Press "Enter" to skip to content

Müəllim üçün metodik vəsaitlər ingilis dili

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur. Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək. I siniflər üçün musiqi və texnologiya, V siniflər üçün fiziki tərbiyə, rus dili (ikinci xarici dil) və ingilis dili (ikinci xarici dil) dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi. I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif musiqi, V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb. Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Dərsliklərlə bağlı yeniliklər

Dərsliklərlə bağlı yeniliklər &2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

2 İyul , 2020 10:15

https://static.report.az/photo/5c9943ab-ab1b-3296-a2d4-13ae6e38bb95.jpg

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur. Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək. I siniflər üçün musiqi və texnologiya, V siniflər üçün fiziki tərbiyə, rus dili (ikinci xarici dil) və ingilis dili (ikinci xarici dil) dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi. I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif musiqi, V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb. Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Müəllim üçün metodik vəsaitlər ingilis dili

İngilis dili müəllimi ingilis dilinin fonetika, lüğət və qrammatika sahələrində dil bilikləri və eləcə də, bu ölkənin ədəbiyyatını tədris iştirakçılarına öyrədən müəllimdir. İngilis dilini mədəniyyətlərarası ünsiyyət vasitəsi olaraq, Azərbaycan və dünya mədəniyyətinin nailiyyətlərini öyrənmək yolu kimi öyrədir, tələbələri fərqli bir dünyagörüşünün tolerant qavrayışına, yəni mədəniyyətlərin bərabərhüquqlu və bərabərliyini, ümumbəşəri dəyərlərin mövcudluğunu dərk etməyə hazırlayır. Peşə xarici dil və ədəbiyyatına maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) fənn üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək, fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşğələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək.
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝ Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Bakı Qızlar Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər İnstitutu
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Lənkaran Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Odlar Yurdu Universiteti
  • → “Naxçıvan” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Müəllim kimi orta məktəblərdə, özəl liseylərdə;
  • ➝ Magistr təhsili almaqla univsertetlərdə;
  • ➝ Bir sıra özəl kurslarda;
  • ➝ Əgər tərcüməçiliyə maraq varsa, tərcüməçi kimi.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Nitq (disursiv): şifahi və yazılı nitqdə ingilis dili normasına uyğun olaraq ifadələr və mətnlər yaratmaq üçün dil vasitələrindən kifayət qədər istifadə etmək bacarığı;
  • ➝ Sosiolinqvistik: ünsiyyət vəziyyətinə uyğun olaraq dil vasitələrindən istifadə etmək bacarığı;
  • ➝ Sosial-mədəni: İngilis dilli ölkələrin milli və mədəni xüsusiyyətləri haqqında bilikləri tətbiq etmək bacarığı;
  • ➝ Təşkilatçılıq qabiliyyətləri : Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
  • ➝Didaktik qabiliyyətlər: Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. konkret bacarıqlar daxildir.
  • ➝ Perspektiv qabiliyyətlər: Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ qabiliyyətlər: Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  • ➝ Suqqestiv (təlqinedici) qabiliyyətlər: Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  • ➝Tədqiqatçılıq qabiliyyətlər: Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  • ➝ Elmi – idrakı qabiliyyətlər: Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
  • ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları;
  • ➝ İngilis dili səviyyəsi ən azından A2(Elementary)-B1(Pre-İntermediate) səviyyələrdə olmalıdır.

Qeyd:Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi

Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əməkhaqlarındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları mərkəzi, müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

İxtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir.

  • ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
  • ➝ Pedaqoji təcrübə 3 ildən 8 ilə qədər olduqda- 496 AZN
  • ➝ Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda 522 AZN
  • ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  • ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

Özəl liseylərdə məvaciblər daha yüksək ola bilər.

Müəllim üçün metodik vəsaitlər ingilis dili

2018-08-05 10:15:07

İngilis dili müəllimi olmaq istəyənlər üçün kurs -TESOL haqqında bilmədikləriniz

Keçən yazımızda ingilis dili müəllimi kimi çalışmaq istəyənlərə beynəlxalq imtahan olan TEFL haqqında məlumat vermişdik. Bu gün isə oxşar imtahanlardan olan TESOL-dan danışacıq. AzEdu.az TESOL haqqında yazını təqdim edir: TESOL (Teaching English to Speakers of Other Languages) ana dili ingilis dili olmayanlar üçün ingiliscə müəllimliyini öyrədən kursdur. TESOL kursuna hər kəs qoşula bilər. Ancaq qeydiyyatdan keçməmişdən öncə telefonla ingilis dilində bir danışıq aparılır. Bu zaman ingiliscə danışığınız və deyilənləri anlayıb-anlamadığınız yoxlanılır. Bildiyiniz kimi ingilis dilində 6 səviyyə var: A1, A2, B1, B1, C1, C2. Kursa yazılmaq üçün ən az B2 səviyyəsini bitiməlisiniz. Digər şərt isə universitetin 2-ci kursunu tamamlamağınızdır. TESOL sertifikatını aldıqdan sonra xarici ölkədə ingilis dili müəllimi kimi çalışa bilərsiniz. TESOL kursları 2008-ci ildən etibarən onlayn olaraq da həyata keçirilir. Kurs müddətində 10 səviyyəni keçməlisiniz. Kurs adətən 3 hissədən ibarətdir. Birinci mərhələdə sizə verilən tapşırıqları edirsiniz və bunu müəlliminizə göndərə bilərsiniz. Həmçinin tapşırıqların içindəki videoları da izləyirsiniz. İkinci mərhələdə ya onlayn olaraq (skype), ya da quruma gedərək müəlliminizlə səsli tapşırıqları edirsiniz. Üçüncü mərhələdə isə artıq sizin müəllimlik fəaliyyətiniz izlənilir. Bir çox ölkədə akkreditasiyadan keçməyən təşkilatlar bu kursları təşkil edir. Amma bu halda sizin TESOL sertifikatınız tanınmayacaqdır.

Əsmər Qabil

Bu bölməyə aid digər xəbərlər

Şəhid adının paklığını qorumalıyıq – Deputat çağırış etdi

2023-03-18 12:30:21

İtkin tələbənin yaxınları İran səfirliyi qarşısında aksiya keçirdi

2023-03-17 11:57:36

Rus müəlliflərin dərsliklərdən çıxarılması istənilir

2023-03-17 09:23:00

Müəllimlərin maaşı müharibədən sonra arta bilər

2023-03-17 09:07:00

Konstitusiya Məhkəməsi: təaqüddə olan müəllimlər müqaviləsiz işləyə bilər

2023-03-17 08:40:00

15 ildən sonra bu fənlərdən dərs deyən müəllim tapılmayacaq

2023-03-16 10:40:00

Şagirdlər arasında piylənmə 6 dəfə artıb

2023-03-16 09:45:00

Müəllimlərin 40 faizinin maaşı paltar almağa çatmır

2023-03-16 09:37:00

Hicabı çıxarmadılar – kollecdən qovuldular

2023-03-15 12:18:00

Yuxarı siniflərdə təhsil iki dildə aparılacaq

Comments are closed, but trackbacks and pingbacks are open.