Press "Enter" to skip to content

Qazlarda elektrik cərəyanı

Elektrokimyəvi ekvivalentin düsturu:

Elektrolitlərdə elektrik cərəyanı

Cərəyan keçirən maddələrin məhlulu və ərintiləri elektrolit adlanır.

Elektrolit kimi duzların, qələvilərin və turşuların suda məhlulunu göstərmək olar. Su molekullarının təsiri altında verilmiş maddələrin molekulları ionlara parçalanır.

Maddənin molekullarının su molekullarının təsiri nəticəsində ionlara parçalanması elektrolitik dissosiasiya adlanır.

Temperaturun artması nəticəsində ionların sayı artır, və deməli dissosiasiya əmsalı da artır, ona görə də elektrolitin müqaviməti azalır.

Elektrolitlərin xüsusi müqaviməti temperatur artdıqca sonrakı qanunla azalır:

Elektrolitlərin xüsusi müqavimətinin temperaturdan asılılıq qrafiki:

Elektrik sahəsi yarandıqda müsbət və mənfi ionlar müxtəlif istiqamətlərdə hərəkət edirlər: mənfi ion – müsbət elektrod istiqamətində, müsbət ionlar – mənfi elektrod istiqamətində. Elektrodlara çatdıda bu ionlar öz yükünü verib neytrallaşırlar. Bu zaman elektrodlar üzərində maddə ayrılır.

Elektrolitlərdən elektrik cərəyanı keçdikdə elektrodlar üzərində maddənin ayrılması elektroliz adlanır.

Faradeyin elektroliz qanunu:

Elektrodlar üzərində ayrılmış maddənin kütləsi elektrolitdən keçən yükə düz mütənasibdir:

k‑ maddənin elektrokimyəvi ekvivalentidir. Ölçü vahidi

Elektrokimyəvi ekvivalentin düsturu:

burada n‑ maddənin valentliyidir.

Elektrokimyəvi ekvivalent sonrakı kəmiyyətlərdən asılı deyil:

  • Elektrodlar üzərində ayrılmış maddənin kütləsindən: k(m)=const.
  • Elektrolitdən keçən yükdən: k(q)=const.
  • Cərəyan şiddətindən: k(I)=const.

Elektrolitlərdə cərəyanın istilik, kimyəvi və maqnit təsiri müşahidə olunur.

Elektrolitdən cərəyanın keçməsi zamanı ayrılan enerji sonrakı düstur ilə təyin olunur:

скачать dle 12.1
Müəllif: Ağakişiyev Səbuhi

Qazlarda elektrik cərəyanı

Q eyri-müstəqil boşalma. Kənar təsirlər hesabına yaranan boşalma qeyri-müstəqil boşalma adlanır. Tutaq ki, A və K lövhələri arasında qaz vardır. Lövhələri cərəyan mənbəyinə qoşduqda ampermetr (şəkil ) cərəyan göstərmir. Qazı kənardan qızdırdıqda ampermetr dövrədə cərəyan yarandığını göstərir. Deməli, qazı qızdırdıqda qaz ionlaşır, yük daşıyıcıları

əmələ gəlir və onlar A və K lövhələri arasındakı elektrik sahəsində istiqamətlənmiş hərəkət edərək cərəyan yaradırlar. R reostatı vasitəsilə lövhələr arasındakı gərginliyi artırsaq cərəyan şiddəti əvvəlcə artacaq (OB hissəsi), sonra isə doyma halı (BC hissəsi) yaranacaqdır (şəkil). Təqribən xətti olan OB hissəsində

gərginlik artdıqca xarici təsirlə yaranmış elektronların və ionların
anoda və katoda çatanlarının sayı artır. Bu hissə üçün Om qanunu ödənir.
Sonra gərginliyin artmasına baxmayaraq cərəyan şiddəti artmır, sabit qalır. Bu o deməkdir ki, xarici təsirlə vahid zamanda yaranmış yüklərin miqdarı vahid zamanda elektrodlara çatan yükün miqdarına bərabər olur. Bu hal doyma halı, uyğun cərəyan şiddəti isə doyma cərəyanı adlanır.

E lektrolitlərdə cərəyan sıxlığını hesabladıqda apardığımız mülahizələrə analoji mülahizə aparmaqla qeyri-müstəqil boşal­ma­da cərəyan sıxlığı üçün aşağı­dakı ifadəni yazmaq olar

Burada q ionların yükü, n isə ion cütlərinin sayıdır. Bu düstur göstərir ki, qeyri-müstəqil boşalmada cərəyan sıxlığı xarici təsirin yaratdığı ion cütlərinin sayı ilə mütənasibdir. Xarici təsir kəsildikdə dövrədə cərəyan olmur.

Beləliklə, qeyri-müstəqil boşalmanın əsas xassəsi cərəyan sıxlığının xarici təsirlə yaranmış ion cütlərinin sayından asılı olmasıdır. İonlaşma kameralarının və zərrəcikləri qeyd edən sayğacların iş prinsipi qeyri-müstəqil boşalmanın yuxarıda göstərilən xassəsinə əsaslanmışdır.

Müstəqil boşalma. Əvvəlki şəkildə göstərilmiş sxemdə R reostatı vasitəsi ilə anod və katod arasındakı gərginliyi artırmaqda davam etsək cərəyan şiddətinin artdığını müşahidə edərik ( digər şəkildəki CD hissəsi). Cərəyanın artması o demədik ki, elektrodlar aralığında ion cütlərinin sayı artmışdır. Xarici təsiri kəssək, yenə də cərəyan artmaqda davam edəcəkdir. Deməli, cərəyanın olmasına səbəb qaz boşalmasının özüdür. Belə boşalma müstəqil boşalma adlanır. Müstəqil boşalma yaradan gərginliyə isə deşilmə və ya alışma gərginliyi deyilir.

Müstəqil boşalma zamanı yüklü zərrəciklərin sayı kəskin artır. İki şərt ödəndikdə müstəqil boşalma yaranır: 1) Molekulları ionlaşdırmaq üçün anodda «itən» elektronların əvəzinə yeni elektronlar əmələ gəlməli və 2) bu elektronlar selvari ionlaşma yaratmalıdırlar. Yeni elektronlar böyük sürətlə müsbət ionların katoda zərbəsi ilə katoddan çıxırlar. Bu proses ikinci emissiya adlanır (birinci emissiya qaz molekullarının ionlaşması zamanı elektronların çıxmasıdır).

Tutaq ki, katoddan x məsafədə olan dx qaz layında bir elektron adx sayda ion cütü yaradır. Qnda n sayda elektronun yaratdığı cütlərin sayı (həm də elektronların sayı)

olar. Bu ifadəni inteqrallayıb inteqral sabitini əvvəlcədən mövcud olan elektronların sayına bərabər götürsək, onda

alarıq. Burada d-lövhələr arasındakı məsafədir.

Qeyd olundu ki, müsbət ionların enerjisi kifayət qədər böyük olarsa, yəni ionların kinetik enerjisi elektronların katoddan çıxış işindən böyük olarsa, onda ionlar katoddan elektronlar çıxaracaqlar. Katoddan çıxan elektronların sayının bu emissiyanı yaradan zərrəciklərin sayına nisbəti ikinci emissiya əmsalı adlanır,  ilə işarə olunur və tərifə görə ixtiyari akt üçün

şəklində yazılır. (14.19) düsturuna görə qazın həcmində əlavə yaranan və katoda zərbə vuran zərrəciklərin sayı olar.

Onda (14.20) ifadəsinə görə katoddan çıxan elektron­ların sayı olacaqdır. Əvvəlcədən qazın daxilində olan elektronların sayını da nəzərə alsaq, onda ikinci emissiyadan sonra qazın həcmində olan elektronların bu akt üçün ilk sayı

olar. İlk sayı bu ifadə ilə verilən elektronların (14.19) düsturuna əsasən qazın həcmində yaratdığı yüklü zərrəciklərin sayı

olacaqdır. Bu düsturdan görünür ki, elektrik sahəsinin gərginliyinin böyük qiymətlərində  və  elə arta bilər ki, kəsrin məxrəci sıfra yaxınlaşar.

Onda elektronların sayı sonsuz olaraq artar, qaz tamamilə ionlaşar. Qazda elektronların və ionların yüklərinin cəbri cəmi ixtiyari həcmdə sıfra bərabər olar. Qazın bu halı plazma adlanır. Plazma maddənin xüsusi halıdır.

Müsbıt və mənfi yüklərinin sayı eyni olan, qismən və ya tam ionlaşmış qaz plazma adlanır. Vahid həcmdə olan ionların sayının atomların sayına nisbəti plazmanın ionlaşma dərəcəsi adlanır.

Müstəqil boşalmanın növlərindən biri alovsuz boşalmadır. Belə boşalma aşağı təzyiqlərdə boru daxilində anod və katod aralığında baş verir. Bu boşalmadan işıq mənbəyi kimi istifadə edilir.

Atmosferdə anodla katod arasındakı gərginliyi artırdıqda elə an gəlib çatır ki, elektronlar arasında işıqlanan kanal şəklində qığılcım yaradır. Belə sərbəst boşalma qığılcım boşalması adlanır.

Nazik məftildə və ya iti uclu elektrodda yüksək gərginlik yaratdıqda onların ətrafında hava qatı deşilir. Belə qaz boşalması tac boşalması adlanır.

Qığılcım boşalmada elektronlar arasındakı müqavimət kəskin azalarsa belə boşalma qövs boşalması adlanır. Bu boşalmada cərəyan şiddəti çox böyük qiymət alır. Ona görə də bu boşalmada kömür elektrodlardan istifadə edilir.

5. Vakuumda elektrik cərəyanı
Termoelektron emissiyası. Metallarda istilik və elektrik prosesləri bir-birilə bağlıdır. Bu bağlılıq bir sıra termoelektrik hadisələrdə özünü göstərir. Ardıcıl bağlanmış müxtəlif naqillərin kontakt nöqtələrində temperatur müxtəlif olduqda onların uclarında ehq yaranır (Zeebek effekti). Cərəyan keçərkən iki müxtəlif naqilin kontaktında istilik ayrılır və ya udulur (Peltye effekti). Cərəyanlı naqil boyunca temperatur qradiyenti olduqda naqildə Coul-Lens istiliyindən əlavə istilik ayrılır (Tomson effekti). Göstərilən termoelektrik hadisələr yük daşıyıcıları selində (cərəyan axan naqildə) istilik tarazlığının pozulması ilə əlaqədardır.

Temperaturla əlaqədar proseslərdən biri də termoelektron emissiyasıdır. Qızdırılmış cisimlərin özündən elektron buraxması hadisəsi termoelektron emissiyası adlanır. Maddə daxilində elektronların enerjiyə görə paylanması elədir ki, orada bəzi elektronların enerjisi böyük olur. Belə elektronlar maddənin səthini tərk edirlər. Otaq temperaturunda belə elektronların sayı az olur. Temperatur yüksəldikdə metalı tərk edən elektronların sayı kəskin artır.

Metallarda elektronlar sərbəst istilik hərəkəti edirlər. Elektronlarla kristal qəfəsdə yerləşmiş müsbət ionlar arasında cəzbetmə qüvvəsi vardır. Bu qüvvənin təsiri ilə metalın səth təbəqəsində elektrik sahəsi yaranır. Bu sahənin potensialı metalın dərinliyinə getdikcə azalır, ona görə də dərində olan elektronların potensial enerjisi (e) kiçik olur.

Elektronun tam enerjisi onun istilik hərəkətinin kinetik enerjisi ilə potensial enerjinin cəmindən ibarətdir. Deməli, naqilin temperaturunun bütün nöqtələrdə eyni olduğunu (yəni bütün elektronların kinetik enerjilərinin eyni olduğunu) qəbul etsək, onda səthdəki elektronların daxildəki elektronlara nəzərən tam enerjilərinin çox olduğunu görərik. Ona görə də metalın səthindəki elektronlar enerjinin kiçik flüktuasiyası (orta qiymətdən kənara çıxması) nəticəsində metalın səthini tərk edə bilərlər. Qeyd olundu ki, adi temperaturda bu elektronların sayı çox az olur.

Bu mülahizələrdən görünür ki, elektronun metaldan çıxması üçün onun enerjisi ən azı olduğu yerlə səth arasındakı potensiallar fərqini keçməyə lazım olan işə bərabər olmalıdır. Bu iş elektronun metaldan çıxış işi adlanır. Çıxış işi elektronun enerji halından asılı olduğu üçün onun orta qiyməti götürülür. Çıxış işi metalın növündən asılıdır. Metalı qızdırdıqda elektronun aldığı əlavə istilik enerjisi onun çıxış işinə bərabər və ondan böyük olduqda elektron metalın səthini tərk edir və metaldan (emitterdən) termoelektron emissiyası yaranır.

İ ki elektrodlu elektron lam­pası (vakuum diodu). Tutaq ki, içərisindən havası sorulmuş boru vardır. Onun baş tərəflərində metal elektrodlar yerləşdirilmişdir (şəkil). Katodu qızdırdıqda termo­elek­tron emissiyası yaranacaq, yeni ka­toddan elektronlar çıxacaqdır. Çı­xan elektronların bəziləri anod gər­gin­liyi olmadıqda belə anoda ça­ta­caq, çox zəif cərəyan yarada­caqlar. Ancaq elektronların əksəriyyəti katodun səthi yaxınlığında yığıla­caq­lar. Anoda gərginlik verdikdə katodla anod arasında elek­tronların istiqamətlənmiş hərəkəti – cərəyan yaranacaqdır. Deməli, vakuumda cərəyan termoelektronlar selindən ibarətdir.

A nodla katod arasında gər­ginlik artdıqda cərəyan şiddəti də artır (şəkildə, 2). Lakin bu ası­lı­lıq (OA və ya OB) düzxətli de­yildir. Bunun səbəbi ilk anlarda ka­tod ətrafında elektronların kon­sen­­trasiyasının böyük olmasıdır. Bu elektronların yaratdığı poten­si­al xarici mənbəyin yaratdığı po­ten­siallar fərqini azaldır. Ona görə də cərəyan şiddətinin gərginlikdən asılılığı Om qanununa tabe olmur. Bu asılılıq Boquslavski-Ləngmür düsturu ilə ifadə olunur:

Burada -mütənasiblik əmsalı olub, katodun səthinin sahəsindən, anodla katod arasındakı məsafədən və elektronun xüsusi yükündən asılıdır.

Anod gərginliyi müəyən qiymətə çatdıqda (1-ci əyri üçün UA) cərəyan şiddəti doyma qiymətini alır. Bu o deməkdir ki, katoddan vahid zamanda çıxan elektronların sayı anoda vahid zamanda çatan elektronların sayına bərabər olur. Katodun temperaturunu artırdıqda doyma cərəyanının qiyməti artır (2-ci əyri). Doyma cərəyanı həm də elektronun metaldan çıxış işindən də asılıdır. Doyma cərəyanının sıxlığının temperaturdan və çıxış işindən asılılığı aşağıdakı düsturla ifadə olunur:

Burada 5-bütün metallar üçün sabit olan əmsal, k-Bolsman sabiti, T-mütləq temperatur, A-isə elektronun metaldan çıxış işidir.

Bu prinsipdə işləyən lampa iki elektrodlu elektron lampası və ya vakuum diodu adlanır. Şəkildə vakuum diodunun volt-amper xarakteristikası göstərilmişdir.

Aydındır ki, anoda mənfi potensial verilərsə lampada cərəyan yaranmayacaqdır, yəni vakuum diodu yalnız bir istiqamətdə cərəyan keçirir. Diodun bu xassəsindən dəyişən cərəyam düzləndirmək üçün istifadə edilir.

Ü ç elektrodlu elektron lampaları. Triod. Çox elektrodlu lampalarda gərginliyi və cərəyan şiddətini idarə etmək mümkündür. Bu lampalardan zəif siqnalları gücləndirmək üçün istifadə edilir. Lampanın daxilində anod və katoddan başqa bir neçə elektrod olur. Bu lampalardan biri də üçelektrodlu lampadır. Belə lampa triod adlanır. Onun üçüncü elektroduna (T) tor deyilir (şəkil) və katoda yaxın yerləşdirilir. Tora mənfi gərginlik verdikdə elektronların anoda hərəkətinin qarşısı alınır və lampadan cərəyan keçmir.

Tora müshət gərginlik verdikdə anod cərəyanı artır və torun özündə də cərəyan yaranır. Lampadan keçən cərəyan anod və tor cərəyanlarının cəmindən ibarət olur. Adətən tor cərəyanı kiçik olur, ona görə də lampadan axan cərəyanı anod cərəyanına bərabər qəbul etmək olar. Bu cərəyan torun və anodun gərginliyindən asılıdır. Lakin anod gərginliyinin bir hissəsi tor gərginliyi tərəfindən azaldılır. Anod gərginliyinin  dəfə azaldığını qəbul etsək, onda onun “təsiredici” qiyməti olar. Burada -lampanın gücləndirmə əmsalı adlanır. Lampanın ümumi gərginliyi tor gərginliyi ilə anodun “təsiredici” gərginliklərinin cəmindən ibarət olur. Onda anod cərəyanı gərginliklər cəmi ilə mütənasib olacaqdır. Anod dövrəsindəki müqavimət lampanın daxili müqavimətindən böyük olarsa anod dövrəsindəki cərəyan sabit qalacaq. Bu isə cəminin sabit qalması deməkdir. Cəm sabit qalırsa onun topla­nanlarının dəyişməsi əks işarə ilə bir-birinə bərabər olmalıdır, yəni

olur. Bu düstur göstərir ki, anod gərginliyinin dəyişməsi tor gərginliyinin dəyişməsindən böyükdür. Beləliklə üçelektrodlu lampanın gücləndirmə əmsalı anod gərginliyinin dəyişməsinin tor gərginliyinin dəyişməsinə nisbəti ilə ölçülür.

Gücləndirmə əmsalını dəfələrlə artırmaq üsullarından biri çox sayda triodlardan istifadə etməkdir. Dövrədə çox sayda triod olduqda birinci lampada gücləndirilmiş anod gərginliyi ikinci triodun toruna, ikinci lampada gücləndirilmiş anod gərginliyi üçüncü triodun toruna və s. verilir. Bu qayda ilə gərginlik milliyon dəfələrlə gücləndirilir
MÖVZU 19
Cərəyanlı naqillərin qarşılıqlı təsiri. Maqnit sahəsi.

Bio – Savar –Laplas qanunu.Düz və dairəvi cərəyanların maqnit sahəsi.

Maqnit sahəsinin burulğanlı xarakteri.

Maqnit sahəsində cərəyanlı naqilə və hərəkətdə olan yüklü zərrəciyə təsir edən qüvvə.
MAQNİT SAHƏSİ

1. Cərəyanların qarşılıqlı təsiri. Maqnit sahəsi
Cərəyanın müxtəlif təsirlərini öyrənərkən müəyyən olunmuşdur ki, cərəyan axan naqilə maqnit əqrəbi yaxınlaşdırdıqda o meyl edir, yəni maqnit əqrəbi ilə cərəyan arasında qarşılıqlı təsir meydana çıxır. Cərəyan axan naqilə başqa bir cərəyanlı naqil yaxınlaşdırdıqda da onlar arasında qarşılıqlı təsirin olduğu müşahidə edilir. Əgər bir-birinə paralel yerləşdirilmiş iki naqildən eyni istiqamətdə cərəyan buraxsaq onların bir-birini cəzb etdiyini, əks istiqamətdə cərəyan buraxdıqda isə onların bir-birini itələdiyini görürük. Cərəyanlı naqildən birini cərəyanlı çərçivə ilə əvəz etdikdə çərçivənin döndüyünün şahidi oluruq. Cərəyanlı çərçivəyə sabit maqnit çubuğu yaxınlaşdırdıqda da çərçivə dönür. Bu təcrübələr göstərir ki, cərəyanlı naqilin maqnit çubuğuna təsiri maqnit çubuğun cərəyanlı naqilə təsiri kimidir. Onda cərəyanlı naqillərin də bir-birinə təsirini maqnitlə cərəyanın qarşılıqlı təsiri kimi qəbul etmək lazımdır. Belə qarşılıqlı təsir maqnit qarşılıqlı təsir adlanır.

E lektrostatikada sükunətdə olan yüklərin qarşılıqlı təsirinin elektrik sahəsi tərəfindən ötürüldüyünü qəbul etmişdik. Ona analoji olaraq qəbul edirik ki, hər bir cərəyan öz ətrafında sahə yaradır. Oraya başqa cərəyanlı naqil gətirdikdə ona qüvvə təsir edir. Bu sahə maqnit sahəsi adlanır. Buradan görünür ki, maqnit sahəsinin əsas xarakteristikalarından biri oraya gətirilmiş cərəyanlı naqilə göstərdiyi təsirdir. Bu təsiri kəmiyyətcə təyin etmək üçün maqnit sahəsinə cərəyanlı çərçivə gətirək (Şəkil). Çərçivədən axan cərəyan şiddətini J0 , onun sahəsini S , çərçivəyə perpendikulyar olan vahid vektoru – çərçivənin normalını ilə işarə edək. Görəcəyik ki, maqnit sahəsinə gətirilmiş cərəyanlı çərçivə dönür. Deməli çərçivəyə qüvvə momenti təsir edir. Çərçivənin sahəsini və ondan axan cərəyanı artdıqda qüvvə momentinin də artdığını müşahidə edirik. Buradan belə nəticə çıxır ki,çərçivəyə təsir edən qüvvə momenti ondan axan cərəyan şiddəti və onun sahəsinin hasili ilə mütənasibdir:

Ədədi qiymətcə JS hasilinə bərabər olan kəmiyyətə cərəyanlı çərçivənin maqnit momenti deyilir, Pm ilə işarə olunur

Pm = J0S (15.1)

Çərçivədən axan cərəyanın istiqamətini dəyişsək onun əvvəlki istiqamətinin əksinə döndüyünü görərik. Buradan belə çıxır ki, maqnit momenti vektərial kəmiyyətdir. Maqnit momentinin istiqaməti olaraq səthin normalının müsbət istiqaməti qəbul olunur. Onda maqnit momentini vektorial şəkildə yazmaq üçün onun ədədi qiymətini vahid normal vektora vurmaq lazımdır

Müxtəlif maqnit momentinə malik olan cərəyanlı çərçivələri eyni maqnit sahəsinə gətirsək onlara təsir edən qüvvə momenti müxtəlif olur. Lakin qüvvə momentinin maqnit momentinə nisbəti maqnit momentindən asılı olmur (elektrik sahəsində sınaq yükünə təsir edən qüvvənin bu sınaq yükünə nisbətinin sınaq yükündən asılı olmadığı kimi). Beləliklə, maqnit sahəsinin qüvvə xarakteristikası olaraq cərəyanlı naqilə təsir edən qüvvə momentinin həmin çərçivənin maqnit momentinə nisbəti ilə ölçülən kəmiyyət qəbul olunur. Bu kəmiyyət maqnit induksiyası adlanır, B ilə işarə olunur, vektorial kəmiyyətdir və ədədi qiyməti onun tərifinə görə aşağıdakı düsturla hesablanır:

Cərəyanlı çərçivəyə təsir edən qüvvə momenti o vaxt sıfır olur ki, çərçivənin maqnit momentinin istiqaməti induksiya vektorunun istiqamətində olsun. Cərəyanlı çərçivəni fırladan qüvvə momenti cüt qüvvələrin momentidir. Şəkildə bu qüvvələrdən biri şəkil müstəvisindən bizə doğru, ikincisi isə şəkil müstəvisinin arxasına yönəlir. Cüt qüvvələrin momentı ədədi qiymətcə qüvvələrdən biri ilə onlar arasındakı məsafənin hasilinə bərabərdir. Çərçivəni tərəfi l olan kvadrat şəkldində qəbul etsək, onda qüvvə momenti M=Fl, çərçivənin sahəsi isə S=l 2 olar. Bu ifadələri (15.2) düsturunda yerinə yazıb hər tərəfi l-ə ixtisar etsək

alarıq. Bu düsturun (11.3)-lə müqayisəsi göstərir ki, maqnit sahəsi üçün vektoru elektrik sahəsinin vektoruna, J0l hasili isə sınaq yükünə uyğundur. Bu mülahizələrdə vektorunun çərçivə müstəvisinə perpendikulyar olduğu, yəni normalı istiqamətində olduğu qəbul edilir. J0l hasili cərəyan elementi adlanır. (15.2 ‘ ) düsturuna görə maqnit sahəsinin induksiya vektoru ədədi qiymətcə vahid cərəyan elementinə təsir edən qüvvədir.

Maqnit sahəsini də-elektrik sahəsi kimi qüvvə xəttləri ilə təsvir etmək olar. Bu xətlərin hər bir nöqtəsində maqnit induksiya vektoru toxunan istiqamətdə yönəlir və sahəyə perpendikulyar qoyulmuş vahid səthdən keçən xətlərin sayı ədədi qiymətcə maqnit induksiyasına bərabər olur. Maqnit induksiyası vektorunun istiqaməti sağ burğu qaydası ilə tapılır.

Maqnit sahəsi üçün də superpozisiya prinsipi ödənir. Əgər maqnit sahəsi bir neçə cərəyan tərəfindən yaradılarsa, onda yekun sahənin maqnit induksiya vektoru ayrı-ayrı cərəyanların yaratdığı sahələrin maqnit induksiya vektorunun vektorial cəminə bərabər olur:

Elektrostatik sahənin intensivlik xətləri müsbət yükdən başlayır, mənfi yükdə qurtarır. Maqnit induksiya xətlərinin isə başlanğıcı və sonu yoxdur. Onlar qapalı xətlərdir. Bu o deməkdir ki, maqnit yükü yoxdur.

Maqnit sahəsini xarakterizə edən kəmiyyətlərdən biri də maqnit intensivliyidir. Maqnit intensivliyi ilə göstərilir, vektorial kəmiyyətdir və vakuumda ilə əlaqəsi aşağıdakı şəkildədir:

Burada olub maqnit sabiti adlanır.

2. Bio-Savar-Laplas qanunu.

Düz və dairəvi cərəyanların maqnit sahəsi
Əvvəlki paraqrafın (15.2 ‘ ) düsturundan gördük ki, maqnit sahəsində cərəyan elementinə təsir edən qüvvə həmin cərəyan elementi ilə mütənasibdir:

Cərəyan elementi baxılan istiqamətlə bucağı əmələ gətirirsə onda

FJ0lsin0

olur. Göstərdik ki, cərəyan elementi elektrostatikada yükə ekvivalentdir. Onda (11.4) düsturuna analoji olaraq iki ixtiyari yerləşmiş cərəyan elementi arasındakı qarşılıqlı təsir qüvvəsini

şəklində yazmaq olar. Burada və cərəyan elementlərinin onları birləşdirən düz xətlə əmələ gətirdikləri bucaqlar (şəkil), r isə onlar arasındakı məsafədir. Buradan vahid cərəyan elementinə təsir edən qüvvə olaraq birinci cərəyan elementinin B nöqtəsində yaratdığı maqnit sahəsinin intensivliyi üçün aşağıdakı ifadə alınar:

olar. Göründüyü kimi, vektoru və vektorlarının yerləşdiyi müstəviyə perpendikulyardır. Onun istiqaməti sağ burğu qaydası ilə tapılır. Bu düstur Bio-Suvar-Laplas düsturu adlanır və Jdl cərəyan elementinin özündən r məsafədə yaratdığı maqnit sahəsinin intensivliyini ifadə edir. Bu düsturdan və superpozisiya prinsipindən istifadə edərək ixtiyari cərəyanın verilmiş nöqtədə yaratdığı maqnit sahəsinin intensivliyini hesablamaq olar. Bu düstur BS-də skalyar şəkildə

ELEKTRIK QURĞULARI

5.1. Ümumi tələblər 5.1.1. Neftqazçıxarma sənayesinin elektrik qurğuları [15]–ın tələblərinə uyğun olmalı, onlara xidmət və onların təmiri [16, 17]–in tələblərinə uyğun aparılmalıdır. 5.1.2. Müxtəlif sex və müəssisələrin (qazma qurğularının, kompressorların, nasos stansiyalarının və s.) elektrik qurğularına təhlükəsiz xidməti təşkil etmək üçün, müəssisə üzrə rəhbərlik tərəfindən həmin sex və müəssisələrin elektrotexniki heyətinin bu qurğulara xidmət sahəsinin hüdudları dəqiq təyin edilməli və rəhbərliyin sərəncamı ilə rəsmiləşdirilməlidir. 5.1.3. Partlayışdan mühafizə vasitələri və bloklayıcıları nasaz, idarəetmə və mühafizə sxemində pozuntular olan elektrik avadanlıqlarının istismarı qadağandır. 5.1.4. Nasaz elektrik avadanlıqlarının (transformatorlar, mühərriklər, kabellər, naqillər, qoruyucular və s.) istismarı qadağandır. 5.1.5. Elektrotexnoloji avadanlığa xidmət edən və elektrik aqreqatlarının işə salınmasını və açılmasını yerinə yetirən şəxs müvafiq təlim keçməli (təlimatlandırılmalı) və biliyi yoxlanıldıqdan sonra ona elektrik təhlükəsizliyi üzrə II –dən az olmayan qrup verilməlidir. 5.1.6. 5.1.5 bəndində göstərilən şəxslərin təlimatının həcmi müəssisənin baş mühəndisi və baş energetiki tərəfindən müəyyənləşdirilir və təsdiq edilir. 5.1.7. Partlayış təhlükəli zonalarda istifadə olunan elek- trik avadanlığı partlayışdan mühafizəli olmalı, partlayışdan mühafizə səviyyəsi partlayış təhlükəli zonanın sinfinə, partlayış-

vk.com/club152685050 | vk.com/id446425943 dan mühafizə növü isə partlayış təhlükəli qarışığın kateqoriya və qrupuna uyğun olmalıdır. 5.1.8. Xaricdə istehsal edilmiş elektrik avadanlıqlarının partlayış təhlükəli zonada və mühitdə quraşdırılmasına icazə verilməsi barədə müvafiq ekspert təşkilatının rəyi olmalıdır. 5.1.9. Partlayışdan mühafizə üzrə markalanması (markirovkası) olmayan, həmçinin kustar (əldəqayırma) üsulla hazırlanmış elektrik avadanlıqlarının quraşdırılması qadağandır. 5.2. Qazma işlərində elektrik qurğuları 5.2.1. Mürəkkəb geoloji şəraitdə 3000 m-dən dərin quyuların qazılmasında elektrik intiqallı (ötürücülü) qazma qurğusunun, bir-birindən asılı olmayan iki elektrik enerji mənbəyi olmalı və ya qəza zamanı qazma alətlərini qaldırmaq üçün qəza intiqalı olmalıdır. Bu məsələ hər bir ayrıca hal üçün müəssisənin baş geoloqu və baş energetiki tərəfindən birgə həll olunur. 5.2.2. Qazma qurğusunun 6 kV-luq gərginlik paylayıcı quruluşunun xanasında (yaçeyka) aşağıdakıları istisna edən bloklayıcılar olmalıdır: a) yağ, vakuum və elektrikqaz açarının və ya yüksək gərginlikli kontaktorun qoşulmuş vəziyyətində ayırıcıda əməliyyatın aparılmasını; b) xananın arxa qapısının açıq vəziyyətində ayırıcının qoşulmasını; c) ayırıcının qoşulmuş vəziyyətində xananın arxa qapısının açılmasını. 5.2.3. Gərginlik tam açılmaqla qazma qurğusunun gərginlik paylayıcısında kommutasiya aparatlarının təmirini təmin etmək üçün hər bir qidalandırıcı xəttin girişində xətt ayırıcısı olmalıdır.

vk.com/club152685050 | vk.com/id446425943 5.2.4. 10kV gərginlikli qazma qurğusuna gələn hava elektrik xəttinin yarımstansiyaya (paylayıcı qurğuya) girişində olan cərəyandaşıyıcı hissələrə yerdən (döşəmədən) olan məsafə 4,5 m-dən az olmamalıdır. Yerdən həmin cərəyandaşıyıcı hissələrə (naqillərə ) qədər olan məsafə 3,5 m-ə qədər azalarsa, həmin ərazi 1,5 m hündürlükdə çəpərlənməlidir; bu halda yerdən məftilə qədər olan məsafə (çəpər müstəvisindən) 3,5 m-dən az olmamalıdır və ya giriş kabellə yerinə yetirilməlidir. 5.2.5. Buruğun dartıcı kanatlarının (burazlarının) hava elektrik xətləri ilə (toxunmamaqla) kəsişməsinə müstəsna hallarda yol verilir. Belə hallarda: a) elektrik xəttinin (naqilin) dartıcı kanatla kəsişdiyi (toxunmamaqla) hissədə birləşməsi (calağı) olmamalıdır; dartıcı kanatdan hündürdə keçməli və dayaqlarda ikiqat bərkidilməlidir; b) dartıcı kanatla elektrik naqili (ən çox əyilmədə) arasındakı məsafə 2 m-dən az olmamalıdır. 5.2.6. Qazma qurğusunun 6-10 kV-luq hava EVX-nin qıraq (kənar) naqilindən nasosxanaya, məişət binalarına və digər tikililərə qədər olan üfqi məsafə 2 m-dən az olmamalıdır, 1000 V-a qədər hava xətlərində isə 1,5 m-dən az olmamalıdır. 5.2.7. Qazma qurğusunun transformator yarımstansiyasına giriş, transformatorlardan və hava elektrik xətlərinin girişlərindən daha çox aralı olan yerdən olmalıdır. 5.2.8. Elektrik intiqallı qazma qurğularında qazma nasoslarını dərhal (qəza hallarında) saxlamaq üçün, qazmaçının əlinin altında «Stop» düyməsi olmalıdır. 5.2.9. Qazma bucurqadının elektrik intiqalı (ötürücüsü) talblokun kəlləçarxın altına dartıb (çəkib) aparılmasının qarşı- sını alan qurğu ilə təchiz olunmalıdır. 5.2.10. Qazma buruğunun işıqlandırılması, partlayışdan mühafizəli çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir.

vk.com/club152685050 | vk.com/id446425943 5.2.11. Hər bir qazma qurğusunun 380/220 V-luq paylayıcı lövhəsində qaynaq transformatorlarını və geofiziki partiyaların elektrik qəbuledicilərini qoşmaq üçün kommutasiya aparatı olmalıdır. 5.2.12. Şaxta istiqamətləndiricisi, quyunun konduktoru və şurf boruları bilavasitə quraşdırıldıqdan sonra buruğun yerləbirləşdirmə quruluşuna qoşulmalıdır. Bu qoşulmalar qaynaqla yerinə yetirilməlidir. Birləşmə yerləri baxış üçün münasib olmalıdır. Bu halda yerləbirləşdirmə quruluşunun müqaviməti [15] –in tələblərinə uyğun olmalıdır. 5.2.13. Qazma qurğusunu bir yerdən başqa yerə köçürdükdə (nəql etdikdə) elektrik avadanlığının gərginliklə sınaqdan keçirilməsi zəruriliyi müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən [16] ilə təyin olunmuş müddətdə müəyyən (təyin) edilir. 5.2.14. Quraşdırma mərhələsində olan qazma qurğusuna gərginliyin verilməsini (açılmasını) elektrik təsərrüfatına cavabdeh şəxs yerinə yetirməlidir. Qazma qurğusuna gərginliyin verilməsi «Qazma qurğusunun istismara buraxılması haqqında AKT» sənədləşdirildikdən sonra və yalnız sutkanın işıqlı vaxtında aparılmalıdır. Bununla yanaşı buruğa gərginlik, briqada üzvlərinin xəbərdar olunması və ya təhlükəli sahələrdən çıxarılması haqqında tikintiquraşdırma işlərinin rəhbəri tərəfindən yazılı surətdə təsdiqdən sonra verilməlidir. 5.2.15. Elektrik intiqallı qazma qurğularının qazma briqadalarının və quyuların mənimsənilməsi briqadalarının tərkibində elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən az olmayan elektrik montyoru olmalıdır. Küt şəkildə qazma aparıldıqda qazma qurğularına xidmət edən elektrik montyorlarının sayının azaldılması məsələsini müəssisənin baş energetiki həll edir.

Comments are closed, but trackbacks and pingbacks are open.