Press "Enter" to skip to content

Avtomobil sığortası

Bu bölmə əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində aşağıdakı hadisələrin təsiri nəticəsində Avtonəqliyyat vasitəsi, həmin Avtonəqliyyat vasitəsinin təmir edilməsi və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və yə oğurlanarsa və belə zədələnmə, məhv və ya oğurluq bütün bölmələrə aid olan ümumi istisnalar və 1-ci Bölməyə aid olan xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığortalıya belə zədələnmənin, məhvin və ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini bu Qaydalarla nəzərdə tutulan qaydada ödəmə, zədələnmiş nəqliyyat vasitəsinin əvəz edilməsi və ya təmir edilməsi (Sığortaçının öz mülahizəsi əsasında) yolu ilə, Sığorta müqaviləsində hər bir nəqliyyat vasitəsi üçün nəzərədə tutulan sığorta məbləği çərçivəsində ödəyəcək:
1.1. Yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə),
1.2. Yanğın, öz-özünə alışma,
1.3. Təbii fəlakət,
1.4. Avtonəqliyyat vasitəsinin oğurlanması, qaçırılma zamanı Avtonəqliyyat vasitəsinə ziyan vurulması, Avtonəqliyyat vasitəsinin hissələrinin oğurlanması, ön və arxa şüşələrin və pəncərələrin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri,
1.4.1. Avtonəqliyyat vasitəsinə daşların dəyməsi /və/ya əşyaların düşməsi.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

“Xalq Sığorta” şirkəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını təqdim edir.

Bu sığorta növü mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq olunur. Nəqliyyat vasitəsi sahiblərini yol-nəqliyyat hadisələri nəticəsində baş verə biləcək risklərdən sığortalayır.

Üçüncü şəxslərə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyənləşdirilir:

  • Fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50 000 (əlli min) manatdan çox olmamaq şərti ilə bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 (beş min) manat ;
  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min) manat.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq yaxud müraciət forması göndərmək kifayətdir – bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

İCBARI SIĞORTALAR HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

AVTONƏQLİYYAT VASİTƏLƏRİN TAM SIĞORTASININ QAYDALARI

Əgər məzmunda başqa cür nəzərdə tutulmamışdırsa, qaydalarda istifadə olunan termin və anlayışlar aşağıdakı mənaları daşıyır:

Sığortaçı – sığorta müqaviləsinin tərəflərindən biri olan, sığorta xidmətləri göstərən və sığorta hadisəsi baş verən zaman müəyyən məbləği ödəmək öhdəliyi daşıyan sığorta şirkəti.

Sığortalı – sığorta haqqı ödəyən və faydalanan şəxsin olmaması halında Sığortaçıdan sığorta ödənişini almaq hüququna malik olan sığorta müqaviləsinin tərəflərindən biri.

Sığorta olunan– bu Qaydaların məqsədləri üçün sığorta hadisəsi zamanı Avtonəqliyyat vasitəsində olan və ya ona minən, yaxud ondan çıxan/düşən səlahiyətləndirilmiş Sürücü və/və ya Sərnişinlərdir.

Faydalanan şəxslər – bu Qaydaların məqsədləri üçün Sığorta olunan, o öldüyü halda isə onun varisləri Faydalanan şəxslər hesab olunurlar.

Sığorta haqqı – sığortaya görə Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.

Azadolma məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.

Mühüm şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi, Sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya Sığorta müqaviləsinə xitam verilməsi hüququ verən şərtlər.

Səlahiyyətləndirilmiş sürücü – Sığorta müqaviləsində göstərilən nəqliyyat vasitələrini idarə etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə və ya sürücülük vəsiqəsinin verilməsini nizamlayan qaydalara əsasən nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verilmiş və məhkəmə qərarı və ya digər səlahiyyətli orqanın qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş şəxs.

Avtonəqliyyat vasitəsi – Sığorta müqaviləsində göstərilən, bu sığorta qaydalarına uyğun olaraq sığorta olunmuş və ya istismarı ilə əlaqədar sığorta təminatının verildiyi nəqliyyat vasitəsi.

Avtonəqliyyat vasitəsinin istismar edilməsi – Avtonəqliyyat vasitəsi ərizə formasında göstərilmiş məqsədlərə müvafiq olaraq istismar olunmalıdır.

Avtonəqliyyat vasitəsinin tam məhv olması – Sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitlərinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında, Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır.

Tibbi məsrəflər – Avtonəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində sığorta olunan zəruri olaraq məruz qaldığı və sənədləşdirilmiş sığorta hadisəsi ilə bağlı olan tibbi xərclər.

Ərizə – Sığorta olunmaq məqsədi ilə Sığortalı tərəfindən doldurulan ərizə forması. Ərizə formasında Sığorta olunan predmetə aid olan və Sığortalı tərəfindən göstərilən bütün məlumat və halların həqiqətə uyğun və dolğun olması bu Sığorta müqaviləsinin mühüm şərtidir.

Bölmə 1. NƏQLİYYAT VASİTƏSİNƏ DƏYMİŞ ZƏRƏRİN SIĞORTASI

Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

Maddə 1. Sığorta müqaviləsi

Bu bölmə əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində aşağıdakı hadisələrin təsiri nəticəsində Avtonəqliyyat vasitəsi, həmin Avtonəqliyyat vasitəsinin təmir edilməsi və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və yə oğurlanarsa və belə zədələnmə, məhv və ya oğurluq bütün bölmələrə aid olan ümumi istisnalar və 1-ci Bölməyə aid olan xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığortalıya belə zədələnmənin, məhvin və ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini bu Qaydalarla nəzərdə tutulan qaydada ödəmə, zədələnmiş nəqliyyat vasitəsinin əvəz edilməsi və ya təmir edilməsi (Sığortaçının öz mülahizəsi əsasında) yolu ilə, Sığorta müqaviləsində hər bir nəqliyyat vasitəsi üçün nəzərədə tutulan sığorta məbləği çərçivəsində ödəyəcək:
1.1. Yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə),
1.2. Yanğın, öz-özünə alışma,
1.3. Təbii fəlakət,
1.4. Avtonəqliyyat vasitəsinin oğurlanması, qaçırılma zamanı Avtonəqliyyat vasitəsinə ziyan vurulması, Avtonəqliyyat vasitəsinin hissələrinin oğurlanması, ön və arxa şüşələrin və pəncərələrin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri,
1.4.1. Avtonəqliyyat vasitəsinə daşların dəyməsi /və/ya əşyaların düşməsi.

Sığorta şəhadətnaməsinin qüvvədə olma müddəti
Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilən başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24.00-da başlayır və saat 24.00-da sona çatır.

Maddə 2. Sığorta predmeti

Bu Qaydaların bu bölməsi üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsidir.
Avtonəqliyyat vasitəsi istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün komplekti ilə birlikdə sığortalanmış hesab olunur.
Sığorta müqaviləsində ayrıca olaraq göstərildiyi hallar istisna olmaqla, maqnitofonlar (Avtonəqliyyat vasitəsinin istehsalı zamanı istehsalçı tərəfindən quraşdırıldığı hallar istisna olmaqla), radio ötürücü vasitələr, telefonlar, radar detektorları və ya hər hansı digər rabitə vasitələri və ya onların köməkçi aksessuarları, skanlaşdırma cihazları, televizorlar və stereo sistemləri də daxil olmaqla bütün aksessuarlar və cihazlara münasibətdə bu sığorta ilə təminat verilmir.

Maddə 3. 1-ci Bölməyə aid xüsusi istisnalar

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakılara münasibətdə sığorta təminatı verilmir:
1. Sığorta hadisəsinin nəticəsində Avtonəqliyyat vasitəsinin digər həssələrinin də eyni vaxtda zədələnməsinin baş verdiyi hallar istisna olmaqla, avtonəqliyyat vasitəsinin hərəkəti zamanı təkər şinlərinin və disklərinin zədələnməsi;
2. Dəyərdən düşmə;
3. Avtonəqliyyat vasitəsinin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
4. Əldən çıxmış fayda və digər dolayı itkilər;
5. Avtonəqliyyat vasitəsinin bütövlükdə və ya onun ayrı-ayrı hissə və qovşağlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsalat və ya təmir zamanı büraxılmış nöqsanlar;
6. Avtonəqliyyat vasitəsinin hissələrinin nasazlığının yağlama vasitələrinin sızması, nəqliyyat vasitəsinin daxilinə xarici əşyaların və maddələrin düşməsi (hidro zərbə və s.) nəticəsində baş verdiyi hallar da daxil olmaqla, avtonəqliyyat vasitəsinin istismarı nəticəsində onun hissələrinin, qovşaqlarının və ya aqreqatlarının sınması, sıradan çıxması və ya nasaz vəziyyətə düşməsi;
7. Tentin zədələnməsi və ya oğurlanması – yük avtomobilləri, minik avtomobillərinin yük daşıyan modifikasiyaları, qoşqu və yarım-qoşquların sığortası zamanı;
8. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin digər şəxsə könüllü verilməsi nəticəsində, belə könüllü vermənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq Sığortalıya dəyən zərər;
9. Sığortalının, səlahiyyətləndirilmiş sürücünün və ya sərnişinlərin sığorta hadisəsinin baş vermə anında nəqliyyat vasitəsində olan əmlakına vurulan ziyan və ya belə əmlakın məhv olması.
10. Hər hansı təmir vasitəsinin və ya alətinin oğurlanması;
11. Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı vəziyyətdə saxlanılmadığı hallarda, Avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində Avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər:
i) Bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə qapadılması və açarların həmin vasitələrdən aralı və təhlükəsiz yerdə saxlanılması;
ii) Belə birbaşa maddi ziyan və ya oğurluq ilə əlaqəli olan hər hansı sığorta vəsatətinin (tələbinin) zorakı daxil olmanın baş verməsini sübut edən dəlillərlə əsaslandırılması;
iii) Avtonəqliyyat vasitəsinin təchiz edildiyi, Sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və/və ya Avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistemlərinin işlək vəziyyətdə olması və istifadə edilməsi;
12. Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər müqavilə və yaxud hər hansı razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya Avtonəqliyyat vasitəsi üzərində qanuni sahibliyi həyata keçirən digər şəxs tərəfindən saxlanılan Avtonəqliyyat vasitəsinin qeyri-qanuni satışı, mənimsənilməsi və ya gizlədilməsi.

Maddə 4. Sığorta ödənişi

4.1 Hazırki Qaydalara əsasən zərərin ödənilməsi nəqliyyat vasitəsinin , onun qovşaqlarının və detallarının təbii aşınmasından asılı olaraq müəyyən edilir.
Aşınma nəqliyat vasitəsinin istehsal edildiyi tarixdən etibarən sığorta hadisəsinin baş verdiyi günə qədər nəzərə alınır (sığorta müqaviləsinin qüvvədə olduğu hər ay üzrə mütənasib olaraq). Bu zaman natamam aylar tamamlanmış hesab edilir.
Sığortalanmış nəqliyyat vasitəsinə sığortalanan gündən etibarən aşınma normaları, sığorta məbləğinin müvafiq faiz nisbətlərində tətbiq edilə bilər.

4.2 Sığortaçı Sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:
i) Avtonəqliyyat vasitəsinə qismən ziyan vurulması halında aşağıdakı məbləğlərdən ən az olanı:
a. ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin texniki və xarici vəziyyətinin ziyanın vurulduğu andan əvvəl olan vəziyyətinə qaytarılması üçün zəruri olan təmir xərcləri; və ya
b. onun zədələnmiş müvafiq hissələrinin eyni növlü və keyfiyyətli hissələrlə dəyişdirilməsi xərcləri;
ii) Avtonəqliyyat vasitəsinin tam məhv olması halında aşağıdakı məbləğlərdən ən az olanı:
a. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş verməanından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti,
b. ziyan dəymiş Avtonəqliyyat vasitəsinin eyni növlü, keyfiyyətli və işlək vəziyyətli digər Avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi xərcləri, və ya
c. Sığorta müqaviləsində göstərilmiş Avtonəqliyyat vasitəsi üzrə müəyyən edilmiş sığorta məbləği.
iii) Avtonəqliyyat vasitəsinin oğurlanması halında aşağıdakı məbləğlərdən ən az olanı:
a. Oğurlanmış Avtonəqliyyat vasitəsinin eyni növlü və keyfiyyətli digər Avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi xərcləri, və ya
b. Sığorta müqaviləsində göstərilmiş Avtonəqliyyat vasitəsi üzrə müəyyən edilmiş sığorta məbləği.
Avtonəqliyyat vasitəsinin təmir xərcləri Sığortaçının təsdiq etdiyi təcrübəli təmir emalatxanaları tərəfindən aparılmış ilkin hesablamalar əsasında müəyyən edilir.
Sığorta müqaviləsi ilə təminat verilən zərərlərin azaldılması üçün çəkilmiş zəruri və əsaslandırılmış xərclər:
Həmin xərclərə münasibətdə bu qaydalar əsasında həyata keçirilən sığorta ilə təminat verilməsi şərtilə, Avtonəqliyyat vasitəsinə birbaşa ziyan vurulması nəticəsində Sığortalının məruz qaldığı zəruri yedəkləmə və saxlama xərcləri də daxil olmaqla, Sığorta müqaviləsi ilə təminat verilən zərərlərin azaldılması məqsədi ilə çəkilən zəruri, ağlabatan və sənədləşdirilmiş xərclər. Yuxarıda sadalananlardan asılı olmayaraq, yedəkləmə və saxlama xərclərinə münasibətdə verilən sığorta təminatı Sığorta müqaviləsində göstərilmiş sığorta məbləğinə əlavə olacaq və heç bir halda ziyan vurulmuş Avtonəqliyyat vasitəsi üzrə Sığorta müqaviləsində göstərilmiş sığorta məbləğinin 7,5%-ni aşmayacaq.

ÖDƏNİŞ MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA RƏDD EDİLMƏSİ

a) Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində zərərin miqdarı artarsa, sığortaçının verəcəyi ödənişdən artan hissə çıxılır.
b) Sığortalı, sığorta hadisəsinin baş verməsinə qəsdən şərait yaradarsa və ya ziyan və zərərin miqdarını qəsdən edilən hərəkətlər ilə artırarsa, sığortaçı ödəniş vermək öhdəliyindən azad edilir.
c) Sığortalı, sığorta predmeti və hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verərsə sığortaçı ödəniş vermək öhdəliyindən azad edilir.
d) Sığortalı, zərərin əvəzini zərər dəyməsində təqsirli olan şəxsdən alarsa sığortaçı ödəniş vermək öhdəliyindən azad edilir.
e) Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına, sığortalı maneəçilik törədərsə sığortaçı ödəniş vermək öhdəliyindən azad edilir.
f) Sığortalı (və ya onun verdiyi etibarnamə əsasında avtomobili idarə edən şəxs) tərəfindən yol hərəkəti qaydalarının kobud pozuntusuna (işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davametdirilməsi, yolda müəyyən edilmiş hərəkət surətinin 30 km/saat artıq aşılması, əks istiqamətdə hərəkət edilməsi, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması, alkoqoldan, narkotik vasitələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, nəqliyyat vasitəsini idarə edilmək üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi) yol verilməsi səbəbindən sığortalanmış avtomaşına dəyən zərər sığortaçı tərəfindən ödənilmir.

Maddə 5. Sığorta məbləği

Sığorta müqaviləsində təsbit edilmiş və Sığortaçının məsuliyyətinin son həddi hesab olunan sığorta məbləği tərəflərin razılığı əsasında müəyyən olunur və Avtonəqliyyat vasitəsinin Sığorta müqaviləsinin bağlandığı yerdə və tarixdə olan faktiki dəyərindən (bazar qiymətindən) artıq ola bilməz.
Əgər Avtonəqliyyat vasitəsi üzrə Sığorta müqaviləsində təsbit edilmiş sığorta məbləği onun faktiki dəyərindən (bazar qiymətindən) artıqdırsa, onda sığorta təminatı, Sığorta müqaviləsinin bağlandığı tarixə sığorta məbləğinin Avtonəqliyyat vasitəsinin faktiki dəyərindən (bazar qiymətindən) artıq olan hissədə etibarsız sayılır.

Maddə 6. Ön və arxa şüşələrə və pəncərələrə dəymiş ziyan

Sığortaçı sığorta olunmuş Avtonəqliyyat vasitəsinin ön şüşəsinə və pəncərələrinə vurulmuş ziyanin əvəzini Sığortalıya aşağıda göstərilən qaydada ödəyir:
6.1 Ön şüşənin və/və ya pəncərələrin sınması və sığorta olunmuş Avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön şüşənin və/və ya pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq.
6.2 Bu maddə əsasında hər bir sığorta olunmuş Avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 400 AZN həddində olacaqdır.
İstisnalar:
• Yuxarı lyukun şüşəsinin sınması.
Bu Maddə yalnız eyni hadisənin nəticəsində Avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi Maddə 4-də müəyyən edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir.

Maddə 7. Qismən sığorta

Sığorta məbləği Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş verməsi anında olan faktiki dəyərindən (bazar qiymətindən) az olarsa, Sığortaçı dəymiş zərərin əvəzini sığorta məbləğinin Avtonəqliyyat vasitəsinin faktiki dəyərinə (bazar qiymətinə) nisbəti əsasında ödəyir.

Maddə 8. Qalıqlara olan hüququn keçməsi

Avtonəqliyyat vasitəsinin tam məhvi və ya onun oğurlanması nəticəsində Sığortalıya dəymiş zərərin əvəzini ödəmiş Sığortaçı qalıqlara olan hüquqlarından istifadə etmək qərarına gələrsə, Sığortalının Avtonəqliyyat vasitəsinə olan hüquqları, Sığortaçıyə keçir. Bu halda, Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri (o cümlədən, müvafiq icra həkimiyyəti orqanlarında avtonəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması və Sığortaçının adına qeydiyyata salınması ilə bağlı olan işləri) öz hesabına görməlidir. Lakin Sığortalı Sığortaçının razılığı olmadan əmlaka olan hüquqlarından ikincinin xeyrinə imtina etmək hüququna malik deyildir.
Sığortalı bu Sığorta şərtlərinə əsasən tam məhv olmuş sayılan Avtonəqliyyat vasitəsini öz sərəncamında saxlamaq qərarına gələrsə, bu halda Sığortaçı tərəfindən Sığortalıya verilməli olan sığorta ödənişi sığorta məbləğindən sığorta şəhadətnaməsində göstərilən azadolma çıxıldıqdan sonra avtonəqliyyat vasitəsinin qalıq dəyəri məbləğinin çıxılması yolu ilə müəyyən ediləcək.
Oğurlanmış Avtonəqliyyat vasitəsi sığorta ödənişinin verilməsindən əvvəl və ya sonra aşkar edilərsə, Sığortaçının öz mülahizəsi əsasında Avtonəqliyyat vasitəsini özündə saxlamaq və yaxud onu Sığortalıya qaytarmaq hüququ vardır. Sonuncu halda Avtonəqliyyat vasitəsinə görə alınmış sığorta ödənişi Sığortaçıya geri qaytarılmalıdır. Bu halda Sığortaçı Avtonəqliyyat vasitəsinə yalnız oğrunun və ya oğruların vurduğu zərərə görə bu qaydaların müddəaları və istisnalarına müvafiq olaraq məsuliyyət daşıyacaq.

Bölmə 2. MÜLKİ MƏSULİYYƏT SIĞORTASI

Maddə 9. Sığorta müqaviləsi və sığorta predmeti

9.1. Bu bölmə əsasında bağlanan Sığorta mügaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsi Bütün Bölmələrə aid olan Ümumi İstisnalar və Bölmə 2-yə aid olan Xüsusi İstisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən üçüncü şəxsə bədən xəsarəti yetirilməsi, onun ölümü və ya onun əmlakına ziyanın dəyməsi ilə nəticələnən və Sığortalının hüquqi məsuliyyətinin yaranmasına səbəb olan qəza törədərsə, Sığortaçı Sığorta müqaviləsində təsbit edilmiş məsuliyyət həddi çərçivəsində Sığortalıya, onun ödəməyə hüquqi məsuliyyət daşıdığı və Bütün Bölmələrə aid olan Ümumi İstisnalar və 2-ci Bölməyəaid olan Xüsusi İstisnaların qüvvəsi altına düşməyən zərərlərin əvəzini aşağıda göstərilən qaydada ödəyəcəkdir.
Sığortaçı hətta Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması halında belə ölüm, bədən xəsarəti və ya əmlaka ziyan vurulması ilə əlaqədar olaraq Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddialarla bağlı Sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların araşdırılması və həllində tam sərbəstliyə malikdir. Lakin, Sığortaçı həyata keçirilmiş sığorta ödənişlərinin nəticəsində Sığorta müqaviləsində təsbit olunmuş və onun məsuliyyət həddini ifadə edən məbləğin bitməsi halında, hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar məhkəmə və digər xərcləri ödəməyəcək.
Bu Sığorta müqaviləsi üzrə mülki məsuliyyət sığortası nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan məsuliyyət hədlərindən artıq olan məsuliyyətə qarşı sığorta təminatı verir.
Avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən kənarda, lakin sığorta müqaviləsində göstərilmiş ərazi hüdudları çərçivəsində yerləşdikdə, sığorta təminatı hər hadisə üçün 400 AZN məbləğində azadolmanın tətbiq edilməsi şərtilə verilir.
Məsuliyyəti sığortalanan şəxsin hüquqi şəxs olması halında, həmin hüquqi şəxslə yanaşı Sığorta müqaviləsində Səlahiyyətləndirilmiş Sürücü kimi göstərilən onun işçilərinin məsuliyyəti də sığortalanmış hesab edilir.
9.2. Bu Qaydaların bu bölməsi üzrə sığorta predmeti sığortalının üçüncü şəxslərin əmlakına vurduğu zərərlə bağlı mülki məsuliyyətidir .

Maddə 10. 2-ci Bölməyə aid xüsusi istisnalar

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
1. Sığortalının işçisinin Avtonəqliyyat vasitəsinin sərnişini olarkən Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti alması nəticəsində yaranan məsuliyyət;
2. Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyət;
3. Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması halında yarana bilməyən hər hansı məsuliyyət;
4. Avtonəqliyyat vasitəsinin altında olan hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan.
5. Əldən çıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
6. Cərimələr və ya mənəvi zərərlər üçün təzminat ödəmək öhdəliyi ;
7. Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materrialların tullantıları və ya qıcıqlandırıcı təsiri olan başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət.

Maddə 11. Sığorta ödənişi

Sığortaçı Sığortalının aşağıdakı xərclərinin əvəzini ödəyir:
1. Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında məhkəmədən kənar razılaşma əsasında müəyyən edilmiş təzminat öhdəliklərinin məbləği;
2. Üçüncü şəxslərə zərər vurulması ilə əlaqədar olaraq, məhkəmə qərarı ilə Sığortalının üzərinə qoyulan təzminat öhdənişlərinin məbləği;
3. Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq və bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının çəkdiyi bütün xərclər;
4. Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi üçün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış, ağlabatan və sənədləşdirilmiş xərclər;
Yuxarıda sadalanan bütün xərclərə münasibətdə Sığortaçıların məsuliyyətinin ümumi həcmi heç bir halda sığorta müqaviləsində təsbit edilmiş müvafiq məsuliyyət həddini aşa bilməz.

Bölmə 3. SƏLAHİYYƏTLƏNDİRİLMİŞ SÜRÜCÜLƏRİN VƏ SƏRNİŞİNLƏRİN

FƏRDİ QƏZA SIĞORTASI

Maddə 12. Sığorta müqaviləsi və sığorta predmeti

12.1. Bu bölmə əsasında bağlanan Sığorta mügaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsinin Bütün Bölmələrə aid olan Ümumi İstisnalar və Bölmə 1 və 3-çə aid olan Xüsusi İstisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyərsə, və belə ziyan Bölmə 1 və 3-çə aid olan Xüsusi İstisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığorta olunana və ya onun varislərinə bu qaydaların 14-cü maddəsinə müvafiq olaraq zərərin əvəzini ödəyəcəkdir.
12.2. Bu Qaydaların bu bölməsi üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxsdir.

Maddə 13. 3-cü Bölməyə aid xüsusi istisnalar

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıda sadalananların nəticəsi olaraq Sığortalı şəxslərin ümumi əmək qabiliyyətini itirməsi və ya ölümü hallarına təminat verilmir:
1. Sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;
2. Avtonəqliyyat vasitəsini idarə edən Səlahiyyətləndirilmiş sürücünün ruhi pozğunluq vəziyyətində olması;
3. İnsan həyatını xilas etmək məqsədi ilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü təhlükə altına atma.

Maddə 14. Sığorta ödənişi

Sığorta ödənişinin həcmi qəza nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta məbləğinin aşağıdakı faizlərini təşkil edir:
1. Ölüm halında – 100 %;
2. Fərdi qəzanın nəticəsi olaraq əmək qabiliyyətinin tam və daimi itirilməsi:
Hər hansı bir ətrafın (ayaq, pəncə, əl və ya bilək) itirilməsi 100 %
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi 100 %
Çarpayı və ya əlil arabasına bağlılıqla nəticələnən iflic 100 %
Tam ruhi pozğunluq 100 %
Yüxarıda göstərilənlərdən başqa əmək qabiliyyətinin tam və daimi itirilməsi 100 %
Nitqin tam və bərpa olunmaz şəkildə itirilməsi 75 %
Hər iki qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi 75 %
Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi 50 %
Bir qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi 50 %
Budun və ya çiyinin tam hərəkətsizliyi 40 %
Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi 25 %

Əgər fərdi qəzanın nəticələri sığorta olunmuş şəxsin həmin hadisənin baş verməsindən əvvəl mövcud olmuş hər hansı vəziyyəti və ya fiziki çatışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli olan ağlabatan məbləğə bərabər olur.
Yuxarıda göstərilməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı daimi itirilməsinə görə ödəniş sığorta olunanın məşğuliyyət növü nəzərə alınmadan yuxarıda göstərilmiş bədən xəsarətləri ilə müqayisədə onların ağırlıq dərəcələrinə müvafiq olaraq veriləcəkdir.
Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə Sığorta müqaviləsi üzrə bir Sığorta olunan üçün ödənilən məbləğ bir şəxs üçün müəyyən edilmiş Ümumi Sığorta Məbləğini aşa bilməz.

Maddə 15. Fərdi qəzanın nəticələrinin təzahür müddəti

Fərdi qəza anından 12 ay müddətində baş verən və həmin fərdi qəzanın səbəb olduğu bədən xəsarətinin nəticəsi olan ölüm, fərdi qəza nəticəsində baş verən ölüm sayılır.
Əmək qabiliyyətinin daimi itirilməsinə görə ödənişlər, belə əmək qabiliyyətinin itirilməsinin fərdi qəza hadisəsinin nəticəsində baş vermiş olması, belə fərdi qəzanın baş vermə tarixindən 12 ay ərzində təzahür etməsi və 12 ay ərzində davam etməsi halında həyata keçirilir.
Əmək qabiliyyətinin daimi itirilməsi dedikdə, Sığortalanmış şəxsin hər hansı peşəkar və ya işguzar fəaliyyətlə məşğul olmasına tam mane olan və 12 ay davam edən və bu müddətin bitməsindən sonra bərpa olunması mümkün olmayan əmək qabiliyyətinin itirilməsi başa düşülür.

Bölmə 4. SƏLAHİYYƏTLƏNDİRİLMİŞ SÜRÜCÜLƏRİN VƏ SƏRNİŞİNLƏRİN TİBBİ XƏRCLƏRİ

Maddə 16. Sığorta müqaviləsi

Bu şərtlərin «Səlahiyyətləndirilmiş sürücülərin və Sərnişinlərin Sığortası» bölməsi üzrə sığorta təminatının Sığortalı tərəfindən əldə edilməsi şərtilə Sığortaçı Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsinin Bütün Bölmələrə aid olan Ümumi İstisnalarda və Bölmə 1 və 3-ə aid olan Xüsusi İstisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan vurularsa, Sığortaçı Sığorta olunana şəxsə və ya onun varislərinə, belə qəzanın nəticəsində onların məruz qaldığı tibbi xərclərin əvəzini, həmin xərcləri təsdiq edən müvafiq sənədlərin Sığortaçıya təqdim edilməsi şərtilə ödəyəcəkdir.

Maddə 17. Sığorta ödənişi

Belə tibbi xərclər üçün bir nəfərə ödənilməli olan məbləğ, bunlardan hansının daha az olmasından asılı olaraq ya bu qaydaların Bölmə 3-ə müvafiq olaraq Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin 5 (beş) faizi həddində, ya da 1.200 AZN. Sığorta müqaviləsinin Bölmə 3 və 4 ilə ödənilməli olan bir nəfərlik ümumi məbləğ Sığorta müqaviləsinin Bölmə 3 üzrə sığorta müqaviləsində təsbit edilmiş bir nəfərlik ümumi sığorta məbləği ilə məhdudlaşır.
Lakin bu tibbi məsrəflər üçün Sığortalı başqa sığorta üzrə ödəniş almaq hüququna malikdirsə, Sığortaçı yuxarıda göstərilən hədlərə müvafiq olaraq yalnız belə ödəniş məbləğilə ümumi tibbi xərclər arasındakı fərqə görə məsuliyyət daşıyır.

BÜTÜN BÖLMƏLƏRƏ AİD OLAN ÜMUMİ QAYDALAR

Maddə 18. Sığortalının fəaliyyəti

Bu Qaydaların Sığortalıya aid olan bütün müddəaları Sığorta müqaviləsində göstərilmiş Səlahiyyətləndirilmiş sürücüyə və Sığorta olunanlara da eyni dərəcədə aid edilir.
Bu sığortanın məqsədləri üçün Sığortalının fəaliyyətinə qanuna, Sığorta müqaviləsinə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalının adından çıxış etmək üçün səlahiyyətləndirilmiş onun işçilərinin, vəzifəli şəxslərinin və digər nümayəndələrinin hərəkətləri də aid edilir.

Maddə 19. Sığorta təminatı

Bu Qaydaların yalnız Sığorta müqaviləsində göstərilmiş bölmələri üzrə verilmiş sığorta təminatı etibarlı hesab olunur.

Maddə 20. Bütün bölmələrə aid olan ümumi istisnalar

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir:
20.1 Sığortalının qəsdli hərəkətləri;
20.2 İonlaşma, radiasiya və yaxud nüvə yanacağının və ya nüvə tullantılarının istifadəsindən, həmçinin bu istisnanın məqsədləri üçün özünü dəstəkləyən hər hansı atom nüvvəsinin parçalanması prossesini daxil edərək, nüvə yanacağının alovlanmasından ortaya çıxan radioaktivlik nəticəsində ətraf mühitin çirkləndirilməsindən bilavastiə yaxud dolayı yolla yaranan hər hansı məsuliyyət, zərər və ya ziyan;
20.3 Bu qaydalara əsasən aşağıda göstərilən hər hansı bir hadisə nəticəsində hər hansı vəsatətin (tələbin) ortaya çıxması hallarında, Sığortalı bədbəxt hadisənin, itkinin, zərərin və ya məsuliyyətin (qanunvericiliyin tələblərinin bunu tələb etdiyi dərəcədə yerinə yetirilməsi halları istisna olmaqla) aşağıda göstərilən hər hansı hadisələrdən və ya onların nəticələrindən asılılığının, əlaqəsinin və onların nəticəsi olmamasını sübut etməlidir. Zəruri sübutların olmaması halında, Sığortaçı belə vəsatətə görə heç bir məsuliyyət daşımır;
Yuxarıda göstərilən hadisələrə daxildir: müharibə, düşmən ölkələrinin əməlləri, düşmən aktları, hərbə bənzər əməliyyatlar (müharibənin elan olunub-olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyamlar, buntlar, tətillər, ictimai intizamsızlıqlar, əmək iğtişaşları, üsyanlar, inqilablar, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, həbs qoyulma və ya müsadirə, yaxud bunları etməyə cəhd, və ya yuxarıda sadalanan hadisələrdən hər hansı birinin bilavasitə və ya dolayı nəticələri qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət edən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş verən hadisələr.
Bu istisnanın məqsədləri üçün:
“qanunsuz təşkilat” terrorçuluq fəaliyyəti ilə məşğul olan və Sığorta müqaviləsinin ərazisində qanunla qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir;
“terrorçuluq” cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi də daxil olmaqla, siyasi məqsədlərlə zor tətbiqi deməkdir.
20.4. Avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla Avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan Səlahiyyətləndirilmiş Sürücü tərəfindən idarə edilməsi;
20.5. Avtonəqliyyat vasitəsinin təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin istismarı və satışı ilə bağlı hər hansı məqsədlə istifadə edilməsi;
20.6. Avtonəqliyyat vasitəsinin bu qaydalara əsasən Səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi;
20.7. Sunami, zəlzələ və ya vulkan püskürməsi ;
20.8. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla Avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi;
20.9. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, avtonəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə əsas verən nasazlıqları olan Avtonəqliyyat vasitəsinin istismar olunması;
20.10. Sığortalıya məxsus olan və ya ona etibar edilmiş, digər şəxslərə məxsus olan və Sığortalının məsuliyyət daşıdığı iş və ya hər hansı digər təyinatlı paltarlara və Sığortalıya və ya digər şəxslərə məxsus olan digər əmlaka onların Avtonəqliyyat vasitəsinin daxilində və ya üzərində daşınması zamanı ziyan dəyməsi və ya həmin paltarların və ya əmlakın məhv olması və ya oğurlanması;
20.11. Avtonəqliyyat vasitəsinin hər hansı digər Avtonəqliyyat vasitəsini yedəkləməsi zaman baş verən hər hansı zərər, xəsarət və ya yaranan məsuliyyət. Lakin, bu sığorta, yedəyə alan və yedəyə alınan Avtonəqliyyat vasitələrinin toqquşması halları istisna olmaqla, Avtonəqliyyat vəsitəsinin digər Avtonəqliyyat vasitəsi tərəfindən yedəklənməsi zaman Avtonəqliyyat vasitəsinə dəyən hər hansı zərər və ya məsuliyyətlə qarşı təminat verir;
20.12. Avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsinə yüklənilməsi və ya həmin nəqliyyat vasitəsindən boşaldılması və ya Avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsilə daşınması zamanı yaranan zərər və ya məsuliyyət;
Avtonəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması zamanı yaranan zərər və ya məsuliyyət;
20.14. Avtonəqliyyat vasitəsinin Sığortanın əhatə etdiyi ərazidən kənar istismar olunması halında. Sığortanın əhatə etdiyi ərazi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı formada razılığının alınması şərtilə genişləndirilə bilər.
20.15. Əgər ərizə formasında göstərilməmişdirsə sərnişinlərin ödənişli daşınması;
20.16. Avtonəqliyyat vasitəsinin hər hansı qeyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə edilməsi;
20.17. Xidmət və ya iş vaxtı baş verməsindən asılı olmayaraq, Avtonəqliyyat vasitəsinin Sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, oğurlanması və ya bunlara cəhd edilməsi;
20.18. Avtonəqliyyat vasitəsinin təyyarələrin enib qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
20.19. Aşağıdakı məqsədlər üçün hər hansı Avtonəqliyyat vasitəsinə sahiblik, texniki xidmət, onun istismarı və saxlanması ilə əlaqədar baş verən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:
a) nitroqliserin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;
b) mayeləşdirilmiş neftin və ya neft məhsullarının tarasız daşınması;
c) maye, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;
d) ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.

Maddə 21. Sığortanın əhatə etdiyi ərazi

Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Maddə 22. Sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi.

22.1 Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı bütövlükdə (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələri isə sığorta şəhadətnaməsində göstərilən tarixlərə qədər) ödənilməlidir.
22.2 Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
22.3 Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli olan bütün hissələr sığorta ödənişindən birdəfəyə çıxılır (bu şərt sığorta şəhadətnaməsində göstərilməlidir)
22.4 Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər hansı biri şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabı ilə hesablanır, çəkilmiş xərclər çıxılır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
22.6 Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 3 gün ərzində ödənilməlidir. Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir.

Maddə 23. Valyuta haqqında qeyd-şərt

Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər ya Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya Sığorta müqaviləsinin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.

Maddə 24. Sığorta riskindəki dəyişikliklər

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı Sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum olan bütün digər hallarda baş verən dəyişikliklər, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
1. İcarə, girov və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında Avtonəqliyyat vasitəsinin və/və ya onun əlavə avadanlığının üçüncü şəxslərə verilməsi;
2. Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun üçüncü şəxslərə keçməsi;
3. Sığortalanmış Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi olmayan hadisə nəticəsində ciddi zədələnməsi və ya məhv olması;
4. Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilməsi;
5. Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyatdan çıxarılması və ya Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında təkrar qeydiyyata salınması;
6. Avtonəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;
7. Avtonəqliyyat vasitəsinin gövdəsinin və ya mühərrikinin dəyişdirilməsi;
8. Avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi;
9. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq, Səlahiyyətləndirilmiş sürücülərin siyahısında dəyişikliklərin edilməsi;
Sığortaçı sığorta riskinin artmasına gətirib çıxaran hallar haqqında məlumat əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
1. Sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək, və/və ya
2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək, və ya
3. belə dəyişikliklərin baş verdiyi tarixdən Sığorta müqaviləsini ləğv etmək.

Maddə 25. İtkilərin qarşısının alınması və azaldılması

Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir. Avtonəqliyyat vasitəsini xilas etmə, bərpa etmə və ya onun qorunub saxlanması məqsədi ilə görülən bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir.
Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.

Maddə 26. Sığortaçıya məlumat vermək və sığorta hadisəsini sübut etmək vəzifəsi

Sığortalı polis orqanlarını (oğurluq, qaçırma və ya vandalizm, həmçinin digər cinayət və ya inzibati xəta baş verməsinin ehtimal edilə bildiyi hallarda), o cümlədən yol polisini (yol nəqliyyat hadisəsi zamanı), sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi üçün əsas ola biləcək hadisənin baş verməsi barədə xəbərdar olduğu və ya buna borclu olduğu tarixdən dərhal sonra, Sığortaçını, Sığortaçının təyin etdiyi assistans şirkətini və qanunvericiliklə tələb olunan hər hansı digər səlahiyyətli qurumları isə ağlabatan ən qısa müddətə hər bir halda ən geci 24 (iyirmi dörd) saat ərzində, bu haqda məlumatlandırmalıdır.
Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.

Maddə 27. Sığortacı tərəfindən nəzarət

Əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsi məhv olarsa, və ya ona maddi ziyan dəyərsə, Sığortalı Sığortacıya həmin avtonəqliyyat vasitəsi təmir edilməmişdən və maddi ziyanın fiziki sübutları itməmişdən əvvəl Avtonəqliyyat vasitəsini yoxlamaq üçün lazım qədər vaxt və imkan verməlidir.
Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etməli və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır. Sığortalı Sığortacının tələbi ilə ona imkan dairəsində komək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.

Maddə 28. Sığorta ödənişinin hesablanması

Sığorta müqaviləsində azadolma kimi göstərilmiş məbləğ Sığortaçı tərəfindən əsaslı kimi qəbul edilən hər bir sığorta vəsatətinin (tələbinin) və/və ya bir hadisə üzrə irəli sürülən bir neçə vəsatətin yekun məbləğindən çıxılır və Sığortaçı belə vəsatətin və ya vəsatətlərin azadolmaların çıxılmasından sonra qalan məbləği üçün məsuliyyət daşıyır.
Azadolmanın tətbiqindən əvvəl Sığortaçı tərəfindən əsaslı kimi qəbul edilən hər bir vəsatətə və ya eyni hadisə üzrə bir neçə vəsatətə münasibətdə ödəniləcək sığorta ödənişinin məbləği Sığorta müqaviləsinin müvafiq bölməsində göstərilmiş müvafiq sığorta məbləğini və məsuliyyət hədlərini aşmamalıdır.
Sığortalının üçüncü tərəfdən təzminat alması halında, bu təzminatın məbləği azadolmanın tətbiqindən əvvəl sığorta ödənişi məbləğindən çıxılmalıdır.
Sığorta ödənişinin həyata keçirilməsi tarixində sığorta haqqının tam ödənilməməsi halında, Sığortaçı ödənilməmiş sığorta haqqının məbləğini sığorta ödənişinin məbləğindən çıxmaq hüququna malikdir.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həyata keçirilən sığorta ödənişinin ümumi məbləği Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hər bir sığorta hadisəsi üçün azadolma məbləğinin çıxılmasından əvvəl, Sığorta müqaviləsində göstərilmiş müvafiq sığorta məbləğlərini və məsuliyyət həddlərini aşmamalıdır.

Maddə 29. Ödənişin müddəti və tələb olunan sənədlər

29.1. Sığortalı tərəfindən aşağıdakı sənədlərin təqdim olunması vaxtından etibarən, sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
29.1.1 Sığorta ödənişinin verilməsi barədə ərizə;
29.1.2 Sığorta şəhadətnaməsi;
29.1.3 Sığortaçıya müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
29.1.4 Avtonəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsi;
29.1.5 Sürücülük vəsiqəsi;
29.1.6 Avtonəqliyyat vasitəsini idarə etmək üçün əsas (etibarnamə, icarə müqaviləsi bə s.);
29.1.7 Sığorta hadisəsini təsdiq edən sənəd:
– YNH zamanı: DYP orqanından arayış.
– Yanğın baş verdikdə: Yanğın təhlükəsizliyi şöbəsindən arayış.
– Partlayış, avtomobilin üzərinə kənar əşyaların düşməsi, üçüncü şəxslərin qəsdli hərəkəti, təbii fəlakət baş verdikdə: DİN müvafiq şöbəsindən arayış.
– Oğurluq zamanı: Polis şöbəsindən faktla bağlı cinayət işinin açılması barədə arayış.
29.1.8. Hadisənin mahiyyəti ilə əlaqədar olan digər sənədlər.

Maddə 30. Ödənişin nəticələri

30.1 Sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış nəqliyyat vasitəsi tamamilə zərərə uğrayarsa (məhv olarsa), sığorta məbləği tam ödənildikdən sonra sığorta təminatı sona çatmış hesab olunur. Qismən zərərdə isə sığorta məbləği sığorta hadisəsinin baş verdiyi tarixdən etibarən ödənilən zərər məbləği qədər azaldılır.
Sığorta məbləğinin azaldığı hallarda, sığorta etdirən sığortaçının razılığı ilə gün hesabına görə hesablanmış əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini əvvəlki məbləğə qədər artıra bilər.
30.2 Qismən zərərdə, tərəflər sığorta şəhadətnaməsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlər. Sığortaçı ləğvetmə hüququndan yalnız dəymiş zərərin məbləğini ödədikdən sonra istifadə edə bilər.
Şəhadətnamə ləğv edilmiş hesab olunana qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və qalan hissəsi sığortalıya qaytarılır.
30.3 Sığortaçı verdiyi ödəniş məbləği həcmində sığorta etdirənin zərər vurulmasında təqsirkar olan şəxsə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı zərər yetirən şəxsə qarşı subroqasiya qaydasında iddia irəli sürərsə, sığorta etdirən bu iddia ilə əlaqədar əldə edilməsi mümkün olan zəruri sənəd və məlumatı sığortaçıya təqdim etməyə borcludur.

Maddə 31. Subroqasiya hüququ

Sığorta ödənişinin həyata keçirilməsindən sonra, bu sığorta ilə əvəzi ödənilən zərərlər üçün məsuliyyət daşıyan şəxsə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya keçir.
Sığortalı Sığortaçınının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməlidir və Sığortaçını tələb irəli sürmək üçün zəruri olan bütün sənədlər, sübutlar və məlumatlarla təmin etməlidir.
Sığortalının hər hansı məhkəmədən kənar razılışma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təzminat məbləğləri ilk növbədə Sığortaçının Sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək. Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalının zərərlər üçün məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququndan imtina etməsi və ya Sığortalının günahı üzündən bu hüquqdan istifadənin mümkün olmaması halında, Sığortaçı sığorta ödənişini bütünlüklə və ya qismən ödəmək öhdəliyindən azad olunur və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.

Maddə 32. Sığorta ödənişini verməkdən imtina

Aşağıdakı hallarda Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina etməyə haqlıdır:
1. Bu Qaydaların 24-cü maddəsində göstərilən- sığortalının riskin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməməsi və ya qəsdən yanlış məlumatlar verməsi;
2. Bu qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi.
3. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır.
4. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
5. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;
6. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri qəsdən görməməsi;
sığorta predmeti və hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi;

Maddə 33. Digər sığortalar

Sığortalının Sığorta müqaviləsində əhatə olunan risklərlə bağlı zərərlər üçün digər Sığortaçı(lar)dan ödəniş almaq hüququ varsa, Sığortaçı zərərə görə Sığortalı qarşısında digər Sığortaçı(lar) ilə birgə, hər birinin məsuliyyət həddinə mütənasib olaraq məsuliyyət daşıyır.

Maddə 34. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

34.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
34.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
34.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
34.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
34.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 34.1-ci və 34.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
34.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 34.3-cü və 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
34.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.

Maddə 35. Tərəflərin hüquq və vəzifələri

35.1 . Sığortalının hüquqları:
35.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
35.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.35.2 Sığortalının vəzifələri:
35.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
35.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
35.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
35.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.35.3 Sığortaçının hüquqları:
35.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
35.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;
35.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
35.3.4 Sığorta haqqının ödənilməmiş hissəsi Sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
35.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə Sığorta müqaviləsinə xitam vermək.35.4 Sığortaçının vəzifələri:
35.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
35.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
35.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
35.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

Maddə 36. Marağın keçməsi

Avtonəqliyyat vasitəsinin satılması və yaxud ondan istifadə hüquqlarının digər şəxsə verilməsi halında, Sığortaçının razılığı olmasa, Sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya Avtonəqliyyat vasitəsinə hüquqları alan hər hansı digər şəxsə aid edilmir. Bu halda Sığortaçı ilə Sığortalı və ya Avtonəqliyyat vasitəsi xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni Sığorta müqaviləsi bağlanıla bilər.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı vəfat etdikdə, varislərin və ya icraçıların Sığortalının ölümündən keçmiş 30 gün müddətində Sığortaçı ilə razılaşdırılması halında, Sığorta müqaviləsi, həmin müqavilənin qüvvədən düşmə müddətinə qədər Sığortalının varisləri və ya miras qoyulan əmlakın üzərində nəzarəti həyata keçirən icraçılar üçün öz etibarlılığını saxlamağa davam edəcək.

Maddə 37. Məlumatın təhrif edilməsi və aldatma

Sığortalı və ya onun hər hansı nümayəndəsi Sığorta müqaviləsi və ya Sığortaçı və/və ya hər hansı digər Sığortaçı ilə bağlanmış və artıq öz qüvvəsini itirimiş Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən şərait və ya məlumatı gizlədər, yaxud təhrif edərsə, və ya bilə-bilə aldatma yolu ilə, belə aldatmanın zərərin həcmi və digər məsələlərə aid olmasından asılı olmayaraq, yalan vəsatət (tələb) irəli sürərsə, Sığorta müqaviləsi və bütün tələblər etibarsız hesab ediləcək.

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə
tarif dərəcələrinin hesablanması və iqtisadi əsaslandırılması
(maddi ziyan, mülki məsuliyyət, bədbəxt hadisə)

Bu sığorta növü üzrə tarif dərəcələri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Baş İdarəsinin hazırladığı “Həyat və qeyri-həyat sığortası sahələri üzrə sığorta tariflərin hesablanması haqqında metodikalar” əsasında hesablanmışdır.
Sığorta Qaydalarına müvafiq olaraq sığortanın bu növü üzrə tarif dərəcələri aşağıdakı hissələrdən ibarət olacaq: Avtonəqliyyat vasitələrinin sığortası (Kasko), Avtonəqliyyat vasitələri sürücülərinin mülki məsuliyyətinin sığortası və bədbəxt hadisələrdən sürücünün və sərnişinlərin sığortası.
Bu metodikaya əsasən sığorta olunan risk üzrə netto-dərəcə (Tn) üçün aşağıdakı düstur doğrudur:

Burada Tə — netto-dərəcənin əsas hissəsi, Tr – risk üstənliyidir və onlar üçün aşağıdakı bərabərliklər doğrudur (100 manat sığorta məbləğinə müvafiq):

Tə=100 q Sö / S, Tr = 1,2 Tə α(γ) √1-q/nq

Bu düsturlardakı parametlərin aşağıdakı mənaları vardır:

q – bir sığorta müqaviləsi üzrə sığorta hadisələrin baş verməsi ehtimalı;
Sö – bir sığorta müqaviləsi üzrə orta sığorta ödənişi;
S – bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği;
n – gözlənilən müqavilənin sayı.

α(γ) – nın γ – dan (γ – təhlükəsizliyin təminatı adlanır və yığılan sığorta haqlarının sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsinə kifayət etməsi üçün tələb olunan ehtimaldır) asılı olan qiymətləri aşağıdakı cədvəldən götürülür:

Nəqliyyat vasitəsinin sığortası

Sığortanın bu növü üzrə hadisələrin baş verməsi ehtimalı q = 0,028.
Orta sığorta məbləği S = 6 000 manat.
Ödəmənin orta məbləği Sö = 1 200 manat.
Müqavilənin sayı = 200.
Onda netto-dərəcənin əsas hissəsi üçün

Risk üstəliyi üçün isə:

Tr = 1,2*0,028*1,3*√1-0,028/200*0,028 = 0,02 manat almış olarıq.

Bu sığorta təminatı üzrə netto-dərəcə üçün

Tn=Tə+Tr = 1 + 0,02 = 1,02 manat alırıq.

Nəqliyyat vasitələri sürücülərinin mülki məsuliyyətinin sığortası

Sığortanın bu növü üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı q = 0,036.
Orta sığorta məbləği S = 14 000 manat.
Ödəmənin orta məbləği Sö = 6 000 manat.
Müqavilənin sayı = 50.

Risk üstəliyi üçün isə:

Tr = 1,2*0,036*1,3*√1-0,036/50*0,036 = 0,04 manat almış olarıq.

Tn=Tə+Tr = 1,55 + 0,04 = 1,59 manat alırıq.

Bədbəxt hadisələrdən sürücünün və sərnişinlərin sığortası

Sığorta təminatının ölçüsü bədbəxt hadisə nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta məbləğinin aşağıdakı faizləri təşkil edir:

I. ölüm halında – 100%.
II. Bədən xəsarətinin nəticəsi olaraq əmək qabiliyyətinin daimi ümumi itirilməsi:

1. Bir və ya iki ətrafların (ayaq, pəncə, əl və ya bilək) itirilməsi – 100.
2. Hər iki gözdə görmə qabiliyyətinin itirilməsi – 100.
3. Çarpayıda və ya əlil arabasında qalmalı olan iflic – 100.
4. Tam ruhi pozğunluq – 100.
5. Nitqin tam itirilməsi – 75.
6. Hər iki qulağın eşitmə qabiliyyətinin tam və bərpa olunmaz dərəcədə itirilməsi -75.
7. Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz dərəcədə itirilməsi – 50.
8. Bir qulağın eşitmə qabiliyyətinin tam və bərpa olunmaz dərəcədə itirilməsi – 50.
9. Budun və ya çiynin tam hərəkətsizliyi – 40.
10. Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi – 25.
11. Əlin baş barmağının itirilməsi – 10.
12. Əlin şəhadət barmağının itirilməsi – 5.
13. Əlin hər hansı digər barmağının itirilməsi – 2.
14. Ayağın baş barmağının itirilməsi – 10.
15. Ayağın hər hansı digər barmağının itirilməsi – 3.

Bu halda biz asılı hadisələr ehtimal modelini ilə rastlaşırıq, A hadisəsi – sığorta hadisəsi sayıla biləcək yol-qəza hadisəsi zamanı yuxarıda sadalanan hadisələrdən birinin baş verməsi ehtimalı. Ehtimalların hasili teoreminə əsasən iki hadisənin birinci hadisənin ehtimalının digərinin şərti ehtimalı ilə hasilinə bərabərdir: P(AB)=P(A)*P(B/A).
Əldə olan statistikaya görə:
P(A)=0,028.

Bu halda yuxarıdakı komponentlərin hamısı üzrə ümumi netto-dərəcənin əsas hissəsi üçün alarıq:

Tə = (0,000084+0,0001456+0,0000168+0,00014+0,00002) *1+(0,000022+0,000014) *0,75+(0,00002+0,00007)*0,5+0,0045*0,4+0,0014*0,25+(0,000056+0,00001)*0,1+0,0000112*0,05++0,002*0,02+0,0014*0,03=0,0027(0,27%).

Risk üstəliyi üçün:

Tr = 1,2 * Tə *α(γ)* √1-q/nq düsturu götürülmüşdür.

Bu hadisələr asılı olmadıqlarından, ümumiyyətlə sığorta hadisəsinin baş verməsi ehtimalı yuxarıda sadalanan ehtimalların cəmindən ibarət olub q=0,01 ədədinə bərabərdir.

Hesabat üçün n=100, γ=0,90, α(γ) = 1,3 götürülmüşdür.

Tr = 1,2*0,27*1,3*√1-0,01/100*0,01 = 0,41 manat.

Ümumi netto-dərəcə

Beləliklə, bütövlükdə üç təminat növü üzrə birgə netto-dərəcə

0,68+1,02+1,59 = 3,29 manat olur.

Tarif dərəcəsinin struktiru: 70% – netto-dərəcə, 20% – işlərin aparılmasının xərci, 8% – qarşısıalınma tədbirləri üçün, 2% – mənfəət.

Brutto-dərəcə üçün məlum Tb = Tn/(1-f) düsturundan (f – yüklənmə və burada f = 20%) istifadə etməklə Tb = 3,78 manat alırıq.

Bu, hər 100 manat sığorta məbləği üçün brutto-sığorta haqqını təşkil edir.

Sığortaçının bu tariflərə, sığorta riskinin dərəcəsinin müəyyən etməyə əhəmiyyətli təsiri olan şəraitlə bağlı müəyyən düzəlişlər etmək hüququ vardır.

Avtomobil sığortası

Avtomobilin sığortasına aşağıdakı sığorta növləri daxildir:
1. Tam kasko (tam avtokasko).
2. Natamam kasko (natamam avtokasko).
3. Mülki məsuliyyətin məcburi sığortası.
4. Bədbəxt hadisədən sığorta.
5. Əlavə avadanlığın sığortası.

Avtomobillərin ziyandan sığortası kasko (və ya natamam kasko) adlanır. Əgər siz avtomobilinizi üstəlik oğurlanmaqdan da sığorta etdirmək istəyirsinizsə, onda belə sığorta tam kasko adlanır.

1. Tam kaskoya aşağıdakılardan müdafiə daxildir: oğurlanmaqdan, yol-nəqliyyat hadisəsindən (kimin təqsirkar olmasından asılı olmayaraq), üçüncü şəxslərin hüquqazidd hərəkətlərindən, avtomobilin üzərinə hər hansı əşyaların düşməsindən, yanğından, partlayışdan, təbii fəlakətlərdən.
2. Natamam kasko da tam kasko kimidir, lakin avtomobilin oğurlanmasına qarşı sığorta buraya daxil deyil.
3. Mülki məsuliyyətin məcburi sığortası hazırda məcburi sığorta növü olaraq zərərçəkənin avtomobilinin təmirini və sağlamlığına vurulan ziyanın kompensasiyasını əhatə edir (əgər yol-nəqliyyat hadisəsi sizin təqsiriniz ucbatından baş veribsə).
4. Bədbəxt hadisədən sığorta siz və avtomaşınınızda olan sərnişinlər zərər çəkdikdə sığorta ödənişi verilməsini nəzərdə tutur.
5. Əlavə avadanlığın sığortası sığorta hadisəsi baş verdikdə avtomobildə olan bütün avadanlıqların sığortasını nəzərdə tutur. Burada söhbət avtomobilin kompleksləşməsinə daxil olan avadanlıqlardan deyil, sonradan quraşdırılan avadanlıqlardan gedir (məsələn, avtomaqnitola, siqnalizasiya və peyk sistemi, televizor və s.).

Sizin avtomobiliniz üçün kasko və ya mülki məsuliyyətin məcburi sığorta polisi neçəyə başa gələcəkdir?

Mülki məsuliyyətin məcburi sığorta polisinin qiyməti dövlət tərəfindən müəyyən edilir və bütün sığorta şirkətləri üçün eynidir. Həmin qiymət ayrı-ayrı şirkətlərdə müxtəlif ola bilməz. Əgər sizə mülki məsuliyyətin məcburi sığorta polisini onun əsl qiymətindən iki dəfə ucuz təklif edirlərsə, bilin ki, həmin polis saxtadır. Polisin üzərində su nişanları olmalıdır. Siz polisin saxta olmadığına əmin olmaq üçün sığorta şirkətinə zəng vura bilərsiniz. Polisin yuxarı sol küncündə həmin şirkətin ştampı, yuxarı sağ küncündə isə polisin nömrəsi olur.

* Avtokasko polisinin qiyməti avtomobilinizin markasından, buraxılış ilindən, sizin sürücülük stajınızdan və avtomobilinizi sürəcək bütün şəxslərin yaşından, avtomobilə quraşdırdığınız oğurlanmağa qarşı siqnalizasiya sistemindən asılıdır. Bir qayda olaraq, bütün sığorta şirkətləri avtomobildə, heç olmasa, ən sadə elektron siqnalizasiyanın olmasını tələb edirlər, amma oğurlanma ehtimalı daha böyük olan nüfuzlu modellərdə daha sanballı siqnalizasiyanın olması tələb edilir.

Sığorta brokeri kimdir? Onun xidmətindən istifadə sizin üçün nə dərəcədə sərfəlidir?

Sığorta brokeri müştəri ilə sığorta kompaniyası arasında aralıq halqadır. Qoy bu sözlər sizi çaşdırmasın, belə ki, sığorta brokerinin xidmətindən istifadə etməyiniz avtomobilinizin sığortasının dəyərini artırmır, əksinə, azaldır. Bu onunla izah olunur ki, sığorta şirkəti üçün “topdansatış” prinsipi ilə işləmək daha əlverişlidir, buna görə də şirkət sığorta brokerinə haqq ödəyir, özü də sığorta agenti ilə müqayisədə sığorta brokerinin haqqı xeyli yüksək olur.

KASKO sığortasının dəyəri nədən asılıdır?

Kasko sığorta polisini almaq üçün sığorta kompaniyasına müraciət edərkən nəzərə alın ki, sığortanın dəyərinə təsir göstərən amillərin heç də hamısı “dəqiqliklə” reqlamentləşdirilməyib. Kasko sığorta polisinin dəyərini müəyyən edən bəzi mühüm amillər vardır ki, onlar bizim özümüzdən asılıdır.
Bu cür “əlverişli” amillərdən biri sizin avtomobilinizin markası və modelidir. Avtomobil nə qədər ucuz olarsa, onun qaçırılma ehtimalı da bir o qədər az olur və təmiri kifayət qədər az vəsait tələb edir. Müvafiq surətdə, onun sığorta tarifi də aşağı olur. Adətən sığorta kompaniyaları KASKO sığorta polisinin qiymətini müəyyənləşdirərkən avtomaşının dəyərinə əsas oriyentir kimi baxırlar. Lakin söhbət xeyli müddət istismar olunmuş avtomobillərdən getdikdə, adətən onların bazar dəyəri müxtəlif olur. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz.

Burada avtomobilin buraxıldığı il də rol oynayır. Həmin il nə qədər çoxdursa, sığortalamanın dəyəri bir o qədər böyük olur. Bəziləri belə bir fənd işlədirlər: onlar bir sığorta kompaniyasını digəri ilə – həmin kompaniya ilə rəqabət aparan sığorta kompaniyası ilə dəyişirlər. Belə hallarda bəzi sığorta kompaniyalarının sığorta olunanlar üçün müəyyən etdiyi güzəşt 10%-ə çata bilər. Əgər sizin avtomobil zəmanətli təmirdən çıxıbsa, siz yol-nəqliyyat hadisəsindən sonra onu hansı avtoservisdə təmir etdirəcəyinizi özünüz seçə bilərsiniz, lakin bu cür KASKO sığortası sizə 20% baha oturacaq.

Sığorta müqaviləsində ziyanın sığorta kompaniyası tərəfindən ödənilməyəcək hissəsinin məbləğini nəzərdə tutan franşiz (bu terminə “françayz” da deyirlər) müəyyən edilə bilər. Bir qayda olaraq, bu, 100 dollarla 500 dollar arasında olan konkret məbləğdir. Əgər yol-nəqliyyat hadisəsi zamanı avtomaşına dəyən ziyanın həcmi həmin məbləğin hüdudlarından kənara çıxmırsa, onda avtomaşınınızı təmir etdirmək sizin öz öhdənizə düşür. Amma avtomobilə dəyən ziyanın həcmi böyük olsa belə, sığorta kompaniyası ziyanın məbləğinin hamısını ödəməyəcək, franşizin məbləğini ziyanın ümumi məbləğindən çıxacaq. Franşizdən istifadə sayəsində sizin qənaət etdiyiniz vəsait sığorta dəyərinin 7%-indən 30%-inə qədər məbləğ təşkil edir, amma franşizdən istifadə edərkən unutmayın ki, bu zaman ziyana görə müəyyən məbləği özünüz ödəməli olacaqsınız.
Sığortanın dəyərinə təsir göstərən başqa amillər də vardır, məsələn, digər əmlakın (misal üçün, mənzilin) sığortası zamanı güzəştlər, avtomobilin gecə vaxtı qarajda və ya mühafizə olunan avtomobil dayanacağında saxlanması və s.

Qeyri-sığorta hadisələri

Fərz edək ki, siz avtomobil alarkən onu sığortalamışsınız və avtomaşını rahatca sürürsünüz. Siz tam əminsiniz ki, bir şey baş versə, etibarlı sığorta kompaniyası sizin düşdüyünüz zərəri ödəyəcəkdir.
Lakin gəlin birlikdə düşünək. Hansı halın sığorta hadisəsi olması tamamilə aydındır: əgər avtomobil yol-nəqliyyat qəzasına düşübsə, üçüncü şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində, habelə üzərinə kənar əşyaların düşməsi ucbatından, eləcə də təbii fəlakət səbəbindən və sair təsadüfi hallar ucbatından zərər çəkibsə, onda siz ziyanın əvəzinin ödənilməsini tələb edə bilərsiniz. Lakin elə hallar da vardır ki, onlar qeyri-sığorta hadisələri sayılır. Avtomobili sığorta etdirərkən bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.
Həqiqətən sığorta qaydalarında belə bir bənd vardır ki, qəza zamanı siz spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuşsunuzsa. Bu, qeyri-sığorta hadisəsidir və belə hallarda sizə sığorta ödənişi ödənilmir.

Lakin bəzi sığorta kompaniyaları qəsdən qaydaları dumanlı şəkildə formula edirlər, bu isə onlara imkan verir ki, sığortalanmış avtomobillərin sahiblərinə tam qanuni əsasla heç nə ödəməsinlər. Məsələn, sığorta qaydalarının bir bəndində yazıla bilər ki, siz yol hərəkəti qaydalarını pozmuşsunuzsa, onda yol-nəqliyyat qəzasının baş verməsi sığorta hadisəsi deyil. Amma nəzərə almaq lazımdır ki, praktiki olaraq bütün qəzalar yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir.
“Fors major” hallarına həsr olunan bəndə də diqqət yetirin. Belə hallara adətən nüvə partlayışı və ya radioaktiv şüalanma, hərbi əməliyyatlar, bəzən də kütləvi iğtişaşlar aid edilir. Lakin son bir neçə ildə vərdiş etdiyimiz kütləvi iğtişaşlar bizim üçün daha “fors major” halı deyil. Bununla belə, istənilən sığorta kompaniyası kütləvi iğtişaşları da “fors major” halı hesab etməyə çalışır, yəni belə halların nəticələrinə görə məsuliyyət daşımaq istəmir.

Qeyri-müəyyən ifadələr xüsusilə təhlükəlidir. Məsələn, “əgər sürücü yol-nəqliyyat hadisəsindən yaxa qurtara bilərdisə, lakin bunun üçün mümkün olan bütün tədbirləri görməyibsə”, yaxud “sürücü yol nişanlarının, eləcə də yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyibsə” kimi ifadələr buna misal ola bilər. Əlbəttə, bu cür hallarda yol-nəqliyyat hadisəsi baş verdikdə sığorta kompaniyası məsuliyyəti çiynindən kənara atmaq üçün bəhanə tapacaq və həmin ifadəyə istinad edərək sizi borclu çıxaracaqdır. Belə halda sığorta ödənişindən əlinizi üzə bilərsiniz. Buradan belə nəticə çıxır ki, sığorta müqaviləsini rəsmiləşdirərkən tənbəllik etməyərək sığorta kompaniyasından bütün qeyri-dəqiq məqamlarla bağlı izahat istəmək və müqavilədə qeyri-müəyyən ifadələrin olmamasına çalışmaq lazımdır.

Avtomobilin sığortası haqqında

Avtomobilin sığortasına aşağıdakı sığorta növləri daxildir:

1. Tam kasko (tam avtokasko).
2. Natamam kasko (natamam avtokasko).
3. Mülki məsuliyyətin məcburi sığortası.
4. Bədbəxt hadisədən sığorta.
5. Əlavə avadanlığın sığortası.

Avtomobillərin ziyandan sığortası kasko (və ya natamam kasko) adlanır. Əgər siz avtomobilinizi üstəlik oğurlanmaqdan da sığorta etdirmək istəyirsinizsə, onda belə sığorta tam kasko adlanır.

1. Tam kaskoya aşağıdakılardan müdafiə daxildir: oğurlanmaqdan, yol-nəqliyyat hadisəsindən (kimin təqsirkar olmasından asılı olmayaraq), üçüncü şəxslərin hüquqazidd hərəkətlərindən, avtomobilin üzərinə hər hansı əşyaların düşməsindən, yanğından, partlayışdan, təbii fəlakətlərdən.

2. Natamam kasko da tam kasko kimidir, lakin avtomobilin oğurlanmasına qarşı sığorta buraya daxil deyil.

3. Mülki məsuliyyətin məcburi sığortası hazırda məcburi sığorta növü olaraq zərərçəkənin avtomobilinin təmirini və sağlamlığına vurulan ziyanın kompensasiyasını əhatə edir (əgər yol-nəqliyyat hadisəsi sizin təqsiriniz ucbatından baş veribsə).

4. Bədbəxt hadisədən sığorta siz və avtomaşınınızda olan sərnişinlər zərər çəkdikdə sığorta ödənişi verilməsini nəzərdə tutur.

5. Əlavə avadanlığın sığortası sığorta hadisəsi baş verdikdə avtomobildə olan bütün avadanlıqların sığortasını nəzərdə tutur. Burada söhbət avtomobilin kompleksləşməsinə daxil olan avadanlıqlardan deyil, sonradan quraşdırılan avadanlıqlardan gedir (məsələn, avtomaqnitola, siqnalizasiya və peyk sistemi, televizor və s.).

Sizin avtomobiliniz üçün kasko və ya mülki məsuliyyətin məcburi sığorta polisi neçəyə başa gələcəkdir?

Mülki məsuliyyətin məcburi sığorta polisinin qiyməti dövlət tərəfindən müəyyən edilir və bütün sığorta şirkətləri üçün eynidir. Həmin qiymət ayrı-ayrı şirkətlərdə müxtəlif ola bilməz. Əgər sizə mülki məsuliyyətin məcburi sığorta polisini onun əsl qiymətindən iki dəfə ucuz təklif edirlərsə, bilin ki, həmin polis saxtadır. Polisin üzərində su nişanları olmalıdır. Siz polisin saxta olmadığına əmin olmaq üçün sığorta şirkətinə zəng vura bilərsiniz. Polisin yuxarı sol küncündə həmin şirkətin ştampı, yuxarı sağ küncündə isə polisin nömrəsi olur.

* Avtokasko polisinin qiyməti avtomobilinizin markasından, buraxılış ilindən, sizin sürücülük stajınızdan və avtomobilinizi sürəcək bütün şəxslərin yaşından, avtomobilə quraşdırdığınız oğurlanmağa qarşı siqnalizasiya sistemindən asılıdır. Bir qayda olaraq, bütün sığorta şirkətləri avtomobildə, heç olmasa, ən sadə elektron siqnalizasiyanın olmasını tələb edirlər, amma oğurlanma ehtimalı daha böyük olan nüfuzlu modellərdə daha sanballı siqnalizasiyanın olması tələb edilir.

Sığorta brokeri kimdir? Onun xidmətindən istifadə sizin üçün nə dərəcədə sərfəlidir?

Sığorta brokeri müştəri ilə sığorta kompaniyası arasında aralıq halqadır. Qoy bu sözlər sizi çaşdırmasın, belə ki, sığorta brokerinin xidmətindən istifadə etməyiniz avtomobilinizin sığortasının dəyərini artırmır, əksinə, azaldır. Bu onunla izah olunur ki, sığorta şirkəti üçün “topdansatış” prinsipi ilə işləmək daha əlverişlidir, buna görə də şirkət sığorta brokerinə haqq ödəyir, özü də sığorta agenti ilə müqayisədə sığorta brokerinin haqqı xeyli yüksək olur.

© 2007 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.

Comments are closed, but trackbacks and pingbacks are open.