Press "Enter" to skip to content

Перевод Nisbilik nəzəriyyəsi на русский

Daha çox (137) Gizlə

Nisbilik nəzəriyyəsi

Daha çox (30) Gizlə

Daha çox (137) Gizlə

KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA

16:48 28.04.2022

  • Şikayət et

Nisbilik nəzəriyyəsi nədir?

Elmi təhlil Eynşteynin Nisbilik Nəzəriyyəsi adi adamlar, yəni xüsusi hazırlığı olmayanlar üçün çox qəliz bir şeydir. Amma onun mahiyyətini sadə dillə, qəliz fiziki və riyazi formullar işlətmədən də açmaq olar. Hazırkı qeydlərin də məqsədi budur, bu nəzəriyyəni sadə dillə çatdırmaqdır. Marağı olanlar yaxın otursunlar. Təssəvvür edin ki, siz dəmir yolunun yaxınlığında durmusuz, qarşınızdan saatda 90 km sürətlə qatar keçir. Vaqonların içində də adamlar var, onların birinə istinad edək. Sizə elə gəlir ki, qatarın içindəki bu adam da eyni sürətlə hərəkət edir. Amma bu, qatarın içindəki adama istinad etsək, o sükunətdədir, siz isə saatda 90 km sürətlə hərəkət edirsiz. Nəticələr fərqli olsa da, hər ikiniz haqlısız. Əgər qatarın içindəki adam qatarın istiqamətində saatda 10 km sürətlə hərəkətə başlasa, sizə istinadən o, saatda 100 km sürətlə hərəkət edir. Qatara istinad etsək, o, saatda 10 km sürətlə hərəkət edir, siz isə 90 km sürətlə yerinizi dəyişirsiz. Diqqət edin, bu zaman yuxarıda olduğu kimi, sürət və yerdəyişmə istinada nisbətən dəyişir, amma zaman dəyişmir. Qatarda da, yerdə də eyni zaman keçir. Zaman isə Nyutonun qanununa görə yerdəyişmənin sürətə nisbətindən ibarətdir: Z=Y/S. İndi reallıq aləmindən fantaziyaya keçək. Tutaq ki, sizin yanınzdan qatar yox, işıq sürəti ilə bir raket keçir. Ilk nəzərdən. bu zaman da yuxarıdakı müşahidələr təkrar olunur və raketin içindəki adam işıq sürəti ilə hərəkət edir. Amma. Birinci halda vaqonun içindəki adam hərəkət edəndə, onun sürəti sizə nisbətən artırsa, ikinci halda, raketin içindəki adam hətta işıq sürətilə hərəkət edərsə, onun sürəti artmır, raketin sürətinə bərabər olur. Deyəsən, bir az qəliz oldu?! Amma bunun açıqlaması var: İşıq sürəti ilə hərəkət edən raketin içində zaman dayanır. Eynşteynin Nisbilik Nəzəriyyəsinin mahiyyəti də elə bundan ibarətdir: Yalnız məkan yox, həm də zaman nisbidir və sürətdən asılı olaraq dəyişir. Bizim misalda, raketin sürəti işıq sürətinə bərabər olanda, zaman tamam dayanır. Deməli, sürət daha artıq olarsa, zaman geriyə hərəkət etməyə başlayar. Amma narahat olmağa dəyməz, hər hansı cismin, ya raketin işıq sürəti ilə hərəkət etməsi reallıqda yox, yalnız fantaziyada mümkündür. Məsələ ondadır ki, Eynşteynin enerji qanununa görə sürət enerji ilə düz, kütlə ilə tərs mütənasibdir: E=MS2. Yəni cismin işıq sürəti ilə hərəkət etməsi üçün onun çəkisi olmamalıdır. Yeri gəlmişkən, işığın kvant nəzəriyyəsi də burdandır, kvant hissəciklərinin çəkisi olmur. Cismin çəkisi olsaydı, onun işıq sürəti ilə hərəkət etməsi üçün miyon dəfələrlə çox enerji lazım olardı. Qalib ARİF Paralel.az

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.

Перевод “Nisbilik nəzəriyyəsi” на русский

теория относительности — это перевод «Nisbilik nəzəriyyəsi» на русский. Пример переведенного предложения: Bunlardan bəziləri təkamül nəzəriyyəsi, əxlaqi və dini nisbilik və Müqəddəs Yazıların Allahdan ilham almasına dair şübhələrdir. ↔ К ним относятся теория эволюции, нравственный и религиозный релятивизм и сомнения в боговдохновенности Священного Писания.

Nisbilik nəzəriyyəsi
+ Добавить перевод Добавить Nisbilik nəzəriyyəsi

“Nisbilik nəzəriyyəsi” в словаре азербайджанский – русский

теория относительности

теория явлений при скоростях, близких к световым
Показать алгоритмически созданные переводы

Автоматический перевод ” Nisbilik nəzəriyyəsi ” в русский

Glosbe Translate
Google Translate

Фразы, похожие на «Nisbilik nəzəriyyəsi» с переводом на русский

специальная теория относительности

Переводы «Nisbilik nəzəriyyəsi» на русский в контексте, память переводов

Совпадение слов
все точно любой

Bunlardan bəziləri təkamül nəzəriyyəsi, əxlaqi və dini nisbilik və Müqəddəs Yazıların Allahdan ilham almasına dair şübhələrdir.

К ним относятся теория эволюции, нравственный и религиозный релятивизм и сомнения в боговдохновенности Священного Писания.

Nisbilik nəzəriyyəsi

NİSBİLİK NƏZƏRİYYƏSİNİN ƏSASLARI

Təqvimdə 2035-ci il 29 dekabrdır. İki gündən sonra Beynəlxalq astronavtlar komandasının planetlərarası kosmik uçuşu baş tutacaq. Komandanın kapitanı 44 yaşlı azərbaycanlı astronavtdır.
O, onuncu sinifdə oxuyan 16 yaşlı qızı Nəzrinlə vidalaşaraq söyləyir: “Qızım, biz kosmosda işıq sürətinin 0,95 mislinə bərabər sürətlə hərəkət edib araşdırmalar aparacaq və Yerə 20 ildən sonra qayıdacağıq. Sağlıq olsa görüşərik, o vaxt sənin 80, mənim isə 64 yaşım olacaq”. Nəzrin təəcüblə etiraz etdi: “Ata, sən fantastik hadisələr danışırsan, 20 ildən sonra mənim 36 yaşım olmalıdır”.

  • Nəzrin doğru söyləyirmi? Nə üçün?

Sürət nisbidir?
Məsələ-1. İki zərrəcik v = 10 m/san sürətlə qarşı-qarşıya gəlir. 1 zərrəciyinin 2 zərrəciyinə nəzərən sürəti nəyə bərabərdir (a)? Bu zərrəciklər işığın vakuumdakı sürətinə bərabər sürətlə (c = 3 ⋅ 10 8 m/san) qarşı-qarşıya gələrlərsə, 1 zərrəciyinin 2 zərrəciyinə nəzərən sürəti nəyə bərabər olar?

  • Zərrəciklərin bir-birinə nəzərən sürətləri nəyə bərabər oldu?
  • Zərrəciyin sürəti işıq sürətindən böyük ola bilərmi?

Qalileyin nisbilik prinsipi. Q.Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını ümumiləşdirərək 1636-cı ildə özünün nisbilik prinsipini formalaşdırdı:
●Mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir.

Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: mexaniki hərəkəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərində eyni şəkildədir.

Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən fəza və zaman mütləq hesab olundu – cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərinə nəzərən əlaqələri yığcam formada “Qaliley çevrilmələri” adlanan və ondan çıxan nəticələrlə təsvir edildi (bax: cədvəl 5.1). Lakin işıq sürətinə yaxın sürətlərdə baş verən hadisələri, məsələn, elektromaqnit, qravitasiya, atomdaxili prosesləri klassik təsəvvürlər izah edə bilmədi.

Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi. XVII əsrin sonlarında işığın sürətinin təyininə dair Olaf Ryomerin astronomik üsulla və XIX əsrin ortalarında Lui Fizonun laboratoriya üsulu ilə aparılan praktik araşdırmaları (bax: Fizika-9, s.116 – 117), XIX əsrin sonlarında isə C.Maksvellin elektromaqnit sahəsinə dair apardığı nəzəri araşdırmaları işığın sonlu sürətə malik olduğunu əsaslandırdı.

Comments are closed, but trackbacks and pingbacks are open.