Press "Enter" to skip to content

Müəllimin pedaqoji ustalığı

8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteristikası.

AZERBAYCAN

Ölkəmizin tarixindən bidiyimiz kimi, 1991-ci ildə Sovet Sosialist Respublıkaları İttifaqı (SSRİ) dağılmış, bu birliyə daxil olan digər xalqlar kimi Azərbaycan xalqı da müstəqillik əldə etmiş, öz suveren dövlətçiliyini ən demokratik prinsiplər əsasında qurub-yaratmağa və inkişaf etdirməyə nail olmuşdur. Bu yolda böyük çətinliklər, maneələr olsa da dövlətimiz inamla irəliləməkdə, möhlənməkdə davam edir. İnsanların həyata, cəmiyyətə, özünə, soykökünə, keçmişinə, bu gününə və sabahına münasibəti dəyişməkdə, yeniləşməkdədir. Ölkəmizin demokratiya, hüquqi dövlət, azad ticarət, özəlləşdirmə yolunda nəzərə çarpacaq müəyyən uğurlar qazandığı, iqtisadi inkişafa nail olduğumuz indiki yeniləşən şəraitdə köhnə qaydalar, tələbər, münasibətlər, meyarlar, keyfiyyətlər ilə işləmək, təlim, tərbiyə, təhsil işlərini ənənəvi, standart məzmunda, formada, səviyyədə aparmaq olmaz. Tədris planı, tədris proqramı, ümumiyyətlə təhsilin məqsədi, məzmunu, vəzifələri dəyişdiyi kimi, onun üsullarının, prinsiplərinin, vasitə, forma və yollarının istifadəsində köhnə stereotiplərdən uzaqlaşmaq, yaradıcılıq, yenilik nümunəsi göstərmək son dərəcə vacibdir. Bu milli ideologiyanın tələblərinə cavab verəcək hərtərəfli inkişaf etmiş yeni insanın formalaşdırılması kimi ən vacib bir işlə məşğul olan müəllim və tərbiyəçilərimizə daha çox aiddir. Müasir məktəb bizdən gənc nəslin təlim-tərbiyəsi ilə mükəmməl məşğul ola biləcək usta-müəllimlər, pedaqoji ustalığın zirvələrinə yüksəlmiş şəxsiyyətlər tələb edir. Bu isə müasir təlim-tərbiyə nəzəriyyəsi və praktikası üçün pedaqoji ustalıq problemini daha da aktual edir.

Rus və sovet pedaqogikasının klassikləri pedaqoji ustalığın formalaşdırılması problemini gələcək müəllimlərin hazırlanmasında həmişə vacib hesab etmişlər.Y.P.Azarov, F.N.Qonobolin, N.V.Kuzmina, A.N.Şerbakov, V.A.Slastenin, A.V.Petrovski kimi alimlərin əsərlərində pedaqoji ustalığın təkmilləşdirilməsi yolları geniş şəkildə işıqlandırılmışdır. Ayrıca götürülmüş pedaqogika, psixologiya, xüsusi metodika dərsliklərində bu məsələ lazımi səviyyədə verilmədiyi üçün, bu sahədə ayrıca fənnin – “Pedaqoji ustalığın əsasları” fənninin yaradılması ideyası ortalığa çıxdı. 1979-cu ildə Ukraynanın Poltava Pedaqoji İnstitutunda bu fənnin tədrisi ilk dəfə olaraq reallaşdırıldı. A.S.Makarenko, V.A.Suxomlinski kimi tanınmış pedaqoqlar yetişdirmiş bu institutda müəllim hazırlığını daha da yaxşılaşdırmaq, təsadüfi adamların bu sahəyə düşməsinə imkan verəmək üçün abiturient seçmək, onu nəzəri və əməli pedaqoji idraka hazırlamaq işinə ümumtəhsil məktəblərindən başladılar. Pedaqoji peşəyə daha çox marağı olan məktəblərin yuxarı sinif şagirdləri üçün “Gənc pedaqoq” fakultətiv məşğələləri təşkil olundu. Burada müəllimliyə xüsusi istedadı, qabiliyyəti, marağı olanlar bu peşənin mahiyyəti, məqsədi, xüsusiyyətləri, xarakerik cəhətləri, ictimai cəmiyyət orqanizmində onun rolu, əhəmiyyəti ilə ətraflı surətdə tanış edirlirdilər. Bu da gənclərin pedaqoji ixtisasa erkən hazırlanmalarında son dərəcə mühüm və əlverişli rol oynamışdır. Poltava Pedaqoji İnstitutunun 1-4 kurslarında “Pedaqoji ustalığın əsasları” fənninin öyrədilməsinə 108 saat ayrılmışdı. 1988-ci ildən isə “Pedaqoji ustalığın əsasları” fənni Azərbaycanda – Azərbaycan Pedaqoji Universitetində (keçmiş APİ) tədris olunmağa başlamışdır. Bu fənnin tədris proqramını və ilk dərsliyini istedadlı, pedaqoq Həmzə Əliyev işləyib hazırlamışdır.

“Pedaqoji ustalığın əsasları” fənni pedaqoji elmlər sisteminə daxil olan müstəqil bir elm kimi bu gün də ölkəmizdəki pedaqoji tədris müəssisələrində müxtəlif ixtisaslar üzrə müəllim kadrlarının hazırlanmasında daha böyük inamla və llhamla tədris edilməkdədir. Bu fənn, pedaqogika, psixologiya, xüsusi metodika, pedaqoji etika, pedaqoji estetika, tərbiyə işinin metodikası kimi fənləri əhatə edir, öz inkişafında digər elmlər kimi bu elmlərin də materiallarından istifadə edir.

“PEDAQOJİ USTALIĞIN ƏSASLARI” FƏNNİNİN MƏQSƏDİ, MÖVZUSU VƏ VƏZİFƏLƏRİ

Bildiyimiz kimi, pedaqogika elminin obyekti (yəni, orijinal) təcrübənin verilməsi prosesi, mövzusu ilə həmin obyektin pedaqoji baxımdan öyrənilməsi olduğundan, pedaqoji ustalığın mövzusu isə həmin obyektin daha məharətlə, kamilliklə öyrənilməsi prosesidir. Pedaqoji elmlər sisteminə daxil olan “Pedaqoji ustalığın əsasları” da öz obyektini pedaqoji müşahidə, pedaqoji müsahibə və pedaqoji eksperiment kimi tədqiqat metodları əsasında öyrənməli olur. Pedaqoji ustalıq səviyyəsinə yüksəlməyə səy edən müəllim-tərbiyəçi “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışları, onların komponentlərini- tərkibini, əhatə dairəsini ətraflı və dəqiq bilməlidir. Məhz bu zaman təcrübə anlayışına daxil olan biliklər sistemi, münasibətlər sistemi, bacarıq və vərdişlər sistemi, yaradıcılıq təcrübə sahəsində reallıqdan ideallığa çevrilməklə ustalıq zirvəsinə qalzmaq mümkün olur. Usta – öz işini məharətlə aparan şəxsidir. Usta müəllim şəxsiyyət psixologiyasını və onu öyrətməyin dərin bilicisi, təlim-tərbiyənin yollarına yiyələnmiş bir şəxsiyyətdir. Bütün peşə sahələrinin özünəməxsus xüsusiyyətləri olduğu kimi, pedaqoji peşənin də özünün səciyyəvi xüsusiyyətləri vardır. Bu isə onun ümumi qanunlarında öz ifadəsini tapmışdır. Belə ki, 1-ci tərbiyənin məqsədinin mövcud ictimai münasibətlərdən asılı olması, daha doğrusu, ictimai münasibətlərin xarakterinə, inkişaf səviyyəsinə, mütləq, uyğun qurulması, 2-ci təlim-tərbiyə materiallarının əvvəlki qanunun tələbləri əsasında seçilməsi, 3-cü məzmunun tələbinə uyğun olaraq tərbiyənin vasitələrinin seçilməsi,4-cü qanun vasitəsi ilə metodların arasında əlaqənin düzgün seçilməsi, 5-ci qanun tərbiyənin qolları və tərbiyəçilər arasındakı daxili əlaqənin ifadəsində özünü əks etmiş olur.

Pedaqpgikanın ümumi qanunlarından aydın olur kimi müəllim faəliyyətinin nəticələrinə görə azad deyildir. Onun fəaliyyəti mövcud cəmiyyətin bugünkü və gələcək inkişaf tələblərinə cavab verə biləcək ahəngdar formalaşmış, azad, təşəbbüskar, zəhmətsevər, milli qeyrətli, islami mənəviyyatlı, bəşəri mədəniyyət səviyyəli şəxslər yetişdirməyə istiqamətlənməlidir. İctimai münasibətlərin müasir və gələcək səviyyəsi ilə şərtləşən vəzifələri müəllimə hazır şəkildə vermək, diqtə etmək mümkün deyildir, bunu onun özü, fəaliyyət göstərdiyi mühit, kollektivin səviyyəsi, xarakteri, hadisənin sosial, siyasi, ictimai, iqtisadi və etik-estetik yönümü, pedaqoji ustalıq səviyyəsi diqtə etməlidir Pedaqoji məlumatlılıq, məharət, ustalıq məhz burada özünü göstərir. Müəllim bu gündə yaşayır, lakin gələcəyi qurur. Bu çox mürəkkəb bir işdir. Müəllimin məqsədi tərbiyə etdiyinin gələcəyində obyektivləşir. Uşaq isə bu günlə yaşayır, gələcək onun üçün çox uzaqdır. Bu ziddiyyət tərbiyənin faciəsinin əsasıdır. Usta müəllim uşağın gələcəyini qurmaqda ona kömək etməli, yol göstərməli, istiqamət verməli, onda öz gələcəyinə güclü inam yaratmağa çalışmalıdır. Bunlar olmadan xalqımızın gələcəyini tərbiyə etmək, hərtərəfli inkişaf etmiş şəxsiyyəti formalaşdırmaq mümkün deyildir. Ona görə də cəmiyyətimizə bu işlə məşğul ola biləcək usta müəllimlər həmişə lazımdır və onun hazırlanması işinə də vicdanla yanaşmaq çox vacibdir.

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Gələcək müəllimlərin hazırlamasında onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim özü işini qurmağı bacarmalıdır.

Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir: “Sən bilməlisən, bacarmalısan, etməlisən”. Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak edirlər.

Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.

Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür.

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Bildiyimiz kimi,pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin – məqsədi gənc nəsli tərbiyə etməkdən, onu cəmiyyət həyatına hazırlamaqdan ibarət olan fəaliyyətidir.Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir.Qarşıda duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqləndirirlər (öyrətmə,tərbiyə,təşkilatçılıq,təşviqatçılıq, özünütəhsil və s.).Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir. Pedaqoji vəzifələrin həll edildiyini şərait pedaqoji şərait adlanır.Bu cür şərait 2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb hazırlana bilər. (məs.problemli dərs) 2) gözlənilmədən,şagirdin davranışı ilə əlaqədar də yarana bilər.Bu zaman müəllim müəyyənlik şəraitində hərəkət etməli olur.

Pedaqoji fəaliyyət böyük ictimai, sosial əhəmiyyət daşıdığı kim, onunla sıx bağlı olan pedaqoji ustalıq da bu işə, vahid təlim-tərbiyə məqsədinə xidmət etdiyi üçün böyük sosial əhəmiyyət daşıyır.Odur ki, ona yiyələnmək,ondan istifadə etmək işinə diqqətlə,dərin məsuliyyətlə yanaşmaq lazımdır. Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, şəxsiyyət strukturunda pedaqoji ustalıq öz-özünü təşkil edən sistemdir.Bu sistemin yaranmasında müəllimin daxili insansevərliyi,humanizmi,onun cəmiyyətə, müstəqil dövlətimizə bağlılığı mühüm rol oynayır.Müəllim öz ölkəsinin bugünki və gələcək perspektivlərini dərk edərək öz pedaqoji fəaliyyətini qurur.Bunları nəzərə alaraq pedaqoji ustalığın 4 əsas elementdən ibarət olduğunu qeyd edirlər:

  1. Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi. Bunu Təhsil Qanunumuz

da tələb edir. L.V.Tolstoy bu barədə çox gözəl demişdir: “İşimə və şagirdlərinə məhəbbəti birləşdirməyi bacaran şəxs, əsil müəllimdir”.Müəllimin humanist istiqamətliliyi onun idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Hər bir müəllim şəxsiyyətinin pedaqoji istiqamətliliyi rəngarəngdir. Onu təşkil edən dəyər istiqamətləri bunlardır:

1)Özünə qarşı – özünütəsdiq. Bu ona görə vacibdir ki, uşaqlar məndə bilikli, tələbkar, əsil bir müəllimi görsünlər.

2 ) pedaqoji təsir vasitələrinə, 3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə – humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə dəyişdirilməsi. Müəllim üçün istiqamət növlərindən əsas məqsədə,humanist fəlaiyyətə yönəldilmiş aparıcı istiqamət vacibdir. Müəllimin professional ustalığı onun gələcək qarşısında öz məsuliyyətini duymaq şərtilə, şüurlu məqsədyönlülük və uşaqlara böyük məhəbbətin əlaqələndirlməsi ilə formalaşır.Humanist istiqamətlilik ən yüksək bir vəzifə kimi usta müəllimin gündəlik fəaliyyətində həmişə onun konkret vəzifələrini müəyyən edir. Uşaqları dərindən sevın usta müəllim həmişə, hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli,çətin situasiyalardan çıxmaqla, düzgün yol seçməklə onlara yaxından kömək etməli,hər vaxt Vətənin, millətin gələcəyini düşünməlidir.

2. Müəllimin professional bilikləri.Bu pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni, onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin şəxsi münasibətində xarakterizə olunur. (Məs. “Düşünürəm ki”, “Mənə belə gəlir ki”, “Məncə” və s.).Müəllimin ustalığı biliyin insaniləşdirilməsində, canlandırılmasında, onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya, həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər, qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında əsasında qurur. Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız elmi biliklərin köməyi ilə mümkündür.

3. Müəllimin pedaqoji qabiliyyətləri. Bu pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir, inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.

4. Pedaqoji texnika. Bu pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərirlər.

PEDAQOJİ SİTUASİYA VƏ PEDAQOJİ VƏZİFƏ, ONUN YERİNƏ YETİRİLMƏSİNİN MƏRHƏLƏLƏRİ

Pedaqoji vəzifə nədir? O əsas hüceyrəsi, mayasıdır və onun həll edilməsi müəllimin professionalizm səviyyəsini əks etdirir. Pedaqoji vəzifə – mövcud pedaoji situasiyanı yeni mərhələyə keçirib, dəyişdirmək, başqa şəklə salmaq, pedaqoji fəaliyyətin məqsədinə yaxınlaşdırmaq zırurətini daima dərk etməkdir. Çünki, bütün pedaqoji fəaliyyət pedaqoji situasiyalar zəncirindən ibarətdir. Bunların bəzisini müəllim özü yaratmalı olduğu halda, digərlərini isə şagirdlər təsadüfən yaradırlar. Pedaqoji fəaliyyətin fəlsəfəsi bunu tələb edir. Bir şagirdin dərsə gecikməsi, digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi, 2 şagirdin dərs zamanı söhbət etmələri və s.- bütün bunlar pedaqoji situasiyalardır. Müəllim bu situasiyaları dərk edir və özü üçün yerinə yetirəcəyi vəzifələri formalaşdırır:

1) strateji xarakterli vəzifələr (uşaqlarda məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə cür formalaşdırmalı)

2) taktiki xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi, billiklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması)

3) situativ xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul olan şagirdlərə nə cür reaksiya verməli və s.)

Müəllimin ustalığı mövcud situasiyanı pedaqoji vəzifəyə çevirməyi bacaran, yəni,mövcud şəraiti münasibətlərin dəyişməsinə,qarşıya qoyulmuş pedaqoji məqsədə yaxınlaşdırmaqdan ibarətdir.Əgər müəllim onu görməzsə,əhəmiyyət verməzsə,situasiya vəzifəyə çevrilməyə bilər.Beləliklə,situasiya məqsədyönlü pedaqoji fəaliyyət şəraitində vəzifəyə çevrilir.(situasiya+məqsəd=vəzifə). Məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə edilir.Məhz burada pedaqoji ustalığın səviyyəsi özünü göstərir.Bu isə müəllimin məqsədyönlülüyündən, pedaqoji biliyindən, qabiliyyətlərindən, pedaqoji texnikaya necə yiyələnməsindən asılıdır.

Pedaqoji vəzifənin həll edilməsi bir neçə mərhələdən keçir. 1-ci mərhələ situasiyanın təhlili və problemin dərk edilməsidir. Əksər hallarda gənc müəllimlər tələsdiklərindən bu mərhələni unudur, konfliktin dərinliyini çox vaxt duymur, situasiyanı tanış hesab edib, səhvlərə yol verirlər. Situasiyanı görə bilməmək,onu dərk etməmək,uşaqların hərəkətlərinin arxasında nələr dayandığını duymamaq vəzifənin həllində səhvlərə gətirib çıxarır. Situasiyanın ilkin təhlili zamanı ümumi pedaqoji prosesi harada, hansı şəraitdə baş verdiyini,şagirdlərin,tərbiyəçilərin xarakterini, onların qarşılıqlı münasibətlərini müəyyən etmək, uşaqların hərəkətlərindən razı və ya narazı qaldığını onlara hiss etdirmək,bir daha belə hallara yol verməyəcəyini başa salmaq çox vacibdir.Bu başlanğıc məlumatların təhlili mərhələsidir,2-ci mərhələdir.Bunun nəticəsində edilmiş hərəkətlərin motivləri, fəaliyyətin məqsədləri şəraitin spesifikliyi dərk edilir.Yalnız özü haqda, öz mövqeyi barədə düşünən müəllim şagirdlərin davranışlarıının həqiqi motivlərini görməyə bilər.Xüsusilə, müəllimin şagirdlərə qarşı böhtan xarakterli tələbələrlə çıxış etməsi,etmədiklər hərəkətləri onların adlarına yazması pedaqoji təsirin effektinə ciddi ziyan vura bilər. Müəllim bu mərhələdə şagirdin tərbiyəçilik səviyyəsini, estetik—mədəni duyumunu, genetik, əməli, potensial imkanlarını, idarəolunanlığını və s. hökmən nəzərə almalıdır.

Situasiyanın son və 3-cü mərhələsi müvafiq hiöotezin, fərziyyənin irəli sürülməsidir. Burada müəllimdən aktiv təfəkkür, təxəyyül tələb edən öz bilik və təcrübə ehtiyatından ən səmərəli yolları seçmək istənilir. Usta müəllim kolletivi də cəlb etməklə mövcud situasiyanı ətraflı təhlil edib, qərar çıxarmağa cəhd göstərir.

Pedaqoji vəzifənin bütün mərhələri başa çatdıqdan sonra işləniləcək metodlar sistemi seçilib ayrılır. Çox yaxşı haldır ki, usta müəllimlər üsul və vasitələri seçərkən özlərində baş vermiş arzuolunmaz situasiyaların yaranması səbəblərini axtarır, buna görə də hər bir qərarı düzgün olur və öz fəaliyyətinin ahəngdarlığına, özünütərbiyəyə doğru aparır.

PEDAQOJİ USTALIĞIN MƏZMUNU VƏ ONU FORMALŞDIRMAĞIN, REALLAŞDIRMAĞIN YOLLARI

Müəllim sənətinə öyrətmək olmaz,lakin ona qədər çətin də olsa öyrənmək mümkündür.Usta müəllimin yetişməsi yalnız təhsil sistemindən asılı olmayıb,həm də hər şeydən qabaq öyrənənlərin cəhdləridən Ona görə prdaqoji tədris müəssisələrində pedaqoji ustalığın əsaslarının öyrədilməsi sistemi hər bir tələbənin imkanlarının real səviyyəsinə müvafiq olaraq gələcək müəllimə professional inkişafın əsas mərhələlərini görməkdə və dərk etməkdə kömək edir.Hər şeydən əvvəl pedaqoji institut və ya texnikum tələbəni təlim prosesində yüksək professional səviyyə əldə etməyə istiqamətləndirməlidir.Bunu nəinki ictimai cəhətdəm vacib bir tələb, həm də hər bir müəllim üçün subyektivcəsinə əhəmiyyətli bir qayda kimi dərk etmək lazımdır. Pedaqoji usatalığın inkişafı müəllim hazırlığının mərkəzi məsələsidir.Ona görə də bu məsələdə diqqət mərkəzində psixoloji-pedaqoji fənlərin öyrədilməsi durur.“Pedaqoji ustalığın əsasları”,psixologiya, pedaqogika tarixi kimi fənlərin öyrənilməsi tələbələrə professional hazırlığın formalaşmasının məntiqi mənası haqda aydın təfəkkür verməlidir. .“Pedaqoji ustalığın əsasları”nın öyrədilməsi ilə tələbələrdə gələcək sənət, onun incəlikləri, özünüdərketmə haqda təsəvvür yaradılır, ideala-pedaqoji texnikanın yollarına, ünsiyyətdə pedaqoji mövqeyə yiyələnməkdə, təlim-tərbiyə prosesinin idarə olunması ustalığının əsaslarına yiyələnməkdə kömək edir. Bu fənn tələbələri 1-ci pedaqoji təcrübəyə hazırlayır, pedaqoji fəaliyyətin elə ilk mərhələlərində professional vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə imkan verən pedaqoji mövqelərini inkişaf etdirir. “Pedaqoji ustalığın əsasları” fənninin öyrənilməsi bu prinsiplərə əsaslandıqda daha müvəffəqiyyətlə aparılır:

1) Təlimə kompleks yanaşma prinsipi. Bu prinsipə görə bilik praktiki cəhətdən yaşanılmış təcrübə kimi mənimsənilir, nəticədə bilik bacarıqlara çevrilir.

2) Fəal kommunikasiyanın təşkili prinsipi. Bu prinsip tələbələri fə,iuuuuuuuuuuuuuuuuallaşdırmağa doğru yönəldilmiş tapşırıqlar,rollu oyunlar, yarışlar,fəaliyyətin fraqmentlərinin nümayiş etdirilməsi və müzakirələri, tələbələrin dərslərinin gedişatının təşkilinə cəlb edilmələri və s.məsələləri nəzərdə tutur.

3) Pedaqoji hərəkətlərin parçalanması,bölünməsi prinsipi.

Bu prinsip hər bir tələbənin psixofiziki və pedaqoji treninq prosesində ardıcıllıqla ayrı-ayrı fəndlərə yiyələnmələrini nəzərdə tutur. Çox vacibdir ki, hər bir tələbə bu və ya digər təlim ilində yiyələncəyi hər bir anlayışın, bacarığın həcmi haqda məlumat əldə etsin.

4) Aspekt yanaşma prinsipi. Bu prinsip pedaqoji üzrə məşğələlərdə onların
ixtisaslarını da nəzər almağı tələb edir.
5) Bilik və bacarıqların baza məktəblərindəki pedaoji təcrübədə keçirilən
təcrübi məşğələlərlə əlaqələndirilməsi prinsipi.

Aydındır ki, tələbələr müəllimlərin rəhbərliyi altında mərhələlərlə şagirdlərin fəaliyyətini təşkil etməyə qoşulurlar.Müşahidədən dərsin fraqmentlərində iştirak, tərbiyə prosesində iştiraka və oradan da təlim və tərbiyə işlərinin müstəqil işlənib hazırlanmasına və yerinə yetirilməsinə doğru yol gedirlər.Professional ustalığın yaranması bütün tədris müəssisəsinin bütün həyatının maksimum pedaqojiləşdirilməsi ilə daha da müvəffəqiyyətlə aparılır.Tələbələrin dərnəklərdə,klublarda,studiyalardakı fəaliyyətləri bu cəhətdən daha faydalıdır.Kütləvi pedaqoji bayramların,Müəllim gününün,pedaqoji məsələlərn teatrlaşdırılmış həllinin,pedaqoji qiraətlərin keçirilməsi,qabaqcıl və yenilikçi müəllimlərin dərslərində, tədbirlərində iştirak etmək,pedaqoji ustalıq müsabiqəsi təşkil etmək və s. də gənclərin pedaqoji ixtisaslara meyllənməsində son dərəcə mühüm rol oynayır.

Yalnız bütün müəllimlər kollektivinin,tələbələrin qarşılıqlı təsiri, keçirdikləri birgə tədbirlər nəticəsində gələcək müəllimin pedaqoji ustalığın zirvələrinə doğru əhəmiyyətli irəliləyişini əldə etmək mümkün olur. Çünki, təlim ikitərəfli bir prosesdir və o qarşılıqlı tərəfdən də tam fəallıq tələb edir.

MÜƏLLİMİN ÖZÜNÜTƏRBİYƏSİ PEŞƏ USTALIĞINI FORMALAŞDIRMAĞIN ƏSAS YOLU KİMİ

Bildiyimiz kimi, tərbiyə kor-koranə deyil, idarəolunan gözlənilən nəticələri mövcuddur. Çünki, onun məqsədi, motivləri, funksiiyaları və gözlənilən nəticələri mövcuddur.Şübhəsiz, bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq olaraq təşkil etmək elə onun idarə edilməsi deməkdir. Tərbiyə həm daxili, həm də xarici idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə edənlərdən asılıdır. Daxili idarəetmə isə hər bir fərdin özündən asılıdır və özünütərbiyə prosesində həyata keçir, özünüidarə rolunu oynayır. Özünütərbiyə insanın şüurlu olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin və onun özünüdərketməsinin müəyyən inkişaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək qabiliyyətinin, eləcə də daim özünütəkmilləşdirmək göstərişinin olması tələb edilir. Şəxsiyyətin özünütəkmilləşdirməsi onun cəmiyyətdəki həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır. İctimai həyata, eləcə də onu əhatə edən mühitin tələbatlarını, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünü şüurlu, planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. İnsanların özünütərbiyə ilə məşğul olmaları çox qədim tarixə malikdir. Hələ ibtidai icma dövründə adamlar özlərində ovçuluğa, atıcılığa, vuruşmağa aid müəyyən bacarıqlar yaratmaq üçün özünütərbiyədən istifadə edirdilər.İctimai məna daşıyan özünütərbiyə tərbiyə prosesindən doğur və ona qüvvətli əks təsir göstərir. Çünki, özünün həyata olan münasibətini başa düşdükdə onun əsil mənada özünütərbiyəsi başlayır. Özünütərbiyə işini düzgün təşkil etmək və istiqamətləndirmək üçün müəllim şagirdlərin fərdi xüsusiyyətlərini diqqətlə öyrənməli, onların “psixoloji tərcümeyi-halına” dərindən bələd olmalıdır. Bu işdə uşağın marağı, meyli, həvəsi, adətləri nəzərə alınmalıdır. Uşaqlara böyük şəxsiyyətlərin özünütərbiyə ilə nə cür məşğul olmaları haqda çoxlu misallar gətirmək lazımdır. Məsələn, böyük rus yazıçısı L.N.Tolstoy öz yaddaşını tərbiyə etmək üçün hər gün məşğul olmuş, pedaqoq K.D.Uşinski isə bu iş üçün xüsusi proqram tərtib etmişdir. L.Tolstoy günah iş görəndə özünə tənqidi məktub yazardı. Böyük sərkərdə A.Luvorov düzgün iş tutmayanda özünü həbs edirdi.

Müəllim özünütərbiyə ilə ciddi məşğul olmalı, öz geyiminə, hərəkətlərinə, səliqə-sahmanına, danışığına daim fikir verməli, şagirdlərinə yaxşı nümunə göstərməyə çalışmalı, onu nüfuzdan sala biləcək hərəkətlərə heç zaman yol verməməlidir. Müəllim yadda saxlamalıdır ki, özünütərbiyə bu anlayışları əhatə edir və qanunauyğun bir hadisədir.

1) Özünü dərk etmək (özünümüşahidə, özünütəsdiq, özünütəhlil, özünütənqid, özünümühakimə, özünəqiymət, özünübəyənmə)

2) Özünü məcbur etmək (özünə qarşı tələbkarlıq, özünə amr vermək, özünəhesabat, özünütəlqin, özünü yoxlamaq)

Psixoloq-SevincZH

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim. Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır.

İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

1 мая 2010 г.

Müəllimin pedaqoji ustalığı

Müəllimin ustalığı tədris prosesini təşkil etmək bacarığındadır.Usta müəllim hətta ən əlverişsiz şəraitdə şagirdlərin lazımi tərbiyəlilik, inkişaf və bilik səviyyəsinə nail olur.
Əsl müəllim hər hansı bir suala qeyri standart cavab tapa bilir,şagirdə xüsusi yanaşmağı bacarır.
Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşqul olan insandır. Yalnız o, pedaqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun başında fikrin meydana gəlməsində, yaranmasında kömək göstərməlidir.

Müəllimlərlə iş-Dərsin psixoloji təhlili

“Müəllimlərlə iş” məktəb psixoloqunun əsas iş istiqamətlərindən biridir. Psixoloq məktəbdə sağlam psixoloji iqlimin yaradılması məqsədi ilə pedaqoji heyyətdə şəxsiyyətlərarası münüsibətlərin öyrənilməsi istiqamətində psixoprofilkatik tədbirlər həyata keçirir. Bununla yanaşı məktəb psixoloqu dərslərdə iştirak edərək dərsin psixoloji təhlilini aparır. Bu işi aşagıdakı istiqamətdə apara bilərlər.

Dərsin psixoloji təhlilinin təxmini sxemi

Dərsin psixoloji təhlili təlimin səmərəliliyinin təşkili nöq­təsində çox əhəmiyyətlidir. Dərsin psixoloji təhlilində şagird­lərlə yanaşı müəllimlərin də xarakteristikasına xüsusi yer veril­məlidir. Burada müəllimin pedaqoji ustalığı, pedaqoji təfək­kürü, dərsə hazırlığı, nitqi, şagirdlərə yanaşma tərzi, pedaqoji ün­siyyət və mərifəti və s. nəzərə alınmalıdır.

1. Dərsin mövzusu, həmin mövzuda aparılan dərslərin ümumi sis­temində onun yeri.

2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.

3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Sinif otağının dərsə hazırlığı.

4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmun və yox­lanması metodikası.

Frontal və fərdi sorğu üçün verilmiş sualların, praktik tapşırıqların, müstəqil işin, ayrı-ayrı şagirdlərə verilən fərdi tap­şırıqların məzmunu. Şagirdlərin cavablarının keyfiyyəti, ca­vab­lardakı qüsurlara müəllimin münasibəti, sinfin fəallığı. Şagird­lərin biliklərinin yoxlanmasının yekunlaşdırılması, qiymətləndirilməsi.

5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası. Mövzu və müəl­limin təlim materialını şifahi şərhinin məzmunu.Müəllimin ver­diyi biliklərin həcmi və sistemi, şərhi metodları. Şərh olunan ma­terialın elmi və ideya istiqaməti, həyata əlaqəsi, tərbiyəedici xarak­teri. Şərhin sistemi və ardıcıllığı, obrazlılığı, şagirdlər üçün ay­dınlığı, əvvəl keçilənlərlə əlaqəsi.

6. Öyrədilən materialın möhkəmləndirilməsinin məzmunu və metodikası.

7. Evə verilən tapşırığın məzmunu və metodikası. Ev tapşırı­ğı­nın həc­mi və növü. Onun yerinə yetirməklə əlaqədar təlimat. Ayrı-­ayrı şagird­lərə əlavə tapşırıq.

8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteristikası.

Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün müəl­l­imin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə diq­qə­tin təşkili priyomları: müəllimin zahiri görkəmi, mimika və pantomi­mikası; diqqətin ritmi və tempi, əyani vasitələrin parlaq­lığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi, obrazl­ılığı,şərhin ardıcıllığı və məntiqliliyi.

Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın ya­radılıması priyomları. Şagirdlərin müşahidə aparmalarının təş­kili.

Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaşdırılması pri­yom­­­ları. Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə alın­ması və onların inkişafının təmin olunması.

Təfəkkür. Şagirdlərin problem situasiya ilə qarşılaşdırılması. Yeni anlayışların formalaşdırılması yolları.

Dərsdə şagirdlərin əqli keyfiyyətlərin (təfəkkürün müstə­qilliyi, tənqidiliyi, əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəl­li­min həmin keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.

9.Dərsdə şagirdlərin şəxsiyyətinin ayrı-ayrı cəhətlərinin təzahü­rünün xarakteristikası.

Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin ver­diyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə şagird­lərdə yeni davranış motivi yaradıb yaratmaması. Təlim prose­sində əqli, iradi və s. xassələrin necə formalaşması.

Şagirdlərin davranışında qüsurların olub olmaması. On­ların səbəbi.

10. Müəllimin xarakteristikası. Materialı bilməsi, metodiki ust­alığı, pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin xüsusiyyətləri. Nitqi.

Ümumi nəticə. Müəllim dərsdə şagirdlərin psixi fəaliy­yətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.

Blank nümunəsi

Dərsin dinlənilməsi və psixoloji təhlili

Sinif ______________ Tarix _____________

Dərsi dinlənən müəllim_____________________________________________

Dərsin məqsədi _____________________________________________________________

Dərsdən qeydlər

Biliklərin yoxlanılması metodikası (fərdi, frontal) _________________________

Şagirdlərin hazırlıq səviyyəsi _________________________________________

Cavabların qiymətləndirilməsi ________________________________________

Yeni biliklərin tədrisetmə metodikaları __________________________________________

Evə verilən tapşırıqların həcmi __________________________________________________

Dərsdə şagirdlərin idrak fəaliyyətinin xarakteristikası

Hafizə ______________________________________________ ______________

Təfəkkür ____________________________________________ __________________

Dərs prosesində şagirdlərin xarakterinin xüsusiyyətlərinin təzahürü

Digər qeydlər və müəllimə verilən tövsiyyələr.__________________________

Fənn müəllimin imzası ______________________

Məktəb psixoloqunun imzası _________________

Comments are closed, but trackbacks and pingbacks are open.