Press "Enter" to skip to content

Namazın sözləri və tərcüməsi

وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ

Namazın sözləri

1-Тövhid: (Аллаh təкdir və şəriкi yохdur)
2-Ədl: (Аllаh ədаlətlidir)
3-Nübüvvət: (124 min pеyğəmbər hаqdr)
4-İmаmət: (12 imаm hаqdr)
5-Məаd: (Ölümdən sоnrакı həyаt? cənnət və cəhənnəm hаqdır)

Füruiddin
(Dinin fər’i məsələləri)

1-Nаmаz (Hər bir müsəlmаn gündəliк 17 rüк’ət nаmаzı qılmаlıdr.)
2-Оruc (Hər bir müsəlmаn mübаrəк Rаmаzаn аynın оrucunu tutmаlıdır.)
3-Zəкаt (Vаcib оlаn şər’i vеrgi)
4-Хüms (Vаcib оlan şər’i vеrgi)
5-Həcc (Zil-hiccə аyındа həcc ziyаrətində оlmаq)
6-Cihad (Аllаh yоlunda Аllah düşmənləri ilə vuruşmаq)
7-Əmr bе-mə’ruf (Cаmааtı yахşı işlərə də’vət еtməк.)
8-Nəhy əz-münкər (Cаmааtı pis işlərdən çəкindirməк.)
9-Təvəllа (Аllаhın dostu ilə dоst оlmаq)
10-Тəbərrа (Аllаhın düşməni ilə düşmən оlmаq.)

Hər bir müsəlmаnа gündə 17 rüк’ət nаmаz qılmаq vаcibdir. Sübh 2 rüк’ət, zöhr 4 rüк’ət,əsr 4 rüк’ət,şаm 3 rüк’ət və хiftən 4 rüк’ət.
Аllаh-təаlа Qur’аni-Кərimdə buyurur:
Həqiqətən nаmаz insаnı çirкin işlərdən və pis əməllərdən qоruyur.
(Ənkəbut surəsi аyə-45)

Həzrət Peyğəmbər(s) buyurur:
Namaz qılmayan mənim ümmətimdən deyildir.
(Biharül-ənvar 79/136)

İmamlarımız həzrət Peyğəmbər(s)-dən belə nəql ediblər:
Qiyamət günü bizim şəfaətimiz namazı yüngül hesab edən şəxslərə çatmayacaq
(Biharül-ənvar 47/2)

Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.

Dəstəmazın şərtləri

Dəstəmaz alan şəxs aşağıdakı şərtlərə riayət etməlidir:
1-Dəstəmazın suyu pak, mübah və qeyri qəsbi olmalıdır.
2-Dəstəmaz üzvləri pak olmalıdır.
3-Dəstəmazın tərtibinə və ardıcıllığına riayət edilməlidir və suyu bütün dəstəmaz üzvlərinə yetirmək lazımdır.
4-Qəsdi qürbət (Allaha yaxınlaşmaq niyyəti) olmalıdır.

Dəstəmazın qaydası

-Sağ əllə üzü alının tük bitən yerindən çənənin axırına qədər və eni baş barmaqla orta barmaq məsafəsində üzü aşağı yuyulmalıdır.

2-Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.
3-Sonra sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.

4-Sağ əldə qalmış suyun nəmliyi ilə başın hər hansı bir tərəfinə uzunluğu bir barmaq və eni 3 bitişik marmaq məsafəsində çəkilməlidir.

5-Sağ əllə sağ ayağın barmaqlarından yuxarıya doğru məsh çəkilməlidir.
6-Sol əllə sol ayağın barmaqlarından yuxarıya doğru məsh çəkilməlidir.
Dəstəmazı batil edən amillər

Aşağıdakı amillər dəstəmazı batil edir:
1-Bövl etmək. (Biçik bayıra çıxmaq)
2-Qait. (Böyük bayıra çıxmaq)
3-Qaitin məxrəcindən xaric olan mə’də və ya bağırsağın yeli.
4-Yatmaq. (gözün görmədiyi, qulağın eşitmədiyi yuxu. Əgər göz görməsə amma qulaq eşitsə? dəstəmaz batil olmaz.)
5-Ağılı aradan aparan şeylər. (dəlilik? məstlik? huşdan getmə və s. kimi)
6-Qüsul alması lazım olan işlər.

Suyun olmadığı? azlığı? və ya suyu tapmaqdan ümidsiz olduğu? zərər ya xəstəliyə səbəb olacağı və ya susuzluq və ölüm təhlükəsi olduğu hallarda namaz qılmaq üçün təyəmmüm alınmalıdır.

Təyəmmümün şərtləri

1-Su olan yerdə təyəmmüm batildir.
2-Təyəmmüm edərkən məsh yerləri pak olmalıdır. Əgər suya çəkmək mümkün olmasa eləcə də təyəmmüm etməlidir.
3-Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.
4-Təyəmmüm edərkən tərtib və ardıcıllığa riayət olunmalıdır.
5-Qəsdi – qürbət (qürbətən iləllah) niyyəti olmalıdır.

Təyəmmümün qaydas ı

1-“Təyəmmüm edirəm qürbətən iləllah” İki əlin içini təyəmmüm səhih olan (torpağa, quma, kəsəyə, daşa və bu kimi şeylərə) vurmaq lazımdır.

2-Hər iki əl alının tük bitən yerindən qaşların və burunun üzərinə qədər çəkilir.

3-Sol əlin içi sağ əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.
4-Sağ əlin içi sol əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.
Namazın şərtləri

1-Namaz qılanın yeri pak qeyri-qəsbi və mübah olmalıdır.
2- Alının səcdəyə qoyulduğu şey pak olmalıdır.
3-Torpağa, daşa, yarpağa, quma, yeməli və geyməli olmayan şeylərin üzərinə səcdə etmək olar. Müstəhəbdir ki, İmam Hüseyn(ə)-ın türbətindən olan möhün üzərinə səcdə edilsin.
5-Namaz qılarkən üzü qibləyə dayanmaq lazımdır.

Namazdan əvvəl azan demək müstəhəbdir. Azanın qaydası belədir.

Allahu Əkbər——–4 dəfə
(Allah böyükdür!)

Əşhədu ənla ilahə illəllah–2 dəfə
(Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur.)

Əşhədü ənnə Mühəmmədən rəsulullah—–2-dəfə
(Şəhadət verirəm ki? Mühəmməd(s) Allahın elçisidir.)

Əşhədü ənnə Əliyyən vəliyyullah——–2 dəfə
(Şəhadət verirəm ki, Əli(ə) Allahın Vəlisidir.)

Həyyə ələs-səlat———–2-dəfə
(Namaza tələsin!)

Həyyə ələl fəlah———–2-dəfə
(Nicat tapmağa tələsin!)

Həyyə əla xəyril əməl——2-dəfə
(Yaxşı işlərə tələsin!)

Allahu əkbər———2 dəfə
(Allah böyükdür!)

La ilahə illəllah——–2 dəfə
(Allahdan başqa heç bir mə’bud yoxdur)

Allahu Əkbər———2 dəfə
(Allah böyükdür!)

Əşhədu ənla ilahə illəllah–2 dəfə
(Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur.)

Əşhədu ənnə Mühəmmədən rəsulullah—–2-dəfə
(Şəhadət verirəm ki, Mühəmməd(s) Allahın elçisidir.)

Əşhədü ənnə Əliyyən vəliyyullah———2 dəfə
(Şəhadət verirəm ki, Əli(ə) Allahın Vəlisidir.)

Həyyə ələs-səlat———–2-dəfə
(Namaza tələsin!)

Həyyə ələl fəlah———–2-dəfə
(Nicat tapmağa tələsin!)

Həyyə əla xəyril əməl——2-dəfə
(Yaxşı işlərə tələsin!)

Allahu əkbər———2 dəfə
(Allah böyükdür)

Qəd qamətis-səlat——-2-dəfə
(Namaz başlandı)

La ilahə illəllah——–1 dəfə
(Allahdan başqa heç bir mə’bud yoxdur.)

Namazın beş rüknü var. Əgər insan onu yerinə yetirməsə, yaxud namazda artırsa – istər qəsdən olsun istərsə də səhvən – namaz batil olur.
1-Niyyət. (Qürbətən iləllah demək)
2-Təkbirətül-ehram. (Niyyətdən sonra Allahu Əkbər demək)
3-Qiyam. (Namazdan əvvəl namaz qılmaq və həmd-surəni demək üçün durmaq ayaq üstə durmaq)
4-Rüku.
5-Səcdə.

Niyyət və təkbirətul-ehram

Niyyət – namazın vacib əməllərindən və rüknlərindəndir. Onun qaydası belədir. Məsələn? əgər sübh namazı qılınarsa? belə deyilməlidir:
Sübh namazı qılıram vacib qürbətən iləllah. (Sübh namazı qılıram Allaha yaxın olmaq üçün.)
Təkbirətül-ehram niyyətdən sonra fasiləsiz olaraq deyilən “Allahu Əkbər” kəlməsidir. Məsələn,əgər sübh namazı qılınırsa? belə deyilməlidir. Sübh namazı qılıram vacib qürbətən iləllah. Allahu Əkbər.

Qiyam namaz qılmaq üçün ayaq üstə hazır durmaq və Allahu Əkbər deməzdən əvvəl və qiraət zamanı bədəni aram saxlamağa deyilir.

Namazın birinci rük’ətində həmd və surəni oxumaq lazımdır. Buna qiraət deyilir.

Əlhəmdu lillahi Rəbbil-aləmin. Ərrəhmanir-Rəhim. Maliki yovmiddin. İyyakə nə’budu və iyyakə nəstəin. İhdinəs-siratəl mustəqim. Siratəl-ləzinə ən?əmtə ələyhim ğəyril məğzubi əleyhim vələzzallin.

Mərhəmtli Rəhmli Allahın adı ilə.
Həmd (şükr və tərif) olsun aləmlərin rəbbi olan Allaha.
(Bu dünyada hamıya) mərhəmətli (axirətdə isə) ancaq möminlərə rəhmli olana.
Haqq-hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna!
Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qul huvəllahu əhəd. Allahus-səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkulləhu kufuvən əhəd.

Mərhəmtli Rəhmli Allahın adı ilə.
De (ya peyğəmbər) Allah təkdir.
Allah ehtiyacsızdır. (O başqalarının ehtiyacını ödəyir.)
(Allah) doğmayıb və doğulmayıb.
Onun üçün heç bir oxşar yoxdur. O tək və bərabərsizdir.

Qiraətdən (həmd və surəni oxuduqdan) sonra rükuya gedərək 3 dəfə “Sübhanəllah” ya da bir dəfə “subhanə rəbbiyəl əzimi və bihəmdih” demək olar.

Mənim böyük Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir. Mən də Ona həmd-sitayiş etməyə məşğulam.

Rükudan sonra qalxıb bədəni aram etmək vacibdir. Rükudan fasiləsiz olaraq səcdə edilərsə namaz batildir. Səcdə rükudan qalxdıqdan və bədən aram olduqdan sonra edilir. Səcdəyə gedərkən alın,əllərin içi, dizlər və ayaqların baş barmağı yerə dəyməlidir. Və səcdədə ya 3 dəfə “Subhanəllah” ya da bir dəfə “Subhanə rəbbiyəl-ə’la və bihəmdih” deyilməlidir. Birinci səcdədən başımızı qaldırıb diz üstə oturaraq Allahu Əkbər deyib ikinci səcdəyə (eyniylə birinci səcdədə olduğu kimi) gedirik.

Mənim hamıdan uca məqamlı Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir. Mən də Ona həmd-sitayiş etməyə məşğulam.

İkinci rükətdə həmd və surəni oxuduqdan sonra rükuya getməzdən əvvəl əlləri üzün qarşısına tutaraq dua edilir.

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” (Bu duaları oxumaq müstəhəbdir:)
İlahi, Mühəmməd və ailəsinə salam göndər.
“Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənəh. Vəqina əzabənnari birəhmətikə ya ərhəmər-rahimin”
İlahi, bizə bu dünyada da, axirətdə də yaxşılıqlar ver. Bizi Cəhənnəm əzabından qoru. Səni and veririk mərhəmətinə ey rəhimlilərin rəhimlisi.

İkinci rük’ətin rüku və səcdəsindən sonra diz üstə oturmuş halda təşəhhüd deyilməlidir.

Əlhəmdu lillah. Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikələh. Və əşhədu ənnə Mühəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd.
Sitayiş və həmd yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud, pərəstişə layiq şəxs yoxdur. Təkdir,şəriki yoxdur.
Və şəhadət verirəm ki, Mühəmməd Allahın qulu və rəsuludur. İlahi! Salam göndər Mühəmmədə və onun əhli-beytinə.

İki rük’ətli namazlarda təşəhhüddən sonra salamlar deyilməlidir:
Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin. Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Salam olsun Sənə ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti Sənə olsun! Allah tərəfindən salam olsun bu namaz qılanlara və bütün yaxşı bəndələrə! Allahın salam? rəhmət və bərəkəti siz mö’minlərə olsun!

Namazı qurtardıqdan sonra 3 dəfə Allahu Əkbər. Demək müstəhəbdir.
Üçüncü rük’ət
3 və 4 rük’ətli namazların 2-ci rük’ətinin təşəhhüdündən sonra ayağa qalxmalı ya təkcə həmd surəsi? ya da həmd surəsinin əvəzinə 3 dəfə “təsbihati ərbəə” (Subhanəllahi vəlhəmdu lillahi vəla ilahə illəllahu vallahu əkbər) oxunmalıdır. Sonra isə yenə rüku və səcdələri yerinə yetirmək lazımdır.

Qeyd: Əgər namaz üç rük’ətli (şam namazı kimi) olarsa,üçüncü rük’ətin səcdələrindən sonra həm təşəhhüd, həm də salamları deyərək namazı qurtarırıq. Əgər 4 rük’ətli namaz (zöhr,əsr və xiftən namazı kimi) olarsa,üçüncü rük’ətin səcdələrindən sonra təşəhhüd demədən dördüncü rük’ət üçün ayağa qalxmalı ya həmd surəsi, ya da təsbihati ərbəə oxunulmalıdır. Rüku və səcdələri yerinə yetirdikdən sonra təşəhhüd və salamları deyib namazı qurtarırıq.

Qeyd: Qüsul, dəstəmaz, təyəmmüm və namaz haqda geniş mə’lumat almaq istəyənlər təqlid etdikləri müctehidin risalələrinə müraciət etsinlər.

Bəzi vaxtlar müəyyən səbəblərə görə təharət qüsl vasitəsilə alınmalıdır.
Burada əvvəlcə vacib qüsülləri qeyd edib sonra onun qismlərini şərh edəcəyik.

V acib qüsllər yeddi növdür

1. Cənabət qüslu; 2. Meyyit qüslu; 3. Məssi meyyit qüslu; 4. nəzr, and və bu kimi şeylərin vasitəsilə vacib olan qüsullər; 5. Heyz qüslu; 6. Nifas qüslu; 7. İstihazə qüslu.

Q üslün qismləri

Qüslün üç qismi var.
1. Tərtibi qüsl; 2. İrtimasi qüsl; 3. Cəbirei qüsl.

Tərtibi qüsldə niyyətdən əvvəl baş və boyunu, sonra sağ tərəfi, sonra isə sol tərəfi yumalıdır. Əgər bilərəkdən və ya səhvən ya da unutqanlıq üzündən bu tərtibə əməl edilməsə qüslü batildir. Bədənin sağ tərəfini yuyarkən bir miqdar da, sol tərəfdən və həmçinin sol tərəfi yuyanda bir miqdar da sağ tərəfdən yumalıdır.

İrtimasi qüsl

Əvvəl niyyət edib, sonra bütün bədəni bir dəfəyə suyun altına salmalıdır. Beləki, bütün bədən suyun altında olsun. (Dəniz, çaya baş vurmaq kimi).

Cəbireyi qüsl cəbireyi dəstəmaz kimidir. Vacib ehtiyata görə bərieyi qüslü tərtibi qüsl etsin.

Namazı batil edən şeylər

1. Yeyib, içmək; 2. Üzü qiblədən döndərmək; 3. Namazın sözlərindən başqa söz demək; 4. Namaz qılarkən dünya üçün ağlamaq; 5. Gülmək (uca səslə gülmək); 6. Namazın səhih olması ona bağlı olan şərtləri pozmaq (yol getmək, əl çalmaq kimi işlər); 7. Namaz əsnasında namaz surətindən xaric olana qədər sakit qalmaq; 8. Vacib namazı üzürlü səbəb olmadan sındırmaq haramdır; 9. Namazın, rüku kimi əsli cüzlərini azaldıb çoxaltmaq; 10. Namaz əsnasında əmdən ya səhvən, dəstəmaz qüsl ya təyəmmümü batil olarsa, namazıda batildir; 11. İki və üç rükətli namazların rükətlərində şəkk; 12. Namaz əsnasında ixtiyar üzündən ya ixtiyarsız yatmaq; 13. Əli əlin üstünə qoymaq; 14. Həmd surəsindən sonra əmdən «amin» demək. Amma əgər səhvən təqiyyə üzündən deyərsə eybi yoxdur.

1. Gözləri yummaq; 2. Əl və barmaqlarla oynamaq; 3. Həmd, surə və zikr oxuyan zaman başqasının sözünə qulaq asmaq üçün sükut etmək; 4. Xüşu və xüzunu aradan aparan hansı iş.

Namazın sözləri və tərcüməsi

Sıratəl-ləzinə ən-əmtə əleyhim ğayril məğzubi əleyhim vələz-zallin.

(Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olanların və azanların yoluna yox)

İxlas surəsi

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ

(Bağışlayan və mehriban Allahın adı ilə)

قُلْ هُوَ اللهُ أَحَدٌ

Qul huvallahu əhəd.

(De ki, Allah təkdir)

اللهُ الصَّمَدُ

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

Ləm yəlid və ləm yuləd.

(O, nə doğmuş, nə də doğulmuşdur)

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

Və ləm yəkul-ləhu kufuvən əhəd.

(Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur)

Qunut

اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”
(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)

Təsbihati-ərbəə (Dörd təsbih)

سُبحَانَ اللهِ وَالحَمدُ للهِ وَلاَ اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَكبَر

Subhanallahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər. (3 dəfə).
(Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür ).

Rüku

سُبحان رَبِّىَ العَظيمِ وَ بِحَمدِهِ

Subhanə rəbbi-yəl Azımi və bi-həmdih
(Rəbbim pakdır, əzəmət və həmd sahibidir)

Səcdə

سُبحان رَبِّىَ الاَعلى وَ بِحَمدِهِ

Subhanə rəbbi-yəl Əla və bi-həmdih
(Rəbbim pakdır, ucadır və həmd sahibidir)

Təşəhhüd (Şəhadət vermək)

الحَمدُ لِلّهِ

(Allaha həmd olsun)

اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ

Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh.

(Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. O, təkdir və şəriksizdir)

وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ

Və əşhədu ənnə Muhəmmədən abduhu rəsuluh.

(Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir)

اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد

Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.

(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)

Salamlar

اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ

Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.

(Allahın salamı, mərhəməti və bərəkəti olsun sənə, ey Peyğəmbər!)

السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ

Əssəlamu əleyna və əla ibadillahis-salihin.

(Allahın salamı olsun bizə və Allahın saleh bəndələrinə!)

السَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

(Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun)

Namazın sözləri

Niyyət etmək namazın doğruluğu üçün şərtdir. Yəni insan qəlbində namaz ilə Allaha ibadət edəcəyi barədə niyyətli olmalıdır. Məsələn, qıldığı namazın məğrib və ya işa olduğunu bilirsə, bu kifayətdir. Niyəti dil ilə demək düzgün deyil. Əsas odur ki, namaza qəlbi və zehni ilə hazır olsun. Niyyəti tələffüz etmək haqqında Peyğəmbərdən  və ya onun əshabından heç bir doğru məlumat rəvayət olunmamışdır.

  1. Namaz qılmaq üçün ayaq üstə dayanıb “Allahu əkbər” deylir, ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır.

Təkbir yalnız “Allahu əkbər” sözləri ilə deyilməlidir. Bu sözlərin mənası Allahın uca və əzəmətli olduğunu təsdiqləməkdir. Şübhəsiz ki, Allah hər şeydən böyük və əzəmətlidir, həmçinin, dünya nemətlərinin, şəhvət və istəklərinin hamısından ucadır.
Həmçinin, namaz qılarkən dünya eyş-işrətini qəlbimizdən və ağlımızdan çıxarıb yalnız Uca Allaha bağlanmalı, mütilik göstərməliyik..

  1. Təkbir etdikdən sonra sağ əl sol əlin üzərinə qoyulur (namaz əsnasında ayaq üstə dayanarkən daim belə edilir).
  1. İstiftəh duasını oxumaq müstəhəbdir (yaxşıdır). “Subhanəkə Allahummə və bihəmdikə və təbarəkə ismukə və təalə cəddukə va lə iləhə ğəyrukə” (Ey Allahım, Sən naqisliklərdən paksan. Sənə həmd edirik. Sənin adın müqəddəs, cəddin ucadır. Səndən başqa haqq ilah yoxdur).
  1. Sonra “Əuzu billəhi minə-ş-şeytani-r-rəcim” (Qovulmuş şeytanın şərrindən Allaha sığınıram, pənah aparıram) deylir.
  1. Sonra “Bismilləhi-r-Rahməni-r-Rahim” (Mən mərhəmətli və rəhmli Allahın adı ilə başlayıram) deyilir.
  1. Sonra əl-Fatihə surəsini oxunur. Əl-Fatihə surəsi Qurani-Kərimin ən möhtəşəm, ən əzəmətli surəsidir.
  • Uca Allah bu surəni Peyğəmbərinə nazil etməklə ona böyük bir lütf etmiş və demişdir: (Ey Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni və (böyük) əzamətli Quranı verdik. (əl-Hicr: 87). «Yeddi ayə» əl-Fatihə surəsdir. Ayələrinin sayı yeddi və insanlar tərəfindən gündəlik ən çox oxunan surə olduğu üçün belə adlandırılmışdır.
  • Müsəlmanın bu surəni öyrənməsi vacibdir. Çünki həm camaat namazlarında imamın səssiz oxuduğu rükətlərdə, həm də təklikdə namaz qılan hər kəs bu surəni oxumalıdır.
  1. Fatihəni oxuduqdan və ya imamın qiraətini dinlədikdən sonra “Amin” (Allahım qəbul et!) sözü deyilir.
  1. İlk iki rükətdə Fatihədən sonra istənilən surəni və ya hansısa surədən ayələr oxunur. Üçüncü və dördüncü rükətlərdə isə yalnız Fatihə surəsi oxunur.
  • Sübh, Məğrib və İşa namazlarında Fatihə və ondan sonra oxunan surələr səslə oxunur. Zöhr və əsr namazlarında isə səssiz oxunur.
  • Namazın qalan sözləri isə hamısı alçaq səslə oxunur.
  1. Sonra əllərini qaldırıb rükuya getmək üçün təkbir edlir. Bu zaman birinci təkbirdə edildiyi kimi ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır.
  1. Bel qiblə istiqamətinə əyilərək rüku edilir.

Rükuda olarkən bel və baş eyni bərabərlikdə olmalıdır. Əllərinin iç hissəsi diz qapaqlarına qoyulur və “Subhanə rabbiyəl azim” deyilir. Bu zikri üç dəfə demək müstəhəbdir. Rüku halı Allahı təzim və tərif etmək məqamıdır.

“Subhanə rabbiyəl azim” (mənası: Əzəmətli rəbbim nöqsanlardan pakdır, müqəddəsdir). Bu sözlər rükuda, Allah qarşısında baş əymiş halda deyilir.

  1. Rükudan qiyam vəziyyətinə (ayaq üstə)

qalxılır, birinci təkbirdə edildiyi kimi ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır və “Səmiəllahu limən həmidəh” (Allah ona həmd edənin duasını qəbul edər) deyilir. Bu sözləri həm imam dayanan, həm də tək namaz qılan deyir. Sonra “Rabbənə valəkəl həmd” (Rəbbimiz sənə həmd olsun) deyilir. Bu sözləri həm imam, həm onun arxasında olanlar, həm də təklikdə namaz qılanlar deyirlər. Deyilən zikrə bu sözləri də əlavə etmək müstəhəbdir: “Həmdən kəsiran tayyibən mubarəkən fihi. Milə-s-səmavati va milə-l-ərdi va milə mə şitə min şeyin bədu” (Allahım Sənə çoxlu gözəl və mübarək həmd-səna olsun. Göylər və yer dolusu, onların arasında və Sənin istədiyin qədər Sənə həmd olsun).

  1. Sonra təkbir edilib yeddi əza yerə qoyularaq səcdəyə gedilir.

Yeddi əza burun və alın nahiyəsi, iki əl, iki diz, iki ayaqdır. Səcdə zamanı qolların böyürlərdən, qarnın bud nahiyəsindən, budların ayaqlardan, said sümüklərin də yerdən aralı tutulması müstəhəbdir.

  1. Səcdədə “Subanə rabbiyəl alə” deyilir. Bu zikri üç dəfə demək müstəhəbdir.

“Subanə rabbiyəl alə” zikrinin mənası belədir: Öz əzəməti, qüdrəti ilə uca olan Allahı, göylərdən yuxarıda olan Rəbbimin nöqsanlardan pak olduğunu təsdiq edirəm. Bu zikrdə yerə səcdə edən şəxs üçün bir xatırlatma vardır. Belə ki, o, özü ilə rəbbi arasında olan fərqi dərk edir, Rəbbinin qarşısında nə qədər aciz olduğunu anlayır.

Səcdə Allaha dua etmək üçün ən şərəfli məqamlardan biridir. Müsəlman vacib zikri etdikdən sonra Allaha dua edib dünya və axirət xeyirindən arzuladığını istəməlidir. Peyğəmbər  demişdir: “Bəndənin Rəbbinə ən yaxın məqamı səcdə anıdır. Bu vaxt çox dua edin” (Muslim: 482).

  1. Sonra “Allahu əkbər” deyilərək iki səcdə arasında oturulur.

Sol ayaq üzərində oturaraq sağ ayağın dik tutulması müstəhəbdir. Əllər isə diz qapaqlarının yuxarı tərəfinə qoyulur.

  • Namazın bütün oturuşlarında bu şəkildə oturmaq müstəhəbdir. Yalnız ikinci, yəni son təşəhhüd zamanı oturuş fərqli olur. Sağ ayaq yerə dik tutularaq sol ayaq sağ ayağın önündən keçirilir və oturacaq yerə qoyulur.
  1. İki səcdə arasında oturarkən “Rabbiğfirli” zikri deyililir (üç dəfə demək müstəhəbdir).
  1. Sonra eyni qaydada ikinci səcdəni edir.
  1. “Allahu əkbər” deyərək ikinci səcdədən qiyam vəziyyətinə qalxılır.
  1. İkinci rükət də eynilə birinci rükət kimi qılınır.
  1. İkinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd oxumaq üçün oturur və bu zikri deyilir:

“Əttəhiyyatu lillahi vəs səlavatu vət tayyibatu, əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuhu, əssəlamu aleynə və alə ibadillahis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu” (Ən gözəl salamlar, namazlar və yaxşı işlər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun. Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın qulu və elçisidir).

  1. Əgər namaz üç və ya dörd rükətlidirsə, qalxıb namazın qalan rükətləri qılınır.

Üçüncü və dördüncü rükətlərdə yalnız əl-Fatihə surəsini oxumaqla kifayətlənir.

  • Əgər namaz (sübh namazı kimi) ikirükətlidirsə, sonuncu təşəhhüd oxunur. Bu haqda növbəti bənddə məlumat veriləcəkdir.
  1. Sonuncu rükətin axırıncı səcdəsini etdikdən sonra sonuncu təşəhhüdü oxumaq üçün oturulur.

İkinci rükətdə oxunan təşəhhüd oxunur və Peyğəmbərə  salavat əlavə edilir: “Allahummə salli alə Muhammədin və alə ali Muhəmməd, kəmə salləytə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid. Va bərik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid” (Allahım İbrahimə və onun ailəsinə salavat etdiyin kimi, Məhəmmədə və onun ailəsinə də salavat et. Allahım İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Həqiqətən sən həmd-sənaya və tərifə layiqsən).

  • Sonra bu duanı oxumaq müstəhəbdir: “Əuzu billəhi min azəbi cəhənnəm və min azəbil qabr və min fitnətil məhya vəl məmat və min fitnətil məsihid dəccal” (Cəhənnəm əzabından, qəbr əzabından, diri və ölülərin fitnəsindən, Məsih Dəccalın fitnəsindən Allaha sığınıram). Bu məqamda istədiyi başqa duanı oxuya bilər.
  1. Sonra sağ tərəfə çevrilib: “Əs-Səlamu aleykum va rahmətullah” – deyilir. Sonra da sol tərəfə çevrilib eyni sözlər deyilir.

Müsəlman bu salamı deməklə namazını yekunlaşdırmış olur. Peyğəmbər  demişdir: “Namaz təkbirlə başlanıb salamla bitir” (Əbu Davud:61; Tirmizi:3). Yəni birinci təkbiri deməklə namaza daxil olunur, salam verməklə isə namazdan çıxılır.

  1. Fərz namazının salamını verdikdən sonra bunları oxumaq müstəhəbdir:
  1. Üç dəfə “Əstəğfirullah” (Allahdan bağışlanma diləyirəm) demək.
  2. “Allahummə əntəs salam va minkəs salam təbarəktə ya zəlcələli vəl ikram” (Ey Allahım, Sən bütün naqisliklərdən və eyiblərdən uzaqsan. Əminamanlıq bəxş edən Sənsən. Ey qüvvət və lütf sahibi, Sən həqiqətən böyüksən.)
    “Allahummə lə ma`niə limə atəytə valə mu`tiə limə məna`tə valə yənfəu zəl cəddi minkəl cədd” (Sənin əta etdiyinə heç kəs mane ola bilməz. Sənin qadağan etdiyini isə heç kəs əta edə bilməz. (Mal dövləti və cah-cəlalı ilə) güclü olan insan bununla Səndən (Sənin əzabından) qurtula bilməz.)
  3. Sonra 33 dəfə “Subhanəllah”, 33 dəfə “Əlhəmdulilləh”, 33 dəfə “Allahu əkbər” deyir, yüzü isə bu sözlərlə tamamlamaq: “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir” (Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir.)

Fatihə surəsini və namazın digər sözlərini əzbər bilməyən şəxs nə etməlidir?

  • Ərəbcə deyilməsi vacib olan namazın sözlərini əzbərləməyə çalışmalıdır: Fatihə surəsi, ‘’Allahu Əkbər’’ (Təkbir), ‘’Sübhanə Rabbiyəl Azım’’, ‘’Səmi Allahu limən həmidəh’’, ‘’Rabbənə ləkəl həmd’’, ‘’Sübhənə Rabbiyəl Alə’’, ‘’Rabbiğfirli’’, ’’ət-Tahiyyatu li’llahi’’ (Təşəhhüd), ‘’Allahummə salli alə Muhəmməd. ’’ (Hz. Peyğəmbərə salat və salam), ‘’Əssələmu aleykum və rahmətullah’’.
  • Yuxarıdakı zikr və duaları əzbərləyənə qədər isə namazında bildiyi zikrləri deməsi (təsbih, təkbir və s. gətirməsi) və ya qiyamda ikən əzbərə bildiyi surəni təkrarlaması onun üçün keçərli sayılır. Bu haqda Uca Allah buyurur:  Allahdan bacardığınız qədər qorxun! (Təğabun: 16).
  • Bu müddət ərzində namazı daha yaxşı mənimsəməsi üçün namazlarını camaatla qılmağa həris olmalıdır. Çünki imam ona tabe olanların xətalarının bir qismini öz üzərinə götürməkdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.