Press "Enter" to skip to content

Proqramı İxtisas: “İİ 010500 – Əməyin iqtisadiyyatı və sosiologiyası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18. 12. 2012-ci IL tarixli 2230 saylı əmri ilə qrif verilmişdir Bakı-2013

BAZAR İQTİSADİYYATI İNKİŞAF ŞƏRAİTİNDƏ GƏLİR VƏ ƏMƏK HAQQI

Əməyin iqtisadiyyatı

İqtisadiyyata sadə tərif vermək lazım gələrsə, ətrafımızda gördüyümüz və görmədiyimiz hər şeydir desək yanılmarıq. Bunu daha aydın və elmi tərifini verməyə gəlincə isə , gəlin o tərifi daha aydın anlamaq üçün biz quraq. İnsanın digər canlılardan ayıran cəhətlərdən biri onun sonsuz istəyidir. Ən sadə olaraq bir bitkini götürdükdə ona yaşamaq üçün lazım olan cəhətlər məhdud saydadır ( İqlimin əlverişli olması, Torpaq, Su, Karbon, Oksigen, az miqdarda Azot və Günəş işığı). Ancaq insanlarda bu ehtiyaclar hər keçən gün artır və bunun müəyyən bir miqdarı olmur. İnsanlara yaşamaq üçün elektrik enerjisi vacib olmasa da, bugün 25 min 551 terravatt ildə (2017) elektrik enejisi istehsal olunur və rəqəmlər hər gün artır. Bitkilər müəyyən limitdən artıq su istifadə etmədikləri halda, insanlar öz kvotalarından artıq suyu istifadə edirlər. Yəni insanların istəkləri və ehtiyacları sonsuzdur. Hamılıqla bilirik ki, dünyada olan resurslar (Neft,qaz,qızıl,taxıl və hətta su) məhdud saydadır. Burada belə bir sual yaranır ki, insanların sonsuz ehtiyacı olduğu halda məhdud resursları necə bölüşdürmək olar? Elə burada biz İqtisadiyyatın tərifini alırıq. İqtisadiyyat – məhdud resurslar şəraitində sonsuz ehtiyacları ödəmək və paylaşdırmaq haqqında elmdir.Yəni bu gün əlinizdəki pulun dəyərindən tutmuş geyindiyiniz malın keyfiyyətinə qədər, aldığınız maaş, təqaüd və s. gəlirlərin miqdarından tutmuş, sabah alacağınız çörəyin qiymətinə qədər, aldığınız telefonun qiymətindən telefonda gördüyünüz reklamların sayına qədər, hətta amnistiya qərarlarından, dərs ilinizin müddətinə qədər, bir ölkənin müharibə və ya danışıqlarda uğur qazanmasına qədər hər şey iqtisadiyyatdan birbaşa və ya dolayı yolla asılıdır.

İqtisad fənni digər fənlərdən ayıran önəmli cəhət quru nəzəriyyə ilə İqtisad fənninə hakim ola bilməməkdir. Fizika əsrlər keçsə də, Nyutonun 3-cü qanunu F= -F öz aktuallığını qoruyub saxlayır. Amma 20 il əvvəlki iqtisadi nəzəriyyələr bu gün öz aktuallığını qoruyub saxlamır (bax: 2008 böhranı). Dövrümüzdə İqtisadiyyat hər gün dəyişir yeni təlimlər meydana gəlir. Ona görə İqtisad fənni daim izlənilməklə öyrənilir. Məsələn, yeni dövrdə meydana gəlmiş Kriptovalyutalar və ya Çinin sosialist-kapitalizm siyasəti iqtisadiyyatda dəyişikliklər etmişdir. Onun üçün daim Dünya gündəminin izlənilməsi və iqtisadi təhlillərin oxunulması sizi önə daşıyacaq əsas addımdır. Bundan başqa, İqtisadiyyat analitik düşünmə tələb edən sahədir. Əlaqələr qurmağı bacarmaq özü sizi öz peşənizdə ustalaşmağa kömək edəcək maddədir. Məs: “İraqın İşid tərəfindən işğalı → İşidin İraqın neft quyularını ələ keçirtməsi → Neftin qara bazarda ucuz qiymətə satılması → Neftin Dünya bazarında təklifinin (istehsalının) artması → Neft qiymətinin aşağı düşməsi → Neftdən asılı dövlətlərin gəlirinin azalması → Azərbaycanda 2015 yanvar və fevral devalvasiyaları” Analitik düşünməyə misaldır. İqtisadi öncəgörücülük də İqtisadiyyatın əsaslarından biridir. Məs: “2020-ci ildə pandemiya halını almış Covid-19 virusu birjaları alt-üst etmişdi. Əslində, virusun adi qriplə (İnfluenza) eyni ölüm ortalaması göstərməsinə baxmayaraq iqtisadçılar istehsalın azalmasını, tibbi məsrəfləri hesablasalar da, “panika” faktorunu hesablamamışdılar. Amma yenə də rəqəmlər heç vaxt yalan söyləmir fikri də yadınızdan çıxmasın.” Əgər siz Nəzəri biliklərlə yuxarıdakı bacarıqlarınızı birləşdirsəniz uğurlu olacaqsınız.

Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.

Əgər siz təhsilinizi xaricdə almaq istəsəniz, bu zaman seçiminizi düzgün aparmalısınız. Ali Təhsil olaraq universitetlərin sıralaması burda əsas rol oynayır. Bundan başqa universitetin şəraiti və dünyada nüfuzu da önəmli faktordur. Son zamanlar yayğın olan tanınmamış dövlətlərdə təhsildən uzaq durmağınız məsləhətlidir. Xaricdə magistr təhsilin İqtisadiyyatda önəmi mübahisəli məsələdir demək olar. Ancaq sizin qabağınızda iki yol var. Ya karyera yoluna özünüzü daha erkən atıb uzun staj yığaraq irəliləyəcəsiz, ya da təhsilinizi artırıb mütəxəssiz olaraq karyeraya başlayacaqsınız. Əsas olaraq bu ikisini gedəcəyiniz universitetin sizə qatacaqları ilə müqayisə edin.

Karyera planlaması çox vax son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar. Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.

Hər sektorda olduğu kimi bu sektorda da güclü əlaqələr önəmlidir. Sizə referans verə biləcək birilərini həyatınıza qatmağa çalışın. Unutmayın qrup yoldaşlarınız sizə həm iş verə biləcək kəslər, həm də potensial rəqiblərinizdir. Düzgün Cv yaratmaq, Linkedin də aktiv olmaq sizə bəzən həyat qurtarıcı vasitələr olaraq önə çıxacaqlar. Sosial şəbəkə və mail ünvanlarınızın sizin sosial statusunuzu öyrənmək üçün əlavə vasitələr olduğunu unutmayın. Təcrübə keçdiyiniz yerlərdə hətta ən adi işçi ilə belə münasibəti isti tutun. Yadda saxlayın ki ən əsası məqsəd və daim irəliləməkdir.

Yazan: Əlihəsənov Əlibaba

Mtc kolsultinq-də İqtisadçı.

Proqramı İxtisas: “İİ 010500 – Əməyin iqtisadiyyatı və sosiologiyası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18. 12. 2012-ci IL tarixli 2230 saylı əmri ilə qrif verilmişdir Bakı-2013

GİRİŞ
Içtimai təkrar istehsalın mühüm mərhələsi olan bölgü çox zəruri bir funksiyanı həyata keçirir. Bolgü öz mahiyyəti, forma və prinsiplərinə görə müxtəlif istehsal üsullarında əsaslı surətdə fərqlənir. Cəmiyyətin hər bir inkişaf mərhələlərində maddi nemətlər bölgüsünün xarakteri və forması mövcud hakim mülkiyyət münasibətləri ilə müəyyən olunur. Odur ki, bazar münasibətlərinin inkişaf etdiyi bir şəraitdə «Gəlir və əmək haqqı siyasəti” fənninin tədrisi və öyrənilməsi olduqca zəruridir.

Gəlirlər və əmək haqqı siyasəti bir qayda olaraq makro və mikro səviyyələrdə həyata keçirilir. Gəlirlər, əmək haqqı, onların formalaşması və istifadəsi sosial-iqtisadi sistemlərin hamısında həmişə dövlətin əsas problemi olmuş və olmaqdadır.

Sosial-əmək münasibətləri sistemində əmək haqqı mühüm yer tutur. Əmək haqqı eyni zamanda mühüm ailə təsərrüfatlarında pul kütləsinin həcmi ilə əlaqələndirilməsi, əhalinin investisiya imkanlılığı, əhali xərclərin strukturu, vergi ödəmə qabiliyyəti ilə əlaqədardır. Əmək haqqının artan xəttlə inkişafı bu əlaqələrin daha sığ inkişafına səbəb olur.

Bu baxımdan «Gəlir və əmək haqqı siyasəti» fənninin bütün iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin öyrənməsi vacibdir. Bu fənnin proqramı 15 mövzudan ibarət olmaqla, məntiqiardıcıllıq və üzvi bağlılıqla tərtib edilmişdir. Bu mövzularda əsasən gəlir və əmək haqqı siyasətinin bölgü münasibətləri ilə əlaqəsi, gəlirlər və əmək haqqının formalaşmasının iqtisadi mahiyyəti, gəlirlər və əmək haqqının tənzimlənməsində dövlətin rolu, əmək haqqı və gəlirlər sferasında vəziyyətin təhlili və qiymətləndirilməsi, əmək haqqının təşkili və onun əsas funksiyaları, əmək fəaliyyətinin stimullaşdırılması, sosial transfertlər və onların əhali gəlirlərinin formalaşmasında rolu və s. məsələlər şərh olunmuşdur.

BAZAR İQTİSADİYYATI İNKİŞAF ŞƏRAİTİNDƏ GƏLİR VƏ ƏMƏK HAQQI

SİYASƏTİNİN ƏSAS MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
Bazar münasibətləri şəraitində «Gəlir və əmək haqqı siyasəti» kursunun əsas məqsədi, məzmunu və mahiyyəti. Makro və mikro səviyyədə gəlirlər və əmək haqqı siyasəti. Gəlirlər və əmək haqqı siyasətinin sosial-iqtisadi əsasları. «Gəlir və əmək haqqı siyasəti» fənninin vəzifələri.

Gəliriər və əmək haqqı siyasətinin həyata keçirilməsi mexanizmi. Bazar münasibətləri şəraitində əhali gəlirlərində və əmək haqqlarında baş verən dəyişikliklər. Kursun nəzəri əsasları. Kursun digər elmlər sistemində yeri, onun digər yaxın elmi fənlərlə qarşılıqlı əlaqəsi.

«Gəlir və əmək haqqı siyasəti» kursunun yeni inkişaf mərhələləri və perspektivləri.
MÖVZU 2.

GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİ VƏ BÖLGÜ

MÜNASİBƏTLƏRİ

Bazar münasibətləri şəraitində bölgü münasibətlərinin mahiyyəti və xarakteri. Bölgü münasibətləri mülkiyyət münasibətlərindən törəmədir. Ümumi daxili məhsul, milli gəlir və əhalinin gəlirlərinin formalaşması. İctimai istehsalın mərhələləri: istehsal, bölgü, mübadilə və ıstehlak. Milli gelirin ilkin bölüşdürülməsi və yenidən bölüşdürülməsi. Milli gəlirin ilkin böl- güsü: əmək haqqı, mənfəət; faiz, torpaq rentası. Milli gəlirin yenidən bölgüsü yolları: dövlət büdcəsi vasitəsilə, xidmət sferası vasitəsilə, ictimai təşkilatlar vasitəsilə.

Milli gəlirin artması əhalinin həyat səviyyəsinin yüksəlməsinin əsasıdır. Milli gəlir yığım və istehlak fondlarının yaradılmasına xidmət edir. Ictimai əmək məhsuldarlığı, onun milli gəlirin artmasına təsiri. Əmək məhsuldarlığının artırılması əhalinin real gəlirlərinin əsasıdır.

Əhalinin real gəlirlərinin artım tempi ilə əmək məhsuldarlığı arasındakı əlaqə. Müəssisələrdə və sahələrdə əmək haqqı və əmək məhsuldarlığının artımı arasındakı nisbət.

GƏLİRLƏR VƏ ƏMƏK HAQQININ FORMALAŞMASININ

İQTİSADİ MAHİYYƏTİ

Iqtisadi gəlirlər və iqtisadi resurslar. Gəlirlər istehsal amilləridir. Əmək haqqı əhali gəlirlərinin bir mənbəyidir. Əhali gəlirlərinin növləri. Ailə gəlirləri, onun quruluşu, ailə xərcləri və onların istiqamətləri. Mülkiyyətdən əldə olunan gəlirlər. Sahibkarlıqdan əldə olunan gəlirlər. «Kölgəli» iqtisadiyyat və ondan əldə edilən gəlir. Leqal və qeyri-leqal gəlirlər. Əmək gəlirləri və qeyriəmək gəlirləri.

Əhali gəlirlərinin tərkibi və quruluşu. Gəlirlər, xərclər və əhalinin əmanətləri, onların mənbəyi və növləri. Gəlirlər və xərclər siyasəti. Gəlirlərin bölüşdürülməsinin müxtəlif modelləri. Əhalinin gəlirlərə göre təbəqələşməsi.

Bazar iqtisadiyyatının inkişaf dövründə gəlirlərin formalaşması. Xərclərin növləri və quruluşu. Gəlirlər və xərclər siyasəti, onların iqtisadi inkişafla əlaqəsi. Istehlak malları və xidmətləri qiymətlərinin artmasının əhalinin gəlirlərinə və xərclərinə təsiri. Əhali gəlirlərinin formalaşmasına inflyasiyanın təsiri.

BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ ƏMƏK HAQQI VƏ

HƏYAT SƏVİYYƏSINİ MÜƏYYƏN EDƏN AMİLLƏR
Əmэk haqqının sosial-iqtisadi mahiyyəti. Əmək haqqı milli gəlirin ilkin bölgüsündə işçinin pul formasında aldığı paydır. Əmək haqqı işçinin şərt etdiyi iş qüvvəsi dəyərinin haqqıdır. Əməyin kəmiyyəti və keyfiyyəti, əməyin mürəkkəbliyi, əmək intensivliyi, onların əlaqəsi.
Əmək haqqı xüsusi iqtisadi kateqoriya kimi. İş qüvvəsi əmtəəsi, onun xüsusiyyəti. Əmək haqqı iş qüvvəsi dəyərinin çevrilmiş forması və qiyməti kimi. Əmək haqqının təkrar istehsal, stimullaşdırıcı, tənzımləyici, idarəetmə və mövqe (status) funksiyaları. Əmək haqqının əmək məhsuldarlığına təsiri. Əmək haqqının növləri: nominal və real əmək haqqı. Real əmək haqqı indeksi. Real əmək haqqı indeksinin yüksəlməsinə təsir edən amillər.

Həyattın keyfiyyəti anlayışı. Yoxsulluq və kasıblıq problemləri. Yoxsulluğun aradan qaldırılması yolları və əhalinin sosial müdafiəsi ilə əlaqədar görülən tədbirlər.

Əhalinin həyat səviyyəsi göstəriciləri: istehlakın səviyyəsi, asudə vaxtdan istifadə təhsil və mədəni səviyyə, səhiyyənin vəziyyəti, əməyin təhlükəsizliyi, fiziki inkişaf və vətəndaşın təhlükəsizliyi. «Həyat səviyyəsi» və «həyat tərzi» anlayışları, onların bir-birindən fərqləri. Birləşmiş Millətlər Təşkilatının həyat səviyyəsini müəyyən etmək üçün müəyyənləşdirdiyi «insanın inkişaf ındeksi» göstəricisi, onun mahiyyəti və göstəricıləri.
MÖVZU 5.

GƏLİRLƏR VƏ ƏMƏK HAQQININ

TƏNZİMLƏNMƏSİNDƏ DÖVLƏTIN ROLU
Bazar münasibetləri şəraitində iqtisadi mexanizmlərin rolunun getdikcə artması. Bazar iqtisadiyyatı inkişaf şəraitində dövlət tənzimlənməsinin mövcud ünsürləri. «Minimal sosial risk» münasibətlərində dovlətin rolu. Dövlətin iqtisadiyyata müdaxilesinin 3 iqtisadi-nəzəri modeli: total, liberal-demokratik, keçid iqtisadiyatı.

Gəlir iqtisadi və sosial kateqoriya kimi. Gəlir və əmək haqqı siyasətinin reallaşdırılmasının ünsürləri.

Gəlir və əmək haqqının tənzimlənməsi siyasəti – dövlətin sosiai siyasətinin tərkib hissəsi kimi. Minimal əmək haqqı siyasəti, onun tətbiqi və ona olan zərurət.

Gəlirlər və əmək haqqının dövlət tənzimlənməsinin əsas problemləri. Gəlirlər və əmək haqqının tənzimləmnəsinin başlıca ıstiqamətləri. Dövlət tənzimlənməsinin məqsədi, vəzifələri və metodlarıl. Tənzimlənmənin hüquqi aspektləri. Əməyin ödənilməsinin vahid tarif sistemi.

Əmək haqqı və gəlirlərin tənzimlənməsində vergilərin rolu. Gəlirlər və əmək haqqının kollektiv müqavilə vasitəsılə tənzimlənməsi.

GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİNİN İSTİQAMƏTLƏRİ
Dövlətin mövcud sosial-iqtisadi siyasэti. Gəlirlərin ədalətli bölgüsü – social siyasətin əsas problem kimi. Sosial standartlar. Minimal sosial standartlar. Həyat səviyyəsinin beynəlxalq standartlarına dair beynəlxalq hüquq normaları – Beynəxalq Əmək Təşkilatın (BƏT) konvensiyası № 117.

Fiskal siyasəti – gəlirlər bölgüsü siyasətinin formalaşmasının iqtisadi əsası kimi. Diskression və avtomatik fıskal siyasət. Vergi sıyasəti gəlirlər və əmək haqqı siyasətinin əsası kimi. Gəlirlərə dair regional sosial siyasət. Gəlirlərin və əmək haqqının regional tənzimlənməsi istiqamətləri.

Əhalinin yaşayış minimumu, onun məzmunu və mahiyyəti. «Minimum istehlak səbəti», onun müəyyən edilməsi. Minimal əmək haqqı, onun mahiyyəti. Mınimal əmək haqqı həddi.

ƏMƏK HAQQI VƏ GƏLİRLƏRİN VƏZİYYƏTİN

TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Bazar şəraitində gəlirlərin formalaşması. Qiymətlərin dinamikasının gəlirlər və əmək haqqı səviyyəsinə təsiri. Bazar iqtisadıyyatı şeraitində əhali gəliriərinin növləri və əmələgəlmə mənbələri. Əhalinin məcmu gəlirləri.

İnflyasiya, onun mahiyyəti, forma və növləri. İnflyasiyanın əmək haqqına və gəlirlərə təsiri. Antiinflyəsiya tədbirləri. Bu tədbirlərin əhalinin real gəlirlərinin dinamikasına təsiri. Əhalinin pul və natural gəlirləri. Gəlirlərin ədalətli bölgüsü nəzəriyyələri: eqalitar; roulsion; utilitar; bazar.

Əmək haqqının və gəlirlərin indekşləşdirilməsi. Gəlirlərin indeksleşdirilməsinin həyata keçirilməsi inflyasiyanın əhali gəlirlərinə təsirini azaltmaq və ya tamamilə kompensasiya etmək tədbiridir. Makro və mikro səviyyədə indeksləşdirmə. Tam və qismən indeksləşdirmə. Gəlirlərin indeksləşdirilməsinin növləri və aparılması mexanizmləri. İnkişaf etmış ölkələrin əhali gəlirlərinin indeksləşdirilməsi sahəsində təcrübələri.

ƏMƏK HAQQININ TƏŞKİLİ VƏ ONUN

ƏSAS FUNKSİYALARI

Əmək haqqı dövlət müəssisələrində fəhlə və qulluqçuların əsas gəlir mənbəyidir. Əmək haqqı ictimai əməyin təşkilinin mühüm ünsürüdür. Əmək haqqı istehsalın səmərəliliyinin yüksəldilməsində maddi stimulların artmasının əsas vasitəsidir. Əmək haqqı fondunun və sosial xarakterli ödəmələrin quruluşu. Əmək haqqının təşkilinin əsas prinsipləri: əməyin kəmiyyət və keyfiyyətinin, iş şəraitinin nəzərə alınması, bərabər əməyə bərabər haqqın verilməsi; əmək məhsuldarlığının artımının orta əmək haqqının artımını qabaqlaması; müəssisələrin coğrafi yerləşməsi.

Əmək haqqının təşkil edilməsinin əsas ünsürləri: tarif sistemi, əmək haqqının forma və sistemiləri; əməyin normalaşdırılması. Əmək haqqınıın təşkili ünsülərinin qarşılıqlı əlaqəsi.

Tarif sisteminin mahiyyəti və təyinatı, onun işlənməsi, yenidən baxılması. Tarif sisteminin ünsürləri: tarif cədvəli; tarif maaşları; tarif ixtisas sorğu kitabçaları, onların təyinatı və məzmunu. Tarif cədvəlinin ünsürləri: tarif dərəcələri və tarif əmsalları.

Vahid tarif sistemi, onun mahiyyəti.

Əmək haqqının forma və sistemlərinin mahiyyəti, onların əmək haqqının təşkilində rolu və yeri. Işəmuzd əmək haqqı forması, onun sistemləri.

Əmək normaları, onların mahiyyəti və məzmunu; vaxt norması; istehsal norması; xidmət norması; say norması.

İŞ QÜVVƏSİ BAZARI, ONUN GƏLİRLƏRƏ VƏ ƏMƏK

HAQQINA TƏSİRİ

İşçi qüvvəsi bazarının (əmək bazarının) mahiyyəti, xüsusiyyətləri, məzmunu, strukturu, növləri və modelləri. Əmək bazarının fəaliyyət mexanizmi. Əmək bazarının seqmentləri. İşçi qüvvəsinə tələb və təklif, onlara təsır edən amillər. İşçi qüvvəsinin keyfiyyəti və rəqabət qabiliyyəti. Əmək bazarının tənzimlənməsi məsələləri.

Işçi qüvvəsi bazarı, gəlirlər və əmək haqqının qarşılıqlı əlaqəsi. Əmək bazarı subyektlərinin iqtisadi maraqları; işaxtaran və işverən arasında iqtisadi; sosial və hüquqi münasibətlər, tərəflərin maddi tələbləri.

İş qüvvəsi bazarının əmək haqqı və gəlirlərin formalaşmasına təsiri. Gəlirlərin formalaşması problemi. Bazar iqtisadiyyatına keçid dövründə iş qüvvvəsinin qiymətdən düşməsi. Onun səbəbləri, iş qüvvəsi bazarında sahibkarın

MƏŞĞULLUQ SFERASINDA SOSİAL

Məşğulluq bir iqtısadi kateqoriya kimi. Dövlətin məşğulluq siyasəti və əmək bazarının inkişafı. Məşğuliyyətin şəviyyəsi və iş yerlərinin kəmiyyəti və miqdarı. Məşğulluğun səmərəli göstəriсiləri.

İşsizlik, onun səbəbləri, formaları və strukturu. Işsizliyin əmək haqqına və gəlirlərə təsiri. Fərdin işsizlik əlamətlərinın təsnifatı. Işsizliyə dair sosial müdafiə sistemi. Işsizlərə sosial zəmanətlər və ödənilən müavinətlər. Əhalinin xüsusi kateqoriyaları üçün əlavə məşğulluq zəmanətləri. Əhalinin məşğulluğu üzrə dövlət fondu.

Məşğulluq, məşğulluq fondu və əmək haqqı arasında əlaqə. Meşğulluğun növləri, səviyyəsi və əhali gəlirləri. Işsizliyin azalması və məşğulluğun artması üçün görülən iqtisadi və sosial tədbirlər. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müаvinət və onun müəyyən olunmasının alternativ üsulu.

Meşğulluğun səviyyəsinin yüksəldilməsində əmək birjalarının rolu. Həmkarlar təşkilatları əmək bazarında.

ƏMƏK FƏALİYYƏTİNİN STİMÜLLAŞDIRILMASI
Əməyin fəaliyyətinin stimullaşdırılmasının mahiyyəti və məqsədi. Əmək fəaliyyətinin stimullaşdlmasının funksiyaları: iqtisadi funksiya, sosıal funksiya; sosial-psixoloji funksiya. Əmək fəaliyyətinin stimullaşdırılmasında başlıca məqsəd – insanın əmək davranışının fəallaşdırılmasının, əmək davranışının əsas prinsipləri, başlıca meyar-təlabat və əməyin məzmunu kimi.

Stimullaşdırma, onunla bilavasitə bağlı olduğu əməyin kəmiyyət və keyfiyyət tərəfi, onların qarşılıqlı halda ölçülməsi və qiymətləndirilməsi – sosioloji tədqiqatların ən mühüm obyekti kimi.

Əmək fəaliyyətinin stimullaşdırılması əmək fəaliyyətinin motivləşdirilməsinin amili kimi. Əmək fəaliyyəti stimullarının növləri və stimullaşdırmanın təşkilinə olan tələblər.

Maddi stimulların növləri: əmək haqqı, mükafatlar, əmək haqqına əlavələr.

Qeyri-maddi stimullar: sosial stimullar, mənəvi stimullar; yaradıcı stimullar; sosiоloji-psixoloji amillər. Əməyin ödənilməsinin kollektiv məsələləri. Kollektivlərə əmək haqqının (qazancın) bölüşdürülməsi üsulları: tarif dərəcələri və işlənmiş vaxta görə; yalnız işlənilmiş vaxta görə; faktiki işlənilmiş işə görə; şərti tarif dərəcələri və işlənilmış vaxta görə; əməkdə ıştirak etmə əmsalına görə, əmək haqqı əməyin fəaliyyətinin başlıca stimulu kimi. Sosioloji tədqiqat və əmək haqqı.

SOSİAL PARTNYORLUQ VƏ GƏLİRLƏR SİVASƏTİ

Sosial partnyorluq problemi. Sosial partnyorluq – müqavilə münasibetlərinin sistemi kimi. Sosial qruplar və sosial təbəqə. Müəssisə və sosial qrupların qarşılıqlı əlaqəsi. Sosial qrupların xüsusiyyətləri, onların peşə-ixtisas və sosial-demoqrafik strukturu.

Sosial partnyorluğun beynəlxalq hüquqi normaları. Sosial partnyorluq – gəlirlər və əmək haqqı siyasətinə həmrəylik funksiyası kimi.

Gəlirlər sahəsində regional ərazi və həmkarlar sazişlərinin xüsusiyyətləri. İşçilərin iqtisadi maraqlarının müdafıəsi. Qanunvericilik zəmanətləri və işçilərin hüquqları. Əmək haqqında qanunlar məcəlləsi. Bazar münasibətləri şəraitində həmkarlar təşkilatlarının fəaliyyəti və məqsədləri. Sahibkarlığın sosial bazası, təbəqə və qrupları, onların formalaşması xüsusiyyətləri. Sahibkarlığın iqtisadi maraqlarının müdafiəsi. Bu anlayışın mövcud əmək haqqında qanunlarla ahəngsizliyi. Sahibkarlıq fealiyyətinə kömək məqsədilə son vaxtlarda ölkə prezidentinin verdiyi fərmanlar və görülən tədbirlər.

GƏLİRLƏR VƏ SOSİAL-İQTİSADİ DİFFERENSİASİYA.
Gəlirlər və xərclər anlayışı. Qanuni ve qeyri-qanuni gəlirlər. Qeyri-bərabər gəlirlər. Dövlət tənzimləınməsinin həyata keçirilməsi – bölgü funksiyasının icrası kimi. Gəlirlərin funksional bölgüsü. Gelirlərin növləri: əmək fəaliyyətindən əldə olunan gəlirlər, fərdiçilikdən gələn gəlirlər; donor gəlirləri; işgüzarlıqdar (biznesdən) əldə olunan gəlirlər; qiymətli kağızlardan, istiqrazlardan əldə olunan gelirlər; örtülən gəlirlər; transfert ödənişləri; nəzərdə tutulmayan gəlirlər.

Əhalinin alıcılıq qabiliyyəti və inflyəsiya. Əhalinin gəlir əmanətlərinə dair siyasət. Əmanətlərin indeksləşdirilməsi. Əhalinin əmanətlərinə dair dövlət zəmanətləri. Əmanətlərin mühafızəsi və bərpəası işində dövlətin rolu. Bank əmanətlərinin sığortası təcrübəsi. Əmanətlərin qoyuluşunda bankların rolu. Əhali əmanətlərinin sığortalanmasında sığorta təşkilatlarının rolu. Əlavə sığortalanma. Əhalinin gəlir əmanətləri sistemindəki çatışmamazlıqlar.

Ərazi üzrə gəlirlərin differensasiyası. Gəlirlərin differensasiyası cəmiyyətin seyredici amili kimi əmək haqqının differensasiyası.

SOSİAL TRANSFERTLƏR VƏ ONLARIN ƏHALİ

GƏLİRLƏRİNİN FORMALAŞMASINDA ROLU
Sosial transfertlərin mahiyyəti, onların əhali gəlirlərinin formalaşmasına təsiri. Sosial transfertlər növləri və funksiyaları. Sosial transfert sistemlərinin əsas vəzifələri. Bazar münasibətləri şəraitində sosial transfertlər sisteminin xüsüsiyyətləri. Sosial transfertlərin formaları. Sosial transfert sistemi modelləri. Sösial transfertlərin maliyyələşdirilməsi mənbələri və resursları. Maliyyə resurslarının yenidən bölüşdürülməsi. Yaşamaq üçün zəruri olan minimum vəsait, onun müəyyən edilməsi, minimum sosial əhəmiyyətli xidmət.

Sosial norma və normativlər, onların hesablanması və tətbiqi. Sosial tələbat və mənafelər, onlanrın məzmunu və növləri.

İctimai sığorta sistemi. Sosial müdafıə sisteminin ünsürləri, sığorta fondu və onun formalaşması mənbələri. Sığorta fondundan istifadə istiqamətləri.

Büdcədən kənar sosial fondların formalaşması mənbələri və istifadə olunması. Büdcədən kənar fondların məqsədi. Bu fondların formalaşması və istifadə olunmasının təkmilləşdirilməsi istiqamətləri.

BÜDCƏ TƏŞKİLATLARI SFERASI İŞÇİLƏRİNİN

ƏMƏK HAQQININ TƏNZİ MLƏNMƏSİ
Büdcə təşkilatlarında işçilərin əmək haqlarının tənzimlənməsinin iqtisadi və hüquqi əsasları. İqtisadiyyatda dövlət sektorunun idarə olunması – hökümətin iqtisadi funksiyası və dövlət iri təsərrüfat subyekti kimi.

Dövlət büdcəsi, onun gəlirlər bölməsinin formalaşması. Dövlət büdcəsi, büdcə təşkilatı işçilərinin əmək haqlarının ödənilməsi, artırılması və tənzimlənməsi mənbəyidir. Büdcə təşkilatlarında əmək haqqının təşkili və tənzimlənməsi ünsürləri: vahid tarif sistemi; tarif sistemi və onun ünsürləri: tarif-ixtisas sorğu kitabçaları, tarif cədvəlləri, tarif maaşları; tarif əmsalları; tarif dərəcələri.

Mühəndis-texniki işçilərin, mütəxəssislərin və qulluqçuların əməyinin ödənilməsinin vəzifə maaşları sxemi, onun tətbiqi qaydaları. Tarif sistemlərinin çatışmamazlıqları.

Qeyri-istehsal sahələrində vəzifə maaşları sxeminin xüsusiyyətləri. Mükafatlandırma sistemləri, onların mahiyyəti və təyinatı.

Dövlət məmurlarının əmək haqlarının tənzimlənməsi. Əmək haqqının sahələr üzrə tənzimlənməsi. Qeyri-dövlət müəssisə və təşkilatlarda əmək haqqının təşkili və tənzimlənməsi.

«GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİ» FƏNNİ ÜZRƏ SAATLARIN BÖLGÜSÜ

SİNDƏ DÖVLƏTIN ROLU

TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

HAQQININ TƏNZİ MLƏNMƏSİ.

  1. Azərbaycan Respublikasının Kostitusiyası, Azərnəşr, Bakı-1997.
  2. Azərbaycan Rcspublikasnın Əmək Məcəlləsi, Bakı – 1999.
  3. «lqtisadi, sosial və mədəni hüquqlar haqqında». 16 dekabr 1996-ci il, Beynəlxalq Paktı.
  4. Keмпвелл P. Макконелл, C tеhjiи Л. Бpıo. E kohom и k а , Бакy- 1992.
  5. T.Ə. Quliyev «Əməyin sosiologiyası». Maarif, Bakı -1998.
  6. F.Ə. Məmmədov, A.F. Musayev və başqaları: «Vergitutmanın nəzəri ve metodoloji əsasları».
  7. S.Mehbaliyev, R.İskəndərov:”Əmək bazarı və əhalinin sosial müdafiəsi”, Bakı, 2002
  8. Ə.Q.Əlirzayev: «İqtisadi və sosial idarəetmə: bazar iqti- sadiyyatı, metodoloji prinsiplər, qanunauyğunluqlar». Bakı-1997
  9. Адамчук В.В., Кокин Ю.П., Яковлев Р.А. Экономика труда. М.: Финстат-информ, 1999.
  10. Бабич А.М., Егоров Е.В., Жильцов Е.Н. Экономика социального страхования: Курс лекций. М.. ТЕИС, 1998, гл. I, III, IV.
  11. Доходы и заработная плата: проблемы формирования, распределения, регулирования / Под ред. Н.А. Волгина. М.: РАГС, 2009.
  12. B.H. Jleвашов «Социальная политика доходов и заработной платы ». Mocквa, 2000
  13. «Политика доходов и заработной платы». Абакумова Н.Н., HГAЕ и У . Moсквa -1999.
  14. «Oсновныe npинципы ycтановления минимальной заработной платы b мировой практике » Boйшнкова Г. «Общество и экономика», 1993,№6

15. «Экономика труда». IIoд ред. Куликова, Moква 2002.

16.Boлгин H. A., Николаев C.B. Доход работника и результативность производства». Mocква, 1999.

17.Политика доходов и заработной платы: Учебник / Под ред. Савченко и

Ю.П. Кокина. – М.: Юрист, 2006. – 456 с.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Əməyin iqtisadiyyatı

1. Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
3. İqtisadi qavrama və iqtisadi təfəkkür.
4. İqtisadi qanunlar və kateqoriyalar.
5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.

1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları insanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması istənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət yaratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyrimümkün edir.

Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduqca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisadiyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təşkili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciyyəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrüfatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növlərinin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandarlığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibətləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemətlərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqatlara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menecment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiyyatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriyyətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur ». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılı-ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlərinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür: MİKROİQTİSADİYYAT – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
MAKROİQTİSADİYYAT – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
MEZOİQTİSADİYYAT – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
MEQOİQTİSADİYYAT – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.

2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf etməyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçıların və siyasi xadimlərin ideyaları… düşünüldüyündən daha böyük əhəmiyyətə malikdir. Dünyanı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iqtisadçısının quludur»1.
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri yerinə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həyatında baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan ibarətdir. Bu, onun idrak funksiyasıdır.
Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tətbiq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər dəyərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təsvir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın dərinliklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çıxarır və onlardan istifadə olunması yollarını göstərir. Bunlar iqtisadi nəzəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikinci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.
Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisadi şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real gerçəkliyi aşkara çıxarmaq və ümumiləşdirmək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qalmış problemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll etmək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan asılı qalır, özünün həyatiliyini itirir.
Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsilin və s. iq-tisadiyyatlarıvə funksional (əmək iqtisadiyyatı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keçmişin dahi iqtisadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Mil-lin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri altında yaranmışdır.
Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrənmək üçün vaxt ayırmağa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məşğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların tövsiyələrini nəzərə almaları adi hala çevrilmişdır. Indi iqtisadçılar hökumət orqanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsələn, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məsləhətçilərin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi məruzəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyribərabərlik, tədiyə ba-lansı və beynəlxalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı münasibətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qanunvericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.
Gündəlik həyatımızda rastlaşdığımız konkret problemlərin əksəriyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əmtəə və fond birjalarında qiymətlərin qalxıb-enməsinin səbəbləri, ayrı-ayrı ölkələrdə xalqın rifahının səviyyəsi və «keyfiyyəti», istehsalın «Isveç modeli»nin və Azərbaycan Demokratik Respublikasının (1918-1920) iqtisadi platformasında nəzərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində gedən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial müdafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin rolu, vergilər, onların məzmunu, büdcənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya malik olmaq, qarşıya çıxan suallara inandırıcı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.
Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfindən öyrənilməsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da informasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxar-maq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.

3. Iqtisadi qavrama və iqtisadi təfəkkür.

Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmə-lərinin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir.
Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iqtisadi təfəkkürün xarakteri və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.
Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çünki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çıxa-rılmasına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, kateqoriyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol vermədən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və onları idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriyalardan istifadə etməyi bacarmadıqda təfəkkürdə sinkretizm əmələ gəlir, adamlar iqtisadiyyatda baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlərini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və keyfiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, təsadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bununla birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qabaqcadan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadisənin mahiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yanlış təsəvvürlər əsasında qurmaqda davam edirlər. Bununla əlaqədar olaraq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir.
Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o insanların mənafeləri, xüsusilə də maddi mənafeləri ilə əlaqədardır. Məhz buna görə də iqtisadi təfəkkürün istiqamətləri insanların mənafeləri ilə müəyyən olunur və bu, onları baş verən hadisələrdən müəyyən nəticələr çıxarmağa vadar edir. Ümumiyyətlə, iqtisadi mənafelər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir.
Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə formalaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, istehsalla qarşılıqlı əlaqə prosesində insanlarda onun haqqında ən sadə təsəvvür formalaşır. Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tərəflərini əks etdirir və iqtisadi təfəkkürün formalaşmasında empirik mərhələdir. Bu mərhələnin əhəmiyyəti onunla müəyyən edilir ki, o, iqtisadi hadisələr haqqında çox sadə təsəvvürlərin əldə edilməsi, onların elmi cəhətdən ümumiləşdirilməsi üçün olduqca vacibdir. Çünki empirik biliklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyələnmək üçün imkan əldə edirlər.
Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan biliklər getdikcə saflaşır. Lakin mücərrəd təfəkkür mərhələsi nə qədər əhəmiyyətli olsa da, hadisənin dərk olunması prosesi onunla başa çata bilməz. Çünki mücərrəd anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qarma-qarışıq təsəvvür verir.
Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə müna-sibətlərin müxtəlif və mürəkkəb şəbəkəsini, həmçinin hadisələr, hadisələrlə onların mahiyyəti, müxtəlif səviyyələr və qaydalar arasındakı əlaqə və asılılıqları müəyyən etmək imkanı yaranır. Bu andan təfəkkür özünün tamamlanma, nəzəri mərhələsinə daxil olur. Bu, mahiyyətcə təfəkkürün formalaşmasında real iqtisadi proseslər haqqında qabaqcadan əldə edilmiş biliklərin sintez mərhələsidir.
Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pillələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra anlayışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəaliyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın sonrakı pilləsi konsepsiyadır. Fərziyyəyə nisbətən konsepsiya hadisə və proseslərə dair müəyyən nöqteyi-nəzərləri əsaslandıran geniş baxışlar sistemidir. Buna Azərbaycan Respublikasının iqtisadi inkişaf, yaxud da qiymətlərin əmələ gəlməsi konsepsiyalarını misal göstərmək olar. Həm də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin həll edilməsinin ən səmərəli yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məqsədəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif konsepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qanunların tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diqqətlə və dərindən işlənməsi və onların hərtərəfli əsaslandırılması nəticəsində elmi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mükəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.
Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi təfəkkür yaradıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi yanaşmaq, onların məhdudluğunu, iqtisadi həyatın real faktları ilə onların barəsindəki təsəvvürlər arasında fərqləri görmək, özünütənqid şəraitində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keçmiş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliyyətinə malik olmaq deməkdir.
Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmurlar, onu həyatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi münasibətlərlə əlaqədə olması iqtisadi təfəkkürün formalaşmasının başlanğıcını qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir.
Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam düşüncəyə malik olmaq lazımdır. Lakin iqtisadi gerçəkliyi olduğu kimi qavramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, təsərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də istehsalın idarə olunmasının obyektiv iqtisadi qanunauyğunluqları, prinsipləri və metodları haqqında biliklərə yiyələn-mək lazımdır. Cəmiyyətimizin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə də təsadüfi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çıxarılması, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olunması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sahibinə çevrilməsinin təmin olunmasına dair çevik mexanizmin yaradılması cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatların həyata keçirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox böyük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi təfəkkürü formalaşdırmaqdan, sahibkarlığı və işgüzarlığı stimullaşdırmaqdan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviy-yələrdə işçilərin bilik və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iqtisadi təhlil metodlarına yiyələnmələrini, idarəetmədə onların fəal iştirakını təmin etmək yolu ilə yerinə yetirilə bilər.
Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqti-sadiyyat olduğuna görə onlarda iqtisadi təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qanunlarla idarə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qa-nunlarıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qanunlar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.
Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim təkrarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və proseslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.
Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter daşıyır. Yəni onlar insanların şüurundan, istək və arzularından asılı olmayaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə olmasını etiraf etmək subyektiv amillərin rolunu azaltmaq kimi başa düşülməməlidir. Başqa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildirlər, onlar həmin qanunları dərk və bundan özlərinin mənafelərinə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sürətləndirə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını inkar edənlər də vardır. Onlar bu qanunların insanların iradəsindən, dərrakəsindən, psixologiyasından asılı olduğunu qeyd edirlər. Hətta bu qanunları fetişləşdirənlərə də rast gəlinir. Onlar sözdə iqtisadi qanunların obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qa-nunların fəaliyyətinin qarşısının alınmasının mümkün olmamasında görürlər.
Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cəhətlər də vardır. Belə ki:
1) Təbiət qanunları insanların iştirakı olmadan meydana gəlib, fəaliyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda meydana gəlib fəaliyyət göstərməyə başlamışdır;
2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qanunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, onları doğuran səbəblər, şərait aradan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanunlara verirlər.
Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadi qanunlar.
Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digərindən fərqləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konkret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rəqabət qanunu kapitalizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqtisadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tutur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xidmət edir? ayrı-ayrı adamların varlanmasınamı, yoxsa cəmiyyətin bütün üzvlərinin rifahının yaxşılaşdırılma-sınamı? Deməli, əsas iqtisadi qanun insanların iqtisadi mənafeləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər insanların birgə əmək prosesində, müəyyən iqtisadi münasibətlər çərçivəsində formalaşır. Insanların əməyə ilkin sövqedici səbəbi olan iqtisadi mənafelər iqtisadiyyatın və bütövlükdə cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin) iqtisadi mənafeyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də meydana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ayrı fərdlər arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiyyət formalarının və təsərrüfatçılıq metodlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi mexanizmi də mürəkkəbləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur.
Kapitalizm, iqtisadi məcburiyyətin, adamların mənafelərinə iqtisadi təsiretmənin xüsusi, olduqca çevik və səmərəli sistemini yarat-mışdır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təhlükəsi sahibkarları istehsalı təkmilləşdirməyə, onu ən yeni və yüksək məhsuldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.
Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi inkişafın bütün mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yüksəldilməsi, təlabatın daim artması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağıdakı xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri səciyyələndirir; 2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və inkişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan vermiş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti meydana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir; 3) Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix səhnəsindən çıxır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər.
Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təzahür edir. Iqtisadi kateqoriyalar-iqtisadi hadisə və proseslərin ümumi cəhətlərini ifadə edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi kateqoriyalar – obyektiv iqtisadi qanunların məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aşkara çıxarmağa, hadisə və proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə imkan verir.

5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metodgerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməxsus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induksiya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başlanır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqiqat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırılan fərziyyədən empirik məlumatların toplanması və sistemləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayın-dırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapitalizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasibətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcəli, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun ma-hiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onların əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.

Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.

Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar.
İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.
İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır.
İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.
Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.
İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür: 1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri
İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.
Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar: 1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. ) 2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).
İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin ” Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.
Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər.
Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə – maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir.
Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.
Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.
Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.
İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.
Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.
İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.
Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.
İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.
İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.
İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.
Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir.
İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir.
İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər.
İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.
İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.
İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək lazımdır.
1. Təşkilati- iqtisadi münasibətlər.
2. Sosial- iqtisadi münasibətlər.
Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və təşkili səviyyəsini səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir.
Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

Iqtisadiyyatın əsasını təşkil edən başlıca prob-lem iqtisadi ehtiyatların məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iqtisadi ehtiyatlar dedikdə əmtəələrin istehsalı və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunan təbii, əmək və insanların özləri tərəfindən istehsal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara sənaye və kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün istifadə olunan müəssisələrin bi-naları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə vasitələri, əməyin müxtəlif növləri, torpaq, faydalı qazıntılar və i. a. aiddir.
Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.
Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.
Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.) ibarətdir.
Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosial-demoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.
Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına, oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin əhəmiyyəti də dəyişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək, sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.
Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.

Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şeydən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan ehtiyatlara bölmək olar. Birinciyə torpaq, su hövzəsi, meşələr, habelə əmək ehtiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bilər.
Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məhsulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bölünür: 1) Istehsal prosesini təmin edən iqtisadi ehtiyatlar; 2) Məhsulda maddiləşən iqtisadi ehtiyatlar. Maşınlar, avadanlıqlar, bina və tikililər, habelə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak etməklə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xammal və materiallar, yanacaq isə bir istehsal dövründə iştirak etməklə, istehsal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar obyektiv (maddi) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara binalar, maşınlar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehtiyatlara isə əmək ehtiyatları daxildir.
Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nəzərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olunan ehtiyatların miqyası genişlənir, istehsal prosesinə daha çox iqtisadi ehtiyatlar cəlb olunur.
Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhəmiyyəti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənənəvi əl “əməyi”, dartıcı qoşqu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, sənayeləşdirmənin həyata keçirilməsi istehsal olunan maşın və xammalların ön plana keçməsinə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.
Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsulları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təkamül, həm də inqilab yolu ilə baş verə bilər.
Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial imkanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsalın amillərinə çevrilir. Daha konkret desək, müəyyən texnologiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehtiyatlar istehsalın amilləri adlanır.
Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyatları da deyilir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan ibarətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik dedikdə cəmiyyətin artan sonsuz tələbatını daha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.
Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olunan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı ara-sındakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” prob-lemini əhatə edir.
Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri ara-sındakı qarşılıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasitəsilə təzahür edir. Bunlar da öz növbəsində iqtisadi ehtiyatların hər vahidinə düşən məhsulun həc-mi ilə ölçülür. Iqtisadi səmərəliliyə qiymət verərkən təkamilli və çoxamilli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci halda buraxılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyatların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.
Səmərəliliyin qiymətləndirilməsində çoxamilli yanaşma metodundan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqtisadi ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.
Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyatlardan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məq-sədlə də cəmiyyətin malik olduğu ehtiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olunmalıdır.
Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehtiyatlardan istifadə edilməsi nəzərdə tutulur.
Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan elə istifadə etmək lazımdır ki, onların hər biri istehsalın ümumi həcminə öz töhfəsini verə bilsin. Buna hansı məhsulun is-tehsalı üçün harada daha əlverişli şərait varsa, onu məhz orada istehsal etmək yolu ilə nail olunur.
Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkanlarını nəzərdən keçirməklə daha aydın nümayiş etdirmək olar. Bu məqsədlə əvvəlcə aşağıdakı ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitində fəaliyyət göstərir və istehsalın tam həcmi təmin edilmişdir; 2) Istehsal amilləri nə kəmiyyət, nə də keyfiyyətcə dəyişmir; 3) Istehsal texnologiyası dəyişmir; 4) Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şeyləri istehsal olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.