Nəbi Xəzri – Seçilmiş Əsərləri I cild
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Nebi Xezri Sesli Şeirler Poeziya Turuz 2014
Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) — şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984).
Həyatı[redaktə | əsas redaktə]
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.
Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.
Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.
Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.
Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
“İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitabların müəllifidir.
Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilmişdir.
Nəbi Xəzri – Seçilmiş Əsərləri I cild
Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyğuların tərənnümü — Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır. Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır.
Yer kürəsində həyat həm üfüqi, həm də şaquli istiqamətdə yayılmışdır. Yer qabığı səthindən üç min metr dərinliyə qazılmış quyular vasitəsilə o mühitdə yaşayan bakteriyalar aşkar edilmişdir.
Yer səthində (torpaqda, suda, havada) və atmosferin yuxarı qatlarında mikroorqanizmlərə rast gəlinir. Yer səthinin üfüqi istiqamətində canlı aləm (suda, suda-quruda, quruda yaşayanlar) həyat sürür.
Deməli, İlahinin yaratdığı canlı aləm əlverişli mühitdə həm yerin dərinliklərinə, həm də göyün ənginliklərinə doğru inkişaf edir.
Buna uyğun olaraq insan təfəkkürü də nəinki Yer kürəsi, həm də kainat istiqamətinə yönəlir. İnsan düşüncələrinin əhatə dairəsi elmi-texniki tərəqqi işi ilə birgə genişlənir, yüksəlir, zaman və məkan daxilində məntiqi ardıcıllıqla inkişaf edir.
Nəbi Xəzri də müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyətdir. Ona görə də şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır.
N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır.
N.Xəzriyə görə, azərbaycanlılar da bəşəriyyətin tərkib hissəsinə daxil olmuş yaxşı insanlardır. Bəşəriyyətdən təcrid edilmiş insanlar çıxdaşdırlar, həm də onlar qismən vəhşiliyi özlərinə həyat tərzi seçmiş canlılardır.
Şairin poetik yaradıcılığında sırf azərbaycanlılıqla yanaşı, bəşərilik də mühüm yer tutur. Bizcə, buna səbəb Nəbi Xəzri təbiətinin Azərbaycan mühitində yoğrulması, şairin dünya təcrübələrindən bəhrələnməsi və onların hər ikisinin bioqaynaqlanmasmm nəticəsidir.
N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Nəbi xəzri poeziyası
Ay ürək
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin.
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Mənə ulduz boyda ulduz işıq ver desəm,
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Söylə, bəs hardaydın?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.
Zöhrə ulduzu tək
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Sən gəldin ömrümün
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?
GÖNDƏR
Saytın yeni görünüşü.
Maraqlıdır.
15.01.2021 / 20:44 – İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” – VİDEO
15.01.2021 / 20:29 – Koronavirusun qorxunc təsiri
15.01.2021 / 19:56 – Prezident Cıdır düzündə çay içib – VİDEO
15.01.2021 / 19:49 – ANAMA ləğv edildi
15.01.2021 / 18:00 – Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
15.01.2021 / 17:37 – Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? – AÇIQLAMA
15.01.2021 / 17:32 – Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
15.01.2021 / 16:43 – Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
15.01.2021 / 16:30 – Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
15.01.2021 / 16:24 – Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? – RƏSMİ
15.01.2021 / 16:21 – Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
15.01.2021 / 16:14 – “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər – AÇIQLAMA
15.01.2021 / 13:37 – Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15.01.2021 / 13:28 – Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər – VİDEO
15.01.2021 / 13:12 – İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə – FOTO
15.01.2021 / 13:06 – İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” – VİDEO
15.01.2021 / 13:01 – Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” – VİDEO
15.01.2021 / 12:56 – Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
15.01.2021 / 11:51 – Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı – VİDEO
08.01.2019 / 09:15 – Məsamələri necə təmizləməli?
20.06.2020 / 17:30 – Saçlar üçün təbii yağlar
16.03.2018 / 12:00 – “Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası
03.08.2020 / 12:30 – Yaş maya maskası və faydaları
13.06.2019 / 14:00 – Diz ağrıları üçün 3 idman hərəkəti
10.02.2020 / 11:00 – Xoşbəxt evliliyin sirri
08.05.2018 / 11:00 – Arıqlamağa kömək edən limon və istiot
11.04.2020 / 10:15 – Qaragilə keksi (foto-resept)
29.04.2018 / 11:00 – Bədəni yoran vərdişlər
25.06.2020 / 10:15 – 9 qaşıq şirniyyat (foto-resept)
28.02.2018 / 14:00 – Sağlam qaraciyər üçün qidalar
02.04.2018 / 10:15 – Evdə ət bulyonu (foto-resept)
18.05.2019 / 10:15 – Dadlı tost (foto-resept)
25.05.2019 / 12:15 – Xoşbəxt uşaq böyütməyin 3 yolu
28.11.2018 / 17:30 – Oğul və atanın əl işləri
26.07.2020 / 17:00 – Qarın yağlarını əritməyə kömək edən ərzaqlar
12.08.2020 / 14:00 – Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
06.02.2020 / 12:15 – Ekran qarşısında çox vaxt keçirən uşaqlar üçün idman
08.01.2020 / 19:30 – Tonal krem ləkəsini necə təmizləməli?
12.06.2018 / 12:15 – 10 dəqiqəyə dərini yeniləyən maska
- Bütöv Azərbaycan
- Redaktordan
- Qadin.Net LIFE
- Təqdimat
- Etiraflar
- Müsabiqələr
- “Kitabsevərlər”
- Qadin.TV
- Tanınmışlar
- Qadın və təshil
- Qadın və hüquq
- Qadın və din
- Qadın və texnologiya
- Şəxsi inkişaf
- Pəhriz
- Arıqlama sirləri
- Kökəlmə sirləri
- Fitness
- Sellulit
- Şəxsi təcrübə
- Hamiləliyə hazırlıq
- Hamiləlik təqvimi
- Doğum hekayələri
- Doğumdan sonra
- Körpə və ona qulluq
- Uşaqlar və tərbiyyə
- “Ev məktəbi”
- Gözəllik xəbərləri
- Üzə qulluq
- Bədənə qulluq
- Saçlara qulluq
- Kosmetologiya
- Makiyaj
- Manikür və pedikür
- Estetik gözəllik
- Gözəllik məhsulları
- Ulduzların sirləri
- Salat və qəlyanaltılar
- Duru yeməklər
- Quru yeməklər
- Duzlu xəmir işləri
- Şirin xəmir işləri
- Kompot və kokteyllər
- Peçenyelər
- Tortlar
- Uşaq yeməkləri
- Şef master
- Konserv məhsulları
- Müxtəlif
- Kişi psixologiyası
- Qadın psixologiyası
- Psixoloji məsləhətlər
- Cinsi münasibətlər
- Eşq və məhəbbət
- Xəyanət
- Düşüncə dərsi
- Gəlin-qayınana
- Testlər
- Sağlamlıq xəbərləri
- Düzgün qidalanma
- Xalq təbabəti
- Masaj
- Menstruasiya
- Qadın xəstəlikləri
- Uşaq xəstəlikləri
- Adət ənənələr
- Ədəbi guşə
- Mütləq bilməlisiniz!
- Praktik məsləhətlər
- Yuxu yozmaları
- Evim – interyer
- Hobbi
- Səyahət
- Avtomobil
- Ordan-burdan
- Digər
Sayt Google Chrome, Mozilla Firefox, Safari, Opera və Yandex brauzerləri ilə tam dəstəklənir.
Məlumatlardan istifadə etdikdə istinad mütləqdir!
© 2009-2023, Qadin.NET. Bütün hüquqları qorunur!
Qoç bürcü
21 mart – 20 aprel
Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.
Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.
Buğa bürcü
21 mart – 20 aprel
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.
Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.
Əkizlər bürcü
21 mart – 20 aprel
Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.
Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.
Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.
Xərçəng bürcü
21 mart – 20 aprel
Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.
Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.
Şir bürcü
21 mart – 20 aprel
Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.
Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.
Qız bürcü
21 mart – 20 aprel
İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.
Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.
Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.
Tərəzi bürcü
21 mart – 20 aprel
Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.
Əqrəb bürcü
21 mart – 20 aprel
Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.
Oxatan bürcü
21 mart – 20 aprel
Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.
Oğlaq bürcü
21 mart – 20 aprel
Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.
Dolça bürcü
21 mart – 20 aprel
Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.
Balıqlar bürcü
21 mart – 20 aprel
Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.
Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.