Press "Enter" to skip to content

Fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili

11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.

Zəlzələ zamanı nə etməli?

Zəlzələ bəşəriyyət tarixinin ən qorxulu təbii fəlakətlərindən biridir. Tarix boyu dəhşətli zəlzələlər nəticəsində xeyli sayda insan itkisi baş verib, hətta bütöv şəhərlər yerlə yeksan olaraq, yer üzündən silinib. Azərbaycanda da zaman-zaman güclü və zəif ballı zəlzələlər hər zaman olub. Bir neçə gün əvvəl İranda baş verən və insan tələfatına səbəb olan güclü zəlzələdən sonra ölkəmizin bəzi rayonlarında da zəlzələ baş verməsi əhali arasında əməlli başlı təşvişə səbəb olub. Bəs bu təbii fəlakət anında necə davranmaq lazımdır? Nələrə əməl etmək lazımdır ki, maksimum dərəcədə özümüzü fəlakətdən qoruya bilək?

Milli.Az bununla bağlı məsləhətləri diqqətinizə çatdırır.

Zəlzələ vaxtı davranış qaydaları

Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır.

Zəlzələ zamanı özünüzü qorumaq üçün aşağıdakı qaydalara əməl etməlisiniz.

1. Əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə, buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.)

2. Əgər qapalı yerdəsinizsə, təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz.

3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebellər və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.

4. Zəlzələ zamanı binadan qaçmaq, pilləkanlarda hərəkət etmək olmaz. Bu, olduqca təhlükəlidir. Pilləkanlar uçub tökülə bilər.

5. Əgər siz çoxmərtəbəli binada yaşayırsınızsa, zəlzələ zamanı lift və pilləkanlara tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərində duraraq təkanların dayanmasını gözləyin.

6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu, sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər.

7. Zəlzələ zamanı ictimai yerdəsinizsə, insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin.

8. Zəlzələ zamanı hündür mərtəbəli binanın qarşısındasınızsa, binanın qabağına qaçmayın.

9. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın.

10. Zəlzələ zamanı ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə, oranı təcili tərk etməyə çalışın.

11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə Nazirliyin Sumqayıt Regional Mərkəzində növbəti yoxlama tədbiri həyata keçirilib.

Yoxlama tədbirləri zamanı regional mərkəzin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş hazırlığı vəziyyəti, xidmətin təşkili, şəxsi heyətin nizam-intizamı, sıra hazırlğı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, şəxsi heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin, praktiki bacarıqlarının artırılması, keçirilən dərslərin keyfiyyətlə aparılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji sahəsində görülmüş işlər, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi obyekt mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. .

FHN-in Sumqayıt Regional Mərkəzində masaüstü təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin birgə təşkilatçılığı ilə FHN-in Sumqayıt Regional Mərkəzində “Əməliyyat növbətçiliyi sisteminin təkminləşdirilməsi” mövzusunda masaüstü təlim keçirilib. .

FHN-in Muğan Regional Mərkəzi masaüstü nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul rayon Dövlər Aqrar İnkişaf Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin masaüstü nümunəvi mülki müdafiə məşqi keçirilib. .

Yevlaxda mülki müdafiə təlimi keçirilib

Yevlaxda mülki müdafiə təlimi keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafie organ və qüvvələrini

30 Noyabr , 2022 12:21

https://static.report.az/photo/d4c9974c-4494-3c1e-9513-6b5e0783a6fa.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafie organ və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. “Report”un Qarabağ Bürosunun verdiyi məlumata görə, təlimə rayonun mülki müdafiə rəhbərliyi, FHN-in Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, yüksək hazırlıqlı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar cəlb olunub. Kompleks təlim, fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılması məqsədilə keçirilib. Həmçinin, təlim keçirilərkən əsas diqqət komandir-reis heyətinin idarəetmə bacarıqlarının ve mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, FHN-in qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən erazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi hərəkətlərini yerinə yetiriblər. Kompleks təlimə ümumilikdə 201 nəfər şəxsi heyət və 58 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN-in cəlb olunan qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulan məqsədlərə nail olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.