Press "Enter" to skip to content

Uğurun Xəritəsi” Kitabı

– “Uğurun xəritəsi” mənim öz yolumdur. Bu yol 15 yaşından başlayıb, yerimək imkanını tapandan sonra. “Uğurun xəritəsi”ndə mən çətinlikləri necə aşmağı, daxili potensialı göstərmə üsulları, yolları haqqında yazmışam. Təbii ki, öz təcrübəmdən də istifadə etmişəm. Məsələn, ilk dəfə ictimai nəqliyyata minəndə 19-20 yaşımdaydım. Hər dəfə avtobusa minəndə qoltuqağacımın birinə söykənib tutacaqdan yapışırdım. Bu zaman digər qoltuqağacı düşürdü və hər dəfə kimdənsə kömək istəməli olurdum. Bu çətinlikdən qurtarmaq yolu axtardım, kiminsə kömək etməsini istəmirdim. Çıxış yolu tapdım, qoltuqağacına rezin keçirdim və avtobusda tutacaqdan yapışanda artıq rezini qoluma keçirdiyimdən qoltuqağacı yerə düşmürdü. Bu, məndə hər çətinlikdən çıxış yolu tapmaq vərdişi yaratdı.

Niyə Azərbaycanda siyasətçilər arasında əlil yoxdur?

“Uğurun xəritəsi” kitabının müəllifi Murad Məmmədov 15 yaşına qədər yeriyə bilməyib, buna görə orta məktəbə də getməyib, yazı-pozunu evdə öyrənsə də, attestatı olmadığından karyerasında irəliləyə bilməyib. Ona görə də 26 yaşında distans 10-cu sinifdə oxuyub.

O həm Bakının banklarının birinin məlumat mərkəzində işləyir, həm motivasiya üzrə trener kimi fəaliyyət göstərir, həm də ictimai fəallıq edir, layihələrdə çalışır, bloq yazıları yazır.

AzadlıqRadosuna müsahibəsində Murad Məmmədov təkcə avtobiqrafiyasından yox, kitabından, arzularından danışır:

– “Uğurun xəritəsi” – sənin öz yolundurmu?

– “Uğurun xəritəsi” mənim öz yolumdur. Bu yol 15 yaşından başlayıb, yerimək imkanını tapandan sonra. “Uğurun xəritəsi”ndə mən çətinlikləri necə aşmağı, daxili potensialı göstərmə üsulları, yolları haqqında yazmışam. Təbii ki, öz təcrübəmdən də istifadə etmişəm. Məsələn, ilk dəfə ictimai nəqliyyata minəndə 19-20 yaşımdaydım. Hər dəfə avtobusa minəndə qoltuqağacımın birinə söykənib tutacaqdan yapışırdım. Bu zaman digər qoltuqağacı düşürdü və hər dəfə kimdənsə kömək istəməli olurdum. Bu çətinlikdən qurtarmaq yolu axtardım, kiminsə kömək etməsini istəmirdim. Çıxış yolu tapdım, qoltuqağacına rezin keçirdim və avtobusda tutacaqdan yapışanda artıq rezini qoluma keçirdiyimdən qoltuqağacı yerə düşmürdü. Bu, məndə hər çətinlikdən çıxış yolu tapmaq vərdişi yaratdı.

– Bəs sənin üçün uğur nədir?

– Uğur fərdi anlayışdır, kimin üçünsə televizora çoxlu baxmaq imkanı uğur ola bilər, yəni baxmağa vaxt tapmır, tapanda bunu uğur sayır. Mənim üçün uğur müstəqil olmaqdır, kimdənsə asılı olmamaq, azad yaşamaqdır. Kiminsə qoyduğu yolu getmək, qəlibləşdirilmiş həyat tərzi ilə yox, məhz öz yolunla getmək, özünəməxsus həyat tərzini yaşamaq, mənim üçün uğur sayıla bilər.

– 5 ildir ki, həm də motivasiya üzrə təlimçisən. Təlim keçdiyin auditoriya kimlərdən ibarət olur və bu təlimlərdən bəhrələnib həyat yolunu dəyişənlər varmı?

– Auditoriya əsasən, gənclərdir, ancaq bəzən, orta, yaşlı nəsillərin də nümayəndələrini görürəm. Təlimlərdən sonra mənə sosial şəbəkə üzərindən yazanlar olur ki, sizin təlimdən sonra filan qənaətə gəldim, filan işə başladım, mənim üçün uğurlu oldu.

– Sənin motivasiyan nədir?

– Motivasiyam apardığım mübarizə və qazandığım müsbət nəticələrdir ki, bu da məni irəli getməyə ilhamlandırır, stimul verir.

– Murad, səncə Azərbaycanda əlilliyi olan şəxslərin ən böyük problemləri nədir? Məsələn, səni ən çox nə narahat edir?

– Azərbaycanda əlilliyi olan şəxslərin iki əsas problemi var: Onlardan biri infrastruktur problemidir, digəri cəmiyyətin əlilliklə bağlı məlumatları olmamasıdır.

– Murad, Azərbaycanda siyasətçilər, yüksək vəzifəli şəxslər, deputatlar arasında əlilliyi olan şəxslər təmsil olunmurlar. Səncə, bu nədən irəli gəlir?

– Bunun səbəbini onda görürəm ki, Azərbaycanda hələ də əlilliyi olan şəxslərə tibbi yanaşma mövcuddur, sosial yanaşma yoxdur. İndi Avropa ölkələrinin çoxunda əlilliyi olan şəxslərə tibbi yanaşma arxivə gedir, cəmiyyətdə sosial yanaşma güclənir. Sosial yanaşma o deməkdir ki, əlilliyi olan şəxslər xəstə deyil, bacarıqsız, qabiliyyətsiz deyil, o da hər kəs kimi cəmiyyətə faydalı ola bilər. Sadəcə, infrastrukturu hər kəs üçün uyğunlaşdırmaq lazımdır. Əlilliyi olan şəxslərlə bağlı təlimlərdə belə bir sosial rolik tez-tez nümayiş etdirilir: cəmiyyətdə böyük əksəriyyət əlil arabasından istifadə edir və infrastruktur da buna uyğundur. Əlilliyi olmayan şəxslər diskomfort hiss edir, infrastrukturdan yararlana bilmir, harasa gedəndə əziyyət çəkir, çoxluq olmadığı üçün də psixoloji gərginlik yaşayır. Yəni, cəmiyyət çoxluğa uyğunlaşdırılır və bu da azlıqda olanlar üçün diskamfort yaradır. Buna görə də nə siyasi, nə ictimai sferada əlilliyi olan insanlara şans tanınmır. Halbuki, deputat olmaq üçün əl-ayaqdan çox, qabiliyyətə, vətəndaş ürəyinə sahib olmaq lazımdır.

– Yaxın 5 ildə hədəfin nədir?

– Belə uzun müddətli hədəflər qoymuram, hədəflərim azı 6 ay, 1 illik olur. Amma arzularım var. Yaxşı, tanınmış yazıçı olmaq istəyirəm. Kitablarımın daha çox adamın oxumasını istəyirəm.

Buna da bax: Əlil qızlar arasında gözəllik müsabiqəsi

“Uğurun Xəritəsi” Kitabı

İndi bu yazını oxuyan bəzi insanlar ailə problemlərinə görə, bəziləri maddi problemlərə görə, bəziləri təhsil, karyera qurmaq, bəzilərimiz isə həyatımızın digər məqamlarında çətinliklərlə qarşılaşırıq. Az insan bu çətinliklərin öhdəsindən gəlməyi bacarsa da, çoxumuz çətinliklər qarşısında çıxılmaz vəziyyətə düşürük. Nə edəcəyimizi, hansı addımlar atmalı olduğumuzu bilmirik.

Məndə də belə olub:

– 14.01.1990 dünyaya gəldikdən bir neçə ay sonra ilk sümük sınığı yaşadım.
– Ardınca həkimlər “natamam ositogenes” diaqnozu qoydular. Sadə dildə sümüklərdə kalsium çatışmazlığı.
– Sonra məlum oldu ki, mən yeriyə bilmirəm. Yerdə iməkləyərək böyüməyə başladım. Həkimlər də “heç bir zaman yeriyə bilməyəcək” dedilər.
– 6 yaşım olanda atam vəfat etdi. Anam işləməyə başladığı üçün nənəmin yanında yaşamağa başladım.
– Sağlamlığımda, üstəlik ailədə yaranmış bu çətinlik məktəbdə və evdə təhsil almağıma mane oldu. Birinci sinif dərsliklərini evdə oxuduqdan sonra təhsilim davam etmədi.
– 15 yaşıma qədər həyatım bu şərtlər ilə 4 divar arasında, bəzən isə yaşadığımız blokun önündə keçdi.

Sonra?

Sonra 15 yaşımda aldığım bir qərar, etdiyim cəhd ilə, həyatım başqa istiqamətdə irəliləməyə başladı. Ardınca isə tədricən həyatımı tamamilə dəyişdim. Filmlərdə görüb inanmaqda çətinlik çəkdiyimiz kimi, mən də həyatımda inanılmaz inqilablar etdim. İndi yeniyetməlik illərimlə müqayisədə tamamilə fərqli, əksər gənclərin arzuladığı bir həyat yaşayıram və arzulanan resurslara sahibəm.

26 yaşımda isə, bütün bu çətinliklərin öhdəsindən necə tək başıma gəlməyimdən, məqsədlərimə çatmaq üçün istifadə etdiyim üsullardan, bir sözlə arzuladığınız həyatı yaşamaq üçün nələr etməlisinizsə, onlardan bəhs edən “Uğurun Xəritəsi” adlı özünü inkişaf kitabını yazdım.

Bəs bu kitab oxuyanda nələri öyrənəcəksən?

– Həyatdan nə istədiyini aydınlaşdıracaqsan, səni nələrin xoşbəxt edəcəyini öyrənəcəksən
– Komplekslərdən xilas olmağı
– İstədiyin təhsili almaq üçün minimum imkanlarının olmasına baxmayaraq necə bacara biləcəyini
– Karyeranı inkişaf etdirməyi
– Özünə inamı artırmağın sadə və effektiv üsullarını
– Mübarizlik xüsusiyyətini formalaşdırmağı, artırmağı
– Və həyatını asanlaşdırmaq üçün vacib olan digər bilgiləri.

Kitabı sifariş etmək üçün aşağıdakı anketi doldurun.
Kitabın PDF (elektron) versiyası 3 azn, fiziki versiyasının qiyməti 5 azndir.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Müsahibim Murad Məmmədov 1990-cı il yanvarın 14-də Bakı şəhərində anadan olub. Doğuşdan sümüklərindəki kalsium çatışmazlığı səbəbi ilə on beş ilə qədər yeriyə bilməyib. Lakin 15 yaşında heç bir tibbi müdaxilə olmadan, öz iradəsi ilə məşq və cəhd edərək əsanın köməkliyi ilə gəzməyə başlayıb.

2010-cu ildən “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzində əlillik sahəsi üzrə ekspert, motivasiya və özünü inkişaf üzrə baş təlimçi və motivatordur.

BMT-nin ölkə üzrə gənclərdən ibarət Məşvərət Şurasının üzvüdür. Aktiv şəkildə bloqqerlik fəaliyyəti göstərməklə yanaşı, tez-tez motivasiya seminarları ilə çıxış edir.

Hazırda bankların birində satış kanallarının idarə edilməsi departamentinin məlumat mərkəzi şöbəsində ekspert kimi çalışır.

Onun bu yaxınlarda “Uğurun xəritəsi” adlı kitabı çapdan çıxıb. Bununla əlaqədar həmin gənclə görüşməyə, təsirli həyat hekayəsi ilə daha yaxından tanış olmağa və oxuculara ərsəyə gətirdiyi kitabla bağlı məlumat verməyə qərar verdik.

Oxu.Az Murad Məmmədovla müsahibəni təqdim edir:

– Uşaqlıq illərinizin çox çətin keçdiyini öyrəndim. Yaşadıqlarınıza rəğmən yeni həyata başlamaq, iş həyatına atılmaq üçün özünüzdə necə güc tapa bildiniz?

– Uşaqlığımda gəzə bilmədiyim üçün məktəbə gedə bilmədim. Altı yaşımdan sonra atam vəfat etdi, anam işləməyə başladı və mən nənəmin yanına köçüb orada yaşamalı oldum. Bu səbəbdən yanıma müəllimin gəlməsi də mümkün olmadı. Mən sadəcə xalam oğlunun birinci, ikinci sinfə dair dərs vəsaitləri vasitəsilə xalamın sayəsində yazıb-oxumağı öyrəndim.

Sadəcə yarıya qədər. Bundan sonra isə hər şeyi həyat məktəbindən və özümü inkişaf etdirmək üçün istifadə etdiyim vasitələrdən əldə etdim.

Çox insan tanıyıram ki, çalışmaq və fəaliyyət göstərmək, istədikləri sahədə təhsil ala bilmədikləri üçün öz üzərlərində çalışmaqdan, özlərini inkişaf etdirməkdən vaz keçirlər. Ya oturub nə zamansa bu sahədə təhsil ala biləcəkləri günü, ya da bir möcüzənin baş verəcəyini gözləyirlər. Bu, yanlışdır! Heç bir möcüzə baş verməyəcək, çünkü möcüzə siz özünüzsünüz. Siz dünyaya gəlmisiniz və sizə şüur verilib. Bu möcüzə kifayət edir ki, ömrünüzün qalan hissəsini qarşılaşdığınız və qarşılaşacağınız maneələrdən asılı olmayaraq istədiyiniz kimi qurasınız.

– “Uğurun xəritəsi”ni ərsəyə gətirməyiniz, yəqin ki, məhz bu səbəblərdən qaynaqlanır?

– Bəli, doğrudur. Kitabı 2015-ci ilin oktyabr ayında yazmağa başladım. 2016-cı ilin mart ayında başa çatdırdım. Kitabı yazmaqda məqsədim insanlara, xüsusən də gənclərə nə dərəcədə güclü bir varlıq olmaqlarını xatırlatmaqdır. İnsan zaman-zaman yaşadıqları çətinliklərdən, problemlərdən dolayı sahib olduğu bu gücü unudur.

Bütün çətinliklərə baxmayaraq, uğur qazanmağın mümkünlüyündən bəhs edən, həyatda sınaqdan keçirərək tətbiq etdiyim üsulları kitab halında ərsəyə gətirməyə qərar verdim.

– Səhhətinizdəki problemlərə görə arzularınıza çatmağa mane olanlar çox olurdu? Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, bu cür halların baş verməsi heç də təəccüblü deyil.

– Bəzən nəsə etmək istəyirik. Bunu edə biləcəyimizə özümüzün şübhələndiyimiz bir zamanda, bu azmış kimi, ətrafdakı şəxslərdən də “bu, sənlik deyil”, “alınmayacaq”, “özünü əbəs yerə yorma” kimi bizi demotivasiya edən şərhlər alırıq.

Bu hallarda ən doğru olanı, o şərhləri ikinci dərəcli hesab edərək, birinci növbədə cəhd etməkdir. Cəhdlər ətrafda və beyində olan bütün sual işarələrinin cavabıdır. Etdiyiniz hər bir cəhd sizin həyatınızı dəyişə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.