Press "Enter" to skip to content

Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim edildi

Sonda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, kitabın elmi redaktoru, “Ön söz” və yekun sözünün müəllifi, akademik Kamal Abdulla çıxış edərək Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları, Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları, o cümlədən Azərbaycan multikulturalizminin siyasi qaynaqları haqqında danışıb.

Azərbaycan Milli Elmlər Akademiyası

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

Martın 10-da AMEA Rəyasət Heyətində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatdan öncə Rəyasət Heyətinin foyesində AMEA-nın Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan elmi və bədii ədəbiyyat sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının növbəti nəşri barədə məlumat verib. O, təqdim olunan nəfis tərtibatlı kitabda xalqımızın ən qədim dövrlərdən mənəviyyatına, düşüncəsinə hopmuş tolerantlığın əksi olan ədəbi-bədii nümunələrin toplandığını qeyd edib.

AMEA rəhbəri vurğulayıb ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi tolerantlığın Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, demokratik dəyərə çevrildiyini bir daha təsdiqləyir. Bu, olduqca mühüm hadisədir və yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət daşıyır.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışıb. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönələn çoxcəhətli siyasətindən söz açan akademik İ.Həbibbəyli bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın təsbit olunub.

Multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında danışan akademik İsa Həbibbəyli AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını, fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının daha çox diqqət mərkəzində saxlanıldığını bildirib.

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının əhəmiyyətindən danışan akademik bu əsərdə klassik şair və yazıçılarımızın yaradıcılığına fərqli yanaşmanın olduğunu, nəşrin mövzu aktuallığı ilə seçildiyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti qeyd edib ki, kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərədək) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər bir kontekst daxilində toplanıb. Oxucu bu nəşrdə klassik şair və yazıçılarımızı tamamilə yeni bir rakursda görəcək.

Bildirilib ki, kitabda 2 dastan və 75 müəllif haqqında kiçik oçerklərdə multikultural dünyagörüşümüz barədə geniş məlumat verilir. Həmçinin bu topluda ərəb-fars sözlərinin və bəzi köhnəlmiş sözlər və terminlərin də izahı verilir. Kitabın tərtibində 100-ə yaxın elmi və bədii ədəbiyyata istinadlar edilmişdir.

Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məmməd Əliyev, Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, fəl.ü.f.d. Elsevər Səmədov, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov nəşrin məziyyətindən danışıblar, kitabın Azərbaycanın multikulturalizm siyasətinə töhfə olduğunu söyləyiblər.

Sonda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, kitabın elmi redaktoru, “Ön söz” və yekun sözünün müəllifi, akademik Kamal Abdulla çıxış edərək Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları, Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları, o cümlədən Azərbaycan multikulturalizminin siyasi qaynaqları haqqında danışıb.

Akademik Kamal Abdulla bildirib ki, bu kitab vasitəsilə hər şairin yaradıcılığının fonunda onun öz dövrünün ab-havası, nəfəsi duyulur, multikultural-ictimai kardioqramması çəkilir. Kitab Azərbaycanın multikultural vizit kartı kimi hazırda ingilis və rus dillərinə tərcümə edilir.

Sonda akademik K.Abdullayev kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim edildi

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, mərasimi AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq kitabın Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söz açaraq bu modeli dünyaya təqdim etməyin zamanının gəlib çatdığını bildirib.

Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdıran akademik multikluturalizmin Azərbaycan modelinin tarixi-milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıdığını qeyd edib.

Alim dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqinin gözəl nəticələr verə biləcəyini bildirib.

Vitse-prezident Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını yüksək qiymətləndirib və nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib:

“Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək üçün bu kitab çox mükəmməl bir mənbədir. Ən qədim zamanlardan başlayaraq XX əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda böyük mütəfəkkirlərimizin insanların birgəyaşayışı, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik haqqındakı çağırışları, dahiyanə fikirləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında öz əksini tapıb.

Bu kitab Azərbaycan ədəbiyyatının bütün əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət çarçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir”.

AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov kitabı Azərbaycan ədəbiyyatının multikultural dəyərlər mənzərəsinin uğurlu göstəricisi, eyni zamanda bu sahədə ilk sanballı mənbə kimi səciyyələndirib:

“Akademik Kamal Abdullayevin ideya müəllifliyi və ciddi elmin redaktorluğu, AMEA alimlərinin yaxından iştirakı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb çap elədiyi bu kitab ciddi ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq və siyasətşünaslıq faktıdır”.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Elsevər Səmədov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində kitabın əhəmiyyətini vurğulayıblar.

Dövlət müşaviri Kamal Abdullayev müzakirənin sonunda yekun nitqi ilə çıxış edib:

“Təqdimatı keçirilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “ Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir.

Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publilsistik qaynaqları” adlı ikinci kitab, paralel olaraq “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab hazırlanır.

Bu üç istiqamət faktiki olaraq Azərbaycan xalqının əsrlər boyu canında, qanında, beynində, fəaliyyətində, işində yaşatdığı əməllərin bariz nümunəsidir. Bu kitabların yazılmasına, hazırlanmasına bizi prezidentin bu sözləri ilhamlandırıb: “Multikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan bir dəyərdir”.

Bu geniş mənalı, dərin nəzəri ümumiləşdirməyə biz bu cür cavab verməyə çalışdıq. Həqiqətən də həm ədəbi-bədii, həm elmi-fəlsəfi-ictimai-publisitik, həm də tarixi və hüquqi müstəvidə bizim dünyaya göstərə biləcəyimiz örnəyimiz var. Bu kitabda mənim üçün əlamətdar olan odur ki, bizim bir çoxumuzun tanıdığı, bildiyi, hətta yaxşı öyrənib tədqiq etdiyi şair və yazıçıların yaradıcılığı tamam yeni bir rakursdan görünməyə başladı. Bizə tanış qəzəllər, misralar, nəsr parçaları, ədəbi-bədii nümunələr bir yerdə sanki başqa cür işıq saçdı. Onları bir yerdə görmək eyni zamanda Azərbaycan oxucusunun, xüsusən gənclərin beynində, qəlbində belə bir fikri daha da dərinləşdirdi ki, bizim əcdadlarımızın canında, qanında bu ideyalar həmişə yaşayıb və bu gün də onlar bizə doğmadır. Bu kitab vasitəsilə biz bir sıra şairlərimizi tamamilə başqa rakursda gördük. Ən əsas məsələ ondan ibarət idi ki, hər şairin yaradıcılığının fonunda onun öz dövrünün ab-havası, nəfəsi duyulur, multikultural-ictimai kardioqramması çəkilir.

Əlbəttə ki, bu kitab Azərbaycanın multikultural vizit kartı kimi hazırda ingilis və rus dillərinə tərcümə edilir.

Bu kitabla tanış olan insanların fikrinə görə, gələcəkdə italyan və alman dillərinə də tərcüməsinə də ehtiyac var. Bu kitab və adını çəkdiyim seriyadan olan digər kitabların da gələcəkdə daha dolğun nəşrlərini hazırlamağı nəzərdə tutmuşuq. Çünki ilk dəfədən bütün spektri əhatə etmək mümkün deyil. Bəzi müəlliflərin yaradıcılığı həm birinci, həm də ikinci kitabda müvafiq istiqamətdə öz öksini tapıb. Çıxışımı kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürlərlə bitirmək istərdim. Nitsşenin bir sözü var: “Səhra böyüyür”. Bu kitab səhranı böyüməyə qoymayanların kitabıdır”.

Tədbirdən sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan, mövzu ilə bağlı elmi və bədii ədəbiyyatın yer aldığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı sərgiyə baxış keçirilib.

Multikulturalizmin ədəbi-bədii qaynaqları kitab

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlar: I kitab

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.