Press "Enter" to skip to content

Məyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd olan aktlar etibarsız sayılır.

Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.

O, yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir. O dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında ətraflı məlumat əks olunmamışdır. Onu şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüəra” adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da qeyd etmişdir.

Şairin yeganə övladı Fəzli dərin elmi biliyi ilə seçilən ziyalı olmuşdur. Onun zərif şeirlər yazması barədə mənbələrdə məlumat vardır.

Doğulub-yaşadığı İraqdan heç vaxt ayrılmayan Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmiş və İmam Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir.

Şairdən bizə qalan zəngin bədii irs aşağıdakılardan ibarətdir: Azərbaycan türkcəsində divan, fars dilində divan, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət divan — qəsidələr divanı. Azərbaycan dilində yazılmış poemalar: “Leyli və Məcnun”, “Bəngü badə”, “Söhbətül-əsmar”. Fars dilində poema: “Həft cam”. Azərbaycan türkcəsində nəsr əsərləri: “Hədiqətüs-süəda”, nəsrlə məktublar. Fars dilində nəsr əsərləri: “Rindü Zahid”, “Səhhət və Mərəz”. Ərəb dilində elmi-fəlsəfi əsər: “Mətləül-etiqad”. Fars dilindən tərcümə: “Hədisi- ərbəin”.

Daha çox lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və s. janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır.

Şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda qələmə alınıb. Bunların sırasında məhəbbət mövzusunda yazılanlar, gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur.

Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izahı xüsusi diqqət tələb edir. Onun tərənnüm etdiyi məhəbbət, çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, yaxud fərqləndirmək mümkün olmur. Lakin bütün hallarda lirik qəhrəman mənəvi saflığı, möhkəm iradəsi, sədaqətli və əzəmətli olması ilə diqqəti çəkir.

Şairin ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, şəxsi həyatına və s. münasibəti əks olunmuşdur.

Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Onun bu janrda yazdığı əsərlər islam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir.

Şairin poemaları yaradıcılığında xüsusi yer tutur. “Leyli və Məcnun” (1537) çıxılmaqla, qalan üç poema alleqorik səciyyəlidir. Bu üç poema müxtəlif mövzularda yazılsa da, ideyalarında oxşarlıqlar da var. Onlarda təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi (“Bəngü Badə” ), şöhrətpərəstlik, mənəmlik (“Söhbətül-əsmar”), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər (“Həft cam”) kəskin tənqid edilmişdir.

Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun “Şikayətnamə” adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir. Ana dilində olan “Hədiqətüs-süəda” (tərcümə olduğunu iddia edənlər də var) əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunmuşdur.

Farsca yazılmış “Rindü Zahid”in əsasında insan, həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. Fars dilində nəsrlə yazılmış “Səhhət və Mərəz” alleqorik əsərində isə müəllifin elmi, dini-fəlsəfi və sufi-panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır.

Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınmışdır. Tərcümələri arasında “Hədisi-ərbəin” (“Qırx hədis”) önəmli yer tutur. Fars-tacik şairi Əbdürrəhman Caminin eyniadlı əsərini ana dilinə tərcümə etməklə şair türkdilli oxucuların bu məşhur əsərdən faydalanmaları, zövq almaları məqsədini güdmüşdür.

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun işləyənlərin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsini təmin etməyə yönəldilmişdir, respublikada əməyin mühafizəsi işinin təşkilinin vahid qaydasını müəyyən edir və tabeliyindən, mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bütün nazirliklərə, baş idarələrə, korporasiyalara, konsernlərə, assosiasiyalara, birliklərə, müəssisələrə, idarələrə, təşkilatlara, kooperativlərə, kolxozlara, sovxozlara, fermer təsərrüfatlarına və başqa təsərrüfat idarəetmə orqanlarına şamil edilir.

I fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əməyin mühafizəsi anlayışı

Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.

Maddə 2. Əməyin mühafizəsi hüququ

Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.

Maddə 3. Əməyin mühafizəsi haqqında qanunvericilik

Əməyin mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarınn və bunlara müvafiq surətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi beynəlxalq normativ-hüquq aktlarından və dövlətlərarası müqavilələrdən ibarətdir.

Bundan sonra “müəssisələr və təşkilatlar adlandırılacaq.

İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd olan aktlar etibarsız sayılır.

Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, təlimatlar bütün müəssisələr və təşkilatlar, onların vəzifəli şəxsləri, işverənlər və işçilər üçün məcburidir.

Maddə 4. Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi

Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına məxsus müəssisələr, idarələr və təşkilatlar ilə, o cümlədən ayrı-ayrı işçitutanlarla əmək münasibətlərində olan bütün işçilərə; kooperativlərin üzvlərinə, istehsalat təcrübəsi keçən ali, orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmənin hökmü ilə cəza çəkən şəxslərə— onlar islah-əmək müəssisələrində və ya hökmlərin icrasını həyata keçirən orqanların müəyyənləşdirdiyi müəssisələrdə işlədikləri dövrdə, həmçinin cəmiyyətin və dövlətin mənafeyi naminə təşkil olunan əmək fəaliyyətinin digər növlərinin iştirakçılarına şamil edilir.

Maddə 5. Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipdən

Öz hakimiyyət və idarəetmə orqanlarının simasında Azərbaycan Respublikası həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətini hazırlayır, həyata keçirir, vaxtaşırı dəyişdirir və bu zaman aşağıdakı prinsiplərə əsaslanır:

Bütün qanunvericilik, icra hakimiyyəti orqanlarının, nəzarətçi idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin, xidmətlərin, yerli özünüidarə orqanlarının, müəssisələrin və təşkilatların əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsalat zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;

işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

Əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi;

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;

Əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə və təşkilatlarda yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;

əməyin mühafizəsi sahəsində elm və texnika nailiyyətlərindən, qabaqcıl təcrübədən, o cümlədən xarici ölkələrin nailiyyətlərindən və təcrübəsindən geniş istifadə edilməsi, təhlükəsiz texnikanın və texnologiyanın, işləyənləri mühafizə vasitələrinin hazırlanmasının və tətbiqinin həvəsləndirilməsi;

Müəssisələrdə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına kömək göstərən vergi siyasətinin yeridilməsi;

əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;

İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə pulsuz təmin edilməsi;

ali və orta ixtisas məktəblərində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması;

İstehsalatda baş vermiş hər bir bədbəxt hadisənin, peşə xəstəliyinin hökmən təhqiq edilməsi, uçota alınması və təhlil edilməsi və bunun əsasında istehsalatda zədələnmələrin və peşə xəstəliklərinin səviyyələri barədə əhaliyə məlumat verilməsi;

İstehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial müdafiəsi;

həmkarlar ittifaqlarının, digər ictimai təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;

Əməyin mühafizəsi məsələlərinin həllində beynəlxalq əməkdaşlıq.

Maddə 6. Əməyin mühafizəsi problemlərinə dair qərarların hazırlanmasında və qəbul edilməsində ictimai təşkilatların iştirakı

Müəssisələr, mütəxəssislər, vətəndaşlar əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək Azərbaycan Respublikasının ictimai təşkilatlar haqqında qanunvericiliyinə müvafiq surətdə fəaliyyət göstərən ictimai təşkilatlar yarada bilərlər.

Dövlət və təsərrüfat idarəetmə orqanlarını, nəzarət orqanları, habelə müəssisələr bu təşkilatlara hərtərəfli kömək göstərir və əmək mühafizəsinin təmin edilməsi məsələlərinə dair qərarları işləyərkən və qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə alır.

Maddə 7. Beynəlxalq müqavilələr və sazişlər yerinə yetirilərkən əməyin mühafizəsi

Azərbaycan Respublikasının müəssisələri və vətəndaşları beynəlxalq müqavilələr və sazişlər əsasında xaricdə işləyərkən əməyin mühafizəsi üzrə tələblər müəyyən edilməyibsə, bu müqavilələrdə və sazişlərdə nəzərdə tutulmuş tələblər tətbiq edilir.

Azərbaycan Respublikasının müəssisələrində işləyən xarici vətəndaşların əməyinin mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi xüsusiyyətləri əlaqədar tərəflərin razılığına əsasən müəyyən edilir.

II fəsil ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏŞKİLATİ-TEXNİKİ VƏ MALİYYƏ TƏMİNATI

Maddə 8. Əməyin mühafizəsini dövlət idarəetməsi

Respublikada əməyin mühafizəsini dövlət idarəetməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli hakimiyyət orqanları, habelə xüsusi səlahiyyət verilmiş dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq sürətdə həyata keçirirlər.

Azərbaycan Respublikasının hökuməti:

Əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində nazirliklərin, baş idarələrin, konsernlərin, assosiasiyaların, birliklərin, müəssisələrin, təşkilatların, kooperativlərin, yerli özünüidarə orqanlarının və digər orqanların vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir;

Həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramlar işləyib hazırlayır və onların yerinə yetirilməsini təşkil edir;

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət edən xüsusi dövlət orqanlarının və müfəttişliklərinin əsasnamələrini təsdiq edir;

Əməyin Mühafizəsi tələblərinin pozulması Halları

Mövzumuz əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqındadır. Baku Business Consulting komandası olaraq bu sahədə professisonal fəaliyyətimizi və günümüzün reallığını nəzərə alıb əməyin mühafizəsi sahəsində maarifləndirici məqalələrə başlamaq qərarna gəldik. Statistik məlumatlara əsasən hər il dünyada 2.3 milyon kişi və qadın iş yerlərində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olurlar. Azərbaycanda statistikaya görə pis əmək şəraiti səbəbilə istehsalatda hər ilorta hesabla 200 şəxs müxtəlif dərəcəli xəsarətlər alırlar və bunlardan 90 hadisə ölümlə nəticələnir. Qeyd etdikləmiz əməyin mühafisəzi mövzusunun aktuallığını təsdiq edir. Eyni zamanda Əməyin Mühafizəsi tələblərinə riayət edilməməsi sahibkarlar üçün də pis nəticələrə gətirib çıxarır. Əməyin Mühafizəsi tələblərinin pozulması işlərin dayanmasına, sanksiyaların tətbiq olunmasına,işçilərə kompensasiya ödənilməsnə, müəssisənin imicin itirlməsinə və digər iqtisadi itkilərə səbəb olur. Aydın faktdır ki,təhlükəsiz əmək və işçinin sosial təminata inamı müəssisənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Əməyin Mühafizəsi sahəsində qanunvericilik iki tərəfli həm işəgötürən həm də işçilər üçün hüquq və vəzifələr müəyyən edir. Təkcə yerli qanunvericiliyin tələblərinə riayət etmək kifayət etmir, eyni zamanda beynəlxalq təcrübədən də faydalanmaq lazımdır. Yerli və beynəlxalq tələblər Əməyin Mühafizəsi üçün bir çox idarəetmə sistemləri və standartlar müəyyən edir. Baku Business Consulting müəssisələrdə Əməyin Mühafizəsi sahəsində bu tələblərin tətbiqini icra edir.

Məsləhət Bazarının Seqmentasiyası
​İş Yerlərinin Attestasiyası

Xidmətlərimiz

  • Mühasibat xidmətləri və Maliyyə hesabatları
  • Maliyyə Məsləhətçiliyi
  • Əməyin mühafizəsi və Əmək qanunvericiliyi
  • İnsan Resursları üzrə Məsləhətçilik
  • İş yerlərinin attestasiyasıyası
  • Strateji Məsləhətçilik
  • Kadr Uçotun Qurulması
  • Gömrük rəsmiləşdirilməsi və Broker xidməti
  • Miqrasiya

Bizimlə əlaqə

  • Nobel prospekti 15, AZURE BUSİNESS CENTER, 7-ci mərtəbə
  • +994124801766
  • office@bakubusinessconsulting.com

Comments are closed, but trackbacks and pingbacks are open.