Lvi Muxtarov
Bugün Orta Asiyadakı Türkmənistan xalqı bu oğuzların uşaqlarıdır. Anadoluda da bir çox kənd yuxarıda zikr edilən oğuz boylarının adlarını daşıyır.
Uyğur xaqanlığı
Uyğur xaqanlığı — 744–840-cı illər arasında mövcud olan Türk dövləti.
Uyğur xaqanlığı
Uyğur xaqanlığının ərazisi, təxm. 820-ci il
Mündəricat
Göytürk dövlətinin idarəçi zümrəsi olan Aşina ailəsinin dövləti dağıldığı anlarda uyğurların “əryin” deyilən rəhbərləri kiçik bir bəylik qurmuşdular. 630-cı ildə əryin olan Pusa son Şərqi Göytürk xaqanlığı xaqanı Kielinin oğlunun idarə etdiyi bir ordunu məğlubiyyətə uğratdı. Göytürk Dövlətinin müstəqilliyi itirdiyi 50 illik dövrdə, uyğurlar Doqquz Oğuz boylarını da tamamilə öz himayələrinə götürərək Tula Çayı sahilində bir bəylik qurdular. Çin tərəfindən dərhal tanınan Uyğur bəyliyi, Altay dağlarını da aşaraq Qərb Göytürk qolu olan On Oxlar ərazisinə daxil olacaq qədər güclənmişdi. Lakin Aşina ailəsindən Kutluq Xaqanın (İltəriş xaqan) 681-ci ildə Göytürk elini təkrar bir yerə toplaması nəticəsində uyğurlar, Göytürk birliyinə qatıldılar.
Daha sonra uyğurlar və Doqquz Oğuz Boyları, Göytürklərin çöküşündə əhəmiyyətli rol oynadılar. Orxon-Yenisey abidələrində onların qiyamları haqqında xeyli çox məlumat var. Məsələn dövlətin ən güclü xaqanı olaraq gözə dəyən Qapağan xaqan Doqquz Oğuz boylarından Bayırkuların pusqusunda öldürülmüşdür. Göktürk Dövlətinin çöküşü zamanı, 740-cı illərdə Uyğurlar Göytürklərin əleyhinə yenidən gücləndilər. Göytürklərin yaxşıca zəiflədiyindən faydalanan uyğurlar, Basmıl və Qar boylarıyla ittifaq yaradaraq son Göytürk xaqanları Ozmış və Pomeini öldürdülər. Əvvəlcə Basmıl rəhbərini xaqan elan edən uyğurlar, pillə olaraq istifadə etdikləri bu xaqanı öldürərək öz yabguları Qutluq Bilgə Kül xaqanı Göytürklərin (Hunların da) paytaxtı olan Ötükəndə xaqan elan etdilər (745-ci il). Beləcə Ötükəndə Uyğur Xaqanlığı dövrü başlandı.
Orxon Çayı sahilində Ordubalıq şəhərini paytaxt seçən ilk Uyğur xaqanı Qutluq Bilgə Kül xaqan iki illik bir hökmdarlıqdan sonra 747-ci ildə öldü. Yerinə oğlu Bayan Çur (747–759) xaqan oldu. Bayan Çur Orxon-Selenqa çayları arasındakı Şinesisi gölü yaxınlığında “bengü daş”ı tikdirdi. Buna görə əvvəlcə aralarında həmişə yaxşı münasibətlər olan Doqquz Oğuz boylarını məğlub etdi. Ardından Orxon-Ötükən bölgəsinin ətrafına köçən və türkcə danışan boyları nəzarət altına almaq siyasəti həyata keçirməyə başladı. Bu məqsədlə, şimalda Yenisey çayı ətrafındakı qırğızlarla, Altay dağları ilə Tanrı dağları arasında olan Qarlar ilə və onlara kömək edən daha qərbdəki türkişlərlə, Yenisey, Obi və İrtiş çayları arasında olan Basmıl, Doqquz Tatar və Çiklərlə döyüşmüş, bunların hamısını öz Xaqanlığına tabe etdirmişdir.
Uyğur xaqanlığı yerləşix həyata keçmex nəzərinde Türklərə qabaqcıl oldu. [1] Bütün Türk dövlətlərine təsiri oldu. Mədəniyyət mərhələsində bir çox ilk Uyğurlarda yaşandı. [2] [3] İctimai həyətte bir çox siyəsi fikir ve din, xoşgörüşlə qarşılanırdı. Çox sayda səyyah Uyğurlar haqqında heyranlıqla bəhs etmişdir. [4] 779-cu ildə Tun Bağa Tarxan hakimiyyətə gəldi. İqtisadiyyat gücləndi. Sonrakı illərdə uyğurların tərkibindəki qəbilə və tayfalar hakimiyyətə tabe olmurdular. Bunun nəticəsində IX əsrin ortalarından başlayaraq Uyğur xaqanlığı zəifləməyə başladı. Qırğızların başladığı üsyan bu zəifləməni daha da gücləndirdi. Qırğızlar 842-ci ildə Uyğurları məğlub etdi. Sağ qalanlar isə şimal-şərqi Mancuriyaya qaçdılar.
Həmçinin bax
- Qansu Uyğur idikutluğu
- Qarahoca uyğur idıkutluğu
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
- ↑ Ahmet Caferoğlu, Uygurlarda Hukuk ve Maliye Istılahları, Türkiyat Mecmuası, 1934, C: 4, s. 7
- ↑ Ümit Hassan Osmanlı / Örgüt-İnanç-Davranış’tan Hukuk-İdeoloji’ye İletişim Yayınları, s.112
- ↑http://www.dmy.info/uygurlarda-devlet/
- ↑ Özkan İZGİ , Çin Elçisi Wang Yen-Te’nin Uygur Seyahatnamesi, TTK Yay., s. 34
Xarici keçidlər
September 11, 2021
Ən son məqalələr
Rusiya coğrafiyası
Rusiya dilləri
Rusiya diyarları
Rusiya etirazları (2021)
Rusiya erməniləri
Rusiya gerbi
Rusiya gölləri
Rusiya himni
Rusiya hip-hopu
Rusiya hökmdarlarının siyahısı
Ən çox oxunan
Qanun (musiqi aləti)
Qanun (nəşriyyat)
Qanun (hüquq)
Qanun naminə
Qanun naminə (film, 1968)
uyğur, xaqanlığı, illər, arasında, mövcud, olan, türk, dövləti, 842bayrağının, ərazisi, təxm, ilstatusuxaqanlıqpaytaxtıordu, balıqrəsmi, dilləritürk, dilietnik, qruplarıuyğurlar, yeniseylı, qırğızlardinitenqriçilik, manilikidarəetmə, formasımonarxiyatarixi, ya. Uygur xaqanligi 744 840 ci iller arasinda movcud olan Turk dovleti Uygur xaqanligi744 842BayragiUygur xaqanliginin erazisi texm 820 ci ilStatusuxaqanliqPaytaxtiOrdu BaliqResmi dilleriTurk diliEtnik qruplariUygurlar Yeniseyli QirgizlarDiniTenqricilik ManilikIdareetme formasiMonarxiyaTarixi Yaranmasi744 Suqutu842Erazisi Umumi800 cu ilde 3 100 000 km Selefi XelefiGoyturk xaqanligi Qaraxanlilar dovletiQirgiz xaqanligi Mundericat 1 Tarixi 2 Xaqanlari 3 Hemcinin bax 4 Istinadlar 5 Xarici kecidlerTarixi RedakteGoyturk dovletinin idareci zumresi olan Asina ailesinin dovleti dagildigi anlarda uygurlarin eryin deyilen rehberleri kicik bir beylik qurmusdular 630 ci ilde eryin olan Pusa son Serqi Goyturk xaqanligi xaqani Kielinin oglunun idare etdiyi bir ordunu meglubiyyete ugratdi Goyturk Dovletinin musteqilliyi itirdiyi 50 illik dovrde uygurlar Doqquz Oguz boylarini da tamamile oz himayelerine goturerek Tula Cayi sahilinde bir beylik qurdular Cin terefinden derhal taninan Uygur beyliyi Altay daglarini da asaraq Qerb Goyturk qolu olan On Oxlar erazisine daxil olacaq qeder guclenmisdi Lakin Asina ailesinden Kutluq Xaqanin Ilteris xaqan 681 ci ilde Goyturk elini tekrar bir yere toplamasi neticesinde uygurlar Goyturk birliyine qatildilar Daha sonra uygurlar ve Doqquz Oguz Boylari Goyturklerin cokusunde ehemiyyetli rol oynadilar Orxon Yenisey abidelerinde onlarin qiyamlari haqqinda xeyli cox melumat var Meselen dovletin en guclu xaqani olaraq goze deyen Qapagan xaqan Doqquz Oguz boylarindan Bayirkularin pusqusunda oldurulmusdur Gokturk Dovletinin cokusu zamani 740 ci illerde Uygurlar Goyturklerin eleyhine yeniden guclendiler Goyturklerin yaxsica zeiflediyinden faydalanan uygurlar Basmil ve Qar boylariyla ittifaq yaradaraq son Goyturk xaqanlari Ozmis ve Pomeini oldurduler Evvelce Basmil rehberini xaqan elan eden uygurlar pille olaraq istifade etdikleri bu xaqani oldurerek oz yabgulari Qutluq Bilge Kul xaqani Goyturklerin Hunlarin da paytaxti olan Otukende xaqan elan etdiler 745 ci il Belece Otukende Uygur Xaqanligi dovru baslandi Orxon Cayi sahilinde Ordubaliq seherini paytaxt secen ilk Uygur xaqani Qutluq Bilge Kul xaqan iki illik bir hokmdarliqdan sonra 747 ci ilde oldu Yerine oglu Bayan Cur 747 759 xaqan oldu Bayan Cur Orxon Selenqa caylari arasindaki Sinesisi golu yaxinliginda bengu das i tikdirdi Buna gore evvelce aralarinda hemise yaxsi munasibetler olan Doqquz Oguz boylarini meglub etdi Ardindan Orxon Otuken bolgesinin etrafina kocen ve turkce danisan boylari nezaret altina almaq siyaseti heyata kecirmeye basladi Bu meqsedle simalda Yenisey cayi etrafindaki qirgizlarla Altay daglari ile Tanri daglari arasinda olan Qarlar ile ve onlara komek eden daha qerbdeki turkislerle Yenisey Obi ve Irtis caylari arasinda olan Basmil Doqquz Tatar ve Ciklerle doyusmus bunlarin hamisini oz Xaqanligina tabe etdirmisdir Uygur xaqanligi yerlesix heyata kecmex nezerinde Turklere qabaqcil oldu 1 Butun Turk dovletlerine tesiri oldu Medeniyyet merhelesinde bir cox ilk Uygurlarda yasandi 2 3 Ictimai heyette bir cox siyesi fikir ve din xosgorusle qarsilanirdi Cox sayda seyyah Uygurlar haqqinda heyranliqla behs etmisdir 4 779 cu ilde Tun Baga Tarxan hakimiyyete geldi Iqtisadiyyat guclendi Sonraki illerde uygurlarin terkibindeki qebile ve tayfalar hakimiyyete tabe olmurdular Bunun neticesinde IX esrin ortalarindan baslayaraq Uygur xaqanligi zeiflemeye basladi Qirgizlarin basladigi usyan bu zeiflemeni daha da guclendirdi Qirgizlar 842 ci ilde Uygurlari meglub etdi Sag qalanlar ise simal serqi Mancuriyaya qacdilar Xaqanlari RedakteQutluq Bilge Kul xaqan Bayan Cur xaqan Idigen Tun Baga Tarxan Tolosu Aco II Qutluq xaqan Kulug Bilge Boyxan Cindexan Cjaolixan Kulug Bey Uge xan Enyan xanHemcinin bax RedakteQansu Uygur idikutlugu Qarahoca uygur idikutluguIstinadlar RedakteBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Ahmet Caferoglu Uygurlarda Hukuk ve Maliye Istilahlari Turkiyat Mecmuasi 1934 C 4 s 7 Umit Hassan Osmanli Orgut Inanc Davranis tan Hukuk Ideoloji ye Iletisim Yayinlari s 112 http www dmy info uygurlarda devlet Ozkan IZGI Cin Elcisi Wang Yen Te nin Uygur Seyahatnamesi TTK Yay s 34Xarici kecidler RedakteMenbe https az wikipedia org w index php title Uygur xaqanligi amp oldid 5993776, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Ülvi Muxtarov
Страна проживания: Азербайджан
Город: Баку
Родом из города: Baku
Дата рождения: 2 февраля
Высшее образование:
Вуз: ADU (АУЯ, бывш. ПИИЯ) , 2013 , Очное отделение , Студент (бакалавр)
Факультет: Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi (Факультет регионоведения и международных отношений)
Кафедра: Beynəlxalq münasibətlər kafedrası (Кафедра международных отношений)
Среднее образование:
Школа: 299 saylı orta məktəb (Школа № 299) , 2009 Баку
1998 – 2009
Телефон: 00000000
Skype: 45879123
Текущая деятельность: ADU (АУЯ, бывш. ПИИЯ)
Ülvi Muxtarov
Страна проживания: Азербайджан
Город: Баку
Родом из города: Astara
Дата рождения: 23 марта 1993
Телефон: 000
Skype: ulvi20131993
Ülvi Muxtarov
Страна проживания: Азербайджан
Город: Баку
Среднее образование:
Школа: 43 saylı məktəb-lisey (Школа-лицей № 43) Баку
2004 – 2015 (ц)
Ii fəSİl tarix tariX
Çin sənədlərində ko-lo-lu (~ kalaluk) şəklində zikr edilən adları türkcə karlık (qar yığını) mənasını daşıyan 531 qarluqların türk soyundan bir göytürk boyu olduğu Çin qaynağında (Tang-shu) bildirilmiş, yaşadıqları sahə isə Altay dağlarının qərbindəki Qara İrtiş və Tarbağatay həvalisi kimi göstərilmişdir 532 . Qarluqlar burada üç qəbilədən ibarət birlik halındə yaşayrdılar 533 . Hələ İstəmi zamanında türk hakimiyyətinin Xəzərin şimalı və Mavəraünnəhrə doğru genişlənməsində şübhəsiz böyük rolları olan qarluqların hər iki göytürk xaqanlığı dövründəki durumu yuxarıda açıqlanmışdı. 630-680-ci illər arasında digər türk boyları kimi bunların da öz başlarına buyruq olaraq zaman-zaman Çinə qarşı çıxdıqları görülməkdədir. 640-cı illərdə Turfanın şimalına qıyılan qarluqlar çinlilər tərəfindən məğlub edilərək (650, 654) P’ei-ting əyalətinə (Tanrı dağlarının şimal sahəsi) bağlandılar. Fəqət hər qəbilə öz rəisinin nəzarəti altında idi. Bu xəbəri verən Çin qaynaqlarının 665ci ilə doğru təkrar toparlanan qarluqların Çin nüfuzundakı nə qərbi, nə şərqi göytürk qanadına tabe olmadan yaşadıqlarını qeyd etməsi diqqətə dəyər 534 . Əvvəlcə “Kül-erkin” ünvanını daşıyan üç-qarluq bəyi bu tarixlərdə yabğu ünvanını almış və qüvvətli bir orduya sahib olmuşdur 535 . Daha sonra Kapğan kağan tərəfindən II Göytürk xaqanlığına bağlandığını gördüyümüz qarluqlar Çinin təşviq və təhriki ilə göytürklərə qarşı üsyan edərək şiddətli mücadilələrdə bulunmuşlar. Bilgə kağanın ölümündən sonra təkrar fəaliyətə keçərək, uyğur və basmıllarla birlikdə göytürk xaqanlığının yıxılmasına bais oldular. Basmıllar hakim duruma gəldikləri zaman (742), “sağ (qərb) yabğu” məqamını alan qarluq başbuğu uyğur xaqanlığının qurucusu Qutluğ Bilgə Kül zamanında “sol (şərq) yabğu” oldu. Fəqət bu, qarluqların hamısını təmsil etmirdi. Beş-balıq həvalisində oturan qarluqların özlərinin seçdikləri Tun-Bilgə adında ayrı bir yabğuları vardı 536 . Ancaq Ötükəndə yeni qurulan uyğur xaqanlığı bütün qarluqlar tərəfindən üst məqam olaraq tanınır və yabğular xaqana bağlı bulunurdular.
Qərbdə əməvi-ərəb irəliləməsini durdurmuş olan türgiş xaqanlığının tənəzzülə doğru getdiyi bu tarixlərdə Orta Asiya türk ölkələrinin qorunması kimi bir tarixi vəzifə bu dəfə qarluqlara düşmüşdü. Zira Mavəraünnəhr yenə ərəblərin nüfuzu altına girmiş, hətta Seyhun arxasında bəzi ərəb hərəkatları görülmüşdü. Ancaq bu, əski dövr əməvi istilaçılığından fərqli idi. Getdikcə gücünü artıran abbasi təbliğatı əməvilərin “imtiyazlı ərəb milləti adına fəth” düsturu yerinə bütün müsləmanlar arasında fərqlərin qaldırılması və bərabərlik fikrini yayırdı. Beləliklə, ərəb basqısının azalması çinliləri Orta Asiyada bir iqtidar boşluğu hüsulə gəldiyi düşüncəsinə götürmüş, dolayısıyla çinlilər əski Orta Asiya siyasətlərini canlandıraraq, qarluqların daxil olduğu bölgələrə yenidən əl qoymaq istəmişdilər. Bu surətlə nəticədə məşhur Talaş (Taraz; bugün Övliya-ata bölgəsi) müharibəsi baş verdi (751 iyun). Müsəlmanlarla çinlilər arasında cərəyan edən bu müharibəyə 537 qədər qarluqlar t’anqların tərəfini tuturdular. Fəqət onların getdikcə açığa çıxan siyasəti qarşısında ərəblərlə əməkdaşlıq edərək, çinlilərin ağır yenilgiyə uğramasına nail oldular. Tarım hövzəsindən etibarən qərb bölgəsi qarluqlara, şərq bölgəsi uyğurlara aid olmaq üzrə Orta Asiyanın yenə türk hakimiyyətində qalmasını təmin edən bu savaşda uğradığı məğlubiyyət üzündən Çin ağır iç böhranlara sürüklənmiş (bax: yux. Uyğurlar) və artıq qərb ilə maraqlanmamışdır.
Qarluqlar qısa bir müddət uyğurlarla Orta Asiyada iqtidar yarışına girişsələr də (747), uyğur kağanı Moyen-çor qarşısında duruş gətirə bilməyərək Tarım bölgəsindən daha qərbə çəkildilər və 7-8 il içində (756) Cunqariyaya və 766-cı ildə çökən türgiş iqtidarının yerinə Balasağun, Talas həvalisinə yerləşərək əski qərbi göytürk xaqanlığı sahəsində hakimiyyət qurdular (Arslan İl-tirgüg zamanı) 538 . Paytaxtları Balasağun idi. Ötükənin üstünlüyünü tanımaqda davam edir, eyni zamanda siyasi bir isim olaraq ‘türkmən” adını da daşıyırdılar 539 . Öz soylarını göytürk xaqan ailəsi Aşina sülaləsinə bağlayan qarluq yabğuları 540 hakimiyyətin “qutlu Ötükən” ölkəsi ilə sıx əlaqəsi inancını mühafizə edirdilər. Fəqət uyğur xaqanlığı orada yıxılınca (840), oradakı yeni qırğız hökumətini diqqətə almayan qarluq yabğusu türk xaqanlarının “qanuni xələfi” sifəti ilə özünü “Bozqırların qanuni (yəni törə gərəyi) hökmdarı” elan edərək 541 “Qara xan” ünvanını aldı (Bilgə Kül Kadir kağan) və mərkəz olaraq da Balasağunu (Qara-ordu= Quz-uluş=Quz-ordu) seçdi 542 . İslamiyyəti rəsmən qəbul edən (Satuq Buğra, 904-911) ilk türk kütləsi olmaq və müsəlman samanilərlə siyasi mübarizələrə girişməklə bərabər 543 həm türk, həm islam tarixində çox mühüm yer tutan gələcəkdəki böyük qaraxani dövlətini qurmaq kimi tarixi rol oynayan, sonra da bir pəndnamədə Sultan Mahmud Qəznəvinin atası Səbük Təginin o çağda qarluq ölkəsi olan Barsxandan (Barsğan) nəşət etdiyi bildirildiyinə görə 544 türk-islam dünyasına qəznəvi sultanları kimi digər bir böyük sülalə vermiş olan qarluqlar o zaman islam çevrəsinin ən yaxın qonşuları olduqlarından ərəbcə-farsca əsərlərdə onlardan çox bəhs edilmişdir (qarlux, xarlux, halluh). “Hüdud ül-aləm”də (X əsrin son rübü) verilən bilgiyə görə, qarluq ölkəsi şərqdə Tanrı dağları, şimalda oğuzlar, cənubda yağmaların bir qismi və qərbdə Mavəraünnəhrlə sınırlanmış çox abad bir məmləkət, “türk ölkələrinin ən gözəli” idi. Əsərdə burada mövcud olan 15 şəhər və qəsəbənin adı sayılır və türk qəbilələri zikr edilir 545 .
Qaraxani dövlətinin yağma, çigil, toxsılarla birlikdə əsas kütləsini meydana gətirdiyi anlaşılan qarluqlar bu xanədan üzvləri arasında mübarizələr gedən zaman dövlətə qarşı cəbhə alaraq qarışıqlıq çıxqarmağa başladılar ki, bu da qara-xitay hakimiyyətinin Orta Asiyada söz sahibi olmasına təsir göstərdi 546 . Qara-xıtay hökmdarı Yeh-lu Ta-şih (Kür-xan) 1137-ci ildə Səmərqəndin qaraxani xanı Mahmudu məğlub ettiyi zaman bu xan öz dayısı olan Böyük Səlcuqlu sultanı Səncərə şikayət etmiş və uğradığı yenilgi ilə qarluqların ilgisini dilə gətirmişdir. Sultan Səncər də qarluqları əzmək üçün çıxdığı səfərdə qarşısında Kür-xanı görmüşdü. Səncərin bu savaşda yenilməsi (1141 Katavan savaşı) mühüm bir hadisə kimi “bütpərəst” qara-xitayların ta Xorasan sınırlarına qədər soxulmaları ilə nəticələnmişdi 547 . Xarəzmşahlar (İl Arslan zamanı: 1156-1172) ilə qara-xitaylar arasında da bir çox anlaşmazlıqlara səbəb olan qarluqların bu arada başbuğları yabğu-xan öldürüldü (1157), digər bir qarluq başbuğu Əyyar bəy qara-xitaylar tərəfindən əsir edildi (1172). Qarluqlara qarşı xarəzmşah Əlaüddin Təkiş də (1172-1200) bozqırlar bölgəsinə əl ataraq qanqlı və qıpçaq kimi digər türk boyları ilə gücünü artırmaq ehtiyacını duymuşdu. Bununla bərabər, az sayda olsa da, xarəzmşahlar ordusunda xidmət edən qarluqların qara-xani tabeliyində olmaq üzrə Türküstanda bir bəyliyə sahib olduqları anlaşılır. Monqol istilası başlayan zaman (1215) mərkəzi Qayalıq (İli çayının şərqi) olaraq davam edən bu bəyliyin başında II Arslan xan vardı 548 . O, uyğur İdi-qutu Barçuk ilə birlikdə Asiya türk ölkələrini başdan-başa tapdayan monqolların hökmü altına girdi. Çingiz xana itaət edən ilk müsəlman hökmdar olub 1221-də ölən bu qarluq xanının oğluna Özkənd şəhəri verilmişdi. Çingiz xan zamanı monqol dövləti idarəsində vəzifə alan qarluqlar var 549 . Hazırda Bədəxşan bölgəsi (Əfqanıstan-Tacikistan hüdudu) özbəkləri arasında qarluq adlı bir qəbilə yaşayır 550 .
8. OĞUZLAR
Oğuz adının mənası üzərində dürlü açıqlama təcrübələri var 551 . Gy. Némethə görə, oğuz kəlməsi türkcədə eyni zamanda “qəbilə” (bir siyasi quruluşa bağlı qəbilə) mənasına gələn “ok” sözünə əski türkcədəki cəm şəkilçisi -z 552 əlavəsilə yaranmışdır (ok+uz) və “qəbilələr” deməkdir 553 . Gy. Némethin bu izah tərzi bəzi etirazlara rəğmən 554 doğrudur, sadəcə linqvistik baxımdan deyil, eyni zamanda türk tarixinin sosial və siyasi inkişafı kontekstində ələ alındığı təqdirdə xüsusilə tutarlıdır. Oğuz kəlməsinin çincəyə “qəbilələr” deyə tərcümə edilməsi də bu görüşü dəstəkləyir 555 . Anlaşılır ki, “oğuz” adı əslində etnik bir ad deyil, doğrudan-doğruya “türk qəbilələri” mənasını ifadə edən bir kəlmədir (oğuz təbirinin r-li söylənişi olan “oğur” şəklinin ayrı ad olaraq miladdan öncəki Çin qaynağında keçməsi /bax: aş. Oğurlar/ əski çağlarda çinlilərin türk toplumunu yaxından tanımadıqlarından irəli gəlmiş olmalıdır.
VI əsrdən etibarən göytürk xaqanlığında toplanmış türk qəbilələrindən bir qismi 630-cu ildə başlayan fətrət dövründə digər bir çox türk boyları kimi öz aralarında birlik quraraq Tola-Selenqa çayları bölgəsində doqquz-oğuz xaqanlığını meydana gətirmişdilər. 682 -ci ildə İltəriş tərəfındən məğlub edilən oğuzlar (İnəklər gölü savaşı) bu durumda idi və müharibədə ölən oğuz dövləti başçısı Baz kağanın balbalı sonra İltəriş kağanın məzarına dikilmişdi 556 .
Göytürk xaqanlığı dövrində oğuzların davranışlarını və üsyanlarını yuxarıda görmüşdük. Kitabələrdəki müvafiq ifadələr oğuzlarla göytürklər arasında bir fərq qoyulmadığını, hətta xaqanlığın təməlini oğuzların təşkil etdiyini söyləmək üçün kifayət edir 557 . Bu səbəblə oğuzlarla göytürklərin eyni olduğu zatən qəbul edilmişdi 558 . Ancaq V. Thomsen Tonyukuk kitabəsi haqqındakı son məqaləsində oğuzları “Türklərin yüksək hakimiyətində bir qəbilə birliyi” olaraq göstərmiş 559 və bu tarixi gerçək sonra xətalı olaraq etnik (soy, qövm) baxımından dəyərləndirilməyə girişilmiş, məsələ yeni araşdırmalarla daha da dərinləşdirilmişdir 560 . Beləliklə, oğuzları türk, yoxsa başqa bir etnik təşəkkül saymaq kimi çox mühüm bir anlaşmazlıq nöqtəsi ortaya çıxmışdır. Burada öncə üzərində durulması gərəkən xüsus oğuzlara müqabil türk adını daşıyan bir etnik toplumun var olub olmadığıdır. Buna dərhal mənfi cavab vermək mümkündür. Çünki “güc-qüvvə” mənası ilə “türk” adının türk soylu kütlələr tərəfindən qurulan göytürk dövlətini ifadə etmək üzrə işlədilmiş bir siyasi ad olduğu açıqlanmışdı (bax: yux. Türk adı). O halda həm oğuzlar, həm göytürklər eyni qövmi zümrəyə mənsubdurlar. İkinci məsələ, göytürk dövlətinin sahibi hansı “türk” qolundan idi? Bilindiyi üzrə, bu dövlət adı “Aşina” olan əski bir türk hökmdar ailəsi tərəfindən ətrafındakı türk soylu kütlələrin yardımı ilə qurulmuşdu. Bu kütlələr isə ancaq qəbilələr birliyi (=oğuz) halına gəlmiş türklər ola bilərdi. W. Bartholdun göytürk xaqanlarının doqquz-oğuzlardan nəşət etdiyi barədə görüşü 561 qədim Aşina ailəsinin bu oğuz bölüyü ilə əlaqəsini isbat etməyi gərəkdirsə də VI-VII əsr türk (göytürk) kütləsinin doğrudan-doğruya oğuzların bu qrupundan təşəkkül etdiyi Çin qaynaqları tərəfindən açıqlanmaqdadır. Tanq dövrü sənədlərində (T’anq-shu və Kiu T’anq-shu salnamələri və ayrıca 5 bioqrafiya) doqquz qəbilə (kitabələrdəki “dokuz-oğuzlar) bəzən türklərin (göytürklərin) doqquz qəbiləsi və ya “doqquz qəbilənin türkləri (göytürkləri)”, bəzən də töleslərin doqquz qəbiləsi deyə qeyd edilmiş və bioqrafiyalarda bunlardan 5-nin adı bildirilmişdir. Pa-ye-ku (bayırku), fu-ku (buku, buğu), tunq-lo (tonqra), sse-kie (sıqar), hun. Demək ki, oğuz qəbilələri göytürkləri meydana gətirən toplumdan başqası deyildi 562 . Çin qaynaqlarında çinlilərə artıq çox yaxşı tanış olan göytürk xaqanlığı dövründə oğuzların öz adlarıyla (yəni doğrudan-doğruya “oğuz” olaraq) zikr edilməyib sadəcə doqquz qəbilə (kiu sinq) deyə oğuz kəlməsinin tərcüməsinin verilməsi bizzat tu-küe-dən (türk) ibarət toplumun ayrı bir isim altında göstərilməsinə ehtiyac duyulmadığını sübut edir. Kitabələrdə I Göytürk xaqanlığı çağında “oğuz” adının keçməməsi də eyni səbəbdən irəli gəlmiş olmalıdır. Ancaq fətrət dövründə bəzi qəbilələr öz aralarında təşkilatlanaraq bir “dövlət” qurmuşdular ki, II Göytürk xaqanlığı zamanında hökmdar ailəsinə qarşı qiyam qaldıran və hökumətin digər imkanları ilə yatırılmasına çalışılan bu “təşkilatlanmış” birlik=oğuzdur. “Türk bodun” təbiri də, şübhəsiz, ümumi olaraq xaqana bağlı kütlələrin (oğuzlardan bir qismi ilə içində uyğurların da yer aldığı töles boyları və tarduşlar 563 ) hamısını ifadə etməkdə idi. Kitabələrdə xaqanın “oğuz bodunu türk budunundan idi” deməsi 564 ilə bu oğuzların üsyan halında olmaları arasında bir ziddiyyət görmək çətindir, zira məsələ “xalqın” vaxtilə dəstəkləyib ucaltdığı xanədanla (bax: aş. Kültür: Xalq) mübarizəsindən ibarətdir (türk tarixində bunun başqa misalları da vardır: qarluqların qaraxanilərə qarşı dirənmələri və özü də oğuz olan Sultan Səncərin asi oğuzlarla çarpışması və s.) 565 .
Xüsusilə islam qaynaqlarında uyğurlardan da doqquz-oğuz olaraq bəhs edilməsindən 566 doğan qarışıqlıq uyğur uruğları ilə doqquz-oğuz qəbilələrinin təsbitindən sonra (bax: yux. Uyğur xaqanlığı) aradan qaldırılmış olmalıdır.
Uygur xaqanlığının başlanğıcında hələ təgin olan Moyen-çor oğuzlara başçı seçilmişdi. O, doqquz-oğuzları topladı, fəqət səkkiz-oğuz birliyini meydana gətirən digər boylarla savaşmaq məcburiyyətində qaldı 567 . Xaqan olduqdan sonra da Moyen-çor otuz-tatarlarla ittifaq edən bu oğuzları Burğuda və Selenqa qıyısında ara-arda məğlub etdi. Oğuzlar Selenqanı keçərək çəkildilər 568 .
Bundan sonra anayurd bölgəsindəki oğuz toplumu haqqında çox bilgi yoxdur. Hər halda qərbə tərəf geniş ölçüdə bir köç hərəkatı baş vermişdir. İbn ül-Əsir xəlifə əl-Mehdi zamanında (775-785) oğuzların Mavəraünnəhr həvalisinə gəldiklərini bildirməkdə və ət-Təbəridə zikr edilən 820-821-ci ildə Usruşanaya (Seyhun-Səmərqənd arası) gerçəkləşdirilmiş bir doqquz-oğuz axınının bunlarla bağlı olduğu təxmin edilməkdədir 569 . Buna əsaslanaraq “oğuz birliyi” mənsublarının çox qələbəlik kütlələr halında öncə Talas həvalisinə köç etmiş olmaları və Seyhun oğuzlarının XI əsrdə danışdıqları türkcənin kəlmə və söyləyiş etibarilə şərq türklərininkindən fərqli olduğu diqqətə alınaraq, bu köçün IX əsrdən öncə baş vermiş olması irəli sürülməkdədir 570 . Oğuzlar Sir-Dərya (Seyhun) boyunda IX əsrin ikinci rübündən bəri oturmaqda idilər 571 .
X əsrin ilk yarısında oğuzlar Seyhun bozqırları ilə o civardaki Qaraçuq (Fərab) və Sayram (İsficab) şəhərləri həvalisində görünürdülər. İslam coğrafiyaçılarına (əl-Bəlxi, İstəxri, ibn Hövkəl) və “Hudud ül-aləm”ə görə, oğuzların sahəsi qərbdə Xəzər dənizinə (bu dənizin şərqindəki yarımada bu səbəblə türkcə Manqışlaq adını almışdır), cənubda Gürgənc şəhəri ilə bunun şimal-qərbindəki Cit qəsəbəsinə və Aral gölünün cənubundakı Baratəkin qəsəbəsinə, Mavəraünnəhrdə Buxaranın şimalına, Qaraçuq dağlarının ətəyindəki Sabran şəhərinə qədər yayılmışdı və Qaraçuq dağlarından Xəzərə uzanan yarımsəhraya “Oğuz bozqırı” (məfəzat ül-ğuziyyə) deyilməkdə idi 572 . Buralarda Yeni-kənd, Qaraçuq, Cənd, Suğnak, Qarnak, Süt-kənd, Barçınlığ-kənd və başqa adda oğuz şəhərləri vardı 573 .
Oğuzlar X əsrin ilk yarısında qış igamətgahı Yeni-kənd olan bir dövlət qurmuşdular 574 . Başda yabğu vardı, Kül-ərkin ünvanlı bir başbuğ ona naiblik edir, ordunu sü-başı idarə edirdi. Yabğu dövlətinin qonşuları peçeneqlər və xəzərlərlə münasəbətinin çox da dostanə olmadığını göstərən dəlillər vardır. İbn Fədlan (X əsrin ilk rübü) və əl-Məsudiyə görə, aralarında savaş əskik deyildi. Xarəzmin yerli xanədanı afriğflər oğuz basqısı altında idilər. Oğuzların şərqdəki qonşuları qarluqlar ilə də mücadilə halında olduqları aralarındakı savaşlardan birində oğuz yabğusunun ölməsindən anlaşılır 575 . Digər tərəfdən M. Kaşğari oğuzlarla çigillər arasında köklü bir düşmənçilikdən bəhs edir 576 . Şimalda kiməklər ilə bəzən dostca, bəzən düşməncə münasibətlər davam edib gedirdi 577 . Bu oğuzlar ümumi “türk” adı yanında yenə siyasi bir isimləndirmə olaraq “türkmən” adını da daşıyırdılar ki, islam ölkələrinə gəldikdən sonra islam qaynaqlarında bu adla da anılmışdılar 578 .
Oğuz yabğu dövlətinin tarixi haqqında başqa açıq bilgi yoxdur. Son oğuz yabğusu olaraq Əli xan adında birini zikr edən və səlcuqluların “can düşməni” olaraq, Toğrul və Çağrı bəyləri xeyli uğraşdırdığını bildiyimiz məşhur Cənd “hakimi” Şah-məliki də Əli xanın oğlu göstərən Rəşidəddinin (XIV əsrin ilk rübü) bu xəbəri gerçəkdən ziyadə “dastani” vəsfdə görünməkdədir 579 .
Yabğu dövləti zamanında oğuzlar üçox və bozox deyə əski ikili təşkilat halında idilər. Qolları meydana gətirən qəbilələr haqqında biri Mahmud Kaşğarinin DLT-sində, digəri Rəşidəddinin “Came üt-təvarix”ində olmaq üzrə iki siyahı var. DLT-də 580 ayrı-ayrı damğaları ilə birlikdə 22 qəbilə göstərilmiş, Rəşidəddin isə həm qəbilə sayını 24-ə çıxarmış, həm bozox-üçox təsnifatı aparmış, damğalara əlavə olaraq hər qəbilənin onqonunu göstərmişdir:
Bozoxlar: qayı, bayat, alka-evli (alka-bölük), qara-evli (qara-bölük), yazır, döyər, dodurğa, yaparlı (DLT-də yoxdur), əfşar, qızıq (DLT-də yoxdur), bəydili, qarkın (DLT-də yoxdur, bunun yerinə çaruqlu).
Üçoxlar: bayındır, bəçənə, çavuldur, çəpni, salur, eymür, alayuntlu, yürəgir, iğdir, büğdüz, yıva (ıva), qınıq 581 .
1000-ci illərə doğru oğuz yabğu dövləti yıxıldı. Bunun kiməklərin bir qolu kimi IX əsrdə bir qüvvə olaraq ortaya çıxan qıpçaqların (kumanlar) basqısı və səlcuqlu ailəsinin onlara bağlı kütlələrlə birlikdə ayrılmaları nəticəsində baş verdiyi qəbul edilir 582 . Kaşğarinin xəritəsinə (DLT, IV-ə əlavə) görə, XI əsr ortalarında qıpçaqlar “oğuz bozqırı”nı və Seyhunun aşağı yatağını işğal etmişdilər.
Yabğu dövlətinin çöküşü nəticəsində oğuzlardan qələbəlik bir qismi Qara dənizin şimalından qərbə köçmüş (bax: aş. Uzlar), digər bir qismi Cənd bölgəsinə, oradan da Xorasana, sonra isə Anadoluya yönəlmişdir (səlcuqlular). Yerlərində qalan oğuzların XI əsr ortalarında Qaraçuq dağları bölgəsində, Manqışlaqda və Seyhun qıyısındakı qəsəbələrdə oturduqları, monqol istilası zamanı Cənddə və Qaraqumda türkmənlərin olduğu görünməkdədir 583 .
Bugün Orta Asiyadakı Türkmənistan xalqı bu oğuzların uşaqlarıdır. Anadoluda da bir çox kənd yuxarıda zikr edilən oğuz boylarının adlarını daşıyır.
Göytürk çağının türk millətinə yön verici, mərkəzi bir səciyyə daşıdığını başda söyləmişdik. Asiya hunlarından daha geniş ölçüdə və təbir caizsə daha şüurlu bir şəkildə Asiya türklüyünü öz idarəsi altında birləşdirən bu xaqanlıq Orta Asiyanın qərb hüdudlarında türk xalqının say üstünlüyünü itirdiyi yerlərdə siyasi baxımdan zəif düşdüyü zamanlarda belə türk nüfuzunun yayılmasında böyük rol oynamışdır. Qaynaqlardan anlaşılır ki, VIII əsr ortalarında Mavəraünnəhr, Daşkənd, Fərqanə, Xuttal, Şuman və Toxaristanda görünən krallıqlar ya türklər tərəfindən qurulmuş və ya türk siyasi və kültürəl təsiri altında gəlişmiş təşəkküllərdi: Xuttal kiralı “ərkin” ünvanını daşıyır, Çinə tarkan ünvanlı elçilər göndərirdi (733, 740, 750). Buxara kralı tuğ-şad 720-ci ildə qardaşı Arslan xanı Çinə elçi göndərmişdi. Şuman kralının elçiləri də (743) tarxan və şad ünvanlarını daşıyırdılar. Daşkənd kralının adı Təgin, Fərqanədən göndərilən elçinin adı (749) Arslan Tarkan idi. Toxaristan kralının ünvanı isə yabğu idi və onun Çinə göndərdiyi (738) elçisi İnancu Tarkan idi. 729-ci ildə Qutluğ Toxaristan yabğusu idi və bu yabğu ailəsi Aşina sülaləsinə bağlanırdı 584 . Bir görüşə görə, abbasi xəlifəsi əl-Mötəsim zamanında (833-842) ünlü türk komandanı Aşnas Toxaristan yabğularına mənsub idi 585 .
Uygur, türgiş, qarluq xaqanlıqları göytürk xaqanlığının davamı idilər. Qərbdə Aşina oğulları tərəfindən idarə edilən Xəzər xaqanlığı da elə idi və uz, peçeneq, kuman-qıpçaq boyları göytürk xaqanlığından ayrılmış zümrələrdi (aş. bax). Yuxarı İrtış bölgəsindəki kiməklər 586 , Aral gölünün şimalında bir qıpçaq qrupu olan kanqlılar 587 , Kaşğarın şimal-şərqi, Özkənd, Talas və Çu bölgələrində qarluqlardan bir qəbilə olması ehtimal edilən yağmalar 588 , Issık gölün cənub-qərbində, sonralar Talas civarında, Barsğan ötəsində, Kaşğar həvalisində və Mavəraünnəhrdə oturan çigillər 589 , yenə qarluqlara bağlı bir qəbilə olaraq, Issık göl-Çu çayı arasındakı tuxsılar 590 , Toxaristan, Qəznə, Bəlx, Sicistan-Şimali Hindistanda ağ-hunların nəvələri olduğu bildirilən qalaclar 591 , Kaşğar-Balasağun-Talas-Fərqanə arasında arğu, yabaku, çomul, ığraq, çaruq, əzgiş, kənçək və s. 592 toplumları əslində şərqi türk qolları olub göytürklərlə əlaqəli idilər.
Ayrıca qarluq, yağma, çigil qarışığı olan, Aşina ailəsindən gələn hökmdar sülaləsi ilə qaraxani xaqanlıqları, vaxtilə həmin toplumda yer alan müxtəlif türk qrupları yolu ilə qəznəvilər dövləti, xarəzmşahlar 593 , Hindistan türk dövlətləri və oğuz boyları yolu ilə Böyük Səlcuqlu imperatorluğu, Səlcuqlu dövlətləri, atabəyliklər, türkmən bəylikləri, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Qazı Bürhanəddin, ramazanoğullan, dulqədirlilər, bərçəmoğulları və yaruqlular, İranda əfşar, qacar xanədanları və başqaları 594 , Anadolu bəylikləri, Osmanlı imperatorluğu və Türkiyə Cümhuriyəti hamısı göytürk xaqanlığının qövmi, sosial, idari, əsgəri və kültürəl varisləri olmuşlar (aş. bax:). Bu durum müxtəlif türk kütlələri arasında, özəlliklə XI əsrdən etibarən 200 il sürən köçləri ilə bütün Orta Şərqi tutaraq yuxarıdakı siyasi təşəkkülləri və Anadoluda əbədi bir türk vətəni quran oğuz zümrəsinin türk, islam və dünya tarixindəki seçkin mövqeyini ortaya qoyur.
9. SABAR DÖVLƏTİ
V-VI əsrlərdə Qərbi Sibirlə Qafqaz dağlarının şimal bölgəsində mühüm tarixi rol oynadığı müxtəlif əcnəbi qaynaqlardakı dağınıq bilgilərin yardımı ilə təsbit edilə bilən türk toplumu Bizans tarixlərində sabar, sabeir, saber, erməni, süryani, islam qaynaqlarında müvafiq olaraq savir, sabr, s(a)bir, səbir və s. şəklində adlandırılmışdır 595 . Sabarların slavyan və ya monqol, yaxud fin-ugor mənşəli olduqlarına dair iddialar köhnəlmiş 596 və bugün onların türk olduğu həm daşıdıqları ad, həm də tarixi və kültürəl durumlarıyla anlaşılmışdır. Dürlü dillərdəki səs dəyişmələri nəticəsində fərqli şəkillərə düşən adlarının əsasını təşkil edən və ancaq türkcə ilə açıqlana bilən sabar kəlməsi “sab+ar” dan (=sap-ar=sapmaq, felinə+ar şəkilçisinin əlavəsi ilə. Başqa örnəklər: kazar, bulğar, kabar və s.) meydana gəlmiş olub “sapan, yol dəyişdirən, başıboş qalan, sərbəst” mənasındadır və türklərdə ad vermə üsuluna uyğundur. Ayrıca, sabarlara aid şəxs adları da türkcədir: Balak, İlig-ər, Boarık=Buğ-arık və s. 597 .
Sabarların erkən tarixləri yaxşı bilinmir. Adlarından göründüyü kimi, hansısa bir ana kütlədən qopmaları mümkün olsa da, onların əsl yurdları kimi görünən Tanrı dağlarının qərbi-İli çayı sahəsində ikən 598 Asiya Böyük Hun imperatorluğuna bağlı toplumlardan biri olmaları lazımdır 599 .
Sabarlara aid ilk dəqiq xəbər 461-465-ci illərdə Qərbi Sibir qövmləri arasındakı böyük qımıldanma və geniş çaplı köç hadisələri 600 münasibətilə Bizans tarixçisi Priskos (V əsr) tərəfindən verilmişdir. Daha sonra Prokopios (VI əsr) və K. Porphyrogennetosun (X əsr) əsərlərində də təkrarlanan bu xəbərə 601 görə, şərqdən gələn avar basqısı qarşısında 602 sabarlar yerlərini tərk edib qərbə yönəlmiş, Altay-Ural dağları arası düzənliklərdə (bugünkü Qazaxıstan bozqırlarının cənub sahəsi) yaşayan oğur-türk boylarını yurdlarından ataraq, Tobol və İşim çayları çevrəsində yerləşmişlər. Keçən əsrin sonlarına doğru Qərbi Sibirdə voqullar, ostyaklar və İrtış tatarları arasında araşdırmalar aparan S. Patkanovun təsbitlərinə görə, sabarlar bu bölgədə yerli xalqlardan çox üstün olan kültürləri ilə əsrlərcə sürən dərin təsirlər göstərmişlər: Tobolsk dolaylarında, Ob, Tura və İrtış boylarında Sabar, Saber (Tapar), Soper, Savri, Sabrei, Sıbır (Sıvır) kimi yer və qala adları yayğındır. Ay-sabar, Kün-sabar kimi şəxs adlarına da rast gəlinir. Tobolsk əhalisi buranın ən əski sakinlərini sıbır, sıvır deyə anmaqdadır. Ayrıca, bu ətrafdakı xalqların nağıllarında və qəhrəmanlıq hekayələrində sabarlar geniş yer tutur. Sabarları öz böyükləri olaraq qəbul edən ostyaklarla birlikdə voqulların da sonralar tabe olduqlara ruslara “saper” adını vermələri xalq nəzərində əski sabarların üstün durumlarını ortaya qoyur 603 . Həmin sahədə qurulduğu bilinən Sibir xanlığının (XVI əsr) paytaxtı da Sibir adını daşıyırdı. Bu kəlmə zamanla çox geniş bir coğrafiyanı ifadə etmişdir (Sibir). Rusların öncə Sibir (İsker) şəhərini ələ keçirərək bölgəyə verdikləri bu ad rus hərəkatı şərqə irəlilədikcə daha geniş sahələri əhatə etmiş 604 , beləliklə, sabar türklərinin xatirəsi günümüzə qədər yaşamağa davam etmişdir. Hələ 503-ci ildə Şərqi Avropaya doğru hakimiyyətlərini genişləndirərək bəzi bulğar qruplarını öz tabeliyinə alan sabarlardan qələbəlik bir kütlənin 515-ci ilin payızında 605 İtil (Volqa)-Don çayları arasında və Qafqaz dağlarının şimalındakı Kuban çayı boyunda yerləşməsi və doğrudan-doğruya Bizans və sasani imperiyaları ilə təmas qurması sabarların Şərqi Avropa tarixində ön səfə çıxmalarına səbəb oldu. İran-Bizans savaşlarının davam etdiyi o illərdən etibarən hökmdar Balak (Bələk?) idarəsində böyük çapda əsgəri fəaliyət göstərən sabarların sasanilərlə anlaşaraq, Bizansa qarşı savaşdıqları (516), Ərməniyyə bölgəsinə axınlar etdikləri, sonra Anadoluya girərək Kayseri, Ankara, Konya dolaylarına qədər irəlilədikləri bilinməkdədir 606 . Bu münasibətlə sabarların böyük savaş gücü və özəlliklə yüksək hərbi texnikası Bizansda heyrət oyatmışdır: “Sabarlar insan hafizəsinin xatırlaya bildiyi zamandan bəri nə iranlılardan, nə romalılardan heç kimsənin düşünə bilmədiyi mexanizmlərə sahib idilər. Belə ki, hər iki imperatorluqda mexanik əskik olmamış və hər dövrdə mühasirə mexanizmləri düzəldilmişdir. Fəqət indiyə qədər bu “barbar”larınkına bənzər bir ixtira nə ortaya qoyulmuş, nə də onlar kimi işlədə bilmişlər. Bu, şübhəsiz, insan dühasının bir əsəridir” 607 .
Balakdan (ölümü: 520-ci illər) sonra onun yerinə keçdiyi anlaşılan dul xatunu Bo(ğ)arık 608 savaşçılığı, idarəçiliyi və gözəlliyi ilə məşhur bir türk kraliçəsi idi və “100 min” nəfərlik sabar ordusuna komandanlıq edirdi. Bizans imperatoru I Justinianos (527-565) müxtəlif gümüş vazalar və digər zəngin hədiyyələr qarşılığında Boğarık ilə anlaşdı (528). Bizans illərdən bəri sürüb gedən sasanilərlə savaşda sabarları özünə dost və müttəfiq etməyi daha uyğun siyasi davranış saymış olmalı idi. 531-ci ilə qədər Bizans ilə işbirliyi halında görünən sabarlar haqqında sonrakı illərə aid açıq bir xəbərə rast gəlinməsə də, onların şahənşah Ənuşirvan (Adil) zamanında sasanilərin Qafqazdakı sürəkli və uğurlu savaşlarında (xüsusilə 545-ci ildə) xeyli tələfat verdikləri təxmin edilir ki, nəticədə bir hərbi güc olmaqdan çıxmış, üstəlik, 557-ci ilə doğru avarlardan da ağır bir zərbə yemişlər. Sabar sahəsi az sonra Qara dənizə çatan göytürk idarəsinə girmişdir. 576-cı ildə Cənubi Qafqazdakı hakimiyyətləri Bizans tərəfindən yıxıldıqdan sonra bir qismi Kür çayının cənubuna yerləşdirilən sabarların 609 adlarına VII əsr ortalarına qədər dağınıq şəkildə rastlanır və bu tarixlərdə həmin bölgədə böyük bir dövlət olaraq ortaya çıxan xəzərlərin əsas kütləsini təşkil etdikləri, xəzər qəbilələri olaraq görünən bələncər və səməndərin əslində iki böyük sabar kütləsi olduğu anlaşılmaqdadır 610 .
Comments are closed, but trackbacks and pingbacks are open.