Press "Enter" to skip to content

Mülkü məcəllə 2018

. Bu məmləkətdə hegomon miullət azərilər və başqa etniklər olalıdır. Ancasq.

SAHİL BABAYEV SABİQ NAZİRİN QOHUMLARINI İŞDƏN ÇIXARDI – Adlar

Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov və DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov vəzifələrindən azad olunublar.

“Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib” – mənbə bildirib.

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşıdır.

Şərhlər

Eliyar 2018-06-22 15:18:03

Yeni nazir pensiya yasini kisilerde 57 qadinlarda 55 e salacaq sosial yardimlar ancaq kasiblara verilecek butun bunlari axsam yuxuda gormusem

Həsən 2018-06-22 15:18:03

Cəlilabad və Neftçala DSMF-lərin rəhbərlnidə çıxarıb.bəs onu niyə yazmrsz.elə düşnüsiz nazirin yaxınlarnın üstünə

Kərəm 2018-06-22 15:18:03

. Bu məmləkətdə hegomon miullət azərilər və başqa etniklər olalıdır. Ancasq.

Kasıb 2018-06-22 15:18:03

keçəl həsən həsən keçəl heç nə dətişməyəcək. Talan davam edəcək. çünki təzə işə qoyulanlar da KÖHNƏ TƏRBİYƏDƏDİRLƏR.

EWDER 2018-06-22 15:18:03

IYNEVASSIYA . ESAS INKIWAFDU. KORRUPSIYA NE TEHER OLUR.

vic 2018-06-22 15:18:03

bəs zərdаbın cаnpolаdı nə vаxt cıаxcаq cənаb nаzir

S.H. 2018-06-22 15:18:03

Sahil Babayevi de isden cixaranda onun da qohum-dostlarini isden cixaracaqlar. Bu medalin iller uzunu gorunen terefidi. Bilirsiz Keyf ne vaxtdi. Sistem deyisende. Onda kim-kimi Baqaja nece qoyacaqini goz onune getirin.

t.ədalət 2018-06-22 15:18:03

Sabiq nazirin qohumların işdən çıxarıb özünküləri ora dolduracaq.Əksər nazirlər belə edir.

Güləliyev 2018-06-22 15:18:03

Kİm yeni təyin olunursa Azərbaycanda dəb salınan kadr texnologiyasından istifadə edir.Amma anlayan yoxdur ki, bu texnologiya neqativlərə yaçıl işıq deməkdir.Bu Prezident aparatından başlayaraq adi kənd bələdiyyələrinə qədər gedir.Gedənin qohumları yola salınır.gələninki ilə əvəz olunur.Nəticədə ölkə sökülür, idarələr,nazirliklər ev təsərrüfatına dönür.Bəs Konstitusiya.mülkü məcəllə? Bu anarxiya deyilmi?

EWDER 2018-06-22 15:18:03

BU IYNEVASIYADI. ESAS INKIWAFDU.GUL CICEK GETDI . GUL BAYRAM,,NIN YANINA.HER NAZIR OZ QOHUM EQRABASINI INKIWAF ETDIRIR,,WEREF. WOHRET ORDENI ALIR.15-20 IL SOKUR DAQIDIR.IYNESI VURULANDAN SONRA,,MEN ELMI IWLE MEWQULAM,ALIMEM.HE BURADA NAQIL BITIR.BUDA AZERBAYCAN REALLIQI.CEZASIZLIQ KIFAET QEDERDI.MISIRLER,ELILER,TAQILAR,ELDARLAR,ZIYALAR VE S.SONSUZLUQ

Hörmətli oxucu! 2018-06-22 15:18:03

Bismillahir-Rəhmanir-Rəhim. Məşhur Konfutsi Çinli Filosof və siyasətçi deyib: Konfutsiyә görә hökmdarların vәzifәsi adamları qorхutmaq deyil, onları şüurlu surәtdә mәnәvi tәmizliyә sövq etmәkdir. Çünki hәmin fikir o dövrün hakimlәrinin amansızlığına qarşı çevrilmişdir. Məqalədə yazılıb ki, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov və DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov vəzifələrindən azad olunublar. Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşıdır.Qohumluqa görə bunu edibsə düz deyil.Belə olsa problem həmişə olacaq. . AKULLARDAN başlamaq lazımdir. Özüdə Dövlət Sosial Müdafiə Fondundan müdirindən və Nərimanov rayon şöbəsinin müdirindən başlamaq lazımdır. Hörmətli Əminə xanimda yadan çıxarmayın..

Vətəndaş 2018-06-22 15:18:03

Saytlarda gedən komentarilər əksərən bəzi həqiqətlərə işıq salır.Ancaq bunlara diqqət edən yetkili olsa və arxasınca getsələr bələ 30-40 ilə nəsə müsbətə doğru dəyişə.

Badam 2018-06-22 15:18:03

Sonra. Medal mi verdiler nazire? Yenisi gelen kimi kohneden ishliyenleri cixarir. Hec bir stabillik yoxdu. Xarici olkelerde bele deyil axi bes innovasiya? Bes inkishaf? Bes azerbaycanin gul ciceklenen iqdisadiyyati? Esas bu soz debdedi INNOVASIYA )))

Mülkü məcəllə 2018

Hazırda BMT-nin səfiri olan qaradarəli model Varis Dirienin (dünya şöhrətli “Səhra çiçəyi” adlı kitabın müəllifi) müsahibələrinin birində maraqlı fikiri var. “Mənim Somalimdə qadınları kiçik yaşında sünnət etmək bizə qalan ən dəhşətli adət mirasıdır. Belə mirası lənətə gəlsin. O insan xoşbəxtdir ki, onun var-dövlətdən qabaq gözəl adət ənənəsi olsun və bu mirasla fəxr etsin”.

Ağıllı cəmiyyətlərdə insanlar miras deyəndə, sağlam genləri daşımaqla öyünürlər. Əlbəttə məsələnin maddi tərəfi ilə yanaşı mənəvi tərəfi də vacibdir. Axı vərəsə axtarışında, madiyyat bölündükdə ətrafın mənəviyyatı da sınağa çəkilir. Və əbəs yerə deyil ki, qanunlardan qabaq əsrlərdir, bu bölgü adət -ənənəyə uyğun aparılıb. Necə ki, keçən əsrin 30-cu illərinə qədər Azərbaycanda miras bölgüsü elə adət-ənənə (eləcə də, şəriət) çərçivəsində həllini tapıb. Bu gün dəyərlər dəyişdiyindən problemə yanaşma da başqa cürdür. Bəzən ailə içində malın bölünməsi, vərəsənin seçilməsi barədə danışmağı əskiklik bilirlər. Heç vəsiyyət edənə imkan da vermirlər ki, sağlığında mal bölgüsü aparsın. Bu da sonralar çox halda narazılığa gətirib çıxarır. Son zamanlar vərəsəlik, mirasın bölünməsi səbəbindən ailə-məişət didişmələrinin artması bu fikri təsdiqləyir.

Qanunvericilik bizi qane edirmi?

Bir çox ölkələrdə vərəsəlik hüquqları ayrıca qanun şəkilində tənzimlənir. Çox dövlətdə, o cümlədən bizdə də bu Mülkü Məcəllə (MM) tərkibində (10-cu bölmə) və “Notariat haqqında” qanunda (maddə 47,48, 58) əksini tapıb. Mütəxəsislərin fikrincə, mövcud qanunvericilikdə məsələnin həlli ilə bağlı boşluqlar az deyil.

Hüquqşünas Səməd Vəkilov mirasda əmlak idarəçiliyi məsələsinə toxunub. Onun sözlərinə görə, MM-yə əsasən, ölmüş şəxsin (yəni miras qoyanın) əmlakı vərəsələrə qanun və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçə bilər. “Miras qoyanın ölümündən sonra vəsiyyətnaməsi (yazılı) varsa, əmlak vəsiyyət üzrə, vəsiyyət yazılmadıqda isə əmlakın vərəsələrə qanun üzrə keçməsi nəzərdə tutulur. Bəzən vəsiyyət qoyan əmlakının yalnız bir hissəsi barədə vəsiyyətnamədə göstəriş verir. Bu halda vərəsəlik həm vəsiyyət, həm də qanun üzrə həyata keçirilir. Vətəndaşın vərəsəlik hüququnun gerçəkləşməsi mirasın açılması ilə başlayır. Qanuna görə, miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. MM-nin 1151-ci maddəsinə görə, miras əmlakına- miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları toplusu daxildir.

Vərəsəlik hüququnun reallaşdırılmasının ikinci mərhələsi miras əmlakının vərəsələr tərəfindən qəbul ediləcəyi müddətə qədər həmin mirasın mühafizəsi və əmlakın idarə edilməsi prosesidir.

Prosedur qaydalar necədir? Müvafiq olaraq MM-nin 1317-ci maddəsi və “Notariat haqqında” qanunun 51-ci maddəsinə görə, miras əmlakının mühafizəsi üçün dövlət notariusu və müvafiq icra hakimiyyəti orqanı vərəsələrin, vəsiyyət üzrə tapşırıq olan şəxs¬lərin və digər təşkilatların təşəbbüsü ilə miras əmlakının mühafizə edilməsi üçün tədbir görməlidirlər. Bu tədbirləri onlar bilavasitə özləri və ya əmlakın yerləşdiyi yerin notariusuna və yaxud müvafiq icra hakimiyyəti orqanına tapşırıq verməklə həyata keçirirlər.

Adıçəkilən qanunun digər maddələri də (52-54-cü maddələr) mirasın mühafizə edilməsi üçün kompleks tədbirlər nəzərdə tutulur. Qanuna əsasən, miras əmlakının mühafizə etməli orqanlar həmin əmlakı siyahıya alır və bu əmlakı saxlamaqdan ötrü vərəsələrə və ya başqa şəxslərə verirlər. Mirasın tərkibində idarə olunması tələb olunan əmlak olduqda, miras əmlak mühafizəçisi təyin edilməlidir. Mühafizəçi, qəyyum və miras əmlakının mühafizə olunması üçün verildiyi digər şəxslər miras əmlakın israfı və gizlədilməsinə görə məsuliyyət haqqında xəbərdar edilməlidirlər. Qanunda miras əmlakını saxlamağa görə və digər zəruri xərclərin həmin miras əmlakından ödənilməsi nəzərdə tutulur. Bəzən vərəsələr arasındakı münasibətlər mübahisəli olduqda vərəsəlik haqqında şəhadətnamənin verilməsi prosesi gecikir. Miras açıldığı vaxtdan əmlak üzərində sərəncam vermək hüququ qanunla yolverilməzdir və əmlak idarəedicinin təyin edilməsi məsələsi aktuallaşır”.

Səməd Vəkilovun fikrincə, miras əmlakının idarə edilməsi əmlakın mühafizəsi probleminin tərkib hissəsi hesab edilməlidir. “MM-nin 1320-ci maddəsində əmlak idarəçisinin təyin edilməsi nəzərdə tutulur. Maddənin tələbinə görə, əgər əmlakı idarə etməyə ehtiyac varsa, habelə vərəsənin kreditorları iddia irəli sürüblərsə, notariat orqanı əmlak idarəçisi təyin edir.

Əmlak idarəçisi kimlər ola bilər? MM-nin 1320-ci maddəsində əmlak idarəçisinin hətta təyin edilmə zərurəti vurğulansa da, təəssüflər olsun ki, məsələyə tam şəkildə aydınlıq gətirilmir. Belə ki, əmlak idarəçisi təyin ediləcək şəxsin kimliyi məsələsi tam açılmamış qalır. Notariat əməliyyatlarının həyata keçirilməsi qaydaları haqqında Təlimatın 84-cü maddəsində əmlakın mühafizə edilməsi və zəruri hallarda əmlak idarəçisi təyin edilməsi nəzərdə tutulsa da, burada da həmin şəxsin kimliyi məsələsinə aydınlıq gətirilməyib. Beləliklə, qanun və normativ aktlara əsasən, əmlak idarəçisi dövlət notariusunun subyektiv mülahizələri əsasında təyin edilə bilər.

Qanun notariusa həmin idarəçinin təyin edilməsinə heç bir məhdudiyyət qoymur. Bu da notariusa əmlak idarəçisini təyin edərkən vərəsələr arasından, yaxud tamam kənar bir şəxsi seçməsinə imkan yaradır. Qanundakı bu boşluqlar miras qoyanın son iradəsinin arzuladığı kimi həyata keçməsində müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər.”

Ögey ana əliboş qaldı.

Şikayətçi Azər 1994-cü ildə hərbi xidmətdə olarkən yaralanıb və onurğa sütünu zədələdiyindən bugünədək yataq xəstəsidir. Ağrılısı odur ki, ailəsi bu vaxta qədər ona əlillik dərəcəsi, pensiya sənədi üçün nə müraciət edib, nə də reablitasiya mərkəzində müalicəsinə çalışıb. Başqa sözlə, o illərdir dövlət qayğısından məhrumdur. Anası 2001-də rəhmətə gedib. Azərin bir bacısı və qardaşı var. Atası 2007-ci ildə ikinci ailəsini qurub və qurduğu xanımın birinci nigahından bir qızı var. Azərin atası 2014-cü ilnin noyabrına qədər (ölənə qədər) Azərə özü baxıb. Hazırda Qaraçuxurda yerləşən evlərində Azər, bacısı, ögey anası qızı ilə yaşayırlar. Qardaşı ailə qurduqdan sonra ayrı yaşayır. İndi ögey ana evi satıb, ayrı iki ev almaq istəyir. Atası sağlığında bütün əmlakını (ev) doğma uşaqlarına vəsiyyət edib. Yazılı vəsiyyəti yoxdur deyə, indi ailədə mübahisələr yaranıb.

Ailədə miras əmlakının bölünməsindən əlavə vacib məsələ, Azərə pensiyasının alınmasıdır. Bunun üçün sənədləri qaydaya salınmalıdır. Çünki o da vərəsələrdən sayılır. Vəsiyyətnamə olmadığı təqdirdə miras əmlakı qanuna görə bölünür. Qəfil ölən vəsiyyətsizin əmlakı tək 3 övladı deyil, həm də ikinci həyat yoldaşı üçün bölünməlidir.

Bəs qanuni vərəsələr kimlərdir, miras bölgüsü necə aparılmalıdır? Ögey ananın nigahı dövlət qeydiyyatında deyilsə, ona miras əmlakından pay düşürmü?

Hüquqşünas Habil İsgəndərli MM-nin 1133-cü madəsini əsas tutaraq vurğulayıb ki, miras əmlakı vərəsələrə ya qanun, ya da vəsiyyət üzrə keçə bilər. “Oanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, vəsiyyətnamə olmur və yaxud təmamilə və ya qismən etibarsız sayılır. MM-nin 1179.1-ci maddəsinin tələbinə görə, vəsiyyətnamənin yazılı tərtibi mütləqdir. Qanun şifahi vəsiyyət anlayışını istisna edir. Qeyd olunan məsələdə Azərin atası yazılı vəsiyyətnamə qoymayıb. Bu halda mirasın vəsiyyət üzrə bölüşdürülməsi mümkün deyil.

Ölmüş şəxsin miras əmlakı MM-nin 1159-cu maddəsinin tələbinə görə, vərəsələr arasında qanunla bölünməlidir. Qanun üzrə vərəsəlik- birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbəli vərəsənin olması sonrakı növbəliliyi istisna edir. Azərin bir bacısı, bir qardaşı var. Atasının ikinci arvadı ilə nigahı yoxdursa, ikinci arvadın qızını rəsmi övladlığa götürməyibsə, ikinci arvad və qızı qanun üzrə vərəsələr sayılmırlar. Ölən şəxsdən qalan miras əmlakı (rəsmi dövlət qeydiyyatına alınmış bütün daşınar, daşınmaz əmlak) Azər, qardaşı və bacısı arasında bərabər (1/3 hissədə) bölünməlidir.
Digər hər hansı şəxsin miras əmlaka iddia etmək hüququ yoxdur. Qanuna görə, vərəsələr miras qoyanın ölümündən 3 ay müddətində müvafiq notariat kontoruna mirası qəbul etmək üçün müraciət etməlidirlər. Eyni zamanda mirası faktiki qəbuletmə qaydası da var, bu o deməkdir ki, vərəsələr-uşaqlar ataları öləndə mirası faktiki qəbul ediblərsə, miras qəbuledilmiş sayılır. Mirası faktiki qəbul etmiş vərəsələr rəsmi sənədləşmə üçün notariat kontoruna müraciət edə bilərlər. Notarius vərəsələrin qanunda nəzərdə tutulmuş (3-6 ay) müddəti üzürlü səbəbdən ötürüldükdə bərpa edilə bilər. Əks təqdirdə, yəni, notarius buraxılmış müddəti bərpa etmədikdə, vərəsələrin mirasın rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.

Kimsəsizin baxıcısı miras ala bilərmi?

Mariya adlı qadın 2015-ci ilin mayında ölüb. Bakının Ramana qəsəbəsində Çaparidze küçəsində tarixi tikililərərdən sayılan (1904-cü il) binada iki otaqlı evdə yaşayırdı. 68 yaşlı qadının ölənə qədər heç kəsi-doğmaları olmayıb. Hər halda, qonşularla söhbətdən belə məlum olur.

Xalidə Mariyanın ölməmişdən şifahi vəsiyyətinin olduğunu deyir, qəfil ölüm olmasaydı vəsiyyət rəsmiləşdirələcəkdi. Şifahi vəsiyyətə görə isə, Mariyanın ikiotaqlı evi Xalidəyə qalacaqdı. Xalidə isə əvəzində onun hüzrünü, basdırılmasını təşkil edəcəkdi. İndi Mariyanın evi dövlətin nəzarəti altındadır, sahə müvəkkili evə heç kəsi buraxmır. Xalidə dəfələrlə şahidləri ilə birgə evin ona vəsiyyət olunduğunu bildirsə də, haqsız çıxarılır. O, məlum əmlaka sahib çıxmağa haqq qazana bilərmi?

Vəkil Paşa Səfərovun sözlərinə görə, MM-nin 1166-cı maddəsinə əsasən, fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. “Bunun üçün miras qoyanın miras kütləsinə daxil olan əmlakı barəsində vəsiyyətnamə qoyması mütləqdir. MM-nin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Notariat forması və yaxud MM-nin 1186-cı maddəsində əksini tapan ev vəsiyyətnaməsi (imzalanmış əlyazma) şəkilində etibarlıdır. Hazırki mübahisədə Mariya öz gələcək mirasının hüquqi taleyi üçün Xalidə ilə qarşılıqlı şifahi razılaşma əldə edib ki, belə bir halın həlli vərəsəlik hüquq münasibətlərində nəzərdə tutulmayıb.
Bundan başqa MM-nin 233.2-ci maddəsinə əsasən, əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.”

Hüquqşünas Paşa Səfərovun yekun rəyinə görə, Mariyanın vərəsələri yoxdursa, onun əmlakı Mülki Məcəllənin 1165.1-ci maddəsinin tələbinə uyğun olaraq dövlətə keçir. “Qeyd etmək zəruridir ki, Xalidə Mariyaya xəstəliyi zamanı ona qulluq və onun müalicəsi, dəfn və ya digər xərc ödəmişsə bunu MM-nin 1157-ci maddəsinin tələbinə əsasən, Mariyanın vərəsəsi olan – dövlətdən tələb edə bilər”.

Vəziyyətlə bağlı həmkarıyla razılaşan hüquqşünas Vüqar Səfərliyə görə isə, MM-nin 1133-cü maddəsi miras əmlakının qanun və ya vəsiyyətnamə yolu, yaxud hər iki əsasla keçməsini ehtiva edir. “Elə buna nəzərən də, Xalidə həm yazılı vəsiyyət olmadığından, həm də qanuni vərəsə statusu ala bilmədiyindən haqsız sayılır. Dünyasını dəyişən sağlığında yazılı vəsiyyət tərtib etmiş olsaydı, bu problemi həll edərdi.”

Hüquqşünasın sözlərinə görə, qonşuların da şahidliyi heç bir əhəmiyyət kəsb etmir. “Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmalıdır, bu texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalııdr. Bu halda vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli, imzalanmalıdır. Şahidlər də öz növbəsində vəsiyyət edənin imzasından sonra vəsiyyətnamədə öz ad ,soyadıarını, yaşayış yerlərini göstərməklə təsdiqləməliidrlər.”

Göründüyü kimi, mirasqoyma və mirasayiyələnmə heç də verilən sözlərlə həll ediləsi iş deyil. Atalar demiş, şərti şumda kəsin ki, xırmanda yabalaşmayın.

Yazı Almaniya Beynəlxalq Əməkdaşılıq Cəmiyyətinin “Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.

Raminə Eyvazqızı

Mülkü məcəllə 2018

Ana Səhifə Cəmiyyət Keçmiş millət vəkili: “Qanunu şah saymırlar” – Bunu edən şəxslər CƏZALANDIRILACAQ – VİDEO

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Sentyabr 23, 2020 – 14:27
!Reklam – Yazi

“Xətaların sərtləşdirilməsi doğru deyil. Mülkü məcəllə burada işləməlidir. Alıcı və satıcı arasında münasibət mülkü məcəllə ilə tənzimlənməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı, keçmiş millət vəkili Nazim Bəydəmirli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Alınan mallar geri qaytarılmır” yazılan lövhələrə görə sahibkarları 900 manatadək cərimələyəcəkləri ilə bağlı qərarı dəyərləndirərkən deyib. İqtisadçı, istehlakçıların mağazalarda əksər vaxt hüquqlarının pozulduğunu bildirib: “Sovet dönəmində ticarətdə belə bir şüar vardı ki, alıcı həmişə haqlıdır. Bazar iqtisadiyyatı olmasa belə, istehlakçının hüququ həmişə qorunurdu. Bazar iqtisadiyyatında isə bu şüar ikiqat aktualdır. Çünki alıcı məmnunluğu əslində özünü sahibkar hesab edən, biznesinə normal yanaşan hər bir sahibkarın, şirkətin əsas şüarı olmalıdır. Təəssüf ki, bu sahədə qarşılaşdığımız xoşagəlməz məqamlar da var. Əlimizdə qəbz olduğu halda, mağazalarda malı qaytarmırlar, başqa malla əvəzlənməsini təklif edirlər. Belə satıcılar potensial müştərini itirməyə məcbur olurlar. Hesab edirəm ki, istehlakçının hüququnun qorunması ölkə üçün vacibdir”. N.Bəydəmirli istehlakçıları diqqətli olmağa çağırıb: “Alıcılar qəbzlərini götürməyi unutmasınlar. Çünki bu qəbzlər sonrakı prosedurlarda əsas olmalıdır. Müsbət haldır ki, son kampaniyalardan biri ƏDV-nin geri alınmasıdır. Pərakəndə alış-veriş məkanlarında qəbzlərin götürülməsi bir ənənəyə çevrilir. Yalnız cərimələri sərtləşdirməklə bu işə nail olmaq olmaz. Hesab edirəm ki, iqtisadiyyat inhisarlaşmamalıdır. Özünü doğru-dürüst aparmayan şirkətlər adətən məmur sahibkarlığına nail olan mağazalardır. Onlar da heç vaxt qanunu şah saymırlar, belə desək, qanuna hörmət etmirlər. Çünki onların inzibati resursları çoxdur. Vətəndaş, hüquqlarını müdafiə etmək üçün məhkəmələrə müraciət etdikcə, yorulur. Ona görə bunun üzərinə getmir. Burada maarifləndirmə işi aparılmalıdır və əsas yük də medianın üzərinə düşür. Bazar iqtisadiyyatında ictimai qınaq daha effektli zərbə olar. Qanun sərt üzünü göstərməlidir, amma tək bu yolla nailiyyət əldə etmək mümkün deyil. Xətaların sərtləşdirilməsi doğru deyil. Mülkü məcəllə burada işləməlidir. Alıcı və satıcı arasında münasibət mülkü məcəllə ilə tənzimlənməlidir”.

Cəvahir
www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.