Press "Enter" to skip to content

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi — FOTOLAR

Sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə Nəbi Xəzrinin şeirləri səsləndirilib, onun şeirlərinə bəstələnmiş mahnılar oxunub və dram əsərlərindən hissələr canlandırılıb.
Tədbirdən sonra İ.Gülməmmədova Nəbi Xəzrinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Xalq şairi Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Xalq şairi Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş “Mənim kainatım şeirlərimdir” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Nəbi Xəzrinin həyat və yaradıcılığı barədə ətraflı danışılıb, onun bədii söz sənətini yeni keyfiyyətlərlə zənginləşdirərək imkanlarını genişləndirdiyi bildirilib.

Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək bildirib ki, Nəbi Xəzri üç qardaşını və atasını erkən yaşlarında itirib. Gəncliyi Böyük Vətən müharibəsinə təsadüf edib, müharibənin ağrılı-acılı günlərini yaşayıb, ancaq cəmiyyətdə özünə böyük yer tutmaq üçün əzmkarlığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önəm verməsi və çalışqanlığı ilə özünə ad qazanıb. Bildirib ki, insanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən, bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirib ki, humanitar dəyərləri poetik-fəlsəfi mənalandırma gücünə malik olan Nəbi Xəzrinin yaradıcılığı dərin lirizmi, vətəndaşlıq qayəsi ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük gücə malikdir. Qeyd edilib ki, N.Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir.

Sonra çıxış edən şairin oğlu Arzu Babayev atasına göstərilən ehtirama, diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Tədbirdə Nəbi Xəzrinin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnılar sevilən müğənnilərin ifasında təqdim olunub.

Nəbi Xəzri ölkəmizin müxtəlif mətbu orqanlarında çalışıb. 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971–1974-cü illərdə isə Azərbaycan Mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən həmin təşkilatın sədri olub. O, 2007-ci ilin yanvarın 15-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi — FOTOLAR

Demokrat.az xəbər verir ki, Xırdalan şəhərindəki Mədəniyyət Evində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, N.Xəzrinin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edilib ki, 10 dekabr 1924-cü ildə Xırdalan şəhərində tacir ailəsidə dünyaya gələn, 3 qardaşını və atasını erkən yaşlarında itirən, gəncliyi Böyük Vətən Müharibəsinə təsadüf edən, müharibənin ağrılı-acılı günlərini yaşayan, arxa cəbhədə döyüşən gənc Nəbi Babayevin cəmiyyətdə özünə böyük yer tutmasına səbəb onun əzimkarlığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önəm verməsi, çalışqanlığı və gələcəyə olan ümidi olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1943–1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 1945-ci ildə Yazıçılar İttifaqına üzv olub.

O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub. Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də vəfat etmiş və yanvarın 16-da 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Sonra rayon icra hakimiyyətinin başçısı İ.Gülməmmədova çıxış edərək bilirib ki, Abşeron torpağı Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii həyatına bir çox görkəmli ictimai xadimlər, şəxsiyyətlər bəxş edib. Onlardan biri də heç şübhəsiz ki, Nəbi Xəzridir. Azərbaycan insnına şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi tanınan Nəbi Xəzri həm də ictimai xadim kimi xalqın ürəyində özünə məhəbbət yarada bilib. Onun poeziyamızın inkişafındakı, Azərbaycan ədəbi-bədii dilinin çalarlarının genişlənməsindəki rolu, dövlətçiliyimizin və müstəqilliyimizin tərənnümündəki fəaliyyəti danılmaz faktlardandır.

Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Nəbi Xəzri yaradıcılığınının olduqca zəngin oluğunu söyləyən başçı qeyd edib ki, ədib təkcə şeirləri ilə deyil, eyni zamanda poemaları, povestləri, dramları, tərcümələri ilə də məşhurluq qazanıb.

Bildirilib ki, Nəbi Xəzri şeiriyyatındakı axıcılıq, dil, üslub, sevgi, həssaslıq, vətənə, torpağa bağlılıq bəstəkarların da diqqətini çəkib və şairin əsərlərinə bir çox mahnılar bəstələnib. Xalqımızın tanınmış sənət ustalarının repertuarlarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub. “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim”, “Səhər-səhər”, “Mavidir”, “Gələrmi, gəlməzmi”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Çinar”, “Nar ağacı, nar çiçəyi”, “Gənclik mahnısı” və s. bu qəbildən onlarla məşhur mahnılar, xalqımızın tanınmış sənət ustalarının ifalarında səslənib və bu gün də sevə-sevə oxunmaqdadır.

Nəbi Xəzri özünün bədii dili ilə vətən, azadlıq, bütöv Azərbaycan, keçmişimiz və gələcəyimizdən xəbər verib. Hətta sövet övründə ermənilərin Qarabağa olan iddialarından yazmış, bunun yolverilməz olduğu, torpaqdan pay verməyin mümkünsüzlüyü şeirə gətirib. Onun bu şeiri tənqid atəşinə tutulsa da, müəyyən təhqir və təzyiqlərə məruz qalsa da, Nəbi Xəzri özünün haqq yolundan, millət, vətən amalından dönməyib, hər zaman Azərbaycana, Azərbycançılıq idealogiyasına sadiq qalıb. Şairin “Şuşanın yolları”, “Cadırlar”, “Xocalıda ərik ağacı”, “Şuşa”, “Niyə gecikdiniz, niyə, durnalar?”, “Şuşa gəlir yuxularıma”, “Səni görəcəyəm haçan, Qarabağ?”, “Araz sahilində cavan bir gəlin”, “Kəlbəcər harayı”, “Xeyir və şər”, “Ağdərə”, “Haray” qəbildən onlarla şeirləində işğala və erməni vandalizminə məruz qalmış Vətən yanğısı, nisgili, Qarabağ sitəmi, amma mübarizəyə, intiqama haray, qələbəyə böyük inam var.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməyib. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərib.

Sonra şairin oğlu Arzu Babayev çıxış edərək atasına göstərilən ehtirama, diqqətə görə cənab Prezident İlham Əliyevə təşəkkür edib. Bildirilib ki, N.Xəzrinin adının əbədiləşdirilməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də böyük işlər görülüb. Rayondakı küçələrdən birinə onun adı verilib. Eləcə də Xırdalan Mədəniyyət evinə Nəbi Xəzrinin adının verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət edilib.

Sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə Nəbi Xəzrinin şeirləri səsləndirilib, onun şeirlərinə bəstələnmiş mahnılar oxunub və dram əsərlərindən hissələr canlandırılıb.
Tədbirdən sonra İ.Gülməmmədova Nəbi Xəzrinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Nəbi xəzrinin 95 illlik yubleyi haqqında

Dünyalar içində bir ayrı dünyam -Azərbaycan!

Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 95-ci ildönümü tamam olur

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da soyuq bir qış günündə Bakıya yaxın kəndlərdən birində Xırdalanda dünyaya göz açıb. 2007-ci ilin yanvarın 15-də yenə soyuq bir qış günündə Bakıda vəfat edib .

AZƏRTAC xəbər verir ki , bu gün şair , nasir , dramaturq , publisist , tərcüməçi, Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 95-ci ildönümü tamam olur .

Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi . �Günəş� adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə bir müsamirədə gənc şairin oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir . “Çiçəklənən arzular ” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur . O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947 -1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949 -1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə, o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tan ıtım sahibi olmuşdur . Bakı, Abşeron torpağının yetirməsi kimi dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür . 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur . O, 1958 -1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi , 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971 -1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycan ı n Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur .

Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir . Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir.

Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair , nasir , dramaturq , publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb.

İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya , insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi , böyük vətəndaşl ıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair �İllər və sahillər�, � Ulduz karvanı�, �Nəsillər-əsrlər�, � Ağ şimşəklər�, � Torpaq , sənə and içirəm�, � Ömür çinarından yarpaqlar �, �Əsrin qanlı laləsi� və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub , onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub , müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Nəbi Xəzri öz şeirlərində yalnız Azərbaycanın deyil , dünya xalqlarının dərdlərini qələmə almışdır. Şairin poeziyasının əsasında insan konsepsiyası durur . Bu insan dünyanın hər bir ölkəsində insandır. Müasir dövrdə Yer kürəsi eyni dərdlərlə çırpınır. Ona görə də Nəbi Xəzri hər hansı bir xarici dünyanı qələmə alanda , hər hansı bir xarici ölkədən yazanda da , orada Azərbaycanı görür , incə və zərif lirika , mənalı təbiət mənzərələri, fəlsəfi düşüncələr, vətənda şlıq pafosu ilə aşılanmış etiraflar bir-birinə qovuşur , bir-birini tamamlayaraq zəngin və bütöv poetik obraz , bədii panoram yaradır.

Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu , canı, mayası Azərbaycan olub . Hətta uzaq mətləblərə toxunanda , başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.

Dünyalar içində bir ayrı dünyam –

Yuxusuz ömrümdə bir sirli röyam –

Sonsuz kainatda təkcəm , yeganəm –

Bir ayrı nağılım , ayrı əfsanəm –

Bir ayrı düşünəm , ayrı xəyalım –

Ayrılıq sonunda şirin vüsalım –

Comments are closed, but trackbacks and pingbacks are open.