Press "Enter" to skip to content

Multikulturalizme girish

10 MULTİKULTURALİZMƏ GİRİŞ

Ramiz Mehdiyev istefasının səbəbini AÇIQLADI – YENİLƏNİB

Bu gün, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.

18:49

AMEA-nın prezidenti Ramiz Mehdiyev istefa verməsinin səbəbini açıqlayıb.

Ramiz Mehdiyev “Unikal”-a açıqlamasında istefa xəbərini təsdiqləyib və bildirib ki, yaşla əlaqədar bu addımı atıb: “Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam”.

17:58

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Lent.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb.

Multikulturalizme girish

Dərslik müəllifləri:
AMEA-nın həqiqi üzvü, professor Kamal Abdulla, fəlsəfə elmləri doktoru,
professor Etibar Nəcəfov, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev,
fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov, sosiologiya üzrə fəlsəfə doktoru
Asəf Qənbərov, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, filologiya üzrə fəlsəfə
doktoru Billurə Aslanova, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, siyasi
elmlər üzrə fəlsəfə doktoru İrina Kunina, filologiya üzrə fəlsəfə doktoru Könül
Aslanova, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, siyasi elmlər üzrə
fəlsəfə doktoru Moisey Bekker, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov, Anar
Əlizadə, Ceyhun Əliyev, Elnarə Kərimova, Əliheydər Zülfüqarov, Əli Həziyev,
Gündüz İsmayılov, Mahir Qəniyev, Nahid Məmmədov, Nicat Məmmədli, Rəvan
Həsənov, Rəfi Qurbanov, Rəhim Rəhimov, Sadiq Mirzəyev, Tərlan Orucova.

Rəyçilər:
Akademik İsa Həbibəyli
Professor Musa Qasımlı (AMEA-nın müxbir üzvü)

Nəşrə məsul: Anar Əlizadə
Nəşriyyat redaktoru: Əliheydər Zülfüqarov
Dizayner: Raman Dadaşov

MULTİKULTURALİZMƏ GİRİŞ: Ali Məktəblər üçün dərslik. – Bakı: Şərq Qərb, 2019.

ÖN SÖZ (Akademik Ramiz Mehdiyev). 9

I FƏSİL
“Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti. 16

Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları. 16

1.1. Multikulturalizm sosial hadisə, siyasət modeli və
həyat tərzi kimi (Etibar Nəcəfov). 16
1.2. “Multikulturalizmə giriş” fənninin obyekti, predmeti və
məqsədi. Onun digər ictimai elmlərlə münasibəti (Kamal Abdulla). 21
1.3. “Multikulturalizmə giriş” fənninin metodları (Etibar Nəcəfov). 24
1.4. ”Multikulturalizmə giriş” fənninin əhəmiyyəti (Kamal Abdulla). 36
1.5. Multikulturalizmə liberalizm yanaşması və onun
nümayəndələri (Rəhim Rəhimov). 38
1.6. Multikulturalizmə kommunitarizm yanaşması və onun
nümayəndələri (Rəşad İlyasov). 46

Fəslə aid suallar. 50
Ədəbiyyat. 53

II BÖLMƏ
DİNİ MÜXTƏLİFLİK

II FƏSİL
Dinin mahiyyəti və onun təzahür formaları (Asəf Qənbərov). 56

2.1.Dinin mahiyyəti və onun meydana gəlməsinə dair nəzəriyyələr. 56
2.2.Din fərdi dünyagörüşün və ictimai şüurun forması kimi. 60

Fəslə aid suallar. 63
Ədəbiyyat. 64

III. FƏSİL
Dünyadinləri. 65

3.1. Buddizm (Əliheydər Zülfüqarov). 65
3.1.1.Tarixi. 66
3.1.2. Dini təlimin əsasları. 71
3.1.3. Buddizmdə dini cərəyanlar. 75

3.2.Xristianlıq (Anar Əlizadə). 79
3.2.1. Tarixi . 79
3.2.2. Dini təlimin əsasları. 82
3.2.3. Dini mətnlər . 83
3.2.4. Dini ayin və mərasimlər . 84
3.2.5. Əsas xristian konfessiyaları. 87
3.2.6. Azərbaycanda Xristianlıq . 93

3.3.İslam. 102
3.3.1.Tarixi (Aqil Şirinov). 102
3.3.2.Dini təlimin əsasları. 108
3.3.3.Dini mətnlər. 109
3.3.4. Dini ayin və mərasimlər. 111
3.3.5.Məzhəblər. 114
3.3.6. Azərbaycanda İslam (Nahid Məmmədov). 122

Fəslə aid suallar. 135
Ədəbiyyat. 137

IV FƏSİL
Milli dinlər. 140

4.1.Yaxın Şərq . 140
4.1.1. Zərdüştilik (Sadiq Mirzəyev). 140
4.1.1.1. Tarixi. 140
4.1.1.2. Dini təlimin əsasları. 412
4.1.1.3. Dini mətnlər. 144
4.1.1.4. Dini ayin və mərasimlər. 145

4.1.1.5. Azərbaycanda Zərdüştilik . 148

4.1.2.Yəhudilik . 151
4.1.2.1.Tarixi (Elnarə Kərimova). 151
4.1.2.2. Dini təlimin əsasları . 156
4.1.2.3. Dini mətnlər . 157
4.1.2.4. Dini ayin və mərasimlər. 160
4.1.2.5. Azərbaycanda Yəhudilik (Əli Həzi). 161

4.2. Uzaq Şərq (Güney Həsənova). 165
4.2.1.Konfutsiçilik. 165
4.2.2.Daosizm. 169
4.2.3.Sintoizm. 172

4.3. Cənubi Asiya (Mehman İsmayılov). 176

4.3.1. Hinduizm. 176
4.3.2. Caynizm. 181
4.3.3. Siqhizm. 186

4.4.Qədim türk inancları (Ceyhun Əliyev). 190

Fəslə aid suallar . 192
Ədəbiyyat. 194

V FƏSİL
Müasir dövrdə din. 196

5.1. Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
(Mehman İsmayılov). 196
5.2. Yeni dini hərəkatlar (Mahir Qəniyev). 202
5.3. Dini radikalizm və onunla mübarizə yolları
(Gündüz İsmayılov). 213
5.4. Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri
(Ceyhun Məmmədov, Gündüz İsmayılov). 218

Fəslə aid suallar. 224
Ədəbiyyat. 226

III BÖLMƏ
ETNİK MÜXTƏLİFLİK

VI FƏSİL
Etnik müxtəliflik və milli ideya (Əlikram Abdullayev, Əyyub Kərimov). 229

6.1. Etnik birliklər və onların təkamülü. 229
6.2. Etnik kimlik və milli müəyyənlik problemi . 237
6.3. Etnik dəyərlər və milli mentalitet . 242
6.4. Milli şüurun və milli ideyanın formalaşmasında
etnik dəyərlərin rolu. 249

Fəslə aid suallar. 257
Ədəbiyyat. 258

IV BÖLMƏ
MULTİKULTURALİZM

VII FƏSİL
Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli
siyasət modeli kimi (Etibar Nəcəfov). 262

7.1. Etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə münasibətdə
mümkün siyasət modelləri: assimilyasiya, izolyasiya,
aparteid və multikulturalizm. 262
7.2. Müasir dövrdə ictimai inkişafda mədəniyyətin
aparıcı rolu və multikulturalizm. 266
7.3. Tolerantlıq, multikulturalizm və interkulturalizm. 268

Fəslə aid suallar. 274
Ədəbiyyat. 275

VIII FƏSİL
Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və
mədəni inkişafına təsiri . 276

8.1.Multikulturalizm daxili və xarici siyasətin tərkib
hissəsi kimi (Etibar Nəcəfov). 276

8.2. Multikultural təhlükəsizlik (Kamal Abdulla). 282
8.3. Davamlı və inklüziv inkişafın əldə olunmasında
multikulturalizm siyasətinin rolu (Etibar Nəcəfov). 285
8.4. Multikulturalizm və gender (Könül Aslanova). 288
8.5. Multikulturalizm və media (Billurə Aslanova). 296

Fəslə aid suallar. 304
Ədəbiyyat. 306

IX FƏSİL
Etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi.
Miqrant inteqrasiya siyasəti indeksi (MİPEX). 310

9.1. Azlıqda olan yerli xalqlar üzrə multikulturalizm
siyasəti indeksi (Etibar Nəcəfov). 311
9.2. Alloxton azlıqlar üzrə multikulturalizm
siyasəti indeksi (Etibar Nəcəfov). 315
9.3. İmmiqrant azlıqlar üzrə multikulturalizm
siyasəti indeksi (Etibar Nəcəfov). 318
9.4. Miqrant inteqrasiya siyasəti
indeksi (MİPEX) (Tərlan Orucova). 325

Fəslə aid suallar. 335
Ədəbiyyat. 336

X FƏSİL
Müasir dövrdə Qərb ölkələrində etnik–mədəni müxtəliflik və
onun tənzimlənməsi. 339

10.1.Müasir dövrdə Qərb ölkələrində multikulturalizmin vəziyyəti
(Nicat Məmmədli) . 339
10.2.Qərb ölkələrində etnik–mədəni müxtəlifliyə
immiqrasiya prosesinin təsiri (Rəfi Qurbanov). 344
10.3. Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və
ayrıseçkiliyin geniş yayılmış formaları. 347

10.3.1.İslamofobiya (Etibar Nəcəfov). 347

10.3.2. Antisemitizm (Moisey Bekker). 355
10.4. Qərb ölkələrində etnik–mədəni müxtəlifliyin
tənzimlənməsi təcrübəsi. 362

10.4.1. Multikulturalizmin Kanada modeli (Rəfi Qurbanov). 362
10.4.2. Multikulturalizmin Avstraliya modeli (Rəfi Qurbanov). 366
10.4.3.ABŞ-da multikulturalizm (Rəfi Qurbanov). 369
10.4.4. Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi (Asəf Qənbərov). 374
10.4.5. Fransada etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi (Asəf Qənbərov). 376
10.4.6.Almaniyada etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi (Rəfi Qurbanov) . 378
10.4.7. Hollandiyada etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi (Rəfi Qurbanov). 381
10.4.8.İspaniyada etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi (Cavid Ələkbərov). 386
10.4.9.İtaliyada etnik-mədəni müxtəlifliyin
tənzimlənməsi (İrina Kunina). 389
10.5. Müasir dövrdə multikulturalizm və tolerantlığa dair
beynəlxalq sənədlər (Rəvan Həsənov) . 394

Fəslə aid suallar. 399
Ədəbiyyat. 404

XI FƏSİL
Müasir dövrdə Azərbaycanda multikulturalizm . 411

11.1.Azərbaycanda multikulturalizm siyasəti modelinin
formalaşmasını şərtləndirən obyektiv və subyektiv
səbəblər(EtibarNəcəfov). 411
11.2. Azərbaycan multikulturalizminin əsas
xüsusiyyətləri (Kamal Abdulla, Etibar Nəcəfov). 415
11.3. Multikulturalizm siyasətinin həyata keçirilməsində
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla
əməkdaşlığı (Rəvan Həsənov). 423

Fəslə aid suallar. 428
Ədəbiyyat. 429

“Multikulturalizmə giriş” fənni yeni interdissiplinar bir fənn olaraq
fəlsəfə, tarix, sosiologiya, kulturologiya, hüquq və politologiya kimi ictimai
elmlərin nəzəri müddəalarına əsaslanır. Qeyd etmək lazımdır ki, bu müddəalar
“Multikulturalizmə giriş” fənnində təhlil olunan mövzuların, ümumiyyətlə,
onun predmetinin dərk olunmasına kömək edir. “Multikulturalizmə giriş”
fənninin predmetinə gəlincə isə, bu fənn cəmiyyətdəki etnik, irqi, dini və mədəni
müxtəlifliklərin, o cümlədən bu müxtəlifliklərin əsasını təşkil edən etnik,
dini və mədəni dəyərlərin qorunması yollarını öyrədir. Məlum olduğu kimi,
cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunması multikulturalizm siyasəti
vasitəsilə həyata keçirilir.

2019-2020-ci tədris ilindən başlayaraq, “Multikulturalizmə giriş”
ölkənin ali məktəblərinin bakalavriat səviyyəsi üzrə bütün ixtisasların
təhsil proqramlarının humanitar fənlər blokuna məcburi fənn kimi daxil
edilmişdir. Bu fənnin ali məktəblərdə tədris olunması zəruriliyi, ilk növbədə,
müasir qloballaşma şəraitində çoxmədəniyyətli cəmiyyətlərdə mövcud olan
etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin
əhəmiyyətindən və alternativsizliyindən irəli gəlir. Məlumdur ki, hazırda
dünyanın bir sıra dövlətlərində assimilyasiya, izolyasiya və aparteid kimi
siyasi idarəçilik modelləri mövcuddur. Lakin tarixi-siyasi təcrübə və müasir
etnik-dini proseslər göstərir ki, bu modellər coxmədəniyyətli və coxmillətli
cəmiyyətlərdə milli-mənəvi harmoniya və həmrəyliyə gətirib çıxarmır, əksinə,
dinlərarası və mədəniyyətlərarası ziddiyyətləri daha da dərinləşdirir. Belə ki,
multikulturalizm assimilyasiya, izolyasiya və aparteid siyasətindən fərqli
olaraq, cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil
edən etnik-mədəni dəyərlərin müdafiəsini, eyni zamanda, titul etnosla milli
azlıqlar arasında qarşılıqlı mədəni-mənəvi zənginləşmə və harmoniya üçün
lazımi şəraiti və ictimai-siyasi sabitliyi təmin edir. Bu isə, öz növbəsində
dinlərarası və mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafına, milli
azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyasına səbəb olmaqla, müasir dövrdə
çoxmədəniyyətli cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biridir.

10 MULTİKULTURALİZMƏ GİRİŞ

Hazırda dünyanın müxtəlif yerlərində etnik, dini və ya irqi zəmində baş verən bir
çox toqquşmalar, münaqişə və müharibələr multikulturalizmin siyasi zərurətini
bütün ciddiyyəti ilə qarşıya qoyur.

Multikulturalizmin daha bir mühüm əhəmiyyəti ondan ibarətdir
ki, müasir mərhələdə bu siyasət modeli öz mahiyyətinə görə demokratik
cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, milli azlıqların etnik-
mədəni dəyərləri beynəlxalq hüquqda təsbit edilmiş əsas insan haqları və
azadlıqları sisteminin tərkib hissəsidir. Milli azlıqların müdafiəsi məsələsi
BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESKO və digər beynəlxalq
təşkilatların qəbul etdikləri sənədlərdə əks olunmuşdur. BMT-nin Baş
Assambleyası tərəfindən 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırım
cinayətinin qarşısının alınmasına və cəzalandırılmasına dair Konvensiya”nı,
21 dekabr 1965-ci ildə qəbul olunmuş “İrqi ayrıseçkiliyin bütün formalarının
ləğv edilməsi haqqında Konvensiya”nı, 16 dekabr 1966-cı ildə qəbul olunmuş
“Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt”ı, 18 dekabr 1992-ci ildə
qəbul olunmuş “Milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin
hüquqları haqqında Bəyannamə”ni, Avropa Şurası tərəfindən 1 fevral
1995-ci ildə qəbul olunmuş “Milli azlıqların müdafiəsi haqqında Çərçivə
Konvensiyası”nı, ATƏT tərəfindən 29 iyun 1990-cı ildə qəbul olunmuş
“Kopenhagen Sənədi”ni, UNESKO tərəfindən 2 noyabr 2001-ci ildə qəbul
olunmuş “Mədəni müxtəlifliyə dair universal Bəyannamə”ni və s. sənədləri
buna misal göstərmək olar. Avropa Şurasının “Milli azlıqların müdafiəsi
haqqında Çərçivə Konvensiyası”nın 1-ci maddəsində qeyd olunur: “Milli
azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi
insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və
buna görə də, beynəlxalq əməkdaşlığın bir sahəsi hesab olunur”. Və yaxud
UNESKO-nun “Mədəni müxtəlifliyə dair universal Bəyannamə”sinin 4-cü
maddəsində deyilir: “Mədəni müxtəlifliyin qorunması insan ləyaqətinə
hörmətlə sıx bağlı olan etik imperativdir. O, insan hüquqlarını və fundamental
azadlıqları, xüsusilə milli azlıqlara mənsub olan şəxslərin və yerli xalqların
hüquqlarının müdafiə olunmasını nəzərdə tutur.”

“Multikulturalizmə giriş” dərsliyi filosofların, dinşünasların, ilahiyyatçıların,
politoloqların, tarixçilərin, ədəbiyyaşünasların və hüquqşünasların birgə səyi
nəticəsində ərsəyə gəlmişdir və dörd bölmədən ibarətdir.

Dərsliyin birinci bölməsi məzmununa görə onun giriş hissəsini təşkil edir.
Bu hissədə, ilk növbədə, “Multikulturalizmə giriş” fənninin obyekti, predmeti
və məqsədi, metodları, onun digər ictimai elmlərlə münasibəti və əhəmiyyəti
müəyyən edilir. Bu hissədə multikulturalizmin mahiyyəti, multikulturalizm sosial
hadisə, siyasət modeli və həyat tərzi kimi, multikulturalizmin formalaşmasının
əsas səbəbləri, multikulturalizmin assimilyasiya və izolyasiya siyasət modelləri ilə
müqayisəli təhlili, multikulturalizmin zəif və güclü formaları, multikulturalizmə
liberalizm və kommunitarizm yanaşmaları kimi bir sıra mühüm nəzəri məsələlər
də təqdim olunur.

“Dini müxtəliflik” adlanan ikinci bölmə dinlər tarixinə həsr olunmuşdur.
Burada dinin mahiyyətinə və onun meydana gəlməsinə dair elm dünyasında irəli
sürülən nəzəriyyələr barədə məlumat verilir, ibtidai inanc formaları nəzərdən
keçirilir, Buddizm, Xristianlıq və İslam kimi dünya dinlərindən, Yaxın Şərqdə
meydana gəlmiş Zərdüştilik və İudaizm, Uzaq Şərqdə yaranmış Konfutsiçilik,
Daosizm, Şintoizm, Cənubi Asiyada yayılmış Hinduizm, Caynizm, Siqhizm
kimi milli dinlərdən, eləcə də qədim türk inanclarından ətraflı bəhs olunur.

Məlumdur ki, Sovet hakimiyyəti illərində Sovet İttifaqının bütün ali
məktəblərində elmi ateizm fənni tədris olunur, hətta bəzi ali məktəblərdə eyniadlı
kafedralar da fəaliyyət göstərirdi. Elmi ateizm fənni çərçivəsində müxtəlif
dinlər haqqında müəyyən məlumat verilsə də, din kommunist ideologiyası
mövqeyindən neqativ bir fenomen kimi təqdim edilirdi. Karl Marksın məşhur
“Din – xalq üçün tiryəkdir” kəlamının doğruluğu “elmi” əsaslarla sübuta
yetirilməyə çalışılırdı.

Sovet İttifaqı dağıldıqdan sonra ali məktəblərin elmi ateizm kafedraları
bağlanmış və tələbələrə müxtəlif dinlər haqqında obyektiv bilik çatdırmaq imkanı
yaranmışdır. Lakin bu sahədə Azərbaycan dilində dərs vəsaitinin olmaması
səbəbindən ictimai fənlər çərçivəsində dinlər haqqında məlumat vermək istəyən
müəllimlər əsasən rus, türk və digər xarici dillərdə olan dərs vəsaitlərinə müraciət
etmək məcburiyyətində qalırlar. Ümid etmək olar ki, “Dini müxtəliflik” bölməsi
ölkəmizdə dinlər tarixi sahəsindəki boşluğu aradan qaldıracaqdır.

Bu bölmənin nəzəri əhəmiyyəti ilə yanaşı, praktiki önəmi də qeyd
edilməlidir. Belə ki, hazırda din və məzhəb zəminində münaqişələrin
artması, din pərdəsi altında çıxış edən müxtəlif ekstremist təmayüllü qrup
və təşkilatların fəaliyyət coğrafiyasının getdikcə genişlənməsi və daha çox

12 MULTİKULTURALİZMƏ GİRİŞ

ölkələri əhatə etməsi müasir dünyanın ən ağrılı problemlərindən biridir. Dini-
siyasi ekstremizm planetimizin müxtəlif regionlarında getdikcə geniş vüsət
alır və bunun nəticəsi kimi dini şüarlar altında törədilən terror aktlarının sayı
durmadan artır. Bu gün müxtəlif ekstremist qruplar dünyəvi və demokratik
dəyərlərə qarşı çıxır, insanlar arasında qorxu və xof yaratmaqla, eləcə də
zorakılıq və silahlı terror təxribatları törətməklə öz ifrat dini ideyalarını
bərqərar etməyə çalışırlar.

Müşahidələr göstərir ki, ifrat dini ideyaların təsiri altına daha çox
dini cəhətdən savadsız şəxslər düşür. Onlar nəinki başqa inanclar, hətta
təəssübkeşliyini çəkdikləri öz etiqadları barədə elementar biliklərə malik
deyillər. Bunu ABŞ Hərbi Akademiyasının elmi əməkdaşlarının apardıqları
elmi təhlillər də təsdiqləyir. Akademiyanın tədqiqatçıları özünü İslam dövləti
kimi təqdim edən İŞİD terror təşkilatına məxsus olan anket bazasını nəzərdən
keçirərək 2013-2014-cü illərdə bu qeyri-qanuni silahlı birləşmənin tərkibində
vuruşmaq üçün müraciət etmiş 4188 şəxsin ərizə-anketini təhlil etmişlər.
Məlum olmuşdur ki, həmin şəxslərin on nəfərindən yeddisi öz ərizə-anketində
İslam dini haqqında səthi biliklərə malik olduğunu göstərmişlər. Bu isə bir
daha sübut edir ki, ifrat dini ideyalar din haqqında məlumatı olmayan kəslər
arasında uğur qazanır. Odur ki, dini fanatizm və radikalizmin təzahürləri ilə
mübarizənin ən səmərəli yollarından biri dini biliklərin artırılması və düzgün
dini maarifləndirmə işinin aparılmasıdır.

Dini maarifləndirmənin başlıca məqsədi fərdə onun mənsub olduğu dinlə
yanaşı, həm də müxtəlif dinlər haqqında obyektiv elmi meyarlara cavab verən
biliyin çatdırılmasıdır. Çünki fərqli dini inanclar sistemi haqqında məlumatlılıq
fərdin dünyagörüşünü artırmaqla, onda digər dinlərin mənsublarına tolerant
münasibət formalaşdırır. Bu isə, öz növbəsində, insanda ifrat ideologiyalara
qarşı immunitet yaradır. Dinşünaslığın banisi, XIX əsrin məşhur alman alimi
Maks Müllerin təbirincə desək, “yalnız öz dinini bilən kəs heç bir dini bilmir”.

Bu mənada hesab edirik ki, dərsliyin “Dini müxtəliflik” bölməsində dini
maarifləndirmə işinin aparılması, gənclərimizdə müxtəlif dini inanclar sistemi
barədə təsəvvürün yaradılması, onlarda başqa etiqad mənsublarına hörmətlə
yanaşmaq kimi yüksək insani keyfiyyətlərin formalaşdırılması baxımından
zəruri materiallar toplanmışdır.

Dərsliyin “Etnik müxtəliflik” adlanan üçüncü bölməsində öz elmi

ənənələrimizə, sovet və post-sovet elmi məkanında, habelə beynəlxalq miqyasda
əldə edilmiş nəzəri müddəalara əsaslanaraq, insanların tarixi birlik formaları,
etnik kimlik və milli müəyyənlik problemi, etnik dəyərlər və milli mentalitet,
milli şüurun və milli ideyanın formalaşmasında etnik dəyərlərin rolu, etnik
müxtəliflik və onun qorunması kimi nəzəri-metodoloji məsələlər tələbə və geniş
oxucu auditoriyasına təqdim edilir.

Dərsliyin “Multikulturalizm” adlanan sonuncu – dördüncü bölməsində
multikulturalizm siyasət modelinin mahiyyəti və əhəmiyyəti açıqlanır,
onun assimilyasiya, izolyasiya və aparteid siyasət modelləri, eyni zamanda,
interkulturalizmlə müqayisəli təhlili aparılır, multikulturalizmin ölkənin xarici
siyasətinə təsiri, multikultural təhlükəsizlik, davamlı və inklüziv inkişafın əldə
olunmasında multikulturalizm siyasətinin rolu, multikulturalizm və gender,
multikulturalizm və media kimi bir sıra mühüm ictimai-siyasi əhəmiyyət kəsb
edən aktual məsələlər nəzərdən keçirilir.

Qeyd olunan nəzəri məsələlərlə yanaşı, bu bölmədə əksini tapan
və praktiki əhəmiyyət kəsb məqamlardan biri cəmiyyətdəki etnik-mədəni
müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin
ölçülməsi məsələsidir. Multikulturalizm siyasətinin effektivlik səviyyəsi
konkret indikatorlar vasitəsilə müəyyən edilir. İndikatorlar bu və ya digər
çoxmədəniyyətli cəmiyyətin multikultural və tolerant olduğunu ümumi sözlərlə
deyil, konkret faktlar vasitəsilə göstərməyə imkan verir. Dərslikdə hər bir
çoxmədəniyyətli cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun (avtoxton və alloxton
xalqlar, immiqrantlar) nümayəndələri üçün ayrılıqda müvafiq indikatorlar
təqdim olunmuşdur. Bu indikatorlar hər bir azlıq qrupunun yaşadığı cəmiyyətə
inteqrasiya dərəcəsini, eyni zamanda, ölkədə multikulturalizm siyasətinin
səmərəlilik səviyyəsini göstərir.

Bu bölmənin mühüm əhəmiyyət kəsb edən “Müasir dövrdə Qərb
ölkələrində etnik–mədəni müxtəliflik və onun tənzimlənməsi” adlı fəslində
multikulturalizm siyasətinin meydana gəldiyi Qərb ölkələrinin bu sahədəki
təcrübəsi nəzərdən keçirilir. Burada müasir dövrdə Qərbi Avropa ölkələrində
geniş yayılan islamofobiya və antisemitizm kimi dözümsüzlük və ayrı-seçkilik
formalarından bəhs olunur. Təhlillər nəticəsində belə bir qənaətə gəlinir ki,
Qərbi Avropada multikulturalizmin iflasa uğramasının başlıca səbəbi bu
ölkələrdə islamofobiya və antisemitizmin yayılmasıdır. Bölmədə, həmçinin,

14 MULTİKULTURALİZMƏ GİRİŞ

Kanada, Avstraliya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya,
İspaniya və İtaliyada multikultural dəyərlərin qorunması və etnik-mədəni
müxtəlifliyin tənzimlənməsi təcrübəsi geniş təhqiqata cəlb edilərək qeyd olunan
Qərb ölkələrində ən səmərəli multikulturalizm siyasətinin Kanada, Avstraliya və
Hollandiyada həyata keçirildiyi göstərilir.

“Müasir dövrdə Azərbaycanda multikulturalizm” adlı fəsildə
multikulturalizmin Azərbaycan modeli hərtərəfli təhlil olunur. Əsası Ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan və müasir dövrdə ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin
əsas göstəricisi Azərbaycanda etnik və dini zəmində heç bir qarşıdurmanın
olmaması, ölkədə ictimai-siyasi sabitliyin və davamlı milli-mənəvi həmrəyliyin
hökm sürməsidir. Məhz belə bir uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki,
Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir.
Dərslikdə multikulturalizmin Azərbaycan modelinin formalaşmasının obyektiv
və subyektiv səbəbləri, xüsusiyyətləri nəzərdən keçirilir, multikulturalizm
siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının beynəlxalq
təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat verilir.

Dərslik tələbələr, magistrlər və doktorantlar, həmçinin multikulturalizmin
aktual məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə
tutulmuşdur.

Akademik Ramiz Mehdiyev

16 MULTİKULTURALİZMƏ GİRİŞ

“MULTİKULTURALİZMƏ GİRİŞ”
FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ.
MULTİKULTURALİZMƏ LİBERALİZM VƏ

1.1. Multikulturalizm sosial hadisə, siyasət modeli və həyat
tərzi kimi

Multikulturalizm sosial hadisə kimi

Multikulturalizm məfhumu iki mənada işlədilir: geniş və dar mənalarda.
Geniş mənada işlədilən multikulturalizm məfhumu onun etimologiyasını
əks etdirir. Məlum olduğu kimi, “multikulturalizm” məfhumu iki sözün
birləşməsindən əmələ gəlmişdir- “multi” və “kultura” (latın dilindən
tərcümədə çoxmədəniyyətlilik deməkdir). Buna görə də sözün geniş
mənasında multikulturalizm termini onun etimologiyasından irəli gələrək
çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilir. Çoxmədəniyyətlilik
dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, eləcə də bu
müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlər nəzərdə tutulur.

Düzdür, ilk baxışda etnik, irqi, dini və mədəni müxtəlifliklərlə yanaşı
çoxmədəniyyətlilik mənasında işlədilən multikulturalizm termininə kişi-
qadın bərabərliyi, cinsi azlıqların hüquqları kimi məsələlər də daxildir. Lakin
multikulturalizm məhfumu çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi ilk
növbədə etnik, irqi, dini və mədəni müxtəliflikləri və bu müxtəlifliklərin əsasını
təşkil edən etnik-mədəni dəyərləri ehtiva edir. Bununla əlaqədar Stenford
Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum
qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri, şikəstlər
və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu

“MULTİKULTURALİZMƏ GİRİŞ”
FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ 17

məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları (mühacirləri) (məs.,
ABŞ-dakı Latın Amerikalıları, Qərbi Avropada müsəlmanları), milli azlıqları
(məs. katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məs., Şimali
Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər.

Müasir dövrdə, xüsusilə də qloballaşma şəraitində, etnik, irqi, dini və/ və
ya mədəni müxtəlifliklərin mövcud olmadığı ölkəni tapmaq qeyri mümkündür.
Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliklərin ən azı birinə, bir
neçəsinə və ya hətta hamısına rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın
həyatında əhəmiyyətli rol oynayır. Belə ki, müxtəlifliklər xalqların etnik-mədəni
dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və
fəaliyyətlərinin əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Sözün
geniş mənasında işlədilən multikulturalizm məhfumunun əsasında biz müxtəlif
etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları
cəmiyyəti multikultural cəmiyyət adlandıra bilərik. Buna görə də sözün geniş
mənasında müasir dövrdə, demək olar ki, bütün dövlətlər multikulturaldır.

Çoxmədəniyyətlilik mənasında, yəni sözün geniş mənasında işlədilən
multikulturalizm məfhumu ilk növbədə özünü sosial hadisə kimi büruzə verir.
Multikulturalizmə sosial hadisə kimi yanaşma onun tədqiq olunmasında tətbiq
olunan mühüm metodlardan biri olan sosioloji metodun əsasını təşkil edir.

Multikulturalizmin sosial hadisə kimi təqdim edilməsi onun mühüm
cəhətlərindən birinin qeyd olunması deməkdir. Bu isə onun mahiyyətinin və
əhəmiyyətinin müəyyən edilməsinə kömək edir. Belə ki, multikulturalizmin
sosial hadisə kimi təqdim olunması onun cəmiyyətin məhsulu olaraq ictimai
inkişafının müəyyən mərhələsində, eləcə də cəmiyyətdə cərəyan edən bu
və ya digər hadisələrin təsiri altında meydana gəlməsini göstərir. Məsələn,
multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına müəyyən ərazidə uzun
illərdən bəri müxtəlif xalqların birgə yaşamaları, miqrasiya prosesləri, xalqlar
arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu kimi bir sıra digər
mühüm sosial hadisələr təsir göstərmişdir. Bundan başqa multikulturalizmin bir
sosial hadisə kimi təqdim edilməsi onun formalaşma və inkişaf mərhələlərində
digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata,
ictimai şüurun müxtəlif formalarına və s.) təsiri, onlarla qarşılıqlı münasibətdə
olması müəyyən edilir.

18 MULTİKULTURALİZMƏ GİRİŞ

Multikulturalizm siyasət modeli kimi

Yuxarıda qeyd etdiyimiz kimi, multikulturalizm termini iki mənada
işlədilir: geniş və dar mənalarda. Sözün geniş mənasında multikulturalizm termini
çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilirsə, sözün dar mənasında
bu termin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə
münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin
əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.

Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel) “Müqayisəli
Multikulturalizm” adlı məqaləsində multikulturalizm termininin ədəbiyyatda ən
azı 3 müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci mənada bu termin elə bir
sosial-tarixi situasiyanı xarakterizə edir ki, orada bir neçə müxtəlif etnik-mədəni
qrupun nümayəndələri birgə yaşayırlar. Onun fikrincə, bu mənada işlədilən
multikulturalizm termini deskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin
bu mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz
multikulturalizm termininin sözün geniş mənasında işlədilməsini xatırladır.

Dyumoçelə görə, multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki
etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret
siyasətlə bağlıdır. Multikulturalizm termininin ikinci mənası onun birinci
mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə
etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm
siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini
dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret
desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf
etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin
ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz
multikulturalizm sözünün dar mənası ilə eynidir.

Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası normativ
xarakter daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə
olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda
multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun,
Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində istifadə edilməsini göstərir. Bu
müəlliflər hesab edirlər ki, etnik-mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik

“MULTİKULTURALİZMƏ GİRİŞ”
FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ 19

qorunmalı və inkişaf etdirilməlidir. Bu, multikultural ədalətin normativ tələbidir.
Əslində Dyumoçelin təqdim etdiyi multikulturalizm termininin üçüncü

mənası bu terminin ikinci mənasının konkretləşdirilməsidir. Bu səbəbdən onu
multikulturalizm termininin ayrıca bir mənası kimi vermək düzgün deyil.

Beləliklə, siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu
sosial hadisənin mühüm cəhətini xarakterizə edir- onu dövlət ideologiyasınin
tərkib hissəsi, dövlət siyasətinin mühüm istiqaməti kimi təqdim edir. Daha konkret
desək, multikulturalizm siyasət modeli kimi cəmiyyətdəki etnik, irqi, dini və
mədəni müxtəlifliklərin qorunmasını nəzərdə tutur. Etnik, irqi, dini və mədəni
müxtəlifliklərin qorunması ictimai inkişafın mühüm mənbələrindən biridir.
Bununla bağlı 2 noyabr 2001-ci il tarixində UNESKO-nun “Mədəni müxtəliflik
haqqında ümumdünya Bəyannaməsi”nin “Mədəni müxtəliflik, bəşəriyyətin
ümumi irsi” adlı 1-ci maddəsində deyilir: “Mübadilənin, innovasiyanın və
yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin
zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik
bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı
və təsdiq olunmalıdır”. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına
yüksək önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi:
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların
hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Multikulturalizm həyat tərzi kimi

Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı
mərhələsi onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə bağlıdır.
Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Multikulturalizmin
cəmiyyətdə inkişafının sonrakı mərhələsi onun xalqların həyat tərzinə çevrilməsi
ilə bağlıdır. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun
inkişafının ən yüksək mərhələsidir. Düzdür, elə xalqlar var ki, multikulturalizmin
dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsindən asılı olmayaraq və bu
prosesdən çox əvvəl tarixən yüksək multikultural və tolerantlıq ənənələrinə
malik olmuşdular. Belə xalqlar ərazilərində yaşayan digər xalqları heç vaxt
ayrı-seçkiliyə, təqibə məruz qoymamışdılar, onlara qarşı heç vaxt dözümsüzlük
nümayiş etdirməmiş və onlarla sülh və əmin-amanlıq şəraitində yaşamışdır.

20 MULTİKULTURALİZMƏ GİRİŞ

Belə xalqlardan biri Azərbaycan xalqıdır. Azərbaycan xalqı tarixinin bütün
mərhələlərində onun ərazisində yaşayan bütün xalqların nümayəndələrinə
xoş münasibət bəsləmiş, onların etnik, dini və mədəni dəyərlərinə nəinki
dözümlük nümayiş etdirmiş, həmçinin hörmətlə yanaşmışdır. Tarixin müxtəlif
mərhələlərində Azərbaycan xalqı təqibə məruz qalan etnik, dini azlıqların
nümayəndələrinə sığınacaq vermişdir. Multikulturalizmin Azərbaycan xalqının
həyat tərzinə çevrilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış
mərasimində aşağıdakıları söyləmişdir: “Azərbaycanda multikulturalizm dövlət
siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən
yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm
ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi
sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun
hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir”.

Lakin tarixi təcrübə göstərir ki, bu və ya digər xalqın tarixi multikultural
və tolerantlıq ənənələrinin multikulturalizmin onun həyat tərzinə çevrilməsində
mühüm rol oynamasına baxmayaraq, dövlət tərəfindən məqsədyönlü
şəkildə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması
təmin olunmadıqda cəmiyyətin inkişafında etnik, dini və mədəni zəmində
qarşıdurmalar yaranır. Başqa sözlə desək, multikulturalizmin xalqın həyat tərzinə
çevrilməsində dövlət, onun apardığı multikulturalizm siyasəti əhəmiyyətli rol
oynayır. Deyilənləri sübut etmək üçün Qərb ölkələrində multikulturalizmin
meydana gəlməsində və bir dəyər kimi yayılmasında dövlətin bu sahədə
həyata keçirdiyi siyasəti göstərmək olar. Bundan başqa hazırki dövrdə,
xüsusilə də Qərb ölkələrində multikulturalizm siyasətinin ciddi çətinliklərlə
üzləşdiyi bir dövrdə, dövlət tərəfindən multikulturalizmə dəstək olmasa həmin
ölkələrdə islamofobiyanın, antisemitizmin, ksenofobiyanın və ayrıseçkiliyin,
dözümsüzlüyün digər formalarının yayılmasının qarşısını almaq mümkün olmaz.
Buna görə də multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə keçirdirilməsi
onun dövlət siyasəti səviyyəsinə qaldırılması şəraitində daha realdır.

Beləliklə, multikulturalizmin sosial hadisə, siyasət modeli və həyat
tərzi kimi təqdim olunması onun mahiyyətini acır. Bu isə öz növbəsində
“Multikulturalizmə giriş” fənninin predmetinin müəyyən edilməsində
əhəmiyyətlidir.

“MULTİKULTURALİZMƏ GİRİŞ”
FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ 21

1.2. “Multikulturalizmə giriş” fənninin obyekti, predmeti
və məqsədi. Onun digər ictimai elmlərlə münasibəti

Hər bir fənnin, elmin öyrənilməsi onun obyektinin, predmetinin və
məqsədinin müəyyən edilməsindən başlayır. Bu isə öz növbəsində elmin
məzmununun açıqlanmasına kömək edir. Elmin obyekti və predmeti bir-
birilə sıx bağlıdır. Lakin onları bir-birilə eyniləşdirmək düzgün deyil. Elmin
obyektini insanın idraki fəaliyyəti vasitəsilə dərk olunan reallıq təşkil edir.
Obyektin bilavasitə tədqiq olunan xüsusiyyətləri, əlamətləri, tərəfləri isə elmin
predmeti kimi çıxış edir. Elmin obyekti onun predmetinə münasibətdə daha
genişdir. Daha konkret desək, elmin predmeti onun obyektinin müəyyən bir
hissəsi kimi obyektin bu və ya digər elm sahəsi üçün müəyyən elmi-nəzəri
və praktiki əhəmiyyət kəsb edən xüsusiyyətlərini, əlamətlərini, tərəflərini əks
etdirir. Elmin predmeti subyektin, yəni tədqiqatçının obyektə münasibətini ifadə
edir. O, subyekt tərəfindən reallığın hansı xüsusiyyətlərinin və əlamətlərinin
öyrənildiyini göstərir.

Elmin obyekti və predmeti haqqında yuxarıda deyilənləri nəzərə alaraq
“Multikulturalizmə giriş” fənninin obyektini və predmetini müəyyən etmək olar.
“Multikulturalizmə giriş” fənninin obyektini çoxmədəniyyətlilik təşkil edir.
Əvvəlki yarımfəsildə qeyd olunmuşdur ki, çoxmədəniyyətlilik məfhumu sözün
geniş mənasında işlədilən multikulturalizm məfhumunun məzmununu əks edir
və o, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəliflikləri, eləcə də
bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərləri ehtiva edir.

“Multikulturalizmə giriş” fənninin predmetinə gəldikdə isə, cəmiyyətdəki
çoxmədəniyyətliliyin, yəni etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu
müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının
yollarını öyrədir.

Fənnin predmetinin tərifində onun məqsədi aydın şəkildə özünü büruzə
verir. Müasir multikultural cəmiyyətdə etnik, irqi, dini və mədəni müxtəlifliklərin,
həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin
qorunmasının yollarının müəyyən edilməsi “Multikulturalizmə giriş” fənninin
məqsədidir.

“Multikulturalizmə giriş” fənninin obyekti olan çoxmədəniyyətliliyi digər
fənlər də öyrənə bilər. Məsələn, çoxmədəniyyətlilik fəlsəfə, sosiologiya və

22 MULTİKULTURALİZMƏ GİRİŞ

mədəniyyətşünaslıq kimi elmlər üçün də tədqiqat obyekti qismində çıxış edə bilər.
Lakin bu sadalanan elmlərin hər biri çoxmədəniyyətliliyə öz predmetinə uyğun
şəkildə yanaşır. Fəlsəfə çoxmədəniyyətliliyin əsasən mahiyyətini, sosiologiya
onun cəmiyyətdə formalaşmasını, digər sosial hadisələrlə münasibətlərini,
mədəniyyətşünaslıq isə daha çox əhəmiyyətini ön plana çəkir.

“Multikulturalizmə giriş” fənni interdissiplinar bir fəndir. O, fəlsəfə,
tarix, sosiologiya, kulturologiya, hüquq, politologiya kimi ictimai elmlərin
müddəalarına əsaslanır. Bu müddəalar “Multikulturalizmə giriş” fənninin
predmetinin əsaslı şəkildə dərk olunmasına kömək edir.

Qeyd olunan ictimai elmlərin “Multikulturalizmə giriş” fənninə təsirini
nəzərdən keçirək.

Fəlsəfə “Multikulturalizmə giriş” fənninin nəzəri-metodoloji əsasını
təşkil edir. “Multikulturalizmə giriş” fənni fəlsəfənin bir neçə mühüm elmi-
nəzəri müddəalarına əsaslanır. Məsələn, müasir fəlsəfə elmində geniş yayılmış
mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyası və bu ideyaya
əsaslanan mədəni-sivilizasion yanaşma cəmiyyətdəki etnik, dini, irqi və mədəni
müxtəlifliklərintənzimlənməsindəmultikulturalizmindigərsiyasətmodellərindən
daha üstün və daha optimal siyasət modeli olmasını əsaslandırmağa kömək edir.
Bundan başqa multikulturalizm bir nəzəri-ideoloji cərəyan kimi yeni dövrdən
bəri dünya fəlsəfi fikrində olan bəzi nəzəriyyələrə əsaslanır. Müasir dövrdə
isə multikulturalizmin nəzəri əsaslarından olan liberalism və kommunitarizm
yanaşmaları öz mahiyyətinə görə fəlsəfi yanaşmadır.

“Multikulturalizmə giriş” fənninin bir çox nəzəri müddəaları müxtəlif
ölkələrdə baş verən hadisələrin ümumiləşdirilməsinın nəticəsində əldə edilmişdir.
Tarix elmi tərəfindən empirik material kimi təqdim olunan faktlar, xüsusilə də
müxtəlif ölkələrdə etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsi
təcrübəsi bu fənnin bir sıra mühüm müddəalarının əsaslandırılması üçün mühüm
rol oynayır.

Sosiologiya ilə “Multikulturalizmə giriş” fənninin münasibətinə gəldikdə
qeyd etmək lazımdır ki, sosiologiya elmi multikulturalizmə bir sosial hadisə
kimi yanaşaraq onun mahiyyətinin müəyyən edilməsi istiqamətində mühüm
rol oynayır. Bundan başqa sosiologiya multikulturalizmi bir sosial hadisə kimi
sosioloji metod vasitəsilə tədqiq edərək onun digər ictimai hadisələrdən, ilk
növbədə mövcud iqtisadi münasibətlərdən, dövlətin daxili və xarici siyasətindən,

Ramiz Mehdiyev: “Multikulturalizm Azərbaycan xalqının böyük sərvətidir”

Azərbaycan bütün sahələrdə tarixi dəyişikliklər mərhələsindədir. Gənc müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin, Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni fazasına qədəm qoyub.

Yeniləşməkdə olan cəmiyyətimiz öz dinamizmi ilə xoşbəxt gələcəyə – XXI əsr dünyasına istiqamətlənib. Həm Şərqə, həm də Qərbə aid dünyəvi, müasir dövlət olan Azərbaycan üçün etnosların, dillərin və dinlərin qaynayıb-qarışması, onların sülh və həmrəylik şəraitində birgə yaşayışı səciyyəvi cəhətlərdir. Cəsarətlə demək olar ki, bu gün burada təkcə ölkəmizin yox, həm də region dövlətlərinin taleyi, sırf milli məsələlərlə yanaşı, transmilli, qlobal məsələlər də həll edilir.

Azərbaycan fəal diplomatik əlaqələrin qurulduğu, intensiv danışıqlar proseslərinin aparıldığı, ən mühüm tarixi sənədlərin imzalandığı məkandır. Bizim dövlətimiz sözün həqiqi mənasında müxtəlif sivilizasiyaların nümayəndələrinin görüş məkanına çevrilib. Çoxmədəniyyətli, polietnik, tolerant, yeni zəfərlərə və təşəbbüslərə hazır olan bu diyar qədim dövrün möhtəşəm abidələri ilə eleqant yeni tikililərin harmonik şəkildə qonşuluq etdiyi, müxtəlif arxitektura üslublarının və tarixi layların mozaikasının hökm sürdüyü, neft-qaz bumu ilə yanaşı, genişmiqyaslı “mədəni bum”un möhkəmləndiyi məkandır. İdeyadakı həyatdan reallıqdakı həyata keçidi həm sosial-iqtisadi transformasiya, həm də keçmişdən gələcəyə istiqamətlənmiş ölkəmizin ruhu nümunəsində əyani və aşkar şəkildə görmək olar.

Şəksiz ki, Azərbaycanın müasir tarixi mərhələyə daxil olmasının ən aşkar və parlaq əlaməti ölkəmizdə mədəni həyatın çiçəklənməsi, Azərbaycan və ümumdünya mənəvi dəyərlərinin qarşılıqlı nüfuz etməsinin yeni paradiqmaları və perspektivləridir. Ölkəmizdə həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlər, forumlar, konfranslar və seminarlar, həmçinin Azərbaycan xalqının mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə onların üzvi qarşılıqlı əlaqəsini təbliğ edən festivallar və müsabiqələr təşkil olunur. Azərbaycan və Rusiya liderlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bu baxımdan nümunəvi misal, özünəməxsus xalqlar dostluğu körpüsüdür.

2010-cu ildə iki prezidentin – İlham Əliyevin və Dmitri Medvedevin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu Forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini öz məkanında birləşdirir. Bakı Forumunun tribunalarından və onun kuluarlarında müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır ki, bu, məhz Bakıda baş verir. Çünki Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub.

V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.

Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir. Çünki ilk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Oyunları keçiriləcəkdir. Bugünkü Azərbaycan, bax, bu yolla gedir”.

Bundan əvvəlki forumlar kimi, V Bakı Beynəlxalq Humanitar Forumu da dövrümüzün çağırışlarına və risklərinə cavab verməyə, onların aradan qaldırılması yollarını tapmağa çalışaraq iştirakçılarının geniş tərkibi və təşkilati vüsəti ilə fərqlənirdi. Forumun işində dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox nümayəndə (o cümlədən 15 Nobel mükafatı laureatı) iştirak edirdi. Forumun saytında qeyd edilir ki, “onun iştirakçıları təbiət elmlərinin, ictimai və humanitar elmlərin, habelə dünyanın mədəni elitasının nümayəndələridir. Onlar öz qarşısına ambisiyalı bir məsələ – sonradan beynəlxalq miqyasda müzakirə etmək məqsədilə yeni humanitar gündəliyin formalaşması məsələsini qoyurlar. Foruma həm də “dünyanın böyükləri” – indiki və ya keçmiş dövlət başçıları və transmilli korporasiyaların əsasını qoyanlar dəvət edilir. Bəşər fəaliyyətinin bütün sahələrinin nümayəndələrinin birləşməsi yolu ilə bəşəriyyəti narahat edən aktual məsələlərin optimal həlli tapılır”.

Azərbaycan xalqına üzvi şəkildə xas olan, onun mahiyyətini, mentalitetinin xüsusiyyətlərini müəyyən edən və səciyyələndirən multikulturalizm mövzusu bütün Bakı humanitar forumlarının işində üstünlük təşkil edir. Xalqımızın əzəli, permanent xüsusiyyəti olan multikulturalizm bütün dövrlərdə, hətta ən dramatik mərhələlərdə də dünyanın hər yerində müxtəlif xalqların nümayəndələri ilə ortaq dil tapmağa və ən başlıcası, öz yurdunda millətlərarası sülh və rifah vahəsi yaratmağa imkan verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu, həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.

. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət Bayrağı Meydanının, – bu bayraq dövlətçiliyimizin rəmzidir, – yaxınlığında multikulturalizmə abidə ucaldılmışdır.

Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meyilə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək”.

Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Bu qiymətli sosial hadisə Azərbaycan xalqının əsl keyfiyyətini və xarakteristikasını açıqlayır, onun hansı mənəvi yüksəkliklərə çatdığını göstərir. Müxtəlif xalqların elitasının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirir, vurğulayırlar ki, Azərbaycan haqlı olaraq multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir.

Müasir cəmiyyətdə multikulturalizmin rolu Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına ünvanlanmış, Forumun işində iştirak edən BMT baş katibinin müavini Cihan Sultanoğlu tərəfindən oxunmuş müraciətində də vurğulanıb. Müraciətdə deyilir: “Bu, bir sıra mühüm mövzulara həsr olunmuş aktual tədbirdir. Miqrant və qaçqınların insan kapitalı ilə bağlı “dəyirmi masa”da olduqca mühüm məsələ müzakirə olunacaq. Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür. Ümidvaram ki, bu “dəyirmi masa” Dünya Humanitar Sammitinin nəticələrinin, miqrantlar və qaçqınlar haqqında Nyu-York Bəyannaməsinin icrasına töhfə vermək üçün regional və qlobal iştirakçılara fürsət yaradacaq”.

Qazaxıstan Respublikasının dövlət katibi Gülşara Abdıkalikova isə tədbirdəki çıxışında bu fikri söyləyib: “Bu Forum cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır. Burada cari yüzilliyin qlobal çağırışlarına cavab axtarılır. Forumun ideyası bütün bəşəriyyət üçün maraq doğuran dünya miqyaslı məsələlərin geniş spektrinə dair dialoqlar, fikir mübadiləsi və müzakirələr aparılması məqsədilə beynəlxalq birliyin siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri üçün diskussiya məkanı yaratmaqdır”.

Bu, ənənələrin inkişafına və həyatımızda innovasiyaların mənimsənilməsinə çox ciddi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətidir. Bu diqqət nəticəsində cəmiyyətdə dialoqa və həmrəyliyə münasibət həm Azərbaycan xalqının mehriban, qonaqpərvər və tolerant olmasının nəticəsi, həm də bütövlükdə dövlətin inkişaf impulsu, onun gələcək təkamülünün meyarı kimi qiymətləndirilir. Bu xeyirxah meyillər Azərbaycan vətəndaşlarını onların qarşısına qoyulmuş məqsəd və vəzifələrə nail olmağa istiqamətləndirir, bu məqsəd və vəzifələrə çatmağın üsullarını akkumulyasiya edir və cəmləşdirir.

Əlbəttə, bu obyektiv proseslərin işıqlandırılmasında KİV-lər mühüm rol oynayır. Jurnalistlər öz məqalələrində, oçerklərində, reportajlarında, hətta kitablarında Azərbaycanda multikulturalizmin – dünya sivilizasiyasının müəyyən mənada nadir və eyni zamanda, universal fenomeninin çoxvektorlu inkişaf yollarını araşdırmağa çalışır; Azərbaycan xalqının dünyanın digər dövlətlərinin və regionlarının nümayəndələri ilə, habelə ölkəmizdə yaşayan çoxsaylı xalqlar və etnoslarla qarşılıqlı fəaliyyət meyillərini işıqlandırır; bu sahədə təşkil edilən müxtəlif tədbirlər barədə dünya ictimaiyyətini məlumatlandırırlar.

Prezident İlham Əliyevin yürütdüyü multikulturalizm siyasəti nəticə etibarilə Azərbaycanın hüdudlarından kənarda getdikcə daha çox sayda tərəfdarlar qazanır. Trend.az saytı Meksikada çıxan “The News” qəzetinin baş redaktoru Tereza Marqolisin Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Nümunəvi lider” məqaləsinin tərcüməsini dərc edib. V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş müəllif yazır ki, Azərbaycan dövlətinin başçısı Forumdakı nitqində Azərbaycanda əcnəbi mədəniyyətlərə və etnik qruplara münasibətdə mövcud olan qonaqpərvərlik ənənələri barədə danışıb. Bu tezis öz təsdiqini həm də onda tapıb ki, Bakıya gəlmiş Roma Papası Fransisk Azərbaycan Prezidentinin xahişi ilə şəhərin mərkəzində, açıq səma altında dua mərasimi keçirib, həmçinin şəhərin ən iri otelində Aşkenazi yəhudilərinin Roş-Ha-Şana dini ayini mərasimində hökumət adından yerli yəhudi icmasının üzvlərini Yeni İl münasibətilə təbrik edib. Marqolis yazır ki, həm Forumda, həm də Roş-Ha-Şana bayramı münasibətilə şam yeməyi zamanı bu tədbirlərin iştirakçılarından eşidib ki, Azərbaycanda heç vaxt dini zəmində sıxışdırma halları olmayıb.

Məqalə müəllifi dövlətimizin başçısı barədə söhbət açaraq qeyd edir ki, 2013-cü ildə beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilmiş prezident seçkilərində İlham Əliyevin qələbəsinə heç kəs şübhə edə bilməz. Müəllif Forumda xarici diplomatlardan birinin söylədiyi belə bir fikirlə həmrəydir ki, İlham Əliyev neft sektorundan əldə edilən gəlirləri müdrikcəsinə infrastrukturun, təhsilin inkişafına və sənayenin şaxələndirilməsinə yönəldir. Bu da öz növbəsində, Azərbaycanın mövcud neft böhranından qorunmasına kömək edir, hərçənd, son vaxtlar manat iki dəfə devalvasiyaya uğrayıb.

Marqolis onu da qeyd edir ki, 1991-ci ildə ölkə öz müstəqilliyini bəyan edərkən yoxsulluq səviyyəsi 49 faizə çatırdısa, indi bu göstərici cəmi 5 faiz təşkil edir. Müəllif yazır ki, Prezident İlham Əliyev güclü lider olmaqla bərabər, həm də etnik və dini mənsubiyyətindən asılı olmayaraq xalqın bütün nümayəndələrinin qeydinə qalır. Məqalənin sonunda deyilir: “İlham Əliyev regional və iqtisadi-siyasi arenada öz xalqına rəhbərlik edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirib”.

Azərbaycan Prezidenti İlham Əliyevin Forumda toxunulan məsələlərin geniş spektri və dərin institusional mənası ilə fərqlənən proqram xarakterli nitqi tədbirin bütün iştirakçıları tərəfindən çox ciddi rəylər doğurub. Onlar qeyd ediblər ki, Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizmin inkişafı üzrə fəaliyyəti çox böyük beynəlxalq əhəmiyyət kəsb edir, buna görə də onlar həmin Forumda iştirak etdiklərinə görə məmnunluqlarını gizlətmirdilər. Məsələn, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib: “Mən şahidəm ki, o, sülhün irəliləməsi, xalqlar və millətlər, mədəniyyətlər və dinlər arasında dialoqun əhəmiyyətini anlamaq, həmçinin Azərbaycanı indiki kimi firavan, inkişaf etmiş, böyük ölkəyə çevirmək üçün böyük səylər göstərir və mühüm təşəbbüslər irəli sürür”.

AZƏRTAC informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Əbdüləziz Osman əl-Tuveycri ilə görüşünü işıqlandıraraq yazır: “ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bu nüfuzlu tədbirin beşinci dəfə keçirilməsini qeyd edərək vurğulayıb ki, Forumun işi çox uğurludur. O qeyd edib ki, indiyə qədər keçirilmiş forumlarda qəbul edilmiş qərarlar bütün dünyada mühüm nəticələrə nail olmaq üçün şərait yaradır. Əl-Tuveycri deyib: “Bu Forumun uğuru ədalətə və sülhə çağıranlar üçün uğurdur”. Görüşdə, həmçinin Heydər Əliyev Fondu ilə ISESCO arasında uğurlu əməkdaşlıq barədə söhbət gedib, bu əməkdaşlığın beynəlxalq əhəmiyyəti vurğulanıb, əlaqələrin daha da genişlənəcəyinə əminlik bildirilib”.

Bakı Humanitar Forumunun iştirakçısı, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın moscow-baku.ru saytına verdiyi “Azərbaycanda multikulturalizmin təsirini real zamanda müşahidə etmək olar” sərlövhəli müsahibəsi rəmzi məna daşıyır: “Müzakirə edilən məsələlərə gəldikdə, mənim fikrimcə, ən vacib məsələ multikulturalizmin geniş yayılması məsələsi oldu. Təəssüf ki, bu gün siyasətçilərin çoxu belə söyləməyə meyillidirlər ki, bu mövqe öz dövrünü başa vurub, o, artıq aktual deyil – halbuki nifrətin və destruksiyanın çarəsi yalnız multikulturalizmdir. Yaranan münaqişələrin yalnız ağlabatan tərzdə idarə edilməsi və xalqların bir-birinin mədəniyyətinə, ənənələrinə, adətlərinə hörmət ruhunda tərbiyə olunması bugünkü dünyanı müharibələrdən və dağıntılardan qoruya bilər”.

Daha bir rəyi göstərək. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Forumda iştirak etmiş Anatoli Torkunov qeyd edib ki, dövlətimizin başçısının bu çıxışındakı fikirlər böyük əhəmiyyət kəsb edir və müzakirələrin daha maraqlı keçməsi üçün yaxşı imkan yaradır. Rektorun sözlərinə görə, Azərbaycan paytaxtına hər səfəri, o cümlədən çoxlu görkəmli insanların toplaşdığı V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsi onun üçün əlamətdar hadisədir. Torkunov qeyd edib ki, Rusiya nümayəndələri Bakı Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərirlər (“Vestnik Kavkaza”).

Bizim mürəkkəb, ziddiyyətlər və təzadlarla dolu dövrümüzdə xalqlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı dəstək müəyyənedici anlayışdır. Bu baxımdan, Azərbaycan və Rusiya xalqları arasında dostluq ənənələri rəmzi məna daşıyır. Əlbəttə, illər keçdikcə bu qarşılıqlı əlaqələrin transformasiyaya məruz qalması izah edilə biləndir, lakin bu əlaqələr heç də “minus” işarəsi ilə dəyişməyib, sadəcə bizim həyatımız kimi tədricən və zamanın obyektiv reallıqlarını hər yerdə əks etdirməklə dəyişir. Bu gün çox vacibdir ki, Azərbaycan və Rusiya xalqlarının onilliklər ərzində topladığı qarşılıqlı fəaliyyət təcrübəsinə etinasızlıq göstərmədən artıq əldə edilənləri və hələ qarşıda duranları zənginləşdirməyə və çoxaltmağa çalışaq. Forumda Rusiya nümayəndə heyətinin daha bir üzvünün – Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru və Universitetin Elmi Şurasının sədri, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovarın fikri ədalətlidir (“Vestnik Kavkaza” nəşri bu fikri də sitat gətirib). O, öz fikrini yığcam şəkildə ifadə edib: “Rusiya və Azərbaycan strateji tərəfdaşlardır!”.

Rusiya hökuməti Baş nazirinin müavini, Rusiya nümayəndə heyətinin rəhbəri Olqa Qolodets öz çıxışında deyib: “Bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə 90-dan çox saziş bağlanıb”. O, daha sonra deyib: “Fikrimcə, bu əməkdaşlıq davam edəcək. Bu gün bizim üçün çox vacibdir ki, təhsil, səhiyyə və digər sahələrdə peşəkarlar, mütəxəssislər arasında həqiqətən yüksək səviyyədə olan əməkdaşlıqdan əlavə, şəxsi əlaqələr də yaransın. Mən fəxr edirəm ki, dostlarım arasında Azərbaycandan, Bakıdan olanlar çoxdur. Mənim dostlarımın da dostluq etdikləri, şəxsi əlaqə saxladıqları tanışları çoxdur. Bizim mədəniyyətlər bizi birləşdirir və hesab edirəm ki, bizim missiyamız bu mədəniyyəti gənclərə, böyüməkdə olan nəslə çatdırmaqdan ibarətdir. Ümidvaram ki, hər şeydən əvvəl mədəniyyət sahəsində əlaqələrimiz genişlənəcək. Gələcək bununla bağlıdır və bu, xalqlarımız arasında qarşılıqlı anlaşmanın gələcəyi üçündür”.

Nataliya Krasovskaya da yuxarıda xatırlatdığımız “Azərbaycanda multikulturalizmin təsirini real zamanda müşahidə etmək olar” sərlövhəli müsahibəsində bu barədə danışır: “Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmətə, hər iki tərəf üçün faydalı iqtisadi əməkdaşlığa, birlikdə qoruduğumuz tarixi yaddaşa, bir-birimizdən öyrənməyə hazır olmağımıza, xalqlarımızı bağlayan milyonlarla insani əlaqələrə əsaslanır. Bu gün Rusiya və Azərbaycan sadəcə strateji tərəfdaşlar deyil, onlar çətin şəraitdə bir-birini dəstəkləməyə hazır olan mehriban qonşular və dostlardır. Bizim Mərkəzin vəzifəsi bu münasibətlərin bütün tərəflərini möhkəmlətmək, yeni əlaqələr yaratmaq, yeni körpülər salmaq, bizim bir-birimizi mümkün qədər daha yaxşı tanımağımız və bir-birimizi anlamağımız üçün azərbaycanlılara Rusiya haqqında, rusiyalılara isə Azərbaycan haqqında danışmaqdır. Axı anlama nəticəsində insanlar arasında isti münasibət, dostluq, qarşılıqlı maraq yaranır. Mən əminəm ki, gələcəkdə dünya bütün bunlar üzərində qurulacaq”.

Müxtəlif birgə humanitar aksiyaları, o cümlədən qlobal miqyaslı tədbirləri daha fəal və daha geniş keçirməyin vacibliyi və zəruriliyi göz qabağındadır. Tarixi, geosiyasi, mental baxımdan bir-birinə bağlı olan Azərbaycan və Rusiya xalqları əsrlər boyu həm birbaşa, həm də məcazi mənada yanaşı olublar. Bakı Beynəlxalq Humanitar Forumunun yaranması bunu bir daha təsdiq etdi. Rusiyanın çoxsaylı nümayəndə heyətləri həmişə bu Forumun iştirakçıları arasında olur.

V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrə əlavə impuls verəcək. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarına ünvanlanmış və Olqa Qolodetsin oxuduğu müraciətində bu məqamı vurğulayaraq Bakı Forumunun tarixi əhəmiyyətini yüksək qiymətləndirib və onun iştirakçılarına müasir dünyanın mürəkkəb və aktual problemlərinin həllində uğurlar arzulayıb.

Prezident Vladimir Putin əmin olduğunu bildirib ki, Forumda müzakirələr maraqlı olacaq, bütün ölkələrin və qitələrin xalqları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Rusiya Prezidentinin məktubunda deyilir: “Forumun zəngin gündəliyi müasir beynəlxalq münasibətlər üçün humanitar əməkdaşlığın artan əhəmiyyətini əks etdirir. Bakı ali qonaqları, elmi və yaradıcı ziyalıların nümayəndələrini qəbul edir. Siz qiymətli təcrübə mübadiləsi aparacaq, mədəniyyət, elm və ətraf mühit sahəsində perspektivləri müzakirə edəcəksiniz. Əminəm ki, sizin müzakirələr səmərəli olacaq”. Rusiya dövlətinin başçısının Forum iştirakçılarına müraciətindən sitatlar gətirilən KİV materialları təntənəli, bayramsayağı olması ilə fərqlənir və eyni zamanda, Rusiya Prezidentinin Bakı Forumuna aşkar diqqət və marağını ifadə edir.

Azərbaycan-Rusiya münasibətlərinin inkişaf meyilləri əyani şəkildə göstərir ki, əsrlər boyu çoxmillətli dövlət kimi inkişaf edən Azərbaycan dini etiqadından, siyasi quruluşundan və tarixi xüsusiyyətlərindən asılı olmayaraq bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və dostluq əlaqələrinin inkişaf etdirilməsi kimi ali prinsiplərə dönmədən riayət edir. Azərbaycan ta qədimdən Qərb və Şərq sivilizasiyalarını həm geosiyasi, həm də mənəvi baxımdan birləşdirən, bütün ölkələr və xalqlarla sülhsevər siyasətə sadiq, ən müxtəlif millətlərin və konfessiyaların nümayəndələrini dini dözümlülük və qarşılıqlı anlaşma ruhunda birləşdirən çoxmillətli dövlətdir. Qədim Azərbaycan torpağında onlarla xalqın və etnosun (bu gün onların sayı 60-a yaxındır) nümayəndələri əsrlər boyu sülh və firavanlıq şəraitində dinc yanaşı yaşayıblar.

Azərbaycan Respublikası öz milli qaynaqlarını dərk etməklə, dövlətçiliyi və demokratiyanı inkişaf etdirməklə yanaşı, beynəlxalq birliyə əzmlə inteqrasiya edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı nitqində qeyd etdiyi kimi, “. beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.

Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir.

İndiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Misal üçün, islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “stop İslam” deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha böyük dəstək qazanması da narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.

Virtual reallıq, texnogen qəzalar və elektron müharibələr dövründə bəşəriyyətin hərtərəfli birləşməsini bəyan etmiş qloballaşma, deyəsən, planetar birgəyaşayışın vahid nəzəri modelini hələ işləyib hazırlamayıb, hərçənd həqiqətdə dünya yeni qaydada dinamik şəkildə yaşayır və inkişaf edir. Beləliklə, qloballaşma bəşəriyyətin ən mürəkkəb sosial, mənəvi, iqtisadi, geosiyasi problemlərinin kompleks həlli imkanlarını hədsiz genişləndirərək bizi dövlətlərin və regionların, millətlərin və xalqların qarşılıqlı münasibətlərinin aktual olduğu qədər əbədi məsələləri, nəsillərin və dövrlərin varisliyi barədə getdikcə daha tez-tez və daha ciddi düşünməyə məcbur edir. Bəşəriyyətin qorunub saxlanması təbii ki, sivilizasiyalı inkişafın müasir strategiyalarını, yeni yola keçidi tələb edir, bununla əlaqədar texnogen mədəniyyət dəyərlərinin tənqidi təhlili və yeni dəyər oriyentasiyalarının axtarışı problemi yaranır.

UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqidanın Forumdakı çıxışında qeyd etdiyi kimi, “Biz dünyaya yeni təhdidlər gətirən, dağıdıcı sosial transformasiyalar və xalqların dramatik yerdəyişmələri ilə səciyyəvi olan qloballaşma dövründə yaşayırıq”. Trend.az agentliyi Q.Enqidanın sözlərini konkretləşdirərək vurğulayır ki, “dünya son dövrlərdə qaçqınlarla bağlı ən ciddi böhran qarşısındadır və bu, tez-tez baş verən, radikallaşmanın və ekstremizmin artması səbəbindən qızışdırılan və sonda milyonlarla insana, ilk növbədə gənclərə iztirablar verən münaqişələrin birbaşa nəticəsidir”.

Təhlükəsizliyə təhdid yaradan ölkələrin və bu təhdidin bütün mümkün üsullarla qarşısını almağa çalışan ölkələrin sayının günbəgün artdığı planetdə sülhün qorunub saxlanmasını yalnız dünya birliyi tərəfindən “birlikdə yaşamaq” məharəti vərdişlərinin öyrənilməsi, mənimsənilməsi və tətbiq edilməsi şərti ilə təsəvvür etmək olar. Ona görə də məlum olduğu kimi, sülh yalnız bərabərlər arasında daha davamlı olur.

Prezident İlham Əliyev Forumdakı nitqində deyib: “Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi. Son bir neçə il ərzində dünyada – həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, – mən Yaxın Şərqi nəzərdə tuturam, – insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli meyildir”.

Məlum olduğu kimi, qloballaşmanın səciyyəvi cəhəti təkcə mərkəzəqaçma hərəkəti deyil, həm də mərkəzdənqaçmadır. Bu halda dəqiq oriyentasiyası olmayan zəif cəmiyyət müasir dünyada daha güclü cəmiyyətlər tərəfindən udulmağa, ideyalar, dillər, mədəniyyətlər və etnoslar dənizində əriyib yox olmaq riskinə məruz qalır. Bununla əlaqədar hesab edirik ki, dövlətin, xüsusən inkişaf etməkdə olan dövlətin milli təşəkkülü, onun milli identiklik kəsb etməsi və qloballaşma prosesləri problemi aktual görünür. Bu, qlokalizasiya deyilən vəziyyətə gətirib çıxarır. Aşkardır ki, qloballaşma milli iqtisadiyyatın və mədəniyyətin birmənalı şəkildə inkişafını inkar etmir, əksinə, bu, bir növ sağqalma testidir.

V Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında Qazaxıstan Respublikasının dövlət katibi Gülşara Abdıkalikova genişmiqyaslı və eyni zamanda, lokal, ümdə formatlı qloballaşma barədə danışaraq deyib: “Müasir dünyada qloballaşma prosesi müxtəlif mədəniyyətlərin və dinlərin öz miqyasına görə misli görünməmiş təmasına gətirib çıxarır. Yüksək millətlərarası, dinlərarası, konfessiyalararası dialoq mədəniyyəti üstün prioritetə çevrilir”.

Gülşara Abdıkalikova bildirib ki, Qazaxıstanda 100-dən çox etnik qrupun və 18 konfessiyanın nümayəndələri yaşayır: “Ölkəmiz müstəqillik qazandığı ilk günlərdən vətəndaşların bərabərliyi, etnoslararası həmrəyliyin və ümummilli birliyin, sabitliyin möhkəmləndirilməsi siyasətini həyata keçirir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Qazaxıstan Xalqları Assambleyası yaradılıb. Assambleya dövlət başçısının rəhbərlik etdiyi konstitusion orqandır. Onun missiyası bərabərlik, ümumi dəyərlər, vətəndaşlıq əsasında vahid Qazaxıstan xalqını formalaşdırmaqdır. Bu nadir ictimai və ümumxalq təsisatı ölkədəki 1338 etnomədəni birliyin, 1993 ictimai həmrəylik şurasının işini əlaqələndirir, Parlament Məclisinə 9 deputat seçir. Biz ümumi vətəndaşlıq və vətənpərvərlik dəyərlərinə əsaslanan ümummilli ideya qazanmışıq. Bu, qurucu Qazaxıstan vətənpərvərliyinin əsasıdır”.

Doğrudan da beynəlmiləlçilik və humanizm tərəqqinin sivilizasiya ənənələrinin təbii davamı olması ilə şərtlənir. Bu gün bizim kiçik Yer planetimizin dünya miqyaslı fəlakətlər təhlükəsi qarşısında getdikcə daha aciz qaldığı bir vaxtda “sivilizasiyalılıq” anlayışı ilk növbədə ayrı-ayrı insanlar və bütöv dövlətlər arasında ziddiyyətlərin və münaqişələrin zor işlətmədən dincliklə “aradan qaldırılması” deməkdir ki, bu da dünyanın yenidən qurulmasına məsuliyyət daşıyan qloballaşma anlayışına immanentdir.

Güc vasitələrinə gəldikdə isə, tarixi təcrübə göstərir ki, onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir. Axı məişətdə olduğu kimi, dünya siyasətində də qarşılıqlı təhdidlər strategiyasının faydasız olduğunu həyatın özü sübuta yetirir. Bununla belə, qloballaşma çoxlarının təsəvvür etdiyi kimi özbaşınalığı deyil, əksinə azadlığı, ictimai münasibətləri tənzimləyən vəzifələri, mənəviyyat qanunlarına hörməti nəzərdə tutur. Sonra qarşılıqlı məsuliyyət prinsipi gəlir. Postsovet məkanında bu prinsip son dərəcə aktual olub; müstəqil dövlətlərin yaranması, transformasiyaya uğrayan tarixi gerçəkliklər, birqütblü dünyanın inkişafı həyatın praktik olaraq bütün sahələrində yenilənmiş yanaşma və qərarları təkidlə tələb edib.

Bu fonda millətlərarası nifrətin qızışdırılması (təəssüf ki, biz onun “böyük Ermənistan” versiyası ilə bilavasitə qarşılaşmalı olmuşuq) bəşəriyyətin qloballaşma erasına daxil olmasına, yəqin ki, ən böyük təhlükədir. Barbar münasibət, insanların bir-birini kütləvi qırması dünya birliyi tərəfindən birmənalı şəkildə mənfi qiymətləndirilir və beynəlxalq normalara görə, bunun təşkilatçıları haqlı və sərt cəzalandırılmalıdır. Əgər bu cəza öz hədəfinə çatmayıbsa (ermənilərin Azərbaycan ərazilərinə təcavüzü nümunəsində olduğu kimi) ümid ona qalır ki, bu, yalnız zaman məsələsidir.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində vurğulayıb: “Qeyd etdiyim kimi, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.

İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər.

Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, – yaxın tarix bunu göstərir, – günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.

Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir”.

Konfessional dözümlülüyün və hüquq bərabərliyinin şəksiz olduğunu müəyyən edən dinlərarası dialoq da Forumun çox mühüm əlahiddə mövzusuna çevrilib. Forum iştirakçıları arasında din xadimlərinin çox olması faktı da başa düşüləndir. Çıxış edənlər bildirirdilər ki, din təkcə insanların həyatında deyil, həm də bəşəriyyət naminə ekstremizmi və ksenofobiyanı qəti inkar edən müvafiq hərəkətlərdə mənəvi oriyentir kimi müasir cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Burada da ölkəmiz örnək olduğunu bir daha göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində qeyd edib: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq.

Bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin də əhvali-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir”.

Dövlətimizin başçısının fikirlərini Forumun iştirakçısı, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın “moskow-baku.ru” saytına müsahibəsində dediyi sözlərlə şərh etmək olar: “Azərbaycan Prezidenti İlham Əliyev çox əhəmiyyətli detalı qeyd etdi: ölkənin böyük nailiyyəti budur ki, burada heç vaxt dini və milli zəmində qarşıdurma olmayıb. Səbəbi də çox sadədir: məsələ bundadır ki, Azərbaycanda multikulturalizm heç vaxt yuxarıdan tətbiq edilən ideya olmayıb. Çoxmillətlilik, çoxkonfessiyalılıq burada həmişə norma olub. Ölkədə müxtəlif mədəniyyətlər bir-birinə “edə bilmərəm yolu ilə” qaynayıb-qarışmır, onlar həmişə dialoq vəziyyətindədir, bir-birinə daim təsir edərək zənginləşir. Buna görə də təəccüblü deyildir ki, Azərbaycan rəhbərliyi multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və öz vəzifəsini bu ənənələrin təkcə ölkədə qorunub saxlanmasında deyil, həm də bütün dünyada yayılmasında görür. Bu modelin nə dərəcədə işə yaradığını isə real zaman deyilən rejimdə – xəbərlərdə müşahidə etmək olar. Hər yerdə konfessiyalararası münaqişələr tüğyan edir, Azərbaycanda isə müsəlmanlar pravoslavları Pasxa bayramı münasibətilə təbrik edirlər. İslam dünyasını sünnilərlə şiələr arasında müharibələr didib-parçalayır, Azərbaycanda isə onlar müqəddəs Ramazan ayının qədəm qoyması münasibətilə məscidlərdə bir yerdə dua edirlər. Avropada multikulturalizmin sonunun çatdığı barədə haray çəkirlər, Azərbaycanda isə onlarla xalq bir-biri ilə sülh və mehriban qonşuluq şəraitində rahat yaşayır”.

KİV-lər Azərbaycan müsəlmanlarının başçısı Allahşükür Paşazadənin nitqini də birmənalı xarakterizə edirlər. O, Foruma gələn Rus Pravoslav Kilsəsinin iyerarxı, Volokolam mitropoliti İlarion ilə görüşdə qeyd edib: “Bir şeyxülislam kimi məni belə bir məsələ çox narahat edir ki, Avropada mühacirlərə ayrı-seçkilik münasibəti bəsləyir, onları müsəlmanlara və qeyri-müsəlmanlara ayırırlar. Buna görə də hesab edirəm ki, sivilizasiyalar və dinlər arasında dialoq bütövlükdə dünya hadisələrinə mütləq müsbət təsir göstərəcək. Siz dəfələrlə Azərbaycana gəlmisiniz və əmin olmusunuz ki, Azərbaycanın yolu tolerantlıq və multikulturalizm yoludur. Ölkə rəhbərliyi bütün konfessiyalar üçün bərabər şərait təmin edir”.

Allahşükür Paşazadə dünyada baş verən fəlakətlər qarşısında xalqların birliyinə və qarşılıqlı anlaşmasına Azərbaycan və Rusiya xalqlarının dostluğunu nümunə gətirib. “eparhia.ru” saytı yazır: “Azərbaycan müsəlmanlarının rəhbəri Forum iştirakçıları qarşısında çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli işində Rus Pravoslav Kilsəsinin və şəxsən Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin sülhməramlı səylərinin böyük əhəmiyyət kəsb etdiyini göstərib”. Sayt “bugünkü dünyanın əsas təhdidlərini – ekstremizmi, terrorizmi, dini məsələlərdə nadanlığı, habelə onların aradan qaldırılması yollarını göstərən” mitropolit İlarionun sözlərini də sitat gətirib.

Azərbaycanda dinlərarası dialoqla bağlı yazıçı Raul Loveri Kontrerasın “The Porterville Recorder” qəzetində “Qurbanlar əbəs idimi?” sərlövhəli məqaləsi də xüsusi xatırlanmağa layiqdir. Bir növ Bakı Beynəlxalq Forumundan əvvəlki dövrə, əsasən bütün Azərbaycan xalqının taleyinə – onun mənəviyyatını və mentalitetini çox aydın xarakterizə edən əlamətdar olduğu qədər mürəkkəb, bəzən isə məşəqqətli taleyinə həsr edilən bu məqalədə deyilir: “İspaniyada anadan olmuş Roma Katolik Kilsəsinin keşişini, Qvatemaladan (Cənubi Amerika) olan baptist yepiskopu və Los-Ancelesdən müsəlman imamı nə birləşdirə bilərdi? Hamısı bir yerdə təyyarə ilə İstanbula, sonra Humanitar Forumda iştirak etmək üçün Bakıya uçublar. Sonra da birlikdə Qubada dağ yəhudilərinin ənənəvi olaraq azərbaycanlılarla yanaşı yaşadığı Qırmızı qəsəbəyə gediblər”.

Müəllif sonra yazır: “Bakıda təkcə məscidlər deyil, rus pravoslav, Roma katolik və alman lüteran kilsələri, sinaqoqlar var”. P.Kontrerası heyrətləndirən odur ki, 95 faizi şiə məzhəbinə mənsub müsəlmanlardan ibarət olan Azərbaycanda dini dözümlülüyün və tolerantlığın səviyyəsi bu qədər yüksəkdir. O, Roma Papası Fransiskin bu yaxınlarda Azərbaycana səfərinin əhəmiyyətini xüsusi vurğulayıb. Öz növbəsində Roma Papası da ölkəmizdə multikulturalizmin inkişafının yüksək səviyyəsini xüsusi qeyd edib.

Bakı Beynəlxalq Humanitar Forumunun işinə qayıdaraq qeyd edək ki, Forumun keçirilməsinin dövriliyi, toxunulan mövzuların miqyası, habelə bu tədbirin iştirakçılarının sayı onu qlobal statuslu tədbirlər sırasına aid etməyə imkan verir. Forumda aşağıdakı altı istiqamətdə iş aparılıb: “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”; “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”; “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”; “Davamlı inkişaf və ekoloji sivilizasiya”; “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrların hazırlanması məsələləri: innovativ və etik problemlər”; “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”.

Tereza Marqolis “The News” qəzetində “Nümunəvi lider” sərlövhəli məqalədə qeyd edir ki, multikulturalizm, aktual problemlər, o cümlədən miqrantların və məcburi köçkünlərin müasir dünyada getdikcə daha tez-tez rastlaşmalı olduqları etnik dözümsüzlük və biganəlik Forumun əsas mövzuları idi. Məqalədə deyilir: “Forum siyasətdən tutmuş sənaye, elm və dinə qədər məsələlərin çox geniş spektrini əhatə etdi. “Dəyirmi masa” arxasında müzakirələr zamanı cəmiyyətin bütün təbəqələrinin nümayəndələri ilə dialoq və fikir mübadiləsi imkanı yaradılmışdı. Forum humanitar praktikada mədəni müxtəliflik, kütləvi miqrasiya şəraitində insan kapitalının qorunub saxlanılması, sosial təkamül şəraitində dayanıqlı inkişaf, molekulyar biologiya və etik tibbi innovasiyalar, sivilizasiyalararası dialoqun təmin edilməsində mətbuatın rolu, XXI əsr kontekstində texnologiyaların yaxınlaşması. Nüfuzlu intellektualların ikigünlük iclasında dəfələrlə səslənən çağırışın mahiyyəti bundan ibarət idi ki, mədəni, etnik və dini müxtəliflik özündə müasir cəmiyyətin sərvətini əks etdirir və əgər hansısa millətlər bu müxtəlifliyi boğmağa, yaxud məhv etməyə çalışarlarsa, onlar əslində öz sosial-iqtisadi təkamülünü məhv edərlər”. T.Marqolisin məqaləsindən söz açan “trend.az” saytı vurğulayır ki, “diqqəti bu çağırışın hansı geosiyasi mühitdə həyata keçirilə biləcəyi üzərində cəmləşdirən müəllif onun möhtəşəmliyini qeyd edib”.

KİV-lər Forumun seksiyalarının fəaliyyətini işıqlandırarkən onların hər birinin aktuallığını və əhəmiyyətini vurğulayıblar: “day.az” saytı yazır: “Bakı Beynəlxalq Humanitar Forumu mövzusu qabaqcadan təşkilatçılar tərəfindən müəyyən edilən beynəlxalq konfrans deyildir. Bu, başqa səviyyəli və miqyaslı, habelə başqa məzmunlu tədbirdir. Məlum olduğu kimi, Qədim Romada “forum” məfhumu şəhərin bütün azad vətəndaşlarının toplantısı kimi başa düşülürdü. Burada bütün vətəndaş cəmiyyəti üçün əhəmiyyət daşıyan istənilən mövzu və məsələləri sərbəst müzakirə edə bilirdilər. V Bakı Beynəlxalq Humanitar Forumunda da oxşar məzmunlu kontekst mövcud idi. Fikir mübadiləsi üçün multikulturalizmin Azərbaycan modelindən tutmuş tibb və əczaçılığın etik problemlərinədək altı əsas tematik istiqamət müəyyən olunmuşdu. Hər biri özünün ekspert, məruzəçi və mütəxəssislərdən ibarət auditoriyasını toplamışdı. Ekologiya və davamlı inkişaf, müasir informasiya dünyasında jurnalistikanın rolunun transformasiyası problemlərinə toxunulmuşdu”.

Təəccüblü deyildir ki, mass-media jurnalistlərin fəaliyyətinə həsr olunmuş seksiyaya xüsusi diqqət yetirib. Bu baxımdan UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbsun fikirləri maraqlıdır: “Bu gün dünyada münaqişələrin sayı artır. Belə şəraitdə bizə obyektiv KİV-lər lazımdır. Biz münaqişələrin həllini yalnız dövlətlərin üzərinə yükləməməliyik, eyni zamanda, vətəndaş cəmiyyətlərini də bu prosesə qoşmaq lazımdır. Bu nöqteyi-nəzərdən belə forumlar keçirmək və həmin məsələlərin həlli ilə bağlı müzakirələr aparmaq çox əhəmiyyətlidir. UNESCO bu Forumdan sanballı nəticələr gözləyir” (trend.az).

Sayt qeyd edir: “Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu çərçivəsində panel müzakirələrinə toxunan M.Vorbs deyib ki, o, UNESCO-nun işinə əhəmiyyətli töhfə verib. Burada aparılan iş UNESCO-nun mandatına uyğundur. Dünya qarşısında duran çağırışların müzakirəsi və onların həlli məqsədi ilə fikir mübadiləsinin aparılması çox ciddi məsələdir”.

Artıq vurğulandığı kimi, Bakı Forumunda ictimai-siyasi, elmi və mədəni elitanın nümayəndələri sırasında müxtəlif sahələrdə Nobel mükafatı laureatları da iştirak edirdi. “vestikavkaza.ru” saytında qeyd edildiyi kimi, “Nobel mükafatı laureatları Bakı Beynəlxalq Humanitar Forumunun fəaliyyətini yüksək qiymətləndirdilər, gözəl təşkilatçılığa görə Azərbaycan rəhbərliyinə təşəkkür etdilər. Onlar belə bir məsələyə diqqət yetirdilər ki, Bakı Forumu elmin inkişafı üçün çox işlər görür, çünki tədbirlər zamanı müxtəlif ölkələrdən olan alimlər aktual məsələləri müzakirə edir, elm üçün ən mühüm problemlərin həlli yollarını birlikdə axtarıb tapmağa çalışır, bununla da yeni ideyaların yaranmasına rəvac verirlər”.

“trend.az” saytında “Bakı Beynəlxalq Humanitar Forumu elmin inkişafına əhəmiyyətli töhfə verir – Nobel mükafatı laureatları” sərlövhəli məqalədə deyilir: “Forum çərçivəsində Nobel mükafatı laureatlarının iştirakı ilə plenar iclas keçirildi. İclasda laureatlar dünyada elm sahəsində baş verən tərəqqi və elm qarşısında duran çağırışlar barədə öz fikirlərini bildirdilər. Nobel mükafatı laureatları Bakı Beynəlxalq Humanitar Forumunun fəaliyyətini yüksək qiymətləndirdilər, onun təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirdilər. Onlar qeyd etdilər ki, Bakı Forumu elmin inkişafına da mühüm töhfə verir, çünki dünyanın müxtəlif ölkələrindən alimlər Forum çərçivəsində müzakirələr aparır, fikir mübadiləsi edir və elmdə mövcud problemlərin birgə həlli yollarını axtarır, bununla da yeni ideyaların yaranmasına kömək edirlər”.

KİV-lər konkret şəxslərə də müstəsna diqqət ayırıblar. “1news.az” saytı “Nobel mükafatı laureatları Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsinin əhəmiyyətini qeyd edirlər” sərlövhəli məqalədə “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər” mövzusunda “dəyirmi masa”nın fəaliyyətini işıqlandırır. Materialda bildirilir ki, “dəyirmi masa”da altı Nobel mükafatı laureatı iştirak edib. Kimya üzrə Nobel mükafatı laureatı (1993), professor Keri Benks Mullis “Biotexnologiyanın yaranması”, kimya üzrə Nobel mükafatı laureatı (2013) Arye Varşel “Bioloji molekulların funksiyasının izahı üçün kompüter modelləşdirməsindən istifadə və xəstəliklərə qarşı mübarizə”, fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı (1991), professor Ervin Neyer “İon kanalları ilə bağlı xəstəliklər: XXI əsrdə insanın biologiyasını öyrənmək üçün böyük imkan”, fiziologiya və təbabət üzrə Nobel mükafatına layiq görülmüş (2013) Stenford Universitetinin professoru, biokimyaçı və neyrobioloq Tomas Kristian Züdhof “XXI əsrdə neyroelm: neyron şəbəkələrin molekulyar məntiqini araşdırarkən”, isveçrəli kimyaçı, kimya üzrə Nobel mükafatı laureatı (2002) Kurt Vütrix “XXI əsrin biologiyası və tibbi diaqnostikasında fundamental nüvə-maqnit rezonans tədqiqatlarından istifadə” mövzularında və başqaları çıxış ediblər. Professor Kurt Vütrix bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Biz azərbaycanlı həmkarlarla birlikdə tədqiqatlarımızı müzakirə edirik. Bunu çox yaxşı təcrübə hesab edirəm”.

“trend.az” agentliyi “Nobel laureatı Azərbaycanda tolerantlığa heyran qalıb” sərlövhəli materialda ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinkanın sözlərini sitat gətirib. O, V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda “dəyirmi masa”dakı çıxışında bildirib ki, Azərbaycan özünün tolerantlığı və multikulturalizmə münasibətilə onu ruhlandırır. O qeyd edib ki, dünyanın bir çox ölkələrinin Azərbaycandan nümunə götürməsini istərdi. Nobel laureatının sözlərinə görə, yaşadığı Afrikada dini dözümlülüklə bağlı böyük problemlər var. O deyib: “Müxtəlif ölkələrdə müxtəlif qruplaşmalar var. Onların məqsədi başqa konfessiyaların nümayəndələrini təqib etmək, onları qorxu içində saxlamaq, azadlıqlarını məhdudlaşdırmaqdır. Burada, Azərbaycanda məni müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması, ünsiyyət saxlaması və bir-birinə hörmət bəsləməsi heyrətləndirir”.

“vladikavkaz.ru” saytının verdiyi xəbərə görə, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Arizona Dövlət Universitetinin iqtisadiyyatın səmərəliliyi üzrə perspektiv araşdırmalar mərkəzinin professoru Edvard Preskott bildirib ki, “ölkə böyük sürətlə inkişaf edir, özü də Azərbaycan Qərblə ayaqlaşaraq irəli gedir”. Preskotta görə, bunun səbəbi Azərbaycanın yürütdüyü iqtisadi siyasətdir. O xatırladıb ki, 2002-2012-ci illərin maliyyə böhranı Azərbaycandan yan keçib. Nobel laureatının sözlərinə görə, Azərbaycan 2002-ci ildən başlayaraq daim yüksələn xətt üzrə inkişaf edir, ölkə rəqabətə davamlıdır və başqa dövlətlərə örnək ola bilər.

Göründüyü kimi, V Bakı Beynəlxalq Humanitar Forumunun fəaliyyəti böyük sayda həm yerli, həm də xarici KİV tərəfindən işıqlandırılıb. Son dərəcə məzmunlu və maraqlı keçən Forumun işlədiyi iki gün ərzində xeyli material hazırlanıb. Bu və ya digər dərəcədə iri mass-mediadan heç biri Bakı Forumunu diqqətdən kənar qoymayıb. Qeyd etmək lazımdır ki, onlar bu məsuliyyətli vəzifənin öhdəsindən tam gəldilər.

Jurnalistlər iştirakçıların müxtəlif aktual məsələlərə dair fikirlərini təqdim və şərh edərkən Forumun çoxşaxəli işini, onun ən mühüm mövzularını obyektiv, ardıcıl və ətraflı əks etdiriblər. Onlar Forumun fəaliyyətinə hərtərəfli diqqət yetirərək və iştirakçıların çıxışlarını təhlil edərək bütün bunları dəqiq və aydın işıqlandırıblar. KİV əməkdaşları Forumun maraqlı hadisələri, bu çərçivədə keçirilən tədbirlərdə səslənən yeni ideyalar barədə cəmiyyəti məlumatlandırmaqla bərabər, onun fəal iştirakçılarına çevriliblər. Mass-media nümayəndələrinin Forumun fəaliyyətini təhlil etməsi, araşdırma materiallarının əhatə dairəsinin genişliyi, işıqlandırılan hadisəyə şəxsi maraq hissi, peşəkar şərhin ətraflı və etibarlı olması – bütün bunlar cəmiyyətin Forumun işinin mahiyyətinə daha ciddi və dərindən nüfuz etməsinə, onun yekunlarını və perspektivlərini başa düşməsinə imkan verib.

Yerli və xarici KİV-lərin icmallarında Forumun çox gözəl təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi, mövzularının genişliyi, xüsusi, qlobal statusu və qazandığı həqiqi uğur birmənalı şəkildə vurğulanır. Təbii ki, Forumun məqsədi burada qəbul edilən tezis və müddəaları sivilizasiyanın inkişafının təsirli vasitəsinə çevirməkdir. Əlamətdar haldır ki, ideyaların, ictimai-siyasi mövqe və əqidələrin müxtəlifliyinə baxmayaraq, demək olar, bütün materialların müəllifləri belə bir məsələdə yekdil fikirdədirlər ki, Forum baş tutub, onun ideyaları sırf müsbət və konstruktiv xarakter daşıyır, çünki, əslində, onlar bəşəriyyətin əbədi və başlıca probleminə – bütün dünyada sülhə həsr olunub. Yekun Bəyannamədə isə zəmanəmizin və onun dəyişikliklərinin mahiyyətini əks etdirən, Forumda toxunulan məsələlərin təkcə əhəmiyyətini deyil, həm də onların həlli imkanlarını göstərən təyinedici tezislər var.

Yaxud “1news.az” saytında qeyd edildiyi kimi, “Forum bütün bəşəriyyət üçün maraq doğuran məsələlərin geniş spektrinə dair dialoq və fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, ölkələrin liderlərinə və hər bir insana ünvanlanan tövsiyələrdə ifadə olunur”. Məsələn, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya “moskow-baku.ru” saytına müsahibəsində deyir: “Mən ilk növbədə, mübaliğəsiz desəm, bu çox mühüm hadisənin təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd etməliyəm. Bakı Humanitar Forumu beşinci dəfədir keçirir, onun səviyyəsi ildən-ilə artır, tədbir müasir dövrün “Ekstremizmin bütün növlərinin yayılmasının qarşısını necə almalı və planetin dinc gələcəyini necə qorumalı?” kimi ən başlıca sualına cavab axtaran ekspertlərin, dünyanın ən yaxşı intellekt sahiblərinin diqqətini getdikcə daha çox cəlb edir.

Əvvəlki illərdə olduğu kimi, bu il də Forumun işində çoxlu böyük şəxsiyyət, Nobel mükafatı laureatı, görkəmli siyasətçi və biznesmen iştirak edib. Bütün bunlar həm qarşıya qoyulan problemlərin aktuallığını, həm də dialoq meydanı və beyin hücumu kimi Bakı Humanitar Forumunun nüfuzunun daim artdığını və möhkəmləndiyini göstərir. Burada Prezident Vladimir Putinin sözlərini təkrarlamaq istəyirsən. Onun təbrik məktubunda deyilir ki, Bakı Forumu çox qısa müddətdə dünyada geniş tanınıb.

Gördüyümüz kimi, V Bakı Beynəlxalq Humanitar Forumunun fəaliyyəti çox geniş vüsət alıb və əks-səda doğurub. “vestikavkaza.ru” saytı vurğulayır: “Humanitar Forum tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələrində Nobel mükafatı laureatlarının, mötəbər beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən nüfuzlu tədbirdir. Forumun əsas vəzifəsi yeni humanitar gündəlik formalaşdırmaq, bundan sonra onu beynəlxalq səviyyədə müzakirə etməkdir”.

Həqiqətən də bu, beynəlxalq miqyaslı tədbirdir. Yəqin ki, onu qısaca “Azərbaycan dünyada və dünya Azərbaycanda” kimi xarakterizə etmək olardı. Heç şübhəsiz, Forum ölkəmizin və bütün mütərəqqi dünya birliyinin tarixində, habelə yeni çağırışların həlli, sivilizasiya böhranından çıxmaq yolunda şərtləndirici mərhələ olduğunu göstərdi.

Yaxud tanınmış rusiyalı tarixçi və politoloq Oleq Kuznetsovun “day.az” saytına müsahibəsində dediyi kimi: “Ənənəyə çevrilən Bakı Beynəlxalq Humanitar Forumu oxşar formatda və nümayəndəlik səviyyəsində analoji tədbirlər arasında özünə layiqli yer tapıb. Dünya miqyaslı intellektualların müəyyən dövriliklə keçirilən toplantılarının sayı ondan çox deyil. Bakı Forumu da onlardan biridir. Bakı məhdud istiqamətli deyil, maksimum geniş mövzuda qlobal tədbirin keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürməkdən çəkinmədi. Buna görə də onun işində bərabərhüquqlu tərəfdaşlar kimi siyasətçilər, politoloqlar, kulturoloqlar, ekoloqlar, filosoflar, ilahiyyatçılar, jurnalistlər, bioloqlar, həkimlər, əczaçılar, müəllimlər, məmurlar, ictimai xadimlər, intellektual istehsalatın müxtəlif sahələrinin nümayəndələri bərabərhüquqlu tərəfdaşlar kimi iştirak ediblər, müasir dünyanın problemlərinə münasibətlərini bir-biri ilə “bəşəri ölçü” deyilən nöqteyi-nəzərdən bölüşməyə çalışıblar”.

V Bakı Beynəlxalq Humanitar Forumunun sonunda sülh və tərəqqi, humanizm və millətlərarası anlaşma səylərinə əsaslanan yüksək və dəyərli ideyalardan ibarət Yekun Bəyannamə qəbul edildi. Forumun saytında deyilir: “Onun iştirakçıları etiraf ediblər ki, insan kapitalının ən müasir bilik və vərdişlərin, o cümlədən fənlərarası bilik və vərdişlərin fasiləsiz təhsil proqramına inteqrasiyası yolu ilə inkişafı, eləcə də bu sahədə əməkdaşlığın genişlənməsi davamlı inkişafın ən mühüm humanitar tərkib hissəsidir”. Sivilizasiyalararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoqun təşkili məqsədlərinin əldə edilməsində informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin rolunun getdikcə artması qeyd edilib, ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşması və məqsədəuyğun istehlak və istehsal modellərinin tətbiqinə, təbii ehtiyatlara qayğıkeş münasibətə və iqlim dəyişmələri ilə əlaqədar zəruri tədbirlərin görülməsinin başa düşülməsinə dəstək məqsədi ilə müxtəlif hərəkatların təşviqi zərurətinə xüsusi diqqət yetirilib.

Forum iştirakçıları humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli strukturlara müraciət edərək, onları tolerantlıq, qarşılıqlı hörmət, habelə müasir qlobal və lokal çağırışların həlli mühitinin formalaşmasına yönələn forumların, konfransların, “dəyirmi masa”ların sistemli keçirilməsinə də çağırıblar. Bəyannamədə belə forumların iki ildən bir keçirilməsinin vacibliyi qeyd edilib.

Ramiz MEHDİYEV

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki

Comments are closed, but trackbacks and pingbacks are open.