Mühasibat uçotu əli sadıqov
Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotu əli sadıqov
“Bizim hər birimiz elmi dərəcəmizdən,biliyimizdən,təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.
HEYDƏR ƏLİYEV.
80 illik ömür hər bir insan həyatında əlçatmayan zirvəyə qalxmaq, həm də ona doğru alnıaçıq,üzüağ , qürurla yol gəlmək hər kəsin işi olmasa da lakin atam bunu bacara bilmişdir.
2018- ci il avqust ayının 19-da görkəmli alim Əli Adışirin oğlu Sadıqovun 80 yaşı tamama olacaq.80 illik yubileyinin işığına onun əzizləri, doğmaları, həmkarları toplaşaraq bənzərsiz alim və fədakar insanın təbrikinə gələcəklər. Yubilyara uzun ömür , can sağlığı diləyərək ona ünvanlanmış ürək sözlərimi mən də bir övlad olaraq qələmə almağı özümə borc bildim.
Çünkü mənim atam böyük şəxsiyyət olaraq iqtisadiyyat elminin inkişafına ömrünün yarıdan çoxunu həsr edən, mənim və bu günki iqtisadçıların formalaşmasında mühüm yer alan bir alimdir.
Sadıqov Əli Adışirin oğlu 1938-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. 1938-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün olunmuşdur və 1946-cı ildə ana vətənə qayıtmışdır. Represiya qurbanıdır.
1957-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1959-63-cü illərdə hərbi xidmətdə olmuşdur. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatının İqtisadiyatı və təşkilio institutunun əyani aspiranturasını bitirərək, 1971-ci ildə dissertasiya müdafiə etmiş və həmin ildə iqtisad elmi dərəcəsi almışdır.
1982-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən “dosent” elmi adına layiq görülmüşdür. 80-ə yaxın elmi əsərin müəllifidir.
1972-ci ildən 2017-ci ilədək, ömrünün 45 ilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və Audit” kafedrasında işləyib.
İstedadlı alim və pedoqoq Əli müəllium bizim müasirimizdir. 50-100 il sonra gələn nəsillər və universiteti bitirmiş məzunlar bu alimin böyüklüyünü və insanpərvərliyini bəlkədə bizdən daha yaxşı dərk edəcəklər və onun tələbəsi olmuş bizlərə qibtə edəcəklər. Çünki, Əli müəllim öz xalqı, ailəsi, eli-obası, bir sözlə vətənm övladları üçün elə böyük işlər görür ki, hər kəsdə onun müasiri olmaq arzusu, istəyi, başqa sözlə desək, qibtəsi baş qaldırır.
“Uçot-İqtisad” fakultəsini, “Mühasibat uçotu və audit” ixtisasını bitirən elə bir məzun tapılmaz ki, onu peşəkar mühasib kimi formalaşmasında Əli müəllimin rolu olmasın. Çünki o, elə bir alim və mənəvi ata kimi formalaşmışdır ki, onun elmindən, savadından, intellektual qabiliyyətindən və müəllimliyindən hər bir məzuna pay düşmüşdür. 100 il sonra Azərbaycan Dövlət iqtisad Universitetinin məzunu ola biləcək hər bir şəxs onun kitabları ilə tanış olduqdan sonra da bu sözləri qürurla və fəxrlə deyəcəklər. Onu müəllim və mənəvi ata adlandıranlar yanılmnırlar, o, doğurdanda əsl alimdir. Əli müəllim fikrini heç kimə zorla qəbul etdirmir, hər şeyi məntiqlə sübut edir. Ondan çox şey öyrənmək olar və bu fikri onun tələbələri bir mənalı şəkildə qəbul edir.
Əli müəllimin 6 övladı var, onlardan dördü qız, ikisi oğlandır. 12 nəvəsi vardır. 8-i oğlan 4-ü qızdır. Bir oğlan və 3 qız nəticəsi vardır.
Övladlarının hamısı ali təhsillidir. Hamısı mühasib-iqtisadçıdır. Oğlu Tahir və qızı Şəhla iqtisad elmləri namizədi alimlik dərəcəsi alıblar. Tahir Azərbaycan Dövlət iqtisad Universitetinin “Maliyyə və Maliyyə İnstitutları” kafedrasında, Şəhla isə Kooperasiya universitetinin ” Mühasibat uçotu və audit” kafedrasının müdiri vəzifəsində işləyir. ikinci oğlu Cəfər Beynəlxalq Bankın Sabunçu filialında işləyir və həmdə elmi tədqiqat institutunda dissertantdır. Həyat yoldaşı Əskinaz xanım isə 2014-cü ildə mart ayının 31-də dünyasını dəyişmişdir.Anamın yoxluğu atamın həyatında bir boşluğun yaranmasına səbəb oldu.
Əli Sadıqovun uşaqlıq çağları, yeniyetmə dövrü, gəncliyi bir sözlə səksən yaşına qədər ömrünün ayrı-ayrı mərhələləri özü haqda nəsə deyir.Ağrılı anları görəndə kədərlənirsən, sevincli anlar isə adama xoş ovqat gətirir.Ömrünün yarısindan çoxunu müəllimlik peşəsinə sərf edən bir şəxsin , bir ziyalının həyat yolu maraqlı və dolğun bədii əsəri xatirladır. Fikirləşirsən ki, müəllimlik peşəsini dünyanın ən şərəfli peşəsi hesab edənlər necə yanılmayıb:
Daşda naxış açan memara bir bax,
Bu sənət heç kəsə gəlməsin asan.
Gör sənin sənətin necə çətindir,
Canlı beyinlərə naxış açırsan.
Bəxtiyar Vahabzadə müəllimi, müəllim peşəsini, ömrünü xalqının maariflənməsinə həsr etmiş insanları belə vəsf etmişdir.
İndi ata, nəvə və nəticə sahibi olan baba Əli müəllim ömrün müdrik çağında keçdiyi həyat yolunun izlərinə bir-bir nəzər salır. Həyatda kimə borcu olub-olmadığı haqda fikirləşir. Elədikləri, eləmədikləri işləri saf çürük edir. Yaşadığı bu ömür ərzində yalnız Allaha bir can borcu olduğunu göz önünə gətirir.
Olan bir canım var o da ki, borcdu,
Allah istəyəndə alacaq məndən
Dünyaya gələndən borc yaşayıram
Borcdan sildirirəm doğulan gündən
Ömrün borc dəftəri vaxtın əlində
Yaşanan hər anı ömürdən silir
Bizim yaşımızı həzm edən zaman
Borcun qurtardığın bəs hardan bilir.
Əli müəllim kimi bir insanın övladı olaraq qürur duyuram və böyük məsuliyyət daşıyıram.O mənim həm müəllimim, dostum və həmkarım olub. Daima çalışıram ki, bu ada layiq olam. Əzizm, başımızın tacı atam həmişə gümrah və sağlam ol.Qalan ömrünü mənalı, övladlarının ,nəvələrinin , nəticələrinin xoş günlərini görərək yaşa.
Atacan, bütün övladların və kafedramızın əməkdaşları səksən illik yubileyini təbrik edir, sənə tanrıdan can sağlığı, uzun ömür, bütün arzularının həyata keçməsini və 100 illik yubileyinin keçilməsini arzu edirik.
Atamın ən yaxın qonşusu və səmi dostu olan jurnalist Ramazan Səməroğlu tərəfindən Əli Sadıqova itaf olunmuş seri sizə təqdim edirəm.
Ömrün yetmiş ili bir anda uçdu,
Görən hara qondu, ay Əli müəllim.
Bir insan ömrünü vaxtın içində,
İllər necə dandı, ay Əli müəllim
Cavanlıq atını səyirdi, getdi,
İllər ömrümüzü əyirtdi getdi.
Bəlkə həyat bizə xəyanət etdi,
Günahkar zamandı, ay Əli müəllim.
Qarşıda gağlardı zirvəsi qarlı,
Dostdur qaxzancınız çox etibarlı.
Günlər yaşadınız qaralı,ağlı,
Həyat imtahandı, ay Əli müəllim.
Ömrün yollarında eniş,yoxuş var,
Bəzən büdrəyirlər naşı adamlar.
Qəlbində kök atıbbitən arzular,
Ömrünə calandı, ay Əli müəllim
Dağların başında şeh oldu qırov,
Yaş da ömrümüzü götürdü girov,
Bir vaxt ov gəzirdik, indi bizik ov,
Bu da bir dövrandı, ay Əli müəllim.
Müdrik yaşınıza qoydunuz qədəm,
Baxın bu dünyaya uca zirvədən .
Ardınızca gəlib sizə əl edən,
Qonşu Ramazanda , ay Əli müəllim.
Azərbaycan Kooperasiya Universitetinin
“Mühasibat uçotu və audit” kafedrasının müdiri,
iqtisad üzrə fəlsəfə doktoru,dosent : Şəhla Cəfərova
- Sosial şəbəkədə paylaş
Mühasibat uçotu əli sadıqov
Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotunun əsas məqsədləri: effektiv sənəd dövriyyəsinin təşkili, təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması, müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi, vergi uçotunun aparılması, təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.
Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, Mühasibat uçotunun tənzimləyən AR Qanunları, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. qanunvericilik aktlarını misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.
Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir.
Normativ-hüquqi aktlar:
- MÜHASIBAT UÇOTU
- QEYRİ-MADDİ AKTİVLƏR
- Qeyri-maddi aktivlərin tərifi
- Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
- Qeyri-maddi aktivlərin daxil olması
- Qeyri-maddi aktivlərin ayrıca əldə edilməsi
- Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılması
- Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması
- Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına əldə edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz alınması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi hesabına alınması
- Qeyri-maddi aktivlərdən istifadə hüququnun alınması
- Qeyri-maddi aktivlərin amortizasiyası
- Qeyri-maddi aktivlərin istifadə müddətinin təyin edilməsi
- Qeyri-maddi aktivlərin xaric olması
- Qeyri-maddi aktivlərin satılması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi ilə təqdim edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz verilməsi
- Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
- Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsi
- Qeyri-maddi aktivlərin silinməsi
- Torpaq, tikili və avadanlıqlar – tərifi
- Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilmə
- Digər müəssisə və şəxslərdən pulla alınma
- Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşası (istehsalı)
- Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olma
- Hökümət subsidiyaları hesabına alınma
- Uzumüddətli icarəyə götürülmə
- Digər aktiv və ya xidmət ilə mübadilə edilmə
- Torpaq, tikili və avadanlıqların xaric olması
- Ləğv edilib silinmə
- Satılma
- Əvəzsiz olaraq verilmə
- Digər müəssisələrə pay qoyuluşu şəklində verilmə
- Maliyyə icarəsinə verilmə (lizinq)
- Digər aktiv və ya xidmət ilə mübadilə
- Təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlmə
- Torpaq, tikili və avadanlıqların icarəsi
- Maliyyə icarəsi
- Əməliyyat icarəsi
- İcarəyə götürülmüş tikili və avadanlıqların təmiri
- Material ehtiyatları
- Mallar
- Hazır məhsul
- Ehtiyatların inventarizasiyası
- Əmək haqqı və onun ödənilməsi uçotunun təşkili
- İşçinin işə qəbul edilməsi
- İş vaxtının uçotu
- Əmək haqqının hesablanması
- Əmək haqqından tutulmalar
- Əmək haqqı və onun ödənilməsi
- Məzuniyyət
- Müavinətlər
- Təhtəlhesab şəxslər
- İşçinin işdən azad edilməsi
- Məsrəflər və xərclər
- Məsrəflər, xərclər və maya dəyəri
- Məsrəflərin və xərclərin təsnifatı
- İstehsalat məsrəfləri
- Əsas istehsalat məsrəflərinin mühasibat uçotu
- Birbaşa məsrəflər
- Dolayı məsrəflər
- İstehsalın idarəetmə məsrəfləri
- Köməkçi istehsalat məsrəfləri
- Xidmətedici istehsalat və təsərrüfatlar
- İstehsalat məsrəflərinin vergi uçotu
- Maya dəyərinin kalkulyasiyası metodları
- Mərhələ metodu
- Satışdan olan gəlirlər
- Satışdan olan gəlirlərlərin uçotu
- Barter əməliyyatında gəlirlərlərin uçotu
- Kreditlə satış
- Malların qaytarılması
- Verilmiş güzəştlər (endirim)
- Kassa əməliyyatları
- Kassa əməliyyatlarının aparılma qaydaları
- Nəğd vəsaitlərin kassaya mədaxili
- Nəğd vəsaitlərin kassada saxlanılması
- Nəğd vəsaitlərin kassadan verilməsi
- Pul vəsaitlərinin ekvivalentləri
- Kassanın inventarizasiyası
- NKA alınması və qeydiyyatı
- NKA istifadəsi ilə nəğd hesablaşmalar
- Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar
- Ödəmə kartların istifadəsi ilə hesablaşmalar
- Bankda hesabın açılması
- Hesablaşma hesabı ilə əməliyyatlar
- Korporativ kartlar
- Хarici valyuta əməliyyatları
- Akkreditiv nədir?
- Akkreditiv üzrə əməliyyatlar
- Maliyyə nəticələri
- Maliyyə nəticələri
- Gəlirlərin və xərclərin təsnifatı
- Əsas əməliyyat gəlirləri və xərcləri
- Satışdan gəlirlərin uçotu
- Satışdan vergilərin hesablanması
- Tikinti müqavilələri üzrə gəlirlər və xərclər
- Royalti gəliri
- Əməliyyat icarəsi üzrə gəlir
- Sair əməliyyat gəlirləri və xərcləri
- Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışı
- Yenidən qiymətləndirilmədən gəlirlər və zərərlər
- Qiymətdən düşmə üzrə xərclər
- Əvəzsiz olaraq alınmış aktivlər
- Cərimələr və digər oxşar ödənişlər
- Keçmiş illər üzrə gəlirlər və xərclər
- Ümidsiz borclar üzrə gəlirlər və xərclər
- Silinmiş ehtiyatların bərpası
- Məzənnə fərqləri üzrə gəlirlər və xərclər
- Qiymətdən düşmə üzrə xərclər
- Sair gəlirlər və xərclər
- Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər və xərclər
- Maliyyə gəlirləri və xərcləri
- Fövqəladə gəlirlər və xərclər
- Xalis mənfəətin (zərərin) formalaşması
- Vergi cərimələri
- Mənfəət vergisi
- Hesabat ilinin sonuna əməliyyatlar
- Xalis mənfəətin (zərərin) istifadəsi
- Dividentlərin ödənilməsi
- Ehtiyat kapitalının formalaşması
- Keçmiş illərin zərərlərinin bağlanması
- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə kapitalının artırılması
- Zərərin bağlanması
- Ümumi tələblər
- Prinsiplər
- Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri
- Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi
- Mühаsibat balansı
- Mənfəət və zərər haqqında hesabat
- Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt
- Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt
- Uçоt siyаsəti və izаhlı qеydlər
- Uçot siyasəti
- İlkin sənədlər
- Hesablar Planı
- Milli Mühasibat Uçotu Standartları
- Kommersiya təşkilatları üçün MMUS
- Büdcə təşkilatları üçün MMUS
- QHT üçün MMUS
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS)
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS)
- BMHŞK və Standartların Şərhlər Komitəsi (IFRIC & SIC)
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün BMHS (IFRS for SMEs)
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
- İnventarizasiya haqqında anlayış və ona hazırlıq
- Aktiv və öhdəliklərin inventarizasiyası
- İnventarizasiya cədvəllərinin tərtib edilməsi
- İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi
- İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi
- Vergi orqanları tərəfindən keçirilən inventarizasiya
- Məsuliyyət növləri
- Cinayət məsuliyyəti
- İnzibati məsuliyyət
- Vergi Məsuliyyəti
- Maddi məsuliyyət
- Əmək intizamı məsuliyyəti
- Mülki-hüquq məsuliyyəti
- Hüquqi şəxsin qeydiyyatı
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı
Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu
Mühasibat (maliyyə) uçotu ixtisası həmişə hamı üçün anlaşılan olmuş və həmin anlaşıqlığı indi də saxlayır. Hamara məlumdur ki, bütün müəssisə və təşldlatlarda mütləq heç olmasa bir mühasib işləyir. Bununla əlaqədar hesab edirik ki, Siz mühasib ixtisasını seçmiş, ancaq ilk dəfə mühasibat (maliyyə) uçotu və onunla bağlı olan proses və əməliyyatlarla qarşılaşmışsınız. Bu proses və əməliyyatlar hesablar dünyası, onlara dair köçürmə (yazılış), reyestr, hesabat tərtibi və digər işlər məcmusu ilə əlaqədardır. Onları isə araşdırmaq, mənimsəmək, ümumiyyatlə müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin iş prosesinə tətbiq etmək olduqca çətindir. Bu kitab (vəsait) bütün sözügedən işlərin həllinə yol tapmağa, tələb edilən ən xırda məsələlərin yerinə yetirilməsinə istiqamət verməyə köməklik göstərəcəkdir. Kitabın (vəsaitin) köməkliyi ilə Siz mühasibat (maliyyə) uçotu haqqında termin və anlayışlarla, onun forma, prinsip və metodlan tlə tanış olacaq, əməliyyatlann baş verməsinə dair köçürmələr (yazılışlar) verməyi, onlar əsasında Mühasibat (maliyyə) hesabatını tərtib etməyi öyrənəcəksiniz. Müəssisə və təşkilatlann təsərrüfat həyatını öyrənmək və onu uçot həyatına daxil etməklə Siz bütün baş vermiş təsərrüfat hadisələri – torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin), pul vəsaitlərinin, material dəyərlilərinin və digər əmlakların alınması, onlar vasitəsilə zəruri və gündəlik tələb olunan məhsulların istehsal olunması, istehsalla bağlı xərclərin çəkilməsi, işçilərə əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması, hesablanmış ödənişlərin verilməsi, iş prosesində əldə edilən gəlirin müəyyən edilməsi, həmin gəlirdən verginin hesablanması, büdcəyə ödənilməsi, buna uyğun olaraq Vergilər Nazirliyinin son dəyişikliklərlə Vergi Məcəlləsindən, Sosial sığortaya ayırmalara və ondan istifadəyə dair Sosial Müdafiə Fondunun sonuncu əsasnaməsindən istifädə edilməsini, təsərrüfat fəaliyyətində istifadə olunan dəyərlilərin mövcudluğu haqqında invertarlaşmanın apaniması və son nəticədə təsərrüfatın fəaliyyətini qiymətləndirmək üçün uçotun, balans və hesabatın apaniması və tərtib edilməsi məsələlərini. Beynəlxalq və Milli uçot-hesabat standartlannın tələblərinə uyğun öyrənəcəksiniz, Kitabda (vəsaitdə) mühasibat (maliyyə) uçotunun tərkiblərmdən biri olan vergi uçotu da əhatə edilmiş və onun xüsusiyyətləri açıqlanmışdır.
Yükləməyə Keç [5,99 Mb] [ : 5723] –>
Comments are closed, but trackbacks and pingbacks are open.