Press "Enter" to skip to content

Müştəri portalına daxil olmaq barədə bildirişi necə ala bilərəm?

Əmək müqaviləsinin növü:

Müştəri portalına daxil olmaq barədə bildirişi necə ala bilərəm?

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-06-2014, Nəşr nömrəsi: 124), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 738)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201406060183
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 6 iyun 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı [2]

Q A Y D A L A R

1. Ümumi müddəalar [3]

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir.

2. Əmək müqaviləsi bildirişinin formaları

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. [4]

2.1-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. [5]

2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir:

2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda – 2 nömrəli əlavəyə uyğun); [6]

2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda – 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda – 4 nömrəli əlavəyə uyğun);

2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun).

3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi

3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir.

3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. [7]

3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir.

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza ( dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. [8]

3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.

4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi

4.1. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir:

4.1.1. işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda:

4.1.1.1. dövlət orqanının və ya hüquqi şəxs in adı;

4.1.1.2. sığortaedənin uçot nömrəsi (SUN);

4.1.1.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.1.1.4. hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

4.1.2. işəgötürən fiziki şəxs olduqda:

4.1.2.1. soyadı, adı, atasının adı;

4.1.2.2. sığortaedənin uçot nömrəsi (SUN);

4.1.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.1.2.4. qeydiyyatda olduğu ünvanı, əlaqə telefonları;

4.1.2.5. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.1.2.6. sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); [9]

4.1.2.7. fərdi identifikasiya nömrəsi (FİN).

4.2. İşçinin fərdi identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi bildirişində müvafiq sahəyə daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən edilir və əmək müqaviləsi bildirişində göstərilir:

4.2.1. işçinin soyadı, adı, atasının adı;

4.2.3. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.2.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, sosial sığorta nömrəsi (SSN); [10]

4.2.5. fərdi identifikasiya nömrəsi (FİN);

4.2.6. doğum tarixi;

4.2.7. işçinin qeydiyyatda olduğu ünvan;

4.3. Sistem tərəfindən avtomatik rejimdə müəyyən edilən məlumatlarla yanaşı, əmək müqaviləsi bildirişinə avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar daxil edilir:

4.3.1. işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı;

4.3.2. vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi (FİN);

4.3.3. vəzifəli şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.3.4. işçinin yaşadığı ünvan, əlaqə telefonları;

4.3.5. iş yerinin adı;

4.3.6. iş yerinin əsas və ya əlavə olması barədə qeyd;

4.3.7. işçinin vəzifəsinin (peşəsinin) adı;

4.3.8. əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla);

4.3.9. əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz);

4.3.10. müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix;

4.3.11. işçinin aylıq əməkhaqqının məbləği (manatla);

4.3.12. əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd.

4.4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir;

4.5. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir. [11]

5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

5.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.

5.2. Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir.

5.3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir:

6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi;

6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası;

6.1.3. işəgötürənin adı;

6.1.4. işçinin soyadı, adı, atasının adı;

6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN);

6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.

6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M ü dafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. [12]

7. Əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması

7.1. İşçinin onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin ( bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər.

7.2. İşəgötürənə elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanı yaradılır.

7.3. Elektron informasiya sistemi işəgötürənlərin və işçilərin digər işəgötürən və işçilər barədə sistemdən məlumat almasına imkan yaratmır.

8. Yekun müddəalar

8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.

8.2. Elektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir.

8.3. Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a [13]

1 nömrəli əlavə

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

Tarix ___________

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar [14]

Dövlət orqanı və ya hüquqi şəxs in tam adı:

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Soyadı: Adı: Atasının adı:

Şəxsiyyətini təsdiq edən sənədin

adı: seriyası və nömrəsi:

verildiyi tarix: sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Soyadı: Adı: Atasının adı:

Şəxsiyyətini təsdiq edən sənədin

adı: seriyası və nömrəsi:

verildiyi tarix: sənədi verən orqanın adı:

Qeydiyyatda olduğu ünvanı:

İş yeri barədə məlumatlar

İş yerinin əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

Çap tarixi: dd.mm.yyyyhh:mm

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

2 nömrəli əlavə

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

Tarix ___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı: Adı: Atasının adı:

Qeydiyyatda olduğu ünvanı:

Şəxsiyyətini təsdiq edən sənədin

adı: seriyası və nömrəsi:

verildiyi tarix: sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Soyadı: Adı: Atasının adı:

Şəxsiyyətini təsdiq edən sənədin adı: seriyası və nömrəsi:

verildiyi tarix: sənədi verən orqanın adı:

Qeydiyyatda olduğu ünvanı:

İş yeri barədə məlumatlar

İş yerinin əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

Çap tarixi: dd.mm.yyyyhh:mm

“ Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

3 nömrəli əlavə

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

Tarix ___________

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Dövlət orqanı və ya hüquqi şəxs in tam adı: məlumat

əvvəlki məlumat

SUN: məlumat VÖEN: məlumat

Hüquqi ünvanı: məlumat

əvvəlki məlumat

Faktiki ünvanı: məlumat

əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

əvvəlki məlumat

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi: məlumat

əvvəlki məlumat

Soyadı: məlumat Adı: məlumat Atasının adı: məlumat

əvvəlki məlumat əvvəlki məlumat əvvəlki məlumat

FİN: məlumat

əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı: məlumat seriyası və nömrəsi: məlumat

əvvəlki məlumat əvvəlki məlumat

verildiyi tarix: məlumat sənədi verən orqanın adı: məlumat

əvvəlki məlumat əvvəlki məlumat

İşçi barədə məlumat

Soyadı: məlumat Adı: məlumat Atasının adı: məlumat

əvvəlki məlumat əvvəlki məlumat əvvəlki məlumat

Vətəndaşlığı: məlumat Cinsi: məlumat

əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı: məlumat seriyası və nömrəsi: məlumat

əvvəlki məlumat əvvəlki məlumat

verildiyi tarix: məlumat sənədi verən orqanın adı: məlumat

əvvəlki məlumat əvvəlki məlumat

SSN: məlumat FİN: məlumat

Doğum tarixi: məlumat

Qeydiyyatda olduğu ünvanı: məlumat

əvvəlki məlumat

Yaşadığı ünvanı: məlumat

əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

əvvəlki məlumat

İş yeri barədə məlumatlar

İş yerinin adı: məlumat

əvvəlki məlumat

İş yerinin əsas və ya əlavə olması barədə qeyd: məlumat

əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı: məlumat

əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix: məlumat

əvvəlki məlumat

Əmək müqaviləsinin növü: məlumat

əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: məlumat

əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd: məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla): məlumat

əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Çap tarixi: dd.mm.yyyyhh:mm

Müştəri portalına daxil olmaq barədə bildirişi necə ala bilərəm?

1. Proqramda qeydiyyat qaydaları.
1.1. Həddi-buluğa çatmış istənilən şəxs İmtiyazlı müştərilər üçün Proqramın iştirakçısı ola bilər.
1.2. Qeydiyyat zamanı, Proqram iştirakçısının Şirkətdə başqa qeydiyyat nömrəsi olmamalıdır. Əgər artıq Şirkətdə Qeydiyyat nömrəniz varsa, Proqramda yalnız bu Qaydaların 4 -cü bəndinə uyğun olaraq fərqli bir Qeydiyyat Nömrəsi altında iştirak edə bilərsiniz.
1.3. Əgər İmtiyazlı müştərilər üçün olan Proqramda həyat yoldaşları birgə iştirak etmək istəyirsə, o zaman ailə cütlüyü kimi bir Qeydyyat nömrəsi altında qeydiyyatdan keçməlidirlər.
1.4. Əgər həyat yoldaşları fərqli Qeydiyyat nömrələrinə sahib olmaq istəklərin bildirsələr o zanam onlardan biri Proramda yoldaşının tövsiyyəsi ilə iştirak qərarı almış İmtiyazlı müştəri kimi qeydiyyatdan keçecek.

2. Proqramda iştirakın dayandırılması.
2.1. Əgər qeydiyyat ayından etibarən ilk 4 ay ərzində İmtiyazlı müştəri Qeydiyyat nömrəsinə bal verən hər hansı məhsul alışını reallaşdırmayıbsa, Şirkət İmtiyazlı müştərinin proqramda iştirakını dayandırmaq və onun Qeydiyyat nömrəsini Şirkətin bazasından silmək səlayihətinə malikdir. Qeydiyyat ayı ayın 1-dən başlayaraq tam təqvim ayı hesab olunur.
2.2. Əgər qeydiyyat ayından etibarən ilk 4 ay ərzində Qeydiyyat nömrəsinə məhsul alışı həyata keçirilmişdirsə, o zaman Şirkət gələcəkdə, İmtiyazlı müştəri ardıcıl 6 ay Qeydiyyat nömrəsinə bal verən hər hansı bir məhsul alışını həyata keçirmədikdə İmtiyazlı müştəri Proqramında onun iştirakına xitam verməyə qərar verir. Bu 6 aya, həmçinin ,İmtiyazlı müştəri statusuna keçmiş Məsləhətçinin alış-verişləri olmayan aylar da daxildir.
2.3. İmtiyazlı Müştərinin Proqramda iştirakına xitam verilməsi barədə bildiriş qeydiyyat zamanı göstərilən e-poçt ünvanına göndəriləcək.
2.4. İmtiyazlı müştəri şəxsən registrator@sibvaleo.com ünvanına müvafiq müraciət göndərərək Proqramda iştirakını dayandırılması haqqında istəyini bildirə bilər. Qeydiyyat nömrəsi, Müştəri müraciəti qəbul etdikdən 10 gün sonra və ya ərizədə göstərilən müddətdə bazadan silinir. Qeyd olunan müddət dolana qədər müraciət geri çəkildikdə, belə bir müraciət göndərilməmiş hesab olunur.
2.5. İmtiyazlı Müştərinin birdən çox Qeydiyyat Nömrəsi varsa, daha sonra qeydiyyatdan keçən Qeydiyyat Nömrəsi Proqram iştirakçılarının məlumat bazasından silinir.
2.6. İmtiyazlı müştərilər Proqramında iştirakı dayandırdıqdan sonra, istənilən halda Qeydiyyat nömrəsində toplanmış bütün bonuslar sıfırlanır.

3. Statusun dəyişməsi.
3.1. Status dəyişikliyi BackOffice və Şirkət Nümayəndəliklərində aparılır.
Statusu dəyişdirmək üçün, cari ayda Məsləhətçi minimal Şəxsi hesab (ŞH )200 bal normasını yerinə yetirməli və BackOffice və ya Şirkətin Nümayəndəliyində statusun dəyişdirilməsi barədə ərizə ilə müraciət et Ertəsi gün Məlumat Hesabatında yeni bir status göstəriləcək – Məsləhətçi.
Yalnız ərizənin rəsmiləşdirilməsi ayında edilmiş alış-verişlər nəzərə alınır.
Hesabat ayından sonrakı ayda (ayın 1-i daxil olmaqla) edilən alış-verişlər nəzərə alınmayacaq.

4. İmtiyazlı müştərilər üçün Proqramda iştirakın bərpa olunması və ya Məsləhətçi olaraq əməkdaşlıq seçimi.
4.1. İmtiyazlı müştəri 2.4. bəndə müvafiq olaraq Proqramda iştirakına xitam verirsə , Qeydiyyat nömrəsinin Proqram iştirakçılarının bazasından silinməsindən başlayaraq 3 ay sonra yenidən İmtiyazlı müştərilər üçün Proqramın iştirakçısı ola bilər və ya Şirkətlə Məsləhətçi kimi əməkdaşlığı seçə bilər.
4.2. Əgər İmtiyazlı müştəri Proqramda öz iştirakını 2.1 və 2.2 bəndə əsasən dayandırıbsa, həmin qaydaların 1-ci bəndində qeyd olunmuş şərtlərə müvafiq olaraq yenidən İmtiyazlı müştərilər üçün Proqramın iştirakçısı ola bilər və ya istənilən vaxt Şirkətlə Məsləhətçi olaraq əməkdaşlıq etməyi seçə bilər. Bu halda Qeydiyyat nömrəsi dəyişdiriləcək.
4.3. Şirkətlə əməkdaşlığı bərpa etdikdə, Qeydiyyat nömrəsinə bonusların yığılması sıfırdan başlayır.

5. Şirkət, edilən dəyişikliklər haqqında öz saytında məlumat yerləşdirməklə, İmtiyazlı müştərilər üçün Proqrama əlavələr və dəyişikliklər etmək hüququna malikdir.

6. Bütün bonus hesablamaları alış-veriş gününün ertəsi günü edilir. Hesablama Novosibirs vaxtı ilə aparılır.

1. Daimilik Club-da nə etmək lazımdır?
Sevimli Siberian Wellness məhsullarını ardıcıl altı ay ərzində 50 ballıq alın və Şirkətin hitlərindən hədiyyə qazanın!

2. Daimilik Klubuna kimlər qoşula bilər?
Siberian Wellness Şirkətinin hər bir Müştərisi iştirak edə bilər.
Məsləhətçilər Daimilik Klubuna qoşula bilməzlər. Əgər Məsləhətçi öz statusunu İmtiyazlı Müştəri statusuna dəyişibsə, o da Proqrama qoşula bilər.

3. Daimilik Klubuna necə qoşulmaq olar?
50 ballıq Şəxsi Həcmi ilk bitirdiyiniz ayda dərhal Klubun üzvü ola bilərsiniz. İştirakçı bu normanı yerinə etməyibsə, Proqramda iştirak yenidən başlayır.
Bu halda o, altı ay ərzində hər ay 50 bal yerinə yetirmək üçün yenidən başlamalıdır.

4. Eyni vaxtda Daimilik Klubunun və Club 200-ün üzvü ola bilərəm?
Eyni anda iki Klubda iştirak etmək mümkün deyil. Əgər siz Club 200 qoşulsanız, Daimilik Club-da iştirakınız avtomatik olaraq dayandırılır.

5. Daimilik Klubu üzrə hədiyyəni nə vaxt ala bilərəm?
Müştəri hədiyyə qazandıqdan sonra altı ay ərzində ala bilər. Mövcud məhsulların siyahısı dəyişə bilər.

1. Proqramın fəaliyyət müddəti nə qədərdir?
1 sentyabr 2022-ci ildən 31 avqust 2023-ci ilə qədər

2. Club 200 kimlər iştirak edə bilər?
1 sentyabr 2022-ci il tarixindən etibarən Şirkətdə qeydiyyatdan keçmiş yeni Məsləhətçilər (M) və İmtiyazlı Müştərilər (İM), o cümlədən imtiyazlı müştəri statusundan ilk dəfə keçən və daha öncə Club 200-də iştirak etməyənlər, Proqramda iştirak etmək hüququna malikdir.

3. Hansı aydan etibarən Proqramda iştirak edə bilərəm?
Məsləhətçi və İmtiyazlı Müştəri üçün Proqram Şirkətdə qeydiyyatdan keçən 1-ci aydan etibarən ardıcıl 6 ay müddətində etibarlıdır. İM statusu M statusuna dəyişdirildikdə, Proqramda başlanğıc ayı, statusun dəyişdirildiyi ay hesab olunur.

4. Proqrama hansı alış-verişlər daxildir?
Club 200 Proqramında, iştirakçı tərəfindən onlayn və oflayn rejimdə edilən (İnternet mağaza və SIBERIAN WELLNESS Mağazalarında) Siberian Wellness bal verən məhsullarının bütün alış-verişləri nəzərə alınır.

5. Şəxsi Hesab (ŞH) necə hesablanır?
Şəxsi hesab yalnız öz alış-verişlərdən formalaşır. Burada İmtiyazlı müştərilərin balları nəzərə alınmır.

6. Maksimum gələri necə əldə etmək olar?
Hər altı dəstin güzəştli qiymətlə alınması üçün,Şirkətdə qeydiyyat ayından başlayaraq ardıcıl olaraq altı ay Şəxsi Hesabın (İM ŞH olmadan) 200 və daha çox bal normasında olması lazımdır!

7. Club 200 dəsti üzrə hansı məhsulları əldə etmək olar?
Bonus dəstinin məbləğində Siberian Wellness istənilən balverən məhsulu. Dəstin qiymətinə ballar və cashback hesablanmır.

8. İstifadə edilməmiş bonuslar nə qədər vaxt qalır?
Hər aksiya ayının sonunda,ayın 3-dən sonra, Proqram üzrə bonus dəstləri hesablanır. Dəst 1 təqvim ayı ərzində etibarlıdır. Əgər bonus dəsti istifadə olunmayıbsa, təqvim ayının sonunda o, ləğv olunur. Əgər bonus dəstindən istifadə zamanı dəstin məbləği tam istifadə olunmayıbsa, qalan məbləğ növbəti dəstə əlavə edilir. Bununla belə, sonuncu bonus tam istifadə olunmalıdır,altıncı dəstin etibarlılıq müddəti bir təqvim ayıdır.

Başqa sualınız var?

Xidmət və çatdırılma ilə bağlı hər hansı bir sualınız varsa, call-centre müraciət edə bilər və ya e-mail elektron ünvanına yaza bilərsiniz:

  • +99451 735 01 01
  • azshop@sibval.com
  • call-centre@sibvaleo.com

Siberian Wellness Şirkətinin İmtiyazlı Müştərisi olun və sərfəli şərtlərlə gözəllik, sağlamlıq və idman məhsulları alın!

Müştəri portalına daxil olmaq barədə bildirişi necə ala bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 30-cu maddəsinin VI bəndinin tələblərinə uyğun olaraq, minik avtomobilləri istehsal olduğu vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, – istehsal olunduğu vaxtdan on il keçdikdə – ildə bir dəfə avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşinması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduğu vaxtdan ildə bir dəfə dövlət texniki baxışa təqdim olunmalıdır. Eyni zamanda məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa 29 iyun 2018-ci il tarixdə 1220-VQD nömrəli əlavə və dəyişikliklər edilmişdir. Belə ki, bu Qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən «Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur». Yeni qanunvericiliyə əsasən texniki baxış zamanı avtomobilinizi saz vəziyyətdə texniki müayinədən keçirib və barənizdə qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş cərimələr ödənildikdə, icbari sığorta şəhadətnaməsini və 20 manat dövlət rüsumunun qəbzini təqdim olunması nəzərdə tutulmuşdur.

Avtomobilimin işıq cihazlarında dəyişiklik edə bilərəmmi?

Nəqliyyat vasitələri və onların hər bir ehtiyyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. Araşdırmalar göstərir ki, “Led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyildir.

Nəqliyyat vasitəsinin üzərində reklam yerləşdirmək istəyirəm. Bunun üçün nə etmək lazımdır?

Qüvvədə olan normativ hüquqi sənədlərin tələbinə uyğun olaraq nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün: Razılıq almaq üçün ərizə (əlavə 1) Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: – Hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati hüquqi forması, hüquqi ünvanı; – Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təstiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı, iş yeri); Ərizəyə aşağıdakılar əlavə edilməlidir: – Müəssisənin təsis sənədlərinin surəti; – Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; – Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi organları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti; – Reklam verənlə bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin sürəti (reklam verən reklam yayan kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur); – Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və surəti; – Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi; – Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yaralı olması barədə DYP-nin müayinə aktı; – Reklamın yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı; Eyni zamanda bildiririk ki, 15 may 2015-ci il tarixdə qəbul olunmuş «Reklam haqqında» Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bu səbəbdən atomobillərinizdə (şəkilləri, sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.

Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi?

Avtomobildə şinlərin ölçüləri avtomobilin markasından, modelindən və istehsal ilindən asılı olaraq, istehsalçı zavod tərəfindən təyin edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda nəzərinizə çatdırırırıq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1 saylı əlavəsinin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinə normativ-texniki sənədlərdə nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Avtomobillərdə həmin dəyişikliklər təhlükəsizlik baxımından yalnız istehsalçı zavod tərəfindən quraşdırıla bilər.

Nəqliyyat vasitəsinin şüşələrinin işıq buraxması qabiliyyəti necə olmalıdır?

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin qəbul etdiyi AZS 122-2004 saylı Dövlət Standartının tələbinə görə avtomobil şüşələrinin işıq buraxması aşağıdakı kimi müəyyən edilmişdir: küləyə qarşı şüşələr üçün – 75%; küləyə qarşı olmayan digər şüşələr üçün -70%; hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtomobilin yalnız arxa şüşəsi və yük hissəsindəki yan şüşələri sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Respublikanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadə edilməsinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinə müraciət edə bilərsiniz.

Nəqliyyat vasitəsinin pərdə və işıq buraxması qabiliyyəti ilə bağlı şərtlər necədir?

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıq kimi müəyyən edilmişdir. Bu Qanunun tələbinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrinin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün -75%, küləyə qarşı olmayan digər şüşələr üçün-70%, avtomobillərin arxa şüşəsinin işıq buraxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin tələblərinə müvafiq olaraq hər iki tərəfində arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şuşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalyüz asmağa yol verilir. Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərin şüşələrində sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Nəqliyyat vasitəsində loqotiplərin yerləşdirilməsi qaydaları ilə harada tanış ola bilərəm?

2015-ci il 15 may tarixli “Reklam haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bu səbəbdən avtomobillərinizdə loqotiplərin (əgər fərqləndirici nişan sayılarsa) hansı formada yerləşəcəyi barədə məlumatı (şəkilləri sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.

Nəqliyyat vasitəsinin təkrar qeydiyyatı hansı hallarda aparılmalıdır?

Qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli 4.1 bəndinə əsasən nəqliyyat vasitələrinin təkrar qeydiyyata aşağıdakı hallarda alınır: – fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; – nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; – sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; – avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişildikdə. Eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin və 1 saylı əlavənin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2. maddəsində nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.

YPX avtomobilləri qayda poza bilər?

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə müvafiq olaraq, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.

Mənə yazılmış cəriməni ödəyə bilmirəm. Cəriməni hissə-hissə – 5-6 ay ərzində ödəyə bilərəmmi?

Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

Avtomobili idarə edərkən, üzərimdə hansı sənədləri saxlamayılam?

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini),sürücülük vəsiqəsi müəyyən edilmiş qaydadaAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.

Mənə yazılmış protokollar üzrə cərimələri internetdə necə ödəyə bilərəm?

Qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə apara bilərsiniz.

Cərimələr və onların ödənilməsi ilə bağlı haradan məlumat ala bilərəm?

Sorğunuza cavab olaraq bildiririk ki, hər bir şəxsin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barəsində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı sürücülük vəsiqəsinin və ya idarə etdiyi nəqliyyat vasitəsinin revizitlərini daxil etməklə məlumat ala bilməsi üçün həmin məlumatlar qanunverijiliyin tələbinə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilmişdir. Mia.gov.az, dyp.gov.az, e-xidmət.mia.gov.az saytlarına daxil olmaqla həmin məlumatları əldə edə bilərsiniz.

Hansı hallarda inzibati xəta haqqında işə vətəndaşın iştirakı olmadan baxıla bilər?

İnzibati xəta haqqında işə onun törədildiyi yerdə və iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bu səbəbdən inzibati xəta haqqında işə iştirakınızla baxılması üçün inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakimin, orqanın (vəzifəli şəxsin) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxmasını nəzərə alaraq, vəsatət verdiyiniz təqdirdə yaşadığınız, əks halda isə inzibati xətanın törədildiyi yer üzrə DYP qurumlarına müraciət edə bilərsiniz.

Vətəndaş qayda pozuntusu və ya cərimə ilə razı olmadıqda qanunvericiliklə qarşı tərəf hansı addımı atmalıdır?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və işə baxılmasının yeri və müddəti barədə məlumat verir.

YPX inspektoru inzibati xəta törətdiyim anın görüntüsünü mənə təqdim etmədi. Bu nə dərəcədə doğrudur?

Bildiririk ki, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. Lakin törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyinə görə inzibati xətanın törədildiyi anın fotoşəklinin təqdim edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

Yaşayış yerini müvəqqəti dəyişən şəxs nə etməlidir?

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində dövlət orqanına müraciət etməli və dərhal qeydiyyata alınmalıdır.

Mülkiyyətimdə olan evdə (mənzildə) qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarmaq üçün nə etməliyəm?

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə aidiyyəti üzrə müraciət etməlisiniz.

Şəxsiyyət vəsiqəsi üçün başı örtülü şəkil çəkdirmək olarmı?

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun (başı açıq) fotoşəkli çəkilməlidir.

Yaşadığım evin hüquqi sənədi yoxdur. Bu evə qeydiyyata düşə bilərəmmi?

Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün digər zəruri sənədlərlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir.

Rayon qeydiyyatında olan şəxs Bakı şəhərində şəxsiyyət vəsiqəsi ala bilərmi?

Bildiririk ki, vətəndaş şəxsiyyət vəsiqəsini almaq və ya dəyişdirmək üçün qeydiyyatda olduğu ərazi üzrə polis orqanına və ya “ASAN xidmət” mərkəzinə müraciət etməlidir.

Ümumvətəndaş pasportunda şəxsin doğulduğu ölkə adının əvəzinə həmin ölkənin aeroportunun kodunun yazılması nə dərəcədə düzgündür? Qızım Səudiyyə Ərəbistanı Krallığında doğulub, doğum haqqında şəhadətnaməsi də Səudiyyə Ərəbistanı Krallığındakı Azərbaycan Səfirliyinin konsulluq idarəsi tərəfindən verilib və orada hər şey düzdür. Lakin qızımın ümumvətəndaş pasportunda doğulduğu ölkə olaraq KSA (Klngdom of Saudi Arabia) əvəzinə SAU (!) yazılıb. Yəni məntiqə görə, Bakı səhərində doğulmuş şəxsin pasportunda doğum yeri Azərbaycan yox, GYD (Heyder Eliyev adına beynelxalq aeroportun kodu) yazılmalıdır, amma belə yazılmır.

Ümumvətəndaş pasportlarının spesifikasiyası, məlumatların daxil edilmə və yazılma qaydası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin tələb və tövsiyələri ilə müəyyən olunur. Əksər ölkələr tərəfindən qəbul olunmuş həmin qaydalarda ölkələrin adının qısaldılmış, 3 hərfdən ibarət kod şəkilində yazılması tətbiq olunur. Məsələn: Azərbaycan – AZE, Türkiyə – TUR, Ukrayna – UKR, Rusiya Federasiyası – RUS, Kuba – CUB və digər dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanı (SAU) ingilis dilində 3 hərfli kodla qeyd olunurlar.

Xaricdə yaşan Azərbaycan vətəndaşları xarici pasport üçün dövlət rüsumunu onlayn olaraq necə ödəyə bilər?

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Elektron Ödəmələr Portalında https://e-payment.mia.gov.az/portal/iamas linkinə keçid etməklə ümumvətəndaş pasportu üçün dövlət rüsumunun onlayn olaraq ödənilməsi mümkündür.

Şəxsiyyət vəsiqəmi yenisiylə əvəz edərkən soyadımın sonluğunu da (Həsənov-Həsənzadə) dəyişmək istəyirəm, lakin mən biometrik xarici pasport almışam və orada “Həsənov” kimi qeyd olunub. Soyadımın sonluğu dəyişərsə, bu halda xarici pasportum da yenilənməlidir?

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.11 bəndinin tələbinə əsasən vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə ümumvətəndaş pasportu dəyişdirilməlidir.

İtirdiyim xarici pasportu yenisini aldıqdan sonra tapdığım halda yenidən istifadə edə bilərəmmi?

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.11 bəndinin tələbinə əsasən ümumvətəndaş pasportu dəyişdirilərkən əvvəlki pasport təhvil verilməlidir. İtirilmiş ümumvətəndaş pasportları isə tapıldıqdan dərhal sonra təhvil verilməlidir, belə ki, qeyd olunan pasportlar fəaliyyətsizləşdirilərək İNTERPOL-un Baş Katibliyinin «ASF» avtomatlaşdırılmış axtarış sistemi bazasına yerləşdirilir.

Xarici pasport üçün hicabla fotoşəklin çəkilməsinə niyə icazə verilmir?

Ümumvətəndaş pasportlarının spesifikasiyası, məlumatların daxil edilmə və yazılma qaydası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin tələb və tövsiyələri ilə müəyyən olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədinin 3.9 bəndində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir.

Ölkədən çıxışıma stop qoyulub. Ədliyyə orqanlarında heç bir borcum yoxdur. Stopun kim tərəfindən və nə səbəbə qoyulduğunu necə öyrənə bilərəm?

Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmış axtarışda olan mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər (borclular) barədə məlumatı www.mia.gov.az saytından əldə edə bilərsiniz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsində göstərilmiş hallara əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın alınması ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

Respublikanın və ya xarici ölkələrin ali təhsil müəssisələrinin tələbələri polis orqanlarında təcrübə keçə bilərmi?

Xeyr, polisdə xidmət dövlət qulluğunun xüsusi növü olduğu üçün qanunvericilikdə yalnız DİN-in Polis Akademiyasının kursant və dinləyicilərinin polis orqanlarında təcrübə keçməsi nəzərdə tutulmuşdur.

Digər ali təhsil müəssisələrinin tələbələri DİN-in Polis Akademiyasında təhsilini davam etdirmək üçün köçürülə bilərmi?

DİN-in Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olduğu üçün digər ali təhsil müəssisələrinin tələbələrinin akademiyaya köçürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilə kimlər qəbul oluna bilər?

Xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi DİN-in Polis Akademiyasında təhsil ala bilər: – Daxili işlər orqanlarında xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; – Respublikanın digər hüquq mühafizə orqanlarının müraciəti ilə, qarşılıqlı müqavilə əsasında həmin orqanlarda xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; – Tam orta təhsilli və ya buraxılış siniflərində təhsil alan 16 yaşdan 18 yaşadək, boyu 165 sm olan (qızlar üçün 160 sm), müvafiq ilin yanvar, aprel və iyul aylarında həqiqi hərbi xidmətə çağrışçı olmayan Azərbaycan Respublikasının vətəndaşları.

Hazırda təhsil müəssisəsində təhsil alıram. Daxili işlər orqanlarında xidmətə qəbul oluna bilərəm?

Daxili işlər orqanlarında xidmətə qəbul qaydalarına müvafiq olaraq təhsil müəssisələrində təhsil alan şəxslər, yalnız həmin təhsil müəssisəsini bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə qəbul oluna bilərlər.

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsində xidmətə kimlər qəbul olunurlar?

Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsilli şəxslər müsabiqə yolu ilə qəbul edilirlər. Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqənin elan olunması barədə məlumat verilərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və müsabiqənin şərtlərinə uyğun gələn şəxslər müraciət edə bilərlər. Daxili işlər orqanlarında xidmətə qəbul qaydaları və elan edilən müsabiqələr haqqında geniş məlumat Daxili İşlər Nazirliyinin /www.mia.gov.az/ internet səhifəsində yerləşdirilmişdir.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün minimal yaş həddi neçədir?

“Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Respublikanın və ya xarici ölkələrin ali təhsil müəssisələrinin tələbələri polis orqanlarında təcrübə keçə bilərmi?

Xeyr, polisdə xidmət dövlət qulluğunun xüsusi növü olduğu üçün qanunvericilikdə yalnız DİN-in Polis Akademiyasının kursant və dinləyicilərinin polis orqanlarında təcrübə keçməsi nəzərdə tutulmuşdur.

Digər ali təhsil müəssisələrinin tələbələri DİN-in Polis Akademiyasında təhsilini davam etdirmək üçün köçürülə bilərmi?

DİN-in Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olduğu üçün digər ali təhsil müəssisələrinin tələbələrinin akademiyaya köçürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilə kimlər qəbul oluna bilər?

Xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi DİN-in Polis Akademiyasında təhsil ala bilər: – Daxili işlər orqanlarında xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; – Respublikanın digər hüquq mühafizə orqanlarının müraciəti ilə, qarşılıqlı müqavilə əsasında həmin orqanlarda xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; – Tam orta təhsilli və ya buraxılış siniflərində təhsil alan 16 yaşdan 18 yaşadək, boyu 165 sm olan (qızlar üçün 160 sm), müvafiq ilin yanvar, aprel və iyul aylarında həqiqi hərbi xidmətə çağrışçı olmayan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün minimal yaş həddi neçədir?

“Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsində xidmətə kimlər qəbul olunurlar?

Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsilli şəxslər müsabiqə yolu ilə qəbul edilirlər. Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqənin elan olunması barədə məlumat verilərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və müsabiqənin şərtlərinə uyğun gələn şəxslər müraciət edə bilərlər. Daxili işlər orqanlarında xidmətə qəbul qaydaları və elan edilən müsabiqələr haqqında geniş məlumat Daxili İşlər Nazirliyinin /www.mia.gov.az/ internet səhifəsində yerləşdirilmişdir.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün minimal yaş həddi neçədir?

“Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Xarici ölkədə insan alverinin qurbanına çevrilən Azərbaycan Respublikasının vətəndaşlarının müdafiəsi necə təmin edilir?

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.

İnsan alverinin qurbanı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə?

İnsan alverinin qurbanı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə onlara müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

İnsan alveri qurbanları birbaşa kimə müraciət edə bilərlər?

– Hüquq-mühafizə orqanları; Qaynar xətt; Səfirlik və Konsulluqlar; Qeyri-Hökumət Təşkilatları; Beynəlxalq təşkilatlar; Dini qurumlar; Tibb müəssisələri və s.

Kimlər insan alverinin qurbanı ola bilər?

– İşsizlər; Miqranlar; Təhsildən yayınanlar; Avaralıqla və dilənçiliklə məşğul olanlar; Səfillər, kimsəsizlər və baxımsızlar; Əxlaqsız həyat tərzi sürənlər; Əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar; İçki, narkotika və psixotrop maddələrdən asılı olanlar və s.

İnsan alveri nədir?

İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

İnsan alverinin halları hansılardır?

: – Məcburi əmək; – Cinsi istismar; – Köləlik; – Köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti; – İnsan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası; – Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması; – Qadının surroqat ana kimi istifadə edilməsi; – Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə və s.

İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır?

– İşədüzəltmə firmaları; Moda agentliyi; Nikah agentliyi; Turizm agentliyi; İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar; Qəzet və televiziya vasitəsi ilə elanlar; Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər. Хаrici аgеntliкlər tərəfindən təкliflərlə; Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə.

İnsan alveri qurbanlarının müdafiəsi üçün hansı xüsusi müəssisələr vardır?

İnsan alveri qurbanlarının müdafiəsi üçün olan xüsusi müəssisələr aşağıdakılardır: İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar; İnsan alveri qurbanlarına yardım mərkəzləri. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnsan alverinin qurbanı olmuş şəxsin gizli saxlanılması necə təmin edilir?

İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması – konfidensiallığı bütün hallarda təmin edilir. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İnsan alveri qurbanının normal həyat tərzinə qaytarılması necə baş verir?

İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması – reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.

Comments are closed, but trackbacks and pingbacks are open.