Press "Enter" to skip to content

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

“Diaqnostik qiymətləndirmə müəllimlərin biliklərinin ilkin səviyyədə qiymətləndirilməsidir. Yunancadan tərcümədə “dia- şəffaf” , “qnozis” “qiymətləndirmə” deməkdir. Diaqnostik Qiymətləndirmədə verilən suallar isə dərslikləri əhatə edir. Əgər müəllim olmaq istəyənlər orta məktəb dərsliklərindəki mövzuları yaxşı bilirlərsə, bu sualları cavablandırmaq onlar üçün çətin olmayacaq. İmtahana hazırlaşanlar DİM test vəsaitlərini işləməklə bərabər, həm də peşəkar müəllimlərin tərtib etdiyi test toplularından istifadə etməkləri tövsiyə olunur. Ən mühüm məqam isə imtahana düzgün istiqamətdə tam proqramı əhatə edəcək səviyyədə hazırlaşmaqdır.

Müəllimlərin işə qebulu imtahanında düşən məntiqi suallar

“Bu günədək 60 000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40 000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları iyulun 5-dən etibarən həyata keçirilir. Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatlıq doğuran məsələləri nəzərə alaraq, ARTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, təhlillər zamanı suallarda səhvlər aşkar olunmayıb, yalnız sualların müxtəlif günlər (cəmi 3 seans) və cəmi 2 fənn üzrə çətinlik fərqi olduğu müəyyən edilib:

“Elmi-statistik təhlillər göstərib ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqlənir”.

R.Əzizov deyib ki, sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur:

“Bəzi fənlər üzrə, məsələn, riyaziyyat fənni üzrə də namizədlər sualların çətinlik dərəcəsi haqqında fikir bildiriblər. Nəzərinizə çatdıraq ki, ARTİ tərəfindən bütün fənlər üzrə təhlillər aparılıb və bildiririk ki, digər fənlər üzrə müxtəlif tarixlərdə keçirilən imtahan suallarının çətinlik dərəcəsində fərq ortaya çıxmayıb. Bununla da digər fənlər üzrə imtahan verən namizədlər üçün bərabər rəqabət mühiti yaradılıb. Bərabər və sağlam rəqabət mühitinin yaradılması bizim əsas prinsiplərimizdən biridir. Bütün qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, imtahanlar ləğv olunmur, yalnız 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi imtahanlarında iştirak etmiş namizədlərə əlavə imtahan imkanı yaradılır. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “Müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər”.

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi-ekspert Günel Əliyeva bildirib. O, Diaqnostik Qiymətləndirmə və Müəllimlərin İşə Qəbulu imtahanına düşən sual tipləri, imtahan proqramı, hansı vəsaitlərdən, necə hazırlaşmaq lazım olduğu haqqında danışıb:

“Müəllim eləcə də müəllim olmaq istəyənləri ən çox maraqlandıran sual imtahana hansı vəsait, proqramla, necə hazırlaşmaq mövzusudur. İmtahanda iştirak edənlərin yüksək nəticə göstərməsi üçün əvvəlcə iştirakçıların məqsədləri aydın olmalıdır. Məqsədə çatmaq üçün məzmun və metodun vəhdətini, uzlaşmasını təmin etmək lazımdır. Məzmun nədirsə, seçdiyin üsul da mütləq məzmunla uyğunlaşmalıdır. Yəni, ilk olaraq dərk edilməlidir ki, istər Diaqnostik qiymətləndirmə, istərsə də Müəllimlərin İşə Qəbulu imtahanında, müəllim olmaq istəyənlərin biliklərinin üzə çıxarılmasına əsaslanır. Daha sonra isə buna müvafiq olaraq hazırlıq proqramlaşdırılmalıdır”.

Təlimçi-ekspert Diaqnostik Qiymətləndirmənin hansı məqsədlə həyata keçirilməsindən də danışıb:

“Diaqnostik qiymətləndirmə müəllimlərin biliklərinin ilkin səviyyədə qiymətləndirilməsidir. Yunancadan tərcümədə “dia- şəffaf” , “qnozis” “qiymətləndirmə” deməkdir. Diaqnostik Qiymətləndirmədə verilən suallar isə dərslikləri əhatə edir. Əgər müəllim olmaq istəyənlər orta məktəb dərsliklərindəki mövzuları yaxşı bilirlərsə, bu sualları cavablandırmaq onlar üçün çətin olmayacaq. İmtahana hazırlaşanlar DİM test vəsaitlərini işləməklə bərabər, həm də peşəkar müəllimlərin tərtib etdiyi test toplularından istifadə etməkləri tövsiyə olunur. Ən mühüm məqam isə imtahana düzgün istiqamətdə tam proqramı əhatə edəcək səviyyədə hazırlaşmaqdır.

İbtidai sinif müəllimlərinin imtahanda qarşılaşa biləcəkləri sualların da məzmunu getdikcə dərinləşir ki, bu da onlardan məhdud deyil, daha geniş səviyyədə hazırlaşmağı tələb edir. Nümunə olaraq qeyd edim ki, Azərbaycan dili suallarınının hamısının düzgün cavablandırılması üçün 5- 9-cu sinif ilə bərabər, 10- 11- ci sinfə aid qaydaların öyrənilməsi də tövsiyə olunur.

Testlərdə qarşınıza dil, yazı, nitq mədəniyyəti, ədəbi dilin normaları- fonetik, leksik, qrammatik normaları ilə bağlı suallar çıxa bilər ki, bu sual tipləri 10- 11- ci sinif dərsliklərinə aiddir. Nəzərə almaq lazımdır ki, yalnız Azərbaycan dilininin bütün proqramını öyrəndikdə bütün siniflərə aid test modellərini rahatlıqla cavablandıra bilərsiniz .

Diaqnostik Qiymətləndirmədə istifadə olunan test tapşırıqlarını çətinlik dərəcəsinə görə müqayisə etsək, Müəllimlərin İşə Qəbulu imtahanı suallarından asan olduğunu qeyd edə bilərik”.

Günel Əliyeva bildirib ki, MİQ imtahanına salınan testlərin çətinlik dərəcəsinin artması bu istiqamətdə aparılan islahatlar, təkmilləşdirmə ilə bağlıdır:

“MİQ-in ilk dəfə tətbiq olunduğu vaxtlarda Kurikulum üzrə düşən sualların bu gün imtahana düşəcəyi ehtimalı sıfıra bərabərdir. Məsələn: O vaxtlar imtahanda istifadə olunan suallardam bir neçəsinə baxaq: “Diaqnostik Qiymətləndirmə nədir?”, “Formativ Qiymətləndirmə hansı məqsədlə həyata keçırilir?”, “KSQ vasitələri kim tərəfindən hazırlanır?” və s… Bir neçə nümunədən də göründüyü kimi Kurikulum suallarının sadə, asan olması o zaman ölkəmizdə yeni tətbiqi və hazırlıq materialları, vəsaitlərinin az olması ilə əlaqədar idi. Bu gün isə yeni təhsil proqramı- Kurikulum ilə bağlı ayrı- ayrı müəllif və təlimçilər tərəfindən hazırlanan vəsait, test topluları həmin çətinlikləri aradan qaldırmağa, imtahana düzgün istiqamətdə hazırlaşmağa kömək edir.

Müəllim olmaq istəyənlərin çoxluğu rəqabəti daha da artırır. Buna görə də tam proqramı əhatə edəcək səviyyədə dərslik və hazırlıq vəsaitlərini dərindən öyrənməklə bərabər, onlayn test modellərinin işlənilməsi məqsədəuyğundur”.

“Metodika və məntiq sualları çətinlik dərəcəsinə görə bütün ixtisaslar üzrə demək olar ki, eynidir”.

Təlimçi-ekspertin sözlərinə görə, son illər Kurikulum ilə bərabər Pedaqogika üzrə suallar da üstünlük təşkil edir:

“Pedaqogika suallarını cavablandırarkən onların psixologiya ilə əlaqəsinin aşkar edilməsinə diqqət yetirmək vacibdir. Müəllimlərin ən çox ünvanladığı suallardan biri isə Kurikulum( Pedaqogika), Məntiq suallarının ayrı- ayrı ixtisaslar üçün çətinlik dərəcəsinə görə fərqinin olub- olmaması ilə bağlıdır. Metodika və məntiq sualları çətinlik dərəcəsinə görə bütün ixtisaslar üzrə , demək olar ki, eynidir. İmtahanda yüksək nəticə göstərmək üçün məntiqi, düşündürücü, çətin, situsiya, açıq tipli sual, testlərlə biliyinizi möhkəmləndirməyiniz lazımdır. Qeyd etdiyim kimi Kurikulum ilə yanaşı, Pedaqoji və psixoloji biliyiniz vəhdət təşkil edərsə Metodika suallarını dərhal cavablandıra biləcəksiniz. Nümunə üçün son illər imtahana düşən bir neçə sual tipinə diqqət edək: “Ünsiyyət bacarıqlarını seçin”, “Diferensial təlim nədir?”, “Psixomotor taksonomiyanın mərhələlərinin ardıcıllıqla verildiyi variant hansıdır?”, “Təlim və tərbiyənin oxşar prinsiplərini müəyyən edin” və s.

Kurikulum üzrə istifadə olunan suallar arasında Taksonomiya, Fasilitasiya qaydaları, Fəal təlimin mexanizmləri, Kurikulumun prinsipləri, Fənn Kurikulumlarının strukturu, Təlimin təşkili prinsipləri, Qiymətləndirmə ilə bağlı suallar çox düşür. Qiymətləndirməyə aid olanlar arasında isə Məktəbdaxili xüsusən də formativ qiymətləndirməyə aid suallar üstünlük təşkil edir.

Günel Əliyeva bildirib ki, imtahana hazırlaşanlar ixtisas suallarını düzgün cavablandırmaq üçün yeni kurikulum dərsliklərini dərindən öyrənməlidirlər:

“İmtahanda Ədəbiyyat fənnindən 10-11- ci siniflər üzrə müqayisəli, ortaq suallar olsa da, 5- 8- ci sinif sualları daha asan olur. Lakin unutmayın ki, o sualları cavablandırmağınız üçün 5- 8- ci sinif üzrə imtahana düşəcək bütün hekayələri, şeirləri bilməyiniz, mövzularını dərk etməyiniz lazımdır.

Azərbaycan və Xarici dil suallarının oxsar tərəfi isə əsasən söz ehtiyatının yoxlanılmasıdır. Əgər söz ehtiyatınız çoxdursa, qrammatik qaydaları da cavablandıra bilərsiniz. Söz ehtiyatınız azdırsa, qrammatika, dil qaydaları da köməyinizə çatmaya bilər. Söz ehtiyatınızı zənginləşdirməyə çalışın. Digər bir oxşarlıq isə hər iki fənn və mətn üzrə iş ilə bağlıdır. Mətnlərin həcmi böyük olsa da, mətnə aid suallar bir o qədər də çətin olmur.

Müəllimlər üçün nəzərdə tutulan imtahanlar müəllimlərdən nəinki akademik qabiliyyət, həm də pedaqoji və psixoloji biliklər, kompetensiya( səriştə), tədqiqatçılıq tələb edir”.

Müəllimlərin İşə qəbulu

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir. İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyat keçərək, şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etməlidirlər. Namizədlər qeyd olunan saytdan qeydiyyatdan keçərkən səhifədə görünən iş nömrəsini yadda saxlamağa xüsusi olaraq diqqət yetirməlidirlər. Çünki daha sonra şəxsi kabinətə daxil olan zaman həmin iş nömrəsi tələb olunacaqdır.

MİQ İmtahanı Necə və Harada Təşkil Olunur?

Müəllimlərin işə qəbulu prosesində təşkil olunan test imtahanlarında hər bir namizədə 90 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin avqust ayında həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq isə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, karantin rejiminin müvafiq tələblərinə uyğun olaraq, 17 şəhər və rayon üzrə 32 mərkəzdə təşkil edilmişdir. Hər bir imtahan mərkəzində iştirak edəcək bütün namizədlər COVİD-19 testindən keçəcəkdir. Həmçinin, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar toplanan nəticələr 1 tədris ili müddətində nəzərə alınacaq və qüvvədə qalacaqdır.

Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yeri seçmək imkanına malikdirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq online formada həyata keçirilir.

MİQ imtahanında kimlər iştirak edə bilər?

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaqdır.

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVİD-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. Koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda özümüzün və digər vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd olunması tövsiyə edilir.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

MİQ imtahanında yeni qaydalar

Bildiyiniz kimi bu il MİQ imtahanının keçirilməsilə bağlı müəyyən qaydalar dəyişildi.

Müsabiqənin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırıldı.

Test imtahanı mərhələsində 100 ballıq qıiymətləndirmə tətbiq ediləcək.Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla ixtisas üzrə 40 sualın hər biri 2 balla tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək.

4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

Vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvünə veriləcək.

Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi 1.05-5il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1.1 artım əmsalı ilə hesablanacaq.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.Müsabiqənin əsas turundan sonar keçirilən turlarda tutulmayan və yeni yaranan vacant yerlərə yalnız müddəti əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

Digər imtahan iştirakçıları ilə yanaşı hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Müəllimlərin İşə qəbulu EDU Company

Niyə EDU Company?

Bütün ixtisaslar üzrə həm əyani həm onlayn tədris üçün müraciət edə bilərsiniz. Tədris keyfiyyətimizdən o qədər əminik ki ilk dərslərimiz nümunə məqsədilə tamamilə ödənişsizdir. Dərslərdə iştirak edirsiniz müəllimlə və onun tədris metodikasıilə tanış olursunuz sona qərar verirsiniz. Həm ixtisas həm kurikulum həstədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Kursumuzda hər ay sınaq imtahanları keçirilir və bu imtahan tamamilə ödənişsiz olur ki, bütün müdavimlər bundan yararlana bilsinlər.Eyni zamanda qeyd edək ki, imtahanın keçirilməsilə bağlı baş verən dəyişikliklər yeni olsa da artıq keçirdiyimiz sınaq imtahanlarında bu yenilikləri tətbiq edirik ki, müdavimlər bu dəyişikliklərə alışsın.

İmtahana artıq az müddət qalıb. Başlamaq üçün bu gün gec deyil.

Bu həssas və önəmli müddətdə ən güvəndiyiniz bələdçiniz EDU Company.

MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

Comments are closed, but trackbacks and pingbacks are open.