Press "Enter" to skip to content

HƏR ŞEY VƏTƏN ÜÇÜN

– Riyaziyyat çətin fənn – elmlərin şahıdır. Ciddi riyazi təhsil, bu elmin dərinliklərinə yiyələnmək ibtidailər üçün çoxmu vacibdir?

Müəllim üçün metodik vəsait

İsrail bu il ərzində “Google” və “Facebook” şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır.

Prezident İlham Əliyevin səfərləri bərpa prosesini daha da sürətləndirir

Tarix: 26-03-2021, 19:46 Oxunma sayı: 345 Bölmə: Siyasət

Prezident İlham Əliyevin səfərləri bərpa prosesini daha da sürətləndirir

Özəl məktəblərdə tədrisin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 7-09-2021, 15:05 Oxunma sayı: 257 Bölmə: Cəmiyyət

“Özəl məktəblər əyani tədrisi öz proqramlarına uyğun bərpa edəcəklər”.

Xəyanətə görə bibisini öldürən şəxsin istəyi qismən reallaşdı – Sumqayıt Apelyasiya Məhkəməsində

Tarix: 25-04-2015, 11:09 Oxunma sayı: 1 315 Bölmə: Cəmiyyət / Sumqayıt

Xəyanətə görə bibisini öldürən şəxsin istəyi qismən reallaşdı – Sumqayıt Apelyasiya Məhkəməsində

Sumqayıtda 11 yanğınsöndürən koronavirusa yoluxub, 1 nəfər ölüb – FOTO

Tarix: 24-06-2020, 19:47 Oxunma sayı: 2 941 Bölmə: Reklam-Banner / Sağlamlıq / Sumqayıt / Manşet

Sumqayıtda 11 yanğınsöndürən koronavirusa yoluxub, 1 nəfər ölüb – FOTO

Sumqayıtda küçələrin birinə milli qəhrəman Mübariz İbrahimovun adı verilib – ÖZƏL

Tarix: 22-02-2016, 12:26 Oxunma sayı: 3 481 Bölmə: Cəmiyyət / Sumqayıt / Manşet

Sumqayıtda küçələrin birinə milli qəhrəman Mübariz İbrahimovun adı verilib – ÖZƏL

HƏR ŞEY VƏTƏN ÜÇÜN .

HƏR ŞEY VƏTƏN ÜÇÜN ! Bloqu GÇH Rəhbərlərinə kömək məqsədilə yaradılmışdır.

Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır.

Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür.

İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Müəllim üçün metodik vəsait

2018-2019-cu illər üzrə dərs ili başladı. Tədris ilində ən çox əhəmiyyət kəsb edən, eyni zamanda tənqid olunan məsələlərdən biri dərs vəsaitləri və onların tərtibat səviyyəsi barədədir. Bildiyimiz kimi, hər bir sinif üçün dərslik hazırlanan müəllim üçün metodik vəsait olduğu kimi, şagirdlər üçün əlavə vəsait nəşr olunur. Əlavə vəsaitlər bir növ dərsliklər üçün, açar, izah, məşq xarakteri daşıyır. Budəfki mövzumuz ibtidai siniflər üçün hazırlanan əlavə vəsaitlər haqqında olacaq.

Gündəmi nəzərə alaraq, bu sahədə 40-a yaxın kitab tərtib edən, kitabları daha çox satılan tanınmış müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Aygün Məcidova ilə söhbətləşdik. Onunla tərtib etdiyi kitablarının fərqi, əlavə vəsaitlərin səviyyəsi, uşaqların bu kitabları qavrama yolları barədə söhbət açmışıq. Modern.az söhbəti təqdim edir.

– Mümkünsə, özünüz barədə məlumat verərdiniz. Tanınmış əlavə vəsaitlər müəllifi kimi sizin pedaqoji fəaliyyətiniz, təcrübəniz, çalışdığınız təhsil və elm müəssisələri maraqlıdır.

– 1987-ci ildə Azərbaycan Dövlət Universitetininin mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Riyaziyyat hər bir uşaq üçün çətin fənn kimi qəbul edilir, bu fənni daha asan qəbul edilən, sevilən etmək həvəsi və ibtidai siniflərdə riyaziyyatın tədrisi məni daha çox maraqlandırdığından 1998-1999-cu illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmiş və ibtidai sinif müəllimi işləməyə başlamışam. 30 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. 1998-ci ildən bu günə qədər Bakı Avropa Liseyində ibtidai sinif müəllimi işləyirəm. Bununla yanaşı, ibtidai siniflər üzrə direktor müavini vəzifəsini də daşıyıram. Pedaqoji fəaliyyətə başladığım ilk günlərdən təhsil sahəsində gedən islahatlarla yanaşı, inkişaf etmişəm. Çoxsaylı treninqlərin iştirakçısı olmuş, trener kimi fəaliyyət göstərmişəm. 2004-cü ildən ADPU-nun «İbtidai riyazi təhsilin metodikası» kafedrasında saathesabı ilə pedaqoji praktika aparmış, 2007-ci ildən müəllim kimi fəaliyyət göstərməyə başlamışam. Daim pedaqoji fəaliyyətimi özümüinkişafla davam etdirmişəm. 2003-cü ildən Təhsil Problemləri İnstitutunun dissertantı olmuş, 2008-ci ildə «İbtidai siniflərin riyaziyyat təlimi prosesində ədəd anlayışının öyrədilməsi yolları» adlı tədqiqat işi əsasında müdafiə etmişəm və pedaqoji elmlər üzrə fəlsəfə doktoru adını almışam.

– Hər halda ibtidai siniflər üçün bu qədər dərslik müəllifinin elmi təqdiqat işləri də yox olmamalıdır.

– Tamamilə razıyam. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasindan elmlər doktoru proqramı üzrə dissertanturanı bitirmişəm, “İbtidai siniflərdə müasir qiymətləndirmə konsepsiyası əsasında riyaziyyat təliminin səmərəliliyinin artırılması yolları» adlı mövzusu ilə bağlı tədqiqat işini sona çatdırmışam, eyni adlı monoqrafiyam nəşr olunmuşdur. Müdafiə ərəfəsindəyəm. Əməyin dövlətimiz tərəfindən qiymətləndirilmiş, «Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşam, «İlin müəllimi» müsabiqəsinin qalibi olmuş və Azərbaycan Respublikasının prezidenti tərəfindən mükafatlandırılmışam, «Əməkdar müəllim» adına layiq görülmüşəm. 2016-cı ildən pedaqoji elmlər üzrə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvüyəm. Bütün elmi və pedaqoji fəaliyyətim ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı olub. Ölkədaxili və ölkə xaricində əsərlərim dərc olunmuşdur. 4 monoqrafiya, 126 kitab (dərsliklər, tədris vəsaitləri, metodik vəsaitlər, didaktik materiallar, test tapşırıqları), 46 məqalə (14 xaricdə dərc olunanlar) və 7 tezisin (5 xaricdə), 2 proqram müəllifiyəm.

– İbtidai siniflər üzrə bir sıra vəsaitlərinizi, o cümlədən «Riyaziyyatdan didaktik materiallar» və «Riyaziyyatdan testlər» kitabınızı demək olar ki, hər bir ibtidai sinif şagirdi tanıyır. Bu kitabların belə tanınmasına səbəb nədir?

– İbtidai siniflər üçün yazılan «Riyaziyyatdan didaktik materiallar» (I-IV siniflər), «Riyaziyyatdan testlər» (I-IV siniflər) kitabları 2008-ci ildən başlayaraq nəşr olunur. Bu kitablar təhsildə gedən islahatlar zamanı – ibtidai siniflər üzrə yeni dərsliklərin istifadəyə verildiyi bir zamanda Azərbaycanda ilk didaktik material kimi istifadə olunub. İbtidai siniflərin riyaziyyat təliminin məzmununda edilən dəyişikliklər müəllim, valideyn və şagird kontingentində yeni və tam mənimsənilməyən bir məzmun kəsb etdiyindən, bu kitablar o dövrün ibtidai riyazi təhsilində riyazi biliyin məhv olmasının qarşısını almışdır.

– Bu kitablarınız Azərbaycanda nəşr olunan yeganə əlavə vəsaitləridir?

– Mənim üçün sevindirici bir haldır ki, artıq müxtəlif müəlliflər tərəfindən çoxsaylı tədris vəsaitləri yazılıb, nəşr olunmaqdadır. Lakin yenə də bu nəşrlər azlıq təşkil edir. Təsəvvür edin ki, Rusiyada bir fənn üzrə yüzlərlə əlavə tədris vəsaiti olduğu halda, Azərbaycan dilində çox çətinliklə ibtidai siniflər üçün çox kiçik həcmdə tədris vəsaitləri tapmaq olurdu. Bütün müəlliflərə kitab yazmaq kimi ağır bir iş prosesində uğurlar və müvəffəqiyyətlər arzulayıram.

– Bəs sizin yazdığınız kitablar digər nəşrlərdən nə ilə fərqlənir?

– Digər nəşrlərin də özünəməxsus cəhətləri var. Lakin onlarda uşaqlar əsasən riyaziyyatı öyrənməkdə çətinlik çəkir, sadəcə dərslikdə çoxsaylı çalışmalara yer çatmadığından, əlavə material kimi onlardan istifadə edirlər. Ona görə də bu tədris vəsaitlərində dərsliklərdə olduğu kimi eyni başlıqlar verilir. Müəllifi olduğum tədris vəsaitlərində isə uşaqlar riyaziyyat fənni üzrə konkret və vacib məzmun üzrə tapşırıqları yerinə yetirdikcə, müəyyən bir prinsiplə riyaziyyat elminə yiyələnirlər. Kitabın konsepsiyası bütöv bir metodik sistemə əsaslanıb və məzmun didaktik prinsiplər əsasında müəyyənləşdirilib. Siniflər üzrə materialın məzmunu elmi əsaslarla, sistemli şəkildə, düzgün ardıcıllıqla, varislik gözlənilməklə tərtib olunub; tapşırıqlar sadədən mürəkkəbə, asandan çətinə doğru düzülüb. Tapşırıqlar inkişafetdirici, düşündürücü, əyani, praktik, həyatla əlaqəli, diferensasiyalı olmaqla, şagirdlərdə şüurlu mənimsəməyə, mühakimə aparmaq bacarığını inkişaf etdirməyə, fəallığı artırmağa, səmərəli yollar axtarmağa, biliyi dərinləşdirməyə xidmət edir.

– Riyaziyyat çətin fənn – elmlərin şahıdır. Ciddi riyazi təhsil, bu elmin dərinliklərinə yiyələnmək ibtidailər üçün çoxmu vacibdir?

– Qeyd etməliyəm ki, qonşu Rusiya Federasiyasında riyazi təhsilin məzmununa verilən tələblər və məzmunun elmi əsaslara söykənməsi məni qəne edir. Biz riyaziyyatı uşaqlara öyrətmirik ki, riyaziyyatçı olsunlar. Riyaziyyat həyatımızın hər bir sahəsində – adi məişət məsələlərindən tutmuş gördüyümüz bütün mümkün işlərdə tətbiq olunur. Riyazi bilik və bacarıqlarımızla təkcə hesab əməllərini yerinə yetirmirik. Bu elm istənilən məsələlərdə obyektiv qərar qəbul etmək üçün ağlın, zəkanın çevikliyini inkişaf etdirir.

– Siz bu fənlə bağlı tədris vəsaitlərini hazırlayarkən, hansısa mənbələrə istinad etmisiniz?

– Mənbələr deyirsiniz, mənbələrə istinad etmək doğrudur, lakin necə istinad etmək? Dünya təcrübələrinə istinad etmək olar, lakin elə etmək lazımdır ki, məzmun elmi əsasını itirməsin. Bu məsələyə böyük həssaslıqla yanaşmaq lazımdır. Belə ki, riyaziyyatı, riyazi təhsili dağıtmaqla bütün ümumbəşəri mədəniyyəti dağıtmaq olar. Cəmiyyətin inkişafında əvəzsiz rolu olan Riyaziyyat tək özü-özü üçün vacib deyil, ona bütün elmlərin ehtiyacı var.

– İbtidai sinif dərsliklərində xüsusən riyaziyyatdan mövzu və tapşırıqların ağırlığı, metodikanın çətin üsullarla aparılmasına dair fikrinizi bilmək istərdik.

– İbtidailərin riyaziyyat təlimində məzmun çox genişlənib. Məncə, məzmunu genişləndirməkdənsə, dərinləşdirmək daha düzgün olardı. Üsullara gəldikdə isə, əslində üsullar mənimsəməni asanlaşdıran bir vasitədir. Ümumiyyətlə verdiyiniz sualla bağlı hazırda ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün geniş imkanlar yaradılır. Hər bir inkişafın özülü isə müəllimin fəaliyyəti ilə bağlıdır. Müəllim faktoruna qoyulan kapital, verilən dəyər yüksək olarsa, çətin açılan bağlı qapılar üçün açar tapmaq asanlaşar.

– Çoxsaylı kitabınız var. Daha hansı istiqamətlərə toxunmusunuz?

– İbtidai sinif müəllimi işlədiyimdən ana dilimizin tədrisi də məni həmişə maraqlandırmışdır. Balacalar üçün Azərbaycan dilindən də didaktik materiallar və testlər yazmışam. Bu tədris vasitələri şagirdləri dil qaydalarını daha dərindən mənimsəməyə xidmət edir. Bu yaxınlarda ibtidai siniflər üçün «Həyat bilgisindən didaktik materiallar və testlər» tədris vasitələri də nəşr olunacaq.

– Bir maraqlı kitabınız da var. «Dəryadan damlalar». Bu kitabın məzmunu nədən ibarətdir?

– İbtidai sinif müəllimliyi fəaliyyətimdə daim uşaqlara Vətənimiz Azərbaycanı dərindən sevməyi, gələcəkdə mükəmməl bir mütəxəssis kimi yetişib Vətənimizə xidmət etməyi tövsiyyə etmişəm. Ümummilli liderimiz Heydər Əliyevin bir aforizmini oxudum: «Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz, əgər bunu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz». Demək olar ki, müdrik insanın bu kəlmələri məni «Dəryadan damlalar» kitabını yazmağa sövq etdi. Kitabda Azərbaycan və azərbaycanlılar haqqında məlumatlar toplusu mövcuddur. Məlumatlar təqvim formasında təqdim olunub. Məqsəd hər bir günlə bağlı şagirdlərimizin bir tarixi hadisəni oxumasıdır. Gün ərzində bir-iki məlumatı oxumaq yadda daha yaxşı qalır. Bir neçə il bu kitabı stolüstü kitab kimi istifadə etdikdə, şagirdlərimiz Azərbaycanın tarixi və azərbaycanlıların nümunəvi həyatı və yaradıcı fəaliyyətləri haqqında geniş məlumata malik olacaqlar. Dövlətimizlə fəxr edəcək, müdriklərimizlə qürur duya, Azərbaycanın tarixi və azərbaycanlıların nümunəvi həyatı və yaradıcı fəaliyyətləri haqqında geniş məlumata malik olacaqlar. Dövlətimizlə fəxr edəcək, müdriklərimizlə qürur duyacaq, onlara bənzəmək əzmi ilə çalışacaqlar.

Söhbətləşdi: Xədicə Səxavət

Comments are closed, but trackbacks and pingbacks are open.