Press "Enter" to skip to content

Müəllimin pedaqoji ustalığının əsasları

Dərs vəsaitinin yazılmasında Respublika Təh­sil Nazirliyi tərəfindən təhsilin ma­gistra­tu­ra pilləsi üçün təsdiq edilən “Pedaqoji usta­lı­ğın əsasları” proqramının müddəaları əsas götürülmüşdür.

həmişə hörmət və ehtiramla xatırlanan əsl

xalq müəllimlərinə ithaf edirəm.
ÖN SÖZ
Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
HEYDƏR ƏLİYEV
Müəllim gələcək cəmiyyətin memarı və qurucusudur. Gələ­cək cəmiyyət məhz onun əli ilə qurulur. Bu ağır, lakin şərəfli və­zi­­­fənin öhdəsindən bacarıqla-ustalıqla gələ bilməsində mü­əl­li­min dərin və geniş biliyə malik olması və onu ustalıqla tədris edə bilməsi, öz fənnini uşaqlara sevdirə bilməsi, müasir tex­no­lo­giyaları tədrisə gətirməsi olduqca mühüm yer tutur.

Yaxşı – uşaqlar və valideynlər tərəfindən sevilən müəl­lim­lər həmişə hər yerdə öz bilikləri və peda­­qo­­ji məh­­­arətləri ilə fərq­­lənmişlər. Təhsil naziri prof.M.Mər­­­­danov bu mü­­­na­sibətlə ya­­zır: “Təhsilin mərkəzində dayanan başlıca sima yalnız müəl­lim ola­raq qalır. Bizim əldə etmək istədiyimiz bütün nəticə­lərin, apardığımız islahatların, ilk növbədə keyfiyyətli təhsilin taleyi məhz müəllimlə bağlıdır”. 1

Müəllim işi ağır, adı isə şərəfli addır. Bu adı doğrulda bil­­mək isə ikiqat ağır, çətin və zəhmətlidir. Müəllim daim öz üzə­rin­­­­də işləməklə, öz biliyini, dünyagörüşünü, tədris edə bilmə ba­carığını artırmaqla əsl müəllim ola bilər. Müəllim universitet və ya insti­tut­larda aldığı biliklə kifayətlənməməli, daim öz üzə­rin­­­də çalışmalıdır. Bunlarsız daim yeniləşən müasir cəmiy­yətlə, müasir məktəblə və artan tələblərlə ayaqlaşmaq olmaz.

Müasir təlim texnologiyalarından istifadə, təhsilin huma­nist­ləşdirilməsi, yeni təhsil paradiqmalarının yaranması, şəxsiy­yətyönümlü təhsilin inkişaf etdiril­məsi, dünya təhsil standart­ları­na keçid, təhsildə qloballaşma siyasəti, təhsil kurikulumla­rı­nın yaran­ması və s. kimi yeniliklər bunları reallaş­dırmağa qabil olan yeni pedaqoji təfəkkürə malik olan usta müəllimlər tələb edir. Bunlar pedaqoji fəaliyyət prosesində formalaşsa da, onun əsası pedaqoji təhsil müəssisələrində qoyu­lur. Başlıca mə­sə­lə, mü­əllimlik peşəsini özünə həyat yolu seçən bugünkü tələ­bənin, həm­çinin əlinə jurnal götürüb sinfə daxil olan müəlli­min öz sə­nə­­tinə, peşəsinə sevgi, məhəbbət göstərməsi, bu peşəni tək­mil­ləş­dirmək uğrunda daim öyrənməsi və pedaqoji prosesə yara­dı­cı, çevik yanaşmağı bacar­masıdır.

Müəllim peşəsi, müəllimlik sənəti ona yaradı­cılıqla yanaş­ma­ğı tələb edir. Onun mahiyyət və məzmununun yalnız uşaq­lara bilik öyrədilməsi ilə məhdudlaşdığını zənn edənlər böyük səh­­və yol vermiş olurlar. Müəllimlər şagirdlərə elmlərin əsasla­rı­­­­nı mənimsətməklə yanaşı, onlara həyat dərsi verir, çətinlikləri dəf etməyi, necə olmağı öyrədir, onları böyük həyata hazırlayır. Bü­tün bunları isə təkcə dərs deməklə işini məhdudlaşdıran “dərs deyənlər” deyil, böyük və həqiqi müəllim adını daşıyan, bu adı şərəflə, ləyaqətlə doğruldan, ömrünü bu işə sərf edib, şam kimi əridənlər yerinə yetirə bilirlər.

Dərs vəsaitində məhz usta müəllim olmağın, əsl pedaqoq ki­­mi pedaqoji ustalığa necə yiyələnməyin yollarından, metod və va­sitələrindən bəhs edilir. Vəsaitdə müəlli­min pedaqoji ustalığı­nın bir sıra xarakterik məsələlərinə diqqət yetirilməklə yanaşı, bu gün tələbə və magistr adını daşıyan, gələcəkdə müəllim kimi fə­aliyyət göstərəcək gənc­lərin bu peşənin sirlərinə yiyələnməyi­nin pedaqoji, psixoloji və texnoloji tərəfləri­nə aydınlıq gətirilir.

Müəllimin pedaqoji ustalığı yeni problem deyildir. Zaman-zaman bu problemə müraciət edilmiş və bir-birindən maraqlı, müəl­limlərə pedaqoji ustalığın yolları haqqında müfəssəl biliklər verən, onlara yol göstərən maraqlı və sanballı təd­qi­qatlar apa­rılmış, pedaqoji, psixoloji və metodik əsərlər yazıl­mışdır. Rus pedaqoqlarından F.N.Qonobolin, N.D.Ni­­­­­­­kan­­­drov, V.A.Kan-Kalik, V.A.Slastenin, İ.A.Zyazyun, Azər­bay­­­can alim-lərindən N.M.Kazımov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Y.R.Talıbov, Ə.A.Ağayev, R.H.Məm­­­­­məd­­zadə, V.C.Xəlilov, İ.V.Musa­­yev, H.Ə.Əli­yev, Ə.Ç.Sarı­yev və b. bu sahədə xüsusi tədqiqatlar aparmışlar. Bu gün də öz aktuallığını saxlayan və müəllimlər üçün dəyərli mənbələr olan bu tədqiqatlarda pedaqoji ustalığın bir çox aktual problemləri araşdırılmış və dəyərli fikirlər irəli sürülmüşdür. Lakin pedaqoji peşə yaradıcı peşə olduğundan, pedaqoji proses daim yeni­ləş­mə­də və inkişafda olduğundan bu problemə yanaşma yenə də var və olacaqdır. Bu baxımdan təqdim olunan dərs vəsaiti gələ­cək müəllimlərə və pedaqoji fəaliyyətə yeni başlayan gənc mü­əl­­limlərə pedaqoji ustalığın bir sıra nəzəri və praktik məsə­lə­ləri haq­qında biliklər verilməsini nəzərdə tutur. Vəsaitdə nəzə­ri materiallarla yanaşı, İ.A.Zyazyunun redaktorluğu ilə mü­əlliflər kol­lektivi tərəfindən yazılmış “Основы педаго­ги­чес­кого мас­тер­ства” (Moskva, 1989) adlı dərs vəsaitindəki prak­tik iş­lə­rin metodikasına əsaslanmaqla hazırlanmış xeyli praktik məş­ğələ nü­munələri də verilmişdir ki, bunlar da bilavasitə praktik peda­qo­gika baxımından əhəmiyyətlidir.

Dərs vəsaitinin yazılmasında Respublika Təh­sil Nazirliyi tərəfindən təhsilin ma­gistra­tu­ra pilləsi üçün təsdiq edilən “Pedaqoji usta­lı­ğın əsasları” proqramının müddəaları əsas götürülmüşdür.

İnanırıq ki, vəsait pedaqoji peşə sahəsində təhsil alan və peda­qo­ji sahədə çalışan hər bir kəs üçün faydalı olacaqdır.

antifenu

Bildiyimiz kimi,pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin – məqsədi gənc nəsli tərbiyə etməkdən, onu cəmiyyət həyatına hazırlamaqdan ibarət olan fəaliyyətidir.Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir.Qarşıda duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqləndirirlər (öyrətmə,tərbiyə,təşkilatçılıq,təşviqatçılıq, özünütəhsil və s.).Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir. Pedaqoji vəzifələrin həll edildiyini şərait pedaqoji şərait adlanır.Bu cür şərait 2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb hazırlana bilər. (məs.problemli dərs) 2) gözlənilmədən,şagirdin davranışı ilə əlaqədar də yarana bilər.Bu zaman müəllim müəyyənlik şəraitində hərəkət etməli olur.

Pedaqoji fəaliyyət böyük ictimai, sosial əhəmiyyət daşıdığı kim, onunla sıx bağlı olan pedaqoji ustalıq da bu işə, vahid təlim-tərbiyə məqsədinə xidmət etdiyi üçün böyük sosial əhəmiyyət daşıyır.Odur ki, ona yiyələnmək,ondan istifadə etmək işinə diqqətlə,dərin məsuliyyətlə yanaşmaq lazımdır. Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, şəxsiyyət strukturunda pedaqoji ustalıq öz-özünü təşkil edən sistemdir.Bu sistemin yaranmasında müəllimin daxili insansevərliyi,humanizmi,onun cəmiyyətə, müstəqil dövlətimizə bağlılığı mühüm rol oynayır.Müəllim öz ölkəsinin bugünki və gələcək perspektivlərini dərk edərək öz pedaqoji fəaliyyətini qurur.Bunları nəzərə alaraq pedaqoji ustalığın 4 əsas elementdən ibarət olduğunu qeyd edirlər:

  1. Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi. Bunu Təhsil Qanunumuz

da tələb edir. L.V.Tolstoy bu barədə çox gözəl demişdir: “İşimə və şagirdlərinə məhəbbəti birləşdirməyi bacaran şəxs, əsil müəllimdir”.Müəllimin humanist istiqamətliliyi onun idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Hər bir müəllim şəxsiyyətinin pedaqoji istiqamətliliyi rəngarəngdir. Onu təşkil edən dəyər istiqamətləri bunlardır:

1)Özünə qarşı – özünütəsdiq. Bu ona görə vacibdir ki, uşaqlar məndə bilikli, tələbkar, əsil bir müəllimi görsünlər.

2) pedaqoji təsir vasitələrinə, 3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə – humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə dəyişdirilməsi. Müəllim üçün istiqamət növlərindən əsas məqsədə,humanist fəlaiyyətə yönəldilmiş aparıcı istiqamət vacibdir. Müəllimin professional ustalığı onun gələcək qarşısında öz məsuliyyətini duymaq şərtilə, şüurlu məqsədyönlülük və uşaqlara böyük məhəbbətin əlaqələndirlməsi ilə formalaşır.Humanist istiqamətlilik ən yüksək bir vəzifə kimi usta müəllimin gündəlik fəaliyyətində həmişə onun konkret vəzifələrini müəyyən edir. Uşaqları dərindən sevın usta müəllim həmişə, hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli,çətin situasiyalardan çıxmaqla, düzgün yol seçməklə onlara yaxından kömək etməli,hər vaxt Vətənin, millətin gələcəyini düşünməlidir.

2. Müəllimin professional bilikləri.Bu pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni, onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin şəxsi münasibətində xarakterizə olunur. (Məs. “Düşünürəm ki”, “Mənə belə gəlir ki”, “Məncə” və s.).Müəllimin ustalığı biliyin insaniləşdirilməsində, canlandırılmasında, onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya, həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər, qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında əsasında qurur. Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız elmi biliklərin köməyi ilə mümkündür.

3. Müəllimin pedaqoji qabiliyyətləri. Bu pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir, inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.

4. Pedaqoji texnika. Bu pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərirlər.

Müəllimin peşəkarlıq səviyyəsi və ona nəzarət prinsipləri

Bu gün təhsil ocaqlarında müəllimlərin peşəkarlıq səviyyəsinin dinamikasına yaradıcı nəzarətə böyük diqqət ayrılır. Bu, həmin təhsil ocağının inkişafına, təhsilin və tədrisin effektliyinə təsir göstərən ən başlıca amillərdəndir. Cünki, effektli pedaqoji proses tədrisin uğurlu təşkilini şərtləndirən başlıca vasitələrdəndir. İstənilən təhsil ocağında tədrisin, təlim-tərbiyənin səviyyəsilə bu işə ümumi nəzarətin səviyyəsini də öyrənmək mümkündür. İstənilən halda zəif nəzarət ümumi iş prinsiplərinin həyata keçirilməsində öz mənfi sözünü deyəcək, təbii ki, həmin təhsil ocağının uğurlarının azalmasına, təhsilin, tədrisin səviyyəsinin aşağı enməsinə də səbəb olacaqdır.

Bəs bu uğurların qazanılmasında əsas şərtlər və amillər hansılardır?

Suallarımıza Gəncə Dövlət Regional Kollecin tədris işləri üzrə direktor müavini Elşad Abbasov cavab verir. Biz kollecin effektli işinə obyektiv qiymət verməklə, bu effektliyi təyin edən şərait və amilləri səmimiyyətlə nəzərə çarpdırmağa çalışacağıq.

R.Z.- Elşad müəllim, bu gün tədrisin səviyyəsi günün tələblərinə cavab verə bilməyən təhsil ocaqları mövcuddur. Onların arasında bəzi regionlarda fəaliyyət göstərən ali orta təhsil müəssisələri də olub. Sizcə, bu geriliyin səbəbləri hansı amillərlə bağlıdır?

E.A.- Bir çox hallarda buna səbəb həmin təhsil ocağında idarəetmədə zəif nəzarət, tədrisin təşkilində buraxılan boşluqlar, innovasiyanın mənimsənilməsinə marağın az olması, innovativ fəaliyyətin həyata keçirilməsinə nəzarətin təşkil edilməməsidir. Bir mənfi amil təhsildə digər qüsurlara yol açır. Bu sahə həm də tədris işləri üzrə direktor müavinlərinin də birbaşa funksional vəzifə səlahiyyətlərinə aiddir. Bu qüsurları aşkar etməklə hər bir təhsil ocağında ümumi mənzərəni təsvir etmək mümkündür. Keyfiyyətli pedaqoji prosesin təşkili ilə yuxarıda sadalanan mənfi amillər öz-özünə aradan qaldırılmış olur. Təhsildə bir keyfiyyətli iş digər keyfiyyətli proseslərə yol aşır və bu, daimiliyi ilə demokratik xarakter alır. Bu isə həmin təhsil ocağının ümumi inkişafı üzrə məsələlərdə mütləq öz müsbət təsirini göstərir.

Pedaqoji kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi Azərbaycan Respublikasının təhsil sisteminin inkişafının prioritet istiqamətləri sırasında yer tutan ən əsas məsələlərdəndir. Tədris prosesinin məqsədlərinin reallaşdırılması üzrə işlərin həyata keçirilməsində bu fəaliyyətin planlaşdırılması və bu sahədə tədris-təşkilati proseslərin təşkili həmişə ön plana çəkilir. Bu, təhsil sistemində idarəetmənin effektli təşkilində həmişə önə çəkilən məsələlərdən olaraq qalır və qalacaqdır. Gəncə Dövlət Regional Kollecin bu sahə üzrə işinin düzgün təşkilində biz bu məsələləri daim diqqət mərkəzində saxlayır, müəllimləri lazımi materiallar və sənədlərlə təmin edir, pedaqoji işçilərə innovativ proqram və texnologiyaların mənimsənilməsində və təcrübədə tətbiqinə köməkliklər göstəririk. Təhsil prosesinin təkmilləşdirilməsi üzrə təklifləri nəzərə alır və bunun işdə tətbiqinə şərait yaradırıq. Kollecimizdə təhsil prosesi üzrə keçirilən monitorinqlər işimizin müsbət və zəif tərəflərini aşkara çıxarmağa kömək edir. Biz təhsildə, tədrisdə olan boşluqların aradan qaldırılması üzrə bütün təşkilati işləri həyata keçirir və bu işi daim diqqət mərkəzində saxlamaqla, ümumi müsbət nəticələrin əldə edilməsinə nail olmağa can atırıq.

R.Z.- Kollecdə pedaqoji işçilərə metodiki köməklik hansı səviyyədə təşkil olunub? Müəllimlərin biliklərinin daha da təkmilləşdirilməsi üzrə hansı yeni addımlar atılır?

E.A.- Rəhbərlik bu işdə nəinki tədris prosesinin qurulmasına, tədris planı və proqramların hazırlanmasına nəzarəti həyata keçirir, həmçinin bunun günün tələbləri səviyyəsində qurulmasını və bu prosesin təşkilində yeni yanaşmanı da təşkil edir, dərs otaqlarının texniki və əyani vasitələr, yeni müasir tədris vasitələri ilə təhcizi işini aparır, yeni innovativ tədris texnologiyalarından təcrübədə istifadə, öyrənilməsi, yayılması və işdə tətbiqinə xüsusi diqqət yetirir.

Tədrisin inkişafı üzrə Dövlət Proqramlarında müəllimlərin öz peşəkarlıq səviyyəsinin yüksəldilməsi isə həmişə önə çəkilən məsələ olaraq qalır. Hər bir müəllim də öz növbəsində savadının artırılması qayğısına qalmalıdır. Kollecin effektli işi tək pedaqoji heyətin əmək şəraitinin yaxşılaşdırılması ilə bitmir. Onların öz işinə məsuliyyətlə yanaşması da tələb olunur. Onlar tədris prosesinin konseptual əsaslarını bilməli, daim bilik səviyyəsinin təkmilləşdirilməsi qayğısına qalmalı, dərsləri elmi əsaslar üzrə qurmalıdırlar. Biz isə onlara istənilən formada metodiki köməkliyi göstərir, pedaqoji peşəkarlıq səviyyəsinin artırılması qayğısına qalır, bu yolda bütün lazımi tədbirlərin həyata keçirilməsinə şərait yaradırıq.

Kollec rəhbərliyi perspektiv inkişaf planlarının, illik tədris-təlim işinin kompleks planının işlənib həyata keçirilməsi üzrə işləri təşkil edir, eyni zamanda, işçilərə hər növ tədris-metodiki sənədlərin forma və məzmununun əldə edilməsi, işlənilməsi, yaxud yenidən işlənilib hazırlanması üçün bütün vacib işləri görür. Biz müəllimlərin pedaqoji ustalığının səviyyəsinin yüksəldilməsi, biliklərinin artırılması və daha da təkmilləşdirilməsi qayğısına qalır və bu yolda həqiqətən də əməli addımlar atırıq. Müəllimlərin hazırlığının səviyəsinin inkişafı üzrə silsilə tədbirləri həyata keçirir, onları təcrübə mübadiləsinə, elmi-metodiki işlərə cəlb edirik.

R.Z.- Kollecdə müəllimlərin yaradıcılıq qabiliyyətinin artırılması, inkişaf etdirilməsi üzrə hansı addımlar atılır? Kütləvi İnformasiya Vasitələrində elmi məqalələri ilə çıxış edən, elmi kitablarını nəşrə hazırlayan müəllimləriniz çoxluq təşkil edirmi?

E.A.- Bütün təhsil ocaqlarında olduğu kimi, bizim kollecdə də yaradıcı müəllimlər vardır. Əlbəttə ki, biz müəllimlərimizin atdığı bu addımı həmişə alqışlayırıq, digər müəllimlərə nümunə göstəririk. Müəllimlərimiz KİV-də çoxlu sayda məqalələr ilə çıxış edirlər. Bu, onların yaradıcı təşəbbüsüdür və biz həmişə bu işi alqışlamışıq. Çünki, müəllim yaradıcılığı onun işinin metodik səviyyəsini daha da yüksəldən amildir. Qabaqcıl təcrübənin mətbuat səhifələrində, nəşr orqanlarında, məcmuələrdə, kitablarda işıqlandırılması isə öz işinə yaradıcı yanaşan təhsil işçilərinə aparıcı və qabaqcıl pedaqoqların təcrübəsindən yararlanmağa kömək edir. Dövlətimiz bu işə xüsusi önəm verir. Təhsil ocaqlarının rəhbərliyi isə bu sahədə tək göstərişlər verməklə kifayətlənmir, bu işin təşkili üçün müəyyən addımlar da atır. Bu, müəllimlərdə öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, öz sahəsi üzrə əldə etdiyi təcrübəni bölüşmək, digərlərindən bu təcrübəni əxz etmək, mənimsəmək, öz işində tətbiq etmək həvəsini artırır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Comments are closed, but trackbacks and pingbacks are open.