Muhasibat ucotu haqqinda azerbaycan respublikasinin qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Mühasibat uçotu haqqında” qanuna dəyişikliklər edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci maddədə “kommersiya təşkilatları üçün” sözləri çıxarılsın, “qeyri-kommersiya təşkilatları üçün isə” sözləri “habelə” sözü ilə əvəz edilsin.
2. 6.0.1-ci maddədə “maddəsində” sözü “və 12-1.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
3. 6.0.2-ci maddədə “maddəsində” sözü “və 12-1.2.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
4. 6.0.3-cü maddədə “13.1-ci maddəsində” sözləri “12-1.2.2-ci və 13.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda IV-I fəsil əlavə edilsin:
Publik hüquqi şəxslərin maliyyə hesabatları
Maddə 12-1. Publik hüquqi şəxslərin maliyyə hesabatlarının tərtib edilməsi
12-1.1. Bu Qanunun 12-1.2-ci maddəsində göstərilən mühasibat uçotu subyektləri istisna olmaqla, publik hüquqi şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edirlər.
12-1.2. Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, ilk peşə-ixtisas təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını aşağıdakı qaydada tərtib edirlər:
12-1.2.1. nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulduğu halda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına və ya öz seçimlərindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq;
12-1.2.2. nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmadığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq.
12-1.3. Bir və ya daha çox törəmə publik hüquqi şəxsə və (və ya) təsərrüfat cəmiyyətinə malik olan hər hansı publik hüquqi şəxs hazırladığı maliyyə hesabatından əlavə olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir.
12-1.4. Publik hüquqi şəxslərin maliyyə hesabatları üçün hesabat dövrü bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun müəyyən edilir.
12-1.5. Publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.
12-1.6. Publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxsə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə, bunlar olmadıqda isə təsisçiyə təqdim edirlər.
12-1.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər.
12-1.8. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
12-1.9. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər.
12-1.10. Publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdikdə, onların törəmə publik hüquqi şəxsləri maliyyə hesabatlarını dərc etmirlər.”.
Milli.Az
Muhasibat ucotu haqqinda azerbaycan respublikasinin qanunu
Mühasibat uçotunun əsasları
Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergilər nazirliyinə tələb olunan bəyannamələr təqdim etməlidirlər. Bu hesabatların hazırlanması mühasibat uçotunun aparılmasını tələb edir.
Mühasibat uçotunun məlumatları sahibkarların beynəlxalq dilidir. Təqdim edilən hesabatlar müəssisə barədə bütün vacib məlumatları verir.
Müəssisədə mühasib nəzarət, maliyyə, təhlil və proqnozlaşma funksiyalarını yerinə yetirir.
- İnformasiya (məlumatvermə) funksiyası
- Əmlakın qorunub saxlanması
- Analitik
- Nəzarət
- maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
- əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
- maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
- mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
- mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
- təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
- təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin—ehtiyatlılığın təmin edilməsi;
- qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
- Mühasibat balansı;
- Mənfəət və zərər haqqında hesabat;
- Kapitalda dəyişikliklər haqqında hesabat;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Uçot siyasəti və izahlı qeydlər.
Mühasibat uçotu
Uçotun təşkili
“MÜHASİBAT UÇOTU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN VƏ “MÜHASİBAT UÇOTU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN QÜVVƏYƏ MİNMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 1995-Cİ İL 24 MART TARİXLİ 999 NÖMRƏLİ QƏRARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 1995-ci il 24 mart tarixli 998 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №17-18, maddə 277; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 487; 2001-ci il, №12, maddə 736; 2003-cü il, №1, maddə 1) qüvvədən düşmüş hesab edilsin.
II. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №17-18, maddə 278) qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2009-cu il.
Comments are closed, but trackbacks and pingbacks are open.