Müəssisə və təşkilatların idarə edilməsi
– Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi,
Müəssisənin idarə edilməsinin təşkilati quruluşu
Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasında mühüm rolu idarəetmənin təşkilati quruluşunun təkmiləşdirilməsi oynayır. İdarəetmənin təşkilati quruluçunu müəyyən edən parametrlər aşağıdakılardır:
– müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyələrinin sayı,
– idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı,
– xətti idarəetmə heyətinin sayı,
– hər bir səviyyədə struktur bölmələrinin sayı,
– idarəetmə funksiyalarının mərkəzləşdirilmə səviyyəsi.
Böhranlı vəziyyətdən asılı olaraq müəssiənin təşkilati quruluşunun yenidən qurulması üç istiqamətdə aparılmalıdır:
- gələcək dövrdə istehsalın genişləndirilməsini təmin edən təşkilati quruluşa keçmək,
- operativ fəaliyyətə xidmət edən təşkilati quruluşa keçmək,
- səmərəli idarəetmə və nəzarəti təmin edən təşkilati quruluşa keçmək.
Hər üç istiqaməti özündə birləşdirən təşkilati quruluşu formalaşdırmaq üçün təklif olunan doqquz qaydaya riayət etmək lazımdır.
1. İdarəetmənin təşkilati quruluşu imkan çərçivəsində sadə olmalıdır. Təşkilati quruluş nə qədər sadə və dəqiq qurularsa, idarəetmə heyəti də bir o qədər tez bu quruluşa alışar və aktivliklə firmanı böhran vəziyyətindən çıxarmaqda iştirak edər.
2. İdarəetmənin təşkilati quruluşunun sxemi daha aydın və tez qavranılan olmalıdır. Bu sxemlə sanasiyanı həyata keçirən heyət tanış olmalıdır. Elə etmək lazımdır ki, təşkilati quruluşun sxemi görünən yerdə asılsın ki,hər bir işçi ona riayət etsin.
3. Hər bir işçiyə yazılı iş təlimatları verilməlidir.Sanasiya dövründə bu təlimatlar daima dəyişdirilməlidir.
4. Əlaqə sistemi səmərəli olmalıdır ki, informasiya dəqiq ötürülsün və əks əlaqə olsun.
5.Tabeçilik, səlahiyyət və məsuliyyət xətti aydın müəyyənləşdirilməlidir. Səlahiyyətlərin verilməsi xətti hamıya aydın olmalı və bu zaman idarəetmə səviyyələrinin sayının minimuma endirilməsinə çalışmaq lazımdır. Son anda bütün məsuliyyət həmişə firmanın ali rəhbərliyində qalmalıdır. Digər tərəfdən isə hər bir aşağı səviyyəli rəhbər və ya işçi öz rəisi qarşısında cavabdeh olamlıdır.
6. Məsuliyyətlərin koordinasiyasını ali rəhbərlik həyata keçirməlidir.Bu “skalyar proses” adlanır.
7. Hər firma üçün rəhbərliyin idarəçilik hüdudları real olmalıdır. Müəyyən idarəetmə səviyyəsindəki rəhbər 5-7 işçiyə bilavasitə rəhbərlik edə bilər (məsələn,müəssisə direktorunun 5-7 müavini olmalıdır və s.) İndiki vaxtda adətən bu qaydaya riayət olunmur.Təhli göstəririk ki,böhran vəziyyəti keçirən müəssisə rəhbərinə bilavasitə 8,10 və ya hətta 20-yə qədər subyekt tabe olur. Lakin bu düzgün deyildir.İdarəetmə diopozonu nə qədər kiçik olarsa,bir o qədər də idarəetmə səmərəli olar.
8. Xətti rəhbərlərin və funksional şöbələrin funksiyaları dəqiq bölünməli və koordinasiya olunmalıdır.Həmişə funksional xidmətlər xətti rəhbərlərə kömək rolu oynamalıdır.
9. Müflisləşmədən çıxmaq üçün zərərlə işləməyin qarşısını almaq üçün təşkilati quruluş çevik olmalı, daxili və xarici mühitdə baş verən dəyişikliklərə tez reaksiya verməyi bacarmalıdır.
İdarəetmənin təşkilati quruluşu müəssisənin təşkilati potensialından səmərəli istifadə etməyə xidmət etməlidir. Təşkilati potensiala idarəetmə heyəti, idarəetmə əməyinin texniki təminatı və informasiya təminatı resursları daxildir. Bu resurslar arasında elə nisbət qurulmalıdır ki, o müəssisənin maksimum mənfəət götürə bilməsini təmin etsin. Bu məqsədlə təşkilati potensialın vəziyyəti təhlil olunmalıdır. Bunun üçün beş bal sistemi ilə resursların qiymətləndirilməsini həyata keçirmək lazımdır.
İdarəetmə potensialı resurslarının qiymətləndirilməsi nəticəsində rəhbərlik müəssisənin təşkilati quruluşunun dəyişdirilməsi üzrə aşağıdakı ilkin qərarları hazırlayır:
-saxlanılacaq, ləğv olunacaq və ya da bölmələrlə birləşdiriləcək idarəetmə və istehsal bölmələrinin təxmini tərkibinin müəyyənləşdirilməsi;
-yeni kadrlarla möhkəmləndirmək, rəhbər və mütəxəssislərin dəyişdirilməsi və yenidən hazırlanması işlərinin görülməsi;
-idarəetmə əməyini yeni hesablama və təşkilati-texnika ilə təmin olunması işlərinin müəyyənləşdirilməsi;
-müəssisədə idarəetmə informasiyasının tərkibinin həcminin, axın texnologiyasının və idarəetmə qərarlarının yerinə yetirilməsinə nəzarətin müəyyənləşdirilməsi;
-mövcud problemlərin həll olunması üçün lazım olan maliyyə, əmək və maddi resursların təxmini səviyyəsinin müəyyənləşdirilməsi.
Sanasiya dövründə sağlamlaşdırmanı aparan şəxs müəssisənin idarəetmə sisteminin təkmilləşdirilməsi proqramını hazırlamaq üçün peşəkar məsləhətçilər dəvət etməlidirlər. Məsləhətçilər aşağıdakı məsələlərin həll olunmasına kömək edə bilərlər:
-gələcək problemlərin uğurla həll olunması üçün təkmilləşdirmə,
-müəssisənin ümumi vəziyyətinin öyrənilməsi,
-müəssisənin səmərəli inkişafı problemlərinin üzə çıxarılması,
-problemlərin həll olunması istiqamətlərinin axtarılamsı.
Müəssisənin idarə edilməsi sisteminin təkmilləşdirilməsi sistemli yanaşma əsasında qəbul edilir. Bu o, deməkdir ki, hətta balaca bir dəyişiklik edilərkən,ondan digər əlaqə və elementlərə, yarım sistemlərə təsiri nəzərə alınmalıdır. Müəssisənin cari və perspektiv inkişafına təsir göstərən bütün cəhətlər-təhlil edilməli və qiymətləndirilməlidir. Müəyyən bir mənfəət gətirməyinə baxmayaraq hər hansı bir “nou-hau”nun tətbiqinə ehtiyatlı yanaşmaq lazımdır.Yalnız əsaslandırılmış və məqsədəuyğun sayılan yenilik qəbul edilməlidir.
Müəssisə rəhbəri idarəetmə sisteminin təkmilləşdirilməsi layihəsinin tətbiqini təmin etməli və planlaşdırılmalıdır. Bu zaman idarəetmə sistemində edilən dəyişikliklərə fərdi və qrup müqavimətlərinin təsiri aşağı salınmalı və bu dəyişiklikləri müəssisə heyətinin adaptasiya üzrə işləri-sanasiyasını aparan şəxs həyata keçirilməlidir. O, aparılacaq dəyişikliklər haqqında kollektivin üzvlərini xəbərdar etməlidir. Çalışmaq lazımdır ki,idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər elə həyata keçirilsin ki, dəyişikliklərin tətbiqi ilə onlardan alınan səmərə (nəticə) dövrü maksimum qısa olsun.
Müəssisənin idarə edilməsinin təşkilati quruluşunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlə fasiləsiz bir proses kimi baxmaq lazımdır. Mütəmadi olaraq təşkilati quruluşun mövcud vəziyyətə uyğunluğu öyrənilməli və o daima yenidən qurulmalıdır. Ənənəvi olaraq idarəetmə sisteminin və onun təşkilati quruluşunun təkmilləşdirilməsi mövcud idarəetmə sisteminin öyrənilməsindən birinci mərhələ başlayır. Bunu üçün idarəetmə sisteminə aid olan sənədlərin təhlili və ya idarəetmə aparatı işçilərinin sorğusu aparılır. Hər iki hal idarəetmə heyətinin fikrini əks etdirir. Nəzərə almaq lazımdır ki, hər bir idarəetmə sistemi, bölməsi və yaxud həlqəsi özünüqoruma instinktindən çıxış edərək gördükləri işin səmərəliliyini əsaslandıracaqdır. Buna görə də mövcud idarəetmə sisteminin öyrənməklə yanaşı idarəetmə sisteminin inkişaf konsepsiyası, (ikinci mərhələ) hazırlanmalıdır. Bu konsepsiya hazırlanarkən hansı funksiya və idarəetmə bölməsinin ləğv olunması və ya yaranması məsələsi həll olunur.Oxşar müəssisələrdəki idarəetmə təcrübəsinin öyrənilməsi və ekspertlərin köməyi ilə idarəetmə sisteminin inkişaf konsepsiyasının senarilərinin hazırlanması səmərəli konsepsiyanın seçilməsinə xidmət göstərir. Mövcud idarəetmə sisteminin təhlili isə:
-mövcud idarəetmə sisteminin qiymətəndirilməsinə, idarəetmə prosesindəki mütərəqqi metodların və “zəif yerlərin” üzə çıxarılmasına,
-təşkilati strukturun inkişafının prioritet istiqamətlərinin və təkmilləşdirmənin ilkin obyektlərinin müəyyənləşdirilməsinə,
-idarəetmə sisteminin uzun müddətli konsepsiyasının və inkişafının kompleks proqramının hazırlanmasına lazım olan ilkin məlumatların alınmasına imkan verir.
Təhlil zamanı mövcud sistemin səmərəliliyinin qiymətləndirilməsinə, qabaqcıl təcrübənin və ehtiyatların üzə çıxarılmasına idarəetmə sisteminin mümkün inkişaf istiqamətlərinin öyrənilməsinə diqqət yetirilməlidir.
İdarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsinin üçüncü mərhələsində yenidən qurulmuş təşkilati quruluşun məqsədləri və funksiyaları müəyyənləşdirilir. Müəyyən olunan məqsəd nəticəyə istiqamətlənibsə, dəyişilə bilərsə, bir mənalıdırsa, digər məqsədlərlə fəliyyətin mühüm bölmələrini örtürsə, onda o səmərəli sayılmalıdır.
Təşkilati quruluşun məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi idarəetmə sisteminin əsasının təşkil etdiyinə görə bu zaman idarəetmə heyətinin təklifləri hökmən nəzərə alınmalıdır.
İdarəetmənin təşkilati quruluşunun layihələşdirilməsinin dördüncü mərhələsi kimi son nəticələrə görə funksiyaların mühümlüyünün qiymətləndirilməsidir.
Əlbəttə, təşkilati quruluşun yaradılmasının ierarxik prinsipi hər bir idarəetmə səviyyəsi üçün ona müvafiq yarımməqsəd və funksiyalar müəyyənləşdirilir. Bu o, deməkdir ki, yuxarı idarəetmə səviyyəsinin funksiyaları özündən aşağı səviyyənin funksiyalarından mühümdür. Lakin bəzən bütün idarəetmə səviyyələrinin funksiyalarını müqayisə etmək vacibdir. Bu yolla təkrarlanan funksiyalar müəyyənləşdirilir və aradan götürülür.
Beşinci mərhələdə idarəetmənin təşkilati quruluşunun variantları hazırlanır.Hər variant üzrə təşkilati quruluşun bölmə və səviyyələri idarəetmə heyətinin sayı,əmək tutumu, xərclər və idarəetmə funksiyalarının xarakteristikası işlənir. Variantlar kimi analoji idarəetmə sistemləri seçilə bilər.
Altıncı mərhələdə təklif olunan variantlardan idarəetmənin təşkilati quruluşunun optimal variantı seçilir.
İdarəetmənin təşkilti quruluşunun səmərəli variantı seçilərkən hər bir variantın qiymətləndirilməsi,müsbət və mənfi tərəflərinin öyrənilməsi həyata keçirilir.
Təşkilati quruluşun səmərəli variantının iqtisadi meyarı kimi istehsal-təsərrüfat fəaliyyətinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması əsasında mənfəətin artırılması götürülməlidir.
Qeyd etmək lazımdır ki, idarəetrmə sistemində aparılan müsbət dəyişikliklər, yəni idarəetmə xərclərinin azaldılması, istehsal bölmələrinin tərkibinin müəyyənləşdirilməsi, işdə təkrarçılığın azlaldılması,əsas gücün strateji məqsədlərə yönəldilməsi bu meyarın reallaşmasına xidmət edir.
Yeddinci mərhələdə təşkilati quruluş layihəsinin tətbiqi proqramı işlənib hazırlanır.Buraya idarəetmə sisteminin mövcud vəziyyətinin layihə vəziyyətinə keçirilməsi və proqramın mənimsənilməsi daxildir.
Nəhayət, sonuncu səkkizinci mərhələdə təşkilati quruluş layihəsinin dəqiqləşdirilməsi və tənzimlənməsi aparılır.
Qərb ölkələrinin təcrübəsi göstərir ki, müəssisənin böhranlı vəziyyətində idarəetmənin təşkilati quruluşunda dəyişiklikləri çevik surətdə aparmaq üçün ardıcıl olaraq aşağıdakı işləri aparmaq lazımdır:
1. Məqsədin müəyyənləşdirilməsi,
2. Müəssisənin təşkilatı potensialının strateji diaqnozunun qoyulması,
3. Müəyyənləşdirilən məqsədi reallaşdırmaq üçün dəyişikliklər konsepsiyasının hazırlanması,
4. İstənilən təşkilati quruluşun növünün müəyyənləşdirilməsi,
5. Təşkilati quruluşun təkmilləşdirilməsinin layihələndirmə metodunun seçilməsi.
6. Təşkilati quruluşun təkmilləşdirilməsi tədbirlərini işləmək üçün məsləhətçilərin cəlb olunmasının təşkili,
7. Təkmilləşdirmənin aparılmasında məsul mütəxəssislərin təyin olunması,
8. Əvvəlcədən müəyyən olunmuş məqsəd,strategiya və taktikanın məsləhətçilərin köməyi ilə dəqiqləşdirilməsi,
9. Layihənin hazırlanmasının maddi əmək və maliyyə resursları ilə təmin olunması,
10. Layihənin işlənilməsi və tətbiqinin hər mərhələsinin nəticələrinə nəzarət,
11. Qısa müddətdə layihənin tətbiqinin təmin olunması,
12. Yeniliklərə kömək məqsədi ilə kollektivdə informasiya və təbliğat işinin qurulması,
13. Müəssisənin ali və orta rəhbərliyində psixoloji mühitin öyrənilməsi,
14. Yeni şəraitdə əməkdaşların qəbul edəcəyi dəyərlərin və normaların müəyyənləşdirilməsi.
15. Funksional bacarığından başqa əməkdaşların hansı keyfiyyətlərə malik olmasının müəyyənləşdirilməsi,
16. Çatışmayan kadrların seçilməsinin,əməkdaşların təhsili və yenidən təhsilinin təmin olunması,
17. Uğurlu strateji fəaliyyətə görə stimullaşdırma,
18. Çevik idarəetmə və nəzarət sisteminin təşkili,
19. Gözlənilən gəlirin səmərəli istifadə istiqamətlərinin müəyyənləşdirilməsi.
Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından
- Teqlər:
- müflisləşmə
- , bankrot
- , risk-management
- , sanasiya
- , böhranlı idarəetmə
Müəssisə və təşkilatların idarə edilməsi
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisə və təşkilatlar mülkiyyət formalarının müxtəlifliyi ilə bir-birindən fərqlənirlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda mülkiyyətin 3 forması mövcuddur.
Bunlar aşağıdakılardır:
1. Dövlət mülkiyyəti;
2. Xüsusi(qeyri-dövlət) mülkiyyət;
3. Bələdiyyə mülkiyyyəti;
Dövlət mülkiyyəti bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əmlak paylarının bölünmək hüququ olmayan mülkiyyətçilərin yaratdığı təşkilatlar dövlət müəssisələri hesab olunur. Dövlət müəssiələrinin nizamnamə fondu dövlətə məxsusdur. Dövlət müəssisəsi bütün öhdəliklərinə öz əmlakı ilə cavabdehdir.
Dövlət müəssisələrinin aşağıdakı növləri vardır:
1. Əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr.
2. Səhmlərin nəzarət paketi dövlətə məxsus olan müəssisələr.
Dövlət müəssisələri təsisçilərin onlara verdiyi hüquqlardan asılı olaraq 2 cür təsnifləşdirilirlər:
1. Təsərrüfatçılığı aparmaq hüququ olan müəssisələr;
2. Operativ idarəetmə hüququ olan müəssisələr;
Təsərrüfatçılığı aparmaq hüququ operativ idarəetmə hüququndan daha genişdir. Təsərrüfatçılığın aparılması hüququna malik olan müəssisələr, mövcud qanunvericilik aktlarına, dövlət qərarlarına uyğun olaraq müstəqil formada fəaliyyət göstərirlər. Bu tip müəssisələr öz fəaliyyətini, perspektivlərini və startegiyasını müstəqil surətdə müəyyən edir, təsisçi və ya yuxarı təşkilat qarşısında hesabat verirlər.
Lakin operativ idarəetmə hüququna malik olan müəssisələr asılılıq dərəcəsinin çox olmasına görə fərqlənirlər. Bu tip müəssisələr yuxarı təşkilatların və ya təsisçilərin planları, göstərişləri, tapşırıqları, təlimatları əsasında fəaliyyət göstərirlər.
Dövlət müəssisələrinin timsalında büdcədən maliyyələşən və təssərüfat hesablı dövlət müəssisələri, səhmdar cəmiyyətlər, şirkətlər, konsernlər və s. fəaliyyət göstərə bilərlər.
Qeyri-dövlət müəssisələri qeyri-dövlət mülkiyyəti əsasında yaranır. Qeyri-dövlət müəssisələri bir və ya bir neçə şəxs tərəfindən təşkil oluna bilərlər. Yeni qeyri-dövlət müəssisələrinin yaranmasında fəaliyyətdə olan bir və ya bir neçə qeyri-dövlət müəssisələri də iştirak edə bilərlər.
Qeyri-dövlət müəssisələrinin mülkiyyəti xüsusi mülkiyyətdir və nizamnamə kapitalı dövlətə məxsus deyil. Qeyri-dövlət müəssisələri dövlət müəssisələrinə nisbətdə daha çox müstəqildirlər. Qeyri-dövlət müəssisələri fəaliyyətini özü planlaşdırır, daha müstəqil strategiya həyata keçirirlər. Lakin bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-dövlət müəssisələrinin fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir.
Təssərüfat hesablı dövlət müəssisələri və qeyri-dövlət müəssisələri vergi xidməti orqanlarına, Dövlət Sosial Müdafiə Fonduna, yerli statistika şöbələrinə hesabatlar təqdim edirlər. Büdcədən maliyyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli maliyyə orqanları qarşısında hesabat verirlər. Dövlət ölkənin sosial-iqtisadi inkişafının tələblərinə uyğun olaraq istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrinin fəaliyyətini tənzimləyir və nəzarət edir. Bu proseslər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Respublika Prokurorluğu, Məhkəmə Orqanları və s. bu kimi orqanlar tərəfindən həyata keçirilir.
Müəssisənin təşkili və idarə edilməsinin hüquqi basazı
Ölkədə kiçik biznesin inkişafı normativ-hüquqi və maliyyə şəraitinin yaradılması ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə əlaqədər əsas məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və onun əsas müddəalarını konkretləşdirən qanunvericilik aktlarında əks olunmuşdur. Son vaxtlar kiçik sahibkarlığın inkişafı sahəsindəki siyasət əhəmiyyətli dərəcədə dəyişilmişdir. Cəmiyyətin iqtisadi həyatının xüsusi sferası kimi kiçik sahibkarlığın təşəkkülü və inkişafı problemlərinin həllinə ayrı-ayrı, pərakəndə tədbirlər kompleks yanaşmalarla əvəz olunmuşdur.Azərbaycanda kiçik sahibkarlığa dövlət səviyyəsində nəzarət əsasən İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixlifərmanı ilə təsdiq edilmmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Haqqında Əsasnamə”yə uyğun həyata keçirir. əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Nazirliyin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:
– Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə təmin edir;
– Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf proqnozlarını işləyib hazırlayır;
– makroiqtisadi proqnozlaşdırılmasını həyata keçirir, dövlət büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;
– ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;
– Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;
– ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;
– ölkədə regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri aidiyyəti dövlət
orqanlarını cəlb etməklə hazırlayır və həyata keçirilməsini təmin edir;
– Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi,
qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə
işləyib hazırlayır və səlahiyyətləri daxilində həyata keçirir;
– Nazirliyin fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirir;
– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər
Nazirliyin mərkəzi aparatı və Nazirliyin tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələri və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və onun tabeliyində olan qurumlar vasitəsilə həyata keçirir.
Kiçik biznes subyektlərinin fəaliyyətinin hüquqi bazasını aşağıdakı qanunlar toplusu müəyyən edir:
- Azərbaycan Respubliksaının Konstitusiyası;
- Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu;
- Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasınını Qanunu;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
- Azərabaycan Respubliksaının Mülki Məcəlləsi;
- Səhmdar cəmiyyəti haqqında Azərbaycan Respubliksaının Qanunu;
- Milli Məcləsin normativ-hüquqi aktları və s.
- Təsisçinin ərizəsi,
- Müəssisənin nizamnaməsi,
- Müəssisənin yaradılması haqda qərar və ya təsis müqaviləsi,
- Qeydiyyat rösumunun ödənilməsi haqda sənəd.
- Iflas elan olunduqda,
- Qanunvericilikdə nəzərdə tutlmuş tələblərə riayət edilməməsinə görə müəssisənin fəliyyəti qadağan olunduqda və qərarla müəyyən edilmiş müddətdə həmin tələblərə riayət olunması təmin edilmədikdə və ya fəaliyyət növü dəyişdirildikdə,
- Müəssisə yaratmaq barəsində təsis aktları arbitraj məhkəməsinin qəraraı ilə qanunsuz sayıldıqda,
- Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan digər hallarda.
- Kiçik sahibkarlığın inkişafının və himayəsinin normativ-hüquqi bazasının formalaşdırılması;
- Maliyyə kredit və investisiya dəstəyi;
- Istehsalat və innovasiya dəstəyi. Yeni iş yerlərinin yaradılması;
- Kiçik sahibkarlığın inkişafı və dəstəyi infrastrukturunun formalaşdırılması;
- Informasiya təminatı;
- Elmi-metodik və kadr təminatı;
- Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik;
- Dövlət və ictimai himayədarlıq sisteminin yaradılması.
- Kiçik müəssisələrin müasir avadanlıq və texnikalarla silahlandırılması;
- Yerlərdə və regionlarda subpodrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması;
- Maşın və avadanlıqların lizinq sisteminin təşkili;
- Kiçik müəssisələrə yeni txnologiyaların, “nou-hau” verilməsinin təşkili;
- Kiçik sahibkarlığa himayədarlıq tədbirləri sistemində texniki məsləhətlər institutunun yaradılması;
- Sahibkarlıq fəaliyyəti üçün kadrların hazırlanması sistemində istehsal proseslərinin idarə olunmasının əsaslarının öyrənilməsi.
- Vergilərdən azad olunma və ya vergi dərəcələrinin aşağı salınması;
- Vergilərin ödənilməsində möhlət;
- Sürətli amortizasiyadan istifadə etmək imkanı.
- Kiçik və orta biznesə kömək agentliyi. Agentlik geniş aspektli xidmətlər, o cümlədən iqtisadi, maliyyə, vergi, investisiya, xarici iqtisadi əlaqələr, gömrük siyasəti məsələləri üzrə fəaliyyət göstərir.
- Texniki Park Assosiasiyası kiçik sahibkarlığa innovasiya fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, elmtutumlu yüksək texnoloji islahatların yaradılması və sair məsələlərdə yaxından kömək edir.
- Yahudov X.M. “Müəssisənin iqtisadiyyatı”. Bakı, Çıraq, 2005
- İsgəndərov R.Ə. “Müəssisənin maliyyəsi”. Bakı, 2007
- Qasımov F.H və.b. “Sahibkarlığın əsasları”. Bakı, MAA nəşriyyatı, 2008; Hüseynov T. “Müəssisənin iqtisadiyyatı”. Bakı, 2008
- Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və Beynəlxalq iqtisadi münasıbətlər.Bakı,1999
- Süleymanov N.M. İqtisadi tarix (dərs vəsaiti)-Bakı, Elm, 1999
Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasınını Qanunu Azərbaycan Respubliksaında sahibkarlıq fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin müəyyənləşdirir. Qanun 1992-ci il 15 dekabrda qəbul olunmuşdur, 4 bölmə və 17 maddədən ibarətdir. Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsiplərinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir. Qanunun 3-cü bülməsi(maddə 9-15) bütövlükdə sahibkarlığın dövlət tərəfindən tənzimlənməsinə həsr edilmişdir.
Maddə 10 – sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyatını onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanı həyata keçirir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu Azərbaycan respublikası üzrə onların mövcudluğu və fəaliyyəti haqqında məlumatların toplanması və sistemləşdirilməasindən ibarətdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınamsı üçün onlar notarial qaydada təsdiq edilmiş ərizələrində soyadını, adını, ata adını, anadan olduğu vaxtı və yeri, şəxsiyyətinin təsdiq edən sənəd haqqında məlumatları, yaşadığı yeri, ümumi şəkildə sahibkarlıq fəaliyyətinin növünü göstərməlidirlər. Sənədlər təqdim edildikdən sonra müvafiq dövlət orqanı 5 gün müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmaları haqda müvafiq sənəd verir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu zamanı dövlət rüsumu alınmır.
4-cü bölmədə isə sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi öz əksini tapmışdır.
Maddə 16 – sahibkarlıq fəaliyyətinin dayandırılması haqda qərarısahibkarın özü qəbul edə bilər.antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barədə təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.
Maddə 17 – sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə qərarı müliyyətçi(sahibkar) özü və ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu – qeyri-kommersiya ictimai təşkilatıdır. O, sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı üçün əlverişli olan hüquqi bazanın yaradılmasına yardım edir. Fond yeni başlayan biznesmenlər üçün məsləhət mərkəzinə malikdir, perspektiv investisiya layihələrinin hazırlanmasına yardım edir, biznesin bir sıra məsələləri üzrə tədris aparır, yeni başlayan biznesmenlərə kömək üçün ədəbiyyat nəşr edir.
KOSIA-SMEDA. Kiçik və orta sahibkarlığın inkişaf agentliyi (Small & Middle Enterrrises Develorment Agency) – Avropa İttifaqının TACIS proqramı çərçivəsində maliyyələşdirilən xeyriyyə cəmiyyətidir, onun məqsədi Azərbaycanda kiçik və orta biznesin inkişafına yardımdır. Agentlikdə mə`lumat almaq üçün sərfəli olan bir sıra qruplar vardır: mə`lumat qrupu (BBC), məsləhət qrupu, biznes-planların hazırlanması və tədris qrupu. Avropanın müxtəlif ölkələrindən olan yüksək səviyyəli ekspertlərlə görüşlər də mümkündür. Agentlik Azərbaycanda bizneslə məşğul olmağa maraqlı olan şirkətlərdən mə`lumat alır. Bundan əlavə, SMEDA bir sıra ölkələrdə biznes-direktoriyalara malikdir və bir çox Avropa dövlətlərindən poçt, elektron poçt və faks vasitəsilə mə`lumat ala bilir.
Məsləhət qrupları. Çox güman ki, Price Waterhouse, Ernst & Üoung, AYG Investment, Deloitte & Touche konsaltinqləri ilə danışıqlar əlavə mə`lumat gətirməyəcək. Buna görə dğnyada məşhur olan bu konsaltinq nəhənglərini günahlandırmaq lazım deyil. Onların hər biri Azərbaycanda öz dar sahələrində çalışırlar və müəyyən vaxta qədər həmin sahəni genişləndirməkdə maraqlı deyil. Çoxları dövlət sifarişlərini yerinə yetirir. Bununla belə, əgər sizə ixtisaslı işçilər lazımdırsa Price Waterhouse müraciət edə bilərsiniz. Burada pulunu üdəməklə sizə müvafiq işçilər seçə bilərlər.
Kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın bu sferasında məşğul olanların sosial müdafiəsi problemləri ilə əlaqədardır. Iri müəssisələrdən fərqli olaraq kiçik biznesin subyektlərinin əksəriyyətində, xüsusilə fəaliyyətə başladıqları ilk dövrlərdə lazımı maliyyə vəsaiti və xüsusi sosial infrastrukturu olmur, istehsal-texniki silahlanma səviyyəsi aşağı olur, əməyin mühafizəsi və texniki təhlükəsizliyi məsələsi həll edilmir. Dövlət proqramında kiçik müəssisələrin işçilərinin dövlət pensiya, sosial, tibbi sığorta sisteminin islahatı nəzərdə tutulur. Sahibkarların təhlükəsizliyini və kiçik müəssisələrdə işıəyənlərin sosial müdafiəsini möhkəmləndirmək üçün müvafiq qanunvericilik bazasının formalaşdırılması, kiçik sahibkarlıq obyektlərinin qorunun saxlanmasını təmin edən firma şəbəkəsinin genişləndirilməsi üzrə işi davam etdirmək lazımdır. Hazırkı vaxtda kiçik sahibkarlıq subyektlərinin maliyyə dəstəyi mexanizmi əsasən formalaşıb. Mövcud qanunvericiliyə uyğun olaraq kiçik müəssisələr müəyyən vergi güzəştlərindən isteifadə edirlər, onlar üçün sadələşdirilmiş vergi güzəşti tətbiq olunur. Kiçik müəssisələrin vergi qanunvericiliyində nəzərdə tutulan aşağıdakı güzəştlərdən istifadə etmək imkanı vardır:
Kiçik biznesin qurulmasında informasiya əsas amildir. Yetərincə dolğun informasiyanın olmaması kiçik biznes subyektlərinə bazarda lazımınca çıxış etməyə imkan vermir. Şirkətin mə`lumat tə’minatı dedikdə, şirkətin fəaliyyəti üçün zəruri olan mə`lumatın bütün mənbələrinin külliyyatı və onun alınması nəzərdə
4.Müəssisələrin quruluşu və onu müəyyən edən amillər.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, əsasən, müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi ilə həyata keçirilir. Müəssisədə – qarşıya qoyulmuş məqsədlərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənilməsinin texniki, iqtisadi, maliyyə və s. məsələləri həll edilir.Qeyd etmək lazımdır ki, müasir dövrün təsərrüfat praktikasında və iqtisadi ədəbiyyatda “firma” (italyan sözü olub «imza» mənasını verir) və “müəssisə” məfhumlarından geniş istifadə edilir və bəzən də onlar sinonim kimi qəbul olunurlar.
«Firma» ilə «müəssisə»nin sinonim kimi qəbul edilməsinin əsas səbəbi bir çox hallarda onun (firmanın) bir müəssisədən ibarət olmasıdır. Lakin firma – özündə eyni və ya müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir. Müəssisənin firma adı alması üçün onun vasitəçilərlə deyil, özünün birbaşa bazara çıxışı əsas şərtdir.
Firmalar istehsalla yanaşı digər başqa sahələrdə də – ticarət, nəqliyyat, bank, auditor və s. yaranır və müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
İstehsal müəssisələrinin birləşmə formalarına görə firmaların aşağıdakı növləri fəaliyyət göstərirlər.
1. Məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələri birləşdirməklə yaradılan və fəaliyyət göstərən firmalar (bir vaxtlar Bakı Kamvol və Zərif mahud kombinatlarının birləşdirilməsi əsasında «Şəfəq» firması fəaliyyət göstərmişdir).
2. Təkrar istehsalın müxtəlif mərhələlərinə mənsub müəssisələrin birliyi. Məsələn, dəmir filizi hasil və emal edən, çuqun, polad və prokat (yayma polad) istehsal edən metallurgiya firmaları.
3. Müxtəlif sahələrin müəssisələrini özündə birləşdirən firmalar. Buna misal olaraq telefon və teleqraf avadanlıqları, çörək-bulka məmulatları, tədris materialı istehsallarını, otellərin istismarını və sığorta xidmətini özündə birləşdirən ABŞ-ın məşhur konqlomerat (mexanki və ya qaydasız qarışıq) «İTT» firmasını göstərmək olar.
Firma müəyyən mülkiyyətə və hüquqi şəxs səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət olan, məhsulun istehsalı və satışını idarə edən təşkilati-tə-sərrüfat vahididir. Firma, müəssisədən fərqli olaraq bazarın ilkin həlqəsidir və bazarda qiymət siyasətini məhz o həyata keçirir, rəqabət mübarizəsini aparır, mənfəətin bölüşdürülməsində iştirak edir. Firmaya daxil olan müəssisələrin idarə olunması, onların inkişaf istiqamətləri onun (firmanın) idarəetmə orqanları tərəfindən həyata keçirilir.Müəssisə isə, əvvəllər qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının ilkin həlqəsi olub, müəyyən mülkiyyətə və kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal-təsərrüfat vahididir.
Müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin istehsal-texniki vəhdətliyi ya buraxılan məhsulların iqtisadi təyinatının ümumiliyi, ya da onların konstruktiv quruluşları və hazırlanması tex-nologiyalarının oxşarlığı ilə şərtlənir. Bu, birincisi, istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi bir prosesin tərkib hissəsi olmasına əsaslanır. İkincisi, həmin vəhdətlik əmək vasitələri və əmək predmetlərinin müəyyən sisteminə söykənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerci axınlarının kəmiyyət asılılığına və hər bir müəssisə tərkibində nisbətən sabit məkan bağlılığına malik olurlar. Üçüncüsü, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan köməkçi və xidmətedici bölmələrin mövcudluğuna və əlbəttə, müəssisənin müəyyən əraziyə malik ol-masına əsaslanır.Təşkilati vəhdətlik idarəetmənin, perspektiv, cari və operativ planların, uçot və hesabatın vahid sisteminin, vahid Nizamnamənin mövcudluğu ilə müəyyən olunur və bütün müəssisələr özlərinin ni-zamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda onların özləri tərəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilir.
İqtisadi vəhdətlik isə öz əksini müəssisənin qarşısında duran iqtisadi və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində tapır. İqtisadi vəhdətlik material-enerci resurslarının və maliyyə vəsaitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə planında) təsbit edilir.
Müəssisənin hüquqi şəxs səlahiyyətlərinə malik olması o deməkdir ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaşma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarə-lər, həmçinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər.
Müəssisə hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçılarının iradələri ilə üst-üstə düşməyən, müstəqil iradəyə və işti-rakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır.
Müəssisə onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır:
– təsisçilərin pul və maddi payları;
– məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər;
– qiymətli kağızların satışından əldə edilən gəlirlər;
– bank kreditləri və digər kreditlər;
– kapital qoyuluşu və büdcədən dotasiyalar;
– hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər;
– digər mənbələrdən daxil olan vəsaitlər.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məhdud miqdarda istehsal resurslarından istifadəyə dair qərarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik prinsipinə cavab verməli, müəssisənin fəaliyyətinə təsir göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlərə uyğun olmalıdır.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar qərarların qəbul edilməsində üç amilin nəzərə alınması zəruridir:
a) məqsədlər (məqsədlər sistemi);
b) alternativlər (seçim imkanları);
c) xarici mühitin şərtləri.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin qarşısında duran məqsədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edilən son nəticələri özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə – fikrin məhdud mənasında – müəssisənin yaradılmasının əsas məqsədi onun təsisçilərinin maddi maraqlarıdır, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu isə mənfəətin maksimumlaşdırılması ilə bağlı olduğundan, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılmasına yönəldilir. Elə buna görə də mənfəətin mak-simumlaşdırılması xüsusi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir».
Əsas məqsədlə əlaqədar müəssisələrin qarşısında konkret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər:
– ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək;
– buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaşdırmaq və onun rəqabətqabiliyyətini artırmaq, yeni növ məhsulların hazırlanmasını və mənimsənilməsini təmin etmək;
– əmək məhsulldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
– elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib hazırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək;
– istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqtisadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək;
– müəssisənin rentabelli işləməsinə, material-enerci, əmək və maliyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmətin) maya dəyərinin aşağı salınmasına nail olmaq;
– əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən olan məsələlərin həlli üçün tədbirlər işləyib hazırlamaq və bunları realizə etmək və s.
Alternativlər – qərar qəbul edən şəxsin qarşıya qoyulmuş məqsədləri reallaşdırmaq üçün sərbəst şəkildə seçə bildiyi, bir-birindən asılı olmayan tədbirlər variantlarını (problemin həlli variantlarını) əks etdirir. Müəssisənin seçim imkanlarını, əsasən, onun daxili mühiti müəyyən edir.
Müəssisənin daxili mühitini onun istehsal potensialı müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün müəssisənin sərəncamında olan resursların məcmu-sudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin onların müvafiq nisbətdə qarşılıqlı inteqrasiyası müəssisənin istehsal imkanını müəyyən edir.
Müəssisənin istehsal potensialının əsas màùiyyÿti yeni məhsulların yaradılması ilÿ müÿyyÿn îlunur, onun elementləri isə hazırlanan məhsulun tələblərinə məqsədəuyğun şəkildə uyğunlaşdırılma-lıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə yetirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan məhsulun parametrlərinə uyğun gəlsin və bununla müəyyən edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qarşısında qoyulan tələblərlə müəyyən edilir və onun səfərbərlik səviyyəsini xarakterizə edir. Müəssisənin daxili mühitini kadrlar, istehsal vasitələri, informasiya və maliyyə vəsaitləri təşkil edir. Müəssisədə informasiya öz tərkibinə görə kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. Kommersiya informasiyası məhsulun reallaşdırılması və istehsal xərclərinə aid olan mə-lumatları əks etdirirsə, texniki informasiya məhsulun xarakteristikası və onun istehsalı texnologiyası haqqında məlumatlar toplusudur. Operativ informasiyaya gəlincə isə, onun əsasında istehsal heyətinə tapşırıqlar verilir, onları iş yerləri üzrə bölüşdürür, istehsal prosesinin gedişinə nəzarət, uçot və tənzimləmə kimi funksiyaları həyata keçirirlər.
Müəssisə müəyyən xarici mühitdə fəaliyyət göstərir ki, bu mühit də onun işinin səmərəliliyinə və məqsədəuyğunluğuna bilavasitə təsir göstərir. Xarici mühitə məhsulun istehlakçıları, ekoloci du-rum, sosial vəziyyət, təchizatçılar, dövlət orqanları və müəssisənin yerləşdiyi ərazidə məskunlaşmış əhali aid edilir. Müəssisə özünün texniki-texnoloci və iqtisadi inkişafının ən vacib və strateci məq-sədlərini işləyib hazırlayarkən, bu məqsədlərin xarici mühit tərəfindən necə qəbul olunacağını əvvəlcədən müəyyən etməlidir; bu məsələdə xarici mühit amili mütləq nəzərə alınmalıdır.
Ədəbiyyat siyahısı:
Comments are closed, but trackbacks and pingbacks are open.