Press "Enter" to skip to content

Miles&Smiles PAŞA Bank” kartları haqqında

Burda maraqlı məqam ortaya çıxır, bəs bonus kartları olmayan müştərilərlə necə etməli? Rəqəmsal ödənişlərin artması sayəsində artıq bir çox müştərilər öz ödənişlərini debet və kredit kartları ilə edirlər ki, bu da müştərilərdən məlumat toplamağın əlavə qaynağı ola bilər. Bu kartlarda adətən müştərilərin adı olur, həmçinin ödəniş terminalları ödənişin məbləğini və tarixini qeydə alır ki, bu da supermarketə müştəriləri identikləşdirməyə kömək edir.

Supermarketlər Datadan necə istifadə edə bilər?

Günümüzdə pərakəndə ticarət müəssisələrinin əksəriyyəti müştərilərinin məlumatlarını toplamaq üçün bonus kart sistemindən istifadə edirlər. Baxmayaraq ki, bonus kartlar müştəriləri alış-verişdə həvəslənirmək və onları mükafatlandırmaq məqsədilə yaradılmışdı, marketlər müştərilərin məlumatından istifadə edərək daha böyük üstünlüklər qazana bilərlər.

Bir çoxları tərəfindən Tesco və data analitika şirkəti – Dunnhumby ilə birlikdə 1995-ci ildə başlatdığı bonus kart sxemi bu sahədə ən böyük uğur hesab edilir. Bu sxemin sayəsində Tesco satışlarını 5 ildə 50%-ə qədər artıra bildi. Yaradılmış bu sistem müştəri məlumatlarının toplanılmasına, bu məlumatlardan istifadə edərək müştəri profillərinin hazırlanılmasına və bu məlumatları nəzərə alaraq müştərilərə təklif edilən məhsulun dizayn edilməsinə əsaslanırdı.

Qeyd etdiyimiz taktika RFV (Recency, Frequency, Value) analizinin aparılması yolu ilə müştərilərin davranışlarının qiymətləndirilməsini özündə əks etdirirdi. Belə ki, Tesco müştərilərə onların hansi müddətdən bir bazarlıq etməsi, nə qədər məhsul alması və nə qədər pul xərcləməsi faktorlarını ümümilikdə nəzərə alaraq qiymətlər verirdi. Bu müxtəlif müştəri davranışlarını müqayisə etməyə imkan verir. Belə ki, bəzi müştərilər tez-tez kiçik həcmli alışlar edir, digərləri gec, lakin böyük həcmli bazarlıqlara üstünlük verir.

Supermarketlər bonus kartlardan yalnızca sadiq müştərilərini mükafatlandırmaq üçün deyil, həmçinin məlumatları analiz edərək marketinq siyasətlərini və təşviqat (məsələn, reklamlar) işini təkmilləşdirirlər. İşin çətinliyini aradan qaldırmaq üçün müştərilər aldıqları məhsullara görə müxtəlif qruplara bölünür. Sinifləşdirmənin köməkliyi ilə supermarketlər insanların aldıqları məhsullar arasındakı əlaqəni müəyyən edə bilirlər. Məsələn, uşaq bezi alan bir müştəri potensial olaraq uşaq qidası ala bilər, bunu nəzərə alıb uşaq bezi alana uşaq qidası almaq üçün endirim kuponu təqdim edilir.

Əlbəttə hər məhsul üzrə bu tip əlaqə aşkarlamaq bir qədər çətin işdir, bunun öhdəsindən gəlmək üçün Tesco bir birinə oxşar məhsulları bir qrupa alır və paket şəklində analiz edir. Məsələn, topdan alınan və ya tək tək alınan məhsullar qrupu. Alışlarını nəzərə alaraq hər bir müştəri müxtəlif qrupa daxil edilirdi və burada müştəri tərəfindən məhsulların hansı müddətdən bir alınması, hansı həcmdə alınması suallarının cavabı Tescoya müştərilərin nələrə üstünlük verdiyi haqqında əhəmiyyətli bilgi verirdi.

Əsasən müştərilərin ehtiyaclarını başa düşməyə və onları daha yaxşı qarşılamağa yönəlmiş bu datalar, həmçinin, əlavə olaraq müəsisənin gündəlik digər əməliyyatlarında da öz xeyrini göstərirdi. Məsələn, istifadə edilən məlumatlar əsasında supermarket bir period üçün tələbi və sifarişlərin həcmini qabaqcadan təxmin edə bilir və anbardakı məhsulların həcmini ona əsasən balanslaşdırır və bu da öz növbəsində vəsait itkisinin qarşısını alır.

Burda maraqlı məqam ortaya çıxır, bəs bonus kartları olmayan müştərilərlə necə etməli? Rəqəmsal ödənişlərin artması sayəsində artıq bir çox müştərilər öz ödənişlərini debet və kredit kartları ilə edirlər ki, bu da müştərilərdən məlumat toplamağın əlavə qaynağı ola bilər. Bu kartlarda adətən müştərilərin adı olur, həmçinin ödəniş terminalları ödənişin məbləğini və tarixini qeydə alır ki, bu da supermarketə müştəriləri identikləşdirməyə kömək edir.

Başqa məlumat toplama kanalı kimi pərakəndəçilər statistika, bələdiyyə və digər dövlət orqanlarının ictimaətə açıq hesabatlarından, müstəqil data analitika şirkətlərinin ödənişli və ödənişsiz xidmətlərindən istifadə edərək də nəticə əldə edə bilərlər. Demoqrafik trendləri başa düşmək bacarığı biznesin böyük həcmli layihələrində (məsələn, yeni məhsul yaradarkən, reklam fəaliyyətində, yeni mağazalara mövqe seçilməsində) çox yardımçı olacaqdır. Tesco o qədər nəhəng miqdarda məlumat toplaya bilib ki, özünün xüsusi data bazasını yaradıb və bu databazdan digər kommersiya təşkilatları ödəniş etməklə istifadə edirlər.

Son illərdəki bonus kart təcrübəsinin uğuru müştəriləri başa düşməyin hər hansı bir biznes üçün nə qədər vacib olduğunu göstərir. Müştəri məlumatlarını toplamayıb analiz edən böyük pərakəndəçilər aldıqları nəticələri başqa sosial-iqtisadi məlumatlarla birləşdirməklə öz strategiyalarının qərarvermə prosesini daha tutarlı edə bilərlər, çünki alınmış qərarlar baş vermiş real hadisələrdən çıxarılmış nəticəyə söykənir.

“Miles&Smiles PAŞA Bank” kartları haqqında

İstənilən şəxs onlayn müraciətlə, pulsuz çatdırılma ilə “Miles&Smiles PAŞA Bank” kartlarını əldə edə bilər.

“Miles&Smiles PAŞA Bank” kartlarını necə əldə etməliyəm?

Aşağıdakı üsullardan biri ilə kartı asanlıqla əldə edə bilərsiniz:
– Veb-saytımızdan sifariş edə bilərsiniz: https://pshb.az/3Cn9RYM
– Sosial media kanallarımız vasitəsilə əlaqə nömrənizi qeyd edə bilərsiniz. Bu zaman əməkdaşlarımız sizdən sifarişi şifahi sorğunuz əsasında qəbul edəcək.
– Əlaqə mərkəzinə zəng edə bilərsiniz: *9123

18 yaşdan aşağı şəxslərin “Miles&Smiles PAŞA Bank” kartlarını əldə etməsi mümkündürmü?

Bəli, valideynlərin icazəsi ilə 18 yaşdan aşağı şəxslərin kartı əldə etməsi mümkündür.

“Miles&Smiles PAŞA Bank” kartlarının və millərin istifadə müddəti nə qədərdir?

Kartların və millərin istifadə müddəti 3 ildir. Məsələn, kartınızın bitmə tarixi 2022-ci ildirsə elə həmin ildə də qazandığınız millərin son istifadə tarixi 2025-ci ildir.

Kart kredit kartıdır?

Xeyr, kartlarımız debit kartlarıdır. Yəni, karta mədaxil etməklə kartdan ödəniş etmək mümkündür.

Kart neçə günə hazır olur?

Kart 5 iş günü ərzində hazırlanır.

Kartın çatdırılması necə həyata keçirilir?

Kart hazır olduqdan sonra kuryer vasitəsilə sizin ünvanınıza pulsuz çatdırılacaq.
Daha ətraflı: https://pshb.az/3yomMbW

Karta necə mədaxil edə bilərəm?

Karta vəsaiti asanlıqla mədaxil etmək mümkündür:
– Sizə yaxın filialın kassasından;
– Million və e-manat ödəniş terminalları vasitəsilə;
– ATM vasitəsilə;
– PAŞA Bank Mobil tətbiq vasitəsilə;
– Köçürmə yolu ilə.

“Miles&Smiles PAŞA Bank” kartlarının digər miles debet kartlardan fərqi nədir?

“Miles&Smiles PAŞA Bank” kartlarına məxsus bütün üstünlüklər barədə buradan ətraflı məlumat əldə etmək olar: https://pshb.az/3V3vAxH

Kartın istifadə müddəti bitdikdə toplanmış millər silinir?

Xeyr, millərin əldə edildiyi tarixdən etibarən 3 il müddətində istənilən zaman uçuş biletinə çevirmək mümkündür.
Daha ətraflı: https://pshb.az/3ymvN5c

“Miles&Smiles PAŞA Bank” kartlarını bir-birindən fərqləndirən cəhətlər hansılardır?

Buraya daxil olaraq kartlarımızın əsas xüsusiyyətlərini fərqləndirə bilərsiniz: https://pshb.az/3MddEfM

“Çatbot konsyerj” xidməti haqqında

Çatbot konsyerj xidməti nədir?

Səyahətlə bağlı bir çox sorğunuza “WhatsApp”, “Telegram”, “Viber” tətbiqindən dərhal cavab verəcək platformadır.
Daha ətraflı: https://pshb.az/3rCHktr

Necə istifadə edə bilərəm?

Bunun üçün “Miles&Smiles PAŞA Bank” kartını əldə etdikdən sonra sizə göndərilən müvafiq SMS vasitəsilə qeyd olunan tətbiqlərdən qeydiyyatdan keçərək istifadə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3rCHktr

“Lounge Key” xidməti haqqında

“Lounge Key” xidməti nədir?

“Miles&Smiles PAŞA Bank” kartları ilə biznes zallara pulsuz və limitsiz giriş imkanıdır.

“Lounge Key” xidmətindən necə istifadə edə bilərəm?

“Miles&Smiles Platinum” kart sahibləri “Lounge Key” biznes zallarına ildə 2 dəfə, “Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zallarında hansı xidmətlər təqdim olunur?

– Komfortlu gözləmə yerləri
– İnternetə (Wi-Fi) çıxış
– TV, içki və qəlyanaltılar
– Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.

“Lounge Key” mobil tətbiqini buradan yükləyin:

“Android”: https://pshb.az/3zOj6Qr
“iOS”: https://pshb.az/3QsKc6o

”Lounge Key” zalını necə tapa bilərəm?

Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib.
Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı?

Xeyr, “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. Həmçinin, “Lounge Key” biznes zalına daxil olmaq üçün veb-saytda heç bir qeydiyyata ehtiyac yoxdur.

“Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi?

Kart sahibini müşayiət edirsə, bəli. Bu zaman, kart sahibinin də orada olması mütləqdir.

Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi?

Xeyr, yalnız kart sahibinə aid edilir. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Mastercard üzrə 30 USD, Visa kartı üzrə isə 32 USD ödəniş etməsi lazımdır.

Kart sahibini neçə qonaq müşayiət edə bilər?

Orta hesabla, 4-6 nəfər. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı?

Hər bir zalın daxili qaydasına əsasən dəyişə bilər.
Daha ətraflı: https://pshb.az/3PdWBdq

Pulsuz ziyarətlərin sayını necə öyrənmək olar?

Biznes zallarının ziyarət tarixçəsini veb-saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə izləyə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

Mil haqqında əsas məlumatlar

Mil nədir?

Mil – etdiyiniz nağdsız ödənişlər müqabilində toplanan və uçuş biletinə çevrilə bilən bonus növüdür.
1 mil qazanmaq üçün xərclənməli olan məbləğ:
“Platinum” kartı üzrə – 3 AZN
“Black” kartı üzrə – 2 AZN
“Elite” kartı üzrə – 1 AZN

Mil necə hesablanır?

“Miles&Smiles PAŞA Bank” kartları ilə nağdsız ödənişlər etdikdə hesablanır.
Qeyd: Gömrük ödənişlərində mil hesablanması üçün ödənişlər yalnız gömrükdə, POS-terminal vasitəsilə icra olunmalıdır. Onlayn həyata keçirilmiş gömrük ödənişlərinə mil hesablanmır.

TK nömrəsi nədir?

Türk Hava Yollarının “Miles&Smiles” proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. TK nömrəniz yoxdursa o, kartın sifarişi zamanı avtomatik olaraq yaradılacaq.

Digər mil kartının TK hesabına mil göndərə bilərəmmi?

Bəli, əgər hər iki tərəf millərlə 2 il ərzində ən azı bir uçuş həyata keçiribsə mümkündür.

Mili necə istifadə edə bilərəm?

Ödənişlər edərək topladığınız milləri 26 aviaşirkətdə (THY və “Star Alliance” üzvləri) uçuş biletinə dəyişə bilərsiniz.
Türk Hava Yolları üçün daxil olun: https://pshb.az/3SK5Epc
“Star Alliance” üzvləri isə aşağıdakılardır:
1. “Lufthansa”
2. “United Airlines”
3. “Air Canada”
4. “Swiss Airlines”
5. “Air China”
6. “Singapore Airlines”
7. “Turkish Airlines”
8. “LOT Polish Airlines”
9. “Scandinavian Airlines” (SAS)
10. “Shenzhen Airlines”
11. “Aegean Airlines”
12. “Air India”
13. “Air New Zealand”
14. “All Nippon Airways” (ANA)
15. “Asiana”
16. “Austrian Airlines”
17. “Avianca”
18. “Brussels Airlines”
19. “Copa Airlines”
20. “Croatia Airlines”
21. “EgyptAir”
22. “Ethiopian Airlines”
23. “EVA Air”
24. “South African Airlines”
25. “TAP Portgual”
26. “Thai Airways”

Milin hansı növləri var?

– Ödənişlər üzrə millər – Nağdsız ödənişlər zamanı “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş etdikdə hesablanan millərdir.
– “Xoş gəldin” milləri – yeni kart əldə etdikdə bank tərəfindən müştəriyə təqdim olunan millərdir.
Kartı əldə etdikdə dərhal əlavə şərtsiz “xoş gəldin” milləri qazanmaq mümkündür. Daha ətraflı: https://pshb.az/3McdPbt
“Miles&Smiles” müştərisi yeni kart əldə etdikdə və ya mövcud kartı yenilədikdə/ dəyişdirdikdə “xoş gəldin” milləri hesablanmır.
– Kampaniya milləri – Bank tərəfindən keçirilən kampaniyalar zamanı hesablanan əlavə millərdir.
– Əlavə millər – Partnyorlarımızda ödəniş etdikdə hesablanan əlavə millərdir.
Bütün partnyorlarımızı tanımaq və partnyorlardan millərin hesablanması qaydası ilə buradan tanış olmaq olar: https://pshb.az/3ypsJ8p

Millərin hesablanması qaydası

1000 AZN-lik bilet üçün nə qədər mil toplamalıyam?

Bir çox istiqamət üzrə nə qədər mil lazım olduğu haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz: https://pshb.az/3T0KuTs
Biletlərin qiyməti, nə qədər mil lazım olduğu mövsümdən, tələbdən asılı olaraq dəyişə bilər.

Hansı əməliyyatlara görə millər hesablanmır?

Aşağıda qeyd olunan əməliyyatlara görə millər hesablanmır:
– ASAN Ödənişləri;
– Dəmir yolları – yüklərin və sərnişinlərin daşınması;
– Sərnişin daşıması – bərə daxil olmaqla şəhərətrafı və yerli nəqliyyat xidmətləri;
– Avtobus xətləri;
– Pul köçürmələri;
– Mənzil-kommunal xidmətləri;
– Tütün mağazalarından ödənişlər;
– ATM və POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatları;
– Kredit ödənişi, hesaba mədaxil əməliyyatları, pul köçürmələri;
– Maliyyə insitutları üzrə ödənişlər;
– E-cüzdan balans artırma və digər maliyyə xidmətləri
– Xidmətlərə görə ödəniş – pul köçürmələri
– Kartdan karta pul köçürmələri (yerli və ölkəxarici köçürmələr);
– Hökümət lotereyaları üzrə ödənişlər;
– Qumar ödənişləri;
– At/Tazı yarışları üzrə ödənişlər;
– Xeyriyyə və sosial xidmətlər üzrə ödənişlər;
– Siyasi və dini təşkilatlar üzrə ödənişlər;
– Uşaq dəstəyi, aliment ödənişi də daxil olmaqla qanuni ödənişlər;
– Cərimələr, girov və istiqrazlar üzrə ödəmələr;
– Vergi ödənişləri;
– Poçt xidmətləri.

Toplanmış millər hesabda nə zaman əks olunur?

Ödənişdən sonra qazandığınız millər 15 gün ərzində hesabınıza köçürüləcək.

Millər hesablanmadıqda nə etməliyəm?

Topladığınız millər hesabınızda əks olunmadıqda *9123 nömrəsi ilə əlaqə saxlaya və ya customer.care@pashabank.az ünvanına müraciət edə bilərsiniz.
Hesablanmış millərin köçürülməsi bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır. Daha ətraflı məlumat üçün *9123 çağrı mərkəzimizlə əlaqə yarada bilərsiniz.

Toplanılan millər barədə məlumatı haradan əldə edə bilərəm?

Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
• “PAŞA Bank” mobil tətbiqi vasitəsilə: https://pshb.az/mobiltetbiq
• THY veb-saytından şəxsi kabinetə daxil olmaqla və ya THY mobil əlavəsindən: https://pshb.az/3CtdZXm
• Bankın Əlaqə Mərkəzinə müraciət etməklə: *9123

Millərin biletə çevrilməsi

Milləri necə biletə çevirə bilərəm?

Topladığınız milləri THY veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabiletə çevirə bilərsiniz.
Daha ətraflı: https://youtu.be/R84vf-kdJ8M

Toplanmış millərlə hara uça bilərəm?

Topladığınız millərlə dünyanın bir çox istiqamətinə aviabilet əldə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T0KuTs

Uçuş biletinin tam qiymətini millərlə ödəyə bilərəmmi?

Bəli, yalnız hava limanı üzrə vergi rüsumu ödənməlidir.
Qeyd: “Classic Plus”, “Elite”, “Elite Plus” status sahibləri vergi rüsumunu da millərlə ödəyə bilər.

Digər

Yüksək riskli ölkələrdə edilən əməliyyatlara aid

“Miles&Smiles PAŞA Bank” kartları ilə yüksək riskli ölkələrdə edilən əməliyyatlara müəyyən limitlər tətbiq olunur.
Həmin ölkələrdə məhdudiyyət yalnız ATM-lərdə nağdlaşdırma zamanı baş verir.
Onlayn edilən əməliyyatlara isə heç bir məhdudiyyət yoxdur. Yüksək riskli ölkələrin siyahısı ilə buradan tanışmaq olar. Limitin müvəqqəti aradan qaldırılması üçün sizə yaxın filialımıza və ya Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Mil hesablanmamasına aid

Nəzərə alın ki, topladığınız millərlə əldə etdiyiniz aviabilet üçün yenidən mil hesablanmır.

Səyahət sığortası

Sığorta təminatı hansı ölkələrdə keçərlidir?

Sığorta təminatı hər səfərin müddəti ardıcıl 60 gündən çox olmamaq şərtilə bütün səyahətlər üçün dünyanın istənilən yerində sizə təqdim olunur. Səfəriniz ardıcıl olaraq 60 gündən çox olarsa, səfərin hər hansı bir hissəsi üçün sığorta təminatı təmin edilməyəcəkdir. Sığorta təminatının maksimum etibarlılığı hər 12 aylıq dövr üçün ölkə xaricində 183 gündür. Səfərlər yaşayış ölkənizdə başlamalı və bitməlidir. Bir tərəfli uçuş bileti üçün sığorta təmin olunmur. Yaşadığınız ölkə ərazisində etdiyiniz səfərlər üçün sığorta təminatı yalnız evinizdən 100 km çox məsafəni qət etdikdə və əvvəlcədən hər hansı otel, motel, tətil evi, mini-otel, istirahət mərkəzi və digər oxşar ödənişli yaşayış yerlərində ən az iki günlük reservasiya etdiyiniz halda təqdim edilir.

Bilet “Black Edition” və ya “World Elite” kartı ilə ödənilməyibsə və ya qismən ödənilibsə, sığorta təminatı etibarlıdırmı?

Sığorta təminatı bütün xərclər sığortalanmış kart ilə tam ödənildiyi təqdirdə etibarlıdır.

Uçuş bileti bir neçə ay əvvəl alındığı halda, sığorta müddəti hansı dövrdən tətbiq olunmağa başlayır?

Sığorta səfərin ilk günündən qüvvəyə minir, eyni zamanda səfərin müddəti 60 gündən artıq olmamalıdır.

Sığorta hadisəsi baş verdiyi zaman kart sahibi ailə üzvlərinin yanında deyilsə, sığorta təminatı etibarlı sayıla bilərmi?

Sığorta təminatı yalnız kart sahibi ailə üzvləri ilə birlikdə səyahət etdiyi halda etibarlıdır.

Sığorta hadisəsi baş verdiyi zaman kart sahibinin üzərində kart yoxdursa, sığorta etibarlı sayıla bilərmi?

Sığorta təminatına dair şərtlər qarşılandığı təqdirdə kartın mövcudluğu mühüm deyil.

Baqaj itkisi sığorta təminatına daxildirmi?

Bu riskin ətraflı təsviri sığorta şərtlərinin 23-cü səhifəsində verilmişdir.

Sığorta hadisəsi baş verən zaman sığorta şirkətinin hansı əlaqə nömrələri ilə əlaqə saxlamaq lazımdır?

+90 212 922 04 25

Yeni səyahətlərə açarınız!

  • Kampaniyalar
  • Xəbərlər
  • Sənədlər
  • F.A.Q.
  • Partnyor olmaq
  • Sizə zəng edək?
  • Mil hesablanmayan ödənişlər

13, Yusif Məmmədəliyev küç., Bakı, AZ1005, Azərbaycan

Korporativ müştərilər üçün:
*8123 / (+994 12) 496 50 04

Fərdi müştərilər üçün:
*9123 / (+99 412) 496 50 00

Baş ofis:
(+994 12) 496 51 00
F: (+994 12) 496 50 10
E: customer.care@pashabank.az

Ən son məlumatları buradan izləyin:

© 2007-2022 PAŞA Bank

Bank Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir

Kredit götürmək və kredit kartından istifadə etmək

Sual: Bank krediti ilə ev və avtomobil almaq caizdirmi?
CAVAB
Zərurət olmasa da ev nəfəqəyə aid olduğu üçün evi olmayanın kreditlə ev alması caiz olar, lakin zərurətsiz avtomobil və ya ticarət üçün kredit götürmək olmaz. Komissiya haqqı adlanan bir miqdar pul alınaraq, faizsiz kredit verilərsə, belə verilən krediti də götürmək caizdir.

Sual: Hər növ alış-verişdə kredit kartından istifadə etmək caizdirmi?
CAVAB
Kredit kartından istifadə etmək caizdir. Kredit kartı ilə bir malı taksitlə daha bahasına almaq da caizdir. Zərurətsiz kredit kartından nəğd çəkib, faiz ödəmək caiz deyildir. Bir də, zərurət olmadıqca kredit kartı borcunu vaxtında ödəməyib, qalanı üçün cərinə ödəmək caiz deyil. Həmçinin, kommunal ödənişləri də ödəməyib, cərimə ödəmək caiz deyildir. Pul olmayıbsa və ya unudaraq gecikdirilibsə, günah olmaz.

Faizlə kredit götürmək
Sual:
Ev və qida kimi nəfəqəyə daxil olan şeylər istisna olmaqla, zərurətsiz kredit götürüb, faiz ödəmək caiz deyil. Nəfəqəyə daxil olmayanların caiz olması üçün bir yol, bir çarə yoxdurmu?
CAVAB
Zərurət olduqda faizlə də kredit pul götürmək caizdir, çünki “Zərurət haramları mübah qılar” buyurulur. Elə bir iş var ki, zərurətə girərmi-girməzmi bilinmirsə, belə hallarda faizsiz pul almağın bir neçə yolu belədir:
1- Dövrümüzdə kredit kartıyla alış-veriş etmək mümkündür. Bir mal taksitlə, kredit kartıyla 500 manata alınıbsa, bu malı başqasına 450 manata sata bilərik.

2- Kredit kartıyla bir qızılı taksitlə 500 manata almışıqsa, başqa zərgərə nəğd pulla 450 manata sata bilərik.

3- Əmələ gələcək faizə xidmət haqqı, komissiya haqqı kimi bir şey deyilirsə, yenə faizsiz alınmış sayılır, çünki alış-verişdə, hədiyyədə, and içməkdə, nikahda, nəzirdə niyyətə, məqsədə deyil, sözə baxılır.

4- Avtomobil, iş yeri, avadanlıq kimi bir şey alarkən, kredit təşkilatı və ya hər hansı bir bank almaq istənilən şeyi özü alıb vədəli olaraq daha bahalı satarsa, məsələn, 3 min manatlıq malı 4 min manata satarsa faiz olmaz, caiz olar.

Yəni dinimizə tabe olmaq istəyənə, bir çarə tapılar.

Nəfəqə və faiz
Sual:
Din kitablarında, “Nəfəqə, qida, geyim və məskəndir” deyə bildirilir. Bunların birini təmin edə bilməyən bir kimsə zərurət qarşısında faizsiz borc tapa bilməsə, nəfəqəsini təmin edə biləcək miqdarda faizlə borc pul alması caiz olarmı?
CAVAB
Bəli, zərurət olduqda nəfəqə üçün caiz olar. (Əşbah şərhi, Uyunül-bəsair)

Avtomobil almaq
Sual:
Müasir dövrün şərtlərində bank krediti ilə avtomobil almaq caizdirmi?
CAVAB
Müasir dövrün şərtlərində Bakı kimi böyük şəhərlərdə, Müsəlmanın özünü və ailəsini günahdan qorumaq üçün avtomobil almaq şərt olub, çünki haramdan qurtulmaq üçün çalışmaq fərzdir. Haram işləmə təhlükəsi yoxdurs,a avtomobil almağa ehtiyac yoxdur. Zərurət olduqda bankdan kredit götürmək də caiz olar. Əsas odur ki, avtomobilin zərurət olub- olmadığını müəyyən etməkdir.

Kredit kartındakı ballar
Sual:
İki və ya daha artıq ortaqlı şirkətlərdə aktiv olaraq çalışan və ya arxa planda olan ortaqlar şirkətin müəyyən etdiyi hissədə maaş alırlar. Şirkətin qazanc və zərərinə ortaq olurlar. Ortaqlardan biri şəxsi adına və ya şirkət adına qurulmuş olan bank və ya şirkətin kredit kartını şirkətə mal tədarükü üçün istifadə edir. Bu kartlarla xərclərə görə bal adı altında, nəğd pul və ya müəyyən bir alış-veriş qarşılığında yenə bal indeksli təyyarə bileti və ya bu qədər bu məkanda tətil kimi müxtəlif mənfəətlər verir. Bu alınan mənfəətlər şirkətə aiddir, yoxsa kredit kartı sahibinə aiddir? Həmçinin, şirkətin ortaqlarından birinə və ya işçilərindən birinə firmalardan müxtəlif hədiyyələr gəlir. Bu hədiyyələr şirkətə aiddir, yoxsa hədiyyə göndərilən şəxsə aiddir?
CAVAB
Kredit kartıyla şirkətə alınan mallardan əldə edilən mənfəətlərin və şirkəti təmsilən aldığı hədiyyələrin hamısı şirkətin haqqıdır. İşçi və ya ortaqlardan biri, mən şəxsi kredit kartımla aldım və ya hədiyyə mənim adıma gəldi deyərək bu hədiyyələri özü götürərsə, şirkətə xəyanət etmiş olar. Bir hədisi-şərif məalı belədir:
“Allahü təala buyurur ki: Ortaqlardan biri digərinə xəyanət etmədiyi müddətdə Mən iki ortaqdan üçüncüsüyəm. Xəyanət edərsə aralarından çəkilərəm.” [Əbu Davud]

Bir ortaqlıqdan ki, Allahü təala çıxarsa, oraya şeytan girər və o şirkətdə narazılıqlar başlayar. Bu hədiyyələr mənim səylərimlə gəldi, bu ballar mənim kredit kartıma aiddir deyərək sahiblənməyə çalışmaqdan çox çəkinmək lazımdır.

Kredit kartının hədiyyələri
Sual:
Kredit kartından istifadə etdikdə verilən hədiyyə ballarını, telefon konturlarını istifadə etmək caizdirmi?
CAVAB
Bəli, bir zərəri yoxdur.

Kreditlə ev tikmək
Sual
: S. Əbədiyyədə, “Heç bir ölkədə, heç kimdən, bankdan və kooperativdən, zərurət olmadıqca, heç bir səbəblə borc pul alıb, faiz ödəmək caiz deyildir” deyilir. Heç bir ölkə qeyd olunduğuna görə, Fransa, Almaniya kimi qeyri-müsəlman ölkələrdə də kreditlə ev almaq caiz olmur?
CAVAB
Qida, geyim və qalmaq üçün yer [ev] nəfəqəyə daxildir. Bunun üçün evi olmayan şəxsin Fransa, Almaniya kimi qeyri-müsəlman ölkələrdə kreditlə [faizlə] ev alması caizdir. Çünki yenə S. Əbədiyyədə deyilir ki:
Fransa, Almaniya darül-hərbdir. Mültəqada bildirilir ki, “Darül-hərbdə Müsəlmanla kafir arasında faiz olmaz.” Məcmaul-ənhürdə deyilir ki, hədisi-şərifdə, “Darül-hərbdə Müsəlmanla kafir arasında faiz yoxdur” buyuruldu.

Görüldüyü kimi, evi olmayanın kirayə ev tuta bilsə də, ev nəfəqəyə aid olduğu üçün əksəriyyət Müsəlmanların yaşadığı bir məhəllədən kreditlə ev almaq caiz olur. “Caiz olmaz” demək, bu mötəbər kitabları qəbul etməmək sayılır.

Tələbə krediti
Sual:
Ehtiyacı olan bir tələbə verilən tələbə kreditini götürə bilərmi?
CAVAB
Ehtiyac olduqda caiz olar.

Ev nəfəqəyə daxildir
Sual: S. Əbədiyyədə, “Kirayə ev tutmaq varkən, ev satın almaq zərurət deyildir” deyilir. Bu ifadə, “Kirayə ev tutmağa gücü çatanın faizli kreditlə ev alması caiz deyildir” mənasına gəlməzmi?
CAVAB
Bəli, o mənadadır, amma bu hissəni S. Əbədiyyə kitabını hazırlayan mərhum Ustadımızdan soruşmuşduq. Bu hökmün qeyri-müsəlman ölkələr üçün keçərli olmadığını, məsələn, Avropadakı bir Müsəlmanın, ev nəfəqəyə daxil olduğu üçün kreditlə ev ala biləcəyini bildirmişdilər. Yəni kirayə ev tuta bilən də kreditlə ev ala bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.