Press "Enter" to skip to content

Münasibətinizin dağılmasının 5 əlaməti və onu necə xilas etmək olar – ya da buraxın

Tərəfdaşınızla gündəlik ünsiyyətin olmaması münasibətlərinizin dağılmasının əlamətlərindən biridir. Münasibətlər dağılmağa başladıqda, səssizlik ümumiyyətlə ilk göstəricilərdən biridir. Mətn mesajlarını, e-poçtları və telefon zənglərini sevmək qıt və ya yox olduqda, əlaqələri yoxlamaq üçün vaxt ola bilər.

Ailədə şəxsiyyətlərarası münasibətlər

Sual 1. Ailə münasibətlərinin kökünü vəhdətdə olan ər-arvad və valideyn-övlad arasındakı münasibətlər təşkil edir. Ənənəvi ailə həmin şaxəli sütun üzərində yaranmış və inkişaf etmişdir.Vaxtilə sosioloqlar və psixoloqlar ailənin möhkəmləndirilməsindən danışanda diqqəti, ilk növbədə, valideynlərlə-övladlar arasındakı münasibətə cəlb edirdilər. İndi isə bir çox sosioloqlar və demoqraflar valideynlik münasibətlərini ər-arvad münasibətlərindən təcrid edirdilər. Ailə münasibətlərinin möhkəmləndirilməsi yollarını təkcə ər-arvad münasibətlərində axtarır, onların cinsi tələbatlarının təmin olunmasına, intim əlaqələrinə daha çox diqqət yetirirdilər. Bəzi psixoloqların fikrincə müasir ailədə, xüsusilə, şəhər ailəsində şəxsiyyətlərarası münasibətlərin psixoloji mərkəzi dəyişilmiş, ərin-arvadın şəxsiyyəti birinci dərəcəli əhəmiyyət kəsb etmişdir. Ər-arvad münasibətləri nisbi müstəqillik kəsb etmiş və ailə həyatında daha mühüm rol oynamağa başlamışdır. Valideynlərlə uşaqların qarşılıqlı münasibətinin əhəmiyyəti böyük olsa da, onlar müasir ailədə artıq ikinci plana keçmişdir. Bəzi müəlliflər hətta ər-arvadın mənafeyinin öz-özlüyündə ailənin mənafeyindən daha üstün olduğunu iddia edirlər. Lakin ailə münasibətlərini təkcə ər-arvad münasibətləri ilə məhdudlaşdırmaq birtərəflidir. Ailənin möhkəmləndirilməsinin başlıca şərti valideyn övladlar arasındakı münasibətlərin optimallaşdırılması ilə bağlıdır. Azərbaycan ailəsinin inkişaf yolu da bunu sübut edir. Azərbaycanlı ailəsində qadının statusu həmişə yüksək olub. Qadının adı ailənin namus, şərəf rəmzi sayılıb. Qadın yaylığını atanda ən azman qəhrəmanlar belə əl saxlardı. Kişi uzaq səfərlərə gedəndə belə arvadın qeyrətinə bel bağlardı, onun xeyir-duası ilə lap nağıllarda olduğu kimi möcüzələr göstərərdi. Azərbaycan qadını ailədə hər zaman böyük hörmət sahibi olub, bu gün də böyük hörmət sahibidir. Lakin indi o, özünün sosial statusunun genişlənməsi hesabına ailədə daha mühüm rol oynamağa başlamışdır. Bu zəmində onun əri ilə münasibətləri sahəsində yeni psixoloji çalarlar əmələ gəlmişdir. Məhəbbət, qayğı və kömək onların başlıca əlamətləri kimi özünü göstərir.

Sual 2. Müasir Azərbaycan ailəsində ər-arvad münasibətləri valideynlər və övladlar arasındakı münasibətlərdən ayrılmazdır. Azərbaycan ailəsində oğulun və qızın öz xüsusi yeri var. Xalqımız gənclərə xeyir-duanı bu sözlərlə başlayır: Oğullu-qızlı olsunlar. Uşağı ömrün sevinc payı hesab edən ata-ana həmişə bir ülvi arzu və niyyətlə yaşamışdır: Balamın toyunu görərdim. Ailə illərlə bu arzudan kam alıb ruhlanar, kiçik yaşlarından qız uşağı üçün cehiz düzəldər, oğlan uşağı üçün toy tədarükü edərdi. Azərbaycanlı ailəsində ilk oyuncağı illər, qərinələr boyu gəlincik olub. Onu allı-güllü parçalardan düzəldən, saç qoyub hörər, yanaqlarına xal qoyardılar. Elə bəzək vurardılar ki, oyuncaq lap canlı uşağa bənzəyərdi. Bu oyuncaqlarla qızlar “evcik-evcik” oynayar, gəlinciyini bələyər, layla çalar, yatırardılar. Beləliklə qızlar böyüyər öz kiçik bacı-qardaşlarına qulluq edərdilər. Bu minvalla onlarda analıq hikməti baş qaldırardı. Hələ qədimdən Azərbaycanda sonsuzluq bədbəxtlik hesab olunardı. “Kitabi-Dədə Qorqud”da bu hisslər sərt boyalarla təsvir olunur. Xanlar-xanı Bayandır xan “toy edib… bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qoydurmuşdur. Oğlu olanı ağ otağa, qızı olanı qızıl otağa qoydurur. Kimi ki, oğlu qızı yox, qara otağa qondurun, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən gətirin, yeyərsə yesin, yeməzsə durub getsin demişdir.” İndi bu hisslər bizə ağır görünür. Lakin bu ayrı seçkiliyin özündə də ulu babalarımız əslində analıq-atalıq borcunu ülviləşdirirdilər. Ailəni uşaqsız təsəvvür etmirdilər. Qobustan qaya rəsimlərində uşaq təsvirlərinin olması məgər təsadüfdür? Azərbaycan ailəsində uşağa həmişə pərəstiş olub. Təzə gəlin hamilə qalanda gecə-gündüz şadyanalıq edirdilər, nəzir-niyaz paylayırdılar. Uşağı olmayanda isə ər-arvad da, qohum-əqraba da yasa batır, ziyarətgaha gedib əhd eləyir, nəzir deyirlər. Azərbaycanlı ailəsinin möhkəmliyi, dəyanətliliyi, yaşarlılığı, özünün bu uşaqcanlılığı ilə üzə çıxır. Dünyanın bir çox ölkəsində ifrat səviyyəyə çatmış boşanma halları Azərbaycanda nisbətən az olmasının esas səbəbini məhz bu qaynaqlarda axtarmaq lazımdır. Azərbaycan xalqı dünyanın ən uşağcanlı xalqlarından biridir. Uşağın oxuması, sənət sahibi olması, ailə qurması xalqımız üçün xüsusi əhmiyyətə malikdir. Bir çox valideynlər övladlarını ali təhsil almasından ötrü hətta dəridən qabığdan çıxır, “uşağları” evləndikdən sonra da kömək edir, qayğısına qalır, körpə uşağlarına baxır və bunları özlərinin atalıq-analıq borcu hesab edirlər. Müasir Azərbaycan ailəsini psixoloji mərkəzi iki çalarlıdır. O, həm ər-arvad, həm də valideynlər-övladlar arasındakı münasibətlərə bağlıdır. Bu mənada ailə xoşbəxtliyinin iki kökü var. O bir tərəfdən, ər-arvad arasında qarşılıqlı məhəbbətə əsaslanan kövrək, zərif, səmimi və saf münasibətlərin olmasını nəzərdə tutur, digər tərəfdən valideynlərlə övladlar arasındakı münasibətlərin xarakteri ilə müəyyən olur. “Övladdan yarımaq” – xoşbəxtliyin uca mərtəbəsi, meyarı sayılır.

Sual 3. Ailənin mənəvi həyatında qayınana və qayınata, bəy və gəlinin digər yaxın qohumları mühüm rol oynayır. Onlar nəyinki ər və arvadın münasibətlərinə təsir göstərir, bəzən gənc ailənin taleyində dönüş yaradırlar. Körpənin həyata gəlməsi ilə ananın ən böyük arzusu da doğulur: oğul toyu görmək, qız köçürmək, qayınana olmaq… ananın arzuları bir-birinin ardınca həyata keçir. Nəhayət, o, qayınana olur. Bu vəzifə ona nə bəxş edir? Sevinc, yoxsa kədər? Deyirlər, bəxtinə pis kürəkən çıxsa, qızını itirərsən. Pis gəlin çıxsa oğlunu… Bu sözlərdə dərin hikmət vardır. İnsanlar keçmiş zamanda hər şeyi öz bəxtləri ilə əlaqələndirirdilər. Yaxşı gəlini qayınana üçün bəxtəvərlik sayırdılar. Lakin, adamlar elə bəxtəvər qayınanaları barmaqla göstərirdilər. Keçmişdə belə idi. “Gəlin-qayınana davası” əsrlər boyu az qala ailənin əsas problemlərindən birinə çevrilmişdir. Gəlin və qayınana arasında yaranan münaqişə və ixtilaflar həmişə qohumları, qonşuları narahat edirdi. Azərbaycan xalq ədəbiyyatında “zalım qayınana” obrazı məşhurdur. Xalq həmişə zalım qayınananı pisləmiş ona heç vaxt haqq qazandırmamışdır. Bu gün də gəlin qayınana münasibətləri gənc ailənin həyatında az rol oynamır. İndi qayınanalar cavanlaşmışlar. Bu gün 40-45 yaşında qayınana olmuş çox qadın vardır. Bir mühüm cəhət də ondan ibarətdir ki, qayınanalarla gəlinlərin təhsil səviyyəsi bərabərləşmişdir. Bir faktı qeyd edək: 30-cu illərdə təzə gəlin əri ilə teatra gedəndə savadsız qayınana təəccüb edirdi və deyirdi ki, mən gəlin gələndən sonra 10 il heç evdən bayıra çıxmamışam. Bu gün orta və ali təhsilli qayınanalar isə gəlinin teatra getməyinə təəccüblənmir. Qayınana əvvəlki patriarxal ailədə əsas sima idi. Evin idarə olunması bilavasitə onunla bağlı idi. İndi qayınana və qayınataların çoxu ayrı yaşayır. Gəlinlərin böyük əksəriyyətinin öz ev-eşiyi vardır. Maddi cəhətdən qayınata və qayınanadan heç də asılı deyildirlər. Bu şəraitdə qayınana və qayınatalar öz oğlanları, gəlinləri və kürəkənləri ilə yaxından əlaqə saxlayır, nəvələrini gəzməyə aparır, məktəbə yola salır, gənc ailəyə müxtəlif yollarla kömək edirlər. Bunun şübhəsiz həm müsbət həm də mənfi nəticələri vardır. Müsbət cəhəti ondan ibarətdir ki, qeyd olunan amillərin təsiri ilə gəlin qayınana münasibətləri əsaslı surətdə dəyişmiş, yersiz dava-dalaş, söz-söhbət aradan qalxmışdır.

Qayınana gəlin problemləri niyə yaranır? Günah görəsən kimdədir? Bu suala cavab vermək üçün gəlinlərə qayınanaların və qayınanalara isə gəlinlərin gözü ilə baxmaq kifayətdir. Onlar nədən şikayət edirlər?

Sorğu zamanı qayınanaların verdiyi tipik cavablar.

  1. Gəlin saymamazlıq edir.
  2. Qayınanaya hörmətlə yanaşmır.
  3. Ailədə mənəm-mənəmlik edir.
  4. Özünü evdə qonaq kimi aparır.
  5. Tənbəllik edir.
  6. Ailənin qayğısına qalmır.
  7. Özünü ağır aparmır.

Gəlinlərin verdiyi cavablar.

  1. Qayınanalar onları yad qızı kimi görür.
  2. Yerli-yersiz ailə işlərinə qarışır.
  3. Deyingəndirlər: Hər şeyi söz edirlər.
  4. Gəlinləri başa düşmək istəmirlər. Onların həyatda təcrübəsizliyini nəzərə almırlar.
  5. Köhnəpərəstdirlər, modanın, yeniliyin düşmənidirlər.

Sual 4. Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə-uşaqların, uşaqlarla uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. Əgər ərlə-arvad bir-birinə rəğbət bəsləyirsə, hörmət edirsə, qəlbən yaxındırsa, ailədə psixoloji iqlim də əlverişli olur. Ailənin psixoloji iqliminə başqa amillər (məsələn, atanın yaxşı işlədiyinə görə təşəkkür alması və yaxud uşağın yıxılıb qolunu sındırması və.s ) də təsir edir. Belə halllarda ailədə, adətən şadlıq əmələ gəlir və yaxud qanıqaraçılıq yaradır. Bu əhval-ruhiyyə günlərlə davam edir. Lakin diqqətlə fikir versək, belə bir cəhəti asanlıqla görə bilərik ki, ailə üçün gözlənilməz olan hər hansı bir hadisə və ya şərait onun psixoloji iqliminə öz-özlüyündə deyil, məhz ər-arvad və yaxud valideynlər-uşaqlar arasındakı münasibətlər vasitəsilə təsir göstərir. Ailənin psixoloji iqliminin nüvəsi məhz ailə münasibətləri ilə bağlıdır. Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda, hətta təsadüfən baş verəndə xoşagəlməz hadisə (tutaq ki, uşağın qolunun sınması) ailəni əslində sarsıda bilmir: ata ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir-birilərinə həyan olurlar.

Ailə münasibətləri möhkəm olmadıqda isə, heç kəsin gözləmədiyi halda bu və ya digər xoşagəlməz hadisə ər-arvadı nəinki yaxınlaşdırır hətta bir-birindən daha da uzaqlaşdırır. Onlar bir-birini günahlandırmağa, təqsiri bir-birinin üstünə atmağa başlayırlar. Ailənin psixoloji iqlimini ən ümumi şəkildə nəzərdən keçirsək, onun aşağıdakı xüsusiyyətlərini qeyd edə bilərik.Hər bir sosial qrupda olduğu kimi, ailədə də psixoloji iqlim insanların həyat fəaliyyətinin mühüm bir sahəsini təşkil edir, ailə üzvlərinin gümrahlığı və fəallığı bilavasitə ondan asılıdır. Doğru deyirlər ki, bədbinlik-passivlik, nikbinlik-iradə deməkdir. Ər-arvadın ünsiyyəti ailədə psixoloji iqlimin əlverişli olduğunu göstərən mühüm əlamətlərdən biridir. Bunun böyük həyati mənası vardır. Mütəxəssislərin fikrincə, ər-arvad ünsiyyəti prinsip etibarilə çox mühüm psixoterapevtik vəzifəni yerinə yetirir. Ərlə arvadın ünsiyyəti onların hər ikisinin işdən sonra psixoloji cəhətdən sakitləşməsi, gərginliklərdən azad olması üçün ən təsirli vasitə olmalıdır. Ailənin psixoloji iqlimi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqlar ananın əhvalına qarşı çox həssasdırlar, onu asanlıqla sezirlər. Ana hətta xəlvətdə ağlasa da uşaqlar bunu başa düşür və xiffət edirlər. Uşaqlar bilavasitə ananın həyatı ilə yaşayırlar. Ananın əhvalı bilavasitə uşaq ürəyinə yoldur, onların psixi sağlamlığına güclü təsir edir. Ana güləndə, şad olanda evin divarları da sanki gülür. Uşaqlar fərəhli və gümrah ömür sürür, özlərini bəxtiyar sayırlar. Psixoloji iqlim ailə üzvlərinin bir-birinə və ailə münasibətində özünü biruzə versə də, bununla məhdudlaşmır. Onlar zəruri surətdə insanların bütövlükdə dünyaya münasibətlərinə, dünya meyillərində əks olunur, onun öz işinə və özünə münasibətlərində izsiz qalmır.

Ailədə əlverişli psixoloji iqlimi kim yaratmalıdır? Şübhəsiz, ər və arvad. Mütəxəssislərin fikrincə, ailədə psixoloji iqlimin yaradılmasına ana daha fəal rol oynamalıdır. Fikir verin: biz burada arvadın deyil, ananın rolundan danışırıq. Nə üçün? Yuxarıda dediklərimizi yada salaq. Arvad və ana… Bunlar heç də sinonim sözlər deyildir. Biz ailədə psixoloji iqlimin yaradılmasında arvadın rolundan danışsaq düzgün olmazdı. Lakin biz diqqəti ana məsuliyyətinə cəlb edəndə onun mahiyyətini daha dəqiq ifadə edirik: ailədə psixoloji iqlimin pisləşməsi birinci növbədə uşaqların psixi sağlamlığını pozur. Psixoloji iqlimin pisləşməsi ailəni boşanmaya doğru aparır, asanlıqla uğursuz ailəyə çevirir. Bax buna görə də psixoloji iqlimin yaradılmasında anaların rolundan danışır, onların diqqətini uşaqların taleyinə cəlb edirik. Gəlin uşaqlara qıymayaq… Ailə həyatının ən çətin anlarında belə onları düşünək. Qoy atalar bilsinlər ki, onların yolunu qayğısız uşaqlar həsrətlə gözləyir.. Ailədə yaranan emosional söhbətlərin mərkəzində ana dayanır. İstər ər-arvad münasibətlərində, istərsə də valideyn-övlad münasibətlərində emosional çalarlar bilavasitə ana ilə bağlıdır. O, bu mühüm vəzifəni müvəffəqiyyətlə yerinə yetirir: insan münasibətlərini daha yaxşı başa düşür, onları emosional yolla məharətlə tənzim edir. Ağlayan uşağı ovundurmaq üçün ananın onu bəlkə bircə dəfə qucaqlaması, bağrına basması kifayətdir. Bəlkə ana ən yaxşı psixoloq, ən mahir nevropatoloqdur. Ailə-məişət məsələləri məhz onun əlində toplanmışdır. Ailənin psixoloji iqlimi ananın ailə kollektivinin əməyini, həyatını necə təşkil etməsindən əhəmiyyətli dərəcədə asılıdır.Ailənin sosial-psixoloji iqlimi ər və arvadın, gəlin və qayınananın eləcə də ailənin digər üzvlərinin sosial-psixoloji cəhətdən bir-birinə uyuşmasında özünü daha aydın göstərir.Ailənin ideya sərvətləri ailənin həyatına bütünlüklə nüfuz etdikdə, ailədaxili münasibətlərin yönümü köklü sürətdə dəyişir. Ailə münasibətlərinin məhəbbət əsasında inkişafı üçün ən əlverişli şərait yaradılır.

Sual 5. Ər və arvadın bir birinə uyuşması bir mühüm xüsusiyyətinə görə başqa adamlar arasındakı uyuşmadan fərqlənir: O, məhəbbət hissinə əsaslanır. Görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadi yazırdı: “Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir birini sevən adam qurmağa məcburdur. Onlar elə adamlardır ki, şəxsiyyətcə, şəkilcə, zövq və maraq cəhətcə də bir birinə oxşamır. Onların uyuşması üçün, ümumi dil tapması üçün istinad edə biləcəyi yeganə bir vasitə varsa, o da sevgiləridir. Bunun üçün onlar nə cür hərəkət edirlərsə-etsinlər, sevginin ləkələnməsinə, bu istinadgahın laxlamasına imkan verməməlidirlər”. İnsanın bir şəxsiyyət kimi psixoloji xüsusiyyətləri çoxdur. Ər və arvadın bir-birinə uyuşması üçün onların hamısı eyni dərəcədə əhəmiyyətli deyildir. Müxtəlif həyati faktların təhlili göstərir ki, bu uyuşma daha çox onların ideya və sərvətləri, maraqları, temperament tipi və xarakter əlamətləri ilə bağlıdır.Bunlara müvafiq olaraq uyuşmanın növləri fərqləndirilir.

  • Sosial-ideoloji uyuşma
  • Psixoloji uyuşma
  • Psixofizioloji uyuşma

Bu məsələlər psixologiyada hələ kifayət qədər öyrənilməmişdir, lakin əldə edilmiş materiallar əsasında uyuşma üçün səciyyəvi olan bir maraqlı xüsusiyyət müəyyən olunmuşdur: insanların ideya-mənəvi sərvətləri, rol gözləmələri, maraqları və zövqləri bir-birinə oxşar olduqda, onlar bir-birinə daha tez uyuşurlar. Halbuki, temperament və xarakterlərin bəzi xüsusiyyətləri oxşar olduqda, adamlar çox vaxt bir-birlərinə uyuşa bilmirlər.

Sosial-ideoloji uyuşma ər-arvadın ideya-mənəvi sərvətlərinin, həyat mövqelərinin, ən mühüm həyat hadisəsi haqqında baxışlarının və qiymət meyarlarının ümumi olmasını nəzərdə tutur.Sosial psixoloji uyuşma öz kökünü ailənin ideya sərvətlərindən alır. Ailənin ideya sərvətləri dedikdə onun üçün əhəmiyyətli olan ideyalar – sosial, mənəvi və estetik ideyalar nəzərdə tutulur.Bu ideyalar ailənin xeyir və şər, həqiqət və yalan, gözəllik və çirkinlik, ədalət və ədalətsizlik haqqındaki təsəvvürlərini əks etdirir. Onlar ailənin həyat təcrübəsi gedişində daha da təkmilləşir, yeni məna kəsb edirlər. Psixoloji uyuşma da müxtəlif xüsusiyyətlərlə özünü göstərir. Ər-arvadın rol gözləmələri, maraqları və xarakter əlamətləri onların bir-birinə psixoloji uyuşmasında xüsusilə mühüm rol oynayır.

Rol gözləmələri nədir? Ərlə arvadın qarşılıqlı münasibətlərini onlar necə şərtləndirir?

Ərlə arvadın qarşılıqlı ünsiyyət prosesində insanların bir-birilə qarşılıqlı əlaqə və rabitələri sosial normalarla tənzim olunur. Uşaq bu normaları necə deyərlər hələ bəlkə də bələkdəykən ana südü ilə öyrənir və adamlar arasında yaşamağı öyrəndikcə onlara əməl edir. Yaşlı adamların həyatında isə sosial normalar xüsusilə mühüm rol oynayır. Adamlar hər hansı bir şəraitdə normalara əməl etsələr də, öz özünə bununla kifayətlənmirlər. Onlar başqa adamlardan müvafiq sosial situasiyada özünəməxsus davranış gözləyirlər və s. İnsanlar öz davranışlarında bu cəhəti nəzərə alaraq başqalarının gözündə həmişə yaxşı görünməyə başlayır və sosial normalara istər istəməz əməl edir.
Rol gözləmələri sosial gözləmələrin xüsusi halıdır. Sosial gözləmələrdən fərqli olaraq rol gözləmələri nisbətən konkret xarakter daşıyır və müəyyən bir rol davranışının normalarını ifadə edir.

Ər və arvadın rollarını bu baxımdan nəzərdə keçirdikdə burda 2 cəhət diqqəti cəlb edir.

1) Onlar görəsən özlərinin rol konsepsiyalarını necə başa düşürlər və ifadə edirlər?

2) Rol gözləmələri baxımından bir birinin davranışını necə mənalandırırlar. Hər hansı bir situasiyada bir birindən hansı davranış və rəftar tərzini gözləyirlər?

Psixoloji tədqiqatlar göstərir ki, ər özünü arvadın, arvad isə ərin gözlədiyi kimi aparmırsa, onların arasında istər-istəməz rollararası ixtilaflar əmələ gəlir. İnsanların həyata olan tələbləri öz əksini adətən onun maraqlarında tapır. Bu vaxt insanda xarici aləmə münasibət dəyişir, o, müvafiq cisim və hadisələrə xüsusi diqqət yetirməyə başlayır. Maraqlar – insanın emosional aləmi ilə birbaşa bağlıdır. İnsanı maraqlandıran şeylər onun üçün şəxsi məna kəsb edir. Bu öz əksini onda tapır ki, maraqlar həmişə müəyyən emosiyalarla, hisslərlə müşayiət olunur. Maraqlarda iradi cəhətlər də vardır. İnsan məhz bu vaxt qarşıya çıxan çətinlikləri iradi səylə aradan qaldırır. Ərlə arvadın maraq sahəsi ailənin mənəvi həyatının çox mühüm sahəsini təşkil edir. Onların maraqları uyğun gəldikdə sözləri daha yaxşı tutur. Lakin biri əyləncəli tamaşanı, o biri balet musiqisini, fəlsəfi əsəri maraqlanırsa aydın məsələdir ki, onlar çox vaxt bir yerdə eyni bir baletə, musiqili komediya verlişinə, televiziyaya baxa bilməyəcəklər. Tədricən bir birindən uzaqlaşacaqlar, bir-birlərinə bu və ya digər dərəcədə yadlaşacaqlar. Bir yerdə olanda istər istəməz darıxacaq, özlərini psixoloji cəhətdən rahat hiss etməyəcəklər. Psixofizioloji uyuşma müxtəlif amillərlə şərtlənir. Onların içərisində ərlə arvadın temperamenti xüsusi yer tutur. Xarakter temperamentlə bağlıdır. Xarakterin zahiri ifadə formaları adətən insanın temperament tipi ilə müəyyən olunur. Xarakter həyatda qazanılır. Bilavasitə tərbiyənin məhsuludur. Temperament isə irsidir, insanın sinir sisteminin müəyyən xüsusiyyətləri onun davranışında temperament əlamətləri kimi təzahür edir. Temperament insanın psixi həyatının məzmunu deyil onun dinamik yəni cərəyanetmə xüsusiyyətlərinin, psixi halət və proseslərinin intensivliyini, tipini və s. səciyyələndirir. Bəzən əsas xarakter əlamətlərinə görə bir birinə bənzəyən, tutaq ki hər ikisi mehriban olan ər-arvad psixoloji cəhətdən asanlıqla uyuşa bilirlər. Halbuki hər ikisi eyni dərəcədə tənbəl olan ər-arvadın bir-birinə uyuşması, çətinləşir. Bir çox hallarda isə xarakter etibarilə bir-birinə oxşamayan ər və arvad bir-birinə nisbətən asanlıqla uyuşa bilir. Ər və arvadın hər ikisi sanqvinik temperament tipinə mənsub olduqda bir – birilə asanlıqla dil tapır və mehriban yaşayırlar. Ər də, arvad da xolerik (tündməcaz) temperament tipinə mənsub olduqda çox vaxt bir – birinə uyuşa bilmirlər. Halbuki onlar müxtəlif temperament tipinə, məsələn, sanqvinik və fleqmatik temperament tipinə mənsub olduqda bir – birinə daha yaxşı uyuşurlar.

Ədəbiyyat siyahısı

  1. Əlizadə Ə. Ə., Abbasov A.N. – Ailə. Bakı 1989.
  2. Bayramov Ə.S, Əlizadə Ə. Ə, Psixologiya. Bakı, 1995.
  3. Əlizadə Ə. Məhəbbət aləmi. Bakı 1995.
  4. Алешина Ю.Е., Гозман Л.Я., Дубовская Е.М.- Социально – психологические методы исследования супружеских отношений: М: изд – во 1987
  5. William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.

Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

  • Teqlər:
  • ailə psixologiyası
  • , ailə
  • , mühazirələr
  • , psixologiya
  • , müasir Azərbaycan ailəsi
  • , qaynan gəlin münasibətləri
  • , valideyn övlad münasibətləri

Münasibətinizin dağılmasının 5 əlaməti və onu necə xilas etmək olar – ya da buraxın

Hamımız bir əlaqənin dağılmasının əlamətlərini gördük. Neçə dəfə bir restorana getmisiniz və bir cütlüyün bir -birinizə heç nə danışmadığını izləmisiniz? Evlənmək naminə evli qalırlar və mexaniki olaraq gündəlik həyat hərəkətlərindən keçirlər. Bu cütlüklərin heç bir ortaq cəhəti yoxdur və çox güman ki, illərdir bir -birini qucaqlamır. Sevgi yoxdur. Emosiya yoxdur. Aralarında istilik yoxdur.

Bir vaxtlar aşiq olublar, ya da olmayıb. Fakt budur ki, onlar artıq qarşılıqlı sevgidə deyillər. Bu cütlüklər bir -birlərindən bezmiş ola bilər və ya sadəcə həyatda iki fərqli istiqamət götürmüşlər. Bir çox əlaqələr evliliyin “əlverişli” mərhələsi olaraq bilinir.

Evliliyin bu rahat mərhələsi bir çox şeydən qaynaqlana bilər:

  • Bəlkə də bir vaxtlar dəli kimi aşiq idiniz, amma yol boyu bir şey dəyişdi
  • Bəlkə də bir insan olaraq böyüyüb çiçək açdın, amma ortağın böyümədi
  • Bəlkə də nəticədə həyatda iki fərqli yol axtardın
  • Bəlkə də biriniz və ya hər ikiniz sadəcə bir -birinizi üstələdiniz
  • Və ya bəlkə də prioritetləriniz dəyişdi və əlaqənizi pisləşdirməyə icazə verdiniz

Münasibətinizin dağılmasının erkən əlamətlərini tanıyın və onu düzəltmək və ya tərk etmək qərarına gəlin. Münasibətinizi necə xilas etmək, əlaqənizin uğursuz olduğuna işarə edərək başlayır.

1. Yaxınlıq olmaması

Cinsiyyət, yaxınlıq və ya toxunma olmaması əlaqənizin dağılmasının ilk əlamətlərindən biridir. Cins, bir cüt olaraq münasibətlərinizi möhkəmləndirən yapışdırıcıdır. Yalnız ikiniz üçün xüsusi və müqəddəsdir. Sizi mərkəzdə və əlaqədə saxlayan güclü bir birlik hərəkətidir.

Seks və sevgi olmadan ikiniz sadəcə yaxşı yoldaşlar oldunuz. Ayrılan bir evlilik, münasibətlərinizin dağılmasının əlamətlərini göstərəcək.

2. Zəif ünsiyyət (və ya ümumiyyətlə yoxdur)

Tərəfdaşınızla gündəlik ünsiyyətin olmaması münasibətlərinizin dağılmasının əlamətlərindən biridir. Münasibətlər dağılmağa başladıqda, səssizlik ümumiyyətlə ilk göstəricilərdən biridir. Mətn mesajlarını, e-poçtları və telefon zənglərini sevmək qıt və ya yox olduqda, əlaqələri yoxlamaq üçün vaxt ola bilər.

“Münasibətim dağılırmı?” Deyə soruşursan. sonra ortağınızla ünsiyyət boşluğunu aradan qaldırmaq, bir əlaqəni necə xilas edəcəyinizi anlamaqda əsas rol oynayır.

3. PDA yoxdur

İctimai məhəbbət nümayişləriniz açıq bir şəkildə ayrılıq nümayişinə çevrilmişsə, narahatçılığınız ola bilər. Toxunuş sevgidən qaynaqlanır. Aşiq olanda ortağına toxunmaq istəyirsən.

Şirin öpüşlər, əl tutma və qol-qola gəzişmə qolları çarpaz və aranızdakı ölçülə bilən bir məsafə ilə əvəz edildikdə, bunlar münasibətlərinizin dağılmasının açıq əlamətləridir.

4. Sevgi terminlərindən nadir hallarda istifadə olunur

Münasibətinizin pozulduğunu hiss etdiyiniz zaman ortağınızla yüksək bir rəsmiyyətin şahidi olarsınız. “Sevgilim”, “Balım” və “Sevgilim” sözləri “Angela”, “Jack” və “Stacey” ilə əvəz edildikdə, qulaq asmaq istəyə bilərsiniz.

Həyat yoldaşınızın sizə müraciət etməsi, evliliyinizin dağılmasının əlamətlərini göstərir. Sevgi məhəbbət şərtlərini ortaya çıxarır. Patronunuz sizi adla çağırmalıdır; ortağınız olmamalıdır.

Həmçinin baxın:

5. Ortaq maraqlar yoxdur

Bir cüt olaraq fəaliyyət göstərmək əlaqənizi gücləndirir. Qarşılıqlı maraqlar sizi bir cüt olaraq bağlayır. Bir heyəti olaraq həyatı kəşf etdiyiniz zaman, birlikdə vaxtınızı səbirsizliklə gözləyirsiniz. Bu, ən yaxşı dostunuzla evlənmək kimidir, cinsi əlaqənin bonusu ilə. Münasibətləriniz dağılanda bir vaxtlar birlikdə zövq aldığınız maraqlar ciddi şəkildə solo macəralara çevrilə bilər.

Münasibətləriniz ümumi maraqların olmaması səbəbindən pozulanda nə etməli?

Yaxşı, bir cüt olaraq yenidən birləşmək üçün maraqlarınızı yenidən qurmalısınız. Çökən bir əlaqəni necə düzəltmək bəzən ortağınızın maraqlarını sizdən üstün tutmağı tələb edir.

Hər ikinizdə hələ də hiss etdiyiniz bir sevgi və cazibə parçası ilə əlaqənizin yenidən başlaması və yola qayıtması üçün bir az cilalanması tələb oluna bilər.

Əlaqələrinizi xilas etmək üçün səy göstərməyin vacibliyini kifayət qədər vurğulaya bilmirəm. əgəryalnız əgər, Sən hər ikisi ortağınız üçün bir az cazibə qalığı var. Bir vaxtlar hiss etdiyiniz cazibə və sədaqətinizi düzəltmək və canlandırmaq üçün hər iki tərəfdaş sevginin canlanması üçün potensial bir ümid hiss etməli (və istəməlidir).

Münasibətinizdə hələ də bəzi əsas və qarşılıqlı sevginin qaldığını və ya dağılmaqda olan bir evliliyi necə xilas edəcəyinizi necə bilirsiniz? İki sualdan ibarət olan “Dang Factor” testini alırsınız:

Sual 1: Ayrıldıqdan sonra keçmiş yoldaşınızın əl-ələ tutaraq yeni bir sevgi marağı ilə bir restorana getdiyini görsəydiniz, necə hiss edərdiniz?

Bu suala cavab verməzdən əvvəl diqqət yetirin: ilk “Dang Factor” qaydası, hər iki şəkildə də ola bilməyəcəyinizi açıq şəkildə bildirir. Başqa sözlə, ortağınızla olmaqdan çəkinmədiyinizi və ya onunla maraqlanmadığınızı söyləyə bilməzsiniz və eyni zamanda onları başqası ilə görmək sizi qısqanc bir qəzəbə aparar. Unutma, ya maqnitliyi hiss edirsən, ya da hiss etmirsən. Hətta bir cazibə parçası da cazibədir.

Sual 2: Yoldaşınız sizə toxunanda özünüzü necə hiss edirsiniz?

Yoldaşınızdan toxunmaqdan zövq almırsınızsa, bu, cazibə səviyyənizin öldüyünü və ya müvəqqəti olaraq sıradan çıxdığını göstərə bilər. Özünüz və ortağınız arasındakı intim əlaqə, ən yaxşı dostunuzla münasibətlərinizi fərqləndirən bir şeydir.

Münasibətinizi iş yoldaşlarınız, dostlarınız və qonşularınızla paylaşdıqlarınızdan fərqli olaraq ifadə edən cinsi yaxınlıqdır. Cinsiyyət, öpüşmək, qucaqlaşmaq və əl -ələ tutmaq hər ikinizi “cütlük” olaraq təsnif edən komponentlərdir. Əgər toxunmursan, sadəcə otaq yoldaşı kimi yaşayırsan.

Viktorina keçirin: Həyat yoldaşısınız və ya sadəcə otaq yoldaşısınız?

Orada olub olmadığını müəyyən etdikdən sonra edir Münasibətinizdə bir cazibə tərəfi qaldı, münasibətlərinizi düzəltmə mərhələsindən necə çəkirsiniz? Asan! Siz səy göstərdiniz.

Münasibətiniz pozulduqda nə etməli olduğunuz üçün hərəkət planı

Dağılan bir evliliyi necə düzəltmək olar? Həyat yoldaşınız, dostlarınızdan, uşaqlarınızdan və ya itinizdən əvvəl, məsələn, tanış olduğunuz zaman olduğu kimi prioritetlərinizi yenidən təşkil edirsiniz. Çölə çıxmaq lazımdır Sən və münasibətlərinizin dağılmasının mövcud əlamətlərini tapmaq üçün baxın.

Hələ bir az arzu ləkəsi varsa və yalnız kobud bir hissədən keçirsinizsə və ya bir cüt olaraq əlaqəniz kəsilibsə, evliliyi bitirmək lazım olmaya bilər. İki istiqamətli “Dang Factor” testini keçmisinizsə, sevginin diriləcəyinə ümid var və yaxşı bir eşqi həyatınıza qaytarmaqla ciddi məşğul olmağın vaxtıdır.

Biriniz və ya hər ikiniz bir vaxtlar əyləncəli və seksual evliliyinizi canlandırmaq üçün səy göstərməməyi seçsəniz, sonda boşana bilərsiniz. Hər ikiniz buna hazır olmalısınız və lazım olan hər şey bir az cilalanma və səy göstərildikdə inanılmaz bir sevginizi itirə biləcəyinizi başa düşməlisiniz.

Münasibətinizin dağılmasının təkrarlanan əlamətləri ümumiyyətlə çox sadə həllərə malikdir, sadəcə eqonunuzun mane olmasına imkan verməyin.

Oxumağı MəSləHəT Görürük
  • Qırılan ürəkdən ölmək? Kədəri aradan qaldırmaq üçün 6 məsləhət BiləR 2023
  • Çox gec olmadan evlilik problemlərini həll etmək üçün 4 addım BiləR 2023
  • Münasibətdə nə etməməli olduğunuzu göstərən 4 film BiləR 2023

Evliliyi xilas etmək üçün ünsiyyət qurun

Evlilikdə ünsiyyətin dayandığı məqamlar var. Zərərli hisslər. Keçmiş hadisələr və inadkarlıq şeylərin əvvəlki kimi qalmasını qeyri-mümkün hiss etdirə bilər. Ancaq həyat yoldaşınızı dinləmə tərzinizi dəyişdirmək və söhbətdə özünüzü ifadə etmək hər şeyi yoluna qoymağınıza kömək edə bilər. Evliliyinizi necə xilas edəcəyinizi öyrənmək və dərhal işə başlamaq üçün aşağıdakı addımları yoxlayın.

hərəkət kurs

Metod 1 Mərhəmətli olun

  • Əgər həyat yoldaşınızın necə hiss etdiyini bilmək çətindirsə, özünüzdən soruşun ki, siz onun yerində olsaydınız necə hiss edərdiniz. Eyni şeyi işdə etmək məcburiyyətində olsaydınız, necə hiss edərdiniz? Gündə iki saat yol getməli olsaydınız, özünüzü necə hiss edərdiniz? Özünüzdən soruşun ki, həyat yoldaşınızın öhdəsindən gəlməli olduğu hər hansı bir maneə haqqında nə hiss edirsiniz.
  • Öz davranışınızın tərəfdaşınıza necə təsir etdiyinə baxın. Davranışınızın partnyorunuza mənfi təsir göstərməsi mümkündürmü? Hər dəfə tənqidi şərh etmək ehtiyacı hiss etdiyiniz zaman özünüzü partnyorunuzun vəziyyətinə qoyun. Ona soyuq çiyin verərkən, qapıdan içəri keçərkən partnyorunuzun sizə məhəl qoymamasının necə olacağını düşünün.
  • Əgər partnyorunuz danışarkən fikirləriniz başqa yerdədirsə və o, danışmağı dayandırmazdan əvvəl siz artıq necə cavab verəcəyinizi düşünürsünüzsə, həqiqətən dinləmirsiniz. Partnyorunuz danışarkən öz duyğularınızı kənara itələyin.
  • Partnyorunuza qulaq asdığınızı göstərmək üçün həvəsləndirici bədən dilindən istifadə edin. Ona baxın və xoş və açıq ifadə əldə edin. Qaşınızı çatmayın və darıxmayın. Bunun hansı təsirə malik olduğunu bilmədən edə bilərsiniz.
  • Partnyor “Cümə günləri çölə çıxıb məni evdə qoyanda özümü tək hiss edirəm” dedikdə. O zaman güzgü cavabı olacaq: “Dediyinizi eşitdiyim budur ki, cümə günləri dostlarımla çölə çıxanda özünüzü tənha hiss edirsiniz. Bunun necə hiss olduğunu başa düşə bilərəm. “
  • Partnyor “Mən nəsə deməyə çalışanda həmişə tənqidi bir şey deyirsən” dedikdə. Güzgü cavabı belə olacaq: “Eşitdim ki, həddən artıq tənqidi ola bilərəm. Başa düşürəm ki, bu sizə yeni şeylər sınamaq üçün cəsarət vermir. “
  • Partnyorunuzun hisslərinə və emosiyalarına inanın. Onun qərarlarına inanın. İstər işdəki problemlər, istər uşaqları yatızdırmaq, istərsə də hamamı təmizləmək və çarpayı hazırlamaq kimi işlərinə hörmət edin.
  • Münasibətinizdə vicdansızlıq varsa, ortağınızla elementar səviyyədə fikir ayrılığı varsa və ya ona güvənməmək üçün əsaslı səbəbləriniz varsa, problemlər yarada bilər. Cütlük terapiyası edin ki, inamı bərpa etmək üçün düzgün vasitələrə sahibsiniz.
  • Danışmadan da ünsiyyət qura bilərsiniz. Qucaqlamaq üçün tərəfdaşınızı yaxınlaşdırın və ya ayaqlarınızı qucağına qoyun. Hər şeyi yüksək səslə söyləmək lazım deyil.
  • Partnyorunuzun özünü təhlükəsiz və qayğıkeş hiss etməsinə icazə verin. Birlikdə yataqda olduğunuz zaman problemlər haqqında danışmayın və ya mübahisəyə başlamayın. Bu, gündəlik zəhlətökən şeylərdən və maneələrdən daha dərin bir səviyyədə əlaqə qurma vaxtınızdır. Bu dəfə qoruyun.

Metod 2 Özünüzü ifadə edin

  • Önəmsiz bir şeylə tərəfdaşınızın diqqətini tələb edən bir şey arasındakı fərqi bilirsiniz. Çətin olsa belə, özünüzlə dürüst olun.
  • Partnyorunuzun necə olduğundan asılı olaraq, çox danışmaq bir dezavantaj ola bilər. Əgər ortağınız hər xırda şeyi müzakirə etməyən sakit oğlandırsa, bunu qəbul edin və milçəyi filə çevirməyin.
  • Partnyorunuzu pis xəbərlə təəccübləndirmək fiziki reaksiyaya səbəb ola bilər: stress hormonu kortizolun həddindən artıq istehsalı. Partnyorunuz özünü narahat hiss edəcək, bu da onun sakit söhbətə girməsini çətinləşdirəcək.
  • Siz və partnyorunuz diqqətinizi yayındırmadan danışmaq üçün vaxt taparkən gündəlik və ya həftəlik bir tədbir planlaşdırmağı düşünün. Səhər və ya axşam yeməkdən sonra həftə sonları yaxşı seçimdir.
  • Əgər partnyorunuz danışacaq əhval-ruhiyyədə deyilsə, onu danışmağa məcbur etməyin. Ondan yaxşıca soruşun ki, o, artıq əlaqəyə qapılmayıb.
  • Bu o demək deyil ki, hisslərinizi partnyorunuzla bölüşmək heç vaxt düzgün deyil – bu aydındır. Emosional yaxınlıq hiss etməmək, çoxlu duyğuları ifadə etmək qədər pisdir. Bununla belə, emosiyalarınızı nəzarət altında saxlamaq və onları partnyorunuzun üzərinə tökməmək, vacib bir şey haqqında danışmağa çalışırsınızsa, eyni dalğa uzunluğuna çatmağınıza kömək edə bilər.
  • Qəzəbləndiyiniz zaman partnyorunuza qışqırmamaq üçün əlinizdən gələni edin. Bu nəinki məhsuldar deyil, həm də partnyorunuzu qorxuda bilər.
  • Siz partnyorunuzun düymələrini bilirsiniz; onları itələməyin. Nə qədər qəzəbli olsanız da, onlar tamamilə kənarda olsunlar. Məqsəd partnyorunuzu incitmək deyil, sizi başa salmaqdır. Alçaq olmaq kömək etmir.
  • Partnyorunuz haqqında heç vaxt deməməli olduğunuz bir neçə şey var. Heç vaxt “səndən nifrət edirəm” demə. Heç vaxt “boşanmaq üçün ərizə verək” deməyin. Heç vaxt “mən səni heç sevməmişəm” demə. Bunu nəzərdə tutmadıqca heç nə deməyin, çünki bir dəfə dedikdən sonra onu geri ala bilməyəcəksiniz və tərəfdaşınızın unutmayacağına mərc edə bilərsiniz.
  • “Hesabın ödənilmədiyini müşahidə etdim. Bu gün günortadan sonra edə bilərsinizmi? “
  • Nə qədər məşğul olduğunuzu başa düşürəm, amma həftə sonu uşaqlara kömək etsəniz, çox şad olaram. ”
  • Tərəfdaşınızı yaxşı etdiyi şeylərə görə tərifləyin.
  • Onun şəxsiyyəti haqqında “Həmişə optimistsən. Mən səni sevirəm” kimi gözəl bir şey söyləyin.
  • Bədəni haqqında gözəl bir şey söylə.
  • De ki səni sevirəm.”
  • Haqlı olduğunuzu bilsəniz və yoldaşınızın haqlı olmadığını bilsəniz belə, itirdiyinə sevinməyin. Bunun əvəzinə keçmişə qayıdın və prioritetlərinizi nəzərdən keçirin ki, onlar yenidən uyğun olsun.

Məsləhətlər

  • İstehza, nifrət, şərh və bezdirmə evliliyi xilas etmək üçün düzgün yol deyil. Partnyorunu şifahi təhqir edən çox adam var və əgər partnyor əlindəki boşanma kağızları ilə cavab versə, “evliliyimi xilas et!” Birincisi, tərəfdaşınıza hörmət etməyi öyrənin və onunla necə rəftar edilməsini istəyirsənsə, elə davran.

Comments are closed, but trackbacks and pingbacks are open.