Press "Enter" to skip to content

İnanmadığım – Musa Yaqub – 1 şeir / 2 rakurs

Zirvədən aşağı baxanda.

Sevgi şeirləri

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как читать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 267,89 ₽
Ваш доход с одной покупки друга: 26,79 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти
Эта и ещё 2 книги за 399 ₽

По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше

Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги

Kitabda sevilən Azərbaycan şairi Musa Yaqubun müxtəlif zaman kəsiyində qələmə aldığı sevgi şeirləri toplanmışdır. Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. Daha sonra 1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almış, həmin illərdə də Buynuz kənd 8 illik məktəbinin müdiri vəzifəsində çalışıb. Bakıya köçəndən sonra, 1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsini icra edib. Uzun müddət İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. M.F.Axundov adına mükafata layiq görülüb.

Подробная информация
Возрастное ограничение: 0+ Дата выхода на ЛитРес: 21 октября 2022
ISBN: 9789952266559 Правообладатель: Qanun nəşriyyat

«Sevgi şeirləri» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.

Отзывы

Сначала популярные

  • Сначала популярные
  • Сначала новые

+ Оставить отзыв

Оставьте отзыв

Напишите отзыв и получите 100 бонусных рублей на ваш счёт ЛитРес

“İnanmadığım” – Musa Yaqub – 1 şeir / 2 rakurs

“Ədəbiyyat qəzeti” “1 şeir/2 rakurs” layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Musa Yaqubun “İnanmadığım” şeridi.

İnanmadığım

Mənim dan ulduzum batdı qəfildən,

Birdən bəxtimin də yuxusu gəldi,

Bağda gülüm soldu, cənnətdə tubum,

Bir payız axşamı çatdı qürubum,

Üzümdə zəlzələ, ruhumda qiyam,

Dartdı əllərimdən o biri dünyam,

Axır hesabımı verdi əlimə,

Tanrı atdı məni ruh aləminə,

Nə fərqi – tez oldu, gec oldu, getdi,

Əvvəli, axırı heç oldu getdi,

Dünya fani imiş, ömrümüz ani,

Bəxtin qürub çağı

Günay Qarayeva

Musa Yaqub Azərbaycan poeziyasında öz dəst-xətti, fərqli üslubu, yaradıcılığının bədii siqləti, ənənəvi təbiət mövzusuna yeni, orijinal yanaşması, onu təsvir, tərənnüm obyektindən fəlsəfi-etik dərkə yönəldən dəyərli söz ustadlarımızdandır. Şairin “İnanmadığım” şeirinin doğurduğu təəssüratları bölüşmək istərdim. Musa Yaqub üslubuna xas dərin səmimiyyət, təbiilik, kövrəklik, sadəlik, müdriklik bu şeirin də ruhuna hopmuşdur. Şeirin məna qatında özünəməxsus fəlsəfi ahəng var. Duyğuların, lirik ovqatın ifadəsində şairin bütün yaradıcılığı boyu həyatı dərk fəlsəfəsinin yekunu olaraq həyat, ölüm, fani dünyanın puçluğu haqqında düşüncələr, həyatda hec də hər bir şeyin daimi olmadığı, sənə ərməğan verilmişlərin bir gün əlindən alınacağı qorxusu və bu qorxunun icində müəyyən bir qanunauyğunluğun mövcudluğunu dərk etmiş olursan. Şairin yaşanan ömür haqqında qənaətlərində anlayırsan ki, həqiqətən də insan üçün həyat yalnız özü ilə başlayıb özü ilə bitmir. Bu ömür “Mənim dan ulduzum batdı qəfildən, batdı, batmağına inanmadığım” misralarında şairin məşhur “Taleyin qisməti” şeirində deyildiyi kimi, “ömrünün içində doğulan ömür”lərə hesablanır. Bu ömürlərə o qədər bağlanırsan ki, həyatın varlıqla yoxluq arasındakı məsafədə olumu qəbul, ölümü inkar, paradoksal olsa da, yaşadığın ömrün xoşbəxt məqamlarına, xəyalında bəslədiyin istəklərinə yetişəcəyinə inanırsan, mütləq olan ölümə isə inanmırsan. Və bir gün həyat sərt üzünü göstərir, məşhur amerikan yazıçısı Ernest Hemenqueyin “Qoca və dəniz” əsərində balıqçının həyatının son məqamında sahildə buraxdığı uşağa yetişmək üçün var qüvvəsilə yaşamaq istəyi kimi hansısa bir ümidin işığına doğru saman çöpündən asılı olan ömrü səbir kasan dolsa belə, özünü aldada-aldada “yaşamağa” məcbur qalırsan. İnsanın cismani ölümü ilə ruhi ölümü arasındakı məsafə itir.

Şeirdə zaman-zaman fələyin aldıqlarına, itirilmişlərin yanğısına üsyan yoxdur, “bir payız axşamı çatdı qürubum, çatdı-çatmağına inanmadığım” misralarında sadəcə yaşanmış ömrün, həyatın acizanə məntiqi dərki var. Həyat, ölüm, əbədiyyət haqqında düşüncələr şairin payızla bağlı duyumlarının şərhində hər zaman güclü olub. Təbiətin fəsil ovqatını insanın ömür ovqatına qatmaq, müəyyən bir anı və ya təəssüratı düşüncə obyektinə çevirmək Musa Yaqub poeziyasının insanı, özünüdərk fəlsəfəsinin başlıca xüsusiyyətlərindən biridir. “İnanmadığım” şeiri də müəyyən bir hadisənin, könül yanğısının təsirindən yaransa da, burada fərdi yaşantılar dar çərçivədən çıxır. “Nə fərqi – tez oldu, gec oldu. Əvvəli, axırı heç oldu. ” – deyən şair “üzümdə zəlzələ”, “ruhumda qiyam” detal – simvollarında xəzələ dönmüş arzular, yaşanan ömrün hesabatı, insana etibarın itməsi, dünyanın faniliyi, ömrün aniliyi, inanmadıqlarına inanmaq gerçəkliyinin qaçılmazlığının dərkinə yön alır.

Musa Yaqubun bu şeirində lirik xarakterin tənhalıq, kimsəsizlik ovqatı təsirləndirir, düşündürür. İnsanı həyat eşqinin bitib-tükənməzliyinin bir zaman sonunun labüdlüyünə hazırlayır.

Şeirdə diqqətçəkən maraqlı məqamlardan biri də forma və məzmun vəhdətinin mükəmməlliyidir. İlk baxışda ənənəvi şeir texnikasının struktur imkanları qabarıq nəzərə çarpsa da, müxtəlif söz və səs təkrarları, dolu qafiyəlilik, ovqata uyğun ahəngi sədalandıran səslərin ardıcıl növbələşməsi şeirin poetik kamilliyini təmin edir. Fəlsəfi ton yalnız məzmunda ilişib qalmır, formaya da keçid alır. Şeirin başlanğıcında ton getdikcə həyat ritminə uyğun olaraq kallaşmağa, qısalmağa başlayır ki, bu da bəndləmədə dörd misralılıqdan üçə, sonda da ikiyə enişdə qabarıq şəkildə nəzərə çarpır.

Bağda gülü, cənnətdə tubu solan, yaşadıqlarının hesabını sonda əlinə alan, əvvəli, axırı heç olub gedən, “mənim ürəyimdə bir nəğmə yatır, mən heç o nəğməni yazmayacağam” – deyən şairin ürəklərə yazdığı nəğməsi ilə əbədi yaşayacağı, ölümsüzlüyü inamı inanmadıqlarımın deyil, yalnız sözə tapınan bəşər övladının ölməz inamıdır.

Zirvədən aşağı baxanda.

Məti Osmanoğlu

Vaxtilə Musa Yaqubun “İlahi, mən bu daşı götürüm, götürməyim” şeiri ilə Alber Kamyunun “Sizif əsatiri” essesi arasında müqayisə aparmağa, ortaq məqamlar axtarmağa cəhd etmişdim. İlk baxışda qəribə görünən bu addımı atmağa əsas verən başlıca amil isə hərəsi öz dilində (biri şeir, digəri fəlsəfə) danışan, dünyaya biri şərqli, digəri isə qərbli gözü ilə baxan iki söz adamının insan ömrünün mənası (mənasızlığı yazmağa ehtiyat edirəm) haqqında düşüncələrinin bir-birinə yaxınlığı, uyğunluğu və bir-birini tamamlaması idi.

Kamyunun absurdizm cərəyanının qaynaqlarından olan “Sizif əsatiri”ndə tanrılar tərəfindən ağır, yumru bir daşı uca dağın zirvəsinə qaldırmağa məhkum olunan, bütün gecəni daşı dağın zirvəsinə qaldıran Sizifin faciəsi şərh edilir. İnsan mövcudluğunun absurdluğunun rəmzi olan Sizif daşı zirvəyə çatdıran an daş oradan yuvarlanıb aparıldığı yerə – dağın ətəyinə enir və bu proses hər gün təkrar olunur.

Musa Yaqubun şeiri dağdan sükut içində daşın arxasınca enərkən Sizifin qapıldığı düşüncə, monoloq kimi interpretasiya olunmuşdu.

Lakin burada müəyyən fərqlər, özəl cizgilər də nəzərə çarpır: Sizif daşın zirvədən aşağı yuvarlanacağını bilə-bilə, buna inana-inana hər gün çiynini daşın altına verir. Musa Yaqubun şeirinin qəhrəmanı isə yumru daşın qarşısında tərəddüd içindədir: “Saxlamaq da çətindi, aparmaq da azardı. “

“Ədəbiyyat qəzeti”nin müzakirə üçün təqdim etdiyi “İnanmadığım” şeiri ilə “İlahi, mən bu daşı götürüm, götürməyim?” şeiri arasında üzvi bir bağlılıq, əhval-ruhiyyə, eləcə də fikir və məna birliyi gördüm. Şairin ömrün cavan çağında, həyat adlı yoxuş yolun başında qələmə aldığı “İlahi, mən bu daşı götürüm, götürməyim?” şeirində insan gözəgörünməz bir qüvvənin hökmü ilə qarşısına çıxan daşı götürməyə məhkumdur. O nə qədər tərəddüd keçirsə, var-gəl etsə belə, daşı götürüb zirvəyə doğru irəliləyəcək. O da Sizif kimi həmin yumru daşın zirvədən diyirlənib aşağı düşəcəyini bilir, ancaq bildiyinə inanmır, inanmaq istəmir. Elə işin ən absurd və qəliz tərəfi də budur: insanın bildiyinə inanmaması!

Bildiyinə inanmaya-inanmaya daşı zirvəyə qaldırandan sonra insan oradan geri baxır. Baxır və bildiyinin, bizim hamımızın bildiyimizin, bilə-bilə də inanmadığımızın sadə bir həqiqət olduğunu görür:

Dünya fani imiş, ömrümüz ani,
Bitdi, bitməyinə inanmadığım.

Musa Yaqubun “İnanmadığım” şeiri yaxşı mənada söz oyunu üzərində qurulub. Bu, sonunda qalib gələn taleyin insan üzərində oyununu ifadə etmək üçün, yəqin ki, ən münasib yoldur. Tale insanla, söz oxucu ilə oynayır. Sözün altından görünən fikirdə isə taleyin insanla oyununun ayrı-ayrı səhnələri görünüb qeyb olur: dan ulduzu batır, bəxtin yuxusu gəlir, bir payız axşamı qürub düşür, o biri dünya əlini uzadıb insanı gedəcəyi əbədi məkana – ruh aləminə aparır.

İndi zirvədə dayanıb, alnının tərini silərək aşağı baxan Musa Yaqub bu dünyanın əvvəlini də, axırını da heç hesab edir. İstər-istəməz sual yaranır: daşı zirvəyə qaldırmağa dəyərdimi? Mənə elə gəlir ki, insanlıq durduqca bu sual da yaşayacaq və heç vaxt öz cavabını tapa bilməyəcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Musa Yaqub.�� şeirləri

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var –
Mənim dərdlərimin ayaqları var –
Harda olsa gəlib tapacaq məni,
Yaxıb-yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

Comments are closed, but trackbacks and pingbacks are open.