Müstəqilliyimiz haqqında
təcavüzü nəticəsində respublikamızın düşdüyü vəziyyət mütləq nəzərə
MüSTƏQİLLİYİMİZ
problemlər də çoxdur və şübhəsiz ki, onların həyat səviyyəsi də aşağıdır.
Bildiyiniz kimi, Azərbaycan Respublikası böyük iqtisadi potensiala malik
bir ölkədir. Burada qeyd olunduğu kimi, ölkəmizin zəngin mədəni irsi vardır.
Əgər müharibə, Ermənistanın təcavüzü olmasaydı, Azərbaycan insanın
inkişafı üçün lazım olan vəzifələrin əksəriyyətini qısa müddətdə yerinə
yetirməyə qadirdir. Ona görə də Azərbaycanda insan inkişafı haqqında
hesabatlar, məlumatlar – elə bu kitabın hazırlanması zamanı bu məsələlər
xüsusi yer tutmalıdır. Çünki Azərbaycan Respublikasında insan inkişafına aid
problemlərə qiymət verərkən, bu məsələləri dünya standartları ilə müqayisə
edərkən və gələcək haqqında mülahizələr söyləyərkən bunlar nəzərə
alınmasa, şübhəsiz ki, gələcək üçün hazırlanan proqram o qədər də əsaslı ola
Mən təqdim olunan bu kitabı yüksək dəyərləndirirəm, beynəlxalq
təşkilatın Azərbaycan üçün hazırladığı ilk hesabat olduğuna görə onu xüsusi
qiymətləndirirəm. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu kitabda geniş şəkildə öz
əksini tapmayıb, bu hərbi təcavüz ilə əlaqədar respublikamızda sosial-iqtisadi
yəziyyətin ağırlaşması, adamların yaşayışının kəskinləşməsi, insan inkişafına
dair problemlərin həllinin çətinləşməsi məsələsi bu kitabda lazımi qədər
Bu kitab ilk addım olduğuna görə, şübhəsiz ki, çatışmazlıqları bağışlamaq
olar. Ancaq arzu edirəm ki, Azərbaycana məxsus olan bu amil gələcək
tədqiqatlarda, sənədlərdə mütləq və mütləq öz əksini tapsın. O, BMT-nin
bütün sənədlərinə, xüsusən də Azərbaycanın sosial-iqtisadi vəziyyətinə, insan
inkişafına aid olan sənədlərində mütləq göstərilməlidir. Əgər bunlar əks
olunmasa həqiqi mənzərə müəyyənləşdirilə bilməz və
______________________________________________
Azərbaycan Respublikasının düşdüyü vəziyyətlə əlaqədar olan münasibət də
şübhəsiz ki, mükəmməl ola bilməz.
Mənə belə gəlir ki, kitabda göstərilən bəzi statistik məlumatların da dövlət
statistika orqanlarının məlumatları ilə uyğunlaşdırılması onu daha da
Dünya təcrübəsində bəzi şeyləri qiymətləndirərkən adətən müqayisədən
Azərbaycanın vəziyyətini dəyərləndirmək və onun barəsində lazımi
nəticələr çıxarmaq üçün başqa bir ölkə ilə müqayisə aparılarkən Ermənistanın
təcavüzü nəticəsində respublikamızın düşdüyü vəziyyət mütləq nəzərə
alınmalıdır. Mən bu tövsiyələri nəinki bu kitabı hazırlayanlara, eləcə də bütün
digər tədqiqatçılara verirəm. Bu məsələlərdə kimin tərəfindən olursa-olsun
subyektivliyə yol vermək olmaz. Bununla yanaşı, bir daha qeyd etmək
istəyirəm ki, indi təqdim olunan kitab Azərbaycan Respublikasının həyatında
BMT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini mən yüksək
qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu nüfuzlu
beynəlxalq təşkilatın, habelə iri maliyyə təsisatlarının, digər beynəxalq
qurumların respublikamıza yardımı bundan sonra da artacaqdır.
Mayın 29-da Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Paris
şəhərində keçirilən toplantıda Azərbaycan haqqında qəbul olunmuş qərarlar
da vaxtında yerinə yetiriləcəkdir. Bunların hamısı respublikamızın ağır
vəziyyətdən çıxmasına kömək edəcəkdir.
Mən Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışdım. Eyni
zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, atəşkəs haqqında
əldə olunmuş razılığa on üç aydır əməl edilir. İndi biz atəşkəs rejimi
şəraitində yaşayırıq. Ağır müharibə
vətəndaşlarımızın on üç aydan bəri davam edən atəşkəs rejimində yaşaması
mənə belə gəlir ki, təqdirəlayiqdir. Bu dövrdən müharibəyə son qoymaq üçün
istifadə olunmalıdır. Biz buna çalışırıq. Bu dövrdə Böyük Sülh Sazişi əldə
edilməlidir. Biz məhz bu istiqamətdə fəaliyyət göstəririk. Mən bir daha bəyan
edirəm ki, biz atəşkəs rejiminin saxlanılmasına həmişə sadiq olacağıq. Eyni
zamanda ATƏT-in Minsk konfransı çərçivəsində sülh danışıqlarının sürətlə
Bu gün – iyunun 15-də Helsinki şəhərində Minsk qrupunun növbətı
iclası, Ermənistan – Azərbaycan hərbi münaqişəsinin
______________________________________________
sülh yolu ilə aradan qaldırılması üçün danışıqlar başlanıbdır. Biz həmin
danışıqlara öz nümayəndəmizi əməli prinsiplər əsasında hərəkət etmək
tapşırığı ilə göndərmişik, sülh danışıqlarında müəyyən irəliləyişə nail
olunmasına çalışırıq və bundan sonra da çalışacağıq.
Yenə də qeyd edirəm, ola bilsin ki, 1995-ci il bizim üçün tarixi il olsun.
Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bu il Böyük Sülh Sazişi əldə
edilsin, müharibəyə son qoyulsun, respublikamızın ilk demokratik parlamenti
seçilsin və yeni Konstitusiyası qəbul edilsin, iqtisadi islahatlar aparılsın və
özəlləşdirmə proqraının həyata keçirilməsinə başlansın, ölkəmizin bütün
dünya dövlətləri ilə, beynəxalq təşkilatlarla əlaqələri daha da sıx olsun və
inkişaf etdirilsin. Bunlar yalnız arzular deyil, Azərbaycanın qarşısında duran
vəzifələrdir. Mən sizi əmin etmək istəyirəm ki, bu vəzifələrin həyata
keçirilməsi üçün biz əlimizdən gələni əsirgəməyəcəyik.
Hazırlanmış bu kitabın təqdimatı münasibətilə sizin hamınızı bir daha
təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatına öz yüksək fəaliyyətində uğurlar
arzulayıram və onun Azərbaycandakı nümayəndəliyinə müvəffəqiyyətlər
diləyirəm. Sağ olun!
Müstəqilliyimiz haqqında
SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan xalqının həyatında əlamətdar tarixi hadisənin — Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. 1991-ci il oktyabrın 18-də «Azərbaycanın dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü — müstəqil inkişaf dövrü başlandı. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə və nəticə etibarilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxartdı. Bunun ardınca yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu. Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq Türkiyə, Rumıniya və Pakistan tərəfindən tanınmışdır.15 oktyabr 1994-cü il tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən 18 oktyabr Dövlət müstəqilliyi gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında Fərman imzalanmışdır.
Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı. Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulurdu. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, bir qarışıqlıq, «dövlət reketi» hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxardı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımlar atılmasından ibarət idi. Milli ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunması haqqında qanun qəbul edilib. Dəyişikliklərin nəzərdə tutulduğu “Müstəqillik Günü haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə daxil edilmiş, 12 oktyabr 2021-ci ildə Milli Məclis tərəfindən bu qanun layihəsi təsdiq olunmuşdur.
Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil, güclü və qüdrətli Azərbaycan Respublikası bu gün dünyada və reginumuzda söz sahibi olan dövlətdir. Diplomatik sülh danışıqlarından hər vəchlə yayınan düşmənə və onun havadarlarına öz hərbi gücümüzü Vətən müharibəsində bir daha subut etdik. Müzəffər Ali Baş Komandanın “dəmir yumruğu” ilə Rəşadətli Ordumuz 44 gün ərzində xain və təcavüzkar düşməni diz çökdürdü. Azərbaycan xalqının qorxmazlığı və qəhrəmanlığı cahana bəyan etdi ki, biz öz tarixi torpaqlarımız olan Qarabağa, Zəngəzura Zəfərlə qalib xalq kimi qayıtmağa qadirik. Bu şanlı Zəfəri bizlərə yaşadan Müzəffər Ali Baş Komandana, Rəşadətli Ordumuza və Qalib xalqımıza dərin-dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. Qazilərimizə Uca Tanrıdan can sağlığı diləyirik. Dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyimiz haqqında belə demişdir:“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.
Müstəqilliyin mübarək Azərbaycan!
Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri
Müstəqilliyimiz əbədidir
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 1991-ci ildə Sovet İttifaqının süqutu nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi. Xalqımız XX əsrdə ikinci dəfə istiqlala, milli dövlətçiliyə qovuşdu.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Konstitusiya Aktında qeyd olunurdu ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Azərbaycanın müstəqilliyini bərpa etməsi keçmiş SSRİ məkanında və ondan kənarda cərəyan edən böyük tarixi proseslərin nəticəsi olsa da, xalqımızın müstəqillik yolu heç də rəvan olmadı, ilk günlərdən böyük çətinliklərdən keçdi. Bu mübarizə yolunda böyük öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanan siyasi proseslər müstəqillik tariximizin mühüm səhifəsini təşkil edir. 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana gələn böyük dövlət xadimi Heydər Əliyev həmin ilin sentyabrında Naxçıvan Ali Məclisinin deputatı seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən ilk iclasında müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul olundu. Xalqımızın müstəqillik mübarizəsi 11 ay sonra Azərbaycan parlamentində Konstitusiya Aktının qəbulu ilə məntiqi nəticəyə çatdı. Dövlət müstəqilliyinin elan olunması Azərbaycanda milli dövlətçiliyin bünövrəsinin qoyulması demək idi. “1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı cox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapmışdır”, – deyə ulu öndər Konstitusiya Aktının əhəmiyyətini yüksək qiymətləndirmişdi.
Konstitusiya Aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Siyasi hakimiyyət xalqa məxsusdur. Azərbaycanın dövlət müstəqilliyini ilkin olaraq Türkiyə (9 noyabr 1991), sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991) və başqa dövlətlər tanıdı.
1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu.
Müstəqilliyin əldə edilməsi xalqımız üçün nə qədər böyük tarixi nailiyyət idisə, onun qorunub-saxlanılması bir o qədər mühüm idi. Milli dövlətçiliyimizin qorunub-möhkəmləndirilməsi, Azərbaycan dövlətinin qazandığı uğurlar ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Milli liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlər, həyata keçirilən məqsədyönlü siyasət əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.
Günel Babayeva,
Səbail rayon MKS-in Mərkəzi Kitabxanasının kitabxanaçısı
Comments are closed, but trackbacks and pingbacks are open.