Press "Enter" to skip to content

Azərbaycan Dilindən 40 Sualdan İbarət lari ilə

İndi $1$ rəqəmini axtaraq. Birinci rəqəm $1$-dir. Daha sonra təklik şəklində $1$ rəqəmi, $11$, $21$, $31$, . $91$ ədədlərində iştirak edir. Beləliklə 10 yerdə $1$ rəqəmi təklik şəklində iştirak etmiş olur. İndi onluq şəklində iştirak etdiyi halları sayaq. $10$, $11$, $12$, … , $19$. Burada da $1$ rəqəminə onluq şəklinə 10 dəfə rast gəlinir. Deməli ümumilikdə $1$ rəqəminə 20 dəfə rast gəlinir.

Natural ədədlər

Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. $1, 2, 3, …$ ədədlərinin hamısı natural ədədlərdir. Bu ədədləri müsbət tam ədədlər də adlandırırlar. Sıfır ($0$) isə natural ədəd deyil. Natural ədədləri çoxluq kimi $\mathbb$ ilə işarə edirlər. $a$ ədədinin natural ədəd olması riyazi dildə $a \in \mathbb$ kimi yazılır.

Natural ədədlərin cəmi və hasili həmişə natural ədəd verir. Məsələn, $3+5=8$, $3 \cdot 5=15$.

Natural ədədlərin fərqi o zaman natural ədəd verir ki, çıxılan ədəd azalandan kiçik olsun. Məsələn, $8-6=2$. Əgər çıxılan azalana bərabər və ya odan böyük olarsa, fərq natural ədəd olmayacaq.

İki natural ədədi bölərkən də həmişə natural ədəd alınmır. Əgər bir natural ədədi digərinə bölərkən nəticədə natural ədəd alınarsa, deyirlər ki, birinci ədəd ikinciyə tam bölünür. Məsələn, $9$ ədədi $3$ ədədinə tam bölünür. Bu zaman $3$ ədədi $9$ ədədinin böləni adlanır. Çox vaxt “tam bölünür” əvəzinə elə “bölünür” deyirlər. $8$ ədədi $4$-ə bölünür. $7$ ədədi $3$-ə bölünmür.

Natural ədədləri kiçik latın hərfləri ilə işarə edirlər ($a, b, c, …$).

Xassə: Əgər $m$, $n$ və $k$ natural ədədlərdirsə ($m, n, k \in \mathbb$) və $m$ ədədi $n$-ə, $n$ isə $k$-ya bölünürsə, onda $m$ ədədi də $k$-ya bölünür.

Məsələn, $81$ ədədi $27$-yə, $27$ isə $9$-a bölünür. Deməli, $81$ də $9$-a bölünür.

Hər bir natural ədəd $1$-ə və özünə bölünür.

$p:1=p, \ p:p=1; p \in \mathbb$

Məsələ 1: Əgər $n$ natural ədədi $p \ (p>1)$ natural ədədinə bölünürsə, isbat edin ki, $n+1$ ədədi $p$-yə bölünmür.

Həlli: Əgər $n$ ədədi $p$-yə bölünürsə, onda onu $n=p \cdot k$ şəklində yazmaq olar. Burada $k$ da natural ədəddir. Onda $p$-yə bölünən növbəti ədəd $p \cdot k+p$ olmalıdır. $p>1$ olduğu halda $p \cdot k +1$ ədədi heç cürə $p$-yə bölünə bilməz.

Məsələ 2: İlk $99$ dənə natural ədəd götürülüb. $1, 2, 3, … ,99$. Aralarındakı vergül işarələrini götürüb ardıcıl yazmaqla yeni bir ədəd alınıb.
a) alınan ədəddə neçə dəfə $0, 1, 2, 3, …, 9$ rəqəmlərinə rast gəlinir?
b) bu ədəd $9$-a bölünürmü?

Həlli: Bizim baxacağımız ədəd $1234567891011 … 9899$-dur.
a) Bu ədəddə ilk $0$ rəqəmi 11-ci yerdədir, çünki natural ədədlərdən ilk sıfırla bitəni $10$ ədədidir. Növbəti sıfırla bitən ədəd $20$, daha sonra $30$-dir. Beləliklə, 9 dənə sıfır olacaq.

İndi $1$ rəqəmini axtaraq. Birinci rəqəm $1$-dir. Daha sonra təklik şəklində $1$ rəqəmi, $11$, $21$, $31$, . $91$ ədədlərində iştirak edir. Beləliklə 10 yerdə $1$ rəqəmi təklik şəklində iştirak etmiş olur. İndi onluq şəklində iştirak etdiyi halları sayaq. $10$, $11$, $12$, … , $19$. Burada da $1$ rəqəminə onluq şəklinə 10 dəfə rast gəlinir. Deməli ümumilikdə $1$ rəqəminə 20 dəfə rast gəlinir.

Eyni mülahizələri $2$, $3$, …, $9$ rəqəmləri üçün də aparsaq görərik ki, bunların hər biri 20 dəfə iştirak edir.

b) Əvvəlcə istənilən ədədin $9$-a bölünməsi şərtini tapaq. $9$-dan sonra ilk $9$-a bölünən ədəd $18$, daha sonra $27$, $36$, …, $99$-dur. Fikir versəniz, görərsiniz ki, bu ədədlərin cəmi də $9$-a bölünür. Üçrəqəmli ədədlərə baxsaq, görərik ki, $108$, $117$, $126$, …, $999$ hamısı həmin şərti ödəyir. Deməli aldığımız ədədin rəqəmlərinin cəmi $9$-a bölünərsə, həmin ədəd özü də $9$-a bölünəcək.

Bu ədədləri yarıdan iki yerə bölsək ortada $50$ ədədi qalacaq. $50$ ədədindən bir ədəd solda və sağda qalan ədədləri toplasaq $100$ alarıq ($49+51=100$). İki ədəd solda və sağda gələn ədədlərin cəmi də $100$ olacaq ($48+52=100$ ). Daha sonra $47+53=100$ və s. alınacaq. Beləliklə 49 dənə $100$-lük alınacaq. Bunları cəmləyib üzərinə ortada qalan $50$-ni gəlsək $4950$ ədədini alarıq. Bu ədədin də rəqəmlərinin cəmi $9+4+5=18$ olacaq. $18$ isə $9$-a bölünür. Deməli axtarılan ədəd də $9$-a bölünür.

Ardıcıl gələn $n \ (n\geqslant 2)$ sayda natural ədədlərin hasilinə faktorial deyilir. $1 \cdot 2 \cdot 3 \cdot … \cdot (n-1) \cdot n$ hasili $n!$ kimi işarə edilir və n-faktorial oxunur. Məsələn,

$5! = 1 \cdot 2 \cdot 3 \cdot 4 \cdot 5 = 120$

Məsələ 3: Aşağıdakı ədədlərin sonunda neçə dənə sıfır ($0$) var?

Həlli:

a) $10!=1 \cdot 2 \cdot 3 \cdot 4 \cdot 5 \cdot 6 \cdot 7 \cdot 8 \cdot 9 \cdot 10$

Bu hasilə əvvəldən baxaq. Soldan vura-vura gəlsək, əvvəl $2$, sonra $6$, daha sonra $24$ və $120$ alarıq. Deməli ilk dəfə sonda sıfır $5$-ə vurmada alındı. Bu sıfır daha itməyəcək. Çünki biz sona qədər vurma əməli yerinə yetiririk. Ona gərə sonda olan sıfırların sayı yalnız arta bilər. Növbəti hasillərdə sonda $0$ bir də $10$-a vurmada olacaq. Deməli, $10!$ ədədinin sonunda 2 sıfır olacaq.

b) Yuxarıdakı üsulu artıq $50!$ üçün təsəvvür etmək bir az çətindir. Lakin yuxarıda əldə etdiyimiz təcrübə köməyimizə gələcək. $10!$ ədədinin bütün vuruqlarını sadə vuruqlara ayırsaq aşağıdakı hasili alarıq.

$1 \cdot 2 \cdot 3 \cdot (2 \cdot 2) \cdot 5 \cdot (2 \cdot 3) \cdot 7 \cdot (2 \cdot 2 \cdot 2) \cdot (3 \cdot 3) \cdot (2 \cdot 5)$

$10$ vuruğunu almaq üçün bizə $5$ və $2$ lazımdır. $2$ -lərin sayı kifayət qədərdir. Ona görə nə qədər $5$ varsa, o qədər də $10$ almış olacağıq. Doğrudan da $10!$ ədədinin sonunda gördük ki 2 dənə sıfır var. Eynilə $50!$-ın vuruqlarını sadə vuruqlara ayırsaq yalnız aşağıdakı ədədlərdə 5 vuruğunun olduğunu görərik.

$5$, $10$, $15$, $20$, $25$, $30$, $35$, $40$, $45$, $50$

Burada $25$ və $50$ ədədlərinin vuruqlarında 2 dənə $5$ var. Qalanlarında isə yalnız 1 dənədir. Deməli, $50!$ ədədinin vuruqlarının özlərini sadə vuruqlara ayıranda 12 dənə $5$ alınacaq. Yəni bu ədəddə sonda 12 sıfır olacaq.

c) $100!$ ədədini $50! \cdot 51 \cdot 52 \cdot … \cdot 100$ kimi yazsaq görərik ki, bizi əslində $51$-dən $100$-ə qədər ədədlərin hasili maraqlandırır. Bu hasildəki vuruqların özlərini sadə vuruqlarına ayırsaq yenə 10 dənə $5$-ə bölünən ədəd olduğunu görərik.

$55$, $60$, $65$, $70$, $75$, $80$, $85$, $90$, $95$, $100$

Bu ədədlərdən $75$ və $100$-ün sadə vuruqlarında $5$ ədədi 2 dəfə iştirak edir. Qalanlarında isə yalnız 1 dəfə iştirak edir. Deməli, faktorialın bu hissəsində də 12 dənə $5$ vuruq kimi iştirak edir. 12 dənə də $5$ artıq $50!$-da var idi. Yəni nəticədə 24 dənə sıfır olacaq.

Qeyd: Məqalənin yazılışında bu dərslik kitabından istifadə edilib: С.М. Никольский, М.К. Потапов, Н.Н. Решетников, А.В. Шевкин. Алгебра 7 класс

Məsələ

Əvvəlcə özünüz həll etməyə çalışın

Məsələ 1: İsbat edin ki, üç qonşu tək ədəddən biri 3-ə bölünür.

Azərbaycan Dilindən 40 Sualdan İbarət Test.Cavablari ilə

1.Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırıldıqda q-ğ,k-y səs əvəzlənməsi baş vermir?

A)çiçək,moruq B)ələk,qapaq

C)qapaq,külək D)monoloq,şərik E)kiçik,qatıq

2.Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda q-y,k-y səs əvəzlənməsi baş vermir?

A)türk,şəfəq B)qoruq,ürək

C)çarlıq,Kəpənək D)sümük,otaq E)çiçək,yarpaq

3.Dilin üst damağa doğru qalxması və enməsinə görə saitlərin hansı növü var?

A)qapalı,dodaqlanmayan
B)qalın ,incə

C)dodaqlanan ,dodaqlanmayan

D)açıq,dodaqlanan

E)açıq,qapalı

4.Cümlədə bir sözün başqasına nisbətən qüvətli təlləfüzünə …..deyilir?

A)məntiqi vurğu B)nida C)heca vurğu

D)intonasiya E)orfoepiya

5.Hansı sözdə uzun saitlə vurğu eyni hecaya düşür?

A)sonra B)Amin C)Namərd

D)razı E)Füzuli

6.Sözlərdən birinin tərkibində uzun sait yoxdur

A)Nizə B)sakit C)Nazim

D)elan E)Həyat

7.Hansı sözün tərkibində cingiltili Samit yoxdur?

A)Həftə B)Xəstə C)Şəfəq

D)Kəmənd E)saxta

8.Hansı sözdə vurğu ilk hecanın üzərinə düşür?

A)Sakit B)Avtobus C)dünən

D)meşəlik E)gəlmişdir

9.Sonundakı Cingiltili Samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin.
A)Serviz Sənəd B)bağ ,Ağac C)Rəng qəlb

D)dağ ,həsəd E)göy,palaz

10.Əvəlindəki cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. A)Dayaq,mayak B)barama ,Vəfa C)Zaman ,Dələ

D)Zərf ,Rəssam E)divan,Dərə

11.Hansı sözə saitlə başlayan Şəkilçi artırdıq q,ğ -ya keçmir.

A)yaxşılıq B)qaynaq C)qulaq

D)qonaq E)şəfəq

12.Cərgələrdən birindəki bütün sözlərdə uzun təlləfüz olunan qapalı sait var.

A)daxili,xariçi ,gümüş B)təsadüfən,xatirə,həqiqiət C)nazik,kubok,aqibət

D)kuzə,ərazi,təcili, E)xüsusi ,musiqi,təriqət

13.Fonetika haqqında fikirlərdən biri səhvdir.

A)Dilçilik elminin bir bölməsidir B)Ahəng qanunu qalın saitlərin incə ,incə saitlırin isə qalın saitləri izləməsi qanunudur. C)Danışıq səsləri öyrənir D)Heca və Vurğuya görə təhlil sözün yazlı formasına görə aparılır

E)Səslər sözün tələfüz qaydası əsasında aparılır

14.Sözlərin birinin tələfüz şəkili düzgün göstərilməyib

A)ideoloji [ideyaloji] B)fəaliyyət[fa:liyət]

C)güzəştsiz[güzəşsiz] D)itaətkar[ita:ətkar] E)çilingər[çilingər]

15.Kök və Ərk sözləri Saitlə başlanan şəkilçi artırdıqda nə üçün k samiti y samitinə keçmir?

A)Azərbaycan türk mənşəli olduğu ücün B)tək hecalı olduğu üçün C)iki samitin yanaşı gəldiyi üçün

D)samit səslə başladığı ücün E)Söz sonundakı k [g]kimi tələfüz olunduğu üçün.

16.Pələng və Kitab dözlərinin sonundakı samitin kar və cingiltili olmasını necə müəyyən etmək olar?

A)saitlə baslayan şəkilci və ya söz artırmaqla B)həmin sözlərə cəm şəkilcisi artırmaqla C)dır xəbərlik şəkilcisi artırmaqla D)samitlə başlayan şəkilci artırmaqla E)sözdə vurğunu yerin dəyişməklə

17.Tüfəng və palıd sözlərinin sonundakı samitin kar,və ya cingiltili olmasını necə müəyyən etmək olar?

A)Cəm şkilcisi artırmaqla B)Saitlə baslayan şəkilci artırmaqla C)dır xəbərlik şəkilcisi artırmaala

D)samitlə başlayan şəkilci artırmaqla E)sözdə vurğunun yerin dəyişməklə

18.Saitlə başlanan şəkilci artırdıqda hansı sözdə k-y əvəzləmısi baş vermir?

A)dirək B)çicək C)idrak

D)ipək E)malik

19.Tərkibində yalnız Qapalı olan sözləri göstərin .
A)qonaq B)ürək C)arzu

D)qapı E)işıq

20.Dilçiliyin Danışıq Səslərdən Bəhs edən bölməsi necə adlanır?

A)Sintaksi B)Fonetika C)morfologiya

D)leksika E)Söz yaradıcılığı

21.Sözdəki Hecaların Sayı necə müəyyənləşir?

A)Dodaqlanan saitlərin sayına görə B)Samitlərin Sayına görə C)saitlərin sayına görə

D)açıq saitlərin sayına görə E)kar samitlərin sayına görə

22.Sonu eynicinsli qoşa saitli sözlər necə hecalı olur?

A)bir B)iki C)üç D)dörd E)fərqli

23.Hansı sözdə bir uzun sait var?

A)Mərdanə B)Sabiranə C)acizanı D)Şairanə E)adilanə
24.Hansı cərgədəki samit səslərin kar qarşılığı yoxdu?

A)m,n,r,l B)m,c,z,y C)m,q,d,y D)m,v,j,b E)m,b,r,l

25.Hansı danışıq səslərinin əmələ gəlməsində hava axını burun boşluğundan cıxır?

A)v,f B)s,ş C)p,b D)l,r E)n,m

26.Yazlışı ilə təllıfüzü fərqlənmiyən sözü tapın?

A)qüllə B)Hətta C)Mürəkkəb

D)Doqquz E)tappıltı

27.Hansı sözdə ahəng qanunu gözlənilmişdir?

A)Səlahiyyət B)süvari C)məlahət

D)mirvari E)çalışqan

28.Hansı sözdə [q]samitinin kar qarşılığı var

A)qaranquş B)çıraq C)ürək D)kitab E)bank

29.Hansı sözdə bitişdirici samit işlənib?
A)Səlimin B)Körpülərin C)Sənətin

D)körpünün E)əlcəyin

30.Yazlışı ilə təlləfüzündə fərq olan sözlər cərgəsini göstərin

A)zəmi,misal,yaşamaq B)ana,ailə ,Saat, C)səadət ,sakit,misal

D)təkrar,meşə ,şair E)müəllim,radio,dovğa

31.Hansı qoşasamitli sözün təlləfüzü yazlışından fərqlənir.

A)Tıqqıltı B)sammit C)Qüvvə D)əlli E)rəssam

32.Hansı sözdə kar samit cingiltili tələfüz olunur?

A)hoppanmaq B)divar C)işdən D)kağız E)qəzet

33.Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir?

A)məhrəm B)dərman C)mənalı D)Məcnun E)harənlıq

34.Aşağdakı sözlərdən hansında iki müxtəlif sait bir uzun sait kimi tələfüz olunur?
A)ailə B)şair C)səadət D)zəif E)şüa

35.Sözlərin birində Səslərin sayı hərflərin sayından coxdur?

A)dostluq B)ailə C)həyat D)sərbəst E)müəllim

36.Aşağdakı sözlərin hansında hərflərin sayı səslərin sayından bir vahid azdır?

A)dəniz B)dalğa C)faiz

D)qayalıq E)meydan

37.Sözlərin hansında ancaq dodaqlanmayan saitlər işlənib?

A)Murad B)süzgəc

C)tabellik D)dözüm E)məhbubə

38.Hansı sözdə səs və hərflərin sayı bərabərdir?

A)bədii B)biabır

C)bəxtsiz D)bəraət E)bəşəriyyət

39.Hansı sözdəki bütün cingiltili samitlərin kar qarşılığı yoxdur?

A)Məruzə B)domino C)limon D)layihə E)qüvvətli

40.Dovğa söznün fonetik təhlilindəki səhv fikri göstərin.

A)Tələffüzü ilə yazlışı fərqlənir B)4 səs,5 hərf var C)ikihecalıdır ,ahəng qanuna tabedir
D)3 samit ,2 sait səs vardır E)vurğu ikinci hecaya düşür

Düz Cavabları:

1D
2A
3E
4A
5A
6E
7C
8C
9A
10C
11E
12E
13B
14D
15B
16A
17B
18C
19E
20B
21C
22A
23A
24A
25E
26A
27E
28E
29D
30E
31A
32A
33C
34C
35B
36C
37C
38D
39C
40D

Natural ededlere aid test tapşırıqları

2020-02-03 09:56:00

Kurikuluma aid situasiya tipli test tapşırıqları – MİQ-ə hazırlaşanlar üçün

AzEdu.az kurikulum təlimçisi Anar Əlizadənin hazırladığı sitiuasiya suallarını təqdim edir. Qeyd edək ki, bu suallar MİQ müsabiqəsinin test imtahan mərhələsində müəllimlərə təqdim olunan kurikulum suallarının situasiya növünə aid maraqlı örnəklərdir. MİQ müsabiqəsinə hazırlaşan müəllimlər kurikulum biliklərini yoxlaya bilərlər: “Müəllim dərs zamanı şagirdlərə 5 rəqəmli ədədləri toplamağı tapşırmışdır” Bu zaman şagird məzmun standartının tərkib hissəsi olan biliyin hansı növündən istifadə edəcək? A) faktaloji B) konseptual(kontekstual) C) metokoqnitiv D) prosedural E) hamısı doğrudur Müəllim 11- ci siniflərin dərsi zamanı özünü mərkəzdə tutur, öz istək və tələblərini ön plana çıxarır”. Bu zaman müəllim təlimin təşkili formalarından hansını pozmuş hesab olunur? A) inkişafyönümlülük B) təlimdə bərabər imkanların yaradılması C) şagirdyönümlülük D) dəstəkləyici mühitin yaradılması E) fəaliyyətin stimullaşdırılması Tarix dərsində şagird “Quba faciəsi” haqda məlumatları faktlar əsasında öyrənir. Bu zaman biliyin hansı növündən istifadə edir? A) faktaloji ( deklorativ) B) prosedural C) metakoqnitiv D) kontekatual E) idraki ” Dərsdə şagird Q.İlkinin ” İntiqam” əsərinin məzmununu ümumiləşdirib danışır” Bu, B.Blum taksanomiyasının hansı səviyyəsinə aiddir? A) anlamaq B) təhlil etmək C) yaratmaq D) dəyərləndirmək E) tətbiq etmək “Müəlim öz şagirdinin bir həftə sonra vercək ali məktəbə qəbul imtahanlarında 650 bal toplayacağını əvvəlcədən proqnozlaşdırır”. Bu, təfəkkürün hansı növünə uyğun hesab olunmalıdır? A) hafizə B) məntiqi C) tənqidi D) yaradıcı E) heç biri ” Müəllim şagirdlərə svetafordan istifadə edərək yol hərəkət qaydalarını öyrədəcək. Bu zaman şagirddə hansı bilik və bacarıq formalaşacaq? A) deklorativ, idraki B) deklorativ, psixomotor C) prosedural, ünsiyyət D) kontekstual, idraki E) prosedural, psixomotor Şagird C. Cabbarlının ” Oqtay Eloğlu” əsərindən ziddiyyətli məqamları qeyd edərsə, bu zaman B. Blum taksanomiyasının hansı səviyyəsindən istifadə edəcək? A) təhlil etmək B) anlamaq C) yadda saxlamaq D) dəyərləndirmək E) yaratmaq “Müəllim lövhədə ” dost dosta tən gərək, tən olmasa, gen gərək” atalar sözünü yazır və uşaqlara tapşırır ki, bu atalar sözünə aid ağlınıza gələn ilk fikirləri dəftərinizə qeyd edin”. Bu zamam müəllim təlim strategiyasında hansı üsuldan istifadə etmiş sayılır? A) BİBÖ B) Beyin həmləsi C) Klaster D) Akvarium E) Auksion Müəllim dərsdə C.Məmmədquluzadənin “Anamın kitabı” əsərini keçmək üçün şagirdləri iki qrupa bölür. Bir qrup dairəvi şəkildə əyləşir mövzunu müzakirə edir, digər qrup isə kənarda gözləyir. Bu zaman müəllim hansı üsuldan istifadə edir? A) debat B) diskuassiya C) ziqzaq D) akvarium E) BİBÖ Uğur dəcəl şagirddir. Əl qaldırmadan danışır, sinifdə dərsi pozmağa hər zaman cəhd edir. Müəllimi də hər zaman onu danlayır, pis xüsusiyyətlərini daha da qabardır. Lakin Həsəndə bir dəyişiklik olmur. Müəllim Həsənlə belə davranaraq tərbiyənin tərbiyənin hansı prinsipini pozur? A) tələblərdə vahidlik B) kollektivdə tərbiyə C) yaşauyğunluq D) nikbinlik E) sözlə əməlin birliyi Uğur “Tom cerri” cizgi filminə baxırdı. Orada dovşanın bəzi hərəkətlərini bəyənməyərək onun xüsusiyyətlərinə münasibət bildirirdi. Bu situasiyaya əsasən Uğurun hansı təfəkkürünün inkişaf etdiyini müəyyən edin. A) məntiqi B) tənqidi C) yaradıcı D) məntiqi və yaradıcı E) tənqidi və yaradıcı Uşaqlar Heydər bəy haqqında mühakimə xarakterli təqdimat hazırlayır. Bu tapşırıq taksanomiyanın hansı növünə aiddir? A) yadda saxlamaq B) anlamaq C) tətbiq etmək D) təhlil etmək E) dəyərləndirmək Dərs zamanı Gülər bütün suallara cavab verir, məntiqi sualları hamıdan əvvəl cavablayır, amma Gülər çox dəcəldir və dərsdə sinif mühitinə uyğun olmayan hərəkətlər edir, lakin müəllim onun bu hərəkətlərinə heç bir irad bildirmir. Bu zaman müəllim pedaqoji prosesin hansı prinsipini pozmuş olur? A) Tamlıq B) bərabər imkanlar C) dəstəkləyici mühit D) şagirdyönümlülük E) fəaliyyətin stimullaşdırılması Müəllim şagirdlərə dərsdə verilən tapşırığı ümumiləşdirməyi tapşırdı. Bu zaman Blum taksanomiyasının hansı səviyyəsindən istifadə olunacaq? A) yadda saxlamaq B) anlamaq C) təhlil etmək D) yaratmaq E) dəyərləndirmək Müəllim şagirdlərə mətndən əsas ideyanı seçib ayırmağı tapşırır. Bu zaman şagirdlərdə hansı təffəkkür formalaşacaq? A)hafizə B) məntiqi C)yaradıcı D) tənqidi E) sintez Uşaqlara səkidən yol keçməyi svetafor qaydasından istifadə edərək öyrədəcəklər. Bu zaman şagirdlər biliyin hansı növündən istifadə edəcəklər? A) faktoloji B) prosedural C) kontekstual D) metokoqnitiv E) heç biri Müəllim dərsdə “Ana” mövzusu haqda geniş danışır, bu zaman da dərsdə olan uşaqlardan biri qəfil ağlayır ( səbəb : həmin uşağın anasının vəfat etməsidir) müəllim bunu görərək dərhal mövzunu dəyişir, gülməli bir əhvalat sanışır və bütün sinif gülüşə qərq olur. Bu zaman müəllim hansı qabiliyyətindən istifadə edir? A) aktyorluq B) didaktik C) suqestiv D) perseptiv E) tədqiqatçılıq Müəllim tarix dərsində 8 – ci sinif şagirdlərinə Səfəvilər dövlətinin yaradıcısı Ş.İ.Xətayi haqqında danışanda bununla yanaşı ədəbiyyat fənnindən Ş.İ.Xətayinin “Dəhnamə” poemasından da söz açırsa, müəllim bu zaman istifadə edir : A)Fəaliyyətin stimullaşdırılmasından B)Öz dünya görüşündən C)Fəndaxili inteqrasiyadan D)Fənlərarası inteqrasiyadan E)Təlimin genişliyindən Müəllim dərsi qrupla keçir. Tədqiqat sualından irəli gələn yeni faktları bütün siniflə tanış etmək məqsədi ilə müəllim qrupları lövhəyə dəvət edir və müəllim hər bir qrupun fikirlərindən sonra özü də əlavə şərhlər verir, fikrin düzgün və ya səhv olmasını qeyd edir. Bu zaman müəllim fəal dərsin hansı mərhələsindəki səhvə yol verir? A)Ümumiləşdirmə və nəticələrin çıxarılması B)Məlumat müzakirəsi C)Tədqiqat mərhələsi D)Məlumat mübadiləsi E)Motivasiya Təhsil haqqında düzgün fikri seçin. A)Təhsil yalnız mənimsənilmiş biliklərdir. B)Təhsilin sayəsində təlim meydana gəlir. C)Təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə başa çatmır. D)Təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən pedaqoji prosesdə reallaşdırılır. E)Təhsil insanları yalnız şəxsi həyata hazırlayır.

Bu bölməyə aid digər xəbərlər

Müəllimlər təqaüdə 70 yaşda göndərilsin – TƏKLİF

2023-03-17 12:57:18

Müəllimlərin maaşı yenə artımla VERİLMƏDİ

2023-03-17 09:50:33

Müəllimlərin maaşı artırıldı – QƏRAR

2023-03-09 11:47:00

Təhsil işçilərinin aylıq vəzifə maaşları artdı – CƏDVƏL

2023-03-09 11:40:00

Təhsil İnstitutu müəllimlər üçün görüş keçirib

2023-03-09 10:43:04

Qadın müəllimlər arasında voleybol yarışı keçirilib

2023-03-07 16:39:00

Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA

2023-03-03 16:01:00

MİQ imtahanına hazırlaşanlar üçün vebinarlar təşkil edilir

2023-03-01 11:47:10

Məktəbi kim idarə etməlidir: kişi, yoxsa qadın direktor.

2023-02-27 12:20:00

Paytaxt məktəbində “Atalar və məktəb birliyi”

Comments are closed, but trackbacks and pingbacks are open.