar) həyata keçirmək üçün onlara lazım olan informasiya;

6. Bütövlükdə ictimaiyyət – yerli, regional və dövlət səviyyəsində müəssisənin ictimai rifahın yüksəldilməsində rolu haqqında informasiya.

İdarəetmə uçotunun informasiyası:

Daxili istifadəçilər tərəfindən firmanın idarə olunması zamanı istifadə olunur. İdarəetmə uçotunun aparılmasında əsas məqsəd daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri haqqında informasiya ilə təmin etmək, həmçinin maliyyə hesabatının təhlilinin nəticələrinə dair göstəricilərlə təmin etməkdən ibarətdir…

Əgər kənar istifadəçilər üçün maliyyə uçotunun məlumatları, əsasən, investisiyalar haqqında qərar vermək üçün lazım idisə, daxili istifadəçilər üçün uçot məlumatları aşağıdakı məqsədlər üçün lazımdır:

1. Strategiyanın hazırlanması;

1. İşin planlaşdırılması;

2. Qərarların qəbulu;

3. Resurslardan istifadənin optimallaşdırılması.

Qeyd olunanları nəzərə alaraq, idarəetmə uçotunu bəzən daxili, yaxud da istehsal (maya dəyəri) uçotu (“Cost Accounting”) adlandırırlar. Maliyyə uçotu ilə idarəetmə uçotu arasındakı fərqlər şəkildə göstərilmişdir.

Hər bir peşənin (elmin) müəyyən bir məhsulu olduğu kimi, maliyyə uçotunun da məhsulları maliyyə hesabatıdır.

İdarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. İdarəetmə uçotu idarəetmə prosesini uçot prosesi ilə əlaqələndirir. İdarəetmə uçotu – hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. İdarəetmə uçotunun sinonimi daxili uçotdur.

İdarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq, müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı, xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.

Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.

İdarəetmə uçotunun məqsədi

İdarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.

Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir.

İdarəetmə uçotunun vəzifələri

Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı əsas vəzifələri yerinə yetirir:

• müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;

• müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatı, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;

• müvafiq satış qiyməti ilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;

• cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);

• proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).

Bu sadalanan vəzifələri üç istiqamətdə qruplaşdırmaq məqsədəuyğundur:

1. Birinci istiqamət – məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;

2. İkinci istiqamət – müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar, maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;

3. Üçüncü istiqamət – qərar qəbul etmək. [3]

Maliyyə uçotu, əsasən, kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə aid aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:

1. Maliyyə vəziyyəti;

2. Maliyyə nəticələri;

3. Pul vəsaitlərinin hərəkəti haqqında.

Maliyyə nəticələri mənfəət və zərərlər haqqında hesabatda öz əksini tapır. Maliyyə vəziyyətini təhlil etmək üçün balans hesabatı və kapital dəyişiklikləri haqqında hesabatdan istifadə edilir.

Pul vəsaitlərinin hərəkəti üzrə göstəricilər isə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda öz əksini tapır.

Bu hesabatlar demək olar ki,bütün xırda və iri şirkətlər tərəfindən tərtib olunur.

Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri beş yerə bölünür:

• Xüsusi kapital (“equity capital”), yaxud xalis aktivlər (“net assets”);

Aktivlər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış, onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin müəssisəyə iqtisadi fayda gətirəcək.

Öhdəliklər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən axıb getməsinə səbəb olan borclardır.

Xüsusi kapital müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivlərdir.

Gəlir hesabat dövründə müəssisənin iqtisadi faydasının elə artmasıdır ki, bu öz əksini aktivlərin artmasında, yaxud öhdəliklərin azalmasında tapır. Bunun nəticəsində kapitalın mülkiyyətçilərin payları hesabına olmayan artımı baş verir.

Xərclər hesabat dövründə müəssisənin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və ya itirilməsində, yaxud öhdəliklərin artmasında tapır, bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxarılması hesabına olmayan azalması baş verir.

Ümumilikdə isə, bütün hesabatların həm illik, həm də aylıq daha düzgün nəticələnməsi üçün AR qanunverciliyinə və dünya standartlarına əsasən, mühasibat uçotundan istifadə etmək hər bir müəssisə üçün vacibdir.

1. Radil Fətullayev-Əsas Vəsaitlərin Rəsmiləşdirilməsi

3. MÜHASİBAT UÇOTU (SAHƏLƏR ÜZRƏ)-Dərslik

4. Foundations in Accountancy

WORLD ECONOMY CLASSES

Mühasibat uçotunun metodu onun predmetinin dərk edilməsi üsuludur. Əgər mühasibat uçotunun predmeti təsərrüfat fəaliyyəti prosesində vəsaitlərin və onların əmələ gəlmə mənbələrinin hərəkətini əks etdirirsə, onun metodu öz predmetinin hansı üsullar v yollar vasitəsilə öyrənilməsini yerinə yetirir.

Mühasibat uçotunun metodu aşağıdakı ünsürlərdən ibarətdir: sənədləşmə və inventarlaşma, qiymət və kalkulyasiya, hesablar sistemi və ikitərəfli yazılış, balans və hesabat.

Məlumdur ki, təsərrüfat vəsaitləri, onların əmələ gəlmə mənbələri və təsərrüfat proseslərində baş verən təsərrüfat əməliyyatları müxtəlifdir. Bütün bunları düzgün əks etdirmək üçün ayrı-ayrı əvsait növlərinin hərəkəti və yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək lazımdır. Mühasibat uçotunda belə nəzarət sənədlər vasitəsilə həyata keçirilir. sənədləşmə uçot obyektlərinin ilk qeydə alınma üsuludur. Sənədləşmə təsərrüfat fəaliyyətinin həqiqətən həyata keçirilməsinin yazılı təsdiq edilməsi və onların baş verməsinin hüquqi olması deməkdir. Beləliklə, mühasibat uçotunda təsərrüfat əməliyyatlarının qeydiyyatı sənədlər tərtib edildikdən sonra başlanır. Inventarlaşdırma müəssisədə mövcud olan bütün vəsaitin həqiqi vəziyyətinin natural şəkildə yoxlanılması üsuludur. Inventarlaşmanın köməyi ilə uçot göstəriciləri ilə həqiqi göstəricilər müqayisə edilir. Beləliklə, sənədləşmə və inventarlaşdırma mühasibatda ilk məlumatlar almaq üçün tətbiq edilir. Onalrın uçotda istifadə edilməsi müəssisələrin əmlakının qorunması uğrunda nəzarəti həyata keçirməyə imkan yaradır.

Qiymətin köməyi ilə natural və əmək göstəriciləri pula çevrilir. Hər bir müəssisənin təsərrüfat vəsaitinin qiyməti onların həqiqi maya dəyərinə əsaslanır. Müəssisədə bütün məsrəflərin yekunlaşdırılması tələb olunur ki, müəyyən obyektə Aid olan məsrəflərin ümumi məbləğini təyin etmək, uçota alınmış obyektlərin maya dəyərini hesalamaq lazımdır. Məhsulun maya dəyəri kalkulyasiyanın köməyi ilə təyin edilir. Kalkulyasiya uçota alınan obyektlərin maya dəyərini təyin etmək üçün əsas vasimtə olmaqla yanaşı onların qiymətlərinin müəyyən edilməsində ən mühüm baza hesab edilir. Təsərrüfat fəaliyyəti üzərində cari nəzarətin həyata keçirilməsi üçün mühasibat uçotunda hesablar sistemindən istifadə edilir. Hesablar sistemi vasitəsilə uçot obyektləri iqtisadi cəhətdən qruplaşdırılır. Hesablardan sənədlərdə əks etdirilən məlumatları ümumiləşdirmək üçün istifadə edilir. Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsi ikitərəfli yazılışın köməyi ilə həyata keçirilir. Ikitərəfli yazılışın mahiyyəti ondan ibarətdir ki, onun vasitəsilə baş vermiş təsərrüfat əməliyyatları qarşılıqlı surətdə əks etidrilir. Mühasibat uçotunda bütün obyektlər üzərində nəzarət təsərrüfat vəsaitlərinin, onların əmələ gəlmə mənbələri ilə müqayisə etməklə həyata keçirilir. Belə bir müqayisə balans vasitəsilə mümkündür. Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi yekunu ilə, həmin vəsaitlərin əmələ gəlmə mənbələrinin yekunu bir-birinə bərabər olmalıdır. Hesabat uçot məlumatlarına əsasən planın (tapşırığın) yerinə yetirilməsi haqqında məlumat verir. Hesabat müəssisə və təşkilatların əsas göstəriciləri üzrə yekun əldə etməyə şərait yaradır. Bütün bu ünsürlər mühasibat uçotunda bir-biri ilə qırılmaz surətdə əlaqəli şəkildə aparılır. Təcrübədə həmin ünsürlər ardıcıllıqla aparılır.

1). Sənədləşmə baş vermiş təsərrüfat əməliyyatları haqqında ilk məlumat verir, onun vasitəsilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda qeydiyyatı həyata keçirilir.

2). Sənədddə olan məlumatlar mütləq pul ölçüsünün köməyi ilə ümumiləşdirilir. Bunun üçün qiymətlən istifadə edilir.

3). Mühasibat uçotu obyektləri haqqında məlumatları qruplaşdırma və yekunlaşdırmaq üçün hesablar və ikitərəfli yazılışdan istifadə edilir.

4). Hesablarda əks etirilmiş məlumatların həqiqi olması inventarlaşma vasitəsilə yoxlanılır.

5). Hesablarda olan yoxlanmış məlumatlara əsasən, bu və ya digər obyektə Aid olan məsrəflərə yekun vurulur və bütün obyektlərin maya dəyəri hesablanır. Bu hesablama kalkulyasiya vasitəsilə hyata keçirilir.

6). Mühasibat uçotunun obyektəlri üzərində nəzarət etmək üçün müəyyən dövrə təsərrüfat vəsaitləri və onların əmələgəlmə mənbələri müqayisə edilir. Belə müqayisə balans və hesabat vasitəsilə həyata keçirilir.

“Az Accounting Services” LLC Your Accounting Department

II MÖVZU: MÜHASİBAT UÇOTUNUN PREDMETİ VƏ METODU 1 comment

Mühasibat uçotunun predmeti və onun obyektləri. Təsərrüfat vəsaitləri və vəsait mənbələrinin təsnifatı

Mühasibat uçotunun metodu və onun əsas ünsürləri

Kirğənova Z.V. Teoriə buxqalterskoqo uçeta. M., İzd., «Finansı i statistika», 1999

2.1. Mühasibat uçotunun predmeti və onun obyektləri. Təsərrüfat vəsaitləri və vəsait mənbələrinin təsnifatı

Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi, he­sab­la­rın tərtib olunması və mühasibat informasiyalarının düzgün, eti­bar­lı ol­ma­sı dövlət tərə­fin­dən qəbul olunmuş qanunla idarə olunur. Həmin sə­nəd­lər sistemində «Mühasibat uçotu haqqında» Azər­bay­can Respublikasının 24 mart 1995-ci il qanunu, Ma­liy­yə Na­zir­liyinin «Müəs­si­sələrin mühasibat uçotunun he­sablar Pla­nı və onun tətbiqinə dair 01 yan­var 1996-cı il Təli­matı», «Müəs­sislərin uçot siyasəti haqqında» 23 yan­­var 1997-ci il Əsasnaməsi və mühasibat uçotunun təşkilinə aid olan di­gər qanunlar və normativ aktlar aid­dir:

Mövcud olan qanunçuluğa əsasən mühasibat uço­tu­nun əsas prinsip­lə­ri aşağıdakı qaydada müəyyən olun­muşdur:

-mühasibat uçotunun fasiləsizliyi – yəni müəs­si­sə­nin yarandığı gün­dən ləğv edilddiyi günədək bü­tün fə­a­liy­yəti dövründə mühasibat uço­tu­nun fa­si­ləsiz həyata ke­çirilməsi, ləğv etmə zamanı mü­ha­sibat uço­tu­nun xü­su­si qaydasının tətbiq olun­ması;

– mühasibat uçotu hesablarının tətbiqi – yəni müəs­si­­sə əmlakının, öhdəçiliyinin hərəkəti üzrə bütün tə­sər­rü­fat əməliyyatlarını, gəlir və xərc­lə­rə, mən­fəət və zərəri və bu kimi bütün başqa gös­təri­ci­lə­ri­nin yarandığı vaxt­da da mühasibat hesabla­rın­da ikili yazılış üsulu ilə heç bir is­tisnaya yol ver­mə­dən düzgün əks etdirilməsi;

– təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mə­naca onun qa­lan bütün əlamətlərindən üstün­lü­yünün təminatı: – müəssisənin ilkin uçot sənəd­lə­rində məzmunu qeyd olunan təsərrüfat əməliy­yatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edil­mə­si və onların uçotu siyasətində kommersiya sirri kimi qo­ru­nub saxlanması;

– təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı: – mü­­­­əs­sisənin maliyyə nəti­cələrini formalaşdıran zaman po­tensial zərərin, yaxud öhdəliyin son də­rəcə mənfəət və ya aktivə çevrilərək uçot və he­sa­batda əksini tapması üçün böyük hazırlıq işlərinin ehtiyatlılığının təmin edil­mə­si;

– qiymətləndirmənin təminatı: – müəssisənin bütün dövriyyə və döv­riy­­yədənkənar aktivlərini, öhdə­lik­lərini və digər sərvətlərini ilkin və bərpa də­yəri ilə qiy­mət­lən­di­ril­ərək bazar qiymətlərinə uyğun­laş­dırılması.

Mühasibat uçotunun göstərilən prinsiplərinə uyğun olaraq, onun me­todu və predmeti müəyyənləşdirilmişdir.

Mühasibat uçotunun predmeti müəssisənin möv­cud olan əmlakı, onun hə­rəkəti, əmələ gəlmə mənbəələri və formalaşmasını əhatə edir. Buna uyğun ola­raq müha­si­bat uçotu bir iqtisadi elm olmaqla, onun ümumi şə­kil­də pred­meti istehsal münasibətlərini əks etdirməklə məz­mu­nunu müəyyən edir.

Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün əsas fond­la­ra, döv­riyyə vəsaitlərinə və digər əşya­lara malik olur. Təsərrüfat fəaliyyəti ilə əla­qədar müəs­si­sə materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, on­lardan istifadə edir, istehsal prosesinə xərc çəkir, məh­sul istehsal edir, onu satır, sa­tış­dan pul vəsaiti və mən­fə­ət əldə edir. Beləliklə, müəssisə və­sait­ləri, onların əmə­lə gəl­mə mənbələri, hər bir müəssisədə baş verən tə­sər­rüfat prosesləri zamanı yaranan təsərrüfat əməliyyatları mü­ha­sibat uço­tunun obyektləri hesab olunur.

Mühasibat uçotunun predmetini şərh edərkən onun tarixi inkişafına xü­su­si diqqət verilməlidir. Belə ki, mü­ha­­sibat uçotunun predmetinin məz­mu­nu cə­miy­yətin iq­ti­sadi-ictimai formasiyalarının inkişafı ilə əlaqədar ola­­raq də­yişilir. Məsələn, quldarlıq quruluşu dövründə is­tehsal üzərində tam hakimiyyət hökm sürmüş və bu­ra­da qullar da uçotun predmetini təş­kil etmişdir.

Kapitalizm cəmiyyətində mühasibat uçotunun pred­­meti fərdi ka­pi­ta­lın döv­ranı hesab olunurdu. Sosi­a­li­zm cəmiyyətində mühasibat uçotunun pred­me­ti­nin xü­su­siyyətləri sosialist mülkiyyətinin ictimai xarakteri ilə əlaqədar olmuşdur.

Mühasibat uçotu obyektləri sırasında tədavül fond­ları xüsusi yer tu­tur. Tədavül fondlarına dövriyyədə olan pul vəsaitləri, bankdakı pul və­sait­ləri, müəssisə an­ba­rın­da satış üçün istehsal olunmuş hazır məh­sul­lar və alı­cı­la­ra yüklənmiş mallar aiddir.

2.2. Mühasibat uçotunun metodu və onun əsas ünsürləri

Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qay­da­larıdır. Elmi araşdırmalarda metod ter­­mini öyrəniləcək əşyanın təmi­na­tını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nə­zər­də tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.

Göstərilən metodoloji sistemdə mühasibat uçotu­nun hansı vasitələrlə tə­sərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.

Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmə­lə gəlmə mənbə­lə­ri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı və­sait növlərinin hə­rə­kəti və onun icrası üzərində nəzarəti həyata ke­çirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma mü­hüm nəza­rət metodu kimi xüsusi əhəmiyyətə malikdir.

Mühasibat uçotunun metodu onun icra fəaliy­yə­tin­də mühüm əhə­miy­­yətə malik olan ünsürləri vasitəsilə ye­rinə yetirilir. Bu ünsürlər sə­nəd­ləş­­mə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sis­te­min­dən, ikitə­rəf­li yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.

Sənədləşdirmə – təsərrüfat əməliyyatının müəyyən sə­­nədlərlə əmə­liy­ya­tın ic­ra olunduğu yerdə rəsmiy­yətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əmə­­liyyatları üzə­rində müşahidəni təmin edir. Sənəd­ləş­mə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hü­quqi şəkildə yazılı icra olun­ma­sı­dır. İstehsalat, ma­liy­yə və tə­sərrüfat əməliyyatlarının sənədlərlə rəs­miy­yə­tə sa­lınması sənədləşdirmə adlanır.

Təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi mü­ha­sibat uçotunun əsas prinsiplərindən hesab olunmaqla, baş vermiş əməliyyatların sənədlər əsa­sında tərtibini tə­min etməklə, uçot obyektlərinin hərəkəti üzrə daimi in­formasiya əldə olunmasına şərait yaradır. Hər bir təsər­rü­fat əməliyyatı üz­rə tərtib olun­muş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəm­lən­miş informasiyaların tərtib olunmasına şərait ya­ra­dır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş gös­tə­ricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) ad­lanır. İlkin sənədlər tə­sə­rrüfat əməliyyatlarının və onların aparılmasını təs­diq edən yazılı şəhadətnamədir.

Tərtib olunmuş bütün ilkin sənədlər özündə aşa­ğı­dakı zəruri rek­vi­zit­lə­ri əks etdirməlidir: sənədin adı, nöm­rəsi, kodu, tərtib edilmə yeri və ta­ri­xi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məz­mu­­nu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əmə­liy­yat­la­rının baş verməsi, tamam­lan­ması və onun rəs­miləş­di­ril­mə­sinin düzgünlüyü üçün məsul şəxslərin və­zifələri, so­y­adı, adı, atasının adı, şəxsi imzaları və baş­qa göstəricilər əks olunmalıdır.

Əməliyyatların xarakterindən və uçot məlu­mat­la­rı­nın işlənməsi tex­no­logiyasında asılı olaraq ilkin sənədlər əlavə rekvizitlər də daxil edilə bi­lər. İlkin sənədlər əmə­liy­yatların baş verdiyi, bu mümkün olmadıqda isə əmə­liyyatlar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.

Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mü­hasibat uço­tun­­da əks etdirilməsi üçün müəyyən edil­miş müddətlərdə təqdim edil­mə­si­nə, sənəd­lərdəki məlu­mat­ların doğruluğuna və etibarlılığına mə­suliy­yəti hə­min sənədləri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.

Ona görə də təsərrüfat əməliyyatlarının sənəd­ləş­di­ril­məsində hər bir vəzifəli şəxs tərtib etdiyi sənədin qa­nun­çuluqda müəyyən olunmuş norma və standartlara uy­ğun olmasını təmin etməyə borcludur.

İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal sənədləri hazırlanmalıdır.

Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəs­si­­sənin rəhbərinin təsdiq etdiyi si­ya­hı­ya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imza­la­malıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funk­siyasını icra edən şəxsə mənsub olur.

Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əm­la­k­la­rın qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəx­sin nümayəndələrinə və ya fiziki şəxslərə sənəd­ləş­mənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənəd­lə­rin surətləri ilə təmin etmək müəssisədə bu əməliyyatı rəs­miləşdirənin öhdəsinə düşür.

Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uço­t­da qəbul olun­muş ilkin sənədlərdəki məlumatlar Azər­baycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərə­fin­dən ümumi prinsiplərə riayət edilməklə işlənib hazır­lan­mış uçot re­gistrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına kö­çü­rülür.

İlkin sənədlərdə və uçot registrlərində qeydsiz dü­zə­liş­lərə yol ve­ril­mir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzası ilə dü­zəl­miş tarixi göstərilməklə təsdiq edilməlidir. Kassa və başqa sənədlərdə heç bir dü­zə­lişə yol verilmir.

İnvertarlaşma – müəssisə mühasibat uçotunda əks olun­muş əmlakın faktiki yoxlanması və müəyyən olun­ma­sı formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əmə­liy­yatlarının və onun düzgün icra olunmasını müəy­yənləşdirir.

İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mü­­­­­ha­sibat uçotu haq­qında» 24 mart 1995-ci il tarixi qa­nunu və əsas vəsaitlərin, əmtəə-ma­te­rial dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların inver­tar­laş­dırıl­ma­sı­na dair olan təlimat əsasında aparılır. Həmin sənədlər əsa­sın­da müəssisə mü­hasibat uçotu və hesabatının doğru, düzgünlüyünü təsdiq etmək üçün dövrü olaraq öz əm­la­kının, kapitalının və sair maddi sərvətlərinin və ümumi­y­yətlə mühasibat balansının bütün aktiv və passiv mad­də­lərinin invertarlaşmasını aparmalıdır.

İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:

– əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul və­sa­itinin, qiymətli kağızların və bitməmiş isteh­sa­lın fak­tiki qalığının müəyyən edilməsi;

– material dəyərləri və pul vəsaitlərinin qorunub sax­­lanması üzərində nəzarət;

– tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin mü­əy­­yən­ləş­dirilməsi;

– gələcək satışını təmin etmək üçün normadan ar­tıq qalıqda olan maddi dəyərin müəyyənləş­di­ril­məsi;

– material dəyəri və pul vəsaitinin saxlanması qay­da­­larının yoxlan­ma­sı və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;

– müəssisə balansında əks olunmuş obyektlərin re­al vəziyyətini yox­lamaq.

İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiy­yə­tə salınır. İnver­tar­laş­ma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mü­­­hasibatlığa təq­dim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yox­lamalar apa­rılır. Qarışılıqlı yoxlama əsasında invertar­laş­­dırmanın son nəticəsi müəy­yən olunur.

Azərbaycan Respublikasında mövcud olan qa­nun­ve­riciliyə görə in­ver­­tarlaşdırmanın aparılması məcburi olan hallardan başqa, hesabat ilin­də onla­rın aparılma sa­yı, tarixi, yoxlanmış əmlakın siyahısı müəssisə rəh­bər­liyi tərəfindən müəyyən edilir.

Müəssisə əmlakının xarakterindən asılı olaraq kon­k­ret invertarlaş­dır­­ma vaxtı müəyyən olunmalıdır. Möv­cud qaydalara görə təcrübədə in­ver­tarlaş­dır­ma apa­rıl­ması üçün aşağıdakı vaxtlar müəyyən olunur:

– əsas vəsaitlər üçün üç ildən bir;

– kitabxana fondu 5 ildən bir;

– anbarlarda olan hazır məhsullar, illik mühasibat (ma­liyyə) hesa­ba­tı­nın hazırlanma qabağı, oktya­br ayı­nın 1-dən tez olmamaqla;

– anbar və bazalardakı mallar-ərzaq malları üzrə il­də iki dəfə, qeyri-ər­zaq malları üzrə ildə bir dəfə;

– azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;


pul vəsaiti, pul sənədləri ayda bir dəfə;

– debitor və kreditorlarla hesablaşmalar ildə iki də­fə­dən az olma­ya­raq.

Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini in­ver­tar­laş­dırılmasının düzgün, vaxtında ke­­çirilməsinə cavabdehdirlər. Müəs­sisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanun­çu­luq tə­lə­b­lə­rinə uy­ğun keçirilməsinə və onun nəticələrinin mü­ha­si­bat uço­tunda əks etdiril­mə­si­nə borcludur.

İnventarlaşdırma nəticəsində müəyyən olunmuş əm­təə-material də­yər­ləri ilə mühasibat uçotu qalıq­la­rın­da əmələ gəlmiş fərqlər mühasibat uçotu hesab­la­rında aşa­ğıdakı qaydada əks olunur:

– mövcud qanunçuluğa uyğun olan norma da­xi­lin­də itkilər müəssisə rəh­bərinin sərəncamı əsasında istehsal və tədavül xərclərinə aid olan 20«Əsas istehsalat», 26«Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərc­ləri» hesablarının de­betinə və 84«Sərvətlərin əs­kik gəlməsi və xarab olmasından itkilər» hesa­bının kreditinə yazılış aparılır. Təbii itki norması inven­ta­ri­za­si­ya nəticəsində əksik gəlmə müəyyən olduğu halda he­sab­lanır.

– normadan artıq əskik gəlmə və əmlakın xarab ol­ma­­sı ilə əlaqədar mü­əyyən olunmuş əmlakın dəyərləri təq­­sirkar şəxslərdən tutulmaqla 73/3 «Mad­di zərər­lə­­rin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» he­sa­bı­nın debetinə və 84 «Sərvətlərin əskik gəlməsi və xa­rab olmasından itkilər» hesabının kreditinə yazılış apa­rı­lır. Əgər məhkəmə qərarı ilə iddia imtina edilərsə, belə hal­da əmələ gəlmiş itkilər müəssisə maliyyə nəti­cə­lə­ri­nə si­linir və bu halda 80 hesabın de­be­ti­nə və 84 he­sabın kreditinə yazılış aparılır.

Mühasibat uçotu üzrə əməliyyatların yazılışları in­ver­tarizasiya apa­rı­lan ayın hesabında əks olunmalıdır.

Qiymət və kalkulyasiya. Müəssisələrdə mövcud olan təsərrüfat və­sait­ləri və təsərrüfat əməliyyatları öz xa­rakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əla­qədar olaraq vəsait və əməliyyatlarda ümumi gös­tə­ri­ci­nin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin kö­məyi ilə müəssisədə mövcud əmlakın bütün çeşid­lə­ri­nin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bü­tün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin qiyməti onların hə­qiqi maya dəyərinə əsas­la­naraq müəyyənləşdirilir. Mü­əssisə əmlakının və onun mənbəələ­ri­nin real qiymət­lən­dirilməsi mühasibat uçotunun bütün sisteminin nor­mal fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.

Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olun­masında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olun­­muş bütün məsrəflər üzrə maya dəyərinin hesab­lan­ması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə kor­kulyasiya əməliyyatının aparılması ilə müəyyən edi­lir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üz­rə qiymətlərin müəyyən olunmasına şərait yaradır.

Beləliklə, mühasibat uçotu obyektlərini ümumi­ləş­di­rilmiş şəkildə ifadə et­mək üçün qiymət və kor­kul­ya­si­ya­dan istifadə edilir. Sərbəst bazar iqtisadiyyatı şərai­tin­də həmin göstəricilərin təsir dairəsi daha da genişlənir və daha geniş əhəmiyyət kəsb edir.

Hesablar sistemi və ikitərəfli yazılış. Mü­ha­si­bat uçotunun təsərrüfat əmə­liy­yatlarının informasiya sis­­temi əsas elementlərindən biri mühasibat hesab­ları he­sab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uço­tun­da əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qrup­laş­dırılır. Mü­ha­sibat hesabları təsərrüfat əmə­liy­­yat­la­rı­nın ifadə olunduğu mə­lumat­ları ümu­miləşdirir və on­la­rın yekun­laş­masına şərait yaradır.

Bir sıra xarici ölkələrdə, o cümlədən İngiltərə-Ame­ri­ka uçot siste­min­də mühasiblər hesab planını özləri tər­tib tərtib edir və onlara şərti kodlar verirlər. Azərbaycan Respublikasında Mühasibat Uçotu Hesablar planı Mər­kə­zləşmiş qaydada Respublika Maliyyə Nazirliyi tə­rə­fin­dən tərtib olunmuş və hesabların adları və şifrələri mü­əy­yən olunmuşdur.

Mövcud olan qaydalara görə təsərrüfat əməliy­yat­la­rının mühasibat uço­tu hesablarında əks etdirilməsi iki­tərəfli yazılışın köməyi ilə həyata keçirilir.

Mühasibat balansı və hesabat. Mühasibat uçotu ün­sür­ləri içərisində mü­ha­si­bat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəs­sisənin özünə­məx­sus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qrup­laş­dırılması, onların yerləşdirilməsi və pul şəklində ifa­də­si bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.

Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi ye­ku­nu həmin vəsait­lə­rin əmələ gəlmə mənbələrinin ye­ku­nu­na bərabər olmalıdır. Beləliklə, müəsssə balansı müəs­sisənin təsərrüfat vəsaitinin və onların istifadə edil­mə­si üzərində nəzarətin həyata keçirilməsinə imkan verir.

Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, rüb, il) istehsalat-təsərrüfat və maliyyə fəa­­liyyətini xarakterizə edən gös­tə­ricilər sistemidir.

«Mühasibat uçotu haqqında Azərbaycan Res­pub­li­ka­sının Qanunda» mühasibat hesabatı müəssisə maliyyə və əmlak vəziyyətinin vahid qəbul olun­muş göstəricilərin özündə əks etdirməklə mühasibat uçotu gös­tə­ri­ci­ləri əsa­sın­da vahid formada tərtib olunmaqla, maraqlı hüquqi və fiziki şəxs­lərin müəssisənin əmlak və maliyyə vəziy­yəti, mənfəət və zərəri haqqında müqayisə edilə bilən məlu­mat­larla təminatından ibarətdir. Müəssisə və təş­ki­lat­ların təsərrüfat-maliyyə fəaliyyətinin hərtərəfli təhlili ancaq balans və hesabata əsasən şərh olunur.

Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır. Təc­rübədə həmin metodiki prinsiplər əlaqədar ardı­cıl­lı­q­la icra olunur. Göstərilən prinsiplərin icrası ilə mühasi­bat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsər­rüfat-ma­liy­yə əməliyyatları pul, miqdar və əmək ölçü­lə­ri­nə uyğun olaraq ümu­mi­ləşdirilmiş formada əks olunur. Bütün bu əməliyyatların qarşılıqlı şə­kil­də mühasibat uço­tunda əks olunması ilə etibarlı, sistemləşdirilmiş ye­kun hesabat göstəricilərinin əldə olun­masına imkan ve­rir.

Bütün bunlar mühasibat uçotu sistemini yaradır və onun idarə olun­ma­sını təmin edir.

Özünüyoxlama sualları

  1. Mühasibat uçotunun mahiyyəti və təyinatını necə başa düşürsünüz?
  2. Mühasibat uçotunun vəzifələri və funksiyalarını sadalayın?
  3. Mühasibat uçotunun predmetinə nə daxildir?
  4. Mühasibat uçotunun metodunu necə başa düşürsünüz və onun əsas elementləri hansılardır?
  5. Mühasibat uçotunun tərkibi: maliyyə uçotunu, idarəetmə uçotunu və vergi uçotunu izah edin.

Comments are closed, but trackbacks and pingbacks are open.