Press "Enter" to skip to content

Mülliflik hüququ v laqli hüquqlar haqqında

15. 42-ci maddənin 1-ci hissəsinin 3-cü bəndində hər üç halda “bəndi” sözü “hissəsi” sözü ilə, 4-cü bəndində “bəndin 3-cü yarımbəndində” sözləri “hissənin 3-cü bəndində” sözləri ilə əvəz edilsin.

Mülliflik hüququ v laqli hüquqlar haqqında

Femida.az xəbər verir ki, müəlliflik hüququ Azərbaycanda da qanunla qorunur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Müəllif – əsərin yaradıcısı olan fiziki şəxsdir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

– ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.);
– dram, musiqili-dram və başqa səhnə əsərləri;
– xoreoqrafiya əsərləri və pantomimalar;
– mətnli və ya mətnsiz musiqi əsərləri;
– audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);
– heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;
– dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar;
– memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri;
– fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;
– coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;
– törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);
– toplular
– teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

Qanunun 25-ci maddəsinə görə, müəlliflik hüququnun qüvvədə olma müddəti müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Əgər əsərdə şərikli müəlliflik hüququ varsa, əsər sonuncu müəllifin öldüyü andan 50 il müddətində müəlliflik hüququ qüvvədə qalır.

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Amin Nəzərli

Mülliflik hüququ v laqli hüquqlar haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167; 2001, № 11, maddə 691; 2002, № 12, maddə 706; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2008, № 2, maddə 49, № 5, maddə 342; 2010, № 11, maddə 937; 2013, № 5, maddə 482; 2017, № 7, maddə 1261) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin 3-cü hissəsində “ikinci bəndinin” və “dördüncü bəndinə” sözləri, müvafiq olaraq, “2-ci hissəsinin” və “4-cü hissəsinə” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddənin 2-ci hissəsində, 15-ci maddənin 5-ci hissəsində, 16-cı maddənin 2-ci hissəsində, 17-ci maddənin 5-ci hissəsində “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

3. 8-ci maddənin 4-cü hissəsində, 9-cu maddənin yeddinci hissəsində, 17-ci maddənin 4-cü hissəsinin ikinci bəndində, 29-cu maddənin 2-ci hissəsinin ikinci bəndində, 32-ci maddənin 5-ci hissəsinin birinci cümləsində, 37-ci maddənin 3-cü hissəsinin birinci bəndində, 41-ci maddənin 3-cü hissəsinin birinci bəndində, ikinci bəndinin birinci və ikinci cümlələrində, 43-cü maddənin 3-cü hissəsində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

4. 14-cü maddənin 3-cü hissəsinin ikinci bəndində “bəndin” sözü “hissənin birinci bəndinin” sözləri ilə əvəz edilsin.

5. 17-ci maddənin 1-ci hissəsində və 4-cü hissəsinin birinci bəndində “üçüncü bəndində” sözləri “3-cü hissəsində” sözləri ilə, 2-ci hissəsində “birinci bəndinin” sözləri “1-ci hissəsinin” sözləri ilə, 4-cü hissəsinin üçüncü bəndində “birinci bəndində” sözləri “1-ci hissəsində” sözləri ilə əvəz edilsin.

6. 24-cü və 25-ci maddələrin 2-ci hissələrində, 37-ci maddənin 2-ci hissəsində “birinci bəndi” sözləri “1-ci hissəsi” sözləri ilə əvəz edilsin.

7. 26-cı maddənin 1-ci hissəsinin ikinci bəndində “birinci bəndinin” sözləri “1-ci hissəsinin” sözləri ilə əvəz edilsin.

8. 27-ci maddənin 1-ci hissəsinin beşinci bəndində və 33-cü maddənin 5-ci hissəsində “ikinci bəndində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin.

9. 33-cü maddənin 3-cü hissəsində “bəndi” sözü “hissəsi” sözü ilə əvəz edilsin.

10. 33-cü maddənin 4-cü hissəsində “bəndinin” və “yarımbəndlərində” sözü, müvafiq olaraq, “hissəsinin” və “bəndlərində” sözü ilə əvəz edilsin.

11. 33-cü maddənin 6-cı hissəsində “ikinci bəndinin 4-cü yarımbəndi” sözləri “2-ci hissəsinin “e” bəndi” sözləri ilə əvəz edilsin.

12. 33-cü maddənin 8-ci hissəsində və 34-cü maddənin 3-cü hissəsində “ikinci bəndi” sözləri “2-ci hissəsi” sözləri ilə əvəz edilsin.

13. 38-ci maddənin 3-cü hissəsində “ikinci yarımbəndi” sözləri “b” hissəsi” sözləri ilə əvəz edilsin.

14. 40-cı maddənin üçüncü və dördüncü hissələri ləğv edilsin.

15. 42-ci maddənin 1-ci hissəsinin 3-cü bəndində hər üç halda “bəndi” sözü “hissəsi” sözü ilə, 4-cü bəndində “bəndin 3-cü yarımbəndində” sözləri “hissənin 3-cü bəndində” sözləri ilə əvəz edilsin.

16. 43-cü maddə üzrə:

16.1. 1-ci hissənin 2-ci bəndində “bəndin 1-ci yarımbəndində” sözləri “hissənin 1-ci bəndində” sözləri ilə, 2-ci hissədə “birinci bəndinin 4-cü yarımbəndi” sözləri “1-ci hissəsinin 4-cü bəndi” sözləri ilə əvəz edilsin;

16.2. 1-ci hissənin 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma illik haqq ödəmək.”.

17. 44-cü maddənin 1-ci hissəsində “səlahiyyətli dövlət orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

18. 46-cı maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Müəlliflik mübahisələrindən irəli gələn iddialar üzrə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

Mülliflik hüququ v laqli hüquqlar haqqında

Prezident İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

– 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).”.

– 2-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının dövlət büdcəsinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına” sözləri ilə əvəz edilsin və həmin cümləyə “köçürülür” sözündən sonra “və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur” sözləri əlavə edilsin.

Comments are closed, but trackbacks and pingbacks are open.