Press "Enter" to skip to content

Musayev i azərbaycanın xarici siyasəti

Azərbaycan Respublikası Erməni tərəfinin yeritməyə çalışdığı baş vermiş fakt əsasında həlli heç zaman qəbul etməyəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, və Dağlıq Qarabağ bölgəsində Azərbaycanın tərkibində erməni və azərbaycanlı icmaların demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər.

Azərbaycanın Xarici Siyasəti

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ SİYASƏTİNİN PRİORİTETLƏRİ
• Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;
• Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritmək;
• Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;
• ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;
• Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;
• Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;
• Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;
• Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;
• Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;
• Xəzər Dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);
• NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;
• Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;
• Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək.

ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINA QARŞI TƏCAVÜZÜ
Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirməkdədir.
Məlum həqiqətdir ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunmuşdur.
1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi “DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında” qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” qanun qəbul etmişdir.
1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.
Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.
1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunmuşdur.
Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmamışdır. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunmuşdur. Təhlükəsizlik Şurası birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləmiş, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu dönə-dönə vurğulamış və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə ciddi tələb irəli sürmüşdür.
Lakin bu tələblərə baxmayaraq, Azərbaycanın əraziləri nəinki işğal altında qalmaqda davam edir, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, orada son zamanlar müxtəlif növdən olan qeyri-qanuni fəaliyyət aparılması meylləri güclənməkdədir. İlk növbədə, bu, gəlmə ermənilərin məskunlaşması ilə bağlıdır. Böyük narahatçılıq doğuran yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2004-cü ildə baş tutmuş 59-cu sessiyasının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin daxil edilməsi haqqında qərar qəbul etmiş və məsələ üzrə müvafiq müzakirələr keçirilmişdir. Eyni zamanda Azərbaycan tərəfinin müraciəti əsasında Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma praktikasını təstiq edən faktlardan ibarət sənəd BMT sənədi kimi yayımlanmışdır.
1992-ci ildə ATƏM-in Nazirlər Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏM-in prinsipləri, öhdəlikləri və şərtləri əsasında böhranın sülh yolu ilə həll edilməsinə yönəldilmiş Minsk konfransının (onun işçi formatı, faktiki olaraq, Minsk qrupu ilə təmsil olunur) çağırılması haqqında qərar qəbul etməklə, Minsk prosesinə başlamışdır. 1994-cü ildə keçirilən Budapeşt zirvə toplantısında Minsk prosesinin həmsədrlik institutu təsis olunmuşdur (1997-ci ildən etibarən, o, ABŞ, Rusiya və Fransa üçlüyü ilə təmsil olunur). 1996-cı ildə ATƏT-in Lissabon sammitində təşkilatın fəaliyyətdə olan sədri münaqişənin həlli üçün əsas olan aşağıdakı prinsipləri bəyan etmişdir:
• Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
• Dağlıq Qarabağın ona Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə dərəcəsi verən öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan sazişdə müəyyən olunmuş hüquqi statusu;
• Nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirməsinin təmin edilməsi məqsədilə qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə zəmanət.
Lissabon sammitindən sonra 1997-ci ildə Minsk qrupu çərçivəsində danışıqlar dondurulmuş və həmsədrlərin bölgəyə səfərlərilə əvəz olunmuşdur. Bu səfərlər nəticəsində həmsədrlər tərəfindən 1997-98-ci illər ərzində münaqişənin həllinə dair üç təklif irəli sürülmüşdür. Onlardan birincisi münaqişənin dayandırılması və Dağlıq Qarabağın statusu haqda sazişlərdən ibarət hərtərəfli sazişin layihəsi idi. Azərbaycanın qeyd olunan sənədlərin mahiyyətilə bağlı konstruktiv məsləhətlərə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan bu “paket” təklifini qəti şəkildə rədd etdi.
Həmsədrlərin ikinci təklifi münaqişənin mərhələli həllini nəzərdə tuturdu: əvvəl keçmiş DQMV-nin əraziləri və onları Ermənistanla birləşdirən Laçın dəhlizindən başqa bütün işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və oradan didərgin düşmüş əhalinin doğma yurd-yuvalarına qayıtması, sonralar isə ikinci mərhələdə Laçın və Şuşa məsələlərinin həlli və Dağlıq Qarabağın statusunun əsas prinsiplərinin qəbul edilməsi. 1997-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan prezidentləri Strasburqda verdikləri birgə bəyanatda həmsədrlərin bu təklifinin danışıqların bərpa edilməsi üçün ümidverici əsas olduğunu təsdiqlədilər. Lakin 1998-ci ilin fevralında Ermənistan Respublikasının Prezidenti L.Ter-Petrosyan bu təkliflə razılaşdığına görə təzyiqlərə məruz qalaraq, istefaya çıxmağa məcbur oldu və məsələdə sərt mövqe tutan R.Köçəryanla əvəz olundu və beləliklə də, Ermənistan tərəfinin əvvəl verilmiş razılığı rəsmən geri götürüldü.
Həmsədrlərin 1998-ci ilin axırlarında irəli sürülmüş üçüncü təklifi “ümumi dövlət” konsepsiyasına əsaslanıb, Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində respublika formasında dövlət və ərazi vahidi olan Dağlıq Qarabağın Azərbaycanla ümumi dövlət təşkil etməsini nəzərdə tuturdu. Suverenliyini pozduğu üçün, Azərbaycan bu təklifi rədd etdi. Həmin vaxtdan yeni təkliflər irəli sürülməyib. Bundan sonra Minsk prosesi, faktiki olaraq, iflic vəziyyətinə düşdü.
Danışıqlar prosesinə əlavə təkan vermək məqsədilə, 1999-cu ildən etibarən Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə nail olmaq üçün prezidentlər, onların xüsusi nümayəndələri və xarici işlər nazirləri səviyyəsində birbaşa dialoqa başlanılmışdır. Hal-hazırda “Praqa prosesi” adlandırılan və xarici işlər nazirləri səviyyəsində aparılan bu dialoq sayəsində münaqişənin həllinə dair müəyyən məsələlərlə bağlı bəzi ümidverici ilkin nəticələr əldə edilmişdir. Əldə olunmuş həmin irəliləyiş ATƏT-in 2004-cü ildə Sofiyada keçirilmiş xarici işlər nazirlərinin toplantısında dəstəklənmiş və ATƏT-in Xarici İşlər Nazirləri Şurasında buna dair xüsusi bəyanət qəbul edilmişdir.
Davam edən danışıqlar prosesində Azərbaycan Respublikasının tutduğu prinsipial mövqe özünün ərazi bütövlüyünün bərpa edilməsindən və bu yolda heç bir güzəştə gedilməməsindən ibarətdir.
Ermənistan-Azərbaycan münaqişənin belə ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əsasda çözülməsi Cənubi Qafqazın gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edir, çünki yalnız bu başlıca şərtin yerinə yetiriləcəyi təqdirdə, regional əməkdaşlıq və bölgənin çoxşaxəli perspektiv imkanlarından bəhrələnməyə yol açıla bilər.
NEFT DİPLOMATİYASI
Dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası Xəzər hövzəsinin dünyaya açılmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan öz neft və qaz ehtiyatlarının istismarını iqtisadi inkişafın başlıca aləti və ölkə təhlükəsizliyi, suverenliyi və mustəqilliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm bir amil kimi görməkdədir. “Əsrin müqaviləsi”nin 1994-cü ildə bağlanmasından keçən dövrdə Azərbaycan hidrokarbon yataqlarının işlənilməsi üzrə 20-dən çox saziş imzalamış və onların gerçəkləşdirilməsi istiqamətində nəhəng işlər görmüşdür. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrin şirkətlərilə bağlanmış bu sazişlər Respublika üçün böyük həcmdə sərmayə və gəlir gətirmiş, gətirməkdədir və gətirəcəkdir. Beləliklə, Azərbaycan hökumətinin “neft diplomatiyası” adı ilə məşhurlaşmış Xəzərin enerji layihələrinə xarici, əsasən Qərb şirkətlərinin cəlb edilməsinə yönəldilmiş kursu öz əməli faydasını artıq vermiş və verməkdədir.
Lakin Azərbaycanın inkişafına xidmət edən bu layihələrin gerçəkləşdirilməsi heç də asan başa gəlməmişdir. Elə 1994-cü ildən, yəni “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bəzi qüvvələrin məsələyə qarışması nəticəsində Sovet İttifaqının dağılması ilə əlaqədar, Xəzərin yeni hüquqi statusunun təyin edilməsi birdən problem kimi ortaya atıldı və bu, Azərbaycanın suveren haqqı olan və hələ keçmiş İttifaq vaxtında onun üçün müəyyən edilmiş sektorda hər hansı işin aparılmasına əngəllər törətmək məqsədi güdürdü. Lakin Azərbaycanın qətiyyətlə öz mövqeyini müdafiə etməsi, onun Qazaxıstanla və sonralar Rusiya ilə əldə etdiyi ikitərəfli razılaşmalar nəticəsində rəsmi Bakının tərəfdar olduğu dəniz dibinin milli sektorlara bölünməsi prinsipi əsas götürülmüşdür. Bu sahədə Türkmənistan və İranla davam edən danışıqlar prosesi də, çox güman ki, öz bəhrəsini verəcəkdir və beləliklə, bütün Xəzəryanı ölkələr üçün daha dinamik inkişafa doğru əməkdaşlığa yeni üfüqlər açılacaqdır.
Azərbaycanın artan neft hasilatının və ümumiyyətlə, Xəzər bölgəsinin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılması üçün 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısı zamanı Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ prezidentlərinin imzası ilə Bakı-Tbilisi-Ceyhan strateji neft boru kəmərinin çəkilməsinə dair tarixi siyasi bəyannamə qəbul olunmuşdur. 2002-ci ilin sentyabrında isə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilmiş mərasim boru kəmərinin tikilməsinə start vermişdir. O tarixdən etibarən kəmərin inşası prosesi uğurla həyata keçirilir və 2005-ci ildə həmin kəmərlə nəql olunan Xəzər nefti Ceyhan terminalından dünya bazarlarına artıq ixrac olunmağa başlanmalıdır. Bu isə, öz növbəsində, Azərbaycanın və bütün bölgənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verəcəkdir.
ÇOXTƏRƏFLİ ƏMƏKDAŞLIQ VƏ MÜNASİBƏTLƏR
Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.
• Azərbaycan – BMT
Beləliklə, Azərbaycanın xarici siyasətində onun 1992-ci ildən üzv olduğu BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşılır. Yuxarıda adı çəkilən BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımını da qeyd etmək lazımdır. Azərbaycan-BMT münasibətləri çərçivəsində ölkəyə müxtəlif layihələrlə bağlı yardım göstərən BMT-nin İnkişaf Proqramının oynadığı mühüm rolu da misal gətirmək olar. Bundan əlavə, UNESCO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatlarının fəaliyyəti də diqqətdən yayınmamalıdır.
• Azərbaycan – İKT
1991-ci ildə İKT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmiş və İslam Konfransı Təşkilatı ilə mühüm önəm kəsb edən münasibətlərinin daha da möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-nın bu həyat əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.
• Azərbaycan – ATƏT
Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına 1992-ci, Paris Xartiyasına 1993-cü və Avropa Təhlükəsizliyi Xartiyasına 1999-cu ildə qoşulmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsindəki roluna görə, ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir və bu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. daxildir.
• Azərbaycan – Avropa Şurası
Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Bu səbəbdən Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə köməklik göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixində imzalamış, 15 aprel 2002-ci ildə isə onları ratifikasiya etmişdir. Azərbaycan nümayəndə heyəti Avropa Şurası çərçivəsində, ilk növbədə bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyinin formalaşdırılmasında məqsədyönlü və məhsuldar fəaliyyətilə seçilir.
• Azərbaycan – Avropa Birliyi
Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa Birliyilə çoxşahəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycanın AB ilə münasibətləri TACİS, TRACECA və s. kimi müxtəlif proqramlar çərçivəsində inkişaf etdirilir. 1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanmışdır. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayələrin qoyuluşunu nəzərdə tutur. 2004-cü ildə Avropa Birliyinin şərqə doğru genişləndirilməsilə Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq, “Genişləndirilmiş Avropa” təşəbbüsü çərçivəsində AB-nin “Yeni qonşuluq siyasəti”nə daxil edilmişdir. Bu isə ölkəmizin Avropa Birliyilə əməkdaşlığı daha da inkişaf etdirərək yeni keyfiyyət mərhələsinə qaldırması üçün zəmin yaradır.
• Azərbaycan – NATO
Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə münasibətlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ölkəmiz “Sülh naminə tərəfdaşlıq” proqramına elə onun təqdim edildiyi 1994-cü ildə ilk qoşulanlardan olmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutmuşdur. O dövrdən etibarən Azərbaycanın alyansla əməkdaşlığı uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət, eləcə də Azərbaycan hərbçilərinin NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakını buna bariz nümunə kimi göstərmək olar.
• Azərbaycan – Antiterror koalisiyası
Həm nisbətən yaxın olmayan tarixdə, həm də müasir dövrdə qarşılaşdığı erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabr ayının 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvü olaraq, terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Belə ki, azərbaycanlı sülhməramlılar Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlara qoşulmuşdur.
• Azərbaycan – GUAM
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət 1997-ci ildə GUAM şəklində yaranmış, 1999-cu ildə Özbəkistanın daxil olması ilə isə ÖGUAM-a çevrilmiş bu trans-regional qrupun təsisçilərdən biri olaraq, Azərbaycan həmin qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədi güdür. Bu, siyasi məsələlər, münaqişələrin sülh yolu ilə həll edilməsində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü təminetmə sahəsində əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropa və trans-Atlantika qurumları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edərək, üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə öz töhfəsini verir.
• Azərbaycan – MDB
1993-cü ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və s. bu kimi sahələrdə fəaliyyətin nizama salınması üçün çərçivə kimi çıxış edir.

İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycanın qonşu ölkələrlə münasibətləri
Azərbaycan onun çoxtərəfli münasibətlərilə məntiqi vəhdət yaradan ayrı-ayrı xarici dövlətlərlə ikitərəfli münasibətlərinə, o cümlədən qonşu ölkələrlə münasibətlərinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bugünədək mövqeyimizi dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyətilə münasibətlər son dərəcə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin bölgədə baş verən geosiyasi və iqtisadi vəziyyətin inkişafına, trans-regional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alaraq, Azərbaycanın xarici siyasəti böyük əhəmiyyətə malik şimal istiqamətinə xüsusi diqqət ayırır. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinin tərəfdarıdır. Belə konstruktiv mövqeyi sayəsində burada özünü büruzə verən müsbət meyllərdən, ilk növbədə ikitərəfli münasibətlərin “istiləşməsi”ndən xəbər verən prezidentlərin qarşılıqlı səfərlərindən, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan-Rusiya sazişindən, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müxtəlif sahələri əhatə edən əməkdaşlıqdan söz açmaq olardı.
Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyinin ilk günlərindən Azərbaycan İranla münasibətlərinə böyük əhəmiyyət vermişdir. Azərbaycan qonşu İranla siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır.
Azərbaycanla maraqları oxşar olan Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkəmiz üçün başlıça əhəmiyyət kəsb edən məsələlərdən biridir. Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının mövcudluğu, Xəzərin hidrokarbon ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək naminə tarixi “İpək Yolu”nun bərpa edilməsi, eləcə də ümumi təhlükəsizliyə qarşılıqlı təminatların verilməsi kimi birgə trans-regional layihələrdə iştirak həmin münasibətlərin vacibliyini bir daha sübuta yetirir.
Mərkəzi Asiya ölkələrilə münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer tutur. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın əsas iştirakçılardan biri olduğu layihələrə qoşulması ümumi tarixi və mədəni köklərdən əlavə, bu ölkələrlə iqtisadi və siyasi təmasın da daha sıx olmasına öz töhfəsini vermişdir. Həmin siyasətin nəticələrindən biri odur ki, Azərbaycan Mərkəzi Asiya üçün Avropa məkanına və bazarlarına etibarlı körpü ola bilmişdir.
Azərbaycanın qonşusu olmayan dövlətlərlə münasibətləri
Yuxarıda deyilənlərlə yanaşı, Azərbaycanın ona bilavasitə qonşu olmayan inkişaf etmiş Qərb dövlətlərilə münasibətləri xarici siyasətimizdə ən mühüm yerlərdən birini tutur. Dövlətimiz Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarını möhkəmləndirmək naminə bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Həmin münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzər neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən trans-regional dəhlizlərin yaradılmasına təkan verdiyi üçün Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiya olunmasının başlıca elementi kimi çıxış edir. Müasir dünyada müşahidə olunan son meyllər, beynəlxalq təhlükəsizliyi sarsıdan yeni təhdidlərin əmələ gəlməsi Azərbaycanla ABŞ arasında daha sıx əməkdaşlıq tələb etmiş və buna gətirib çıxarmışdır. Azərbaycan bölgədə ABŞ-ın mühüm müttəfiqi olaraq, bu strateji münasibətləri inkişaf etdirməkdə davam edir.
Azərbaycanın Qərbi Avropa dövlətlərilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə, eləcə də müasir bazar iqtisadiyyatının qurulmasına və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan özünün yüksək səviyyəli mülki cəmiyyətinin təşəkkülü prosesində Qərbi Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir.
Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafının zəruriliyi Azərbaycanı “İpək Yolu” layihəsinin gerçəkləşdirilməsində daha iradəli olmağa sövq etmişdir. Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan vermişdir. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya münasibətlərinin zəngin potensialının müntəzəm əsasda açılması üçün əlverişli zəmin yaratmışdır.
Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur. Burada dövlətimizin Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını qeyd etmək lazımdır.
Azərbaycanın Yaxın və Orta Şərq dövlətlərilə münasibətləri də böyük potensiala malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin geosiyasi əhəmiyyətini, zəngin enerji ehtiyatlarını və bu bölgədə böyük sərmayə potensialının mövcudluğunu əsas götürərək qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və maliyyə imkanlarını çox cəlbedici hesab edərək, Yaxın və Orta Şərq dövlətlərilə qarşılıqlı faydalı münasibətlərin daimi inkişafını müsbət qarşılayır.
Beləliklə, Azərbaycan Respublikasının apardığı uğurlu ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasət sayəsində Azərbaycan millətinin təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici mühit yaradılıb-qorunaraq, Azərbaycanın həm dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi, həm də Xəzər-Qafqaz bölgəsində ən vacib ölkəyə çevrilməsinə nail olunur.

2

Ermənistan Xarici İşlər Nazirinin
son bəyanatlarına dair XİN Mətbuat katibinin şərhləri

ATƏT-in Madriddə Nazirlər səviyyəsində görüşündən sonra, Ermənistan hökuməti rəsmiləri yerli və beynəlxalq ictimaiyyəti danışıqların mahiyyəti ilə bağlı çaşdırmağa cəhd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları haqda yanlış təsəvvür yaratmaq məqsədilə fəal şəkildə təbliğat aparmağa başlamışlar.

Bu, Ermənistan əhalisini çaşqın salmaq üçün seçkiqabağı isteriyanın açıq əlaməti olsa da, anlaşılmazlıqlardan yan keçmək üçün aydın cavab və açıqlama tələb edir.

Danışıqlar Azərbaycanın bütün işğal olunmuş əraziləri üzərində öz ərazi bütövlüyünün və suverenliyinin tam bərpası və Ermənistan dövləti tərəfindən etnik təmizləməyə məruz qalmış köçkün əhalinin öz torpaqlarına, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qayıtmasını aydın əks etdirən mövqe üzərində qurulmuşdur. Azərbaycan öz ərazi bütövlüyünü müzakirə etmir və heç zaman etməyəcək.

Eyni zamanda, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları axtarmaqla hər zaman öz xoş niyyətini nümayiş etdirmişdir. Biz inanmırıq ki, diplomatik yollar tükənib.

Ermənistan, əksinə olaraq, davam edən hərbi təcavüzü ilə dəyişməyən zor tətbiqi siyasətini nümayiş etdirir. Bu dözülməzdir. BMT Əsasnaməsinin 51-ci maddəsinin silahlı təcavüzün baş tutduğu zaman özünümüdafiəyə tam haqq verməsinə baxmayaraq, paradoks bir vəziyyət yaranıb ki, təcavüzkar dövlət olan Ermənistanın ÜDM-ində təcavüzün qurbanı Azərbaycanla müqayisədə hərbi xərclərin faizi daha yüksəkdir: 4,3% 3,8% qarşı. Bundan başqa, Ermənistan Dağlıq Qarabağdakı separatçıları tam hərbiləşdirmişdir.

Dövlət və beynəlxalq təşkilatlar səviyyəsində qəbul olunmuş qətnamələr, qərarlar və bəyanatlar vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyan beynəlxalq ictimaiyyətin mövqeyini Azərbaycan yüksək dəyərləndirir və biz tam inanırıq ki, Ermənistan rəsmilərinin təbliğatı Ermənistan Hökumətinin əsl niyyətləri haqqında növbəti həyacan siqnalı olacaqdır.

Bakı, 19 dekabr 2007-ci il
AZƏRBAYCAN RESPUBLİKASI
XARİCİ İŞLƏR NAZİRLİYİNİN

ABŞ Nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsi işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisinin bir hissəsinin köçürülməsi ilə bağlı Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələrin “soyqırım” kimi adlandırılması haqqında 106 nömrəli qətnamə layihəsini qəbul etmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyi səhv və qərəzli qərarı qəti şəkildə pisləyir və onu regional və qlobal proseslər üçün mənfi hal hesab edir.

Azərbaycan dünyanın bu hissəsində Birinci dünya müharibəsi zamanı baş vermiş faciələrə dair arxiv sənədlərinin öyrənilməsi haqqında Türkiyənin çağırışını dəstəkləyir.

Azərbaycan özü Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdır və buna bariz nümunə yüzlərlə qadın, uşaq və qocanın qətli ilə nəticələnən Xocalı soyqırımıdır. Həmçinin, Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı terror aktlarının və ərazilərinin işğalının qurbanı olan bir ölkə kimi Azərbaycan erməni diasporu və hökumətinin öz cinayətlərini aqressiv təbliğatla necə gizlətdiyinə yaxşı bələddir.

Azərbaycan XİN-i ABŞ Konqresinin qərəzsizliyinin və etnik lobbilərin təzyiqi altında olmadığının nümayiş etdirilməsi üçün ABŞ Nümayəndələr Palatasını 106 nömrəli qətnaməni qəbul etməkdən çəkinməyə israrla çağırır.

Bakı, 12 oktyabr 2007-ci il
AZƏRBAYCAN RESPUBLİKASI
XARİCİ İŞLƏR NAZİRLİYİNİN
MƏTBUAT XİDMƏTİNİN
BƏYANATI:

31 avqust 1993-cü il tarixində Qubadlı rayonu Ermənistan tərəfindən işğal edilmişdir. Ermənistan qoşunlarının rayonu ələ keçirməsi nəticəsində daha 31.364 nəfər azərbaycanlı öz evini tərk etməyə və didərgin düşməyə məcbur olmuşlar.

İşğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 874 saylı qətnamədə zəbt olunmuş torpaqlardan qoşunların dərhal çıxarılması tələbi digər qətnamələr və digər beynəlxalq təşkilatların bu növ bəyanatları kimi Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Qətnamə “. işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasına” çağırır.

Azərbaycan ərazi bütövlüyünün bərpa olunması yolunda beynəlxalq hüquq çərçivəsində bütün imkanlardan istifadə edəcəkdir.

Bakı, 31 avqust, 2007-ci il
Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin

Прочитать на русском языке
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin 19 iyul 2007-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş belə adlanan “prezident seçkiləri” ilə əlaqədar aydın şəkildə ifadə edilmiş prinsipial və birmənalı mövqeyini alqışlayır. Azərbaycanın ərazi bütövlüyünə dəyişilməz hörmətini yenidən ifadə edərək və bu qeyri-qanuni “seçkiləri” rədd edərək beynəlxalq ictimaiyyət Azərbaycanlı məcburi köçkünlərin əzabları hesabına siyasi kapital əldə etməyə çalışanlara aydın siqnal vermişdir. Azərbaycan qeyri-qanuni “seçkilərin” davam edən sülh prosesinə mənfi təsiri ilə əlaqədar öz beynəlxalq tərəfdaşlarının narahatlığını bölüşür.

Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını örtbasdır etmək üçün növbəti cəhdi tam və qaçınılmaz uğursuzluqla nəticələndi. Öz əməlləri ilə Ermənistan tərəfi öz ictimaiyyətindən başqa heç kəsi aldatmır. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır.

Azərbaycan Respublikası Erməni tərəfinin yeritməyə çalışdığı baş vermiş fakt əsasında həlli heç zaman qəbul etməyəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, və Dağlıq Qarabağ bölgəsində Azərbaycanın tərkibində erməni və azərbaycanlı icmaların demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər.

Azərbaycan Erməni tərəfinin Sankt-Peterburqda ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin müvafiq təkliflərini qəbul etməkdə uğursuzluğa uğradıqdan sonra öz yanaşmasını nəzərdən keçirəcəyini və konstruktiv kurs seçəcəyini gözləyir.

Azərbaycan bir daha Erməni tərəfini öz destruktiv siyasətlərini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin tez və davamlı həllini tapmaq məqsədilə xoş inamla danışıqlar aparmaga çağırır.

Bakı, 20 iyul, 2007-ci il

1

Beynəlxalq əməkdaşlıq
1. Azərbaycan Respublikası Milli Məclisi və AŞPA əməkdaşlığı tarixindən
2. Azərbaycan Respublikası Milli Məclisi və NATO Parlament Assambleyası
3. Azərbaycan Respublikası Milli Məclisi və Müstəqil Dövlətlər Birliyi iştirakçı – dövlətlərinin Parlamentlərarası Assambleyası (MDB PAA)
Azərbaycan Respublikası Milli Məclisi və İslam Konfransı Təşkilatına üzv dövlətlərin parlamentlərarası ittifaqı (İKTPİ)
Azərbaycan parlamenti və AŞPA əməkdaşlığı tarixindən

1992-ci il yanvarın 24-də Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1994 və 1996-cı illərdə Avropa Şurası Parlament Assambleyasının Qeyri-üzv dövlətlərlə əlaqələr üzrə yardımçı komitəsinin sədrləri cənab D. Atkinsonun və cənab J. Setlenjin Azərbaycan Respublikasına səfərləri zamanı ölkəmizə “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə müzakirələr aparılmış və 28 iyun 1996-cı ildə AŞPA Bürosu Azərbaycana bu statusun verilməsi barədə qərar qəbul etmişdir. Həmin il Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv olmaq üçün bu quruma müraciət etmişdir.
2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmişdir. Bu tarixdən qısa bir müddət keçməsinə baxmayaraq Azərbaycan Avropa Şurasının ən fəal üzvlərindən birinə çevrilərək Nazirlər Komitəsi, Parlament Assambleyası və Avropa Şurasının digər qurumları ilə yaxından əməkdaşlıq edir.
Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasında 12 millət vəkilindən (6 deputat əsas 6 deputat isə əvəzedici) ibarət nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə 2001-ci ildən 2003-cü ilin oktyabrına qədər cənab İlham Əliyev rəhbərlik etmişdir. 2003-cü ilin oktyabr ayında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra nümayəndə heyətinə rəhbərliyi millət vəkili cənab Səməd Seyidov həyata keçirməyə başlamışdır.
Əsas nümayəndə heyətinə Səməd Seyidovla yanaşı, nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva, Əli Hüseynov, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev daxildirlər. AŞPA Prosedur Qaydalarına görə Azərbaycan Respublikası Milli Məclisinin daha altı üzvü AŞPA-da əvəzedici statusuna malikdir. Bura millət vəkilləri Aydın Mirzəzadə, Əkrəm Abdullayev, İltizam Əkbərli, Aydın Abbasov, Fəzail İbrahiml, xanım Aynur Quliyeva daxildirlər.
Azərbaycan Respublikası Milli Məclisinin AŞPA Komitələrində təmsilçiliyi aşağıdakı qaydada müəyyən edilmişdir:

Siyasi İşlər Komitəsi – üzvlər: Səməd Seyidov, Aydın Mirzəzadə;
əvəzedicilər: Gültəkin Hacıyeva, Sabir Hacıyev
Hüquqi İşlər və İnsan Hüquqları Komitəsi – üzvlər: Gültəkin Hacıyeva, Rafael Hüseynov;
əvəzedicilər: Əli Hüseynov, Qənirə Paşayeva
İqtisadi İşlər və İnkişaf Komitəsi – üzvlər: Səməd Seyidov, Qənirə Paşayeva;
əvəzedicilər: Aydın Abbasov, Sabir Hacıyev
Sosial, Səhiyyə və Ailə İşləri Komitəsi – üzvlər: Əli Hüseynov, Fəzail İbrahimli;
əvəzedicilər: Əkrəm Abdullayev, İltizam Əkbərli
Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitə – üzvlər: Səməd Seyidov, Gültəkin Hacıyeva;
əvəzedicilər: Aydın Mirzəzadə, Əkrəm Abdullayev
Mədəniyyət, Elm və Təhsil Komitəsi – üzvlər: Rafael Hüseynov, Fəzail İbrahimli
əvəzedicilər: Aydın Mirzəzadə, Aydın Abbasov
Ətraf Mühit, Kənd Təsərrüfatı və Yerli və Regional İşlər üzrə Komitə – üzvlər: Rafael Hüseynov; Fəzail İbrahimli;
əvəzedicilər: Əkrəm Abdullayev, Aynur Quliyeva,

Qadın və Kişilər üçün Bərabər İmkanlar – üzv: İltizam Əkbərli ; əvəzedici: Aynur Quliyeva
Prosedura Qaydaları və İmmunitetlər üzrə Komitə – üzv: Əli Hüseynov; əvəzedici – Sabir Hacıyev
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin üzvləri AŞPA-da fəaliyyət göstərən siyasi qrupların da üzvləridirlər. Nümayəndə heyəti siyasi qruplarda aşağıdakı qaydada təmsil olunur:
1. Sosialist Qrupu – üzvləri: Aydın Abbasov, İltizam Əkbərli, Sabir Hacıyev
2. Avropa Xalq Partiyası Qrupu – üzv: Gültəkin Hacıyeva
3. Liberal və Demokratların Avropa naminə Alyansı Qrupu – üzvlər: Fəzail İbrahimli, Rafael Hüseynov, Aynur Quliyeva, Əkrəm Abdullayev
4. Avropa Demokrat Qrupu – üzvlər: Səməd Seyidov, Əli Hüseynov, Aydın Mirzəzadə, Qənirə Paşayeva
AŞPA-nın 2001-ci il aprel sessiyasında “Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” və “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı rəsmi sənədlər qəbul olunmuşdur. Bu sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında 783 uşaq, qadın və yaşlı insanın girov saxlanılması kimi faktlar qeyd olunmuşdur.
AŞPA-nın 2001-ci il sentyabr sessiyasında yuxarıda göstırilən sənədlərə “Dağlıq Qarabağda zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi” və “Dağlıq Qarabağda ekoloji vəziyyət haqqında” adlı daha iki rəsmi sənəd əlavə edilmişdir.
2004-cü il 14 sentyabrda AŞPA-nın Siyasi Komitəsinin Parisdə keçirilən iclasında Birləşmiş Krallıq parlamentinin deputatı Devid Atkinson qurumun Dağlıq Qarabağ üzrə yeni məruzəçisi təyin olunmuşdur (əvvəlki məruzəçi britaniyalı deputat Teri Devis idi).
2004-cü ilin oktyabrında AŞPA-da qəbul olunmuş 1398 saylı qətnamədə Eermənistan işğalçı dövlət adlandırılmış, Azərbaycan ərazisinin Dağlıq Qarabağda yaşayan ermənilərin təşkil etdiyi “özünümüdafiə dəstələri” tərəfindən deyil, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd edilmişdir.
2005-ci il 25 yanvar tarixində Avropa Şurası Parlament Assambleyası Devid Atkinsonun “ATƏT-in Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı məruzəsi əsasında 1416 saylı qətnamə qəbul etmişdir. 1416 saylı qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan qoşunları tərəfindən işğal edildiyi, Dağlıq Qarabağın hazırda separatçı qüvvələrin nəzarəti altında olduğu qeyd edilir. Bununla yanaşı, qətnamədə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmənin aparıldığı vurğulanır, işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə doğma evlərinə qayıtmaq hüquqları bir daha təsdiqlənir və münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş məlum dörd qətnaməsinə əməl etmələrinin vacibliyi göstərilir.
AŞPA-nın 2005-ci il qış sessiyasında (yanvar ayında) Qətnamənin yerinə yetirilməsi ilə bağlı Xüsusi Komitə yaradılmışdır.
ÖHDƏLİKLƏR
Təşkilata üzv olarkən Azərbaycan dövləti Avropa Şurasının 222 saylı rəyi ilə müəyyən edilmiş öhdəlikləri öz üzərinə götürmüşdür. Ölkəmiz hal-hazırda Avropa Şurasının və onun Parlament Assambleyasının monitorinq proseduru altındadır. İndiyədək AŞPA tərəfindən Azərbaycan üzrə 1305 (2002-ci il, sentyabr), 1358 (2004-cü il, yanvar), 1398 (2004-cü il, oktyabr), 1456 (2005-ci il, iyun) və 1545 (2007-ci il, aprel) saylı beş qətnamə qəbul edilmişdir.
Azərbaycan Respublikası Avropa Şurasının 49 sənədinə (konvensiya və protokollar imzalanmış və ratifikasiya olunmuşdur, əlavə olaraq 10 sənəd imzalanmış, lakin ratifikasiya olunmamışdır) qoşulmuşdur. Bu sənədlər içərisində Avropa İnsan Hüquqları Konvensiyası, ona əlavə protokolları, Milli Azlıqların Müdafiəsi haqqında Avropa Çərçivə Konvensiyası, İşgəncələrə dair Konvensiya, Avropa Sosial Xartiyasını xüsusi olaraq qeyd etmək olar.
Azərbaycan Respublikası Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə (ümumilikdə 29) daim hörmətlə yanaşmış və onları ardıcıl olaraq həyata keçirmişdir. Bu günə olan məlumata müvafiq olaraq, ölkəmiz üzərinə götürdüyü öhdəliklərdən 3-nü qismən, qalanlarını isə bütövlükdə yerinə yetirmişdir. Qismən yerinə yetirilmiş 3 öhdəlik aşağıdakılardır:
• öhdəlik 14 (i) (e) Regional dillər və azlıqların dilləri haqqında Avropa xartiyasını ratifikasiya etmək;
Qeyd: Adıçəkilən xartiya ratifikasiya edilmək üçün hələ Parlamentə daxil olmamışdır və bu sənədin yerinə yetirilməsi üçün külli miqdarda vəsait tələb olunur ki, ölkəmiz hələ buna hazır deyildir.
• öhdəlik 14 (iii) (g) Alternativ xidmət haqqında qanun qəbul etmək (Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Respublika Hərbi Komissarlığı qanun layihəsini nəzərdən keçirib layihə ilə bağlı təkliflərini təqdim ediblər və baxılmaq üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. Ümumiyyətlə, Milli Məclisin gələcək sessiyalarında qanun layihəsinin qəbul edilməsi nəzərdə tutulub).
• öhdəlik 14 (iv) (g) Milli azlıqlar haqqında qanun qəbul etmək – bu istiqamətdə iş gedir. (Xüsusilə də qanun layihəsinin definisiyası ilə bağlı milli azlıqların nümayəndələri ilə danışıqlar aparılır).
AŞPA TƏRƏFİNDƏN AZƏRBAYCANDA KEÇİRİLƏN TƏDBİRLƏR
2005-ci il, 4 iyul, Bakı – AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin Qaçqınlar üzrə Alt Komitəsinin iclası
2005-ci il, 5 iyul, Bakı – AŞPA-nın Monitorinq Komitəsinin iclası
2006-cı il, 29-30 noyabr, Bakı – AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsinin Media üzrə Alt Komitəsinin iclası
2006-cı il, 11-12 dekabr, Bakı – AŞPA-nın Siyasi İşlər Komitəsinin iclası

Azərbaycan parlamenti və NATO Parlament Assambleyası
NATO-nun beynəlxalq münasibətlər sis¬temin¬dəki yerini və nüfuzunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev respublikamızın NATO-nun “Sülh naminə tərəfdaşlıq Proqramı”na qoşulması üçün 1994-cü il mayın 4-də Brüsseldə Çərçivə Sazişini imzaladı. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışında bu tarixi hadisəni belə qiymətləndirmişdir: “Biz NATO ilə əməkdaşlığa böyük ümid bəsləyirik. Regionda sabitliyin təmin olunmasında, müharibənin dayandırılmasında, Azər¬baycan və Ermənistan arasında sülh və mehriban qonşuluq münasibətlərinin yaranması baxımından NATO ilə əməkdaşlığı vacib hesab edirik.”
NATO rəhbərliyi də Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. Belə ki, 1999-cu ilin may ayında NATO Parla¬ment Assambleyasının Polşada keçirilən sessiyasında Azər¬baycan Respublikası bu təşkilatda müşahidəçi statusu aldı.
Azərbaycan bu təşkilatda Milli Məclisin sədrinin birinci müavini cənab Ziyafət Əsgərovun başçılıq etdiyi 5 millət vəkilindən ibarət nümayəndə heyəti ilə təmsil olunur.
1. Ziyafət Əsgərov nümayəndə heyətinin rəhbəri
2. Siyavuş Novruzov nümayəndə heyətinin üzvü
3. Tahir Süleymanov nümayəndə heyətinin üzvü
4. Qüdrət Həsənquliyev nümayəndə heyətinin üzvü
5. Məlahət Həsənova nümayəndə heyətinin üzvü
1999-cu ildən etibarən Azərbaycan parlamentinin nümayəndə heyəti bu təşkilatın bütün tədbirlərində, sessiyalarında, Rouz-Rout seminar¬larında fəal iştirak etmiş, müzakirə olunan aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmış və bütün bunlar Azərbaycan-NATO əlaqələrinin daha da genişlən¬məsinə xidmət etmişdir. Təsadüfi deyildir ki, NATO Parlament Assambleyasının 2002-ci ilin noyabr ayında keçirilmiş illik sessiyası zamanı Assambleyanın Daimi Komitəsinin iclasında Azərbaycan Respublikasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul edilmişdir.
Nümayəndə heyəti Assambleyanın ildə iki dəfə keçirilən sessiyalarında, Rouz-Rout seminarlarında xüsusilə fəal iştirak edir, NATO – Azərbaycan münasibətləri, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, müdafiə sahə¬sində islahatların aparılması, quruma üzvlüyə namizəd ölkələrdə hərbi hazırlıq, təhlükəsizlik sahəsində NATO-nun rolu, transat¬lantik ticarət münasibətləri, avroatlantik təhlükəsizlik və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparır.
Təşkilatın təşəbbüsü ilə Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlamentləri ilə əməkdaşlıq üçün Rouz-Rout proqramı çərçivəsində müxtəlif seminarlar və hazırlıq kursları keçirilir. Bu proqramın fəaliyyətində əsas istiqa¬mətlərdən biri həmin dövlətlərdə silahlı qüvvələr və ordu quruculuğu proseslərinə demokratik nəzarətin həyata keçirilməsi ilə bağlıdır.
2001-ci il oktyabrın 25-27-də Buxarestdə (Rumıniya) “Qara dəniz regionunda NATO-nun rolu” mövzusunda keçirilmiş 50-ci Rouz-Rout seminarında Cənubi Qafqazdakı münaqişələr, o cümlədən ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilmiş və NATO Parlament Assambleyasının nümayəndələri bu məsələlərə münasibət bildirmişlər. Nümayəndə heyətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədə respublikamızın ədalətli mövqeyi barədə məlumatları seminar iştirakçıla¬rının diqqətinə çatdırmışdır.
NATO Parlament Assambleyası çərçivəsində müxtəlif nümayəndə heyətlərinin ölkəmizə səfərləri, habelə müxtəlif forumlarda və sessiyalarda keçirilən qarşılıqlı faydalı görüş¬lər, aparılan konstruktiv danışıqlar bu təşkilatla ölkəmiz arasında əməkdaşlığın genişləndirilməsi işində böyük rol oynamışdır.
Belə ki, NATO Parlament Assambleyasının prezidenti Rafael Estrellanın 2002-ci il yanvarın 17-19-da Azərbaycan Res¬pub¬likasına səfəri zamanı Azərbaycana assosiativ üzv statusunun verilməsi məsələsi xüsusi müzakirə mövzusu olmuşdur.
2002-ci il sentyabrın 15-18-də NATO Parlament As¬samb¬leyasının Təhlükəsizliyin Mülki Meyarı Komitə¬sinin Demokratik İdarəçilik üzrə Yardımçı Komitəsindən böyük bir nümayəndə heyəti də ölkəmizdə səfərdə olmuş, respub¬likamızda gedən demokratik inkişaf prosesləri və digər məsələlər barədə ətraflı məlumat toplamışdır.
NATO Parlament Assambleyasının 2002-ci il noyabrın 15-19-da İstanbulda keçirilmiş 48-ci illik sessiyası zamanı Assambleyanın Daimi Komitəsi noyabrın 18-də növbəti iclasını keçirmiş və həmin iclasda Azərbaycan Respub¬likasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul edilmişdir. Bu məsələ NATO Parlament Assambleyasının noyabrın 19-da keçirilən plenar iclasında rəsmən bəyan edilmişdir.
Beləliklə, 2002-ci ilin noyabr ayında NATO-nun Pra¬qada keçirilən Sammitinə qədər 19 ölkə NATO Parlament Assambleyasında assosiativ üzv statusuna malik oldu.
NATO Parlament Assambleyasının Daimi Komitəsi özünün “NATO-nun genişlənməsinə dair bəyannaməsi”ndə tövsiyə edir ki, Praqa Sammitində üzvlüyə qəbul olunmaq üçün müraciət etmiş 7 ölkə (assosiativ üzv statusuna malik olan ölkələr) NATO-nun üzvlüyünə qəbul edilməyə dəvət edilsin.
2003-cü il iyunun 5-8-də Böyük Britaniyada keçirilmiş 55-ci Rouz-Rout seminarında kütləvi qırğın silahları və terrorizm təhlükəsi məsələləri müzakirə edilmiş və bu müzakirələrdə iştirak edən Azərbaycan parlament nüma¬yən¬də heyəti respublikamızın qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalması və ermənilərin ölkəmizdə həyata keçirdikləri terror aktları barədə məlumat vermişdir.
2004-cü il martın 18-20-də Sarayevoda 56-cı Rouz-Rout seminarı keçirilmiş və tədbirdə Azərbaycan parlament nümayəndə heyəti iştirak etmişdir. Seminarda 20 ölkəni təmsil edən deputatlar Bosniya və Hersoqovinadakı vəziyyəti, habelə siyasi, sosial, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etmişlər.
Bundan sonra 2004-cü il mayın 28-dən iyunun 1-dək Bratislavada (Slovakiya) keçirilən NATO Parlament As¬samb¬leyasının növbəti yaz sessiyası zamanı Təhlükəsizliyin Mülki Meyarı Komitəsində “Cənubi Qafqaz respublika¬larında sabitlik: müstəqillikdən sonra 10 il, nailiyyətlər və yeni çağırışlar” mövzusu üzrə baş məruzəçi xanım Verena Vohlebenin məruzə layihəsi dinlənilmişdir. Belə bir məruzə layihəsinin təqdim olunması NATO-nun region ölkələrinə münasibətdə getdikcə artmaqda olan marağını nümayiş etdirdi. Sessiyanın işində iştirak edən Azərbaycan parlament nümayəndə heyəti məruzədə Azərbaycanla bağlı qaldırılan məsələlərə öz münasibətini bildirmiş, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın öz ölkə¬sində qaçqın və məcburi köçkünə çevrilməsi faktını NATO Parlament Assambleyasının sessiyasında iştirak edən nümayəndə heyətlərinin diqqətinə çatdırmışdır. Bundan başqa, nümayəndə heyətimiz məruzədə ölkəmizlə əlaqədar qaldırılan digər məsələlər ətrafında aparılan müzakirələrdə də fəal iştirak etmişdir.

NATO-nun üzvü olan ölkələr Parlament Assambleya¬sının tamhüquqlu üzvüdürlər və onların nümayəndə heyətləri öz parlamentlərinin siyasi tərkibini əks etdirirlər.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsseldə NATO rəhbər¬liyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. Səfər zamanı Prezidentimizin Azərbaycan adından “Fərdi əməkdaşlıq üzrə əməliyyat planı”nı NATO rəhbərli¬yinə təqdim etməsi isə daha böyük rezonansa səbəb oldu.
Prezident İlham Əliyev Alyansın Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə NATO – Azərbaycan əlaqələrinin mövcud səviyyəsindən razı olduğunu bəyan etdi və bildirdi ki, rəsmi Bakı Alyansla bundan sonrakı əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını istəyir və bu istiqamətdə praktiki addımlar atır. Həmin görüşdə cənab İlham Əliyev demişdir: “Bugünkü gün NATO ilə Azərbaycan arasındakı münasibətlər baxımından çox əlamətdardır. 10 il əvvəl Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşul¬du. Bu, 1994-cü ilin may ayı idi. 2004-cü ilin ma¬yında isə Azərbaycan “Fərdi əməkdaşlıq üzrə əməliyyat planı”na qoşulur. Bu bizim gələcək münasibətlərimiz, daha sıx əlaqələrimiz, NATO ilə əməkdaşlığımız üçün çox vacib təməldir.
Azərbaycan öz strateji seçimini 10 il əvvəl edibdir. Bizim Avroatlantik strukturlara inteqrasiyamız, NATO ilə yaxın tərəfdaşlığımız və əməkdaşlığımız Azərbay¬ca¬nın bu strateji seçimə nə dərəcədə sadiq olduğunu hər bir sözdən daha qabarıq nümayiş etdirir. Əminəm ki, “Fərdi əməkdaşlıq üzrə əməliyyat planı” bizə daha dərin inteqra¬siya imkanı verəcəkdir. Azərbaycan həqiqi tərəfdaşdır, etibarlı tərəfdaşdır, biz dünyanın müxtəlif yerlərində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakçıyıq. Biz artıq sübuta yetirmişik ki, tərəfdaşlıqda möhkəmik.”
Öz növbəsdində NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Azərbaycanın Alyansla əməkdaşlıq istiqamətində həyata keçirdiyi çoxşaxəli islahatları təqdir etdi. Belə ki, rəsmi Bakı NATO-ya qəbulu şərtləndirən bir neçə mühüm istiqamətdə həlledici uğurlara imza atıb. İqtisadi inkişaf sürətlə gedir, demokratik cəmiyyətin formalaşmasına xidmət edən hüquqi, siyasi islahatlar uğurla davam etdirilir. Ordumuz NATO standartlarına uyğunlaşdırılır. Bütün bunları yüksək qiymətləndirən cənab Yaap de Hoop Sxeffer Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş “Fərdi əməkdaşlıq üzrə əməliyyat planı”nın xüsusi əhəmiyyətini vurğula¬mışdır: “Bu sənədin Azərbaycanla NATO arasında münasibətlərin, əlaqələrin və əməkdaşlığın gələcəyi üçün böyük əhəmiyyəti vardır. Azərbaycan və NATO bu sənədə əsaslanaraq, aidiyyəti olan bütün mövzuları, müdafiə islahatlarını, siyasi islahatları müzakirə edə biləcəkdir.”
2004-ch ilin iyun ayında Azərbaycanda NATO-nun “Yay məktəbi” həftəsinin keçirilməsi də bu təşkilatın Azərbay¬canla əməkdaşlığa nə qədər böyük önəm verdiyini bir daha sübut edir. NATO həftəsi çərçivəsində iyunun 14-də təşkilatın Elm Komitəsinin iclası da keçirilmişdir. İclas barədə mətbuat konfransı keçirən NATO Baş katibinin müavini Jan Furne bildirmişdir ki, indi gündəlikdəki əsas məsələ terrorizmdən və digər amillərdən müdafiədir. Biz tərəf¬daş ölkənin maraq göstərdiyi, üstünlük verdiyi layihənin reallaşdırılmasına kömək göstərir, alimləri bu istiqamətdə səfərbər edirik. Ən azı ildə bir dəfə tərəfdaş ölkənin ərazisində Elm Komitəsinin iclasını keçirməyə çalışırıq. O, eyni zamanda qeyd etmişdir ki, NATO Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün yeni yollar axtarır.
Azərbaycan – NATO iş birliyində mühüm dönüş nöqtəsi isə iyun ayının sonunda İstanbulda keçirilən zirvə görüşü ilə əlaqədardır. Bu görüşdəki nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Fərdi tərəfdaşlıq fəaliyyəti” planında iştirakımız Azərbayca¬nın NATO ilə iş birliyində vacib dönüş nöqtəsidir və bizim təhlükəsizlik siyasətimizin inkişafına nəzərə-çarpacaq töhfə verəcəkdir.”
46 ölkənin dövlət və hökumət başçıları, ümumiyyətlə, üç mindən çox nümayəndə heyətinin iştirak etdiyi bu görüş NATO-nun genişləndirilməsindən sonra keçirilən ilk toplantı idi. Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun zirvə toplantısında iştirakı və səfər çərçivəsində bu bloka daxil olan ölkələrin dövlət başçıları ilə keçirdiyi səmərəli görüşlər Avroatlantik məkanda Azərbaycanın ön mövqelərə çıxmasını parlaq şəkildə əks etdirir.

Azərbaycanın NATO-ya yaxınlaşması bu quruma üzv olan dövlətlərlə strateji münasibətlərimizin daha da möhkəmlənməsi deməkdir.
Bütün bunlar əyani surətdə sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir, daha yeni mərhələlərə qədəm qoyur. Biz əminliklə deyə bilərik ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcəkdir.

Yuxarı
Müstəqil Dövlətlər Birliyi iştirakçı – dövlətlərinin Parlamentlərarası Assambleyası (MDB PAA) və Azərbaycan Respublikası
1991-ci ilin dekabrın 8-də Minsk şəhərində Belarus, Ukrayna və Rusiya arasında Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Müqavilə imzalanmışdır.

1992-ci ilin yanvar-fevral aylarında Belarus, Qazaxıstan və Rusiya parlamentarlarının təşəbbüsü ilə MDB iştirakçı dövlətlərin parlament üzvlərinin bir sıra iclasları keçirilmiş və bu iclasların nəticəsində parlamentlərarası əməkdaşlığın əsas təşkilat formaları müəyyən olunmuşdur: Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, MDB iştirakçı – dövlətlərin parlament rəhbərlərinin Məşvərət müşavirəsi və MDB iştirakçı-dövlətlərin ikitərəfli və çoxtərəfli parlamentlərarası komissiyaları.

Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan respublikaları və Rusiya Federasiyası parlament rəhbərləri tərəfindən imzalanmış 1992-ci il 27 mart tarixli Müqavilə əsasında yaranmışdır. Assambleya sənəd layihələrinin və habelə maraq doğuran digər məsələlərin müzakirəsini aparmaq məqsədi ilə məşvərətçi orqan kimi təsis olunmuşdur. 1993-cü ilin sentyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisi MDB iştirakçı – dövlətlərin Parlamentlərarası Assambleyasına qoşulmaq haqqında qərar qəbul etmişdir. Təşkilatın nəzdində 10 Daimi Komissiya fəaliyyət göstərir, o cümlədən:
• İqtisadi və maliyyə məsələləri Daimi Komissiyası
• Sosial siyasət və insan hüquqları Daimi Komissiyası
• Müdafiə və təhlükəsizlik məsələləri Daimi Komissiyası
• Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyası
• Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi Komissiyası
• Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri Daimi Komissiyası
• Elm və təhsil məsələləri Daimi Komissiyası
• Büdcə nəzarəti üzrə Komissiyası
• Hüquqi məsələlər üzrə Daimi Komissiya
• Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyası
Ayrı-ayrı məsələlərin həlli məqsədi ilə Assambleyada işçi qaydada müvəqqəti komissiyaların yaradılması da istisna olunmur.
Azərbaycan Respublikasının Milli Məclisi MDB PAA-da geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Əsədov Oqtay Sabir oğlu – Milli Məclisin Sədri, nümayəndə heyətinin rəhbəri
Rəhimzadə Arif Qafar oğlu – MDB PA-nın Sosiаl siyаsət və insаn hüquqlаrı Dаimi Komissiyаsı
Axundova Elmira Hüseyn qızı – MDB PA-nın Sosiаl siyаsət və insаn hüquqlаrı Dаimi Komissiyаsı
Məmmədov İlham Kazım oğlu – MDB PA-nın Sosiаl siyаsət və insаn hüquqlаrı Dаimi Komissiyаsı
Hüseynov Əli Məhəmməd oğlu – Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyası
Əliyev Adil Abış oğlu– Müdafiə və təhlükəsizlik məsələləri Daimi Komissiyası
Həsənov Aydın Xanhüseyn oğlu – Müdafiə və təhlükəsizlik məsələləri Daimi Komissiyası
Ağamalı Fəzail Rəhim oğlu – Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyası
Zabelin Mixail Yuryeviç – Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyası
Zeynalov Fərrux Məmmədnəbi oğlu – Büdcə nəzarəti üzrə Komissiyası
Cavadov Ərəstun Nurəddin oğlu – Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi Komissiyası
Quliyev Ülvi Zahid oğlu – Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi Komissiyası
Aslanova Rəbiyyət Nurullah qızı – Elm və təhsil məsələləri Daimi Komissiyası
Əliyev Bəxtiyar Həmzə oğlu – Elm və təhsil məsələləri Daimi Komissiyası
Məmmədov Elton Arzuman oğlu – Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri Daimi Komissiyası
Əmiraslanov Azər Kamal oğlu – İqtisadi və maliyyə məsələləri Daimi Komissiyası
Rzayev Rövşən Şükür oğlu – Hüquqi məsələlər üzrə Daimi Komissiya
Həsənli Cəmil Poladxan oğlu – Hüquqi məsələlər üzrə Daimi Komissiya
Nümayəndə heyətinin üzvləri bu parlament təşkilatının xətti ilə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir və model hüquqi normativ aktların hazırlanması işinə öz dəyərli töhfələrini verirlər. Bunların sırasında MDB PAA tərəfindən qəbul olunmuş və model kimi hazırlanmış Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət-prosesual Məcəlləsi, Vergi Məcəlləsi, Kitabxana Məcəlləsi, Dəmir yolları üzrə Nizamnamə, habelə Səhimdar cəmiyyətlər haqqında, Kiçik sahibkarlığa dövlət himayəsi haqqında, Xarici sərmayələrin tənzimlənməsinə dair ümumi prinsiplər haqqında, Ekoloji təhlükəsizlik haqqında, Əməyin mühafizəsi haqqında, Diplomatik xidmət haqqında, Təhsil haqqında və s. model qanun layihələrinin hazırlanmasında Milli Məclis deputatlarının xüsusi rolunu qeyd etmək lazımdır.
2003-cü ilə qədər olan dövr ərzində beynəlxalq terrorizm və ekstremizm hallarına qarşı mübarizədə MDB iştirakçı – dövlətlərin hazırladığı proqramın həyata keçirilməsi çərçivəsində Parlamentlərarası Assambleya tərəfindən “Elektron rəqəmli imza haqqında” model qanun qəbul edilmişdir. Model Vergi Məcəlləsinin hazırlanması üzrə Azərbaycan Respublikasından dörd nümayəndə daxil olduğu işçi qrupunun fəaliyyəti MDB Parlamentlərarası Assambleyasında yüksək qiymətləndirilmişdir.
MDB PAA beynəlxalq aləmdə baş verən prosesləri diqqətlə izləyir və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak edir. Bununla əlaqədar MDB-yə daxil olan dövlətlərin ərazisində baş vermiş terror aktları ilə bağlı MDB PAA tərəfindən 1999-cu il 16 oktyabr tarixində Bəyanat qəbul edilmişdir. Həmin Bəyanatda Azərbaycan Respublikası üçün çox önəmli olan aşağıdakı prinsiplər öz əksini tapmışdır: dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və təhlükəsizliyi və s. prinsiplər.
Ümumiyyətlə, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-dakı nümayəndə heyəti iclaslar zamanı terrorizmə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini, respublikamızın terrorizmə qarşı tutduğu prinsipial mövqeyini daima Assambleya iştirakçılarının diqqətinə çatdırırlar.

MDB PAA xətti ilə keçirilən tədbirlərdə regional münaqişələrin aradan qaldırılmasına və o cümlədən Cənubi Qafqazda baş verən proseslərə böyük önəm verilir. Belə ki, təşkilatı çərçivəsində Cənubi Qafqaz ölkələri və Rusiya parlament sədrlərinin “Qafqaz dördlüyü” adlı dəfələrlə görüşü keçirilmişdir. Bu görüşlərdə bölgədəki vəziyyət, regional münaqişələrin həlli yolları, dövlətlərarası münasibətlərdə qarşılıqlı inamın yaranması, terrorizmə qarşı mübarizə, separatçılığın qarşısının alınması və s. məsələlər geniş müzakirə olunmuşdur. Azərbaycan tərəfi bu görüşlərdə erməni separatçılığından danışarkən bunun təkcə bizim ölkəmizə deyil, bütün Cənubi Qafqaz bölgəsinə və ümumilikdə Avropa qitəsinə böyük təhlükə yaratdığını və Avropada gedən inteqrasiya proseslərinə maneələr törətdiyini xüsusi qeyd etmişdir.

MDB Parlamentlərarası Assambleyasında qanunyaradıcılığı sahəsində təcrübə mübadiləsinə böyük diqqət yetirilir. Qurumda, qeyd etdiyimiz kimi müxtəlif sahələr üzrə model qanun layihələri hazırlanıb təşkilata üzv dövlətlərə tövsiyə edilir. Həmçinin MDB PAA əməkdaşlığı çərçivəsində digər dövlətlərin hər hansı bir qanunvericilik sahəsində qazanılmış nailiyyətlərlə tanış olub ondan sıx bəhrələnmək imkanı mövcuddur. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası Qanunu” PAA-da model qanun kimi əsas götürülmüş və digər üzv dövlətlərə istifadə üçün göndərilmişdir.
MDB PAA-da müzakirə olunan əsas məsələlərdən biri də iqtisadi əlaqələrin qurum çərçivəsində inkişaf etdirilməsi, demokratiyanın və parlamentarizmin inkişafı, habelə vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi, qarşılıqlı əlaqələrin hüquqi bazasının yaradılmasıdır. Bu baxımdan təşkilata üzv dövlətlər arasında iqtisadi qanunvericiliyin uyğunlaşdırılmasına böyük əhəmiyyət verilir və bu mövzuda bir sıra seminar və konfranslar keçirilir. Eyni zamanda, təşkilat çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi və bu sahədə əlaqələrin gələcək inkişaf perspektivlərinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilmişdir. MDB PAA-da mədəniyyətə aid bir sıra model qanunvericilik aktları da qəbul olunmuşdur.
Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və MDB dövlətlərində azad səsvermənin təmin edilməsi sahəsində MDB PAA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB PAA tərəfindən beynəlxalq müşahidəçilərin səsvermənin monitorinq prosesində iştirakından ibarətdir. Belə ki, bu sahədəki fəaliyyət nəticəsində demokratiyanın vahid meyarlarını əks etdirən Konvensiyanın qəbul edilməsi zərurəti aşkar edilmişdir. MDB PAA-nın işləyib hazırladığı “MDB iştirakçı – dövlətlərində demokratik seçkilərin, seçki hüquqları və azadlıqlarının standartları haqqında” Konvensiya MDB dövlət başçıları Şurasına təqdim olunmuş və yeddi dövlət başçısı tərəfindən imzalanmışdır. Demokratiyanın və parlamentarizmin inkişafı, habelə vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və öyrənilməsi istiqamətində növbəti vacib addımlardan biri kimi, MDB PAA-nın iştirakçı – dövlətlərində Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) yaradılması sayıla bilər. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov və MDB PAA Şurasının Sədri cənab Sergey Mironov 2007-ci ilin mart ayında Bakıda MDB PAA DİMBİ-nin Bakı filialının yaradılması haqqında Saziş imzalamışlar.

Yuxarı
İSLAM KONFRANSI TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN PARLAMENTLƏRARASI İTTİFAQI (İKTPİ)
İslam Konfransı Təşkilatının əsas məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq onların arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirmək, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə və yekdil fəaliyyət göstərməkdir.
Öz müstəqilliyini əldə etdikdən sonra keçmiş Sovetlər Birliyinin müsəlman respublikaları arasında ölkəmiz birinci olaraq İKT-yə üzv qəbul olunmaq üçün müraciət etmiş və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunmuşdur.
Konfrans ölkəmizlə bağlı “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnamə qəbul etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev İKT və onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə ölkəmiz arasında əlaqələrin yaradılmasını, ədəbiyyat, mədəniyyət və sənət əsərlərimizin islam dünyasında da öyrənilməsini və yayılmasını həmişə vacib saymış, bunun üçün bütün tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir.
1997-ci il martın 23-də Pakıstanın paytaxtı İslamabadda ölkənin müstəqilliyinin 50-ci ildönümünə həsr edilmiş İKT dövlət və hökumət başçılarının növbədənkənar Zirvə konfransı keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti bu toplantıda iştirak etmişdir. Konfransın qəbul etdiyi İslamabad bəyannaməsində Azərbaycan tərəfinin təklifləri də öz əksini tapmışdır. Bəyannamənin əsas mətninə əlavə olunmuş 10-cu bənd bütövlüklə Azərbaycana aiddir. Orada “Azərbaycana qarşı edilmiş təcavüz ciddi şəkildə pislənilir, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə çağırılır”.
1999-cu il iyunun 15 -17-də Tehranda İKT üzvü olan dövlətlərin parlamentlərarası ittifaqının təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak etmişdir. Beləliklə, ümummilli liderimiz H. Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə ölkəmizin, o cümlədən onun parlamentinin İKT kimi nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri quruldu.
Hal hazırda İKT Pİ-nin 48 üzvü var. İttifaqın əsas vəzifələri üzv ölkələrin qanunvericilik və məşvərət məclisləri arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək, bu əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün müvafiq hüquqi əsaslar yaratmaq və beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutmaqla digər beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarla əməkdaşlıq etməkdir.
2006-cı ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilmiş Islam Konfransı Təşkilatına üzv ölkələrin Parlamentlərarası İttifaqının konfransında Azərbaycan Respublikası Milli Məclisinin deputatı G. Baxşəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin təklif etdiyi Qətnamə (“İKTPİ Konfransın 4-cü sessiyası beynəlxalq hüquq və BMT prinsiplərinin kobud pozulması sayılan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Ermənistan Respublikasının davamlı təcavüzünü qətiyyətlə pisləyir. Konfrans Ermənistan silahlı qüvvələrinin tamamilə, qeyri-şərtsiz və tezliklə bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına çağırır. Konfrans Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarına erməni millətindən olan insanların köçürülməsi, süni coğrafi, mədəni və demoqrafik dəyişikliklər, qeyri-qanuni iqtisadi fəaliyyət və bu torpaqların təbii sərvətlərinin işlənməsi kimi qeyri-qanuni fəaliyyət nəticəsində əmələ gələn sülh prosesinə maneələrin aradan qaldırılması işində Azərbaycan hökumətinin səylərini dəstəkləyir. Konfrans üzv ölkələrini Azərbaycan xalqı ilə həmrəyliyini möhkəmləndirməyə, BMT-nın müvafiq regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı daxil etməklə, BMT-nın potensialını işlətməyə yönəldilmiş cəhdlərinə və Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün tezliklə bərqərar edilməsinə dəstək verməyə çağırır.”) konfransın yekun sənədinə salındı. Bundan başqa Azərbaycan nümayəndə heyətinin səyləri və çıxışları nəticəsində tədbirin sonunda müzakirəyə qoyulan “İstanbul Deklarasiyası”na Azərbaycanın təklif etdiyi bənd əlavə edildi (“Konfrans beynəlxalq hüquq və BMT prinsiplərinin kobud pozulması sayılan, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş Ermənistan Respublikasının təcavüzünü qətiyyətlə pisləyir. Konfrans Ermənistan silahlı qüvvələrinin tamamilə, qeyri-şərtsiz və tezliklə bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına çağırır.”).
2007-ci ilin fevralında Malayziyanın Kuala-Lumpur şəhərində İKT Pİ Şurasının 9-cu sessiyası keçirilmişdir. Azərbaycan parlamenti nümayəndə heyətinin təklif etdiyi bənd (“Şura Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarında apardığı qeyri-qanuni hərəkətlərini (etnik təmizləmə, İslam mədəniyyəti abidələrinin vəhşicəsinə məhvi, milli sərvətlərin talan edilməsi) qətiyyətlə pisləyir. Şura Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tezliklə çıxarılmasını tələb edir.”) həmin tədbirin yekun sənədinə salındı.

Musayev i azərbaycanın xarici siyasəti

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanın xarici siyasəti: I hissə: Azərbaycan beynəlxalq münasibətlər sistemində: mart 1917 – aprel 1920-ci illər

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Azərbaycan Respublikasının diplomatiya tarixi / M.C.Qasımlı. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003): 2 hissədə. I hissə. – Bakı: Mütərcim, 2015. – 648 səh.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının diplomatiya tarixi” seriyasından hazırlanan və iki hissədən ibarət olan bu kitab 1991-2003-cü illərin xarici siyasətini əhatə edir. Tarix elmləri doktoru, professor Musa Qasımlı tərəfindən yazılmış monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin mötəbər mənbələri, Praqada ATƏT arxivinin, Vyanada BMT və AEBA kitabxanalarının materialları əsasında Azərbaycan diplomatiyasının göstərilən illərdə keçdiyi yol işıqlandırılmışdır. Əsərin I hissəsində XX əsrin sonlarında – dağılma ərəfəsində SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri və Azərbaycanın qonşu ölkələr ilə münasibətləri araşdırılmışdır. Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilmişdir. Kitab diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütə- xəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr və Azərbaycan diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.