18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur – Vüqar İskəndərov
30 il əvvəl baş verənlərə gəlincə, Vüqar İskəndərov bildirib ki, həmin vaxt hakimiyyətdə olanların gözləmə mövqeyi tutması da kimsənin yadından çıxmayıb: “Cənab Prezdentin bəyan etdiyi kimi, o zaman ilk olaraq Litva 11 mart 1991-ci ildə keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini elan etmişdi. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr. Lakin Azərbaycan yalnız 18 oktyabrda bunu etdi. Yəni, bu qədər gözləmə mövqeyinə görə haqq qazandırmaq mümkün deyildi. Digər tərəfdən, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikalar çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Yəni, bu sualların fonunda gənc nəslə həqiqəti çatdırmaq və Milli Məclisin etdiyi düzəlişlərin tarixi əhəmiyyət kəsb etdiyini bildirmək vacibdir”.
Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:
Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.
Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.
Maddə 3. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2021-ci il
18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur – Vüqar İskəndərov
Bu gün 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpasi Günüdür. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Milli Məclis “Müstəqillik Günü haqqında” qanunu qəbul edərək 18 Oktyabrı Dövlət Müstəqilliyinin Bərpasi Günü etdi. Bu düzəliş tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur.
Day.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, bu düzəlişlər tarixi baxımından da mühüm əhəmiyyət kəsb edir: “Çünki dövlət başçısının da oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəyan etdiyi kimi, bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır.
Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu”.
30 il əvvəl baş verənlərə gəlincə, Vüqar İskəndərov bildirib ki, həmin vaxt hakimiyyətdə olanların gözləmə mövqeyi tutması da kimsənin yadından çıxmayıb: “Cənab Prezdentin bəyan etdiyi kimi, o zaman ilk olaraq Litva 11 mart 1991-ci ildə keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini elan etmişdi. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr. Lakin Azərbaycan yalnız 18 oktyabrda bunu etdi. Yəni, bu qədər gözləmə mövqeyinə görə haqq qazandırmaq mümkün deyildi. Digər tərəfdən, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikalar çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Yəni, bu sualların fonunda gənc nəslə həqiqəti çatdırmaq və Milli Məclisin etdiyi düzəlişlərin tarixi əhəmiyyət kəsb etdiyini bildirmək vacibdir”.
Deputat onu da deyib ki, həmin vaxt Azərbaycanı idarə edənlərdən fərqli olaraq, Ulu öndər Heydər Əliyev respublikamızın gerçək müstəqilliyi uğrunda mübarizə aparırdı: “Məlum olduğu kimi, bu hadisədən bir il əvvəl, 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bunun tarixi videoları var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.
Qeyd etmək vacibdir ki, həmin vaxt respublikaya rəhbərlik edənlərin müti siyasət yürütməsinin əksinə olaraq Heydər Əliyev Naxçıvanda bu referendumun keçirilməsinə imkan vermədi. Yəni, bütün bunları bilmək və gənc nəslə çatdırmaq lazımdır ki, onlar bizim gerçək müstəqilliyimizə aparan yolların haradan keçdiyini bilsin. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.
Cəmiyyət
XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.
Qeyd: 2006-cı ildən bayram günü istirahət gününə düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Comments are closed, but trackbacks and pingbacks are open.