Press "Enter" to skip to content

Mülki hüquq (azərbaycan, rus və ingilis bölmələri)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Qanun uşaqların xarici ölkəyə aparılması prosedurunu necə tənzimləyir?

Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır. Tərəflərdən birinin himayəsində olan uşağın xarici ölkəyə aparılması zamanı qarşı tərəf çox halda buna icazə vermir, yaxud da müəyyən çətinliklər yaradır. Bəs qanunvericilik bu məsələni necə tənzimləyir?

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov jurnalistlərə bildirib ki, qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

Miqrasiya Məcəlləsində qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Vəkilin sözlərinə görə, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Hüquq məsləhətçisi qeyd edib ki, məhkəmə bu halda uşağın mənafelərinin təmin edilməsinə yönələn qərar çıxarmalıdır: “Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində deyilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmçinin “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz”.

Hüquq məsləhətçisi bildirib ki, uşaq ölkədən gedərkən müəyyən hallarda digər valideynin razılığı tələb olunmur. Belə ki, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur.

D.Novruzovun sözlərinə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər: “Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür”.

Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.

  • Bakı Hüquq Mərkəzi
  • Dünyamin Novruzov

Mülki hüquq (azərbaycan, rus və ingilis bölmələri)

15. Qəyyumluq, himayəçilik və patronajın anlayışı və əhəmiyyəti.

Mülki hüquq (xüsusi hissə)

  1. Alqı-satqı müqaviləsinin anlayışı, növləri və məzmunu.
  2. Yükdaşıma müqaviləsi və onun növləri.
  3. Tapşırıq müqaviləsinin anlayışı və məzmunu.
  4. Komissiya müqaviləsinin anlayışı və mahiyyəti.
  5. Ər-arvadın əmlak münasibətləri haqqında ümumi müddəalar.
  6. Bağışlama müqaviləsi.
  7. Saxlama müqaviləsi.
  8. Borc müqaviləsinin anlayışı və məzmunu.
  9. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi.

10. Əmlak kirayəsi müqaviləsi.

11. Podrat müqaviləsinin anlayışı və məzmunu.

12. Bank hesabı müqaviləsi.

13. Sərnişin daşıma müqaviləsinin məzmunu.

14. Qanun üzrə və vəsiyyət üzrə vərəsəlik.

15. Bank əmanəti müqaviləsinin anlayışı, məzmunu və növləri.

Юридический факультет очное отделение

Специальность: Правоведение

Вопросы итогового государственного экзамена на 2020/2021 год

по предмету Гражданское право

Гражданское право (общая часть)

  1. Понятие, предмет и метод гражданского права.
  2. Порядок и способы создания юридических лиц. Учредительные документы.
  3. Понятие и виды гражданско-правовой ответственности.
  4. Недействительность сделок и ее правовые последствия.
  5. Понятие и виды сроков исковой давности, приостановление и перерыв течения срока исковой давности.
  6. Способы приобретения права собственности.
  7. Понятие ограниченных вещных прав и и общая характеристика их видов.
  8. Защита права собственности и других вещных прав.
  9. Понятие и признаки гражданско-правовых обязательств.

10. Объекты гражданско-правовых отношений.

11. Понятие, виды и содержание договоров.

12. Гарантия и поручительство как способы обеспечения исполнения обязательств.

13. Субъекты и объекты авторских прав.

14. Общая характеристика оснований прекращения обязательств.

15. Понятие и значение опеки, попечительства и патронажа.

Гражданское право (особенная часть)

  1. Понятие, виды и содержание договора купли-продажи.
  2. Договор перевозки груза и его виды.
  3. Понятие и содержание договора поручения.
  4. Понятие и сущность договора комиссии.
  5. Общие положения об имущественных отношениях супругов.
  6. Договор дарения.
  7. Договор хранения.
  8. Понятие и содержание договора займа.
  9. Договорной режим собственности супругов.

10. Договор имущественного найма.

11. Понятие и содержание договора подряда.

12. Договор банковского счета.

13. Содержание договора перевозки пассажиров.

14. Наследование по закону и по завещанию.

15. Понятие, содержание и виды договора банковского вклада.

Faculty of Law Full-time

Specialty: Jurisprudence

Questions of the final state exam for 2020/2021

on the subject of Civil Law

Civil Law (General)

  1. The concept, subject and method of civil law.
  2. The order and methods of creating legal entities. Constituent documents.
  3. The concept and types of civil liability.
  4. Invalidity of transactions and its legal consequences.
  5. The concept and types of limitation periods, suspension and interruption of the limitation period.
  6. Ways to acquire ownership.
  7. The concept of limited property rights and a general description of their types.
  8. Protection of property rights and other property rights.
  9. The concept and signs of civil obligations.

10. Objects of civil law relations.

11. The concept, types and content of contracts.

12. Guarantee and surety as ways to ensure fulfillment of obligations.

13. Subjects and objects of copyright.

14. General characteristics of the grounds for termination of obligations.

15. The concept and meaning of custody, guardianship and patronage.

Civil law (Special part)

  1. The concept, types and contents of the contract of purchase and sale.
  2. The contract for the carriage of goods and its types.
  3. Legal framework of the contract of commission.
  4. The concept and the essence of the commission agreement.
  5. General provisions on property relations of spouses.
  6. Gift agreement.
  7. Storage agreement.
  8. Legal framework of the loan agreement.
  9. Contractual ownership of spouses.

10. Property lease agreement.

11. Legal framework of the contract.

12. Bank account agreement.

13. The contents of the contract for the carriage of passengers.

14. Inheritance by law and by testament.

15. The concept, content and types of bank deposit agreement.

Ümumi hüquq ilə xüsusi hüququn fərqləndirilməsi

Hüquq təhsilinin və praktikasının əsasında duran, gündəlik qarşılaşılan, buna baxmayaraq tam cavablandırılmayan suallardan biri də hər hansı hüquqi münasibət zamanı həmin münasibətin xüsusi yaxud ümumi hüquqa aid olmasıdır. Səbəb isə ondan ibarətdir ki, sahələr arasında sərhədin müəyyənləşdirilməsi üçün hüquq elmində bir neçə yanaşma mövcuddur. Lakin onlardan heç biri bu suala tam dəqiq cavab vermir. Bu yanaşmaları nəzərdən keçirək.

Müzakirə mövzusu xüsusi və ümumi hüququn fərqləndirilməsi olduqda, bir qayda olaraq Azərbaycanda irəli sürülən əsas yanaşma ondan ibarətdir ki, xüsusi hüquq onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. 1 Onun subyektlərinin bərabər mövqedə olması (üfüqi münasibət) və öz iradələrini ifadə etməkdə sərbəstlikləri bu xüsusda əsas meyar qismində göstərilir. Ümumi hüquq isə hakimiyyət daşıyıcıları ilə fiziki və ya hüquqi şəxslər arasında münasibətləri tənzimləyir (şaquli münasibət). Məsələn, bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş funksiyanı yerinə yetirir və qarşı tərəfə münasibətdə ümumi hüququn təmsilçisi qismində çıxış edərək hakimiyyət səlahiyyətlərindən istifadə edir, yəni digər tərəf ondan asılı vəziyyətdə olur.

Yuxarıda qeyd olunan yanaşma hüquq elmində “subordinasiya nəzəriyyəsi” olaraq adlandırılır 2 və bir çox səbəbdən tənqid edilir. Əsas səbəb isə bu yanaşmanın tətbiqi nəticəsində ziddiyyətli nəticələrin yaranmasıdır.

Nümunə üçün işəgötürən ilə işçi arasındakı münasibətə nəzər yetirmək olar. Burada işçi əmək müqaviləsinin bağlandığı andan sonra bir qayda olaraq işəgötürənin göstərişlərinə “tabe” olaraq fəaliyyət göstərməlidir. Digər bir nümunə qismində isə valideynlər ilə yetkinlik yaşına çatmayan uşaqlar arasında olan münasibətlər də göstərilə bilər. Sözsüz ki, qeyd edilən hallarda ümumi hüquq xarakterli münasibətlərin mövcud olmaması tam aydındır. Eyni zamanda dövlət də tərəflərin bərabərhüquqlu olduğu münasibətlərə daxil ola bilər, məsələn dövlət ehtiyacları üçün alğı-satqı müqaviləsinin və ya inzibati müqavilənin 3 bağlanması zamanı dövlət müqavilə tərəfi olaraq digər tərəfə, yəni fiziki və ya hüquqi şəxsə münasibətdə üstünlük hüququna sahib deyildir. Bu səbəbdən ümumi və xüsusi hüquq münasibətlərinin fərqləndirilməsi zamanı sadəcə qeyd edilən yanaşmanın istifadə edilməsi məqsədəuyğun deyildir.

Mövcud nəzəriyyələrdən digəri “maraqlar nəzəriyyəsidir”. Bu yanaşmanın əsasını təşkil edən əsas məntiq ondan ibarətdir ki, ümumi hüquq ümumi maraqlara, xüsusi hüquq isə xüsusi maraqlara xidmət edir. 4 Eynilə subordinasiya nəzəriyyəsində olduğu kimi bu nəzəriyyədə də bəzi boşluqlar mövcuddur.

İlk olaraq, fərdi maraqların qorunması ümumi hüquq vasitəsilə də tənzimlənə bilər, məsələn əsas insan hüquq və azadlıqları ilə bağlı konstitusion normalar insanların mülkiyyət, şəxsi toxunulmazlıq və s. kimi fərdi maraqlarının qorunmasına xidmət edir. 5 Eyni qaydada da fiziki və hüquqi şəxslər xüsusi hüquq normalarına əsaslanaraq ümumi maraqlara xidmət edə bilərlər, məsələn ictimai birliklərin yaradılması kimi. Bütün bu səbəblərə görə maraqlar nəzəriyyəsi də fərqləndirmənin aparılması üçün yetərli hesab edilmir.

Digər bir nəzəriyyə olan “subyekt nəzəriyyəsi” isə fərqləndirmənin subyekt perspektivindən aparılmasını təklif edir. Burada əsas meyar olaraq mövcud hüquq münasibətinin tənzimlənməsi üçün həlledici sayılan müvafiq hüquq normasının kimə ünvanlanması, yəni hüquq münasibətində iştirak edən hansı subyekt üçün hüquq və öhdəliklər əmələ gətirməsi əhəmiyyət daşıyır. 6 İstənilən subyekt üçün hüquq və öhdəliklər yaradan hüquq normaları xüsusi hüquqa aid edilir, məsələn Mülki Məcəllənin alğı-satqı müqaviləsi ilə bağlı olan 567-ci maddəsi. Bundan fərqli olaraq dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edən hər hansı orqan üçün hüquq və yə öhdəliklər yaradan hüquq normaları isə ümumi hüquqa aid edilir, məsələn polis hüququ. 7 Bu yanaşmanın çatışmayan cəhəti isə ondan ibarətdir ki, o, müəyyən hallarda dövlətin xüsusi hüquq münasibətlərindəki rolunu yalnış qiymətləndirir. 8

Bu kimi hallara dövlət qulluğunda dövlətin işəgötürən rolunda çıxış etməsi və ya nəqliyyat münasibətlərinin tənzimlənməsi zamanı yaranan hallar daxildir. Bu kontekstdə “Azərbaycan Dəmir Yolları” QSC vasitəsilə dövlətin xüsusi hüquq münasibətlərində iştirak etməsini xüsusilə vurğulamaq olar. Belə ki, burada dövlət üçün hüquq və ya öhdəliklər yaradan normalar xüsusi hüquqa aiddir, çünki tərəflər arasındakı münasibətlər daşıma müqaviləsi ilə tənzimlənir.

Subyekt nəzəriyyəsinin bir neçə altnövü mövcuddur. Yuxarıda qeyd edilən anlayış isə formal subyekt nəzəriyyəsidir. Formal subyekt nəzəriyyəsinin çatışmayan cəhətlərinin aradan qaldırılması məqsədilə “modifikasiya edilmiş subyekt nəzəriyyəsi” təklif olunmuşdur.

Modifikasiya edilmiş subyekt nəzəriyyəsinin (almanca – Modifizierte Subjektstheorie, Sonderrechtstheorie) yanaşması isə ondan ibarətdir ki, müvafiq hüquq normasının ümumi hüquqa aid edilməsi üçün həmin normanın dövlətə xüsusi hüquq münasibətlərində iştirak edən subyekt qismində deyil, mütləq olaraq suveren rolunda ünvanlanması vacib əhəmiyyətli rol oynayır. 9 Lakin bu nəzəriyyə də dairəvi məntiqə sahibdir. Bu, dövlətin hansı hallarda suveren qismində çıxış etməsini müəyyən edərkən ortaya çıxır, çünki bu halda ümumi hüququn özünə istinad edilməli olur. 10 Suverenliyin müəyyən edilməsi üçün digər mənbənin istifadə edilməsi mümkün olduğu təqdirdə dairəvi məntiq aradan qalxmış olardı. Qeyd edilən çatışmazlığı ortadan qaldırmaq üçün əlavə olaraq sonrakı mərhələdə maraqlar və ya subordinasiya nəzəriyyələrindən istifadə edilir.

Bundan əlavə, əgər norma ümumi hüquq əsasında təşkil edilmiş hüquq daşıyıcısına müraciət edirsə, ümumi hüquqa aidiyyəti prezumpsiyası mövcuddur. 11

Qeyd edilənləri nəzərə alaraq, hazırda tətbiq edilən subordinasiya nəzəriyyəsinin müasir tələblərə cavab verməməsi aydın olur. Bunun əvəzində hüquq münasibətinin ümumi və ya xüsusi hüquqa aid olması müəyyənləşdirilərkən ilk növbədə modifikasiya edilmiş subyekt nəzəriyyəsindən istifadə olunması məqsədəuyğun hesab olunur. Bundan sonra qaranlıq məqamlar və ya boşluqlar hələ də mövcud olarsa, maraqlar və ya subordinasiya nəzəriyyələrinə müraciət etmək zəruri hal alır.

Comments are closed, but trackbacks and pingbacks are open.