Müsəddin həsənov quşçuluq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com -a verilən məlumata görə, bununla da Ukraynadan Avropa Birliyi dövlətlərinə quş əti idxalına və tranzitinə icazə verilib.
Quşçuluq məhsullarının idxalına qoyulan məhdudiyyət – Aradan qaldırıldı
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Ukraynanın yüksək patogen quş qripi xəstəliyi qeydə alınan ərazilərində aparılan epizootiya əleyhinə tədbirlər nəticəsində yüksək patogen quş qripi xəstəliyinin yeni alovlanmaları qeydə alınmayıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com -a verilən məlumata görə, bununla da Ukraynadan Avropa Birliyi dövlətlərinə quş əti idxalına və tranzitinə icazə verilib.
Bütün bunları nəzərə alaraq, AQTA tərəfindən Vinnitsa vilayəti istisna olmaqla, Ukraynanın digər ərazilərindən Azərbaycan Respublikasına idxal olunan diri quş və quşçuluq məhsullarının idxalına 30 yanvar 2020-ci il tarixindən etibarən tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib.
Qərar 1 mart 2020-ci il və sonrakı tarixlərdə istehsal edilən diri quş və quşçuluq məhsullarına şamil edilir.
Eyni zamanda Ukraynadan respublikamıza birbaşa gələn və ya tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Müsəddin həsənov quşçuluq
İngiltərə və Macarıstanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.
Bu barədə “Unikal”-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İngiltərənin Şərqi İngiltərə regionunda və Macarıstan Respublikasının Baç-Kişkuninzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İngiltərənin Şərqi İngiltərə regionundan və Macarıstan Respublikasının Baç-Kişkun inzibati ərazi vahidindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərədən və Macarıstan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan üç ölkədən quşçuluq məhsullarının idxalını məhdudlaşdırıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
AQTA-dan Day.Az-a verilən məlumata görə, ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərində dabaq, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində və Meksika Birləşmiş Ştatlarının Koauila ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən və Meksika Birləşmiş Ştatlarının Koauila ştatından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Macarıstandan və Meksika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.