Наджаф-бек Фатали-бек Везиров Müsibəti-Fəxrəddin / Seçilmiş əsərləri
B a y r a m ə l i b ə y (rişxəndlə). Samavar kimdən ötrü qoyulub, Əsgər bəy? Neçə qonağımız var, Allah qoysa? Axır sənin dədən də həmişə bilirəm kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən, Əsgər bəy! Bu samavarı gözün görür, ya yox? Cavab ver, məlun oğlu məlun! Görürsən, ya yox?
Müsibəti fəxrəddin
Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Nəcəf bəy Vəzirovdur. Azərbaycan dramaturgiyasının inkişafında, onun yeni mövzu və bədii keyfiyyətlərlə, rəngarəng və maraqlı surətlər silsiləsi ilə zənginləşməsində Nəcəf bəy Vəzirovun böyük xidmətləri olmuşdur.
N.Vəzirovun yaradıcılığında «Müsibəti-Fəxrəddin» əsəri mühüm yer tutur. 1896-cı ildə yazdığı bu əsərlə dramaturq Azərbaycan ədəbiyyatı tarixində faciə janrının əsasını qoymuşdur.
«Müsibəti-Fəxrəddin» faciəsinin mövzusu iki mülkədar ailəsi arasında gedən qan davasından götürülmüşdür. Faciənin əsas konflikti «zülmət səltənətində» hökm sürən mürtəce köhnəliklə hələ nisbətən zəif olan mütərəqqi yenilik arasındakı mübarizədən ibarətdir. Birincilərin nümayəndəsi mühafizəkar mülkədar olan Rüstəm bəy, ikincilərin nümayəndəsi isə demokratik ruhlu mülkədar ziyalısı Fəxrəddin bəydir.
Əsərin əsas mənfi qəhrəmanı olan Rüstəm bəy «zülmət səltənətində» hökm sürməkdə olan mürtəce qüvvələrin tipik nümayəndəsidir. O, «mənəm- mənəm» deyərək qoluzorluluq göstərən, özündən gücsüzlərə zülm edən, nahaq qanlar tökən, evlər yıxan bir mülkədardır, qan intiqamından doymayan yırtıcı bir canavardır.
Rüstəm bəy yaşadığı ərazidə özündən böyük heç bir varlı şəxs görmək istəmir, ona salam verməyən, onu saymayan adamların kökünü kəsir, evlərinə od vurub yandırır, bəzilərini pul gücünə sürgün etdirir, əlaltıları vasitəsilə öldürtdürür. Rüstəm bəyin yırtıcı siması onun ilk monoloqundan aydın şəkildə görünür. Həmin monoloqdan aydın olur ki, Rüstəm bəy oğlu Rəşidin qətlinə görə Fəxrəddin bəyin atası Heydər bəyi öldürtdürmüş, anasını döydürmüş, bacısını zorla gətirib oğluna arvad etmişdir. Lakin bütün bunlarla onun ürəyi soyumamışdır və o, indi də Fəxrəddin bəyi öldürmək, bu ailəyə yenidən dağ çəkmək istəyir.
Qan intiqamı hissi Rüstəm bəyin gözünü elə tutmuşdur ki, o, oğlu Mahmud bəyi də bu işə təhrik edir və onun ölümünə səbəb olur.
«Müsibəti-Fəxrəddin» faciəsinin əsas müsbət qəhrəmanı Fəxrəddin bəydir.
Fəxrəddin bəy mülkədar ailəsindən çıxmış gənc ziyalıdır. Xaricdə 5 il ali təhsil aldıqdan sonra böyük arzularla vətənə qayıdan bu humanist gənc «zülmət səltənətinəw düşmüşdür, Fəxrəddin elə bir yerə gəlib çıxmışdır ki, burada xalq öz başını güclə saxlayır, heç bir qayda-qanun yoxdur və qoluzorlular özbaşınalıq edir, heç nədən çəkinmirlər.
Fəxrəddin bəy gəldiyi gündən düşdüyü qaranlıq mühitə, cəhalətə qarşı çıxır, «zülmət səltənətini» maarif ziyası ilə işıqlandırmağı arzulayır. O, köhnə adətləri dağıtmaq, qan davasına son qoyaraq Rüstəm bəylə barışmaq istəyir. Istəyir ki, əmin-amanlıq şəraitində özünün maarifçilik niyyətlərini həyata keçirsin. Fəxrəddin öz xərcinə bağ saldırır, məktəb və xəstəxana açır. O, öz arzularını belə ifadə edir: «. AIIah qoysa, bir üç-dörd ilin erzində bağ hazır olar və onun mədaxili məktəbxanaya kifayət eylər, məndən artıq xərc istəməz. Sonra Səadət xanım qolları çirməkli, dəstə açar belində gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy özü həm bağban, həm dirrikçi, həm də məktəbdə müəllim. Pis ömür deyil, hərgah qəza bivəfalıq etməsə. »
Belə şirin arzularla yaşayan humanist gəncin ətrafında, özü hiss etmədən, qorxulu hadisələr dolaşır. Lakin yüksək vətənpərvərlik hissləri ilə yaşayan Fəxrəddin özünün maarifçilik ideyalarını həyata keçirmək uğrunda ölümdən də qorxmur. «Bu xaraba vilayətdən çıxıb getmək» barədə Səadət xanımın ona göndərdiyi təklifi qəbul etməyib. Hürü nənəyə deyir: «Mən buradan heç yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan uzaqlaşa bilmərəm».
Fəxrəddin maarifçi surətdir. O, ətrafında baş verən hadisələrin, düşmən münasibətlərin və qisasçılığın başlıca səbəbini adamların savadsızlığında, maarifdən uzaq düşməsində görür və bunu aradan qaldırmağa çalışır. Lakin Fəxrəddin nə qədər ali hisslərlə yaşayıb xalqı irəliyə, inkişafa aparmaq istəsə də, özü «zülmət səltənətində» bir nur kimi parlayıb tez də sönür. Əsərin sonunda o məhz maarifsizliyin gülləsinə tuş gəlir, nadanlığın, qeyri-insani münasibətlərin qurbanı olur. Bu ölüm nə qədər kədərli olsa da, öz mahiyyətinə görə nikbin səciyyə daşıyır. Xüsusən Səadət xanımın onun cənazəsi üzərində dediyi sözlər oxucuda belə qənaət yaradır ki, Fəxrəddinin səpdiyi maarifçilik toxumları davam edəcək, onun arzuları həyata keçəcəkdir.
«Müsibəti-Fəxrəddin» faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl bir sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır, oxucular tərəfindən sevilə-sevilə oxunur.
Наджаф-бек Фатали-бек Везиров
Müsibəti-Fəxrəddin / Seçilmiş əsərləri
Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyasının inkişa-fında, ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişa-fında müstəsna rolu vardır.
Kitaba dramaturqun pyesləri, hekayələri, məqalələri və kiçik mütəfərriqələri daxil edilmişdir.
Nəcəf bəy Vəzirov
Müsibəti-Fəxrəddin (seçilmiş əsərləri)
EV TƏRBİYƏSİNİN BİR ŞƏKLİ
B a y r a m ə l i b ə y – altmış iki yaşında, ağsaqqal, Avropa libasında
Ş a h m a r b ə y – onun qardaşı, əlli beş yaşında, saqqalı hənalı, ibarətlə danışan, çərkəs libasında
S ə f d ə r q u l u – iyirmi altı yaşında, Avropa libasında, başında papaq
R ə s u l – on altı yaşında, məktəbxana libasında
Bayraməli bəyin oğlanları.
Ə s g ə r – Bayraməli bəyin nökəri, on səkkiz yaşında, köhnə libasda
Əhvalat vaqe olur sübh vaxtı, Bayraməli bəyin otağında, Səfdərqulu oturub bikef, kürsü üstə, Rəsul taxt üstə uzanıb. Otağın ortasında miz və onun üstə bir neçə piyalə və çaydan. Əsgər ayaq üstə, küncdə.
S ə f d ə r q u l u. Ah… bu da bir gün deyil biz çəkirik… Allah kəssin belə diriliyi, belə günü. Vallahi mən heç bu evə girmək istəmirəm, elə zəhləm gedib… Evə gələndə elə bil ki, məni cəhənnəmə aparırlar… Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə… Görürsən danışmağa bir söz tapmayanda başlayır: “Rəsul oxumur. Sənin boyunu yerə soxum, hərgah sən oxusaydın, Rəsul da sənə baxıb oxuyardı”. Guya ki, mən Rəsulun qabağında dururam, deyirəm oxuma… Ah! Kişi məni elə darıxdırıb ki, vallah istəyirəm elə özümü boğam öldürəm… Rəsulda da insaf yoxdur…
Ə s g ə r. Yəni kişi yalan deyir? Vallah yox… Budur bax, düz gözünün içinə deyirəm: oxumur, gedir gəzir, gəzir, gəlir deyir ki, dərsə getmişdim. O da belə gedir soruşur bilir ki, getməyib… Gəlir evə, biz biçarənin başına kül ələyir. Barı bu zəhmətə görə, əziyyətə görə, doyunca adama çörək verə, yenə dərd yarıdır; onu da vermir…
S ə f d ə r q u l u. Rəsul da nə oxuyan kimi oxuyur, nə oxumayan kimi oxumur, mən də gündə beş yol evdən qovuluram… Mən hara gedim, qardaş? Getdim, necə dolanım, əlimdən nə iş gəlir? Acından ölənəm ki, ölənəm. Rəsul, bax, canım sənə qurban, axır mən sənin qardaşınam, mənə yazığın gəlsin, oxu. Atamızın iki yüz min manatdan artıq varı var… Qardaşı Şahmar bəyi tanımırsanmı ki, əlimizdən alar? Oxu.
Ə s g ə r. Rəsul, sən Allah dur ayağa, heç olmasa kitabı al əlinə, barı görsün ki, guya dərsini öyrənirsən; bəlkə bu dəfə, bu sabah ertə baş-beynimiz getməsin, Allah xatiri üçün…
R ə s u l. Əsgər, elə bircə sən qalmışdın, gərək sən də mənə öyrədəydin… Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirib.
S ə f d ə r q u l u. Qorxur, nə eləsin, ay başına dönüm. Yalandan da olsa kitabı al əlinə, bəlkə Allah rəhm eləyə, bu gün salamat ötüşək. Bax, Əsgər, sən şahidi ol ki, mən Rəsula deyirəm ki, qardaş oxu, sonra kişi deməsin ki, sən qoymursan Rəsulu oxumağa…
Ə s g ə r. Rəsul oxumur, atanız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çortkəyə. Rəsulun müəlliminə bir belə vermişəm, bir elə vermişəm; bizi də acından qırır. Bircə deyin görüm, mən yetimin taxsırı nədir?!
R ə s u l. Dəxi bəsdir… Vallah, billah, tallah, mən bir gün ya özümü zəhərləyib öldürəcəyəm, ya ki gedib özümü Araza atacağam. Vəssalam. Kişi məni bu məqama gətirib.
S ə f d ə r q u l u. Pəh, pəh, pəh! Bu da bir söz oldu. “Gedib özümü suya atacağam”, “zəhər içəcəyəm”. Bəli, qabağına duran olacaq? Kişi elə Allahdan onu istəmirmi?
R ə s u l. Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır.
Ə s g ə r. Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır… Qatıq-çörək, qatıq-çörək, tut qurusu-çörək, bir az kefi kök olanda bozbaş… Bir deyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir…
S ə f d ə r q u l u. Yalan danışma, axmaq oğlu axmaq! Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var… İndi elə bu saat vermir? Rəsulda insaf yoxdur.
R ə s u l. Mən oxuram özüm billəm, oxumuram özüm billəm… Heç kimə borc deyil… Əgər sən özün belə qoçaqsan, bəs niyə oxumadın? Səfdərqulu, atam məni tutubdur ki, gərək bir-iki ilə tamam eləyəsən. Mən də bacarmıram. Nə eləyim, qabiliyyət yoxdur, Allah verməyib. Özümü öldürüm? Baş üstə, öldürrəm.
S ə f d ə r q u l u. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, yazıq olmuşam, fəqir olmuşam. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. Ona görə də mən sənə yalvarıram. Sən oxusan, məndən əl çəkər, bir parça çörək mən də yeyərəm.
R ə s u l. Tələsmə, Səfdərqulu, az qalıbdır: ya mən özümü öldürəcəyəm, ya ki onu… Mən dəxi dözə bilmərəm.
Ə s g ər (qapıya tərəf gedib). Aman günüdür, başınıza dönüm, yavaş danışın, yavaş danışın… Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir! Rəsul, kitabı al əlinə, başına dönüm, tez-tez, qurbanın olum.
R ə s u l. Cəhənnəmə gəlsin, gora gəlsin! Ölsə də kitabı əlimə almayacağam.
Ə s g ə r. (balaca sövtlə)
Mirzə türəqqa budur ha gəlir,
Əldə falaqqa budur ha gəlir,
Döyməyə sizi ya incitməyə
Hıqqana-hıqqana budur ha gəlir.
S ə f d ə r q u l u (tez-tez). Rəsul, aman günüdür, dur, başına dönüm, dur kitabı al əlinə, dur, canım qurban, dur! Rəsul, mənə yazığın gəlsin.
B a y r a m ə l i b ə y (daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır). Əsgər, Əsgər! (Çağırır.)
Ə s g ə r (tez daxil olub). Bəli, ağa! (Kənara.) Necə murdardır, başınıza dönüm!
B a y r a m ə l i b ə y (rişxəndlə). Samavar kimdən ötrü qoyulub, Əsgər bəy? Neçə qonağımız var, Allah qoysa? Axır sənin dədən də həmişə bilirəm kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən, Əsgər bəy! Bu samavarı gözün görür, ya yox? Cavab ver, məlun oğlu məlun! Görürsən, ya yox?
Ə s g ə r. Niyə görmürəm, kor ha deyiləm.
B a y r a m ə l i b ə y. Xeyr, görmürsən! Və mən bu saat sənə sübut elərəm ki, görmürsən, özün də bizim bu Səfdərqulu bəy kimi korsan və bu Rəsul bəy kimi tənbəlsən.
Ə s g ə r (kənara). Allahın verən günü elə belə sübut eləyir. (Bayraməli bəyə) Ağa, sən ki, deyirsən mən samavarı görmürəm, neynək, mən də deyirəm ki, görmürəm. Sonra nə buyurursuz?
B a y r a m ə l i b ə y. Sonra, Əsgər bəy, canına dərd buyururam, vərəm buyururam! Heyvan oğlu heyvan, məgər bu samavarı bir yol təmizləyəndə nə olar, canın çıxar?
Ə s g ə r (kənara). Yenə iş axtarır, başınıza dönüm! (Bayraməli bəyə) Bu samavar alınan gündən indiyə kimi heç ona əl dəyməyib, elə belədir belə; mən başıma nə kül töküm?!
B a y r a m ə l i b ə y. Yaxşı cavab verdin, sən hələ dur. (Oğlanlarına) Siz mənə deyin görüm, mən kiməm? Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan, elə də kor öküz kimi yat, sonra danışarıq. (Səfdərquluya) Sualıma cavab! Hm, yadından çıxdı, hafizə qalmayıbdır. Üzünə bax, sifətinə bax! (Güclü.) Bığına bax, bığına. Rüstəmi-Zaldır zalım oğlu zalım!
S ə f d ə r q u l u. Vallah başa düşə bilmirəm, məndən nə istəyirsiz?!
B a y r a m ə l i b ə y. Əlbəttə, başa düşə bilməzsən. Başda ağıl varmı ki, başa düşəsən? “Başa düşə bilmirəm”. Xa, xa, xa… Təzə xəbərdir…
S ə f d ə r q u l u. Ağlım yoxdur, ağlı hardan tapım, buyur görək.
Скорбь Фахреддина
«Горе Фахреддина» ( азерб . Müsibəti-Fəxrəddin ) — трагедия, написанная азербайджанским драматургом Наджаф беком Везировым в 1896 году. [1] Это первая трагедия в азербайджанской драматургии. [2] В этом произведении создается образ молодого либерального дворянина, борющегося против патриархальных порядков, за преобразование помещичьего хозяйства. [1]
В 1902 году впервые в Баку был издан сборник Наджаф-бека Везирова , в который вошли пять его пьес, среди которых была «Горе Фахреддина». Остальные спектакли: «Герои современности», «Человек-невидимка», «Из-под дождя и под ливнем» и «Картина домашнего воспитания». [3] В том же году трагедия была поставлена под личным руководством Везирова и с участием таких артистов, как Гусейн Араблинский и Гусейнгулу Сарабский . [4]
В ноябре 1916 года при участии Мирзааги Алиева пьеса вновь была подготовлена к постановке. По просьбе режиссеров Везиров приходил каждый день, следил за ходом репетиций и давал необходимые указания. Но не нашлось актрисы, которая сыграла бы роль бабушки Урис (Уринана). А когда Мирзаага Алиев На вопрос Везирова, почему он вводит в свои пьесы так много женщин, ведь на азербайджанской сцене нет женского персонажа, Везиров ответил, что «мы, азербайджанские драматурги, при написании пьес имеем в виду не только современный этап нашей жизни и нашу сегодняшнюю среду. Придет время, когда наука и культура шагнут так далеко, что женщин на сцене будет гораздо больше, чем мужчин». Наконец, 22 ноября 1916 года пьеса была поставлена. И роль бабушки Урис, в женском платье и спрятав усы и бороду под платком, сыграл сам Наджаф-бек Везиров.Мирзаага Алиев вспоминал, что Везиров «справился с этой ролью и успешно завершил ее» [4]
Comments are closed, but trackbacks and pingbacks are open.