Ən yeni tarix
“İran-Azərbaycan münasibətləri” mövzusundakı müzakirələrdə P.Hüseyn Süleymaninin açıqlamalarına dözməyərək ona qarşı ağır ifadələr işlədib, üzərinə yeriyərək döymək istəyib.
Ən yeni tarix
Pənah Hüseyn Əfşar Süleymaniyə əskik, şərəfsiz, arvadbaz dedi, cavabını da aldı
Fevralın 5-də ANS telekanalında jurnalist Mirşahinin müəllifi olduğu “Ən yeni tarix” verilişinin qonaqları keçmiş baş nazir Pənah Hüseyn və İranın ölkəmizdəki eks səfiri Əfşar Süleymani arasında dramatik anlar yaşanıb.
“İran-Azərbaycan münasibətləri” mövzusundakı müzakirələrdə P.Hüseyn Süleymaninin açıqlamalarına dözməyərək ona qarşı ağır ifadələr işlədib, üzərinə yeriyərək döymək istəyib.
Ə.Süleymani 1992-ci ildə Azərbaycana silah-sursat yardımı etdiklərini deyincə, qarşı tərəf “dövlətlər arasında olan bəzi məsələlər var ki, onu geniş kütlə üçün açıqlamaq olmaz”, söyləyib.
Keçmiş səfir Əbülfəz Elçibəyin İrana o qədər də müsbət olmayan münasibəti haqqında da danışıb. P.Hüseyn bu fikirə kəskin etiraz edib: “Azərbaycan-İran münasibətlərinin ən yaxşı dövrü mənim prezidentim Elçibəyin dönəmində olub”.
Bu zaman Ə.Süleymani P.Hüseynə İrandakı söhbəti xatırladıb: “Pənah bəy, siz İrana gəlmişdiz. Sizinlə Əbülfəz Elçibəyin İrana olan soyuq münasibətindən danışdıq. Elçibəyin İrana soyuq münasibətinin səbəbini soruşanda Siz belə cavab verdiz: “O, tarixçidi, siyasətçi deyil”.
Bu açıqlamadan sonra müzakirələr mübahisə ilə davam edib. Keçmiş baş nazir üzünü Mir Şahinə tutub, Əfşar Süleymanini göstərərək, “Bu əskiyi bura niyə çağırmısan?”-deyə əsəbi halda qışqırıb. Keçmiş səfir “əskik sənsən” deyincə, P.Hüseyn Əfşarın üstünə cumub.
Təhlükəsizlik xidməti əlbəyaxa davanın düşməsinə imkan verməyib.
Pənah Hüseyn daha sonra Mir Şahinin üstünə qışqırmağa başlayıb: “Məni bu verilişə nahaq çağırmısız. Çağıranda bilsəydim ki, bu şərəfsiz (əlini Əfşar Süleymaniyə uzadıb) də burdadı, heç gəlməzdim”. Əfşar Süleymani isə yenə də sakitcə P.Hüseynin cavabını qaytarıb: “Pənah bəy, şərəfsiz sən özünsən”.
Bu dəfə P. Hüseyn yenə Əfşar Süleymanini döymək üçün onu üstünə yeriyib. Və Əfşar Süleymaniyə üzünü tutub: “Bu oğraş iki ildir arvad məhkəmələrində qalıb”-deyib.
Bu dəfə də Əfşar Süleymani sakit şəkildə “Elə bunu da sən etmisən”, cavabını verib.
Vəziyyətin nəzarətdən çıxdığını görən Mir Şahin çəkilişi saxlayıb və qonaqlardan üzr istəyib.
Ə. Süleymani mətbuata açıqlamasında baş verənləri təsdiqləyib: “Pənah Hüseynin xasiyyətini hamı yaxşı bilir. Hətta Nəsib Nəsibli də mənə baş verənlərdən çox pis olduğunu dedi”.
P. Hüseyn isə ANS-in efirində olmadığını deyib.
Ən yeni tarix
Çər. axşamı 19 iyun 2018 14:26:34
NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
ETSN bu özbaşınalığı GÖRMÜRMÜ? – VİDEOFAKT
Dövlət Agentliyində kök salmış Qasımovlar klanı – TƏFƏRRÜAT
Gömrük Komitəsi ilk dəfə deyil ki, Azərbaycanı HƏDƏFƏ ÇEVİRİR. – BU DA FAKT.
Zaur Mikayılovun bu kadrından xəbəri varmı? – İLGİNC İDDİALAR.
İnam Kərimov vəzifəsindən alına bilər – Ona vaxt verilibmiş.
“Azərlotereya”nın xalqa bəxş etdiyi xroniki azar – Zəfər Rəisoğlunun “Misli” cadusu!
Ən yeni tarix maraqlı faktlar: 53 yaşlı nazir müavini niyə intihar etmişdi? İz Andropov-Şelokov-Suslov intriqasına aparır.
23-07-2021, 10:11
Teref.az- 1979-cu ilin noyabr-dekabr ayları Kreml məmurları üçün gərgin dövr olub. Əfqanıstan məsələsi, bu ölkəyə sovet hərbi kontingentinin yeridilməsi, Əfqanıstan lideri Hafizulla Əminin sovet xüsusi təyinatlıları tərəfindən məhv edilməsi, Babrək Karməlin Əfqanıstanın rəhbərliyinə gətirilməsi üçün Mərkəzi Komitə kifayət qədər güc sərf edib.
Bu gərgin ərəfənin sonunda “yorğun” məmurlar, nəhayət, enerjilərini bərpa etmək üçün yeni il tətilinə hazırlaşıblar. Amma dekabrın 29-da baş verən hadisə siyasiləri yenidən çətinliyə salıb. SSRİ daxili işlər nazirinin 1-ci müavini Viktor Paputinin özünü güllələyərək intihar etməsi bayram günləri ərəfəsində ölkədə əsas müzakirə mövzusuna çevrilib.
Siyasi Büronun qeyri-rəsmi yığıncağında hadisə ilə bağlı belə qərara alınıb ki, nazir müavininin intiharı (vəfatı kimi təqdim edilib) haqqında mətbuata informasiya və nekroloq bayramdan sonra verilsin. Bayram günlərində qəzetlərin çıxmaması da belə qəraraın qəbul olunmasına “əsas” verib. Ancaq siyasilərin bu qərarına baxmayaraq, artıq dekabrın 29-u axşam saatlarında Paputinin intiharından bütün Moskva xəbərdar olub.
Yeni ilin ilk iş günündə mətbuatda Viktor Paputin haqqında başda Leonid Brejnevin imzası olmaqla Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri, nazirlər, komitə sədrləri nekroloq imzalayıblar. Nekroloqda Vadim Paputinin fəaliyyəti ən pafoslu ifadələrlə yüksək qiymətləndirilib. Nazir müavininin dəfni üçün Novodeviçye qəbirstanlığında yer ayrılıb. Amma Paputinin hansı şəraitdə ölməsi haqqında heç bir informasiya verilməyib. Bayramdan sonrakı günlərdə buna heç ehtiyac da qalmayıb. Çünki hələ bayramdan əvvəl xarici mətbuat və radio Paputinin intiharı haqqında dövriyyəyə yetərincə məlumatlar buraxıb.
53 yaşlı nazir müavini intihar öncəsi heç bir qeyd qoymayıb, heç kimə nəsə deməyib. O, dekabrın 29-da mənzilindəki iş otağında tabel silahı ilə özünü güllələyib. (Məzarüstü daşında dekabrın 28-i yazılıb)
Nazir müavininin intihar etməsi ilə bağlı fərqli versiyalar ortaya çıxıb.
Versiyalardan birinə görə, Paputin vəzifə karyerasında yaranacaq problemə görə intihar edib. Belə ki, yaxın günlərdə onun işdən azad olunacağı, yerinə isə Brejnevin kürəkəni Yuri Çurbanovun təyin ediləcəyi gözlənilib. General-leytenant Paputin karyerasının belə sonluğunu qəbul edə bilməyib.
Digər bir versiyaya görə, nazir müavininin intiharında Əfqanıstan hadisələri əsas rol oynayıb. Paputin birbaşa Mərkəzi Komitənin katibi Mixail Suslovun rəsmi və qeyri-rəsmi tapşırıqlarını icra edib.
Əfqanıstanda keçiriləcək əməliyyatlarda DTK sədri Andropovla Suslov arasında fikir ayrılığı yarananda Suslov Paputini Əfqanıstana göndərib. Paputinin Əfqanıstanda DTK-dan da üstün agentura şəbəkəsi olub. Andropov Hafizulla Əminin məhv edilməsini “Alfa”ya tapşırdığı halda, Suslov Paputinə Əmini sağ götürmək barədə göstəriş verib. Əslində Suslovun göstərişi daha “məqsəduyğun” sayılıb. Belə ki, Suslov istəyib ki, Hafizulla Əmin dəfələrlə dünya ictimaiyyətinin eşidəcəyi səviyyədə SSRİ-dən qoşunların Əfqanıstana göndərilməsini xahiş etsin və bununla da SSRİ “işğalçı” yox, “yardıımçı” ölkə kimi tanınsın. Yəni, SSRİ öz siyasi məqsədinə görə deyil, Əfqanıstanın təkidli xahişlərinə görə qoşunları həmin ölkəyə göndərib.
Digər tərəfdən, daxili işlər naziri Nikolay Şelokovla düşmən münasibətində olan Andropov daxili işlər orqanlarının əməkdaşlarını Əfqanıstanda görmək istəməyib. Bir sözlə, Andropov Əfqanıstan məsələsində bütün təşəbbüsü əlində saxlamaq arzusunda olub. O cümlədən Andropovla Suslovun arasında da soyuq münasibətlər hökm sürüb. Gələcəkdə birinci kürsüyə sahib olmaq üçün Andropov bütün hadisələrdə, tədbirlərdə, partiya xətti ilə ikinci şəxs sayılan Suslovu və daxili işlər naziri Şelokovu zərərsizləşdirməyə çalışıb. Paputin də öz mövqeyinə, Suslovla yaxın, Şelokovun isə müavini olduğuna görə DTK sədrinin hədəfinə düşüb. Ən maraqlı məqamlardan biri isə odur ki, Hafizulla Əmin öldürüldükdən sonra Andropov Brejnevin qarşısında bu hadisəni düzgün addım kimi qiymətləndirməyib, “Alfa”nın keçirdiyi əməliyyatı DİN-in tabeliyində olan daxili qoşunların ayağına yazıb və bu əməliyyatda Viktor Paputinin xüsusi rolu olduğunu vurğulayıb.
Sözsüz ki, Kabul əməliyyatından sonra Moskvaya qayıdan Paputin hansı oyuna düşdüyünü yaxşı anlayıb. Söylənilən versiyalara görə, Paputin məhz bu səbəbdən intihar edib.
Qeyd edək ki, 1926-cı ildə Moskvada anadan olan Viktor Paputin Tula Mexanika İnstitutunu bitirdikdən sonra uzun illər komsomol və partiya orqanlarında çalışıb. O, Podolsk rayon partiya komitəsinin birinci katibi, Moskva vilayət partiya komitəsinin ikinci katibi vəzifələrində işləyib. 1974-cü ildə Mixail Suslovun “təqdimatı” ilə Viktor Paputin SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
53 yaşlı nazir müavini dəfələrlə ali dövlət mükafatları ilə təltif olunub. Bacarıqlı, savadlı, işgüzar məmur kimi tanınıb, vəzifələrdə işlədiyi dövrdə adı heç vaxt qalmaqallı hadisələrdə hallanmayıb.
Onu da vurğulayaq ki, Viktor Paputinin intiharından bir ay sonra Yuri Çurbanov onun yerinə, SSRİ daxili işlər nazirinin 1-ci müavini vəzifəsinə təyin edilib.
Beləliklə, nəhəng bir ölkənin ən böyük və ən mühüm qurumlarının birinin yüksək ranqlı məmuru, general-leytenant rütbəli daxili işlər nazirinin birinci müavininin intihar səbəbi müəmmalı qalıb.
Zakir Osmanov
Teref.az
Azərbaycan Milli Elmlər Akademiyası
“Naxçıvan MSSR-nin təşkili” (XX əsrin əvvəlləri), Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri mövzusu ilə əlaqədar tədqiqatlar aparmışdır. Mövzu müstəqilliyin verdiyi imkanlardan istifadə olunaraq tədqiq olunmuş, təhlillər aparılmış, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin şöbədə Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi, qonşu xanlıqlar və dövlətlərlə münasibətləri, ordu quruculuğu, kəngərlilərdə mülkiyyət məsələsi, XIX-XX əsrlərdə Naxçıvanda yaşamış Naxçıvan xanları nəslindən olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə əlaqədar araşdırmalar aparılmışdır. Naxçıvanın XIX əsr tarixi rus mənbələri əsasında araşdırılmış, dövrün sosial-siyasi və iqtisadi həyatı, Naxçıvanda kollektivləşmə və onun nəticələri məsələləri öyrənilmişdir.
– Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri
– Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri
– Azərbaycanın Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri
– Araz-Türk Respublikasının tarixi
– Müharibə illərində (1941-1945) naxçıvanlıların ön və arxa cəbhədəki fəaliyyətləri
– Naxçıvan bölgəsinin ərazi taleyi
-Naxçıvan Muxtar Respublikanın sosial-iqtisadi tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri
Comments are closed, but trackbacks and pingbacks are open.