Musyibov azərbaycanın cografiyası
YETİM SEGAH – Azərbaycan şifahi ənənəli professional musiqisində muğam idi. “Segah” muğamının bir variantıdır. Xaric segah kökündə ifa olunur. Adətən, dinləyicidə kədərli əhval-ruhiyyə oyada biləcək üslubda ifa olunan muğamı belə adlandırırdılar.
Musyibov azərbaycanın cografiyası
Issuu Features
- Issuu Features – Fullscreen Sharing
- Issuu Features – Visual Stories
- Issuu Features – Articles
- Issuu Features – Embed
- Issuu Features – Statistics
- Issuu Features – SEO
- Issuu Features – InDesign Integration
- Issuu Features – Cloud Storage Integration
- Issuu Features – GIFs
- Issuu Features – AMP Ready
- Issuu Features – Add Links
- Issuu Features – Teams
- Issuu Features – Video
- Issuu Features – Web-ready Fonts
- Solutions – Designers
- Solutions – Content Marketers
- Solutions – Social Media Managers
- Solutions – Publishers
- Solutions – PR / Corporate Communication
- Solutions – Students & Teachers
- Solutions – Salespeople
- Solutions – Use Cases
Industries
- Industries – Publishing
- Industries – Real Estate
- Industries – Sports
- Industries – Travel
Products & Resources
- Products & Resources – Plans
- Products & Resources – Partnerships
- Products & Resources – Developers
- Products & Resources – Digital Sales
- Products & Resources – Elite Program
- Products & Resources – Publisher Directory
- Products & Resources – Redeem Code
- Products & Resources – Support
Explore Issuu Content
-
- Explore – Arts & Entertainment
- Explore – Business
- Explore – Education
- Explore – Family & Parenting
- Explore – Food & Drink
- Explore – Health & Fitness
- Explore – Hobbies
- Explore – Home & Garden
- Explore – Pets
- Explore – Religion & Spirituality
- Explore – Science
- Explore – Society
- Explore – Sports
- Explore – Style & Fashion
- Explore – Technology & Computing
- Explore – Travel
- Explore – Vehicles
Azərbaycanın qısa coğrafiyası
Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə. təqr.120), Strabon (e.ə. 64/63 – eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 – təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.
Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 – təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu – XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII – VIII əsrlər) “Alban tarixi” əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir.
Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş “Şərqi Zaqafqaziya və Xəzər dənizi” xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır.
Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır. Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25′ – 41°55′, şimal enliklər və 44°50′ – 50°51′ şərq uzunluqları arasında yerləşir. Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycanın coğrafi mövqeyi
Relyefi
Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması – düzənliklər və dağlar üstünlük təşkil edir. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.
Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür. Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə – Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə – Qusar maili düzənliyi. Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.
Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri – Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.
Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.
Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.
Azərbaycanın iqlimi
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir.
Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır. Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.
Azərbaycanın daxili suları
Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür(Ətraflı Azərbaycanın daxili suları). Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür. Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları – Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.
Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.
Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar. Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.
Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.
Bitki örtüyü
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır. Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir.
Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir. Azərbaycanın florası
Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir. Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.
Meşələr əsas üç ağac növlərindən – fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir. Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.
Azərbaycanda heyvanlar aləmi
Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən – İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.
Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub. Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən – bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan – müxtəlif növ qurbağalara, quşlardan – qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir. Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır. Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.
Azərbaycanın faydalı qazıntıları
Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir. Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur. Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır.
Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir. Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
Xəzər dənizi
Dünyanın ən iri qapalı su hövzəsi – Xəzər dənizi Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.
Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır. Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17′ şimal enliyi və 36°33′ cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km 2 , sularının həcmi isə 78648 km 3 -dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir.
Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir. Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.
Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur. Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır. Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir – 42 növ; xulkimilər – 31, siyənəkkimilər – 17, qızıl balıqkimilər – 2, nərəkimilər – 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.
Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın “Qırmızı kitabı”na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.
- Teqlər:
- Coğrafiya
- , Azərbaycan coğrafiyası
- , Azərbaycan
Muğamlar
MUĞAM – Şərq xalqlarına mənsub milli musiqi formasıdır. Şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”.
Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri kitabında muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirir: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” – şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Hümayun”- dərin kədər hissi oyadır.
Muğamı tarzən (tar), kamançaçı (kamança), xanəndədən (dəf) ibarət trio (üçlük) ifa edir.
Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə “instrumental muğamlar” deyilir.
Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir.
Fikrət Əmirov 1948-ci ildə “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və drijor Niyazinin “Rast” (1949) simfonik muğamı da bu janrda yaradılmış əsərdir.MUĞAM USTALARI – Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova XX əsrin əvvəllərində yaşamış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adlarını qeyd etmək vacibdir.SİMFONİK MUĞAM – Bu janr 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan, tədrici ardıcıllıqla yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur.
Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət etmişlər. Niyazi “Rast”, S. Ələsgərov “Bayatı-Şiraz”, F. Əmirov “Gülüstan Bayatı-Şiraz”, T. Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.ZƏRBİ MUĞAM – Azərbaycan şifahi ənənəli professional musiqisində vokal-instrumental janrdır. Zərbi muğamların yaranması, təşəkkülü və inkişafı xanəndə və sazəndə ansambllarının ifaçılığı ilə bağlıdur. Zərbi muğamların mətnində klassik şairlərin qəzəllərindən, həmçinin bayatı və qoşmalardan istifadə olunur. Azərbaycan muğam ifaçılığı təcrübəsində geniş yayılmış zərbi muğamlar: “Heyratı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”, “Maani”, “Ovşarı” (“Əfşarı”), “Arazbarı”, “Heydəri”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” və s.
“RAST”
“Rast”ı bütün muğamların anası hesab edirlər. O, çox qədim tarixə malikdir. Klassik Şərq musiqisinin 12 əsas muğamından indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam “Rast”dır. “Rast” muğamı bir neçə şöbə və guşələrdən ibarətdir. Onlardan ən əsasları “Mayeyi-Rast”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Əraq” və “”Pəncgah” şöbələridir.“ŞUR”
“Rast” və “Çahargah” muğamları kimi bu muğamın da həcmi böyükdür. Şöbələrinin sayı çoxdur. “Şur” dəstgahı tərkibinə daxil olan hissələrdən “Mayeyi-Şur”, “Şur-Şahnaz”, “Bayatı-Qacar”, “Şikəsteyi-Fars”, “Simayi-Şəms”, “Hicaz”, “Sarənc” şöbələri daha dərin məzmuna və bitkin quruluşa, formaya malikdirlər.“SEGAH”
Azərbaycanda çox yayılmış və dərin milli xüsusiyyətlər kəsb etmiş əsas muğamlardan biri də “Segah”dır. Xanəndə və çalğıçılar “Segah” muğamını bir sıra variantlarda ifa edirlər: “Orta Segah” (və ya “Zabul Segah”), “Mirzə Hüseyn segahı”. Onlar adlarının müxtəlifliyi və tonika əsasına görə bir-birindən fərqlənsələr də, eyni lad (məqam) əsasındadırlar.
“Segah” dörd şöbədən ibarətdir: “Mayeyi- Segah”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”.“ŞÜŞTƏR”
“Şüştər” həcmcə ən kiçik muğamdır. Əsasən “Mayeyi-Şüştər” və “Tərkib” şöbələrindən ibarətdir. Başqa muğamlar kimi “Şüştər” də dəstgah formasında ifa olunarkən “Bərdaşt” deyilən müqəddimə ilə başlayır, bir sıra rəng və təsniflər hesabına həcmini genişləndirir. Hal-hazırda “Şüştər” muğamı daha çox instrumental variantda, xüsusən kamançada səslənir.“ÇAHARGAH”
Klassik sənət incisi kimi tanınan və sevilən “Çahargah” muğamı özünün çox fəal mübarizə ruhu ilə fərqlənir. “Çahargah” muğamının musiqisi təzadlı intonasiyalarla çox zəngindir. “Mayeyi-Çahargah” şöbəsində bədii obraz daha geniş miqyasda və intensiv halda inkişaf etdirilib təsdiqlənir. “Çahargah” muğamında mayə şöbəsinin həlledici rolunu və əhəmiyyətini sübut edən başlıca amillərdən biri budur ki, həmin şöbə “Hasar” və “Mənsuriyyə” adlı şöbələrdə də öz inkişafını davam etdirir və daha dramatik; daha mübariz xarakter alır. Bu, bir də onunla əlaqədardır ki, “Mayeyi- Çahargah” fəal, intensiv inkişaf üçün çox yararlı olan “narahat” intonasiyalara malikdir.“BAYATI-ŞİRAZ”
Dinləyiciyə öz dərin təsir qüvvəsinə görə “Bayatı-Şiraz” da məşhur muğamlardan geri qalmır. Onun “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-Fəraz”, “Bayatı-İsfahan”, “Xavəran”, “Hüzzal” şöbə və guşələri vardır.
“Bayatı-Şiraz” muğamında ən böyük və əhatəli şöbələrdən biri “Mayeyi-Bayatı-Şiraz”, digəri isə “Bayatı-İsfahandır”.“HÜMAYUN”
“Hümayun” muğamı Yaxın Şərq xalqlarının musiqisində də geniş yayılmışdır. “Hümayun” muğamının əsas hissələri “Mayeyi-Hümayun”, “Şüştər” və “Tərkib” şöbələridir.
İnstrumental variantda “Mayeyi-Hümayun”a daha çox diqqət yetirilir, bu şöbənin bütün səciyyəvi cəhətləri diqqətə çatdırılır.ARAZBARI – Zərbi muğamlardan biridir. Şur məqamına əsaslanır. Poetik mətni xalq bayatılarından ibarətdir. Hər bəndin sonunda “ay zalım” sözləri təkrarlanır. Aşıq havası kimi ustad aşıqların yaradıcılıq irsinə daxildir.
BAYATI – ƏCƏM – muğam şöbəsi. “Bayatı- kürd” kiçik həcmli muğamının tərkibinə daxil olan ikinci əsas şöbə (əcəm – ərəb olmayan adama deyilir, “əcəmin bayatısı” mənasını verir).
BAYATI – İSFAHAN – muğam şöbəsi. “Bayatı-Şiraz” muğam dəstgahının əsas şöbələrindən biri.
BAYATI – KÜRD – kiçik həcmli muğam. “Şur” muğam ailəsinə daxildir. Tərkibi üç şöbədən ibarətdir: a) “Bayatı-Kürd”; b) “Bayatı-Əcəm”; c) “Bayatı-Kürdə ayaq”.
BAYATI – QACAR – Muğam dəstgahı. Məcmusu “Bərdaşt”, “Mayə”, “Hüseyni”, “Şikəstə”, “Zil Bayatı-Qacar”, “Zəmin-xarə”, “Dügah”, “Mavərənnəhr”, “Şah Xətai”, “Ruhül-ərvah” kimi şöbələrdən ibarətdir.
BAYATI – RACE – “Şur” muğam ailəsinə daxil olan “Əfşari” muğamının guşələrindən biri.
BAYATI – TÜRK – muğam şöbəsi. “Şur” muğamının tərkibinə daxil olunaraq, rast məqamına keçid əmələ gətirir.
BƏXTİYARİ – “Humayun” dəstgahındakı ilk guşələrdən biri.
BƏRDAŞT – müqəddimə xarakterli muğam şöbəsi, dəstgahın giriş hissəsi. “mayə” şöbəsindən əvvəl ifa olunur. Və bu şöbəyə hazırlıq funksiyası daşıyır. Hər bir muğam dəstgah mütləq olaraq “Bərdaşt”la başlayır.
BƏSTƏ – NİGAR – muğam şöbəsi. “Çahargah” dəstgahının əsas şöbələrindən biri.
BİDAD – (hərfi mənada haqsızlıqdan şikayət) “Humayun” dəstgahının beşinci pillədə ifa olunan həzin və kədərli əhval-ruhiyyəli guşə.
CƏMƏDARAN – Şərq musiqisində: “Hümayun” dəstgahında “Bəxtiyari” şöbəsindən əvvəl oxunan guşə; “Bayatı-isfahan” dəstgahının ilk muğam şöbələrindən biri.
CİDAYİ – muğam şöbəsi. “Şur” muğam ailəsindən olan kiçik həcmli “Dəşti” muğamının ikinci (zil) şöbəsi (farsca “cidayi” – “mizraq”, “süngü” deməkdir). Həyəcanlı əhval-ruhiyyə daşıyır.
DƏŞTİ – (ərəb: dəşt – çöl, səhra) – kiçik həcmli muğam. “Şur” muöam ailəsinə daxildir.DİLKƏŞ – muğam şöbəsi. “Şahnaz” kiçik həcmli muğamının ikinci şöbəsi. “Şahnaz” ilə “Şədd-şahnaz” arasında ifa olunur.
DÜGAH – muğam. “Rast” muğam ailəsinə daxil olan muğamlardan biridir. Mi bemol rast-məqam tonallığında ifa olunur. Əsas şöbələri “Bərdaşt”, “Mayeyi Dügah” , “Güşeyi-Bayatı-Qacar”, “Ruhül-Ərvah”, “Mavərənnəhr”, “Hüseyni”, “Şikəsteyi-fars”, “Dilruba”, “Əraq”, “Zəngi-Şütür”, “Rak” və “Dügah”.
ƏBU- ƏTA – “Şur” ailəsinə mənsub kiçik həcmli muğamlardan biri. Tərkibinə “Hicaz”, “Çahar-bağ”, “Səyyahi”, “Səlmi” (“Səlmək”), kimi şöbələr daxildir.
ƏBÜLÇƏP – muğam şöbəsi. “Bayatı-Şiraz” muğamında “Bayatı-İsfahan” dan sonra ifa olunan kiçik şöbə.
ƏMİRİ – muğam şöbəsi. “Şüştər” və “Rahab” muğamlarının əvvəlində ifa olunur.
HACI YUNİ – muğam şöbəsi. Ə. Bədəlbəylinin məlumatına əsasən, XIX əsr Azərb. Musiqisində “Rəvahi” dəstgahında “Bayatı-Şiraz” ilə “Sarənc” arasında; “Nəva” dəstgahnda “Şahnaz” ilə “Bayatı-kürd” arasında ifa olunmuşdur.
HƏZİN – muğam şöbəsi. “Şur”, “Çahargah”, “Nəva” dəstgahlarında istifadə olunur.
HÜSEYNİ (ərəbcə gözəl) – Orta əsrlərdə Şərq xalqlarının klassik musiqisində 12 əsas muğamdan biri. Müasir muğam ifaçılığı təcrübəsində muğam guşəsi. “Rast” və “”Mahur Hindi” muğam dəstgahlarında “Üşşaq” guşəsi ilə “Vilayəti” şöbəsi arasında ifa olunur.
XARƏZMİ – muğam şöbələrindən biri.
XARİC SEGAH – “Segah” muğam ailəsinə daxil olan dəstghlardan biri; “Segah” muğamının bir variantı olub, “Orta segah”dan kvarta aşağı, “si” mayəli segah məqamında qurulur.
XAVƏRAN – muğam şöbəsi. “Rast” dəstgahında “Xocəstə” ilə “Əraq” Şöbələri arasında; “Bayatı-Şiraz” dəstgahında “Bayatı-İsfahan” ilə “Üzzal” şöbələri arasında ifa olunur.
KEREŞMƏ (fars: göz vurmaq, nazlanmaq)- “Mahur” və “Çahargah” dəstgahlarının başlanğıcında ifa olunan bir guşə.
KƏSMƏ ŞİKƏSTƏ – Azərbaycan zərbi muğamı. “Kəsmə Şikəstəyə” bəzən “Bakı Şikəstəsi” də deyirlər. Poetik mətni xalq bayatılarından ibarətdir. Bu zərbi muğam qadın xanəndələrin yaradıcılığında xüsusi yer tutur.
KÜRDİ – muğam guşəsi. “Bayatı – kürd” muğamı kökündə olduğuna görə “kürdi” adlandırılmışdır.
KÜRD-OVŞARI – “Şur” dəstgahı kökündə zərbi muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda “Ovşarı” zərbi muğamı ilə yanaşı “Maani” (“Osmanı”) zərbi muğamından da geniş istifadə olunmuşdur.
KÜRD-ŞAHNAZ – “Şur” kökündə olan muğam.
QAFQAZ HÜMAYUNU – XX əsrin əvvəllərində Azərbaycan musiqi təcrübəsində mövcud olmuş “Hümayun” muğamının bir növü.
QARABAĞ ŞİKƏSTƏSİ – Azərbaycan şifahi ənənəli musiqisində zərbi muğam. Segah məqamına əsaslanır. Ölçüsü 2/4-dir. Poetik mətni xalq bayatılarından ibarətdir.
QATAR – kiçik həcmli muğam. “Rast” muğam ailəsinə daxildir. Tərkibi üç şöbədən ibarətdir. ”Zil Qatar”, “Mayeyi Qatar”, “Zil Qatar”. Do mayəli rast məqam tonallığında oxunur.
QATAR-BAYATI – kiçik həcmli muğam. “Qatar” muğamı ilə “Çoban bayatısı”nın intonasiyalarının birləşməsindən əmələ gəlmişdir. Bu muğam “Qatar”dan fərqli olaraq, “Çoban bayatısı” kadensiyaları ilə tamamlanır.
QƏMƏNGİZ – “Dəşti” muğamı daxilində olan bir guşə.
QƏRAİ – “Rast” muğam dəstgahında “Əraq” və “Pəncgah”dan sonra gələn şöbə. Muğamın zilindən bəminə doğru enmək “Qərai” şöbəsinə xasdır.
QƏRRƏ – Qədim Şərq musiqisində muğam guşəsi.
MAANİ – “Şur” muğam ailəsinə aid zərbi muğam. Muğam ifaçılığı təcrübəsində bu zərbi muğamı “Osmanlı” da adlandırırlar. “maani” xalq şeeri mətnlərinə oxunur. Burada qəhrəmanın hiss və həyəcanları, sevgilisinə müraciəti, vüsal arzusu və iztirabı əks olunur. Musiqi mətni marşvari ritmdə olub. Təmkinli xarakter daşıyır.
MAHUR-HİNDİ – muğam dəstgahı. “Rast” muğam ailəsinə daxildir. “Rast” dəstgahından kvarta yuxarı qurularaq, onun variantını təşkil edir. Məqam tonallığına görə də mayəli rasta əsaslanır. Məcmusu: “Bərdaşt”, “Mayeyi-Mahur”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərai” şöbə və guşələrindən ibarətdir.
MANƏNDƏ-HASAR – “Zabul Segah” muğamında “Bərdaşt” şöbəsindən sonra oxunan guşə.
MANƏNDƏ-MÜXALİF – muğam şöbəsidir. “Zabul Segah” muğamında “Muyə” və “Segah” arasında yerləşən şöbə.
MƏNSURİYYƏ – 1. Çahargah muğamında “Müxalif”dən sonra zildə oxunan şöbə, muğamın kulminasiyası. 2. Çahargah kökündə olan zərbi muğam.
MƏSİHİ – muğam şöbəsi. “Rahab” muğamında “Dilrüba”dan, “Rast” dəstgahında “Vilayəti”dən sonra ifa olunan şöbə.
MİRZƏ HÜSEYN SEGAHI – “Segah” muğam ailəsinə daxil olan dəstgah. İlk dəfə mirzə Hüseyn adlı Azərbaycan xanəndəsi (XVIII əsr) tərəfindən ifa olunduğundan onun adı ilə adlandırılmışdır.
MUYƏ – muğam guşəsi. Bir sıra muğam dəstgahlarında istifadə olunur.
MÜXALİF – muğam şöbəsi. “Çahargah” muğamında ifa olunur.
MÜBƏRRİQƏ – Muğam şöbəsi. Segah məqamına əsaslanır.
MEHƏYYƏR – “Mahur” dəstgahında “Əraq” şöbəsindən sonra ifa olunan parça
MÜXALİF – “Çahargah” dəstgahında “Hasar” ilə “Məğlub” arasında şöbə.
NAHƏVƏND – muğam guşəsi. Şərq musiqisində “Segah” dəstgahında “Guşeyi- mədain”dən sonra ifa olunan şöbə.
NƏHİB – 1. Şur dəstgahında Hüseyni ilə Əraq şöbələri arasında ifa olunan vokal-instrumental epizod 2. Rast dəstgahında Mübərriqə ilə Mühəyyər şöbələri arasındakı vokal instrumental parça
RAHAB – Kiçik həcmli muğam. Qədim mtarixə malikdir. “Şur” muğam ailəsinə daxildir. Tərkibinə daxil olan şöbələr: “Əmiri”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərai”. “Məsihi”, “Rahaba-ayaq”.
SAQİNAMƏ – muğam guşəsi; bu ad Şərq poeziyası nümunəsi ilə bağlı olub, mənası “eşq mahnısı” deməkdir; dəstgahın tərkibində ifa olunan canlı, şən xarakterli instrumental musiqi növüdür. “Şur”, “Hümayun”, “Mahur” muğamlarının ifası zamanı rast gəlinir.
SƏRƏNC (sarəng) – 1. “Şur” dəstgahında “Hicaz” ilə “Nişibi-fəraz” arasında yerləşən şöbə. Məqam əsasına görə segaha yaxındır. “Şur” muğamı daxilində segah məqamına keçid yaratmaqla, muğam kompozisiyasına rəngarənglik gətirir. 2. Üzeyir Hacıbəyov sarənci əlavə məqamlar sırasında göstərmişdir.
SEGAH-ZABUL – “Segah” muğam ailəsinə daxil olan muğam variantlarından biri.
SƏLMƏK – muğam guşəsi. “Şur” dəstgahında “Şur-Şahnaz” şöbəsindən əvvəl səsləndirilir və keçid əhəmiyyəti daşıyır. “Dəşti” ilə “Muyə” şöbələri arasında ifa olunur; Orta əsrlərdə Şərq musiqisində 6 avazdan biri.
SƏMAYİ-ŞƏMS – Zərbi muğam. Şur məqamına əsaslanır.
SUZİ-GÜDAZ – “Mahur” və “Rahab” dəstgahlarının son şöbəsi.
ŞAHNAZ – 1. Kiçik həcmli muğam. XIX əsrin ifaçılıq təcrübəsində həm müstəqil muğam dəstgahı, həm də muğam şöbəs Tərkibi üç şöbədən ibarətdir: “Şahnaz”, “Dilkəş”, “Zil Şahnaz” (“Şəddi-şahnaz”). 2. Orta əsrlərdə Şərq xalqlarının musiqisində 6 avazdan biri.
ŞAH XƏTAİ – 1. XIX əsr Azərbaycan musiqisində “Şahnaz” dəstgahında şöbə; 2. Ənənəvi aşıq havası.
ŞƏDDİ-ŞAHNAZ – muğam şöbəsi. “Şədd” – bir melodiyanın ən ucadan, zildən oxunan hissəsinə deyilir, “Şahnazın zili” mənasını verir.
ŞƏHDİ-ŞAHNAZ – muğam şöbəsi. “Şahnazın balı” mənasını verir.
ŞİKƏSTEYİ-FARS – muğam şöbəsidir. Segah məqamına əsalanır. Bir çox muğamlarda – “Rast”, “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Orta Mahur”, “Şur”, “Segah”, “Mirzə Hüseyn segahı”, “Zəbul-segah”, “Dəşti”, “Bayatı-Şiraz” və s. istifadə olunur.
ŞUR-ŞAHNAZ – muğam şöbəsi. “Şur” muğam dəstgahına daxildir. “Şur” muğam dəstgahının tərkibində “Mayeyi-şur” şöbəsindən sonra ifa olunaraq, inkişafın yeni mərhələsini təşkil edir. “Şur-Şahnaz”ın dayaq-istinad pilləsi mayədən dörd pillə (kvarta) yuxarı (do şur) yerləşir.
TƏRƏBƏNGİZ – “Mahur” dəstgahında “Xavəran” ilə “Nişanpürək” arasındakı guşə.
TƏRKİB – muğam şöbəsi. “Şüştər” muğamının əsas şöbələrindən biri. “Hümayun” muğamında “Şüştər” ilə “Üzzal” arasındakı şöbə.
ÜŞŞAQ – “Rast”, “Mahur-Hindi”, “Orta-Mahur” dəstgahlarında “Mayə” şöbəsindən sonra (“Mayə” və “Hseyni” arasında) ifa olunur.
ÜZZAL – muğam şöbəsi. “Bayatı-Şiraz” dəstgahında “Xavəran” şöbəsindən sonra muğamın sonunda zildə oxunur.
VİLAYƏTİ – muğam şöbəsi. “Rast” və “Mahur-Hindi” dəstgahlarında ifa olunan əsas şöbələrdən biridir.
YETİM SEGAH – Azərbaycan şifahi ənənəli professional musiqisində muğam idi. “Segah” muğamının bir variantıdır. Xaric segah kökündə ifa olunur. Adətən, dinləyicidə kədərli əhval-ruhiyyə oyada biləcək üslubda ifa olunan muğamı belə adlandırırdılar.
YƏDİ HASAR – muğam guşəsi. “Zabul Segahı” dəstgahında “Əraq” ilə “Aşiri guş” şöbələri arasında yerləşir.
ZABUL SEGAH – muğam. Azərbaycan şifahi ənənəli musiqi irsində ən böyük muğam dəstgahlardan biri. “Segah” muğam ailəsinə daxildir. “Segah” muğamının variantlarından biridir. Məcmusu: “Mayeyi-Zabul”, “Muyə”, “Manəndi-müxalif”, “Segah”, “Məxluq”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”, “Yədi-hasar”, “Aşiqi-guş” şöbələrindən ibarətdir.
ZƏMİN-XARA – 1. XIX əsrdə “Rast” dəstgahında “Mənsuriyyə” ilə “Rak-hisar” arasında; “Rahab” dəstgahında “Bayatı-Qacar” ilə “Mavərənnəhr” arasında; “Çahargah” dəstgahında “Mənsuriyyə” ilə “Mavərənnəhr” arasında yerləşən şöbə; 2. Müasir dövrdə “Şur” muğamında “Səmayi-şəms”dən sonra oxunan şöbə.
ZƏNGİ-ŞÜTÜR – muğam şöbəsi. Bir sıra muğamların tərkibinə daxildir” “Rast”, “Dügah”, “mahur-Hindi” dəstgahlarının sonunda “Əraq” ilə “Rak” arasında yerləşən şöbə; “Çahargah” və “Nəva” dəstgahlarında “Əşiran” ilə “Kərkuki” arasında ifa olunur.
ZİRƏFKƏND – 1. Orta əsrlərdə Şərq xalqlarının klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan biri. 2. Müasir dövrdə muğam şöbəsi. “Mahur” dəstgahında “Fili” ilə “Əbul” arasında yerləşən şöbə.
Comments are closed, but trackbacks and pingbacks are open.