Press "Enter" to skip to content

Nəbi Xəzri – Şeirləri

Cəbrayil gətirdi ərşdən nidanı,

Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ

POETİK TUTUM*
Nəbi Xəzri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli söz ustası, həm lirik, həm epik, həm də dramatik janrda mükəmməl əsərlər yaradan ustad sənətkarıdır. Onun şeirləri klassik və müasir poeziyanın ən yaxşı cəhətlərindən bəhrələnən, kökə bağlı məz­munlu bir poeziyadır.

Sözün keşiyində duran, hər şeydən əvvəl, lirik bir şair olan, əsərlərinin mövzusu ana, vətən, sevgi, dəniz, təbiət, torpaq, torpa­ğın sahibi insanlardır. Onun tək bir məhəbbət lirikasını ələ alıb incələsək, bu lirikanın əzəmətini görmək çətin olmaz.

Dünyaya baxıram sənin gözünlə,

Yenə gözlərimə sən görünürsən.

(I cild, Bakı, 1973, səh. 46).

İnsanı özünü dərk etməyə qaytaran, yaşanılaraq yazılan bu şeir gözəl poeziya nümunəsidir.

Haçan bir saatlıq görüş istəsəm,

Sən bütün ömrümü ərməğan istə.

Hicran elə bildi ayırdı bizi,

Bir idin min olub qəlbimdə qaldın –

*Məqalə 2010-cu il yanvar ayında AzTV-də Nəbi Xəzriyə həsr edilmiş “Əbədi abidələr” verilişi üçün hazırlanmış çıxışımda səslənmişdir.

misralarında da dərinliyi və səmimiliyi ilə insanı düşündürən sevgi dolu bir dünya, bu dünyanı dolduran poetik bir tutum var. Sevən­lərin vüsalı gözləyən həsrətini, sevincini ifadə edən poetik tutum…

Türk şairi Yavuz Bülənd Bakilərdən eşitdiyim bir cümlə belə idi: “Bugünkü nəsil eşqin nə olduğunu bilmir. Eşqi son olaraq bizim nəsil yaşadı. Bu nəsil həm də Nəbi Xəzridir, Bəxtiyar Vahabzadədir, Nəriman Həsənzadədir.

N.Xəzri şeirlərinin hər misrası musiqi kimi lirik səsləndiyi üçün şeirlərinə dillər əzbəri olan neçə-neçə mahnı yazılmışdır. “Mavidir”, “Dərələr”, “Qonşuda qız sevənin”, “Sən getdin”, “Nar-nar”, “Ağ çiçək”, “Qız qalası”, “Aslanın mahnısı” və s. Təsadüfi deyil ki, bu mahnıların çoxu XX əsrin ilahi səsə malik mü­ğən­nilərindən Şövkət xanım Ələkbərovanın ifasında səslənmişdir.

Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, günəşləri var.

Şair mənim üçün sirli həyatdır,

Onun öz sevinci, öz kədəri var –

deyən Nəbi Xəzri üçün şeir bir kainatdır. Bu kainatda yaranan şeirlər oxucu ilə tez dialoq qura bilir. Onunla söhbət edə bilir. Nəbi Xəzri şeirlərinin mövzuları, üslubu, dili, ləhcəsindən irəli gələn bədii tutum bu şeirlərin oxucu ilə tez dil tapmasına imkan verir.
Səni yaz

Elə bil dünyanı,

Heç yana getmədin,

Sən yer üzündən,

Hicran elə bildi,

Hicran elə bildi,

Min olub qəlbimdə qaldın.

(N.Xəzri. Seçilmiş əsərləri.

I cild. Bakı, 1973, səh. 62.)

Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasında yalnız lirik şeir­ləri ilə deyil, poema, dram əsərləri ilə də şərəfli bir yer tutmuşdur.

“Peyğəmbər”, “İki Xəzər”, “Sumqayıt səhifələri”, “Əfsanəli yuxular”, “Günəşin bacısı”, “Ana”, “Şəhidlər və şahidlər”, “Bacı”, “İnam”, “Mənim babam baxan dağlar”, “Dağlar dağımdır mənim”, “Təmiz ürək”, “Kiçik təpə”, “Xatirələr” kimi poe­ma­ların, “Sən yanmasan”, “Əks-səda”, “Mirzə Şəfi”, “Torpağa sancılan qılınc” kimi dram əsərlərinin onun yaradıcılığında müstəsna yeri vardır.

Nəbi Xəzri mənzum dram və poemalarında folklorun möv­zu və motivlərindən faydalanaraq folklorla poeziyanın yaradıcılıq əlaqəsini ifadə edən poetik nümunələr ərsəyə gətirmişdir. “Dədə Qorqud” motivləri əsasında yazdığı “Torpağa sancılan qılınc” mən­zum dramı və “Əfsanəli yuxular” poeması XX əsrin son rü­bün­də yazılmış Azərbaycan şeirinin özünəməxsus poetik nümu­nə­ləridir. Romantik qəhrəmanlıq üslubunda yazılmış, şairin daxili tələbatdan yaranmış “Torpağa sancılan qılınc” mənzum dramı qədim “Dədə Qorqud” eposunun bədii tükənməzliyi, zamanların bədii sorğusuna cavab vermək qüdrətinin təzahürü olması baxı­mından igidliyin, dəyanətin, mərdliyin bədii inikasıdır. Xeyirin və sülhün qələbəsi ilə başa çatan əsərdə Nəbi Xəzri folklordan gələn süjeti, obraz və xa­rakterləri yeni ideya və fəlsəfi fikirlərlə daha da zənginləşdirmişdir.

Dədə Qorqud ruhunun, Dədə Qorqud mənəviyyatının öl­məz­liyi ideyası ilə tamamlanan “Torpağa sancılan qılınc” pyesi das­tan­la fərdi yazıçı üslubunun qaynayıb-qovuşmasından mey­dana gəl­mişdir.

“Dədə Qorqud” motivlərinə olan böyük marağını N.Xəzri bir məqaləsində belə izah edir:

“Dədə Qorqud” xalqın bütün gözəl sifətlərini – igidliyi, sə­daqəti, dəyanəti bizə əziz bir miras qoyub dünyadan getmişdir. Yox, getməmiş, dünyada bizim nəsillərlə əbədi qalmışdır. “Dədə Qorqud” dastanı qədim azərbaycanlıların mənəvi gözəllik sal­naməsidir. İgidlik, mərdlik məhəbbət və qəhrəmanlıq abidəsidir” (“Ədəbiyyat və incəsənət” qəzeti, 24 iyun 1981).

N.Xəzrinin “Dədə Qorqud” motivləri əsasında yazdığı “Əfsa­nəli yuxular” poemasının əsas mövzularından biri ana mövzusudur. Poemaya yazdığı ön sözdə şair öz yaradıcılıq məq­sədini belə izah edir: “…XX əsrin sonunda qürurla yaşayıb öm­rü­nü başa vurmuş anamın mənəvi bacıları kimlər olmuşdur? Xə­yalım uzaq əsrlərə getdi. Xatirimə Burla Xatun gəldi. Nüşabə göz önümdən keçdi. Məhsətini düşündüm. Həcərin qəhrəmanlığını xatırladım. Mənə elə gəldi ki, anam öz bacılarının saf analıq duyğularını, qadın müd­rikliyini, qadın şairliyini və qadın mərd­li­yini özündə cəmləşdirmiş və mənim əsrimə qədər gətirib çat­dır­mışdır” (N.Xəzri. Seçilmiş əsərləri. IV cild.Bakı, 1984, səh. 61).

“Əfsanəli yuxular” 6 yuxu şəklində yazılmışdır. İstər birinci yuxu (“Yuxuda bir talan gördüm), istər ikinci yuxu (“Yuxuda bir ana gördüm), istər üçüncü yuxu (“Yuxuda bir çoban gördüm”), istər dördüncü yuxu (“Yuxuda bir oğul gördüm”), istər beşinci yuxu (“Yuxuda bir yuxu gördüm”), istərsə də altıncı yuxu (“Yu­xuda bir səhər gördüm”) “Dədə Qorqud” boylarından qopub gələn mövzuların poetik şərhidir.

N.Xəzri “Əfsanəli yuxular” poemasında “Dədə Qorqud” boylarının hadisə və motivlərini bədii şəkildə işlədiyi kimi das­tanın poetik obrazlığına və xüsusiyyətlərinə də sadiq qal­mışdır. Bu ya­xınlıq poemanın metoforik ifadə tərzində, obrazların mifoloji təfsirində, qəhrəmanlarının mifik planda təcəssümündə, vəzn və obraz strukturunun mənalı ifadələrində, eləcə də şeirin estetik strukturunda özünü hiss etdirmişdir. Nəbi Xəzri “Dədə Qorqud” dastanı mənəvi gözəllik salnaməsidir” mə­qa­ləsində yazırdı: “Mən Dədə Qorqud motivləri əsasında “Əfsanəli yu­xular” poemasını yazarkən dastanın mənalı ifadələrindəki bir cəhət diqqətimi cəlb etdi. O da qoşa sözlərdir:
“Qara-qara qayalar”.

Dastanın məğzi ilə bu keyfiyyətləri mən qoruyub saxlamaq istədim:

(Bax: “Ədəbiyyat və incəsənət”

qəzeti 1981, 24 iyun)

“Dədə Qorqud” motivləri dərin və ümumbəşəri motivlərdir. Nəbi Xəzri bu motivləri hadisə, epik və dramatik süjet vasitəsilə inkişaf etdirmiş, bu motivlər konteksində xalqın qəhrəmanlıq keç­mişini, humanizm ənənələrini yaşarı ənənələr kimi qiymət­lən­dirmişdir. Şairin yaradıcılığında qədim eposun ideya-poetik şərhi­nin müasirlik mənası və əhəmiyyəti də bundadır.

Folklorun bitib-tükənməyən bir xəzinə olduğu bir aksiom­dur. Bu xəzinədən hər yazıçının bəhrələnməyi yazıçıya məxsus fərdi yaradıcılıq üslubudur. Tək bir misra, tək bir kəlmə ilə ya­zı­çının folklor xəzinəsinə müraciətinin məqsədini müəyyən­ləş­dirmək müm­kündür. Bu cəhət xalq şairi N.Xəzrinin də əsərlərində görünən tərəfdir. Böyük Mirzə Ələkbər Sabirə həsr etdiyi “Dağlar dağımdır mənim” poemasında

Dağlar dağımdır mənim,

Qəm ortağımdır mənim,

Dindirmə qan ağlaram,

Yaman çağımdır mənim –

məşhur bayatıdakı bir misranı əsərinə ad seçməklə Sabir şeirinin vətəndaşlıq yan­ğı­sının, vətəndaşlıq yükünün ağırlığını ifadə et­mək üçün çox mü­hüm üs­lubdan faydalanmışdır. Poemada məş­hur bayatının za­hiri əlamət­lə­rindən ziyadə, ondakı daxili keyfiy­yətilərlə folklor təfəkkürünün müəyyən cizgilərini əks etdirərək poemasına yeni, orijinal bir ad seçmişdir.

Klassik və müasir poeziyanın, milli folklorumuzun ən yaxşı məziyyətlərindən bəhrələnən Nəbi Xəzri poeziyası kökə, milli düşüncələrə, ənənəyə, Vətən torpağına bağlı bir poeziyadır.

Hər yerdə, həmişə sənsən gümanım,

Canım, gözüm mənim,

Azərbaycanım! –
deyən şair Vətən torpağına, onun hər zərrəsinə, bütün gözəlliklərinə varlığı ilə bağlılığını ifadə edərək özünü Vətən torpağının bir zərrəsi hesab edir.
AŞIĞIN SEVDASI
XIV əsr anadilli poeziyamızın ilk nümayəndələrindən olan İzzəddin Həsənoğlunun “Necəsən, ey gül üzlü yarım mə­nim” misrası ilə başlayan qəzəlinin 2 misrası belədir:
Mən ölücək yoluna gömün məni,

Baxa dursun yarə toprağım mənim.

Həsənoğludan üç əsr sonra yaşamış Sarı Aşığın da eyni sevda təlatümlü, eyni məhəbbətlə dediyi iki bayatı məhəbbətin qüdrətini ifadə edirdi.

Salman Mümtazın yazdığı kimi XVII əsrdə yaşamış “Yaxşı adlı bir sarışın və qaraxallı qıza aşiq olmuş” Sarı Aşıq adı ilə məşhur olan Aşıq Abdulla sevdiyi Yaxşının vəfatından sonra çox yaşamamış, aşağıdakı bayatıda vəsiyyətini belə ifadə et­mişdir:

Mən aşıq tərsinə qoy,

Aşiqi tərsinə qoy.

Başqa bir bayatısı da belədir:
Mən aşiqəm yar sarı,

Geyinibdi yar sarı,

Qürbətdə ölsə aşıq,

Üzünü qoy yar sarı.

Salman Mümtazın yazdığına görə, aşıq “Bayatısının məz­mu­nuna görə basdırılmış və üstünə günbəz tikilmişdir ki, bu gün Aşıq Günbəzi adı ilə məruf və məşhurdur. Aşıq Günbəzi Gülə­bird kəndinin özündə vaqe olub, Həkəri çayının sol tayın­dadır. Günbəzin üstündə heç bir yazı, tarix yoxdur. Yalnız qəbir daşının üzərində bir saz şəkli qazılmışdır. Bundan qiyas etmək olar ki, Aşıq saz da çalarmş. Yaxşının qəbri isə Həkəri çayının o biri tayında, yolun arxasındadır. Yaxşı Aşığın istədiyi ki­mi qib­ləyə, Aşıq da tərsinə gömümüşdür. Həkəri çayı da bu iki qəbrin arasından axmaqdadır. Əhalinin bir qismi Aşığı Haqq Aşığı adı ilə yad edərək ziyarətə gəlirlər (Salman Müm­taz. “Azərbaycan ədəbiyyatının qaynaqları”. Bakı: Yazıçı, 1986, s. 170).

S.Mümtaz Aşığın qəbrinin şəklini də Azərnəşr bədii ədə­biyyat şöbəsi tərəfindən 1935-ci ildə nəşr olunan “Sarı Aşıq” ki­tabında vermişdir. Kitabın üz qabığının və qəbrin şəkli be­lədir.

1927-ci ildə arxeoloqlar da Həkəri çayının sahilindəki qə­bi­ristanlıqdakı üzərində saz şəkli qazılmış qəbri və gümbəzi XVII əsrə və Sarı Aşığa aid etmişlər.

Sarı Aşıq haqqında ilk məlumat Qaradağinin “Təzkireyi-Qaradaği” əsərində verilmişdir. Təzkirədə aşığın əslən Arazın o tayın­dakı Qaradağdan olması, oradan köçüb Qarabağın Zən­gəzur mahalının Həkəri çayı kənarında Güləburd adlı kənd­də ya­şaması adının da Qurbanəli olduğu, “Zahirən bu zati-pak şif­teyi-ruzigardır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zən­gəzur ma­halında Həkəri çayının kənarında Güləbürd adlı qər­yədə sükna edib” – deyə yazılmışdır.

1920-1930-cu illərdə Əmin Abid Sarı Aşıq haqqında mə­lumat verərək adının Qərib olduğunu yazır. 1927-ci ildə Sal­man Mümtaz aşığın adının Abdulla olması və həyatı haqqında “Aşıq Abdulla” adlı bir yazıda məlumat verir (bax: Salman Müm­taz. Azərbaycan ədəbiyyatı, sayı 13. Aşıq Abdulla, XI əsr-hicri. Bakı: Azərnəşr, 1927-ci il, səh. 7-20).

Salman Mümtaz da onun Qaradağ mahalından köçüb Zən­gəzur qəzasına gəlməsini, oradan da Qaradağlı kəndində sa­kin olduğunu və bəzi rəvayətlərə görə təxəllüsünün “Misli” oldu­ğunu, Yaxşıya aşiq olduqdan sonra təxəllüsünü “Aşıq” qoy­du­ğunu yazmışdır.

Salman Mümtaz 1935-ci ildə aşığın şeirlərini latın əlif­bası ilə “Sarı Aşıq və bayatıları” adı ilə nəşr etdirir. Nəşrin redaktoru yazıçı Seyid Hüseyn idi.

1936-cı ildə isə Bəhlul Bəhcət aşığın özü və bayatıları haqqında məqalələr dərc etdirir. Onun haqqında yazdığı “Bayatı şairi Aşığın tərcümeyi-halı” əsəri əlyazması şəklində Res­publika Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilmişdir 1 .

Bəhlul Bəhcət Sarıca Nəbi adlanırdığı Sarı Aşığın Os­manlı dövlətinin ixtiyarında olan Anadolu əyalətindən 4 nəfərlə bir­likdə Səfəvi Şahlarına tabe olan Qarabağ vilayətinə gəl­di­yini, rəngi sarıbəniz olduğu üçün yoldaşlarının ona Sarıca de­diklərini, Həkəri çayının sol kənarında kiçik bir kənddə dul bir qadına qonaq olduğunu, qonaq qaldığı evdə gördüyü Yaxşı adlı gözəl qıza aşiq olduğunu, onun sevgilisi Yaxşını mülkədar Ya­man bə­yin zorla alıb evlənməsini, Yaxşının anasının kədə­rindən öldü­yünü yazır. Çox keçmədən Yaxşının da ağır kədər içində vəfat etməsindən sonra Aşiqin tamamilə sarsılıb çox kəskin bayatılar çağırmasından, nə qədər yaşadığını və nə yaş­da vəfat etdiyini dürüst göstərən bir işarə olmadığından yazır (bax: A.K.Ə. səh. 13-19).

Sonrakı illərdə akademik Həmid Araslı, prof. Əbdüləzəl Də­­mirçizadə, prof. M.H.Təhmasib, prof. Ə.Qarabağlı, prof. Əh­liman Axundov, prof. Sədnik Paşayev, prof. Mürsəl Həkimov kimi görkəmli alimlər Sarı Aşıq haqqında fikir söyləmişlər.

Göründüyü kimi, bənizi sarı olduğu üçün “Sarı Aşıq” ki­mi tanınan aşığın adını mənbələrdə müxtəlif şəkildə adlan­dır­mışlar. “Təzkireyi-Qaradaği”də adı Qurbanəli, Əmin Abiddə Qərib, Salman Mümtazda Aşıq Abdulla, Sarı Aşıq, Bəhlul Bəh­cətdə Sarıca Nəbi adlanmış, M.H.Təhmasibə görə, Sarı, Aşıq Ələsgərə görə, Yetimdir.

Aşıq Ələsgər:
Fərhad Şirini sevdi,

Yetim Yaxşı yar – demişdir.

Aşığın XVII əsrdə yaşadığı yazılır, fəqət anadan olduğu və öldüyü illər haqqında heç bir tarix yazılmamışdır. Bəzən uzun illər, bəzən də az bir ömür sürdüyü yazılmaqdadır. Prof. Azad Nəbiyevin Dərbənddən əldə etdiyi bir əlyazmada onun 1603-1635-ci illər arasında yaşadığı qeyd edilir (bax: A.Nəbi­yev. “Azərbaycan aşıq məktəbləri”. Bakı: “Nurlan”, 2004, səh. 180).

Prof. Azad Nəbiyev Dərbənd əlyazmasında aşığın adının Abdulla olduğunu və Güləburda butasının dalınca gəldiyini, əlyazmada “Abdulla Güləburda butasının dalınca gəldi, özü ilə ata-anasını da gətirdi. Yaxşını qərib aşığa verməyib axirət dün­ya­sını itirənlər peşman oldular. Yaxşının ayağı altında Ab­dullanı torpağa qoydular. Üstünə günbəz tikdilər. Ancaq insaf eləyib Yaxşını günbəzə gətirib aşığa tapşırmadılar. Sağlam canlar nahaq yerə hayıf oldu” şəklində yazıldığını qeyd edir (bax: A.Nəbiyev. A.K.Ə., səh. 181).

Göründüyü kimi, Sarı aşıq, onun sevdası, həyatı və ədəbi irsi tədqiqatçıları az düşündürməmişdir. Bu bir həqiqətdir ki, eşq fədaisi olan Aşıq zəngin ədəbi irs buraxıb getmişdir. O yal­nız bayatıları ilə deyil, təcnis, mürəbbe, qoşma, cığalı bayatı, qıfılbənd bayatı, bayatı-bağlama, tapmaca kimi şeir növlərində müstəsna poetik nümunələr yaratmışdır. Aşığın geniş mü­şa­hidə, ülvi məhəbbət, zəngin biliyinin, hicran və həsrətinin məh­sulu olan bu poeziya incilərinin içərisində onun Yaxşıya söy­lədikləri şeirlərin ayrıca yeri vardır. Onlardan bir neçə nümunə:
Şikar edib tutdum bir şahi tərlan,

Sən etdin əqlimi zayil, a Yaxşı.

Səni sevən keçər cani-sərindən,

Olur camalına mayil, a Yaxşı.

(S.Mümtaz. Sarı Aşıq və bayatıları.

Bakı, Azərnəşr, 1935, səh. 1)

Gözəllikdə sənsən bu gün yeganə,

Canım qurban olsun sən nevcavanə.

Yıxar Aşıq evin eylər viranə,

Dolananda hər bir yana gözlərin.

(Yenə orada, səh. 4)
Sallanıban Yaxşı çıxdı qarşıma,

Hüsnünün zəkatı hər ayə yetər,

Cəbrayil gətirdi ərşdən nidanı,

Mürsəl, Məhəmmədə hərayə dəyər.

(S.Mümtaz, səh. 7)
Atlandıq o Zəngini,

Sonalar üzən günü.

Ölsün, aşıq görməsin,

Səndən əl üzən günü.

Əqli özündə deyil,

Kim dedi haq camalı,

Yaxşı üzündə deyil.

(S.Mümtaz, səh. 39)
Ay doğdu qəlbiləndi,

Quran gətir and içim,

Bu qəlb, o qəlbiləndi.

(S.Mümtaz, səh. 86)
Dərdin məni cəng eylər,

Vurar başa dəng eylər,

Məhəbbət adam öldürməz,

Saraldıb bədrəng eylər.

(S.Mümtaz, səh. 98)
Aşiq, Yaxşıya məndən,

Xalın yaxşı Yəməndən,

Apar Yaxşıya məndən.

(Bəhlul Bəhcət. Sarı Aşığın

bayatıları, səh. 66)

Aşiqəm, yara yaxşı,

Təbibi ara yaxşı:

Canımın dərd yarasın,

Nə olar yara Yaxşı.

(Bəhlul Bəhcət)
Aşiq, yaxşı dən gözlər,

Mürgün yaxşı dən gözlər,

Baxdıqca şirin düşər,

Doymaz Yaxşıdan gözlər.

(Bəhlul Bəhcət, səh. 67)
Aşiqəm, o Yamandı,

O Yaxşı, o Yamandı,

Qorxuram ayrı düşəm,

Yaxşıdan o yamandı.

(Bəhlul Bəhcət, səh. 84)
Geniş və hərətərəfli tədqiqata möhtac olan Sarı Aşığın hə­yat və yaradıcılığı, bəlalı sevdası haqqında hələ çox deyilə­cək, çox yazılacaq. Biz bu yazımızda Aşığın məhəbbətinin ünvanı olan Yaxşıya yazdığı S.Mümtaz və B.Bəhcətin onun haqqında topladıqları şeirlərdən bir neçə nümunə verməklə kifayətləndik. Bu nümunələr xalq arasında “Yaxşı və Aşiq” dastanının təsadüfi yaranmadığını göstərir.

POETİK KƏŞF
XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan xalq şairi Rəsul Rza sevilib oxunan şairlərdəndir. O, bu sevgini şeirdə yalnız ustad olması ilə qazanmamışdır. Bu el məhəbbəti şai­rin ilhamını və tükənməz istedadını xalqına həsr etməsilə də daha möhkəm bağlıdır. Böyük ideallarla yaşayan, aydın məq­səd­li, coşqun istedadlı bir sənətkar olan R.Rza külli miq­dar­da lirik şeir­lərin, poema və dram əsərlərinin müəllifi kimi şöh­rətlənmişdir.

R.Rza poeziyasını nəzərdən keçirdikdə gözlərimiz önün­də dərin fəlsəfi təfəkkürlü, görkəmli bir sənətkar canlanır. “Vəfa”, “Qardaşlar” kimi pyeslər R.Rza qələminin məh­su­ludur.

Həmişə bəşərin taleyi üçün narahat olan şairin poetik düşün­cələri “Almaniya”, “Madrid”, “Cəlladları durdur”, “Həbəşistan”, “İnqalesyo”, “Yaponiya motivləri”, “Suriya dəftə­rindən”, “Ameri­kanın səsi” şeirlərində öz əksini tapmışdır. Sülh və demokratiya uğrunda mübarizəyə, insan hüquqlarına həsr olunmuş bu şeirlərin, eləcə də Cənub mövzulu şeirlərin (“Gözəl dost”, “Təbrizli dos­tu­ma”, “Hilal” poeması və s.) poe­zi­yamızda ayrıca yeri vardır.

Rəsul Rzanın məhəbbət lirikasından isə kövrək bir qəlb dö­yüntüsü eşidilir, sədaqətli, etibarlı gözəlin ürkək baxışları boy­lanır, göyçək camalı görür:

Yuxumu qaçıran da,

Sən dərdimdən xəbərsiz,

Sən nəşəli, kədərsiz,

Görən deyir bu göyçək,

R.Rza ən çox tərcümə olunan və tərcümə edən şair­lər­dən­dir. Onun bir sıra əsərləri ingilis, fransız, rumın, polyak, ma­car, ispan, çex, ərəb dillərinə tərcümə edilmişdir.

Puşkin, Lermontov, Şevçenko, Mayakovski, N.Hikmət, Tur­genev, Heyne kimi rus və dünya poeziyasının qiymətli inci­lərinin Azərbaycan dilinə tərcümə olunmasında onun böyük xidmətləri var. Nekrasovun “Rus elində kimin günü xoş keçir” əsərinin Azərbaycan dilinə ilk dəfə tam şəkildə tərcüməsi R.Rza­nın zəhmətinin bəhrəsidir.

Onun qələmindən çıxan bir sıra məzmunlu məqalələr, xüsusilə Nəsimi haqqındakı “Cahana sığmayan şairin qərib mə­zarı”, “Böyük şair haqqında kiçik qeydlər” məqalələri, Kərkük bayatılarına yazdığı “Uzaq ellərin yaxın töhfələri” adlı mü­qəddimə öz dərinliyi və elmiliyi ilə diqqəti cəlb edir.

Şair üçün səfərlər, həm də bir elmi axtarışa çevrilmişdir. 1968-ci ildə bir qrup mədəniyyət xadimləri ilə Suriyada olan şair Nəsimi, onun qəbri, nəsli haqqında məlumatlarla geri dön­müş, ədəbi ictimaiyyətimizi narahat edən bir məsələni dəqiq­ləşdirmişdir.

Nəsiminin qəbrinin Hələbdə olması təxmin edilirdi. R.Rza yazır: “Hələ Bakıda ikən hörmətli alim Həmid Araslı “Nəsi­minin qəbri Hələbdə olmalıdır. Siz onu yəqin görə­cək­siniz” de­mişdi. Lakin uzun illərin əlaqəsizliyi bu məlumatın nə qə­dər səhih olduğunu bir nigaranlığa bağlamışdı”.

“…Xəyalımı bir an dinc qoymayan Nəsimi idi. Ondan bir ni­şan qalmışdımı? Qəbri haradadır? Əsərlərindən, bəlkə də əl­yaz­ma­larından tapmaq mümkün oldu. “Bir zaman Şam, bu gün Dəməşq adlanan şəhərdə, müqəddəs Şamda, gəzdiyimiz bir çox şəhərlərdə də bu nigaran fikirlər məni rahat qoymurdu. Dəməşq və başqa şə­hərlərdə görüşdüyümüz suriyalı yeni-yeni tanış­la­rımız, dostlarımız da şair Nəsimi haqqında təsəlliverici bir şey deyə bilmirdilər”.

Gəzdiyi yerlərdə gərgin nigarançılıq keçirən şair böyük intizar və axtarışdan sonra Hələb qubernatorunun köməyilə Nə­siminin qəbrini tapır.

R.Rza poeziyada da həmişə inadlı axtarışlar aparmış, məq­sədinə də nail olmuşdur. O, poeziya aləminə gəldiyi gün­dən bö­yük ideallara xidmət etmiş, səadətin, məhəbbətin, qar­daş­lığın nəğ­məkarı olduğundan, xalqının sevimlisinə çevril­mişdir.

Rəsul Rzanın poeziyası mövzu müxtəlifliyindən asılı ol­mayaraq ürəkdən qopan nəğmə kimi həmişə könülləri ox­şa­mışdır. Onun şeirləri öz şirəsini canlı həyatdan, el gü­cündən al­dığı üçün­dür ki, nəğmə kimi təbii səslənir, bulaq kimi çağlayır. Şairin:
Kölgəsiz budaq olmaz,

Nəğməsiz dodaq olmaz

Desəm də, heç ağ olmaz.

Düz sözlü, doğru yollu,

Qəlbi sədaqət dolu,

Xalqın inamlı oğlu

Mənəm, mənəm –
deməsinə gətirib çıxarır. Çünki Rəsul Rza poeziyasının arxasında dərin fəlsəfi təfək­kür­lü, həyatın bədii salnaməsini, poetik xəri­təsini yaradan gör­kəmli sənətkar durur. Onun şeirlərinə insanlara qayğı və mə­həb­bət, torpağı, vətəni, ana təbiəti ehtirasla sevmək kimi yük­sək bəşəri hisslər hakimdir:
Mən insanam, ülfətsiz ölərəm,

Məhəbbətsiz, nifrətsiz ölərəm.

…Mən torpağam nemətimi, varımı,

Zəhmət sevən insanlarla bölərəm,

Mən ürəyəm, döyünməsəm ölərəm.

Yaradıcılığında Cənubi Azərbaycana həsr olunmuş şeir­lərin ayrıca yeri olan şairin folklor ab-havasından gələn ba­yatı naxışlı “Nigaran suallar” şeiri bu baxımdan çox dəyərlidir.

Yuxuda görürəm, Təbrizim,

Yuxuma qəmli gəlirsən.

İndi yaman qəribsəmisən?

Hələ ümidin var böyüyəsən,

Arzun var boy atasan.

Hardan düşdü yadıma,

Anamın göynəkli bayatısı:

“Mən bütöv bir yuvaydım,

Yel vurdu paralandım.

Mən səndən ayrılmazdım,

Şeirdəki bayatıdan da göründüyü kimi, Rəsul Rza xalq ya­ra­dıcılığından, onun nəhayətsiz zənginliklərindən, müdrik ifa­də­lərdən, bayatılardan, özünəxas yaradıcılıq qüdrətilə isti­fadə et­mişdir. Onun qüdrətli şair Mikayıl Müşfiqə həsr etdiyi “Qızıl­gül olmayaydı” poemasının adını oxuyanda hiss edirsən ki, buraya haradansa aşağıdakı bayatının ovqatı düşüb.
Qızılgül olmayaydı,

Bir ayrılıq, bir ölüm,

Heç biri olmayaydı.

Və bu bayatının fonunda şair az, lakin mənalı yaradıcılıq yolu keçmiş bir şairin qısa ömrünü qızılgül ömrü kimi məna­lan­dırırır.

İlham qaynağını şifahi xalq ədəbiyyatından, canlı xalq di­lindən aldığı şeirlərini oxuyanda hiss edirsən ki, onun deyim­lə­rində folklora bağlılıq güclüdür. Xalq arasında bəzi dili xəl­pətər atan insanlar haqqında deyilir ki, “dili başına bəladır”. “Soruş” şeirində Rəsul Rza bu xalq ifadəsini elə işlətmişdir ki, bu­rada xalq deyimi ilə klassik poeziyaya məxsus olan yüksək poetik key­fiyyətlərin qaynayıb-qarışmasından orijinal bir üslub yaranmışdır.

Od nə çəkdi, küldən soruş,

Baş nə çəkdi, dildən soruş.

Belə orijinallıq, belə poetik kəşf şairin “Rənglər” şeirində də müşahidə edilir. Həyatın, insan mənəviyyatının müxtəlif löv­hələrinə simvolik münasibətin fəlsəfi gücünü əks etdirən “Rəng­lər” şeirində xalq deyimlərinin fəlsəfi qaynağı üzə çıxarılır. Xalq arasında “göy adam”, “boz adam”, “üzü qırmızı adam”, “Qara yaxmaq”, “qara basmaq”, “ağciyər adam” kimi rəng­lərlə bağlı ifadələr işlənir. R.Rza xalqda işlənən bu ifadə­lərlə maraqlı poetik nümunələr yaratmışdır.
Rənglər xatirələr oyadır,

Rənglərin də musiqi kimi ahəngi var,

Ağrının, sevincin, ümidin də

Məlumdur ki, atalar sözü və məsəllər təsirli ifadə vasitəsi kimi həmişə təcrübəvidir. Rəsul Rza 8 misralıq “Məzmun” şei­rində “İgidin başı qilu-qalda gərək” atalar sözündən, öz məq­sədinə müvafiq istifadə edərək, poetik axtarış apararaq belə bir nəticəyə gəlir ki, “qilü-qal” ancaq müqəddəs amallara xidmət edən igidə yaraşır. Mənasız baş yormanın, “qilü-qal” etmənin heç nəyə faydası yoxdur:

Atalar deyib:
İgid başı qalda gərək.

Gərək zamanın isti-soyuğu,

Qilü-qalın özü də bir şeyə dəsin.

Nümunələrdən də göründüyü kimi, Rəsul Rza poetik kəşf­­­lər edərək, şeirlərində istifadə etdiyi xalq danışıq dilini yük­sək sənətkarlıqla ədəbi dil səviyyəsinə yüksəlməyi bacaran ustad sənətkardır.

Nəbi Xəzri – Şeirləri

Özəllikləri:
• Offline işləmə rejimi – internet olmadan istifadə edə bilərsiniz.
• Sürətli axtarış
• Seçilmişlər siyahısı (Favorite) – bəyəndiyiniz şeiri “ürək” düyməsini basmaqla bu siyahıya əlavə edə bilərsiniz.
• Azərbaycan hərfləri üçün virtual klaviatura
• Tablet dəstəyi

Tənzimləmələr bölməsi
• İnterfeysin rəngini dəyişdirmək imkanı
• Mətnin ölçüsünü dəyişdirmək imkanı

(seirler, Azerbaycan, Nabi Khazri poems, nebi xerzi)
(c) 2015

Популярные запросы

LD Player – #1 Android Emulator

Лучший Эмулятор Андроида для ПК

Приложения · Hot

IronMeta One – Proxy Master IronMeta Studio · Инструменты

Google Play Маркет Google LLC · Инструменты

自由浏览 Greatfire.org · Связь

Instagram Instagram · Социальные

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Популярные

MangaLib Malo Boucé · Книги и справочники

Cool Reader Vadim Lopatin · Книги и справочники

Когда намаз Kogdanamaz · Книги и справочники

Brawl Stars Wiki Fernas Techno · Книги и справочники

Русско-Узбекский Разговорник GK Apps · Книги и справочники

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Super PDF Drive Reallyloaded Inc. · Книги и справочники

MangaHub HippoAD · Книги и справочники

Генератор гемов для бравл старс Banza-Dating · Книги и справочники

JW Library Jehovah’s Witnesses · Книги и справочники

APKCombo Installer

Порядок установки XAPK, APKS, OBB?

Təsirli gözəl şeirlər

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.

Çiçək | Mənsur Həsənzadə

Yüz bağban yığışıb min çiçək əksin,
Çatmaz ki ətrinə, Çiçək, ay Çiçək.
Çəksə, nektarını qoy arı çəksin,
Qonmasın üstünə milçək, ay Çiçək.

Qaranlıq otağa Günəşdi ağ şam,
Gəl yenə, gəl yenə kükrəyəm, daşam.
Vüsala * xoş gəldin* deyək bu axşam,
Dərdin zəmisini biçək, ay Çiçək.

Ruhda təpər ola, canda hey ola,
Hisslər oyaq ola, ağıl key ola,
İsti otaq ola, sərin mey ola,
İçək, üçə kimi içək, ay Çiçək.

Sabah sızıldayar könlün sim kimi,
Görək, kim itirər, tapar kim kimi?
Mənsuram, aylardı çəkdiyim kimi,
Sən də həsrətimi di çək, ay Çiçək.

Rəssam, sevgilimin rəsmini gəl çək | Ömər Xəyyam

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim.

Yavaş-yavaş sevdim səni ( Ramiz Rövşən)

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Dəniz | Kəmalə Məcidova

Gözlərin dənizim olarmı görən?
Enə bilrəmmi dərinliyinə?
Bilirsən dənizi çox sevirəm mən,
İtərəm gözünün maviliyində.

Mənə dəniz boyda ürək bağışla,
Mən orda yaşadım arzularımı.
Dəniz gözlərindən axan baxışla,
Çırpım sahilinə dalğalarımı.

Nə ayrılıq odu, nə də ki, həsrət,
Sənin limanına heç yanaşmasın.
Sən mənə dəniz ol- ismi məhəbbət,
Dalğan əllərimi heç buraxmasın…

Qadın | Rəvan Mustafa

Diqqət istəyər qadın
Şirin bir nəvazişdən ərköyün qıza dönər
Suya bənzəyir qadın
Münasibət soyusa bərkiyib buza dönər

Sevgi istəyər qadın
Eşq ona dağlar çəkər, tək aşar o dağları
Qadın eşq hafizidir
İlk öpüşün dadını unutmaz dodaqları.

Qayğı istəyər qadın
Özünü təslim edər, ruhunu dərk edənə
Qadın qürur deməkdir
Qal deməz qayıdana, dön deməz tərk edənə

Dəyər istəyər qadın
Ömrünü qurban verər, ona dəyər verənə
Qadın bir imtahandır
Gözlərindən su içib, saçından gül dərənə

Hörmət istəyər qadın
Saçın süpürgə edər sevdiyinin yolunda
Qadın elə namusdur
Uluyanlar çox olar, sağında və solunda

Dəniz | Nəbi Xəzri

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,

Ömür | Namiq Həsənzadə

Gecə də, gündüz də tapacaq səni.
Ömür də illərin qanadındaymış
Uçub nə qədəri… əlimdən çıxıb .
Mənim sənə başım elə qarışmış ,

Ömrümü yaşamaq yadımdan çıxıb .
Keçən həyatıma üzümü çönüb ,
Özümdən uzaqda yaşamışam mən .
Sənin yoxluğunda suala dönüb ,

Özümə bir cavab aramışam mən .
Nə özümü tapdım, nə də ki, səni
Sən mənim ən gizli həqiqətimsən .
Harda itirmişəm əvvəlki məni ?!

Bütün sualların cavabı sənsən .
İndi, ürəyimdə xəzəl arzular
Uçar xəyalların küləyi ilə .
Heyf..solub getdi gözəl arzular ,
Bir şair ömrünün ürəyi ilə .

Ömür də illərin qanadındaymış ,
Uçub nə qədəri… əlimdən çıxıb .
Mənim sənə başım elə qarışmış ,
Ömrümü yaşamaq yadımdan çıxıb…

Unut Kədərini | Nüsrət Kəsəmənli

Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.

Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.

Elə bil dağsan ki, vüqar yaraşır,
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.

Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut.

“Analar” | Hüseyn Arif.

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?

Comments are closed, but trackbacks and pingbacks are open.