Müstəqillik haqqında” qanun layihəsi ilə bağlı ŞƏRH
mənbə: Bayramlar və tarixi günlər
müəllif: Əkbər Qocayev
18 oktyabr – Dövlət müstəqillik günü
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il. Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, “Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq
qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum bülleteninə bir söz yazılmışdı: “Siz “Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı”na tərəfdarsınızmı?” Səsvermə hüququ olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət
və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.
mənbə: Bayramlar və tarixi günlər
müəllif: Əkbər Qocayev
- Teqlər:
- tarixi günlər
“Müstəqillik haqqında” qanun layihəsi ilə bağlı ŞƏRH
“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa edib, həmin tarixdən 30 il keçir. Bu illər ərzində Azərbaycan güclənib, suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan artıq regionda yeni reallıqlar yaradan ölkəyə çevrilib”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov “Müstəqillik haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
Həmin layihəyə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.
Həmin günlər hər il bayram kimi qeyd ediləcək.
Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
V.İskəndərov bildirib ki, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin məzmun və mahiyyət etibarı ilə dəqiq ifadə edilməsinə ehtiyac var.
Onun sözlərinə görə, “Müstəqillik haqqında” qanun layihəsində ifadələrin dəyişdirilməsi əhəmiyyətlidir.
“Bu qanun layihəsi cənab Prezident tərəfindən Milli Məclisə daxil olub. Bu layihənin qəbul edilməsi, böyük, şərəfli yol keçmiş Azərbaycanın müstəqilliklə bağlı bayramlarının adlarında dəqiqləşdirmə məsələsi kimi meydana çıxıb. Onu da söyləmək lazımdır ki, bu qanun layihəsinin əsasında gələcəyə hesablanmış məsələlər var. Biz bu bayramları çox böyük şövqlə, qürurla qeyd edəcəyik”, – deyə V.İskəndərov fikrini yekunlaşdırıb.
Aqşin Kərimov
Xankəndi
“25 il əvvəl Azərbaycan Ali Soveti “Müstəqillik haqqında” dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi”.
AzVision.az -ın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu, müstəqillik uğrunda atılan ilk addım olmuşdu: “Sonradan Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan ulu öndər Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini çıxarıb, üçrəngli bayrağımızın qəbul edilməsinə nail olub. Bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Bundan əlavə, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanmasına dair referendum keçiriləndə Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bütün bunlar göstərir ki, Heydər Əliyev müstəqilliyimizin banisidir”.
“Təəssüf ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Müstəqilliyimizin ilk illəri itirilmiş imkanlar dövrü idi”-deyən dövlət başçısı bildirib ki, məhz həmin dövrdə Ermənistan torpaqlarımızın işğalına başlayıb: “Həmin dövrdə AXCP-Müsavat qruplaşması yarıtmaz fəaliyyəti ölkəmizi uçuruma apardı. Hakimiyyətdə olanlar yalnız öz mənafeləri üçün çalışdı. Ölkədə sabitlik pozuldu, vətəndaş müharibəsi başladı. Cəmi 1 il ərzində AXCP-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi acı olardı”.
Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanın inkişaf dövrü başlayıb: “Müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu var”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq informasiya təcridindən çıxıb, xarici siyasət prioritetləri müəyyən edilib, iqtisadi islahatlara başlanılıb: “Məhz həmin illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. 2003-cü il müstəqilliyimizin tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycanın bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi. Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa Azərbaycan yenə bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi.
2003-cü ildən iqtisadiyyat sahəsində inkişaf dövrümüzü yaşadıq, iqtisadiyyat 3 dəfə artdı. Yoxsulluq 5 faizə endi, işsizliklə güclü mübarizə aparıldı, regionların inkişafına start verildi. Bölgələrimiz canlandı, şəhərlərimiz abadlaşdı. Azərbaycan elektrik enerjisi və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Sosial məsələlər həll olundu, sosial infrastruktur layihələr icra olundu. Texnoloji inkişaf gücləndi. Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələri daha geniş miqyasa çıxdı”.
“25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”-deyən İlham Əliyev bildirib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur:
“Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: “Yaşasın müstəqil Azərbyacan Respublikası!”.
Comments are closed, but trackbacks and pingbacks are open.