Press "Enter" to skip to content

Текст книги Seçilmiş Əsərləri

– Düz buyurursan, qonşu.

Süleyman sani axundov seçilmiş əsərləri

Mədəniyyət

Kitab köşkü

« Mart 2023 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesinin mövzusu və ideya məzmunu

12-08-2021 14:45


Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbri Bakıda Fəxri xiyabandadır. S.S.Axundovun “Tamahkar”, “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Laçın yuvası” kimi pyesləri var. Süleyman Sani Axundovun yaradıcılığında ideya məzmununa görə seçilən əsərlərindən biri də 1921-ci ildə yazdığı “Eşq və intiqam” pyesidir. “Eşq və intiqam” pyesi beş pərdəli, yeddi şəkildə faciə janrında yazılmış bir əsərdir. Süleyman Sani Axundov “Eşq və in-tiqam” realist faciəsində xaraktercə çox müxtəlif olan obrazları oxucuya təqdim edə bilmişdir. Quldur dəstəsinin atamanı olan Əlimərdan, onun yoldaşı olan İbad, Piri baba, Əlimərdanın arvadı Yasəmən, Piri babanın arvadı Xalisə nənə, Həcər xanım kimi ob-razlar xarakterlərindəki ziddiyyətlərlə oxucunun yaddaşında dərin iz qoya bilmişdir.

Əsərdə hadisələr Piri babanın komasında Yasəmənin dünyaya bir qız uşağı gətirib, əri Əlimərdanın bu körpəni qəbul etməyib, öldürəcəyi qorxusu ilə başlayır. Yasəmən əri Əlimərdanın “Yasəmən, qız doğsan öz əlimlə, qədim ərəblər tək, boğub atacağam” sözlərini yadına salıb, qəmə batırdı. Süleyman Sani Axundovun “Eşq və intiqam” pye-sindəki qadın obrazlarından biri də əsərdə obraz kimi birbaşa iştirak etməyən, lakin özündən tez-tez bəhs olunan Həcər xanımın xalası Züleyxa xanım idi. Züleyxa xanım haqqında Piri babanın söylədikləri bu xanımın əsərdəki mövqeyini oxucuya tam aydın bir şəkildə göstərə bilir. “Həsənqulu ağa da oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam, amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm, eşitməmişəm. Bax, bu evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə, Züleyxa xanım da qaravaşları ilə burada yaşardı. Xalisə onun istəkli qulluqçularından biri idi. Ağanın ondan başqa övladı olmadı. İndi bu meşənin sahibi həmin Züleyxa xanımdır”.
Yasəmənə Piri baba və Xalisə nənə hər cür köməklik edirdilər. Lakin o, əri Əlimərda-nın bu körpəni qəbul etməyib, öldürəcəyindən çox qorxurdu. Yasəmən xanım kimi Həcər xanım da bir körpə sahibi olmuşdu. Amma bu körpə onun məcbur ərə verildiyi Şahbaz bəydən yox, sevdiyi, söz verdiyi Nadir bəydən idi. Nadir bəy kasıb olduğu üçün borcu boğazına çıxmış, mülkü, evi Şahbaz bəyin yanında girovda olan Həcər xanımın atası Həcər xanımı Nadir bəyə yox, Şahbaz bəyə ərə getməyə məcbur edir. Həcər xanım gözləri yaşlı Şahbaz bəyin evinə gəlin köçür. Süleyman Sani Axundov Həcər xanımın sözləri ilə Şahbaz bəyin əsl simasını oxucuya göstərir. “Şahbaz bəy evimi qumarxanaya döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə çatdı ki, öz süd bacısı, qardaşı Əlimərdanın bacısı Qəmərin namusuna toxundu”.
Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində qadınların bir-birinə dəstəyi yazıçı tərəfindən çox böyük ustalıqla təsvir olunmuşdur. Həcər xanım Şahbaz bəy Pa-risə gedəndən sonra, sevdiyi Nadir bəylə birlikdə eşq atəşində yanırlar və Nadir bəylə Həcər xanımın bir oğulları olur. Şahbaz bəydən boşanıb Nadir bəylə evlənmək niy-yətində olan Həcər xanıma Nadir bəyin xəstə düsüb şam kimi əriyib, ölməsi çox böyük zərbə olur. Həcər xanım körpəsini Yasəmənə verib, hamıya əkiz doğmuşam, deməsini və bu sirri aralarında ömür boyu saxlamağını istəyir. Piri baba ilə Xalisə nənə Züleyxa xanımın xatiri üçün bu sirri heç kimsəyə açmamağa razı olurlar. Yazıçı Yasəmənin Həcər xanımın oğlunu öz oğlu kimi sevib, böyütməsinin timsalında böyük qəlbli bir ana siması yaratmışdır. Piri baba və Xalisə nənə çağaları böyütməkdə Yasəmənə ən böyük dəstəkçi olurlar. Əlimərdan və İbad əsərdə namus üstündə qaçaq düşən obraz-lardır. Əlimərdan qaçaqlıq etsə də, kəndlinin, məzlumun qoruyucusu idi. Yasəmənin qardaşı İbadda bu haqq işində Əlimərdanın silah yoldaşı idi. İbad nişanlısı Qəmərin intiqamını düşməndən alacağına özünə söz vermişdi. Piri baba dünya görmüş, müdrik bir qoca idi. O, Əlimərdana bu işdən əl çəkməyi, su sənəyinin axırda suda sınacağını, bu düşmənçiliyi bitirməyi bir böyük kimi məsləhət görürdü. Süleyman Sani Axundov
“Eşq və intiqam” pyesində Əlimərdanın öz sözləri ilə onun mübarizəsinin amalını oxucuya çatdırır. “Mənim qorxumdan hökumət qulluqçuları cürət edib kəndliləri in-cidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər də pulları ilə mənə tövçü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram”.
Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində gənc nəslin nümayəndələri olan – Qəmər, Çingiz, Zöhrə xanım, Şəmsi bəy ata və babalarının düşmənçiliyinə qarşı bir düşüncədə tərbiyə aldıqlarına görə onlar bu düşmənçiliyi davam etdirmək fikrində de-yildilər. Yeni nəslin nümayəndələri yazıçının sülh idealarının davamçıları idilər. Yeni nəslin nümayəndələrinin bu ədavəti davam etdirmək istəməmələrinində səbəbkarı on-ların anaları olan Həcər xanım və Yasəmən idi. Həcər xanım və Yasəmən də bu ədavətə qarşı mövqedə idilər. Yazıçı Həcər xanımın öz sözləri ilə onun nə qədər əzab çəkdiyini oxucuya çatdırır. “İyirmi ildir ki, mən bədbəxt ana, oğlum Çingiz üçün göz yaşı tökmüşəm. Sən Yasəmənə həsəd aparmışam ki, Çingizi bağrına basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı”?
Süleyman Sani Axundov “Eşq və intiqam” pyesində gənc nəslin nümayəndələri olan – Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım arasında güclü və saf sevginin təsviri ilə oxucuda bu obrazlara qarşı ehtiram hissi yaradır. Lakin Çingiz və Zöhrə xanım bu böyük sirrdən xəbərsiz idilər. Onlar bacı-qardaş olduqlarından xəbərsiz bir şəkildə bir-birilərini təmiz, saf bir məhəbbətlə sevirdilər. Süleyman Sani Axundovun “Eşq və in-tiqam” pyesi Çingiz ilə Zöhrə xanımın saf eşqinin, Həcər xanım və Yasəmənin analıq hislərinin, Qəmərin bacılıq duyğularının faciəvi sonluğunun təsviridir. Həcər xanım, Yasəmən, Piri baba və Xalisə nənə 20 il bu sirri gizlətdilər, lakin faciənin qarşısını ala bilmədilər. Bir-birini saf bir məhəbbətlə sevən Çingiz ilə Zöhrə xanımın saf eşqinin qarşısında aciz qalan Həcər xanım və Yasəmən Çingizi həqiqətləri öyrənmək üçün Piri babanın yanına göndərirlər. Piri baba Çingizin Zöhrə xanımın eşqindən əl çəkməyəcəyini başa düşəndə, məcbur qalıb ona bütün həqiqətləri söyləyir. Çingiz öy-rəndiyi bu həqiqətlər qarşısında çox böyük sarsıntı keçirir və mənəvi olaraq çökür. Sü-leyman Sani Axundov Çingizin bu sözləri ilə mühitin bütün eybəcərliklərini, səhvlərini ifşa edir. “Məni öz bacıma aşiq etdirməkdən fikrin nədir, ey çərxifələk? Məcnun kimi səhrayi-biyabanlara salmaq? Məni Fərhad kimi dağdaşları gəzdirmək? Budur məqsəd? Məni divanə edib çöllərə salmaq? Bundan nədir hacət? Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq. Yox, yox, mən sərsəri olmaram, divanəlik acizlər, zəiflər işidir. Çingizlər ondan azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir’’.
Süleyman Sani Axundovun “Eşq və intiqam” realist faciəsində Çingizin tapança ilə özünü öldürməsi bütün ailənin faciəsi idi. Həcər xanım Çingizin ölümünə dözə bilməyib, özünü bütün olanlarda günahkar gördüyü üçün ölmək istəyir. “Oğlum, Çin-giz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə yalvarıram, öldürün, məni bir gülləyə qurban ediniz. Niyə durmusunuz”?
Yazıçı isə əsərin sonunda Piri babanın sözləri ilə həqiqi günahkarların kim olduğunu göstərir. “Ey zor ilə qızları özlərinə arvad edən ərlər, budur tutduğunuz əməlin nəticəsi”.

Həcər Atakişiyeva
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr

Tarix: 12-08-2021 14:45

Текст книги “Seçilmiş Əsərləri”

Günəş xeyli qalxmışdı, atçılarla birgə uzun yolunu tamamlamağa can atırdı. Günəşi bilmirəm, atçıların yolu ağır idi: dağa qalxırdılar. Cığırlar dağın döşünü zolaq-zolaq cızmışdı.

Azad keçənilki yürüşü xatırladı; institutun alpinist dəstəsi Uşba dağına qalxmışdı. Azad nəinki yaxşı alpinist idi, – söz yox ki, həqiqi geoloq alpinist olmalıdır, – hətta maşın sürməyi də bacarırdı. Amma at minmək də demə elm imiş.

– Ədə, döndər atı! – qabaqdakı atçının gur səsi Azadın düşüncələrini qırdı. – Ədə, hara sürürsən?

Azad cığırı dolaşıq salmışdı.

– Çək yüyəni, bu tərəfə çək. Ədə, cilovu əldən buraxma!

Azad əl-qolunu, bütün bədənini hərəkətə gətirdi, “hə-hə” dedi, Kürən atı nəhayət döndərdi və dağın belində, nisbətən enli cığırda durmuş atlıya sarı sürdü.

– Vur Kürəni! Vur! Xasiyyətinə bələdəm ey, vur. Canında qorxu olmasa yeriməz!

Azad qara çubuğu havada yellədi. Kürən at yerişini azca sürətləndirdi. Atlılar sicim kimi dağın belinə dolanan cığıra baxa-baxa yollarına davam elədilər. Qabaqda Ədalət, dalda Azad.

– Yazığın gəlir, yoxsa vura bilmirsən?

– Ata nə yorğu? Dözümlüdür, vur, canı çıxsın işləsin!

Ədalət düzənliyə baxıb, qamçını var gücü ilə atın sağrısına yapışdırdı: şarapp!

Azadın Kürən atı qamçının şappıltısından ürküb dördnala götürüldü. Azad ayağını üzəngiyə basıb azca yəhərdən qalxdı. Qulağında külək vıyıldadı. Cilov ovçunu yandırdı.

Meşə aşağıda qaldı, düzənliyi də keçdilər. Dağ döşü əlvan çiçəklərin rənginə boyanmışdı. Bala quş ağzıtək açıq göy peyğəmbərçiçəyi, ağ mollabaşı, sarımtıl-qırmızı ulduzbaşlı ətirşah… Meh əsdikcə hündür ceyranotu həzin-həzin xışıldayırdı.

Uzaq yol gəlmiş Kürənin qarnı qalxıb-enirdi. Nəfəsi təngimişdi. Tərdən işım-işım işıldayırdı. Yalı boynuna yapışmışdı.

– Gördün ki! Əsl hikmət qamçıdadır! Vurmasan sürünəcək, tənbəlləşəcək.

– Bu, at fəlsəfəsidir.

– Hər nə ad verirsən ver, amma mən deyəndir.

Azad daha kəsərli söz axtardı:

– Kitab kəlmələrini qoy dar şalvarının dərin cibinə. Mən sənə həyatdan deyirəm.

– Puç ideya xətrinə həyatdan qalxan kimi istifadə eləyənlər az deyil.

– Ağzın hələ isti yerdədir. Ocaq sönəndə qismət olar görüşərik, oxuduğun mahnıları dinləyərik.

– Mən də sənin kimi düşünürdüm.

– Bəlkə ocağınız olmayıb?

– Sən iməkləyəndə biz düşmənin belini sındırırdıq, bala!

Ədalət atın başını elə çəkdi ki, at az qala şahə qalxdı.

Azad dinmədi. Mübahisəni uzatmaq istəmirdi. Ədalət Azadın susduğunu görüb azca yumşaldı:

– Tələsək, axşama az qalır. Dəstə acından qırıldı.

Ədalətin dediyi dəstə Qutor dağında faydalı qazıntılar axtaran kəşfiyyatçı geoloqlar dəstəsi idi.

Azadın bəxti gətirmişdi. Ekspedisiyanın rəhbəri Azadın kağızlarına, tələbəlik sənəd-arayışlarına baxmadan onu dəstəyə laborant götürmüşdü. Bəlkə döşündə birinci dərəcəli alpinist nişanı görmüşdü? Yaxud sorğu-suala vaxtı yox idi? Xahişə qulaq asdı, adını soruşdu və – götürdü. Dedi, maaşın bu qədər, işin bu, filan günü çıxırıq. Vəssalam.

İşgüzar adama oxşayırdı. Saçı ağarmışdı, lakin üzdən nisbətən cavan görünürdü. Azad sonralar eşitdi ki, ailəsi yoxdur. Ömrünü-gününü ekspedisiyalarda keçirib. Dincəlmək vaxtı çatmamışdı. Azərbaycanı qarış-qarış gəzmiş, Sibir tərəflərdə, Kamçatkada da olmuşdu. Oralarda hətta adına mədən də var, xüsusi geoloji xəritələrdə “Yuaq” adı ilə məşhurdur, yəni Yusif Əliyeviç Həsənov.

Azad geoloqlarla da, Ədalətlə də qatarda tanış oldu. Ədalət Azaddan on-on beş il böyük idi, ona görə də Azadla danışanda zarafata, nəsihətə daha çox əl atırdı. Azad cavab qaytarmasa da, söz altında qalmırdı, yeri gəldikcə Ədalətin dediklərinə öz münasibətini bildirirdi. Necə də bildirməsin axı? Söhbət ulduzlardan da gedir, çörəkdən də. Həqiqi və yalançı rəhbərlərdən və xalqdan. Çindən və müharibədən. Uzaq-yaxın keçmişdən və gələcəkdən. Söhbət uzun çəkmirdi. Axşam qazıntı işlərindən yorğun qayıdıb çay içəndə atışırdılar, sonra çadırlara çəkilib çöl yorğan-döşəklərinə girirdilər. Bəzən Yusif müəllim “bəsdir, yatın” deyir və danışıq yarıda kəsilirdi. Lakin sonra yenə davam edir, söhbət söhbəti gətirirdi. Azadın yanında məgər “əkşi, nə xalqbazlıqdır?”, yaxud “bu söz-söhbətlərlə camaatın fikrini indiki çətinliklərdən yayındırmaq istəyirlər” demək olar? Ədalətin “nə olsun ki?” kəlmələri quru saman olub mübahisə ocağını alovlandırırdı. Azad coşur, təzə dəlillərə əl atır, təzə faktlar gətirirdi. Dəstə rəisi baş geoloqla laborantın söhbətinə demək olar ki, qarışmırdı. “Nə xeyri? Qazıntı işlərinin gedişini düşünməliyik. Lazım olan metalı tapınca nə qədər süxur yığıb yoxlamalı, seçib ayırmalıyıq!” Vicdanla işləyən Yusif müəllim çox nadir hallarda məqsədinə çatmırdı. İndi də axtardıqları metalı tapacaqlarına əmin idi, başqa cür ola bilməzdi. “Söz-söhbətlərdən nə çıxar? Çalışmaq, axtarmaq və tapmaq lazımdır! Kimin haqlı olub-olmadığını bildin-bilmədin, nə xeyri? Çörək lazım, metal lazım, təmiz əl, ləkəsiz qəlb lazım…”

Azad gözünü Kürən atın sünbülü yalından çəkib, Ədalətin dağ günəşindən yanmış qırmızı boynuna, rəngi solmuş sətin pencəyinə dikdi. “Boynunun ardını tük basıb, dəlləyə getməyə vaxt tapmadı. Bazara, mağazalara qaçdılar, xurcunları yeməklə doldurdular”.

“Bəs bu baş geoloq yoldaş niyə isti evini buraxıb özünü dağa-daşa salır? Məsələ yalnız qazancdadırmı? İdealı nədir? Həyatda nə axtarır? Metalmı? İnammı. Müharibədə olub. Bir-iki ordeni var. Candan-qandan keçib, indi “nə xalqbazlıqdır?” deyir, cavanlıqda isə xalq yolunda həyatını verməyə hazır olub. Sağ qalıbsa, xoşbəxt təsadüfdür, ölə də bilərdi. Bəlkə mənim bu adam haqqında hökmüm yanlışdır? Birtərəflidir? Tələm-tələsik hökm verməkdə ustayıq. ”

Hündür dağı aşıb ondan da uca sıra dağlar gördülər. Çiyin-çiyinə durmuş nəhəng pəhləvanları xatırladan dağlar sanki dərindən nəfəs alırdı; qar qoxulu meh atlıların qızarmış üzlərini yaladı, kürəklərə yapışmış nəm köynəklərə dəydi, bədənləri soyutdu.

Aşağıdan, göz işlədikcə uzanan, dibi görünməyən aşağıdan qulaqbatırıcı gurultu qopurdu; bu, qalın meşəliklərdə gizlənmiş dağ çayının səsiydi.

Getdikləri dolama cığır dəvə belli qoşa dağı ikiyə bölən dərin dərəyə enirdi

Ədalətin atı enişi asanlıqla düşüb, yoxuşu da birnəfəsə qalxdı. Kürən atın ayağı daşlara dəydikcə sürüşür, çınqılı əzir, torpaqda batırdı. At böyük əzabla dərəyə endi, yoxuşa çıxıb bir-iki addımdan sonra dayandı.

– Ədə, qoyma dayansın! Vur o… – Ədalətin qəzəb dolu sözlərini dağ çayının gurultusu boğdu.

Azadın qara çubuğu-kar eləmədi, at durduğu yerdən tərpənmədi. Ürəyi az qala köpüklənən ağzından çıxacaqdı. Elə döyünürdü ki, guppultusunu dağ çayının nərəsi belə əridə bilmirdi.

Azad sağ ayağını üzəngidən çıxartdı, bir əli yəhərdə, o biri əli cilovda, atın belindən qorxa-qorxa yerə sürüşdü. At az qaldı dərəyə aşsın. Azad yəhərdən yapışdı, sonra qabağa keçib cilovu darta-darta cığırla yuxarı qalxmağa başladı.

Kürən at boynunu uzadıb Azadın arxasınca yeridi.

– Özünü yorma, min. At fəlsəfəsi necədir? Xoşuna gəlir? Vuraydın, dərədən çıxaydı, səni də belində aparaydı!

Yoxuş olduqca çətin idi. Azad elə bil atı çiyninə almışdı. At minməyə öyrəşməyən ayaqlar sözünə baxmır, sürüşürdü. Azad sanki kiminsə acığına yorğunluğu qovur, atın yükünü yüngülləşdirdiyindən həzz alırdı. At dərədən çıxanda Azad dərin nəfəs aldı, qolu ilə alnının tərini sildi. Ədalətə baxıb gülümsündü.

– Yox, bu olmadı! – Ədalət atından düşüb Azada yaxınlaşdı. – Kürənin tempiynən getsək, dağda gecələməli olacayıq, dəstə də axşam ac yatacaq!

– Bəs necə olsun? Atı məhv edək?

– Qorxma, ölməz! Atın canı bərk olar. Keç mənim atıma min.

– İzahat verməyə nə vaxtım var, nə də həvəsim! Ata cavabdeh mənəm, nə deyirəm onu elə.

Azad çiyinlərini çəkdi:

– Kürən sözünə baxacaqsa, mən razı.

– Onu elə yumşaldım ki.

Ədalət Azada kömək edib öz atına mindirdi. Kürənə yanaşıb cilovundan tutdu, qamçı ilə ata möhkəm ilişdirdi. Yaş dəridə qamçının izi qaldı – tünd, enli, uzun zolaq. Bir də vurdu. At vahimə dolu gözlərini Ədalətə dikib hürkə-hürkə başını var qüvvəsi ilə geri çəkir, fınxırır, atlının əlindən qurtarmaq istəyirdi. Ədalət cilovdan bərk tutmuşdu, qamçını qəzəblə Kürənə endirirdi. Qamçının əks-sədası dağlarda eşidilirdi.

Azad atdan necə atıldığını bilmədi; Ədalət əlini bir də qaldıranda Azad qamçıdan yapışıb aşağı dartdı:

– Dayan! Bu nə vəhşilikdir.

Azad Kürənin cilovunu Ədalətin əlindən dartıb aldı, qamçını onun üstünə atıb:

Azadın coşmasındanmı, Kürənə möhkəm ilişdirib qəzəb tikanını ürəyindən çəkib çıxartdığındanmı, nədənsə, Ədalət birdən-birə soyudu, sakitləşdi: atına yaxınlaşıb yoldan qırağa çəkdi, Azada dönüb amiranə:

– Onda keç qabağa! – dedi.

Azad Ədalətin yanından ötüb keçəndə Kürənin diksindiyini hiss elədi.

Azad qabağa düşdü. Ədalət atını tez-tez qamçılayır, dincəlməyə macal vermirdi, Kürən də qamçı zərbələrini eşidib, addımlarını yeyinləşdirirdi. Hərdən Ədalət yaxınlaşıb qamçısını Kürənə endirirdi, yorğun at qorxusundan yerindən götürülüb qaçırdı. Azad dinmir, Ədaləti düşünürdü: “Qəlbində gör nə qədər kin var! Kürəni necə vururdu. Bəs necə olsun? Axı tələsməliyik. Eh, analitik, analitik. ”

Ay yavaş-yavaş saralmağa başlayanda atlılar qoşa çadır yerləşən dağa çatdılar. Dolu xurcunlar, yəhərlər atların belindən götürüldü. Ocaq qalandı, çaydan qaynadı, çay dəmləndi. Süfrəyə qənd, pendir, çörək gəldi.

Geoloqlar iştahla yeyirdilər.

Azad əlini çörəyə uzatmadı – bərk yorulmuşdu, iştahı qaçmışdı. Təpəyə baxdı. Kürən at təpədə hərəkətsiz durub iri gözlərini yerə dikmişdi. Qaralan göyün fonunda atın silueti aydın görünürdü. Göy, təpə və at nəhəng şəkli xatırladırdı.

Kürən at sanki dərin fikrə getmişdi. Gəlib-keçdiyi eniş-yoxuşlarımı düşünürdü?

ƏRİYƏN HEYKƏL

Hər gün səhər tezdən oyanıb sinə dolusu təmiz hava udanda fikirləşirəm ki, bu bağı götürməkdə çox ağıllı iş görmüşəm. Bağı ilk dəfə payızda görəndə, düzü, tərəddüd etdim. Xali bir yer idi. Sarı, yumşaq qum yabanı tikanlıq altında itib-batmışdı.

Meynələrin kösöyə bənzər qapqara, qupquru qolları göyə qalxmışdı, uclarında iki-üç solğun, büzüşmüş yarpaq göyərirdi; torpaqdan qida almayan yarpaqları gün yandırıb-qurudur, külək qoparırdı.

İyirmi-otuz il qabaq bu bağlarda nələr yoxmuş: ağ şanı, dərbəndi, pişraz, qara şanı…

Payıma iki, qonşumun payına isə üç əncir ağacı düşmüşdü. Daha nardan, gilasdan, hətta tutdan danışmıram, heç birisi yox idi.

Sahəmdə quyu vardı. Kor quyu idi. Qonşumla köməkləşib adam çağırdıq, elə ilk günlərdə o qədər də dərin olmayan quyunun gözünü təmizlətdik. Suyu az idi – gündə on-iyirmi vedrə.

Payız və qış aylarının şənbə və bazar günlərində bağa gələndə qonşumu əlləşən görərdim. Mən sahəmi hələ təmizləyib qurtarmamışdım, onun bağının qumu isə tikanlardan tərtəmiz təmizlənmişdi. O da, mən də özümüzə birotaqlı, sement səkili ev tikdirdik. Quyumuza yaxın iri çarhovuz düzəltdik. Çəpər də çəkdik ki, külək qumumuzu aparmasın.

Yazın əvvəllərində bağa köçdük.

Səhər hantellərimi götürüb ayaqyalın sement səkiyə çıxıram, məşq edirəm: əllər yuxarı, əllər qabağa, sağa-sola; qıçlarımı bükmədən əyilirəm, hantellər yerə toxunur. Ağ ciyərlər genişlənir, qan təzələnir, bədən cavanlaşır. Qum səhərə yaxın düşmüş şehdən nəmdir: ayaq basdıqca ləpir yeri qalır, yaş, nazik qum qabığı sökülür, sapsarı quru qum üzə çıxır – quyuya yaxınlaşıram.

İlk günlər qonşum da obaşdan oyanıb mənim hərəkətlərimi izləyir, necə məşq elədiyimə diqqətlə baxırdı. Quyudan suyu çəkəndə nəzərlərini bədənimdə hiss edirdim. Baxır və hey papiros çəkirdi. Düzü, ac qarına papiros çəkməyi xoşlamıram. Ye, sonra çək, ləzzət versin. Nə isə… Qonşum baxır, mən də qollarıma güc verib əzələlərimi oynada-oynada vedrəni quyudan çəkirdim, suyunu vedrəmə töküb, əlüzyuyanımızı soyuq su ilə doldururdum. Qolsuz köynəyimi çıxardıb qurşağacan yuyuna-yuyuna gözaltı qonşuma baxıb, onun hətta bir qədər yaxın gəldiyini görürdüm. Buna təəccüb də eləmirdim: müxtəlif bədənlərə baxıb öyrənmək qonşumun peşəsidir. Elə bağı alan günün səhəri arvadım mənə demişdi ki, qonşumuz şəhərimizdə tanınmış heykəldüzəldəndir, yəni heykəltəraşdır, nə bilim medalları, diplomları var.

Qonşum səkisində özünə balaca bir iş yeri ayırmışdı, iri stolun üstünə şokolad yağına oxşar plastilin yığmışdı, nə isə düzəldirdi. Əvvəl üç qalın plastilin sütunları ucaldı, sonra sütunları fəhlə fiqurları əvəz etdi: üç fəhlə, çiyinlərində də ağır boru. Addımlarını inamla ataraq gedirdilər. Borudan möhkəm yapışmışdılar. Çiyin, boyun və bədən əzələlərini plastilin hələ özündə gizlətmiş, fəhlələrin üzləri də hələ çəkilməmişdi.

Dəsmalla bədənimi qızaranacan silib qurudanda ləzzət alıram, soyuq quyu suyundan donmuş kürəyim, qollarım və sinəm isinir.

Şəhərdə bu yaxınlarda təzə evə köçmüşəm, iki gözlü ayrıca mənzildir, pis tikməyiblər, amma di gəl ki, çox alçaqdır: əllərimi hantellə qaldırmaq istəyirəm, az qala tavana toxunuram, qorxuram ev uçar, içəri keçəndə də başımı əyirəm ki, qapıya dəyməsin. Balkonu da var, bapbalaca, nə samovara od sala bilirsən, nə də manqal qoyursan. Sözüm manqalda yox, samovardadır. Köməkçim Ziya deyir, usta, elektrik samovarı al. Deyirəm, avam olma, ağzının ləzzətini bil! Odur ey, mən qurulananacan samovar qaynayır, ətrafı xoş ətir bürüyür. Qonşum deyir, səhər iştahı olmur. Deyirəm, hantellərimi verim, iştahın gəlsin. Gülür.

– Ay Əlislam, gecikirsən ha.

Elektrik qatarının fitini eşidib, azca sonra özünü görürəm – şəhərə tələsir. Mən də çay içib qalxıram, qatarım on beş dəqiqədən sonra gələcək. Arvad pencəyimin cibinə qəzetə bükülü pendir-çörək qoyur. Mən qonşumun bağından keçib kəsmə yolla “Gilaslı” stansiyasına doğru addımlayıram.

Neçə gündür plastilin fəhlələri eyni vəziyyətdə görüb işə gedirdim: üzlər hələ də naməlum, əzələlər görünməz idi. Bir axşam qonşum mənə dedi ki, evi xoşuna gəlmir, öz layihəsi üzrə yaxşı bir ev tikdirmək fikrindədir. Demə, başı layihəyə qarışmışdı. Xahişi də oldu. Dedi:

– Usta, qorxuram işlədiyim heykəl əl-ayağa dolaşa, yerə düşə əzilə. İstəyirəm stolla bərabər sizə tərəf aparam, qoy hələlik səkinizdə qalsın.

Köməkləşib stolu evimizə sarı çəkdik. Plastilin fəhlələr sanki stola yapışmışdılar, möhkəm durmuşdular. Mən dal-dalı gedirdim, fəhlələrin hələ çəkilməmiş kor üzləri məndəydi. Mənə canlı görünürdülər. Qəribədir: elə bil mən yoldaşlarımla birgə borudan yapışıb onu buruğa sarı aparırdım. Plastilin fəhlələrə baxdıqca, borunun ağırlığını çiynimdə və qollarımda hiss edirdim. Bəlkə bu, quyunun dibinə salınan sonuncu borudur? Fəhlələri biz aparmırıq, onlar özləri yeriyirlər, bu boru mütləq neft yatağına çatacaq, neft gətirəcək. Mənim briqadamın boruları isə hey yerin qəlbinə sancılır, xeyli getmişik, lakin nəzərdə tutulan dərinliyə hələ çatmamışıq.

Daş qurtardıqca, yük maşınları daş gətirirdi.

Səki xeyli genişləndi, köhnə, mənim evimlə ekiz yaranmış evin yerində hündür, möhkəm, iri pəncərəli üçotaqlı ev yüksəlməyə başladı. Qonşumun gözəl zövqü vardı: ev mənə təzə bəyi xatırladırdı – ucaboy, ağ bənizli, incə, lakin sağlam bədənli. Bizim ətrafımızdakı evlərin damları nədənsə yastıdır, qonşumun evinin damı üçbucaq şəklindədir, üstü də qırmızı kirəmitli; həm damdı, həm də ikinci mərtəbə. İmkan tapıb mən də evimin yastı damını şiş bucaqlı, qırmızı kirəmitli damla əvəz edəcəyəm.

Stol və heykəl qonşumun genişlənmiş səkisində öz yerini tutdu.

Bir gün gördüm ki, qonşum çarhovuzunu söküb. Bu cür nəhəng, gözəl evin yanında köhnə çarhovuz, köməkçim Ziya demişkən, olduqca primitiv görünürdü, yəni çox balaca idi, təzə evə yaraşmırdı, bağın səliqəsini pozurdu. Səliqə deyəndə, çarhovuzda mən elə bir eyib görmürdüm, lakin belə binanın qabağında gərək yaraşıqlı, iri, dərin, dəryaçanı xatırladan çarhovuz tikiləydi. Məncə, qonşum bu cür düşünürdü. İnanmıram ki, köhnə çarhovuzu pisləyəydi, axı balaca da olsa, qonşuma az xeyri dəyməmişdi, onun suyu ilə cavan meynələr, firqəndə olanda, gilas və qaysı tingləri bolluca suvarılmışdı.

Səhərlər məşq edəndə gah tikilən çarhovuza baxırdım, gah da heykələ. Plastilin fəhlələr lal-dinməz durub ağır borunu çiyinlərində saxlayırdılar – nə borunu yerə sala bilir, nə də buruğa çatırdılar.

İki günə çarhovuz hazır oldu. Bir axşam mədəndən evə qayıdanda çarhovuzu su ilə dolu gördüm – sudaşıyan maşınlar doldurmuşdu.

Qonşum məni çarhovuzuna baxmağa çağırdı. Yamanca dərin və geniş idi, istəyirsən tullan, istəyirsən üz.

– Su istəsən, qurbandır.

– Firqəndəni qurtarmışam, payın çox olsun!

– Sabahdan təzə işə başlayıram. Usta, bu bağı ki görürsən, gərək ona can-başla qulluq edəsən. Bağınkı da quyudur. Quyusuz bağ bağ deyil.

– Düz buyurursan, qonşu.

– Sən də, usta, asudə nəfəs alarsan, özün görürsən ki, sənin quyun ikimizə bəs eləmir.

Qonşum ağıllı söz dedi: quyusuz bağ bağ deyil.

Bağıma keçəndə gözüm səkidəki stola sataşdı: plastilin fəhlələr ağ əski ilə örtülmüşdü. Nədənsə üşüdüm. Ağ əski görəndə qanım qaralır. Nə isə… Qonşum heykəli toz-torpaqdan qorumaq üçün örtmüşdü, plastilin zay ola bilərdi.

Quyu da qazıldı.

Qonşumun qorxusu əriyib yox oldu: qorxurdu şor su çıxa, xoşbəxtlikdən şirin su çıxdı. Quyu motorla işləyirdi. Su çarhovuza, oradan da borularla meyvəliklərə, bolluca su istəyən ağaclara tərəf axırdı.

Səhər qonşumun bağından keçirdim ki, kəsmə yolla vaxtında elektrik qatarına çatım, böyürdən zırpı bir it üstümə atıldı. Tez qırağa çəkildim. İt, zəncir onu boğsa da, dik qalxıb qəzəblə mənə hürürdü. Qulağı kəsik qoyun iti idi.

Yoluma davam etdim.

Axşam qayıdanda it yenə mənə boğuq səslə o ki var hürdü. “Bircə itimiz çatışmırdı, – düşündüm. – Səsdən qulağımız batacaq”.

Bakı bağlarının çoxu hündür daş hasarla əhatə olunub. Belə hasarları görəndə ürəyim sıxılır. Uzaqları görməsəm, darıxıram. Düzü, üfüqlərə doyunca baxmaq üçün mən bu bağı götürdüm. Səhər tezdən durub günəşin üfüqdən boylanmasına baxanda, uzaqlarda, lap uzaqlarda bizim mədənin sıx buruqlarını, evimin dal tərəfinə keçib səhər gümüşü, axşam isə göyün rəngindən azca fərqlənən tünd mavi dənizi görəndə elə fərəhlənirəm ki.

Qonşum bağını hündür hasarla dövrəyə alırdı.

Biz qonşumuzun sağında oluruq. Hasarı sol tərəfdən başlayıb o yanı qurtarmışdı, bizə sarı yaxınlaşırdı. Beş cərgə daş gedib, üst üç cərgəsini şahmatsayağı tikirdi; dördkünc pəncərəciklər qala boşluqlarını xatırladırdı. Dünən axşam sonuncu dəfə evə kəsmə yolla qayıtdım: qonşumun hasarı hazır olandan sonra yolum azı on dəqiqə uzanacaq, çünki daha onun bağından keçib kəsmə yola çıxa bilməyəcəyəm, stansiyaya şose ilə getməli olacağam.

Səhər evdən çıxanda gördüm ki, qonşum bağın sağ tərəfində işləyir, ustalar da hasarı hörürlər.

Stol görünmürdü. Yalnız örtük ağarırdı.

Bizim qazıdığımız quyu layihədə göstərilən dərinliyə çatdı, lakin neft çıxmadı. Deyəsən, bir qədər də qazacağıq. Özümü yorğun hiss edirdim. Neftin çıxmamağındandı.

Axşam hasar tikilib qurtardı. Qonşum tərəfə baxanda yalnız kirəmitli üçbucaq dam və iri pəncərələrin üst hissəsi görünürdü.

Qonşum bizi qonaq çağırdı. Bağlarına girəndə itin zənciri cingildədi, boğuq səsi bağın sakit axşamını diksindirdi. Qonşum iti güclə susdurdu.

Yaxşı plov bişirmişdilər. Yedik, içdik.

Bizi yola salanda qonşum ayaq saxladı, əlini çiynimə qoydu:

– Deməyin ki, hasar çəkmişəm. Bağımız ayrı olsa da, ürəyimiz birdir. Usta, yadında saxla ki, sizə hasar-zad yoxdur.

Ürəkdən deyirdi. İnanırdım.

– Hələ bağda o qədər görüləsi iş var ki… qurtaran deyil!

Qonşum danışırdı, mən isə səkidəki stola baxırdım, Örtük yox idi. Son üç-dörd gündə keçən istilər plastilini əridib axıtmışdı: fəhlələrin çiyinlərindəki boru əzilib-əyilmiş, möhkəm qollar taqətdən düşmüş, dizlər bükülmüş, fəhlələr vüqarlı görkəmlərini itirmişdilər.

Daha heç yerə tələsmirdilər.

Çiynim ağrıdı. Qonşum, deyəsən, bunu duydu, əlini çiynimdən götürdü.

Gün batmışdı, lakin bizim buruqların şiş ucları hələ də günəşi görürdü.

İstiydi. Və elə sakitlik idi ki, dənizin necə nəfəs aldığını eşidirdim. Amma heyif ki, dəniz çox yaxın deyil. Bu yorucu, darıxdırıcı istidə çimmək pis olmazdı.

TELEFON ZƏNGİ

Lift onların mərtəbəsində dayanır. Sükut. Az sonra qapı zəngi çalınır. Sevda, qucağında uşaq, qapını açır. Boz sırıqlı geymiş gözətçi qadın:

– Sizi telefona çağırırlar, – deyir.

Ev təzə tikildiyindən, mənzillərdə hələ telefon yoxdur. Birinci mərtəbədə bütün blok üçün ancaq bircə telefon çəkiblər, gözətçi qadın həm gedib-gələnlərin köməyinə çatır, həm liftə baxır, həm də telefona cavab verir.

Liftin qapısı açıqdır, qaranlıq mərtəbəyə sarı işıq düşür.

Sevda biryaşlı oğlunun çiyninə şal salıb çıxır. Əvvəl mənzilin, sonra isə liftin qapısı örtülür. Mərtəbə qaranlıqlaşır…

– Kimdir danışan? Zərifə? Hansı Zərifə. – Təəccüb. Sükut. – A, Zərifə. Nə əcəb səndən? – Uşaq dartınır, şalı çiynindən atmaq istəyir. İstidir. – Dayan, Gündüz. Oğluma deyirəm… Yaxşı, gözləyirəm, gəl… Bu gün günü evdə olacağam, nə vaxt istəsən gələ bilərsən.

İstidir. Lift yenə onların mərtəbəsində dayanır. Mərtəbəyə işıq düşür. Liftin qapısını örtmədən evin qapısını açır. Əvvəl liftin, sonra isə mənzilin qapısı örtülür. Mərtəbə yenə qaranlıqlaşır – lampası xarab olub, dəyişmək lazımdır.

“Nə əcəb Zərifədən?! Görəsən mənə nə işi düşüb?” Sevda fikrə gedir. Şalını paltarasılana atır. Oğlunun əllərindən tutub otaqda gəzdirir.

“Sonuncu dəfə… deyəsən toyumuzdan sonra görməmişəm. Nə işi ola bilər?”

Geri çəkilib oğlunun əllərini buraxdı.

– Gəl, qorxma! Gəl, gəl…

Uşaq büdrədi. Sevda onu qucağına aldı:

Otaqda gəzinməyə başladı.

…Bir həyətdə olurdular. Zərifə Sevdadan beş-altı yaş böyük idi. Zərifəgil ikinci mərtəbədə, Sevdagil yarımzirzəmidə yaşayırdılar. Pəncərələri daş pilləkənə baxırdı. Qalxıb-enənlərin ancaq çəkmələrini görürdülər.

Atalarını müharibənin ilk günlərində əsgər apardılar. Eyni hissədə, eyni cəbhədə vuruşurdular. Məktubları da demək olar ki, bir gündə gəlirdi.

Çətin illər idi: çörək üçün alaqaranlıqdan durub uzun növbələrdə dayanırdılar, qənd çatışmırdı, yağ yox idi. Çox vaxt çayı quru çörək tikəsi ilə içirdilər.

Yeddi yaşında olan Sevda evin bütün işini görürdü. Anası tikiş fabrikində işləyirdi, səhər tezdən gedib axşam qayıdırdı. Hərdən evə yarım kiloluq bankada çəhrayı povidlo gətirirdi, ləzzətlə yeyirdilər. İndi evdə povidlonu xoşlayan yoxdur. Xüsusən Sevdanın qızı yeddi yaşlı Aygün.

“Doğrudanmı mən qızım boydaydım? Qəribədir. Bəs o qədər işin öhdəsindən necə gəlirdim. Zərifənin mənə nə işi düşüb?”

Atalarının qara xəbərini də bir vaxtda aldılar. Sevda məktəbə təzə ayaq basırdı, ölüm kağızını sonralar oxuya bildi: “Vətən uğrunda… Qəhrəmancasına…”

Zərifə yeddinci sinfə gedirdi. Qız elə bil üzünü südlə yuyurdu, qaşlarını kömürlə çəkirdi. Od parçası idi. Tez-tez gülərdi. Elə şən, elə ürəkdən gülərdi ki, ona qoşulub gülməmək mümkün deyildi. Gündən-günə qəşəngləşirdi. Bədəni dar paltarına sığışmırdı, Elə bil müharibə deyil, toy-bayram idi. Balaca Sevda ürəyində Zərifəyə acıqlanırdı.

“Amma onu nahaq qınayırdım, axı o zaman Zərifənin on dörd yaşı vardı, qanı qaynayırdı…”

İki nəfər tez-tez yuxarı mərtəbəyə qalxıb-enərdi. Uzunboğaz çəkmə və təzə qalındaban ayaqqabı.

“Biri bizim məhəlləmizdə yaşayırdı. Əvvəllər Zərifə ələ bir məktəbdə, eyni sinifdə oxuyurdu. Sonralar qızları oğlanlardan ayıranda başqa məktəblərdə oxumalı oldular.

Uzun, arıq oğlan idi. Zil qara, qıvrım saçı vardı. Elə bil boyunun uzunluğundan utanırdı, başını aşağı əyirdi. Adı Süleyman idi. Oğlanı görəndə nədənsə dodağım qaçırdı. Az qalırdı deyim ki, “mən hər şeyi bilirəm”.

Pencəyinin dirsəyi dağılmış, şalvarı yamaq-yamaq idi. Sonralar yaşıl kitel geyirdi; atası bir neçə günlüyə Bakıya gəlib oğlunun necə boy atdığını görmüş, öz kitel-qalifesini oğluna bağışlamışdı”.

Süleymanın atasının Sevdanın anasına dedikləri indi də Sevdanın qulağındadır: “Hissəmiz mühasirəyə alınmışdı. Güclə həlqəni qırdıq, başqa hissəyə qoşulduq. Neçə mindən neçə yüzü qaldı”. Sevdanın atası o minlərdən idi.

Qalındaban ayaqqabı sahibi balacaboy, yaşlı bir kişi idi. Zərgər dükanında işləyirdi. Zərgər gəlib-getdi, sonra gecələri də onlarda qaldı. Zərifənin anası işdən çıxdı, güzəranları yaxşılaşdı. Dedilər zərgər Zərifənin təzə atasıdır. “Atanın köhnəsi-təzəsi olarmış…”

– Gündüz, gəl, gəl! Bax, belə! Qədəmlərinə qurban, gəl!

Gündüz qorxa-qorxa, tövşüyə-tövşüyə, ayı balası kimi valay vurur, koppuş ayaqlarını atıb, anasının ətəyindən yapışmağa çalışırdı. Nəhayət, anasına çatdı və özündən razı qalıb güldü.

– İndi atan gələcək, indi bacın gələcək! Otur, oyna, mən də yemək hazırlayım…

Sevda hündür uşaq stolunu söküb arabacıq düzəltdi, Gündüzü oturdub mətbəxə keçdi, soyuducudan çıxardığı toyuğu təmizləməyə başladı,

“Toyuğu görəndə də Zərifə yadıma düşür. Bir dəfə Zərifə məni yuxarı çağırdı. Atalığı, anası evdə yox idi. Çağırdı, ac olub-olmadığımı soruşmadan, – müharibə illərində doymaq sözü unudulmuşdu, – qazandan toyuq budu çıxarıb mənə uzatdı. Hələ də dadı damağımdadır. Yox, Zərifə anasına oxşamırdı. Anası hey şikayətlənirdi “filan şey çatışmır, bahalıqdır, acından qırılacağıq”. Gedirdik pul borc almağa, deyirdi “qəpiyəcən pulları xərcləmişəm”. Zərgərin balaca bir otağı vardı, kirayəyə verirdilər. Elə gün olmurdu ki, pilləkənimizdən yuxarı müxtəlif yeşiklər daşınmasın. Hərdən zərli güzgülər, xalçalar da daşıyırdılar. Həyətimizdə bəziləri müharibədən əvvəl aldıqları bahalı şeyləri satırdılar, dolanmaq çətin idi. Alıcı az idi. Zərgər isə alırdı. Bir növ ehtiyac içində yaşayanların köməyinə çatırdı. Kim kimə idi?! Soruşan da yox idi ki, axı bunlarda bu qədər pul hardandır? Anam deyirdi: “Eybi yoxdur, qoy müharibə qurtarsın, əsgər gedənlərimiz qayıtsın, zərgər kimiləri camaata haqq-hesab verəcək.”

Zərifə Süleymanla tez-tez görüşürdü. Axşamlar ağ neft alıb evə gələndə, həyətimizə bitişik dalanda onları görürdüm. Dar, qaranlıq dalanda Zərifə Süleymana qısılırdı, sanki bütün dünyadan gizlənib oğlanın qolları arasında rahatlıq tapmaq, yalnız onun ürək döyüntülərini eşitmək istəyirdi. Pıçıltılarını biri birindən seçmək mümkün deyildi. Pıçıltılar elə bil eyni dodaqdan qopurdu. Nədənsə, mənim uşaq qəlbimdə də xoş duyğular oyanırdı. Aclığı unudurdum. Mənim aləmimdə dünya Süleymanla Zərifənin idi. Yer kürəsi yalnız onlar üçün fırlanır, onlar üçün qaranlıq axşamı şəhərimizə gətirirdi. Dalan da elə bil məhz onların görüşməyi üçün yaranmışdı.

Nə isə… Çox vaxt mən yuxuya gedirdim, Zərifənin nə vaxt qayıtdığını bilmirdim. Bəlkə mərtəbələrinə elə qalxırdı ki, nə pilləkən oyansın, nə də mən?

Gündüzlər isə Zərifə Süleymanı görəndə tamam dəyişərdi. Elə bil dünən bütün axşamı Süleymanla dalanda pıçıldaşan o deyildi. Qızlarla məktəbdən qayıdanda oğlana rast gəlib üzünü yana çevirərdi. Qızlar hərdən dayanıb Süleymanla söhbət edərdilər, Zərifə isə özünü dartıb lovğa görkəm alardı, oğlana baxmadan onun yanından düz keçib gedərdi. Süleyman özünü itirib dinməzdi. Gözlərində qəzəb odu parıldayıb tez də sönərdi. Bəlkə qızın məqsədi camaatın fikrini yayındırmaq idi? Bəlkə də demək istəyirdi ki, Süleyman ona yaraşmır? Hansı Zərifəyə inanaydıq? Axşamkınamı, gündüzkünəmi?

Qız qaça-qaça mərtəbələrinə qalxardı. Qaçanda pilləkən əsər, otağımızın pəncərəsi cingildəyərdi. Zərifəni addımlarından tanıyırdım. Anam bu addımlardan əsəbiləşər, pəncərədən qışqırardı: “Ay qız, ev uçdu!”

Süleymanla görüşdən sonra anası qızını danlardı: “Nə görmüsən o uzundrazda? Avaranın birisidir. Sənin tayın deyil, rədd elə!”

Avaralığını düz demirdi. Məhəlləmizdə hamı Süleymanı tanıyırdı, hamı bilirdi ki, Süleyman ağıllı oğlandır, küçədəki dələduzlara qoşulmur, dərsini oxuyur. O ki qaldı tay olub-olmadığına… Zərifə hara, Süleyman hara!

Zərifə gündən-günə dəyişirdi, gözəlləşirdi. Dar, nimdaş paltarları atıb, boy-buxununa uyğun qəşəng, təzə, bahalı paltarlar geyirdi.

Anası da elə bil cavanlaşmışdı. Anamla yaşıd idi, amma anam ondan qoca görünürdü. Nə etsin? Güzəranımız ağır idi. Düzdür, müharibə qurtarmaq üzrəydi, lakin vəziyyətimiz əvvəlki kimiydi.

Vaxt gəldi, axşamlar daha Zərifə ilə Süleymanı dalanda görmədim. Müharibə illərinin qaranlığı çəkilmişdi, dalanda işıq yanırdı. Qız istəmirdi ki, onu Süleymanla görsünlər. Niyə. Oğlan hələ də kiteldə gəzirdi, elə bil gecələri də kiteldə yatırdı. Atasından bir xəbər çıxmadı. Sanki dünyada heç elə bir adam olmamışdı…”

Sevda iri qazana su töküb toyuğu bişməyə qoydu.

Bircə telefon zəngi gör nə qədər xatirə oyatdı. Bəlkə Zərifə elə belə görüşmək istəyir? İllər onu yaman dəyişib. Xatirələr, deyəsən, məndən əl çəkməyəcək…

“Çörək talonları götürülən günü anam çoxlu çörək aldı, doyunca yedim… Zərifə orta məktəbi o il qurtardı. Süleymanı respublikamızın başqa gəncləri ilə Moskvaya oxumağa göndərdilər. Zərifə Bakıda qalıb xarici dillər institutuna daxil oldu..

Daha mənimlə yaxınlıq eləmirdi: on iki-on üç yaşlı qızla nə işi? Tay-tuşları ilə oturub-dururdu. Tez-tez ikinci mərtəbədə gözəl-göyçək oğlanların, qızların gülüşləri, zarafatları eşidilirdi. Piano çalırdılar, patefon valları fırladırdılar. Vals, fokstrot, tanqo, “Günəşli dərənin serenadaları…” Balkonlarında gur işıq yanırdı. Həyətə də işıq düşürdü, pilləkənə də, bizim otağımıza da.

Zərifə dəyişmişdi, tanınmaz olmuşdu. Xəz palto, rəngarəng yun jaketlər, bahalı paltarlar, dikdaban ayaqqabılar… Qəşəng, xoşagələn yerişi var idi. Asta düşüb, asta qalxmağına baxmayaraq, pilləkən yenə də tir-tir əsərdi. Bəlkə əsməyə adət etmişdi?

Zərgər, pullar dəyişilən zaman rəhmətə getdi. Dedilər çox həyəcan keçirib, ürəyi tab gətirməyib.

Zərgərin sağlığında onun qohumlarından biri Zərifəni istəmişdi. Atalığı öləndən sonra qız razılıq verdi. Əri enlikürək bir kişi idi. Çəkmələri üç mənim çəkməm boyda olardı. O, aşağı düşəndə qorxurdum pilləkən uça, pəncərəmiz sına. Qonşular deyirdilər pullu kişidir. İş yerini heç kim bilmirdi. Zərifə elə tez və sözsüz razılıq vermişdi ki, hətta anası təəccüb qalmışdı.

Zərifə köçüb getdi. İkinci mərtəbəyə gediş-gəliş azaldı. Pilləkənimiz dincəldi.

Lakin bu sakitlik uzun sürmədi. Üç ildən sonra Zərifə ərindən ayrıldı. Bütün günü yuxarı mərtəbəyə şey daşıdılar. Nə məhəbbət apardı, nə də nifrət gətirdi! Axşamlar yenə yuxarı mərtəbədəki gur işıq həyəti bürüdü, musiqi dalğaları evlərə doldu. Zərifənin addımlarını unutmuş pillələr tir-tir əsməyə başladı…”

Gündüz arabacıqdan çıxıb şappıltı ilə yerə sərildi, şivən qopardı. Sevda tez otağa qaçıb, gözü yaşlı oğlunu sakitləşdirdi.

– Hanı balamın atası? Hanı bacısı? Ata, gəl, gəl! Aygün, gəl!

Uşaq qucağında, mətbəxə qayıtdı, qazı azaltdı, suyun köpüyünü yığdı. Ağ, girdə divar saatına baxdı – dördə işləyirdi. Dörddə əri işdən çıxacaq, beşin yarısında Aygünün bağçasında olacaq, beşdə evə gələcəklər. Lakin xörək hələ hazır deyil. Günah kimdədir? Heç kimdə, xatirələrdə.

Comments are closed, but trackbacks and pingbacks are open.