Xeyrulla xayal
Sığdı ölüm xəbəri.
Müəllim şeirləri
Ədəbiyyatımızda özünəməxsus yeri, dəsti-xətti, ifadə tərzi olan Xalq şairi Qabilin müstəqillik illərində çap olunan kitabları içərisində dörd kitabı xüsusilə diqqəti çəkir: “İlahi qisməti”, “Dostlarım, tanışlarım”, “Dənizlər mavidir, meşələr yaşıl” və “Ömrün gecə qatarı”. Ardıcıllıqla çap olunan bu kitablarda Sovet dönəmində yazılmış məşhur əsərlər də yer alıb. Lakin, çoxluq müstəqillik illərində yazılmış şeirlərin tərəfindədir.
1990-2007-ci illər, yəni şair ömrünün son on yeddi ili onun müdrik çağlarına düşdüyündən yaradıcılığının çox hissəsini fəlsəfi yönümlü şeirlər, həyatın fəlsəfi dərkini özündə ehtiva edən poetik parçalar təşkil edir. Demək, bu dönəmdə onun yaradıcılığında lirik-fəlsəfi-əxlaqi dəyərli şeirləri xüsusi önəm daşıyır. Orijinallığı, təbiiliyi, saflığı ilə seçilən bu nümunələr oxucusunu mütləq təsir dairəsində saxlaya bilir.
Qabilin bu səpkidə yazdığı “Yedəkdə gələn qayıq”, “İstəmirəm”, “Üç nöqtə”, “İlahi qisməti”, “Borc”, “Bilmirəm”, “Pərdə”, “Zarafat eləmə”, “Qarışdırma” kimi şeirləri həyat hadisələrinə fəlsəfi yanaşmanı əks etdirən poetik nümunələrdir:
Kobudluqla cəsarəti qarışdırma!
Yaltaqlıqla nəzakəti qarışdırma.
… Tülkülüklə fərasəti qarışdırma!
Düşmənliklə rəqabəti qarışdırma.
Oğluna müraciətən yazdığı bu şeirində şair bir-birinə bənzəsə də insanların çox fərqli keyfiyyətlərini, xarakterik xüsusiyyətlərini açıb göstərir.
Şairin “Əslində” şeiri də bu baxımdan çox xarakterikdir. Müəllif burada üzdə bir, əməlində başqa cür olanları ardıcıllıqla qamçılayır. Həyatda adı alim, loğman olan nə qədər nadanlar var. Əslində, təkcə nadan deyil, həm də “şeytandır” onlar:
Zəlil haqqın kəsən zalım,
Əlil haqqın kəsən zalım,
Ziyarətgaha can atma,
Can atma, xalqı aldatma!
Şair Fikrət Sadığın şeir haqqında maraqlı fikirləri var: “Bu “Əslində” – əslində deyil. Əslində gördüyümüz hər şey pərdələnib. Səməd Mansurun təbirincə desək, – rənglənib. Gərək bu pərdəni açasan ki, həqiqəti biləsən. Lap illərcə həqiqət bildiyin bir də baxıb görürsən ki, yalanmış əslində… Günümüzün güzgüsüdür “Əslində”. Elə özümüzük, əslində”
Şairin “Yedəkdə gələn qayıq” şeirinin çox maraqlı süjet xətti var. Mingəçevir dəryaçasında gəmi ilə səyahət edərkən şairin diqqətini bir qayıq cəlb edir. Bu qayıq özü üzə bilmədiyindən gəminin yedəyində gedirmiş. Gəmi hara üzsə, qayıq da onun arxasınca dolaşırmış.
Sular gömgöy, səma mavi.
Ədalarla üzür gəmi.
Boynu yedək kəndirində
Şair bu səhnəni ürək ağrısı ilə seyr edir. Yadına ömrü boyu yedəkdə gəzən, onun-bunun qoltuğuna sığınan, öz sözü, öz izi olmayan insanlar düşür. Düşünür ki, bu insanlar yedəkdə yaşamağa məcburdurlar, yoxsa məhkumdurlar? Lirik qəhrəman yaşamaq naminə mübarizə aparmaq iqtidarında olmayan yedəkdəkilər üçün allahdan imdad, kömək diləyir:
Üzür yedək qayıqları
Allah çatsın imdadına
“İstəmirəm”, “Üç nöqtə” şeirləri də şairin fəlsəfi dünyasından ayrı-ayrı yarpaqlardır. Kimlərisə cana-boğaza yığacaq uzun ömrü, acı sözü, qaşqabaqlı üzü istəməyən lirik qəhrəman düşünür ki:
Söz qoşuram təzə-təzə,
İstəmirəm çatam yüzə,
Uzun ömrüm xalqı üzə.
…İstəmirəm bu dünyanı
Ölə-ölə tərk eləyim…
Öz ömür qismətinə şükür edən qəhrəman artıq möhləti də, özgə qisməti də qəbul eləmək istəmir. Çünki “İstəmirəm bu dünyanı ölə-ölə tərk eləyim” – düşünür.
Bu mənada Qabilin müstəqillik illərində yazdığı şeirlərində həyatın və insanların hər üzünü aydın görmək mümkündür. Onun poeziyası yaddaşı oyadan, insanı ayıldan, ayaqda saxlaya bilən poeziyadır.
Duyğulu anın məhsulu olan “Üç nöqtə” şeiri də öz dəyəri ilə seçilir. Bir real həqiqət var ki, sözün bitdiyi yerdə üç nöqtə başlayır… Şairin düşüncəsinə, qayəsinə görə: “İncə mətləb kodlarıdır üç nöqtə, hər biri bir qıfılbənddir… Lal bir məktub açarıdır…” Üç nöqtə qoyulan yeri hər kəs aça, oxuya bilməz, bunun üçün qazdan ayıq, gözdən iti olmaq gərəkdir. Bəzən şilləyə, gülləyə dönən üç nöqtəni vaxtından əvvəl dərk etmək, görmək gərəkdir ki, sonra üzlər qızarmasın, qulaqlar yanmasın.
“Yaxşı adamların həsrətindəyik”, “Mənim ürəyimdə sirlər yatır”, “Avtoportret” kimi nümunələrin hər birində bir dünya yaşayır. Bu dünyanın öz ayı, günəşi, ulduzları, insanları var. Bu insanlar fərqlidir, yaxşısı, pisi var, alçaqboylusu, hündürü var, kifiri, gözəli var, öküzü, tülküsü var… Şairin lirik qəhrəmanı bu dünyanın içində yaxşı adamların həsrətindədir. Hər şeyin nisbi olduğu bu dünyada dəmir, mislə yanaşı xalis, təmiz, qızıl külçəsi də var. Çox vaxt biz yaxşı insanları o qızılın xası, xalisi, təmizi ilə ölçürük:
Ancaq nisbi deyil,
Nə qızıl, nə mis.
Ancaq nisbi deyil,
Cins ilə nacins.
Biz ayrı sövdanın xiffətindəyik!
Yaxşı adamların həsrətindəyik!
Yaxşı adamlar təmizdi, qatqısız xalisdi, qızıldır, – düşünür şair və onların axtarışına çıxır. Maraqlıdır ki, bu yaxşı adamları tapır, sonra onların hərəsinə bir şeir, əsər də həsr edərək xalis poeziyanın xalis qəhrəmanına çevirir. Bu xalis insanlar onun ətrafında, yanında olan dostları, tanışları, qohumları, həmkarlarıdır. Millətinin, xalqının qızıl övladlarıdır. Məsələn, “Davam edir yemək-içmək” şeirini Xəlil Rzanın “Davam edir 37” şeirinə cavab olaraq yazmışdı. Əslində isə əsər Ulutürkün Lefortovo zindanından azad olduqdan sonra onun şərəfinə verilmiş ziyafətdən bəhs edir. Bu ziyafətin səbəbkarı, qəhrəmanı da xalqının şair oğlu, öz əzmi, əzəməti, döyüşkənliyi, mübarizliyi ilə seçilən, fərqlənən dostu Xəlil Rza Ulutürkdür.
1990-cı il yanvar hadisələrindən sonra, yəni xalqı ayağa qaldırıb Müstəqillik, Azadlıq hayqırdığına görə həbs edilərək Moskvaya aparılan Xəlil Rza bundan sonra daha çox üsyankar ruhlu şeirlər yazmışdır. Onun məşhur şeirlərindən “Davam edir 37”, “Vaysınmıram”, “Qorxma, mən sarsılmaz dağ qalasıyam!” kimi şeirləri sonralar dillər əzbəri idi.
Qorxma, mən sarsılmaz dağ qalasıyam,
Min-min ölüm gəlsə sağ qalasıyam,
Sabah azad olub hayqırasıyam:
– Canım, ey Azadlıq.
“Davam edir yemək-içmək” şeiri zarafatla, incə yumorla yazılsa da Qabil müəllim bu yazısı ilə Xəlil Rzanın əsl xarakterini və dogma elin ona olan münasibətini –sevgisini, sevincini açıb göstərə bilib:
Nə qədər ki, qollarını
Ana kimi açır Salyan,
Nə qədər ki, “Xoş gəlmisən,
Balam”, – deyib uçur Salyan,
Nə qədər ki, Tofiq Rza
Mənzilinə köçür Salyan,
Nə qədər ki, Xəlil Rza
Şərəfinə içir Salyan,
Davam edir yemək-içmək…
Qabil müəllimin öz müasiri olan alim, şair dostlarına həsr etdiyi şeirləri yetərincədir. B.Vahabzadəyə, B.Azəroğluna, Gülhüseynə, Fikrət Sadığa, Anara, S.Rüstəmxanlıya, V.Səmədoğluya və b.
Bu şeirlər içərisində çox səmimi bir parça “Çox Hörmətli Heydər müəllim” adlanır. Və Ulu Öndərə həsr olunub:
Əyilməz uca başın –
Şanlı yetmiş beş yaşın –
Haqq-sayın var olsun!
Bənzə ulu dağlara,
Zirvələri qar olsun!
Heydər Əliyevin yetmiş beş yaşına ittihaf etdiyi bu bədii parçanı şair sadə, səmimi sözlərdən biçib, lakin çox zəngin, qüdrətli, əzəmətli səslənir: “Bənzə ulu dağlara, zirvələri qar olsun!” – deyir, çünki şairin poetik təfəkkürü də, mənəvi dünyası da, bənzərsiz Azərbaycan sözləri ilə zəngindir. Və hər kəsə öz zəngin baxış bucağından, öz prizmasından yanaşır.
Danılmaz bir faktdır ki, Heydər Əliyev sənətə, sənətkara həmişə yüksək qiymət verib. İstedadlının yanında olub. Hər cəhətdən köməyini əsirgəməyib. Odur ki, şair də bu keyfiyyətləri xüsusi vurğulayaraq alqışlayır:
Haqq-sayın var olsun!
Şairin “Dostlarım, tanışlarım” kitabının I hissəsi məhz bu dostlara həsr olunmuş ithaflardır ki, onların da sayı yüz on birdir. Bu səpkili şeirlərdən biri “Tofiq Mahmuda” adlanır və daha çox diqqəti çəkir:
Qızıl elə qızıldı,
Zamana dəxli yoxdur.
… Min ilin də yaxşısı,
Bu günün də pisi var.
Min ilin də qızılı,
Bu günün də misi var.
Daha sonra şair Tofiq Mahmudun xasiyyətini, xarakterini təsvir edir:
… Nə xıltın var, nə ləkən,
Nə qorxun, nə səksəkən,
Gül kimi təbiətin.
Özü elə əsərdir.
Özü əla əsərdir!
Adam adam deyilsə,
Yazdığı da hədərdir!
Qabil müəllimin “İlahi qisməti”, “Hörmətimiz”, “Borc”, “Əbəsdir”, “Saat”, “Bilmirəm”, “Pərdə”, “Birini elə, birini belə”, “Zarafat eləmə” kimi şeirlərinin hər biri həyat həqiqətlərinin əks-sədasıdır, bir şair ömrünün tərcümanıdır, yaşanmışlardan süzülüb gələn təcrübədir, nəsihətdi, məsləhətdi. Bir sözlə, fəlsəfi dünyanın çalarları, çeşniləri, ilmələri, milləridir!
Toxucu olmaq istəsən,
Millə zarafat eləmə!
… Yazıçı olmaq istəsən,
Dillə zarafat eləmə!
Müstəqillik uğrunda gedən mübarizədə Xalq şairi S.Rüstəmxanlı da öz sözləri, şeirləri ilə meydanda, xalqının yanında idi. Ancaq meydana təkcə Vətənini sevənlər gəlmirdi. Onların arasında yalançılar, talançılar, düşmənin dəyirmanına su tökənlər də var idi. Qabilin bu dövr üçün xarakterik olan “Çaxmağı çək” şeiri S.Rüstəmxanlıya müraciətən yazılsa da, əslində bu, qəlbi qaralar, niyyəti düz olmayanlar üçün bir məsləhət, göstəriş rolunu oynayırdı:
Yansın ürəklərin qurdu,
Təmizləyək ana yurdu!
Şair düşünürdü ki, Vətənin bu dar günündə, ağır anlarında baş qaldıran talançıları, böhtançıları, yalançıları yalnız yandırmaqla məhv etmək gərəkdir. Açılmayan düyünləri od vurmaqla açmaq olar. Odur ki, hər dəqiqə, hər an çaxmağı çək, deyirdi. Eyni zamanda, ziddiyyətlərlə, təzadlarla dolu dünyanın qaranlıq döngələrində qarşılaşan insanların yoluna, qəlbinə işıq salmaqla da pislikləri, rəzillikləri məhv etmək olar, onları düz yola qaytarmaq olar. Həmçinin, pis niyyətləri yandırmaqla, yox etməklə yaxşıları qorumaq, yaxşı əməlləri çoxaltmaq olar, – düşünür şair. Demək, odla hər şeyi yaşatmaq da olar, məhv etmək də. Baxır od kimin əlindədir. Yaxşılar yaşamaq naminə, yamanlar dünyanı yandırmaq üçün oda əl atıblar. Demək, ulu babalarımızdan qalma çaxmaq da çox qəlblərə işıq sala bilər. Əgər bu gün çaxmaq şair əlindədirsə, onda qəlbi zindana dönmüşlər mütləq aydınlığa çıxacaqlar.
Şairin qənaətincə insan insan kimi yaşamalıdır. Mərd, mübariz, döyüşkən, çalışqan, haqqa tapınan, ədalətə sığınan biri olmalıdır. Bu insani keyfiyyətləri yaşatmağın özü, həm də bəşəriyyətin mənfi qüvvələrdən xilasına xidmət deməkdir.
Akademik Bəkir Nəbiyev yazırdı: “Onun hər bir əsərinin bir növ yaranma tarixi, tərcümeyi-halı var. Bu da müəllifin özünün canlı müşahidələri ilə, onun başına gələnlərlə, hardasa qarşılaşdığı gözlənilməz hadisələrlə, yaradıcılıq stixiyası deyilən prosesin min bir məcraya düşüb axması ilə əlaqədardır”.
“Avtoportret” şeiri bütün insani keyfiyyətlərin bir adamda cəmləşdiyini əks etdirən poetik parçadır. “Qibləgahım – həqiqət // Səcdəgahım – sədaqət,// Daş tərəzim – ədalət // Qətiyyətim – cəsarət, // Riyadan, xəyanətdən // /Uzağam yeddi iqlim”, – deyir şair.
“Şairi heç vaxt tərk etməyən çox zəngin, əlvan müşahidələr onun şeirlərinin ilk rüşeymidir. Daxili hərarət və zərurət, mənəvi ehtiyac, duyğuların çarpışması bu rüşeymi canlandırıb bədii mətləblərə, obrazlara, təsvir və ifadə vasitələrinə, onları da misralara – şeirə çevirir”, deyə əlavə edib akademik. Bu bir həqiqətdir ki, Qabil təkcə müşahidə etmir, həm də daima poetik axtarışdadır, ümumilikdə isə onların nəticəsi çox uğurlu alınıb.
Qabil müəllimin bütün ömrü boyu yazdığı rübailəri də var. Onun hər rübaisi bir fəlsəfi əsərdir. Uzun illər şair bu yığcam şeir növündən geniş istifadə edərək lakonik fikirlərini ustalıqla ifadə etmişdir. Xalq şairi Balaş Azəroğlu bu rubailəri belə xarakterizə edir: “Qabilin rübayilərinin əsas məziyyəti onların həyatiliyində, bu günümüzlə səsləşməsindədir. Bu rübailərdə zəmanəmizin bir çox problemləri haqqında şairin ürəkdən gələn və oxucularının da ürəyindən olan fikirləri vardır”.
Pələng nərə çəkdi, meşələr əsdi,
Pişiyə “pişt” dedin, səsini kəsdi.
Eyni törəmədi, pələnglə pişik?!
Sözdü deyirsən də, sən Allah, bəsdi!
Evdə, insanların arasında yaşayan kiçik pişiyin pələngin nəslindən olduğunu alimlər hər zaman təsdiqləməyə çalışıblar. Zahiri oxşarlıq olsa da daxili yaxınlıq heç cür ağlasığan deyil. Nərə çəkəndə meşələr əsən pələng hara, “pişt” deyən kimi miyoltusunu kəsən pişik hara! Şair bu fikirə çox şübhə ilə yanaşır. Rübai mətbuatda çap olunanda mən Qabil müəllimin şübhəsinə qarşı mətbuatda “Yaxşı insanların həsrətindəyik” adlı məqalə ilə cavab yazmışdım. Çünki, düşünürdüm ki, cılızlaşma təkcə heyvanlar arasında deyil, insanlar-nəsillər arasında da gedib: “Yox, Qabil müəllim, bu yerdə bir balaca fikirləşmək lazımdır. Xilafət dünyasına iyirmi il meydan oxuyan Babəkin, ya “Mən öləndə sərhəddə basdırın, qoy övladlarımız sərhədlərimizi qəbrim kimi qorusunlar!” – deyən Cavanşirin nəvəliridir xalqı çaşqın salıb, başsız qoyub Qarabağı təslim edənlər? Ya bəlkə şiş qayaların ağuşunda Şuşa qalasını tikən Pənah xanın nəvələridir? Ya bəlkə “Siz yalnız meyidimin üstündən keçib Gəncəyə girə bilərsiniz! İndisə döyüşəcəyik!” – deyən Cavad xanın? Yoxsa Bakı qalasının açarlarını vermək əvəzinə qılıncını siyirən Hüseynqulu xanın?”.
Görünür zaman-zaman sivilizasiya özünün əks-təsirini bütün sahələrdə, bütün canlılarda göstərib.
Beləliklə, müstəqillik illərində – ömrünün müdrik çağlarını yaşayan Qabil müəllim fəlsəfi ruhlu, fəlsəfi yüklü şeirləri ilə öz ədəbi, bədii irsini xeyli zənginləşdirmiş, xalqına ərməğan etmişdir. Düşünürük ki, şairin bədii sərvəti yeni nəslin vətənpərvər, milli ruhda böyüməsində, həmçinin dünyanı fəlsəfi, estetik dərk etməsində çox mühüm rol oynayacaqdır.
Bahar Bərdəli
Filologiya üzrə fəlsəfə doktoru, dosent
xeyrulla xayal
şeir, nəsr, felyetonlar, məqalələr, müxtəlif dillərdən tərcümələr
Архив тегов | müəllim haqqında şeir
“CÜMLƏNİN ƏN SADƏSİNƏ SIĞDI ÖLÜM XƏBƏRİN…”
Ağası müəllimin xatirəsinə
Uzun ola necə ömür,
Bitməyi var dərs kimi.
Zəngsiz ancaq gələr ölüm,
Həmişə də tərs kimi…
Haçanıydı? Dünəniydi
Başlanğıcı həyatın?
Təmiz, ilıq yay günüydü,
Dolu məktəb həyəti.
Artırmada dayanırdın,
Köynək qardan ağ, təmiz.
Düppədüzdü şalvarında,
Çuqun ütü salan iz.
On səkkizdi yaşın onda,
Yaşın uşaq yaşıydı.
Bütün həyat hələ öndə,
Gözəl günlər qarşıda…
Gedir ancaq ayın, ilin —
Xəzəl kimi sovrulur.
Öz ömrü də müəllimin,
Təbaşir tək ovulur.
Nə əlifba sırası var,
Boy sırası var nə də.
Kimi əvvəl, kimi sonra,
Hər birimiz növbədə.
Cümlənin ən sadəsinə,
Sığdı ölüm xəbəri.
Nə qədər göz gəzdirəsən,
Heyf, yoxdur səhv yeri…
14. 02. 2020, Samara
Понравилось это:
Нравится Загрузка.
QİYAMƏT
Kitaba hörmətim fövqəladədir,
Şübhə doğursa da Kitabdakılar.
Məndə Qiyamətə nəsə inam var,
Səbəbi özüm də bilmirəm nədir.
Hamı tək durmaram bəlkə Hüzurda,
Ləyaqətim də yox görəm Çöhrəni,
Duraram önündə sadə lövhənin —
Beləsinin üstdə yazıb-pozardıq.
Sinif otağana bənzəyir bura,
Uşaq da oturub on beş-iyirmi –
Bir vaxt dərs dediyim uşaqlar kimi,
Onlardır, ya da ki, oxşar onlara.
Görürəm gileyli baxışlarını,
Məni qınayırlar, dinməsələr də.
Mən də dayanmışam nəfəs dərmədən,
Sanki boğazıma qurğuşun axır…
Lövhə önündədir yerim nə vaxtdan,
Çəkər bu qiyamət Qiyamətəcən,
Çətin dərsə dönür bəzən hər gecəm,
Qabaqda gözləyir ağır imtahan…
24.01. 2020, Samara
Понравилось это:
Нравится Загрузка.
Запись опубликована 24.01.2020, в ŞEİRLƏR-2020 и отмечена müəllim haqqında şeir.
ƏRƏBQARDAŞBƏYLİ, 1963-64-CÜ DƏRS İLİ
YADDAŞDAN SƏHNƏLƏR
unudulmaz insan, unudulmaz müəllim Leyla Ağayevanın
əziz xatirəsinə
Qəfildən baş verdi həmin dərs ili,
Kiçik kəndimizdə böyük hadisə.
İlk dəfə xarici dil müəllimi,
Bizə təyinatla gəldi nədənsə.
Viyonu, Balzakı yaradan bu dil,
Heç kimə, əlbəttə, tanış deyildi.
Elə ki gördülər müəllim gəlir,
Dedilər dillərin ən gözəlidir
Bu fransız dili… Əsmər bənizli
Yaşı iyirmidən bir az çox gözəl.
Qapqara saçları dalğalı, nazlı,
Gözləri dumanlı, tayı yox gözəl.
Bakı ləhcəsiylə, məlahətiylə,
Müəlim salmışdı ovsuna kəndi
Kötük tək oturub dinməyən belə,
Ötür bülbül kimi firəngcə indi…
Mən hələ dörddəyəm. Xarici dilsə,
Beşdən başlayaraq keçilir o vaxt.
Yox daha həvəsim məktəbə, dərsə,
Nə boyum uzanır, nə gətirir bəxt…
Axşamçağılarsa Kür qırağında,
Oturub tar çalır maştağalı qız.
“Bakı gecələri” kəndi ağladır,
Hamı qəlbi incə, hamı fransız…
Tənəffüsdə bizim sinfə də hərdən
Girərdi. Başımı sığallayaraq
Deyərdi: “Bilirəm, böyüyüb hökmən,
“Alim olacaqsan!” (Olmadım ancaq…)
Qayıtdı Bakıya ilin başında,
Demə nişanlıymış Leyla müəllim.
Sonralar eşitdim cavan yaşında,
Xərçəngə tutulub… Amansız ölüm…
Səsi indiyəcən qulağımdadır,
Sığalı başımda nə yaşa yetsəm.
“Bakı gecələri” yenə ağladır.
Harda o mahnını, haçan eşitsəm…
21.09 2016
Samara
Понравилось это:
Нравится Загрузка.
YAZ GƏLƏNƏ YAXIN KÖÇ HƏVƏSİYLƏ…
Yaz gələnə yaxın köç həvəsiylə,
Hər il həşrə düşən qaraçı sayaq.
Məktəb həvəsiylə ürəyim əsər,
Gəlib sentyabr qapını alcaq.
Qarışan, sıxlaşan, tündləşən hətta,
Uşaq nəfəsləri, uşaq səsləri,
Çatışmır havada, qoxuda, dadda,
Çatışmır havası keçən dərslərin.
Bəlkə barmağımın ucu da göynər,
Bu vaxtlar təbaşir tozundan ötrü.
Lövhə qabağında durub göz döyən,
Şagirdlərim bir-bir gözümdən ötür…
Zirək danışanlar, dil-dil ötənlər,
Tutulub-qalanlar, yaş axıdanlar.
Yaddaşı zəiflər, işi çətinlər,
Danlağı, töhməti nahaq alanlar…
Gözəl obalar var, qaraçı ancaq
Qaçaq düşür ordan qəbahətiylə…
Hər il məktəb arzum bitir sadəcə,
Fikrimin keçmişə səyahətiylə…
03.09.2016
Samara
Понравилось это:
Нравится Загрузка.
Запись опубликована 03.09.2016, в şeirlər 2016 и отмечена müəllim haqqında şeir.
Подписка на блог по электронной почте
Присоединиться к еще 126 подписчикам
Статистика блога
- 500 565 hits
Рубрики
- ailə (15)
- ALMAN (73)
- ARTUR REMBO (3)
- AXMATOVADAN TƏRCÜMƏLƏR (17)
- Azərbaycan (502)
- AİLƏ (11)
- Bleykddən tərcümələr (4)
- Bodler (109)
- DANDE İLAHİ KOMEDİYA (1)
- DANTE. İLAHİ KOMEDİYA (3)
- DƏDƏ QORQUD ŞEİRLƏRİ (60)
- АЗЕРБАЙДЖАН (636)
- АРИФ КЕРИМОВ (2)
- Без рубрики (577)
- Газета ОЧАГ (32)
- Записи из ЖЖ (1 166)
- История (3)
- Коломбо (4)
- ЛАСО (17)
- НА ЗЛОБУ ДНЯ (350)
- ОЧАГ — 2011 (10)
- ОЧАГ-2009 (8)
- ОЧАГ-2014 (16)
- ОЧАГ-2015 (11)
- Очаг (2)
- Очаг 2015 (1)
- Очаг-2013 (9)
- Очаг2015 (5)
- газета Очаг-2012 (3)
- ELİOT (1)
- Emili DİKİNSON (2)
- ENGLISH (55)
- FELYETONLAR (50)
- FRANSIZCADAN RƏRCÜMƏLƏR (41)
- FRANSIZCADAN TƏRCÜMƏLƏR (30)
- KAVAFİS (1)
- MANDELŞTAMDAN TƏRCÜMƏLƏR (21)
- MÜXTƏLİF DİLLƏR (1)
- Mirzə ƏLİL (26)
- MƏQAI (1)
- MƏQALƏLƏR (161)
- NƏSR (44)
- январь 2013 (1)
- ODEN (19)
- PASTERNAK (14)
- QOTYE (44)
- ROBERT FROSTDAN TƏRCÜMƏLƏR (44)
- RUS POEZİYASINDAN TƏRCÜMƏLƏR (281)
- Salyan (3)
- tsvetayeva (35)
- TƏRCÜMƏLƏR (13)
- TƏZƏ EV TİKİLİRDİ (2)
- Verlen (50)
- vodevil (1)
- Şekspir (153)
- ŞERLƏR (88)
- ŞEİRLƏR 2014 (19)
- ŞEİRLƏR 2015 (4)
- ŞEİRLƏR 2017 (17)
- ŞEİRLƏR-2007 (21)
- ŞEİRLƏR-2019 (89)
- ŞEİRLƏR-2020 (110)
- ŞEİRLƏR-2023 (14)
- şeirlər — 2008 (3)
- şeirlər — 2022 (103)
- şeirlər 2015 (18)
- şeirlər 2016 (31)
- şeirlər-2009 (9)
- şeirlər-2010 (4)
- şeirlər-2013 (9)
- şeirlər-2018 (38)
- şeirlər-2021 (101)
- şerlər-2011 (8)
- şerlər-2012 (3)
- şəhidlər (12)
- Ərəbqardaşbəyli (12)
- İNGİLİSCƏDƏN (19)
Мета
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Популярные записи и страницы
- “FARSA SAĞ OL DESƏK, ONA HAQQ OLAR. “
- “QURUYAN TARİXİN MÜRƏKKƏBİDİR. ”
- ƏHVALPÜRSANLIQ: TƏLƏBƏ JALƏNİN DEKAN DALLIĞI TƏYİN OLUNMAQLIĞI
- “AH, BU UŞAQLAR NƏ SÜTÜLDÜR BELƏ. ”
- TƏKİN SÜFRƏSİ
- NAMƏRD KÖRPÜSÜ
- TƏPƏGÖZÜN APOLOGİYASI
- İLAHİ KOMEDİYA. CƏHƏNƏM. 4-CÜ NƏĞMƏ
- DANTE. “ÜMİDDƏN ƏL ÜZSÜN HƏR BURA GİRƏN. “
- İLAHİ KOMEDİYA. CƏHƏNNƏM
Xeyrulla Xəyal
Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.
Blog Stats
- 500 565 hits
Свежие записи
- «FARSA SAĞ OL DESƏK, ONA HAQQ OLAR…»
- ƏHVALPÜRSANLIQ: TƏLƏBƏ JALƏNİN DEKAN DALLIĞI TƏYİN OLUNMAQLIĞI
- İLAHİ KOMEDİYA. CƏHƏNƏM. 4-CÜ NƏĞMƏ
- DANTE. «ÜMİDDƏN ƏL ÜZSÜN HƏR BURA GİRƏN…»
- İLAHİ KOMEDİYA. CƏHƏNNƏM
Архивы
- Март 2023 (5)
- Февраль 2023 (8)
- Январь 2023 (7)
- Декабрь 2022 (8)
- Ноябрь 2022 (10)
- Октябрь 2022 (13)
- Сентябрь 2022 (33)
- Август 2022 (25)
- Июль 2022 (12)
- Июнь 2022 (14)
- Май 2022 (18)
- Апрель 2022 (23)
- Март 2022 (12)
- Февраль 2022 (26)
- Январь 2022 (38)
- Декабрь 2021 (17)
- Ноябрь 2021 (18)
- Октябрь 2021 (25)
- Сентябрь 2021 (5)
- Август 2021 (8)
- Июль 2021 (16)
- Июнь 2021 (2)
- Май 2021 (12)
- Апрель 2021 (45)
- Март 2021 (44)
- Февраль 2021 (19)
- Январь 2021 (9)
- Декабрь 2020 (12)
- Ноябрь 2020 (3)
- Октябрь 2020 (4)
- Сентябрь 2020 (11)
- Август 2020 (13)
- Июль 2020 (11)
- Июнь 2020 (10)
- Май 2020 (11)
- Апрель 2020 (18)
- Март 2020 (25)
- Февраль 2020 (16)
- Январь 2020 (17)
- Декабрь 2019 (22)
- Ноябрь 2019 (20)
- Октябрь 2019 (17)
- Сентябрь 2019 (17)
- Август 2019 (23)
- Июль 2019 (30)
- Июнь 2019 (29)
- Май 2019 (29)
- Апрель 2019 (31)
- Март 2019 (30)
- Февраль 2019 (27)
- Январь 2019 (35)
- Декабрь 2018 (54)
- Ноябрь 2018 (47)
- Октябрь 2018 (38)
- Сентябрь 2018 (37)
- Август 2018 (39)
- Июль 2018 (39)
- Июнь 2018 (34)
- Май 2018 (51)
- Апрель 2018 (38)
- Март 2018 (39)
- Февраль 2018 (34)
- Январь 2018 (46)
- Декабрь 2017 (37)
- Ноябрь 2017 (29)
- Октябрь 2017 (25)
- Сентябрь 2017 (42)
- Август 2017 (41)
- Июль 2017 (38)
- Июнь 2017 (24)
- Май 2017 (11)
- Апрель 2017 (7)
- Март 2017 (15)
- Февраль 2017 (8)
- Январь 2017 (8)
- Декабрь 2016 (8)
- Ноябрь 2016 (12)
- Октябрь 2016 (24)
- Сентябрь 2016 (34)
- Август 2016 (48)
- Июль 2016 (34)
- Июнь 2016 (18)
- Май 2016 (21)
- Апрель 2016 (71)
- Март 2016 (64)
- Февраль 2016 (79)
- Январь 2016 (58)
- Декабрь 2015 (88)
- Ноябрь 2015 (63)
- Октябрь 2015 (26)
- Сентябрь 2015 (26)
- Июль 2015 (32)
- Июнь 2015 (74)
- Май 2015 (61)
- Апрель 2015 (27)
- Март 2015 (62)
- Февраль 2015 (40)
- Январь 2015 (33)
- Декабрь 2014 (76)
- Ноябрь 2014 (43)
- Октябрь 2014 (58)
- Сентябрь 2014 (35)
- Август 2014 (20)
- Июль 2014 (73)
- Июнь 2014 (60)
- Май 2014 (42)
- Апрель 2014 (86)
- Март 2014 (74)
- Февраль 2014 (112)
- Январь 2014 (85)
- Декабрь 2013 (100)
- Ноябрь 2013 (87)
- Октябрь 2013 (73)
- Сентябрь 2013 (40)
- Июль 2013 (51)
- Июнь 2013 (89)
- Май 2013 (102)
- Апрель 2013 (113)
- Март 2013 (107)
- Февраль 2013 (171)
- Январь 2013 (244)
- Декабрь 2012 (222)
Рубрики
Популярные записи и страницы
- “FARSA SAĞ OL DESƏK, ONA HAQQ OLAR. “
- “QURUYAN TARİXİN MÜRƏKKƏBİDİR. ”
- ƏHVALPÜRSANLIQ: TƏLƏBƏ JALƏNİN DEKAN DALLIĞI TƏYİN OLUNMAQLIĞI
- “AH, BU UŞAQLAR NƏ SÜTÜLDÜR BELƏ. ”
- TƏKİN SÜFRƏSİ
- NAMƏRD KÖRPÜSÜ
- TƏPƏGÖZÜN APOLOGİYASI
- İLAHİ KOMEDİYA. CƏHƏNƏM. 4-CÜ NƏĞMƏ
- DANTE. “ÜMİDDƏN ƏL ÜZSÜN HƏR BURA GİRƏN. “
- İLAHİ KOMEDİYA. CƏHƏNNƏM
Мета
Подписаться на блог по эл. почте
Присоединиться к еще 126 подписчикам
Архивы
- Март 2023 (5)
- Февраль 2023 (8)
- Январь 2023 (7)
- Декабрь 2022 (8)
- Ноябрь 2022 (10)
- Октябрь 2022 (13)
- Сентябрь 2022 (33)
- Август 2022 (25)
- Июль 2022 (12)
- Июнь 2022 (14)
- Май 2022 (18)
- Апрель 2022 (23)
- Март 2022 (12)
- Февраль 2022 (26)
- Январь 2022 (38)
- Декабрь 2021 (17)
- Ноябрь 2021 (18)
- Октябрь 2021 (25)
- Сентябрь 2021 (5)
- Август 2021 (8)
- Июль 2021 (16)
- Июнь 2021 (2)
- Май 2021 (12)
- Апрель 2021 (45)
- Март 2021 (44)
- Февраль 2021 (19)
- Январь 2021 (9)
- Декабрь 2020 (12)
- Ноябрь 2020 (3)
- Октябрь 2020 (4)
- Сентябрь 2020 (11)
- Август 2020 (13)
- Июль 2020 (11)
- Июнь 2020 (10)
- Май 2020 (11)
- Апрель 2020 (18)
- Март 2020 (25)
- Февраль 2020 (16)
- Январь 2020 (17)
- Декабрь 2019 (22)
- Ноябрь 2019 (20)
- Октябрь 2019 (17)
- Сентябрь 2019 (17)
- Август 2019 (23)
- Июль 2019 (30)
- Июнь 2019 (29)
- Май 2019 (29)
- Апрель 2019 (31)
- Март 2019 (30)
- Февраль 2019 (27)
- Январь 2019 (35)
- Декабрь 2018 (54)
- Ноябрь 2018 (47)
- Октябрь 2018 (38)
- Сентябрь 2018 (37)
- Август 2018 (39)
- Июль 2018 (39)
- Июнь 2018 (34)
- Май 2018 (51)
- Апрель 2018 (38)
- Март 2018 (39)
- Февраль 2018 (34)
- Январь 2018 (46)
- Декабрь 2017 (37)
- Ноябрь 2017 (29)
- Октябрь 2017 (25)
- Сентябрь 2017 (42)
- Август 2017 (41)
- Июль 2017 (38)
- Июнь 2017 (24)
- Май 2017 (11)
- Апрель 2017 (7)
- Март 2017 (15)
- Февраль 2017 (8)
- Январь 2017 (8)
- Декабрь 2016 (8)
- Ноябрь 2016 (12)
- Октябрь 2016 (24)
- Сентябрь 2016 (34)
- Август 2016 (48)
- Июль 2016 (34)
- Июнь 2016 (18)
- Май 2016 (21)
- Апрель 2016 (71)
- Март 2016 (64)
- Февраль 2016 (79)
- Январь 2016 (58)
- Декабрь 2015 (88)
- Ноябрь 2015 (63)
- Октябрь 2015 (26)
- Сентябрь 2015 (26)
- Июль 2015 (32)
- Июнь 2015 (74)
- Май 2015 (61)
- Апрель 2015 (27)
- Март 2015 (62)
- Февраль 2015 (40)
- Январь 2015 (33)
- Декабрь 2014 (76)
- Ноябрь 2014 (43)
- Октябрь 2014 (58)
- Сентябрь 2014 (35)
- Август 2014 (20)
- Июль 2014 (73)
- Июнь 2014 (60)
- Май 2014 (42)
- Апрель 2014 (86)
- Март 2014 (74)
- Февраль 2014 (112)
- Январь 2014 (85)
- Декабрь 2013 (100)
- Ноябрь 2013 (87)
- Октябрь 2013 (73)
- Сентябрь 2013 (40)
- Июль 2013 (51)
- Июнь 2013 (89)
- Май 2013 (102)
- Апрель 2013 (113)
- Март 2013 (107)
- Февраль 2013 (171)
- Январь 2013 (244)
- Декабрь 2012 (222)
Рубрики
- ailə (15)
- ALMAN (73)
- ARTUR REMBO (3)
- AXMATOVADAN TƏRCÜMƏLƏR (17)
- Azərbaycan (502)
- AİLƏ (11)
- Bleykddən tərcümələr (4)
- Bodler (109)
- DANDE İLAHİ KOMEDİYA (1)
- DANTE. İLAHİ KOMEDİYA (3)
- DƏDƏ QORQUD ŞEİRLƏRİ (60)
- АЗЕРБАЙДЖАН (636)
- АРИФ КЕРИМОВ (2)
- Без рубрики (577)
- Газета ОЧАГ (32)
- Записи из ЖЖ (1 166)
- История (3)
- Коломбо (4)
- ЛАСО (17)
- НА ЗЛОБУ ДНЯ (350)
- ОЧАГ — 2011 (10)
- ОЧАГ-2009 (8)
- ОЧАГ-2014 (16)
- ОЧАГ-2015 (11)
- Очаг (2)
- Очаг 2015 (1)
- Очаг-2013 (9)
- Очаг2015 (5)
- газета Очаг-2012 (3)
- ELİOT (1)
- Emili DİKİNSON (2)
- ENGLISH (55)
- FELYETONLAR (50)
- FRANSIZCADAN RƏRCÜMƏLƏR (41)
- FRANSIZCADAN TƏRCÜMƏLƏR (30)
- KAVAFİS (1)
- MANDELŞTAMDAN TƏRCÜMƏLƏR (21)
- MÜXTƏLİF DİLLƏR (1)
- Mirzə ƏLİL (26)
- MƏQAI (1)
- MƏQALƏLƏR (161)
- NƏSR (44)
- январь 2013 (1)
- ODEN (19)
- PASTERNAK (14)
- QOTYE (44)
- ROBERT FROSTDAN TƏRCÜMƏLƏR (44)
- RUS POEZİYASINDAN TƏRCÜMƏLƏR (281)
- Salyan (3)
- tsvetayeva (35)
- TƏRCÜMƏLƏR (13)
- TƏZƏ EV TİKİLİRDİ (2)
- Verlen (50)
- vodevil (1)
- Şekspir (153)
- ŞERLƏR (88)
- ŞEİRLƏR 2014 (19)
- ŞEİRLƏR 2015 (4)
- ŞEİRLƏR 2017 (17)
- ŞEİRLƏR-2007 (21)
- ŞEİRLƏR-2019 (89)
- ŞEİRLƏR-2020 (110)
- ŞEİRLƏR-2023 (14)
- şeirlər — 2008 (3)
- şeirlər — 2022 (103)
- şeirlər 2015 (18)
- şeirlər 2016 (31)
- şeirlər-2009 (9)
- şeirlər-2010 (4)
- şeirlər-2013 (9)
- şeirlər-2018 (38)
- şeirlər-2021 (101)
- şerlər-2011 (8)
- şerlər-2012 (3)
- şəhidlər (12)
- Ərəbqardaşbəyli (12)
- İNGİLİSCƏDƏN (19)
Свежие записи
- «FARSA SAĞ OL DESƏK, ONA HAQQ OLAR…»
- ƏHVALPÜRSANLIQ: TƏLƏBƏ JALƏNİN DEKAN DALLIĞI TƏYİN OLUNMAQLIĞI
- İLAHİ KOMEDİYA. CƏHƏNƏM. 4-CÜ NƏĞMƏ
- DANTE. «ÜMİDDƏN ƏL ÜZSÜN HƏR BURA GİRƏN…»
- İLAHİ KOMEDİYA. CƏHƏNNƏM
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
ŞEİRLƏR
Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.
Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar.
Bahar-Novruz bayramı | Gözəl Novruz şeiri
- ŞEİRLƏR
- 16 mart 2023, 15:14
Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.
Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.
Novruz bayramı | Mənalı Novruz şeiri
- ŞEİRLƏR
- 15 mart 2023, 15:41
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Sevirəm ilk eşqim sevirəm səni | Sevgililər üçün şeir
- ŞEİRLƏR
- 14 mart 2023, 14:50
Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.
Novruz gəlib, yaz gəlib | Novruz bayramı şeiri
- ŞEİRLƏR
- 13 mart 2023, 13:54
Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.
“Bahar mənəm” | Uşaqlar üçün bahar şeiri
- ŞEİRLƏR
- 12 mart 2023, 14:18
Yaşıllaşır düz, yoxuş
Söylədi:- Bahar mənəm.
Uçub gəldi qaranquş
Söylədi:- Bahar mənəm.
ANA | Təsirli Ana şeiri
- ŞEİRLƏR
- 11 mart 2023, 22:13
Anacan,sən bizi böyütmək üçün,
Min bir əziyyətə düçar olmusan.
İndi düşünürəm, bax onun üçün,
Cənnət qapısına açar olmusan.
Gecələr yuxusuz qalmısan ana,
Yorğun gözlərinə qurban olaram.
Canını, canıma qatmısan ana,
Ağrıyan canına qurban olaram.
Novruzum | Novruz Bayramına aid şeir
- ŞEİRLƏR
- 11 mart 2023, 16:06
Qədəmin mübarək Novruzum!
Nə qüssə, nə qəm çək, Novruzum!
Başında çələng var al-əlvan,
Səninlə oyanır bu cahan!
Dumduru suların axanda,
Göylərdə şimşəyin çaxanda,
Yamyaşıl otların silkinər,
Gülərsən göy gülər, yer gülər!
Bahar | Mənalı yaz şeiri
- ŞEİRLƏR
- 10 mart 2023, 13:25
Sevin ey çöl, ey orman,
Artıq dəyişdi zaman;
Yox oldu qış, boran, qar,
Qonaq gəldi şən bahar.
Comments are closed, but trackbacks and pingbacks are open.