Press "Enter" to skip to content

Multikulturalizm Azərbaycanın həyat tərzidir

ili” elan edilməsi haqqında Azərbaycan Respublikası

Multikulturalizmin azerbaycan modeli haqda

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfrans

Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.
Prezident İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə il ərzində çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri bu günlərdə Qəbələdə keçirilən “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans idi. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Azərbaycan Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfransda ölkəmizdə multikultural dəyərlərin inkişafı və təbliği ilə bağlı müzakirələr aparıldı.
Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, multikulturalizmi dövlət siyasətinin prioriteti kimi təsbit edən ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.

Konfransın moderatoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV açılış nitqi ilə çıxış edərək dedi:
– Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Azərbaycan Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfransda hamınızı salamlayıram.
Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilib.
Müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Lakin Azərbaycanda əsrlər boyu bu dəyər, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması ənənəsi mövcud olsa da, cəmiyyətin multikultural xarakteri məhz Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.
Təsadüfi deyildir ki, ulu öndərimizin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi siyasi fəaliyyəti layiqincə davam etdirən Prezident İlham Əliyev ənənəvi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin göstəricisidir. Eyni zamanda, multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Azərbaycan artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun böyük əməyini də xüsusi qeyd etməliyik. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Heydər Əliyev Fondu fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış mükəmməl ənənəyə töhfələrini verməkdədir.
Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqət və qayğının birbaşa təzahürü sayıla bilər.
Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir. Lakin Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə bağlı il ərzində müxtəlif tədbirlər həyata keçiriləcək. Bugünkü konfrans formatında ilk tədbiri isə Qəbələdə keçiririk. Bu konfransın Qəbələdə təşkil olunmasının rəmzi mənası var. Çünki Qəbələ ölkənin əsas çoxetnoslu rayonlarından biridir. Sakinlərinin təxminən 20 faizi ayrı-ayrı xalqların təmsilçiləridir. Bu mənada rayonun səfalı, füsunkar təbiəti ilə yanaşı, onu səciyyələndirən başlıca amillərdən biri də burada müxtəlif etnosların tarixən məskunlaşmasıdır. Qədimdən burada yaşayan bütün xalqları vahid maraqlar birləşdirib. Onlar tarix boyu düşmənə qarşı birgə mübarizə aparıblar. Bu gün isə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı həmin xalqların əsas maraqlarıdır. Qəbələdə bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Onlar rəhbər vəzifələrdə, yerli özünüidarətemə orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları ilə seçilirlər.
Qəbələnin etno-siyasi mənzərəsində və buradakı xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasında Azərbaycan multikulturalizminin nümunəsi aydın görünür. Təbii ki, bütün bunlar barədə konfransda çıxış edənlər tərəfindən ətraflı söz açılacaq və digər aktual məsələlərə toxunulacaq. Beləliklə, konfransı açıq elan edirəm.
Konfrans başlamamışdan öncə ulu öndərimiz Heydər Əliyevin abidəsi önündə bu dahi şəxsiyyətə sonsuz ehtiramımızı bildirərkən də vurğuladıq ki, Azərbaycan multikulturalizmi məhz ulu öndərimizin banisi olduğu azərbaycançılıq ideyasından, onun alternativsiz siyasi irsindən qaynaqlanır və ölkəmizdə yaşayan bütün xalqların rifahını, əmin-amanlığını birmənalı təmin edir. Heydər Əliyev birləşdirici lider kimi ölkədəki bütün etnosların vahid hədəflər uğrunda fəaliyyət birliyinə nail olmuşdur. Təsadufi deyildir ki, Heydər Əliyev irsi Azərbaycanda yaşayan bütün etnosların birləşdirici, səfərbəredici istinad mərkəzinə çevrilib. Bu mövzuda çıxış etmək üçün söz Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah HEYDƏROVa verilir.

Fəttah HEYDƏROV:
– Bu gün qədim Qəbələ torpağında sizlərlə bərabər çox əhəmiyyətli bir tədbirin iştirakçılarıyıq. Möhtərəm Prezidentimiz tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bu istiqamətdə qarşımıza mühüm vəzifələr qoyub. Bu konfransın keçirilməsi də hesab edirəm ki, bu sahədə həyata keçirilən dövlət siyasətinə, Prezidentin siyasi kursuna bizim mühüm töhfəmiz, əməli dəstəyimizdir.
Konfransın Qəbələdə baş tutması isə məncə, həm də rəmzi bir məna daşıyır. Çünki Azərbaycan mültikulturalizminə ən mükəmməl nümunə axtarsaq, Qəbələ rayonunda tarixən azərbaycanlıların, udilərin, ləzgilərin, rusların və digər etnosların dinc yanaşı, dostluq şəraitində yaşadıqlarını göstərə bilərik. Ölkəmizin hər yerində olduğu kimi, Qəbələdə də başqa millətlərə və dinlərə dözümlü munasibət, hörmət var. Qəbələ ta qədimdən bugünədək çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu, xalqların birgə yaşadıqları, müxtəlif mənəvi dəyərləri bölüşdükləri məkan olub. Burada etnik zəmində qarşıdurmalara, problemlərə heç zaman təsadüf edilməyib, heç vəchlə yol verilməyib. Rayonun hər bir kəndində, qəsəbəsində multikulturalizmin parlaq nümunələrinə rast gəlmək olar.
Qəbələ Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Hələ 2000 il öncə salnaməçilər burada yaşayışın olmasını qeyd edirdilər. 1500 il əvvəl – Qafqaz Albaniyası dövründə Qəbələ paytaxt şəhəri kimi bütün Qafqazın ən mühüm iqtisadi-siyasi mərkəzlərindən idi. Bu ulu torpağın zənginliyi yalnız onun qədim və möhtəşəm tarixi ilə, misilsiz coğrafi şəraiti ilə ölçülmür. Qəbələnin ən böyük zənginliyi onun insanlarıdır, çoxmillətli etnik tərkibidir.
Bu insanların fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər minilliklərdir onları ayırmır, yada çevirmir. Ancaq insanlar onları fərqləndirən dəyərlərə əhəmiyyət vermir, tam əksinə, onları birləşdirən, qovuşduran dəyərlər yaradır və onu daim möhkəmləndirirlər. Bu torpaqlarda uzun illər savaşlar olub, yadellilərin hərbi yürüşləri buradan keçib. Amma hər bir müdaxilə məhz tarixi Qəbələ torpaqlarında yaşayan müxtəlif xalqların bir hədəfdə, bir məramda birləşməsi nəticəsində dəf edilib. Bu xalqların igid oğulları ən qədim zamanlardan son Qarabağ savaşınadək Azərbaycan uğrunda şəhid olublar. İndi Qəbələnin ölkəmizin inkişaf etmiş, abad rayonlarından birinə çevrilməsi kimi tarixi nailiyyətin əsasını da məhz burada yaşayan xalqların əməksevər nümayəndələrinin birgə zəhməti, fədakarlığı təşkil edir.
Multikulturalizm termininin əslində, çox tərifləri var. Amma onun nə qədər çox hüquqi, siyasi və mədəni tərifi, təsnifatı olsa da, xalqımızın şüurunda multikulturalizmin adı çox sadədir. Bu, əsrlər boyu formalaşmış milli dəyərimiz, hər bir kənddə, rayonda, şəhərdə özünü təsdiq edən yaşam tərzidir. Yəni, multikulturalizm elə əsl azərbaycançılıqdır. Hesab edirəm ki, “Multikulturalizm azərbaycanlıların həyat tərzidir” deyimi tamamilə real əsaslara söykənir.
Xalqımızın sıx bağlı olduğu multikultural dəyərlər ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-ci illərdə xüsusən sürətlə inkişaf etdi. Ulu öndər hakimiyyətinin ilk dövrlərindən etibarən xalqın mənəvi dəyərlərini, dilini məharətlə qorudu, təbliğ etdirdi. Eyni əzmkarlıqla bu ərazidə yaşayan etnosların da hüquqlarına sahib çıxdı.
Necə ki Azərbaycanın unudulmuş tarixi qəhrəmanlarını, dövlət adamlarını yenidən xalqa qaytardı, eyni fədakarlıqla da digər xalqların görkəmli nümayəndələrinin xatirəsini əbədiləşdirdi.
Həmin illərdə Heydər Əliyevin böyük etimadı ilə müxtəlif yüksək vəzifələrdə çalışmışam, habelə Naxçıvanda – Ordubad, Culfa rayonlarına rəhbərlik etmişəm. Böyük şəxsiyyətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri yaxşı xatırlayıram. Dahi rəhbərin biz məmurlardan bir əsas tələbi də var idi: Daim deyirdi ki, azərbaycanlılarla yanaşı, digər xalqların da hüquqlarını qoruyun, onları incitməyin. Onların mədəniyyətlərini, adət-ənənələrini yaymalarına şərait yaradın. Qoy bayramlarını keçirsinlər, öz tarixlərini unutmasınlar. Heydər Əliyevin tələblərindən biri də o idi ki, milli azlıqların kompakt şəkildə yaşadıqları kənd və qəsəbələrdə sosial problemlər dərhal aradan qaldırılsın, onlar üçün zəruri infrastrukturlar yaradılarkən, hökmən klublar, muzeylər, bir sözlə, onların milli dəyərlərini yaşadacaq mərkəzlər xüsusi nəzərə alınsın. Elə bu gün konfrans keçirdiyimiz Qəbələdə də udilərin, ləzgilərin yaşadıqları kəndlərin abadlaşması və onların mənəvi hüquqlarının tanınması məhz ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinin bəhrəsi idi.
Təsadüfi deyildir ki, məhz ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaşayan xalqlar da milli-mənəvi intibah mərhələsini yaşadılar. İlk olaraq hər birinin folklor ansamblları yaradıldı, arxasınca tarixi qəhrəmanları və şəxsiyyətləri barədə kitablar nəşr olundu, onların xatirələri əbədiləşdirilərək küçələr adlandırıldı, büstləri qoyuldu. Mədəniyyət abidələri təmir və bərpa edildi, mənəvi dəyərlərinin təbliği üçün dövlət dəstəyi formalaşdırıldı. Müxtəlif mədəni festivallar keçirilirdi. Bir sözlə, Heydər Əliyevin sayəsində çoxmillətliliyin əslində, etnik zənginlik olduğu bir həqiqət kimi ortaya çıxdı.
Heydər Əliyevin müdrikliyini və misilsizliyini sübut edən faktlardan biri də budur ki, o, xalqımızın bütün müsbət xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradıb. Bu dəyərlərin küll halında təbliğini təmin edib. Bu xüsusda multikulturalizm və tolerantlıq xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev bu iki ali meyarı azərbaycançılığın mühüm tərkib hissələri kimi nəzərdən keçirirdi.
Təsadüfi deyil ki, hələ ötən əsrin 70-80-ci illərində ulu öndərimiz ölkədə yaşayan bütün xalqları Azərbaycanın mənəvi bayrağı altında demək olar birləşdirdi. Təəssüf ki, ümummilli liderimizin 1987-ci ildə məlum istefasından sonra Heydər Əliyevin müəllifi olduğu “Vahid maraqlar, Azərbaycan mənafeyi ətrafında birləşmiş millətlərin mənəvi ittifaqı” da dağıldı, ölkə separatizm və savaş meydanına çevrildi.
Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqillik qazansa da, bütün sahələrdə acınacaqlı vəziyyət hökm sürürdü. Bu dövrdə həm xarici təsirlər, həm də güclü hakimiyyətin olmaması səbəbindən ölkədə separatizm meyilləri güclənirdi. İctimai vəziyyət dözülməz həddə çatmışdı, yüzilliklər boyu bir-birlərini qardaş hesab edən millətlər öz aralarında artıq etnik fərqlilik axtarışına çıxmışdılar. Bu zərərli meyilləri zorakılığa çevirmək üçün çoxsaylı cəhdlər baş qaldırmışdı. Amma Heydər Əliyev dühası bunların qarşısını mətinliklə aldı. Adi bir çağırışla rus da, talış da, ləzgi də, kürd də, tat da, molokan da. bir sözlə, bütün xalqlar vahid dövlət maraqları ətrafında səfərbər oldular. Bütün xalqlar anladılar ki, yalnız “Heydər Əliyev bayrağı” altında onların təhlükəsizliyi, rifahı təmin oluna bilər, milli hüquqları qorunar. Belə də oldu.
Heydər Əliyev birləşdirici şəxsiyyət idi. Onun ideyaları təkcə kiçik bir qrupu, toplumu yox, ümumilikdə vahid sərhədlər hüdudunda yaşayan bütün millətləri birləşdirmək gücünə malik idi. Bu baxımdan tam əminliklə deyə bilərəm ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası azərbaycanlılarla yanaşı, digər millətlərin də maraqlarını uca tutan, hüquqlarını tanıyan və təmin edən, onlara bərabər imkan yaradan mənəvi normalar sistemidir.
Məlumdur ki, azərbaycançılıq ideyası xalqımızın minilliklər boyu formalaşdırdığı dəyərlər toplusu, mənəvi külliyatıdır. Dədə Qorquddan Nizamiyə, Nəsimiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadədən Mirzə Cəlilədək bir çox ziyalılar – əsl vətənpərvərlər bu ideyanın inkişafına töhfələr vermiş, onu daim təkmilləşdirmiş, yaymışlar. Fəqət, Heydər Əliyev dühasının böyüklüyü onda idi ki, o həmin ideyanı müasir dövrün tələblərinə uyğunlaşdıra bildi və onu artıq müstəqillik mübarizəsinin məramına çevirdi. Hələ 70-ci illərdən onu müstəqil dövlətçiliyin təməl prinsipi kimi formalaşdırmağa başladı. Yəni, əsrlər boyu təshih oluna-oluna təkmilləşən bu ideya əvvəllər daha çox maarifçilik qayəsi kimi idisə, Heydər Əliyevin sayəsində o, sırf dövlətçilik və müstəqillik amalının konseptual təməlinə çevrildi.
Ən əsası, azərbaycançılıq ideyası Heydər Əliyev tərəfindən milli kimliyimizin ideoloji göstəricisi miqyasını aşdı. Eyni zamanda, artıq bu ərazidə yaşayan bütün etnosların birləşdirici gücünə çevrildi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası həm də mükəmməl bir ideologiyadır: o, Azərbaycanda yaşayan bütün insanları ayrı-seçkilik qoymadan vahid amal, vahid dövlət, vahid maraqlar ətrafında birləşdirir.
Heydər Əliyevin fəaliyyətinin mahiyyətini və müəllifi olduğu azərbaycançılıq ideyasının məğzini təşkil edən əsas prinsip budur ki, müxtəliflik – istər milli, istər dini baxımdan olsun, – bizi ayırmır, əksinə, birləşdirir. Fərqlilik bizi zəiflətmir, əksinə, gücləndirir.
Fikrimcə, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütün milli xüsusiyyətləri ilə yanaşı, həm də bəşərilik prinsiplərinə əsaslanır. Bu ideologiya Azərbaycanda yaşayan, özünü Azərbaycan vətəndaşı, hətta azərbaycanlı sayan milyonlarla insanın mənəvi istinad mənbəyinə, birləşdirici amilə çevrilib.
Yuxarıda xatırlatdığım kimi, ölkəmizin ciddi sınaq qarşısında qaldığı həmin çətin günlərdə – 1993-cü ildə burada yaşayan bütün xalqların ulu öndərin bir çağırışı ilə Azərbaycanın düşmənlərinə qarşı vahid qüvvə kimi səfərbər olmasının da səbəbi məhz Heydər Əliyev şəxsiyyəti və onun formalaşdırdığı azərbaycançılıq ideyası idi. Sonrakı tarixi sınaqlarda da digər xalqların nümayəndələri daim ön cərgədə oldular, müstəqilliyimizin qorunub saxlanmasında fədakarlıqlar göstərdilər. Yəni, Heydər Əliyevin sayəsində Azərbaycanda yaşayan bütün insanlar anladılar ki, millətindən asılı olmayaraq bu vətən onlarındır, bu vətənin sahibi həm də onlardır!
Hesab edirəm ki, bu gün dünyada mükəmməl örnək, təkmil model kimi qəbul edilib öyrənilən Azərbaycan multikulturalizmi və tolerantlığı prinsiplərinin mayası, qayəsi də məhz Heydər Əliyevin azərbaycançılıq ideyasından irəli gəlir.
Təəssüf ki, bu gün dünyada multikulturalizm və tolerantlıq kimi dəyərlərə böyük təhlükə var. Özü də bu təhlükənin demokratik dəyərləri əldə dəstəvuz edən Qərbdən gəldiyini açıq deməliyik. Amma Azərbaycandakı vəziyyət tamamilə fərqlidir. Bizim ölkəmiz digər ölkələrə yaxşı mənada örnək göstərilir. Bu da təsadüfi deyil. Azərbaycanda belə bir unikal cəmiyyətin qurulması möhtərəm Prezidentimiz İlham Əliyevin də diqqət mərkəzindədir. Azərbaycan təkcə iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə deyil, həm də ölkədə mövcud olan siyasi sabitliklə, dini, milli, irqi dözümlülüklə fərqlənir.
Azərbaycanda mövcud olan multikulturalizmin və tolerantlığın ən bariz nümunəsinin nə olduğu sualına mən konkret belə cavab verərdim: bu, müqəddəs Ramazan bayramındakı iftar mərasimində hər il süfrənin başında möhtərəm Prezidentimizin Şeyxülislamla və xristian, yəhudi icmalarının rəhbərləri ilə bərabər əyləşməsidir. Bu mənzərə – hər üç səmavi dinin ruhani təmsilçiləri ilə onların vəhdətini və dostluğunu təmin edən dövlətin rəhbərinin birgə görüntüləri yalnız rəmzi məna kəsb etmir. Bu, Azərbaycanın ən ucqar kəndindən ölkənin ən ali məqamınadək silsiləvi uzanan həyat tərzi, yaşam norması, fəaliyyət prinsipidir!
Azərbaycanda multikulturalizm və tolerantlığın vəziyyətindən danışarkən, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Son illər fondun təşkilatçılığı ilə dünyanın onlarla ölkəsində mədəniyyət və təhsil ocaqları müasirləşdirilib, bərpa edilib, mədəni irsin qorunmasına dəstək verilib. Bütün bunlar həm də Azərbaycanın malik olduğu zəngin dəyərlərin dünyaya təqdimatı üçün əlverişli vasitədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən başalayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirilir. Hesab edirəm ki, bu tədbir ölkəmizdəki mükəmməl multikultural dəyərlərin təbliği üçün ən mükəmməl vasitələrdən biridir. İndiyədək bu festifallarda dünyanın 20-dən çox ölkəsindən tanınmış musiqiçilər iştirak ediblər. Bu beynəlxalq tədbirlər təkcə Azərbaycanın zəngin mədəniyyətinin, musiqisinin, incəsənətinin təbliği ilə yadda qalmır. Qəbələnin timsalında dünyanın tanınmış musiqiçiləri, sənət adamları, ictimai-siyasi xadimləri ölkəmizin azsaylı xalqlara, millətlərə, eləcə də dinlərə dözümlü münasibətinin şahidi olurlar. Qəbələnin əcnəbi qonaqları özlərinə qarşı mehriban və qonaqpərvər münasibət fonunda Azərbaycan mültikulturalizminin parlaq təzahürlərini qabarıq hiss edirlər.
Bu gün başqa millətlərin təmsilçiləri Azərbaycanda hakimiyyətin bütün qollarında yüksək vəzifələr tuturlar. Ölkənin ictimai-mədəni həyatında çox fəaldırlar. Yenə də Qəbələ rayonundan nümunə gətirmək istərdim. Rayonda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Onlar rəhbər vəzifələrdə, yerli özünüidarəetmə orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları ildə seçilirlər. Onlar bildirirlər ki, Azərbaycan onların vətənidir və bu Vətəni sevirlər. Heydər Əliyev ideyalarına, cənab İlham Əliyevin yürütdüyü siyasi kursa sadiqdirlər.
Bir mühüm məqama da toxunmaq istərdim. Bu gün Azərbaycanda müxtəlif xalqların sülh və qarşılıqlı etimad şəraitində yaşamasının əsas səbəblərindən biri də bu millətlərin ağsaqqallarının düzgün mövqeyi, müdrik nəsihətləridir. Hansı etnik qrupa mənsub olmasından asılı olmayaraq ağsaqqallarımız daim insanları, xüsusən də gəncləri birgəyaşayış dəyərlərinə hörmətə çağırır, onları Azərbaycan adlı vətənlərinə sadiq olmağa səsləyirlər. Respublika Ağsaqqallar Şurasının üzvləri sırasında ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri var. Onlar əcdadlarımızdan bizə miras qalan dəyərlərimizin təbliğində və gənclərimizə aşılanmasında mühüm işlər görürlər. Bugünkü konfransın təşkilatçılarından olan Ağsaqqallar Şurası il boyu müxtəlif bölgələrdə bu kimi tədbirlər keçirəcək, ön sırada olacaqlar.
Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Fəxr edirik ki, artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərində öyrənilir, təhlil edilir. Son illərdə bu sahədə həyata keçirilən tədbirlərdən saatlarla danışsaq, yenə də bitməz. Yalnız onu demək kifayət edər ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri də inkişaf edəcək, zənginləşəcək. İndi olduğu kimi gələcəkdə də bu məkanda yaşayan bütün millətlərin təmsilçiləri ulu öndərimiz Heydər Əliyevin bu sözlərini təkrarlayacaqlar: Fəxr edirəm ki, mən Azərbaycanlıyam.

Bəxtiyar SADIQOV:
– Milli-etnik zənginliyin təcəssümü olan Qəbələ rayonu həm də regional inkişafın uğurlu mərkəzlərindəndir. Bu gün Qəbələ milli yüksəliş rəmzlərindən birinə çevrilərək, sosial-iqtisadi tərəqqi və abadlıq-quruculuq prosesində də xüsusi fərqlənir. Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında rayonda yaşayan bütün xalqların təmsilçilərinin birgə zəhməti, fədakarlığı mühüm amildir. Bu barədə çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEVə verilir.

Səbuhi ABDULLAYEV:
– Sizi qədim və tarixi Qəbələ torpağında salamlamaqdan məmnunluq duyur, hamınıza qəbələlilərin səmimi və xoş arzularını çatdırıram. Belə bir mötəbər tədbirin bu gün Qəbələ rayonunda keçirilməsi müstəqil Azərbaycanda mövcüd olan mükəmməl multikulturalizm prinsiplərinin, milli-mənəvi dəyərlərin və mədəniyyətlərin sistemli inkişafının əyani nümunəsidir. Bildiyiniz kimi, Qəbələ milli-etnik zənginliyin ən mükəmməl təcəssümlərindən biridir və əsrlər boyudur ki, müxtəlif xalqlar bu ərazilərdə mehribanlıq, sülh və qarşılıqlı etimad şəraitində yaşayırlar.
Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan multikulturalizm və tolerantlıq əslində, Azərbaycan xalqının həyat tərzidir. Ulu öndərimiz bu mənəvi dəyərlərimizin yaşadılması üçün böyük fədakarlıqlar göstərmiş, ölkəmizdəki bütün xalqları vahid bayraq, vahid milli mənafelər, vahid hədəflər ətrafında sıx birləşdirmişdir. Bu prosesi daha da inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin böyük müdrikliyi sayəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri elə möhkəmlənmişdir ki, artıq dünya Azərbaycanın bu sahədəki təcrübəsini mükəmməl model kimi qəbul edir və öyrənir.
Böyük qürur hissi ilə deyə bilərəm ki, rayonumuzda mövcud olan müxtəlif xalqların birgəyaşayış ənənələri dünyada az-az təsadüf olunan ən demokratik multikulturalizm modelinin gözəl nümunəsi və təzahürüdür. Qəbələnin milli tərkibinə görə əhalisininin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər və 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq hamı bayram, yaxud hüznlü günlərdə birlikdə olur, dini və milli mənsubiyyətinə görə biri-digərinə fərq qoymur, vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır.
Ölkədə əsası ulu öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin nəticəsində dini tolerantlıq bərqərar olmuş, bütün dini icmaların normal fəaliyyət göstərməsinə lazimi şərait yaradılmışdır. Rayonumuzda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, 1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza etdiyi səfərlər zamanı udilərin yaşadığı Nic qəsəbəsində və ləzgilərin yaşadığı Yenikənd kəndində ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Həmin görüşlərdən sonra bu yaşayış məntəqələrində müasir məktəb binaları tikilmiş, yeni yollar və körpülər salınmış, uşaq bağçası açılmış, məscid binası inşa olunmuş, istirahət parkı yaradılmış, qaz xəttinin çəkilişinə başlanılmışdır. Rayonda həyata keçirilən bütün sosial-iqtisadi layihələrdən milli azlıqlar yetərincə bəhrələnmiş, onların məşğulluğu diqqətdə saxlanılmışdır.
Eləcə də Qəbələdə aparılan abadlıq və quruculuq işlərində bütün etnik qrupların böyük əməyi olmuşdur. Onlar bu gün də rayonumuzun iqtisadi inkişafına uğurlu töhfələr verir, bu torpağı özlərinin əzəli və əbədi vətəni hesab edirlər. Beynəlmiləl tərkibə malik olan Qəbələnin qurub-yaratmaq üçün fədakarlıq göstərən insanlarının sayəsində şəhərimizin, qəsəbə və kəndlərimizin siması, görkəmi gündən-günə dəyişir, müasirləşir və bu füsunkar diyar dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. İnşaat sektorunun sürətli inkişafı sayəsində yeni yaradılan sənaye obyektləri, turizm infrastrukturu burada çalışan xalqların birgəyaşayış və dostluq hisslərinə stimul verir.
Ölkəmizin multikulturalizm məskəninə çevrilməsində Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə rayonumuzda keçirilən beynəlxalq musiqi və kino festivalları, rəsm sərgiləri, idman yarışları və digər bu kimi tədbirlər öz tarixi şöhrətinə qovuşmaqda olan Qəbələnin həm də dünyanın cəlbedici turizm məkanına çevrilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir. Birinci xanımın qeyd etdiyi kimi, Qəbələ məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqinə və inkişafına daim öz töhfəsini verən məkan kimi tanınmaqdadır.
Multikulturalizm bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çoxmillətli Azərbaycanda ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl milli siyasətin həyata keçirildiyini göstərir. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması kimi qiymətləndirir, multikulturalist ənənələrə söykənən içtimai münasibətlərin təbliğini, eləcə də təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik.
Əminliklə bildirmək istəyirəm ki, Qəbələ rayonunda əsrlərin sınağından keçən millətlərarası tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər və görülən işlər bundan sonra da uğurla davam etdiriləcək, xalqlararası dostluğa böyük töhfələr veriləcəkdir.

Bəxtiyar SADIQOV:
– Ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində şübhəsiz ki, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin də mühüm rolu var. Bu sahədə son dövrlərdə genişmiqyaslı iş aparan xidmətin fəaliyyətini uğurlu saymaq olar. Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsas istiqamətləri barədə danışmaq üçün söz Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar NƏCƏFOVa verilir.

Etibar NƏCƏFOV:
– Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndərin siyasi hakimiyyətə qayıdışı tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Prezident İlham Əliyev çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd etmişdir. Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Bu isə özünü aşağıdakı məqamlarda: ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir.
Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, müsəlmanların arasında qanlı toqquşmalara səbəb olan şiə-sünni qarşıdurması yoxdur! Bununla bağlı Prezident İlham Əliyev qeyd edir: “Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər Məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar”.
Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən biri kimi cənab Prezidentin sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini göstərmək olar.
Multikulturalizm sahəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin rəhbərliyi ilə BBMM-in həyata keçirdiyi layihələr sırasında aşağıdakıları qeyd etmək olar: Bakı Slavyan Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının açılması; Azərbaycan universitetlərində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi. Bu fənlər üzrə tədris proqramlarının çap edilməsi və “Azərbaycan multikulturalizmi” adlı dərsliyin hazırlanması üzrə iş aparılması; “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün mütəmadi treninqlərin təşkili; “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini öyrənən Azərbaycan və xarici ölkə tələbələri üçün “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: öyrən, araşdır, paylaş. Beynəlxalq Yay-Qış məktəblərinin” təşkili; Xarici ölkələrin intellektual və administrativ məkanlarında Azərbaycan multikulturalizmi ilə bağlı birdəfəlik mühazirələrin (“dəyirmi masa”lar, konfranslar və s.) təşkili; Dünyanın 13 universitetində (İtaliya, Bolqarıstan, Rusiya, Çexiya, Litva, İsveçrə, Ukrayna, Türkiyə, Portuqaliya, Almaniya, Gürcüstan, Belarus, İndoneziya) və Azərbaycanın 28 ali məktəbində bu gün “Azərbaycan multikulturalizmi” fənninin tədrisi; Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi və publisistik, siyasi və hüquqi qaynaqlarının öyrənilməsi.

Bəxtiyar SADIQOV:
– Vaxtilə qədim Alban dövlətinin paytaxtı kimi Qəbələ Qafqazın ən güclü iqtisadi-siyasi mərkəzlərindən biri olub. Bu möhtəşəm tarixdən danışarkən, heç şübhəsiz ki, udi xalqını xüsusilə qeyd etmək lazım gəlir. Azərbaycanın etnik zənginliyinin incisi olan udilər öz dini inanclarını, milli dəyərlərini, mədəniyyətlərini qorumuş və inkişaf etdirmişlər. Son 20 il isə bu sahədə udilərin əsl intibah dövrü sayılır. Qəbələdə yaşayan udilərə dövlətin yaratdığı imkanlar barədə danışmaq üçün söz Alban-Udi Xristian dini icmasının sədri Robert MOBİLİyə verilir.

Robert MOBİLİ:
– Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, həmçinin Prezident İlham Əliyevin son dərəcə səmərəli fəaliyyəti sayəsində respublikamızda sosial-siyasi sabitlik hökm sürür, tolerantlıq və multikulturalizmin inkişafı əməli şəkildə gerçəkləşdirilir, xalqlar və etnik qruplar arasında sülh və əmin-amanlıq, birlik və qarşılıqlı etimad bərqərar olunmuşdur. Azərbaycan etnosunun inkişafı və formalaşması müxtəlif tayfa və xalqların əlaqələri əsasında baş verən uzun prosesdir və bu gün də respublikada əsas etnosla yanaşı 20-dən çox milli azlıq yaşayır. Onların hamısı vahid və çoxmillətli Azərbaycan xalqını təşkil edir.
Yerli azlıqlar arasında mənşəyi və tarixi artıq 200 ildir ki, dünya alimlərinin diqqətini cəlb edən udilər də var. Udilər Azərbaycanın avtoxton xalqı və Qafqazın ən qədim yerli etnoslarından biridir. Azərbaycanın ərazisində yaşayan azsaylı xalqlar arasında alban-udilər özlərinə məxsus etnoqrafik xüsusiyyətləri, tarixi, dili və dini ilə seçilən unikal etnosdur. Bu gün Azərbaycan Respublikası udilərin kompakt şəkildə yaşadığı yeganə məkan – onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udilərin tarixi qorunub saxlanılır və araşdırılır; dil, din, özünəməxsus mədəniyyət, adət və ənənələr inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur.
Son zamanlar Azərbaycanda dövlət hakimiyyəti orqanlarının fəal dəstəyi ilə yaxın və uzaq udi icmalarının, yaradıcı ziyalıların, bizim qəsəbənin bütün sakinlərinin iştirakı ilə dini və mədəni tədbirlərin keçirilməsi ənənəyə çevrilmişdir. Son illər ərzində xaricdə (İngiltərə, İtaliya, Fransa, Belçika, ABŞ, Türkiyə, İsrail, Keniya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan), Bakıda və Nicdə görüşlər, “dəyirmi masa”lar, beynəlxalq konfranslar keçirilir və həmin tədbirlərdə bizim icmanın üzvləri tərəfindən də “Azərbaycan multikulturalizmi modelində udi nümunəsi” təqdimatı ilə çıxışlar edilir.
Müstəqil Alban kilsəsinin konfessional irsinin hüquqi və birbaşa dini varisi kimi bizim icmamız onun bərpası üçün çalışır. Tarixi məlumatlar Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq xristian dünyasında ən qədim kilsələrdən biri kimi, apostol mənşəli olduğunu göstərir. Uzun əsrlər boyu mövcud olmuş Alban kilsəsi bölgədə xristianlığın tarixini təcəssüm etdirən çoxsaylı abidələr qoyub getmişdir. 1836-cı ilə qədər iqamətgahı Qandzasarda yerləşməklə müstəqil şəkildə mitropoliya statusunda mövcud olan Alban katolikosluğu həmin il martın 11-də Rusiya çarı I Nikolayın “Erməni-Qriqorian kilsəsi haqqında” reskripti ilə ləğv edilmiş, katolikosat xəttinə və vəzifə təyinatına son qoyulmuşdur. Bütün bunlar bədniyyətli qonşularımızın iki əsr ərzində bizə qarşı yürütdükləri tarixi saxtalaşdırma siyasətinin tərkib hissəsi idi. Erməni kilsəsi nəinki Alban kilsəsinin məbədlərini və dəftərxanasını, hətta orada uzun əsrlər boyu saxlanan bütün əlyazmaları, Alban kilsəsinin qədim abidələrini, Qüds şəhərində yerləşən məbədi və Alban kilsəsinə məxsus olan iqamətqahı mənimsədi.
Bu gün Azərbaycan Respublikasında Alban kilsəsinin bərpası ona Qüdsdəki kilsənin geri qaytarılmasını tələb etməyə, bu irsin tamhüquqlu varisi iddiasını ortaya qoymağa imkan verir.
Müasir dünyanın gerçəklikləri – 180 il bundan əvvəl ləğv olunmuş Alban kilsəsinin indiki obyektiv durumu, kanonik zəmin və onun irsi, müstəqil Alban kilsəsinin intibahı – bütün bunlar möhtəşəm hadisə və tarixi ədalətin bərpasıdır. Deyilənləri nəzərə alaraq hazırda müxtəlif konfessiyaların, xüsusən Şərqin (Kopt, Suriya, Qüds, Konstantinopol) dini liderlərinin, albanşünas alimlərin, dinşünasların, mədəniyyətşünasların və MDB dövlətlərindəki udi icmalarının təmsilçilərinin iştirakı ilə “Alban kilsəsinin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilməsi son dərəcə zəruridir. Belə bir tədbirin keçirilməsi çox aktualdır və respublikanın bütün əhalisinin, Azərbaycanda yaşayan müxtəlif konfessiyalar və mədəniyyətlərin təmsilçilərinin daha da sıx birləşməsi üçün çox vacibdir və önəmlidir. Bu cür tədbirlərin rolunu və əhəmiyyətini qiymətləndirməmək mümkün deyil, çünki onlar polietnik və polikonfessional dövlət üçün zəruridir və multikulturalizm, xalqlar arasında sülh, qarşılıqlı etimad və dostluq siyasətini fəal şəkildə həyata keçirən Azərbaycan Respublikasının həm bütün dünyada, həm də ölkə daxilində nüfuzunu daha da artırır. Bu, dünya mədəniyyəti tarixində mühüm yer tutmaqla yanaşı, çağdaş dövrdə aparılan dünyəvi dini-konfessional dialoqda da mühüm hadisə olacaqdır.
Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, multikultural dəyərlər, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti udi icmasının fəaliyyətinə zəruri şərait yaradıb; Nicdə “Orayin” udi milli-mədəniyyət mərkəzi, Alban-udi xristian icması, Oğuzda udilərin cəmiyyəti fəaliyyət qöstərir. Əlbəttə, xalqın kimliyini sübut edən amillərdən biri də onun əsrlər boyu yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi və s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir. Bugünədək özlərinin ənənəvi yemək və içkilərini, dil iə din, milli geyim və mərasimlərini qoruyub saxlayıblar. Budur Azərbaycanın həqiqəti.

Bəxtiyar SADIQOV:
– Multikulturalizm, tolerantlıq dəyərləri Qəbələdə əsrlərdir ki, insanlarımızın həyat tərzinə, yaşam fəlsəfəsinə çevrilib və ən mükəmməl birgəyaşayış nümunəsi kimi tanınıb. Burada yaşayan bütün xalqların təmsilçiləri dövlət strukturlarında layiqincə təmsil edilir, rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər. Bir sözlə, Azərbaycanın tamhüquqlu vətəndaşları kimi dövlətə layiqincə xidmət göstərirlər. Bu mövzuda çıxış üçün söz Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Emil ZƏKİyə verilir.

Emil ZƏKİ:
– Uzun əsrlərdir ki, ölkəmizdə müxtəlif millətlərə mənsub insanlar birgəyaşayış şəraitində tolerant həyat tərzi sürürlər. Ölkədə hər zaman azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır. Bu gün doğma Azərbaycanımızda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin inkişafı, möhkəmləndirilməsi üçün bütün zəruru siyasi və sosial şərait yaradılıb. Hər bir millətin nümayəndəsi ölkəmizdə sərbəst yaşayır, öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlayır, inkişaf etdirirlər.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizim ənənəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bunun bariz nümunəsidir. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqımızın həyat tərzidir. Çoxmillətli ölkəmizdə azərbaycanlılarla yanaşı ruslar, ləzgilər, talışlar, gürcülər, avarlar və digər milli-etnik toplumlar əsrlər boyu mehriban dostluq şəraitində yaşayıblar.
Ölkəmizin zəngin tarixə malik azsaylı xalqlarından biri də udilərdir. Udilər Qafqazın qədim sakinlərindəndirlər. Tarixən Günəşə, Aya və Oda sitayiş edən udilər Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir. Qafqaz Albaniyasının yadigarları olan udilər hazırda kompakt şəkildə Qəbələ rayonunun Nic qəsəbəsində və qismən də Oğuz rayonunun mərkəzində yaşayırlar. Bu gün Nic qəsəbəsini tolerantlığın kiçik modeli kimi qəbul etmək olar. Burada tarix boyu azərbaycanlılar, ləzgilər, udilər mehriban şəraitdə, bir yerdə yaşayıblar.
Qəsəbədə üç kilsə, iki məscid, habelə müsəlmanların və xristianların ziyarət etdikləri müqəddəs yerlər var. Dövlət tərəfindən udilərə öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır. Məktəblərimizdə doğma dilimiz – udi dili tədris olunur. Uşaqlarımız bu dildə yazmağı, oxumağı öyrənirlər. Dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, I-IV siniflər üçün udi dilində “Ana dili” (“Nanay muz”) dərslikləri çap olunmuşdur. Bunun üçün biz dövlətimizə, onun rəhbərinə təşəkkür edirik.
Qəsəbədə yaşayan bütün xalqların nümayəndələri mehriban dostluq şəraitində bir ailə kimi yaşayırlar. Bu münasibətlər o qədər sıx və istidir ki, kimin hansı xalqa mənsub olması haqda qəsəbəmizdə heç kəs düşünmür. Çünki bizim bayramlarımız, xoş günlərimiz həmişə bir yerdə olub. Həyatın qanunudur: hər kəsin bir ağır günü, çətinliyi olur. Belə günlərdə də biz azərbaycanlıları yanımızda görmüş, onların mənəvi dəstəyini hiss etmişik. Bu münasibətlər qohumluq, ailə münasibətlərinə çevrilmişdir: Azərbaycanlı oğlanların udi qızları ilə həyat qurduğu onlarla ailələr var. Biz gənclər bu adət-ənənələrlə böyümüş, tərbiyə almışıq. Hər birimiz çalışacağıq ki, belə bir birgəyaşayış tərzini qoruyub saxlayaq və gələcək nəsillərə ötürək. Təbii ki, Azərbaycan kimi ölkədə bu heç də problem deyil. Bu gün Azərbaycan tolerant ölkələrin siyahısında ilk yerlərdədir. Azərbaycan tolerantlıq ölkəsi kimi Şərq və Qərb ölkələri arasında böyük bir körpü rolu oynayır.
Müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri ölkəmizin gələcək inkişafının əsasıdır. Biz inanırıq ki, doğma Azərbaycanımızın multikulturalizm modeli həmişə dünyanın siyasi arenasında ön sırada dayanacaqdır.

Bəxtiyar SADIQOV:
– Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir. Təsadüfi deyildir ki, bu siyasətin həyata keçirilməsində ictimai təşkilat kimi Heydər Əliyev Fondunun da dövlətimizə böyük əməli dəstəyi var. Ulu öndərimizin irsini layiqincə yaşadan və təşviq edən fondun bu sahədəki fəaliyyəti artıq qlobal miqyasda təqdir olunur. Ölkəmizdə və xaricdə multikulturalizmin əsas təbliğatçısı olan Heydər Əliyev Fondunun Qəbələdə həyata keçirdiyi uğurlu layihələr də yetərincədir. Bu barədə danışmaq üçün söz Qəmərvan kənd məktəbinin müəllimi Rəna HACIYEVAya verilir.

Rəna HACIYEVA:
– Ümummilli lider Heydər Əliyevin banisi olduğu multikulturalizm və tolerantlıq siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və yeni qlobal çağırışlara uyğun olaraq inkişaf etdirilir. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin adını daşıyan fond da bu prosesdə daim dövlətin yanındadır. Fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda tolerantlığın, multikultural ənənələrin təbliği ilə bağlı Heydər Əliyev Fondu tərəfindən olduqca möhtəşəm layihələr həyata keçirilir. Bu layihələr bir daha onu göstərir ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər böyu dinc yanaşı yaşaması ölkəmizdə tolerant cəmiyyət modeli kimi mövcuddur.
Müxtəlif azsaylı xalqların məskunlaşdığı doğma Qəbələmiz tək turizm mərkəzi deyil, eyni zamanda, beynəlxalq tədbirlərin, forum və sammitlərin keçirildiyi məkandır. Heydər Əliyev Fondu özünün ən möhtəşəm layihələrindən birini məhz Qəbələdə reallaşdırmışdır. Artıq 8 ildir ki, Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə dünyanın xeyli ölkəsinin məşhur musiqiçilərinin və musiqi kollektivlərinin qatıldığı Beynəlxalq Musiqi Festivalı keçirilir. Dünyanın diqqətini cəlb edən bu festival təkcə musiqinin deyil, sülhün, barışın, əməkdaşlığın, birliyin təntənəsi olur.
Qəbələdə gerçəkləşdirilən IV Beynəlxalq İncəsənət Sərgisi də mədəniyyətlərarası dialoqun ən bariz nümunəsi olduğunu göstərdi. Multikulturalizmin Azərbaycan modelini bütün dünyaya cəsarətlə nümayiş etdirən Heydər Əliyev Fondu bir daha sübut etdi ki, ölkəmizdə reallaşdırılan bütün tədbirlər son nəticədə azərbaycançılıq ideyasına, Azərbaycan dövlətçiliyinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi uzun əsrlərdir tolerantlıq mühitində yaşayan biz qəbələliləri də çox sevindirdi. Dövlətimizin elə təkcə mənim yaşadığım Qəmərvan kəndinə göstərdiyi diqqət və qayğıdan çox danışmaq olar. Lakin vaxt məhdudluğuna görə mən bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Qəmərvan dağlar qoynunda yerləşən səfalı ləzgi kəndidir. Əsasən qoyunçuluq və maldarlıqla məşğul olan kənd sakinləri yarımköçəri həyat tərzi yaşadığından sosial infrastruktur günün tələblərindən çox geri qalırdı.
Azərbaycanın müstəqillik qazanması, demokratik dövlətin yaranması və ölkə başçısının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən kənd təsərrüfatına ayırdığı diqqətin nəticəsində kəndimiz sürətlə inkişaf etməyə başladı. Qısa müddət ərzində kəndə asfalt yol çəkildi. Əvvəllər selin tez-tez yuyub apardığı yola beton bənd vuruldu. Qəmərvanda ləzgi balaları üçün müasir ikimərtəbəli məktəb binası tikilərək istifadəyə verildi. Bu gün məktəbdə ləzgi dilinin tədris olunması dövlətimizin xalqımıza göstərdiyi dəstəklə yanaşı, həm də ləzgi xalqının dilinə, mədəniyyətinə olan qayğının təzahürüdür.
Ölkə başçısının azsaylı xalqlara olan diqqətinin nəticəsidir ki, bu gün kəndə qaz çəkilişi başa çatmaq üzrədir. Rayonda mövcud olan tolerant ənənələrin bariz nümunəsidir ki, keçən il yeni məsçid binası tikilərək dindarların ixtiyarına verilmişdir. Hazırda Qəbələ-Qəmərvan yolu üzərində iki nəhəng körpünün tikintisi gedir. Bu gün bütün qəmərvanlıların evində telefon və internet vardır.
Bunlar hamısı Azərbaycan dövlətinin biz ləzgilərə olan qayğısının parlaq təcəssümüdür. Əslində, biz ləzgilər azərbaycanlılardan yalnız danışıq dilinə görə fərqlənirik. Biz heç vaxt çox möhkəm qohumluq əlaqələrimiz olan azərbaycanlılar arasında sıxılmamışıq, əksinə, bizə olan sevgi, hörmət, qayğı bir arada yaşamağımıza stimul vermişdir. Qarabağ uğrunda gedən döyüşlərdə Qəmərvan neçə şəhid vermiş, itkin düşənlər olmuşdur. Bu, bir daha sübut edir ki, bizim bir vətənimiz var – Azərbaycan! Ölkə vətəndaşı olaraq biz bundan qürur duyuruq.

Bəxtiyar SADIQOV:
– Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən həm də xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanırdı. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir. Bu günlərdə çapdan çıxan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı da hesab edirəm ki, bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Elmi redaktoru Dövlət müşaviri, akademik Kamal Abdullanın olduğu kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara ehtiramının təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Bu mövzuda çıxış uçün söz Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Möhsün NAĞISOYLUya verilir.

Möhsün NAĞISOYLU:
– Azərbaycanda ən qədim zamanlardan bəri müxtəlif dinlərə və etiqadlara inanan, fərqli dillərdə danışan çoxsaylı xalqlar və etnik qruplar sülh və əmin- amanlıq, dinclik və bərabərlik şəraitində yaşamışlar. Bu cür tolerant mühit və multikultural tarixi şərait təbii olaraq azərbaycanlıların bədii təfəkküründə, yəni, ədəbiyyatında da özünün obrazlı ifadəsini tapmışdır.
Klassik Azərbaycan ədəbiyyatını təmsil edən şair və yazıçıların çoxu multikultural düşüncə sistemindən qaynaqlanan bu mənəvi dəyərlərə əsərlərində geniş yer vermiş və onları yaymış, oxucularına təlqin etmiş, aşılamışlar. Eramızın VII əsrinə aid edilən, bir sıra epizodları ilə kökləri daha qədimlərə gedib çıxan Azərbaycan qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud” eposunda multikultural dəyərlərlə səsləşən bir sıra maraqlı məqamlara rast gəlirik. Məsələn, Oğuz igidi Qanturalı başqa dindən olan Trabzon təkurunun qızı ilə evlənir ki, bu fakt oğuzların əski çağlardan bəri digər dinlərin daşıyıcılarına olan isti münasibətindən xəbər verir. Dastanın baş qəhrəmanı Salur Qazanın, onun oğlu Uruzun, eləcə də Bamsı Beyrəyin davranışlarında da digər xalqlara mərhəmət və ehtiram duyğuları ifadə olunur. Bütün bunlar qədim azərbaycanlıların multikultural düşüncələrindən xəbər verir.
Azərbaycanın digər folklor nümunələrində də, məsələn, “Əsli və Kərəm” dastanında, “Şeyx Sənan” əfsanəsində xristian qızı ilə müsəlman gəncinin yüksək ülvi məhəbbətindən bəhs olunur ki, bu da multikultural dəyərlər sırasında önəmli yer tutur. Klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sində multikultural düşüncələr daha konkret şəkildə və geniş planda, həm də əlvan boyalarla öz əksini tapmışdır. Nizami Gəncəvi “Yeddi gözəl” və “İskəndərnamə” poemalarında bir sıra xalqların nümayəndələrinin parlaq surətlərini yaratmışdır. Bütün bunlar qüdrətli sənətkarın böyük ideallar carçısı və yüksək multikultural düşüncə sahibi olmasını açıq-aşkar şəkildə ortaya qoyur.
XIV-XV əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsimi yaradıcılığında da multikultural dəyərlərin açıq-aşkar izlərinə rast gəlirik. Şairin şeirlərinin mərkəzində insan amili, insana böyük dəyər verilməsi, şəxsiyyət azadlığı, insan adının uca tutulması kimi yüksək bəşəri amallar dayanır. Klassik Azərbaycan ədəbiyyatının digər bir böyük söz ustadı Məhəmməd Füzuli də bədii yaradıcılığında multikultural düşüncələrə geniş yer vermişdir. Dahi şair yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasında baş qəhrəmanını – Məcnunu kamillikdə Günəşə və İsa peyğəmbərə bənzədir.
Multikultural düşüncələrin Azərbaycan ədəbiyyatında daha geniş vüsət aldığı dövr isə heç şübhəsiz, XIX əsr və sonrakı yüzilliyin ilk iki on illiyidir. XIX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadənin yaradıcılığında multikultural fikirlər də istər bolluğu, istərsə də rəngarəngliyi ilə diqqəti çəkir. Məsələn, böyük maarifçi sənətkar hələ 25 yaşında olarkən – 1837-ci ildə dahi rus şairi A.S.Puşkinin ölümünə bir elegiya həsr etmişdir. Bundan əlavə, maarifçi sənətkar komediyalarında alman, fransız, erməni xalqlarının nümayəndələrinin bədii obrazlarını yaratmışdır. M.F.Axundzadənin kiçik müasiri Seyid Əzim Şirvaninin yaradıcılığında da multikulturalizm dəyərlərini əks etdirən fikirlər kifayət qədərdir. Maarifçi şair ətrafında baş verən bəlaların kökünü savadsızlıq və cəhalətdə, dini-məzhəbi ayrı-seçkilikdə, qaranlıq və nadanlıqda görmüş, çıxış yolunun elmə və biliklərə yiyələnmək olduğunu vurğulamışdır.
XX əsrin əvvəlində Azərbaycanda mətbuatın inkişafı, xarici ölkələrlə mədəni-ədəbi sahələrdə əlaqələrin qurulması multikultural baxışların inkişafı üçün də genuş üfüqlər açmışdır. Yazıçı-dramaturq Nəriman Nərimanov “Bahadır və Sona” adlı roman yazaraq dini ayrı-seçkiliyi pisləmiş və ayrı-ayrı dinlərin daşıyıcılarına olan fərqli baxışları “uçurum” adlandırmışdır. Elə bu zamanlarda böyük filosof şair Hüseyn Cavid də “Şeyx Sənan” adlı məşhur faciəsini yazaraq insanları ayrı-ayrı dinlərə bölənlərə qarşı öz etiraz səsini ucaltmışdır.
Dahi satirik şair Mirzə Ələkbər Sabir isə ayrıca bir şeirində 1905-ci ildə baş vermiş erməni-müsəlman davasına qəti şəkildə etirazını bildirərək, hər iki xalqın nümayəndələrini barışa, sülhə çağırmışdır. Beləliklə, bütün bu deyilənlər klassik Azərbaycan ədəbiyyatında multikulturalizm ənənələrinin dərin kökləri və qədim tarixi olduğunu sübut edir.

Bəxtiyar SADIQOV:
– Tədbirimiz olduqca məhsuldar və səmərəli keçdi. Çıxış edən natiqlərin hər biri Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən ətraflı bəhs etdilər.
Bu konfransın ən əlamətdar məqamlarından biri ondan ibarətdir ki, çıxış edənlərin əksəriyyəti Qəbələdə yaşayan millətlərin nümayəndələri – udilər, ləzgilər, türklər idilər. Onlar Azərbaycanda multikulturalizmin həyat tərzi kimi tətbiqini hamıdan yaxşı bilirlər və bunu hamıdan yaxşı söyləyirlər.
Bir məqama da toxunmaq istəyirəm. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri onların sabit yaşayışı, sosial inkişafı, təhsili və mədəni hüquqları üçün yaradılan münbit şəraitə görə Azərbaycan xalqına və dövlətinə daim minnətdarlıqlarını bildirirlər. Amma onlar bilməlidirlər ki, qədirbilən Azərbaycan xalqı da onlara minnətdardır. Çünki biz təkcə əsrlərin ağrı-acılı sınaqlarından birgə və ləyaqətlə çıxmamışıq. Biz həm də müstəqilliyin ilk illərinin uğursuzluqlarını və çətinliklərini birgə yaşamışıq. Qarabağda və digər ərazilərimizdə erməni işğalçılarına qarşı döyüşlərdə səngər yoldaşı olan xalqlarımız etnik separatçılıq cəhdlərinin də qarşısını eyni əzm və fədakarlıqla alıblar.
Heydər Əliyev siyasi kursu və azərbaycançılıq ideyası ətrafında sıx səfərbər olan xalqlarımızın birgə əməyinin, zəhmətinin və mübarizliyinin nəticəsi olaraq bu gün Azərbaycan sürətli inkişafa, davamlı yüksəlişə nail olub.
Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin möhkəmləndirdiyi müstəqil Azərbaycan hər birimizin mənəvi istinadgahı və qürur mənbəyidir. Azərbaycan hamımızın vətənidir. Və bu Vətən var olduqca birliyimiz, dostluğumuz əbədi olacaq, gündən-günə daha da möhkəmlənəcəkdir.
***
Konfransın rəsmi hissəsindən sonra rayon Mədəniyyət Mərkəzində Qəbələdə yaşayan xalqların təmsilçilərinin böyük konserti keçirildi. 2 saylı məktəbin şagirdlərinin şeir-kompozisiyası ilə başlayan tədbirdə “Azərbaycanım” (Telman Hümbətov), “Azərbaycan qızıyam” (Aydan), “Azərbaycan” (Samir Zülfüqarov) mahnıları, həmçinin Qəndalı Rəşidovun ifasında ləzgi dilində və Gena Vəzirxoyun təqdimatında udi dilində mahnılar səsləndirildi. Nic qəsəbə Yaradıcılıq evinin “Çəngi” qrupunun “Çəngi” və “İncə” rəqs qrupunun “Mən güləm” rəqsləri ilə yanaşı, Nic və Qəmərvan kənd məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar, 3 saylı məktəbin şagirdi Mədinə Rəhimovanın səsləndirdiyi rus dilində şeir, Nurəddin Xanlarov və aşıq Ayazın ifasında “Xəstə Qasım və Ləzgi Əhmədin deyişməsi” təqdim edildi. Konsert proqramı Müsavər Qasımovun ifasında “Dədə Qorqudun xeyir-duası” ilə başa çatdı.

“AZƏRBAYCAN”

Multikulturalizm Azərbaycanın həyat tərzidir

Azərbaycan multikulturalzminin ədəbi-bədi qaynaqları / elmi red. Abdulla Kamal; tərt.: M.Nağısoylu, F.Ələkbərli, ƏşBağırov, İ.Quliyev; rəy. T.Kərimli, N.Qasımzadə. –Bakı: BBMM, 2016.-Kitab I.-288 s.-(Azərbaycan multikulturalzminin qaynaqları seriyası).

Azərbaycanda ənənəvi din / A.Şirinov [və b.]; red. N.Məmmədov; elmi red. A.Şirinov; ön söz müəl. M.Qurbanlı; Azərbaycan Respublikası Dini Qurumları iş üzrə Dövlət Komitəsi. –Bakı: Elm və təhsil, 2014.-442 s.

Hüseynov, S. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik / S.Y.Hüseynov; elmi red. A.Əlizadə. –Bakı: Təknur, 2012.-175, [1] s.

Rəhimzadə, V. Multikultural dəyərlərin qorunmasında və təbliğində mətbuatın rolu [Mətn]; / V.Rəhimzadə // Xalq qəzeti.-2016.-14 may.-S.5.

Məhərrəmov, A. Multikulturalzm milli dəyərlərimizin təzahürüdür [Mətn]; / A.Məhərrəmov // Səs qəzeti.-2016.-14 may.-S. 8-9.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi

Multikulturalizm Azərbaycanın həyat tərzidir

(Metodiki vəsait)

Tərtib edən: Fatma Hüseynova –metodika və biblioqrafiya şöbəsinin müdiri

Redaktor: Solmaz Babanlı- MKS-in direktoru

Komputer S. Cəfərova- İnformasiya – resurs şöbəsinin müdiri, Günel Yusifova

ənənəvi kitabxana- biblioqrafiya xidmətləri ilə yanaşı, İnternetdən istifadə, müxtəlif təqdimatlar keçirilməsi, məsləhətlər, əlavə xidmətlərdən də istifadə etmək olar. Məsləhətlər ədəbiyyat axtarışı zamanı kitabxanaçının (biblioqrafın) verdiyi məsləhətlərdir. Oxuculara məsləhət adətən kataloq və kartotekadan, yardımçı göstəricilərdən istifadə qaydaları, lazım olan terminlər lüğəti, ensiklopediyalardan müvafiq məlumatları tapmaq, kitab rəflərindən istifadə zamanı həyata keçirilir. Məsləhətlər fərdi və ya qrup halında aparıla bilər. Bu zaman kitabxanaçının məqsədi oxucuya sorğunu dərk etmək müstəqil ədəbiyyat axtarışı üçün ən rasyonal yollar təklif etməkdir.

Məktəblər arasında multikulturalizm mövzusunda “Multikulturalizm uşaqların gözü ilə” devizi altında rəsm sərgiləri və rəsm müsabiqələri təşkil etmək olar. Azərbaycanımızı- doğma məmləkətmizi əsl svilizasiya və tolerantlıq mərkəzi kimi dünyaya tanıtmaqda keçirilən tədbirlərin, layihələrin rolu böyükdür. Bu istiqamətdə kitabxanalarda həyata keçirilən hər hansı tədbiri, layihələrin sayını artırmaqla, müntəzəmliyini təmin etmək, yenilərini hazırlamaqla daha da böyük uğurlar əldə etmək olar. Bu da kitabxana xidmətinin kefiyyətinin qalxmasına və oxucuların sayının artmasına səbəb olacaqdır.

  1. Multikulturalizmin Azərbaycan modeli haqqında nə bilirsiniz?
  2. Multikulturalizm və vətənpərvərlik deyəndə nə başa düşürsünüz?
  3. Tolerantlıq deyəndə nə başa düşürsünüz, toleterantlıq günü nə vaxtdan qeyd olunur?
  4. Multikulturalizm haqqında hansı rəsmi sənədlər var?
  5. Respublikamızda yaşayan azsaylı xalqlar kimlərdir?

Kitabxanada vaxtaşırı söhbətlərin aparılması tövsiyyə olunur. Söhbəti kiçik qrup ilə və ayrı- ayrı şəxslərdə (fərdi) keçirmək olar. Söhbətin əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin birgə müzazkirəsidir. Söhbətin müvəffəqiyyəti söhbəti aparmanın savad və hazırlığından, problemin birgə müzakirəsində iştirakçıları cəlb etmək bacarığından asılıdır. Söhbətin əsas məqsədi oxucuların multikulturalizm dəyərlərindən, ayrı seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillərdən baş çıxaramasına kömək etməkdir. Söhbəti qəzet və jurnal məqaləsinin oxunuşundan, kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başlamaq olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb etmək üçün oxuculara veriləcək suallar diqqətlə düşünülməlidir. Söhbət zamanı mövzuya uyğun sənədli filmlərə baxış, slaydlar nümayiş etdirmək və s. olar. “Multikulturalizm ili” adlı kartoteka yaradılmalı, kitabxananın fondunda olan multikulturalizmə tolerantlığa dair çap məhsullarının “Yeni kitablar” adlı bülleteni tərtib edilməli, tövsiyə siyahıları, fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli məqalələrin biblioqrafik təsvirləri elektron kataloqun tərkibinə daxil edilməlidir. Kitabxanada multikulturalizm təəbliğinə kömək üçün biblioqrafiq vasitələr də tərtib olunmalıdır. Xüsusi oxucu qruplarına elektron poçt (E mail) vasitəsi ilə də biblioqrafik informasiya xidməti göstərilməlidir. Kitabxanada

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm

ili” elan edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:

1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2016-cı il
Multikulturalizm Azərbaycanın həyat tərzidir
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkalarda yerləşməklə dinlər və sivilzasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dünya üçün multikultural dəyərlər sisteminə – yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda Multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016- cı ili “Multikulturalizm ili ” elan etmişdir. Bununla əlaqədar kitabxanalar multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənməli və təbliğ etməlidirlər.

Multikulturalizmin Azərbaycan modeli
Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez –tez müracət olunan mövzulardan biridir. Multikulturalizm (ingilis dilində tərcümədə “çoxlu mədəniyyətlər deməkdir”) sosial- mədəni davranışın və müvafiq siaysi strategiyanın modeli kimi də nəzərdən keçirilir.

Multikulturalizm- ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirlməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarix və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX –
ənənələrə və mədəniyyətə malik bir ölkədir” və s. mövzularda mühazirələr keçirilməsi tövsiyyə olunur.

Biz bu gün milli – mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli – mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli – mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda islamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmaq lazımdır. Milli –mənəvi, o cümlədən dini dəyərlər insanlara olduğu kimi çatdırılmalıdır. “Heydər Əliyev fenomeni və Azərbaycan multikulturalizmi, “Azərbaycan- tolerantlığa nümunə ölkə”, “Tolerantlıq fərqliliyə hörmətdir”, “Multikulturalizm və vətənpərvərlik”, “Dünya xəritəsində tolerantlıq mərkəzi- Azərbaycan” və s. adlarda dəyirmi masa təşkil etmək olar. Dəyirmi masada əsasən multikulturalizmə, tolerantlığa aid məsələlərin diskussiyası, mütəxəssislərin bu mövzuya uyğun fikirlərinin çatdırılması, şəxsi münasibətləri, təcrübələri, konkret proqramlarla çıxışları nəzərdə tutulur. Dəyirmi masanın keçirilməsi üçün suallar öncədən hazırlanır. Hər hansı bir sulalın müzakirəsini öz öhdəsinə götürmək üçün kitabxanaçı əvvəlcədən bir qrup oxucu ilə razılaşmalı, onlara lazım olan kitablar, dövri mətbuat nümunələri, mövzu ilə bağlı filmlər barədə məsləhət verilməlidir.

Kitabxanada Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli – mənəvi dəyərlərimizin düzgün təbliği, Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda və digər mövzularda müzakirələrin aparılması tövsiyə olunur. Ərazidə yerləşən Hərbi hissələrdə, məktəblərdə birgə “Bu Vətən bizimdir”, “Multikulturalizm və vətənpərvərlik”, “Milli mənsubiyyət-qürur, Azərbaycanlı olmaq-fəxarətdir” və s. adlarda sual-cavab gecəsi təşkil etmək olar. Bu tədbirin əsasən məktəblilərlə keçirilməsi məqsədəuyğun olardı. Sual-cavab gecəsinin mahiyyətini və əhəmiyyətini açmaqdan ötrü əsas mənbə hesab olunan kitablar seçilməlidir.

Məsələn, aşağıdakı suallar qoyula bilər:

  1. Multikulturalizm nədir?

Kitabxanada mövzu icmalı təşkil etmək olar. Hazırlanacaq icmala yalnız multikulturalizm və tolerantlıqla bağlı son illərdə nəşr olunmuş bir neçə kitab və dövri mətbuatda dərc edilmiş məqalələr daxil edilməlidir. İcmalın əvvəlində mövzunun adı, sonra məqsədi qeyd edilməlidir. Bu prosesdə təkcə biblioqrafik təsvir və müəllif haqqında məlumat deyil, həm də kitabın və məqalələrin məzmunu, onun keyfiyyətlərindən də yığcam şəkildə danışılmalıdır. Mövzu icmallarının ətraflı planını, mətnini bu sahənin mütəxəssisi ilə əvvəlcədən müzakirə etmək məqsədəuyğun olardı. Kitabxanada olan multikulturalizmə dair kitablar, qəzet, jurnal məqalələri və digər sənəd növləri (CD/DVD və s.) haqqında yerli və dövlət qəzetlərində icmalın verilməsi multikulturalizmin təbliğində məqsədəuyğun olardı.

Azərbaycan – tolerantlığa nümunə ölkə”, “Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir” və s. adlarda məruzələrin edilməsi və ya disput keçirmək tövsiyyə olunur.

Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda kitabxanada Azərbaycanda islamı və onun digər dinlərə münasibətini, ümumbəşəri və humanist ideyalarını təbliğ edən tədbirlər həyata keçirilməlidir. İslamın tarixi, dini adət- ənənələr, Ramazam bayramı, Qurban bayramı haqqında tədbirlər keçirilməli, ən zəruri ədəbiyyatlar oxucuya çatdırılmalıdır.

Azərbaycanda dini tolerantlıq ənənələrinin təbliği məqsədilə “Multikulturalizm – Azərbaycan respublikasının dövlət siyasəti kimi”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət – din münasibətləri”, “Azərbaycan qədim dini

XX əsərlər maarifçilik dalğası, istərsə də Xalq Cumhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevirilmişdir.

Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət- ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük verilmişdir.

Müstəqil Azərbaycan multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəsiz rol oynayır. 1993- cü ildə Azərbaycan dövlətini parçalamadan qurtarmış ümumilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə respublikada milli- etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.

Azərbaycan Respublikası polietnik dövəltdir. Xalq, dövəlti təşkil edən etnosdan –azərbaycanlılardan və bir sıra milli azadlıqlardan: udinlr, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar.

Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı sloboda, Molokan kəndi İvanovka, udin kənddi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məhşur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur.

Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınmış 21 qeyri müsəlman dini icmaların fəaliyyətini təmin edən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Komitənin əsas vəzifəsi isə ölkədə müxtəlif din və konfessiyalara bərabər imkanlar və şərait yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır:

BMT-nin İnsan hüquqları Haqqında Ümumi Bəyannaməsi;

İnsan Hüquqlarının və Əsas Azlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası;

BMT-nin “İqsadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq” Paktı;

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı;

ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi;

Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında” konvensiya.

Azərbaycan dünyada multikulturalizm ölkəsi kimi tanıdılaraq mövcud multikultural modelləri tədqiq və təşviq edir.

Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Tarixdə ilk dəfə olaraq 2008- ci ildə Avropa Şurasına üzv ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdur. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009- cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri mədəniyyət nazirlərinin toplantısına isə Avropa

Kitabxanda Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə kütləvi tədbirin müxtəlif formalarından istifadə etmək olar.

MKS-in sayıtında tədbirin keçirilməsi haqda məlumat yerləşdirilməlidir. Reklam məlumatlarının hazırlanması, göndərilməsi (elan, dəvətnamə), fərdi dəvətlər, tədbirə aid buklet hazırlamaq, tədbirin keçirildiyi məkanlar haqqında elanlar da unudulmalıdır.

Tədbir ərəfəsində kitabxananın fondunda multikulturalizm ənənələrini təbliğ edən çap məhsulları haqqında oxucuları məlumatlandırmaq üçün sərgi-baxış, virtual sərgilər, biblioqrafik icmallar, söhbətlər, məsləhətlər, yeni kitabların təqdimatı, icmalı, tövsiyə ədəbiyyat siyahıları hazırlanmalı, tematik gecə, azsaylı xalqların yaşadığı yerlərə virtual ekskursiyaların təşkili, azsaylı xalqların əl işlərinə baxış, mövzu ilə bağlı hazırlanmış slaydların nümayişi, filmlərə (məsələn bölgələrdə tarixi tolerantlıq ənənələrini əks etdirən) “Fərqliliyimiz zənginliyimzdir”, “Azərbaycan-tolerantlıq məkanı”, “Əli və Nino”, “Mahmud və Məryəm”, “Azərbaycan-Tolerantlıq Merkezi” (türk dilində), “Azərbaycan dini dözümlülük üçün nümunə”, “Tolerantlıq və vətənpərvərlik”, “Azərbaycan- Alman dosluq əlaqələri”, “Azərbaycanı kəşf et” və s. filmlərə baxış və.s təşkil etmək olar.

Kitab təqdimatının başlıca məqsədi təqdimata yığışanları yeni kitab (multikulturalizm və tolerantlığa dair) haqqında məlumatlandırmaq, onun ictimai əhəmiyyəti haqqında təsəvvür yaratmaqdır. Təqdimat mərasimində aparıcı 3-5 dəqiqlik giriş sözü ilə iştirakçıları salamlayaraq, kitabın mövzusu, təqdimatın məqsədi haqqında məlumat verir. Aparıcı təqdim olunan kitabı, ya da fotoşəkilini nümayiş etdirir. Proyektorun köməyilə ekranda kitabın elektron variantı göstərilə bilər. 10-15 dəqiqə ərəzində kitabın kimlər üçün nəzərdə tutulduğu haqqında danışılır və elektron variantda kitabın içindəkilər (mündəricatı) göstərilir. İştirakçılara kitabla bağlı informasiyalar yerləşdirilmiş saytlar haqqında məlumat verilir. Oxucularla qısa dialoq aparılır. Kitabın əhəmiyyəti haqqında rəy və mülahizələr öyrənilir və mövzuya uyğun suallar verilir. 5-10 dəqiqəlik
Mövzu: “Kitabxanalarda tolerantlığın və mültikulturalizmin təbliği”

Qazax rayonu
Mərkəzi kitabxana 12-13 aprel 2016
Proqram

Şurasından mədəniyyət nazirləri qatılmışdır. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010- cu ilin aprelində Bakı dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi.

Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan idman yarışlarının da böyük əhəmiyyəti var. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula – 1” avtoyarışları üzrə Avropa Qran – Prisi, şahmat Olimpiadası və 2017- ci ildə keçiriləcək IV İslam Həmrəylik oyunları böyük əhəmiyyət təşkil edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, “Eurovision” mahnı yarışması, idman tədbirləri bir daha sübüt edir ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya nümunə olaraq göstərilər.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir- bərpa işləri aparılır. Bakıda yahudi uşaqlar üçün təhsil kompleksinin isdifadəyə verlməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması, Bakıda yaşayan yahudi uşaqları üçün “Xabad-Or – Avner” Təhsil Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini toloerantlığı əks etdirən fotoşəkillərinin sərgilənməsi məhz ayrı- ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərin genişləndirilməsinə xidmət edir. Fondun digər bir xidməti Azərbaycanın Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşməsidir. Bu isə bəşərin multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirlə bilər.
Multikulturalizmin təbliğində kitabxanaların rolu
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi oilub, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevirilib.

Multikulturalizm anlayışı Azərbaycanda əsərlər boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi – bədii, elmi – fəlsəfi, siyasi – hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Ədəbiyyatmızda “Kitabi – Dədə Qorqud” dastanından bu günə qədər çoxmədəniyyətliliyə, orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumi bəşəri dəyərlərin təbliğinə rast gəlinir. Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin əsərləri bu cəhədən xüsusi ilə fərqlənir. O, hələ XII əsrdə yeddi mədəniyyəti təsvir edən “Yeddi Gözəl” əsərini yaradır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı – seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərsində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayədələrinə rast gəlirik.

Azərbaycan multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır. Kitabxanalar həmişə milliyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsi ilə təbliğ edirlər.

nəşrinə məsul Ə. Ələkbərli.- Bakı: Səda, 2005.- C.XIII: Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, folkloru.-549 s.

  1. Azsaylı xalqların folkloru /AMEA, Folklor İn-tu; lay. Rəhbəri M. Kazımöğlu (İmanov); tərt. ed və ön söz. müəl.

III. Bölmə: Azərbaycan – dünyada sivilizasiyalararası dialoq və multikulturalizm mərkəzi
Sitat: Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb dövlətlərinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi.
Kamal Abdullayev,

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik

Kitabxanada “Fərqlilikləri birləşdirən dəyər -Azərbaycan: müasir çağırışlar və tolerantlıq”, “Kitabxanalarda tolerantlığın və multikulturalizmin təbliği” və s. mövzularda seminar-müşavirə təşkil etmək olar. Təşkil ediləcək seminar-müşavirənin iştirakçılar üçün əhəmiyyətli olmasını təmin etmək məqsədilə istifadə olunacaq iş üsulları –mühazirə, məruzə, dəyirmi masalar, qruplarda iş, tədqimatlar və s. öncədən müəyyən edilməli, söhbətlər, video və audio materiallar, slayd-təqdimatlardan istifadə edilməlidir. Məruzələr elə seçilməlidir ki, iştirakçılar “multikulturalizm nədir və onun təbliği ilə bağlı kitabxanalarda nə etmək olar?” suallarına cavab tapa bilsinlər.

I bölmə: Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm

Sitat: Tolerantlıq, dözümlülük çox geniş anlayışıdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir – birinə dözümlülüyü deyil, həm də bir- birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük demekdir.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

  1. Əhmədova, S. Müasir dünya mədəniyyətlərarası münasibətlər: [monoqrafiya] /S. A. Əhmədova; elmi məsl. A. Mustafayeva; elmi red. İ. Hüseynova (ön söz). –Bakı: Elm, 2014-347, [1] s.
  2. Heydər Əliyev siyasəti: Tolerantlıq: çıxışlar, nitqlər, görüşlər, təbriklər / [Azərb.Resp. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi]; ön söz M. Qurbanlı; burax. Məsul S. Salahlı (Aran).- Bakı: Elm və təhsil, 2015.-502, [2] s.

II bölmə: Fərqliliyimiz zənginliyimizdir

Sitat: Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumik da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

İzahlı mətn: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü – pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir.

  1. Azərbaycan folkloru antalogiyası / AMEA, Folklor İn-tu; tərt.ed.: İ. Abbaslı, O. Əliyev, M. Abdullayeva; elmi red. H. İsmayılov;
  • MKS-lər multikulturalizm ənənələrinin qorunub saxlanması və geniş təbliğ olunması məqsədilə geniş tədbirlər planı hazırlamalı və görüləcək işləri konkret olaraq göstərilməlidir;
  • Kitabxananın fondunu multikulturalizmə və tolerantlığa dair çap məhsulları ilə komplektləşdirmək; daxil olan sənədləri növündən (çap və ya elektron) asılı olmayaraq operativ şəkildə seçmək, azsaylı xalqların ədəbi və mədəni irsini, müxtəlif dini cərəyanlar haqqında ədəbiyyatı əks etdirən kitab fondunu təbliğ etmək;
  • Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, multikulturalizmi, tolerantlığı təbliğ etmək üçün elektron məlumat bazaları, ənənəvi və virtual sərgilər hazırlamaq, yeni ədəbiyyatın (eləcə də azsaylı xalqların nümayəndələrinin müəllifi olduqları kitablar, azsaylı xalqların dillərində olan jurnalların və digər nəşrlərin) təqdimatını keçirmək, Kitab müzakirələri, dəyirmi masalar, mühazirələr, seminar- müşavirələr, konfranslar, kitab bayramı, məktəblilər arasında sual- cavab gecələri, disputlar təşkil etmək, kitabxanası olmayan idarə və müəssisələrə, hərbi hissələrə səyyar xidmət etməklə əhalini multikulturalizmin mahiyyəti və əhəmiyyəti haqqında məlumatlandırmaq;
  • Tolerantlıq mövzusuna həsr olunmuş çap əsərlərinin tam mətnini hazırlayıb saytda-elektron kitabxanada yerləşdirmək, sosial şəbəkələrdə təbliğ etmək;

Heydər Əliyev fonomeni və multikulturalizm

  • Sivilizasiyalararası və mədəniyyətlərarası dialoq
  • Milli- mədəni müxtəliflik
  • Etnik-dini dözümlülük. Tolerantlıq
  • Sitatlar
  • Kitablar
  • Məqalələr
  • Adları
  • Tarixi
  • Coğrafiyası
  • Mədəniyyətləri və adət-ənənələri
  • Tanınmış simalar

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il respublikanın şəhər və rayon mərkəzi kitabxanaları tərəfindən Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş kitab bayramları keçirilir.

Açıq havada keçirilən bu tədbirdə əhalinin çox hissəsi iştirak edir, nümayiş olunan sərgilərlə tanış olur, bu sahəyə aid olan çap məhsullarını görür və onlarda maraq yaranır.

  • Ümummilli lider Heydər Əliyevin ölməz həyat yolunu əks etdirən kitabların sərgisinin hazırlanması;
  • Milli – mənəvi dəyərlərimizin və vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın sərgisinin təşkil edilməsi;
  • Azərbaycançılıq məfkurəsini, multikulturalizmi, tolerantlığı təbliğ edən çap məhsullarının sərgisinin (“Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir”), “Azərbaycan multikulturalizmi bu gün” və s. adlarda nümayiş etdirilməsi;
  • Yeni kitabların sərgisinin təşkili
  • Mövzu üzrə kitabların və dövri mətbuat materiallarının icmalının oxucuların diqqətinə çatdırılması;
  • Müəlliflərlə oxucuların görüşünün təşkil edilməsi;
  • Yazıçıların (azsaylı xalqların nümayəndələri daxil olmaqla) yeni əsərlərinin təqdimatı və müzakirəsinin keçirilməsi;
  • Azərbaycan Milli Ordusunun hərbi hissələrində səyyar xidmətin təşkil edilməsi;
  • Kitab bayramı günlərində rayonda yaşayan azsaylı xalqlara aid maraqlı, qədim əşyaların, onların əl işlərinin, adət-ənənələrininə dair sərgilərin hazırlanması və s. “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”, “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir”, “Azərbaycan qədim tolerantlq örnəyidir” və s. adlarda elmi- praktik konfrans keçirə bilər.

Başlıq: “2016-cı il multikulturalizm ilidir” və ya “Multikulturalizm Azərbaycanın həyat tərzidir.

– Multikulturalizm ili haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sitat: Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir.

Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Multikulturalizmin azerbaycan modeli haqda

Azərbaycan mutikulturalizm modelinin Kanada modeli ilə oxşar cəhətləri çoxdur

21:28 15-02-2019 13579

Multikulturalizm pozitiv sosial təzahür olmaqla, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir

Müasir dünyamızda baş verən bir çox anlaşılmazlıqlar, bilavasitə dövlətlərarası münasibətlərin düzgün qurulmaması səbəbindən yaranır. Ələlxüsus da, bəzi dövlətlərin qarşılıqlı əməkdaşlıqdan və dialoqdan qaçması, öz siyasətlərini dünyaya qəbul etdirmək cəhdləri, son nəticədə mübahisələrə və münaqişələrə səbəb olur. Qarşılıqlı dialoq alınmadıqda isə bu kimi halların qarşısının alınması məqsədi ilə keçirilən tədbirlərin, forum və konfransların da, heç bir müsbət nəticəsi olmur.

Son zamanlar ölkəmizin paytaxtı Bakıda dünyada multikulturalizm dəyərlərinin təbliği və təşviqi məqsədiylə keçirilən tədbirlərin ictimaiyyət tərəfindən yüksək səviyyədə qəbul olunması da, onu deməyə əsas verir ki, Azərbaycanın multikulturalizm modeli bu gün üçün ən mükəmməl modellərdən biridir.

Azərbaycanın multikulturalizm modelindən söz düşmüşkən qeyd etmək lazımdır ki, indiyə kimi də dünyada bir çox multikulturalizm modelləri möcud olub. Bu gün biz həmin modellər barədə məlumat verməyə çalışacağıq. Həmin mövzuya keçməzdən əvvəl multikulturalizm anlayışına bir qədər aydınlıq gətirək.

Qeyd etmək lazımdır ki, “multikulturalizm” terminini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışan Al Kresbi daxil edib. Multikulturalizmin nəzəri əsasını isə liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Multikulturalizm bir siyasət olaraq, öz mahiyyəti baxımından həm də tolerantlıqla sıx bağlıdır. Çünki tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur.

Qeyd edək ki, multikulturalizm həm də cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, məsələyə tam aydınlıq gətirmək üçün multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteid kimi təzahürləri də qeyd etmək lazımdır.

Məsələn, izolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasına imkan vermir. Buna nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunan “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar.

Assimilyasiya isə izolyasionizmə alternativ bir siyasətdir və bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur.

Aparteid isə müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlik siyasətdir. Bütün bu təzahürlərin tam əksi olaraq, multikulturalizm eyni bir cəmiyyətdə bütün xalqların və dinlərin qarşılıqlı anlaşma şəraitində yaşamasını özündə əks etdirir. Burada bir məqamı da qeyd etmək vacibdir ki, multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşib. Eyni zamanda, multikultural cəmiyyətin formalaşmasında və inkişafında demokratiya da mühüm rol oynayır, necə deyərlər, demokratiya olmayan yerdə multikulturalizm, multikulturalizm olmayan yerdə demokratiya olmur. Bu da məlum faktdır ki, multikultural cəmiyyətlər ilk növbədə Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində formalaşıblar. Bu ölkələrdəki tolerantlıq, əxlaqi qaydalara yüksək münasibət və demokratiyanın inkişaf səviyyəsi orada multikulturalizm ideyalarının yayılması və inkişafı üçün münbit şərait yaradıb.

Bütün qeyd olunanlara əsaslanaraq deyə bilirik ki, multikultural cəmiyyətlərin formalaşdığı bütün dövlətlərdə tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, multikulturalizmin müxtəlif modelləri meydana gəlib. Bu modellər arasında Amerika, İsveç, Avstraliya və Kanada modellərini xüsusi qeyd etmək lazımdır. Məsələn, multikulturalizmin Amerikan modeli 1960-cı illərin ortalarından etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan “əridici qazan” (“melting pot”) formasında meydana gəlib. Bu “qazanda” anqlo-saksonlar üstün mövqeyə malik olsalar da, bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişib. “Əridici qazan” “layihəsi” multikulturalizm ideologiyası ilə əvəzlənib. Bunun əsas səbəbi isə yeni “Vətəndaş Hüquqlarına dair Qanun” və “İmmiqrasiya haqqında Qanun”un qəbul edilməsi olub. Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər zəiflətməklə yanaşı, bütün millətlərin bərabərliyini təmin edib. İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirib.

Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini digər tərəfdən isə etnik və irqçi ekstremizmin qarşısını alan əlavə mexanizmlərin formalaşması kimi, bu cəmiyyətdə etno-mədəni oxşarlğın çatışmazlığını da açıq şəkildə görürük. Bu da Amerikanın dünyada hegemon mövqedə olmasından irəli gəlir.

Amerika modelindən fərqli olaraq, multikulturalizmin İsveç modelinin əsas xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi durumla bağlıdır. Məlumdur ki, İsveçdə uzun müddət çox güclü siyasi mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə öz mövqeyini qoruyub saxlaya bilib. Bu hökumət 1976-cı ildə əcnəbilərə səs vermək hüququ verib. 1997-ci ildə qəbul olunan “İmmiqrasiya haqqında Qanun” isə İsveçi multikultural cəmiyyət kimi tanımaq imkanı yaradıb.

Multikulturalizmin İsveç modelinin əsas istiqamətləri – dil və təhsil strategiyalarıdır. Bu strategiya immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. Həmçinin İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib zəruri bir reallıq kimi baxır.

Multikulturalizmin Avstraliya modelinin yaranması isə bir qədər uzun müddət çəkib və ölkədə multikultural cəmiyyətin formalaşması dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşayiət olunub. 1901-ci ildə Avstraliyada qəbul olunan “İmmiqrasiya haqqında Qanun” izolyasionizm siyasətinin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynayıb. Situasiya yalnız “Vətəndaşlıq haqqında Qanun”,”Miqrasiya haqqında Qanun”, “Əcnəbilər haqqında Qanun”, və “Viza rejimi haqqında Qanun” lara edilən düzəlişlərlə dəyişməyə başlayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, “multikulturalizm” terminini siyasi leksikona Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışan Al Kresbi gətirib. O, həm də anglo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan götürülməsi istiqamətində çox böyük işlər görüb. Multikulturalizmin inkişaf etdirilməsində israrlı olan Avstraliya hökuməti 1979-cu ildə Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaradıb. Bu, Avstraliya dövlətinin immiqrasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların açıq təzahürü idi.

Qeyd edək ki, Kanada multikulturalizm modeli bir çox cəhətləri ilə Azərbaycan multikulturalizm modelinə bənzəyir. Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Hələ o dövrdə Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edib və bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyəti kimi özünü göstərib. Bu da o deməkdir ki, multikulturalizm həm də kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Kanadada multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.

ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.

Gördüyünüz kimi, bu gün bütün dünyada ən mütərəqqi model kimi qəbul olunan Azərbaycan mutikulturalizm modelinin Kanada modeli ilə oxşar cəhətləri çoxdur. Bununla belə, Azərbaycan modelinin nümunə kimi göstərilməsi onu deməyə əsas verir ki, Azərbaycanda gerçəkləşdirilən model daha mükəmməldir və həyatımızın bütün sferalarını əhatə edir.

Multikulturalizmin müxtəlif modellərinin müqayisəli təhlilini aparan ekspertlər hesab edirlər ki, multikulturalizm pozitiv sosial təzahür olmaqla, cəmiyyətin inkişafına münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir. Multikulturalizm həm də cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlib.

Ekspertlər hesab edirlər ki, demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir.

Eyni zamanda, müxtəlif bölgələrin tarixi inkişafının xüsusiyyətləri də multikulturalizmin fərqli modelinin yaranmasına səbəb olur.

Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.

Bu baxımdan, Azərbaycan dövlətinin, dövlətimizin başçısı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü qlobal işlərin nəticəsidir ki, bu gün Azərbaycan multikulturalizm modeli dünyanın bütün sivil cəmiyyətləri tərəfindən nümunəvi model kimi qəbul olunur.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Comments are closed, but trackbacks and pingbacks are open.