Nəcəf bəy vəzirovun əsərləri
Amma Bayraməli bəy oğullarının təhsil alması üçün pul xərcləməyə, müəllimə yüksək haqq verməyə, hətta onları xarici ölkədə oxutdurmağa hazırdır. Zəhmətsiz, tüfeyli həyat sürən, tənbəl Səfdərqulu və Rəsulun tərbiyəsi, mənəviyyatı pozulmuşdur. Bunu onların etirafları da sübut edir. Səfdərqulu atasından şikayətlənən nökər Əsgərə deyir:”Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var. ” Rəsul isə atasını nəzərdə tutaraq, “Ölsə də, əlimə kitab almayacağam. Mən oxuram özüm billəm, oxumuram özüm billəm. Heş kimə borc deyil” söyləyir.
Nəcəf bəy vəzirovun əsərləri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Əsərləri
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Nəcəf bəy vəzirovun əsərləri
Nəcəf bəy Vəzirov
Zəmanəsinin dərdlərinin, problemlərin bilicisi
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin baharında Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarından həyatın ədalətsizlikləri ilə qarşılaşan Nəcəf məktəbdə üç ayda “Quran” oxumağı və yazı yazmağı öyrənmişdi. Anasının göz yaşına baxmayıb təhsil almaq üçün Bakıya gələrək təhsilini burada davam etdirmişdir. Burada teatr tamaşalarının və M.F.Axundzadənin komediyalarının təsiri ilə onda dramaturgiyaya , pyes yazmağa həvəs yarandı.Gimnaziyanın son siniflərində oxuyarkən ilk pyeslərini (“Əti sənin, sümüyü mənim”, “Qara günlü”) yazmışdır. N.Vəzirov “Əkinçi” qəzetinin redaktoru H.Zərdabinin rəhbərliyi ilə Bakıda “Hacı Qara” komediyasının tamaşaya qoyulmasında fəal iştirak etmişdi.
N.Vəzirov həyatının həmin dövrü haqqında öz tərcümeyi-halında yazır:”1873-cü ildə altıncı sinifdə olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Teatrın nə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına mürfciət edərək soruşdum ki, bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə vardırmı? Həsən bəy Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlanşırdıq. Tamaşa günü çox adam var idi. Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi.haman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik teleqramı göndərdi.M.F.Axundzadənin iki vərəqə minnətdarlıq kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi:”Bu gün “Hacı ara”nı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız.”
H.Zərdabi, M.F.Axundzadə kimi böyük şəxsiyyətlərin onun fəliyyətini təqdir etməsi N.Vəzirovu yaradıcılığa həvəsləndirdi.
Orta təhsili uğurla başa vuran Nəcəf bəy Rusiyanın nüfuzlu ali məktəblərində ali təhsil fikrinə düşür. Məktəbdə oxuyarkən başqalarına dərs deməklə topladığı pullarla Peterburqa gedərək universitetə daxil olur. Lakin buranın rütubətli havası onun səhhətinə pis təsir etdiyi üçün xəstələnir. Həkimlər ona Peterburqdan Moskvaya köçməyi məsləhət görür. Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasına daxil olan N.Vəzirova qəbul imtahanlarında yüksək qiymətlər aldığı üçün təqaüd təyin olunur.
Ədib qırx il sonra həyatının həmin dövrünün çətinliklərini xatırlayaraq yazırdı:”O vaxt ancaq səksən manat param qalmışdı. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palasımı çəkərdim. Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün akademiya mənə təqaüd verdi. Indi özümü dörd il müddəti təmin edilmiş bildim. Üç ayın parasını qabaqcadan alıb özümə bəzi şeylər aldım. Palasımdan əl çəkdim. əgər bu palas indi əlimə keçərsə, çox baha qiymətə alardım.”
Akademiyada Rusiyanın inqilabçı-demokratlarının təsiri güclü idi və bu tələbələrə siyasi yetkinlik, demokratik baxışlar, mübarizlik ruhu aşılanmasına öz təsirini göstərirdi. Sənətkarı “xalqın gözçüsü” adlandıran N.Vəzirovun bir dramaturq, publisist kimi fəal vətəndaşlıq mövqeyinin formalaşmasına yeni mühitdəki ədəbi və siyasi mübarizələrin böyük təsiri oldu.
Aldığı təqaüdlə dörd illik təhsili təmin edən N.Vəzirov Moskva, Peterburqda ali təhsil aldığı illərdə o, teatr tamaşalarına həvəslə gedir, bədii əsərlər yazır, “Əkinçi” qəzetində məqalələrlə fəal çıxış edirdi. Bu dövrdə o, təhsilini başa vurub vətənə qayıtmaq, xalqının tərəqqisi, mədəniyyəti yolunda çalışmaq arzusu ilə yaşayırdı. Vətənə qayıtdıqdan sonra o, ali məktəbdə aldığı ixtisasa uyğun olaraq, Gəncə quberniyası Dilicanda, Tərtərdə meşəbəyi işləyir, gözəl təhsil və tərbiyə almış Xurşud xanımla evlənir. Gənc meşəbəyi kimi öz işinə məsuliyyətli münasibəti, sadə insanlarla rəftarı ona böyük hörmət qazandırır. Lakin Petrovski akademiyasının məzunları hökumətin nəzərində siyasi cəhətdən etibarsız sayıldığı üçün, günahı olmadığı halda işdən azad edilir.
Meşəbəyi işədiyi dövrdə həyatı, cəmiyyətdəki vəziyyəti dərindən öyrənir. Apardığı müşahidələrin, ailə-məişət problemlərinin öyrənilməsinin nəticəsi olaraq, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”(1890), “Adı var, özü yox” (1891) pyeslərini yazır.
Hakimiyyət tərəfindən siyasi cəhətdən etibarsız sayılaraq, işdən azad edildikdən sonra Bakıda imtahan verərək vəkil işləmək hüququ alır, məhkəmələrdə vəkil kimi çalışır. Şəhər mühitində o, bədii yaradıcılıqla daha ciddi məşğul olur, Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, “Pəhləvanani-zəmanə” kimi məşhur əsərlərini yazır, dramaturgiyanın ən yaxşı nümunələrinin teatr səhnəsində tamaşaya qoyulmasında yaxından iştirak edir.
1913-cü ildə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi təntənəli yubiley məclisi keçirildi. “Nəcəf bəy Vəzirov” adlı xüsusi kitabça nəşr olundu.Tağıyev teatrında böyük təntənə ilə keçirilən yubiley gecəsində M.Rəsulzadə ədibun həyat və yaradıcılıq yolu haqqında məruzə ilə çıxış etdi.
Çar hakimiyyətinin devrilməsi xəbərini böyük sevinc hissi ilə qarşılayan ədib “Getsin, gəlməsin” adlı məqaləsini yazır. Sonrakı illərdə o, “Təzə əsrin ibtidası”, “Pul düşkünü Hacı Fərəc” pyeslərini yazmış, teatrla yaxından əməkdaşlıq etmiş, Kən Təsərrüfatı Texnikumunda müəllim işləmişdir.
N.Vəzirov 1926-cı ildə Şamaxı yaxınlığındakı Çuxuryurd kəndində vəfat etmiş, Bakı şəhərində dəfn olunmuşdur.
Yaradıcılığı haqqında
Ədəbiyyatımızın xəlqi, realist istiqamətdə inkişafında, feodal-patriarxal quruluşun dayaqlarını sarsıdıb milli azadlıq, maarifçilik ideallarını təbliğ edən mühüm vasitəyə çevrilməsində dramaturq, publisist kimi N.Vəzirovun böyük xidmətləri vardır. O, M.F.Axundzadənin yaradıcılıq ənənələrini davam və inkişaf etdirərək silsilə komediyalar yazmiş, “Müsibəti-Fəxrəddin”lə ədəbiyyatımızda faciənin əsasını qoymuşdur. N.Vəzirov XIX əsrin 70-ci illərində – orta məktəb şagirdi ikən bədii yaradıcılığa başlamış, “Əti sənin, sümüyü mənim” adlı üç pərdəli komediya və “Qaragünlü” adlı dörd pərdəli faciə yazmışdır. Bu əsərlər müəllifin sağlığında itib-batmışdır.
Ədibin bizə gəlib çatmış ilk pyesi eybəcər ailə münasibətlərinin, valideynlərlə övladlar arasında çəkişmələrin tənqid edildiyi “Ev tərbiyəsinin bir şəkli” komediyasıdır. Əsərdə mülkədar ailələrindəki tərbiyə üsulu tənqid edilir. Komediyanın konflikti varlı, amma qaba, mədəniyyətsiz ata – Bayraməli bəylə tənbəl və tərbiyəsiz oğullar – Rəsul və Səfdərqulu arasında müasir həyat qaydalarına, məktəbə münasibətdən doğan ziddiyyətlər üzərində qurulmuşdur.
İki yüz min manatdan artıq var-dövləti olan Bayraməli bəy xəsisdir, ailəsinin daha çox qatıq-çörək yeməklə güzəran keçirməsi, ağır, əziyyətli həyat keçirən nökərinin doyunca yeməyə çörək tapmaması onu narahat etmir. Bayraməli bəyin verdiyi əzab-əziyyətlərə dözməyən nökər Əsgər deyir:”Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır. qatıq çörək, qatıq çörək, tut qurusu çörək,bir az kefi kök olanda bozbaş. bir deyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir. ”
Amma Bayraməli bəy oğullarının təhsil alması üçün pul xərcləməyə, müəllimə yüksək haqq verməyə, hətta onları xarici ölkədə oxutdurmağa hazırdır. Zəhmətsiz, tüfeyli həyat sürən, tənbəl Səfdərqulu və Rəsulun tərbiyəsi, mənəviyyatı pozulmuşdur. Bunu onların etirafları da sübut edir. Səfdərqulu atasından şikayətlənən nökər Əsgərə deyir:”Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var. ” Rəsul isə atasını nəzərdə tutaraq, “Ölsə də, əlimə kitab almayacağam. Mən oxuram özüm billəm, oxumuram özüm billəm. Heş kimə borc deyil” söyləyir.
Fərsiz oğullarının təhsilə biganəliyi cəmiyyətdə öz ictimai mövqeyini qorumaq istəyən atanı sarsıdır. Lakin müasir davranış qaydalarına yiyələnməyən Bayraməli bəyin özünə də yeni düşüncə tərzi yaddır. O, ətrafındakıları yerli-yersiz təhqir edir, alçaldır. Təsadüfi deyil ki, əsərin ekspozisiyasında Bayraməli bəyin söyüşləri ilə başlanan hadisələr finalda ata və oğulun əlbəyaxa döyüşü ilə qurtarır.
“Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz” komediyalarında da konflikt ictimai həyatda olan ziddiyyətlərdən doğur. Milli məişətdə mövcud olan naqisliklər -cadugərlik, nadanlıq, fanatizm, vaxtı keçmiş gəlin-qayınana münasibətləri həmin əsərlərdə əsas tənqid hədəfləridir.
“Daldan atılan daş topuğa dəyər” pyesində Əbdürrəhman bəy ev, ailə qayğısından uzaqdır, günü yeyib-içmək, qumar məclislərində keçirir. Onun arvadı məhdud dünyagörüşlü, avam Xırda xanım on səkkiz yaşına çatmış qızı Səkinə xanımı nəyin bahasına olursa-olsun, ali savadlı şəxsə ərə vermək üçün əl-ayağa düşür. Əbdürrəhman bəyi qızının ərə genmək məsələsinə laqeyd yanaşmaqda təqsirləndirən Xırda xanım öz niyyətini həyata keçirmək üçün qolunu çırmayıb işə girişir. Səkinəni şəhərə yeni gəlmiş gənc həkim İsgəndər bəyin sorağınə aldıqda qərarını qətiləşdirir. O, bu işdə “ara arvadı” Nurcahanın məsləhəti ilə İrandan gəlmiş dərviş Heydərəlinin cadusuna ümid bəsləyir.
Əsərin sonunda arzusuna çatmayan, Heydərəli və Nurcahan tərəfindən aldadılıb soyulan Xırda xanım gülünc vəziyyətə düşür. Məlum olur ki, onun cadu yolu ilə qızını ərə vermək istədiyi İsgəndər bəy evlidir.
“Sonrakı peşmançılıq fayda verməz” komediyasında Fatma xanım təzə gəlini özünə tabe etmək üçün hər gün evdə söz-söhbət yaradır, dava-dalaş salır. O, gəlinini köhnə qaydalara uyğun olaraq qayınana və ərin qulu kimi görür:”Keçən zamana necə gözəl zamana idi. Biz dörd gəlindik bir evdə. Hamımız qayınanamızın qabağında əli bağlı, san alma qul kimi. Əlimiz əlimizin üstə, üzüörtülü. Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yel örtsün.”
Əsər onun hərəkətlərindən bezən gəlini Səlibnaz xanımın ata evinə qayıtması, oğlu Salman bəyin isə baş götürüb evdən qaçması ilə bitir.
“Adı var, özü yox” komediyasının mövzusu XIX əsrin 70-ci illərində kəndli islahatından sonra iflasa uğrayan, ictimai mövqeyini itirmək təhlükəsi ilə qarşılaşan mülkədar həyatından götürülmüşdür. İslahat mülkədarlarda bədbin əhval-ruhiyyə yaratmış, “polojeniya qoyulandan sonra” təsərrüfatın isarə edilməsi çətinləşmişdi. Pyesin əsas qəhrəmanı Cənnətəli ağa mülkədar hüquqlarının məhdudlaşdırıldığı, kəndlilərə cüzi sərbəstlik verildiyi yeni dövrün tələblərinə uyğunlaşa bilmir. Müasir həyatın gətirdiyi yenilikləri qəbul etmək düşüncəsi ona yaddır.
Sərbəstliyi əlindən alınan, hökumət vergilərindən göz açmayan Cənnətəli ağanın yaxası borclular əlində qalmışdır: ”İşə bax ki, nalbənd Poqos 17 manat pul istəyir. Keçən vaxtlar olsaydı belə borclar aamın gözünə mu qədər görünməzdi. Hanı o günlər ki, kəndin üstünə bulud kimi çöküb bunu byrada süpürləyirdim, onu orada. İndi qoyublar polojeniye. Rəiyyətə demək olmayır buradan dur, orada otur. Bir yandan da saldat pulu, desyatin pulu, dəyirman pulu, mən başıma nə çarə qılım? Vallah, az qalğmışam dərdəsər olum.”
Malkanəsindəki hərc-mərcliyin öhdəsindən gəlməyən Cənnətəli ağa işini-gücünü atıb “dünya beş gündür, büşı də qara” fəlsəfəsi, köhnə qayda-qanunların həsrəti ilə yaşayır: “Ağzımda dişim yoxsa da, at belinə minib , quş ovlayanda gəl tamaşa elə də! Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə , tərlan boylananda elə bil ki, bir laçın oğlan oluram. Tərlan kəkliyi qovur, atı üzəngiləyirsən. Pəh!Pəh! Pəh! Ləzzət, nə ləzzət!”
Vaxtilə böyük mülkədar olan Cənnətəli ağanın çürük həyat fəlsəfəsi ona gətirib çıxarır ki, hərc-mərcliyin, əxlaqi normaların pozulduğu malikanəsi ilə yanaşı, ailəsində də mənəviyyatdan, nizam-intizamdan əsər -əlamət qalmır. Arvadı Xanpərvər bəyim bunu nəzərdə tutaraq deyir: Bizim dərdimiz var ki, borc onun yanında toy kimi bayramdır.” Cənnətəli ağanın kobudluğu, nalayiq hərəkətlər etməsi ailədə hamının tərbiyəsinə öz təsirini göstərir. “Boyuna ip ölçüm”, “qırışmal oğlu”, “qara köpəyi sənin kimi yüzünə vermərəm”, “quduz dəysin”, “vələdəzzinna” kimi söyüşlər onun dilindən düşmür. Belə bir mühitdə oğlu Heydərqulunun da tərbiyəsi pozulmuşdur. O, avara həyat tərzi keçiri, vəhşi hərəəkətlərə, əyyaşlığa adət etmişdir. Atası direktora bir at vəd edib məktəbə qoysa da, Heydərqulu bir həftədən sonra məktəbdən qaçır. Cənnətəli ağanın Şahqulunun başına qapaz vurmasını eşidəndə Mirzə Əsgərə dediyi sözlər “Ot kökü üstə bitər” atalar sözünü təsdiqləyir: “Xa, xa, xa! Xalis öz dədəsidir ki, durubdur. mən özünm də çox elə pəstahələr kök eləmişəm. Allah qoysa, Mirzə, bir gün sənə nəql eylərəm bir kağız gətirənin kağızın necə özünə çeynətdirib uddurtdum, getdin xəbər aparsın, gülməkdən qəşş eylərsən.”
Bütün ailə üzvləri – arvadı, uşaqları, nökərlər, qulluqçular bir-birini aldadır, yalan danışır, günahlarını bir-birinin üstünə atırlar. Nəticədə istər iflasa uğramış Cənnətəli ağa, istərsə də ailə üzvləri miskin vəziyyətə düşür.
Dramaturq əsərdə Cənnətəli ağanın və ailəsinin mənəvi qüsurlarını, eybəcər həyat tərzini, vaxtı ötmüş qanunlarla yaşamasını tənqid hədəfinə çevirmişdir. O, bununla müasir həyatla ayaqlaşa bilməyən qüvvələrin yaşamağa qadir olmadığını göstərmək istəmiş, vaxtı ötmüş cəmiyyətin islah olunması, maarifçilik ideyalarını təbliğ etmişdir.
“Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”) komediyasının mövzusu tacir həyatından götürülmüşdür. Süjet komediyanın mənfi qəhrəmanı Hacı Qəmbərin sövdəgərlik və cavan qızla evlənmək macərası üzərində qurulmuşdur. Hacı Qəmbər kapitalizmin inkişafı ilə meydana çıxan ticarət burjuaziyasının tipik nümayəndəsidir. Xarici ölkələrlə ticarət edən, “qaz vurub qazan doldurmaq” sevdasına düşən Hacı Qəmbər bütün qazancını qoyub barama alverinə girişir. Lakin barama yüklənmiş gəminin dənizdə batması xəbərini eşidəndə dəli vəziyyətinə düşür, nə danışdığını bilmir, ayaqyalın, başıaçıq evdən çıxıb küçələri dolaşır, gülüş obyektinə çevrilir. Baramanın sığorta olunması, pulunun qaytarılacağı xəbərini eşidəndə isə ağlı başına gəlir, sağalır. Lakin bu dəfə onun başqa bir mənəvi eybəcərliyi üzə çıxır. O, qızı Cavahiri ərə verdikdən sonra arvadı Dilbər xanımı boşamaq, körpə vaxtından qulluqçu saxladığı Yetəri almaq fikrinə düşür:”Paho, ayy. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram. Belə rüzgarı uzun çəkmək olmaz. Hər saat, hər dəqiqə, vaxt-bixaxt Yetər durub gözümün qabağında. Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq?”
Bu niyyətinə çatmaq üçün o, otuz il birgə yaşadığı arvadı Dilbər xanımı evdən qovmaq, qohum-əqrəba ilə əlaqələrini kəsmək qərarına gəlir. Dilbər xanım ərinin cavan qız almaq niyyətini biləndə öz hüquqlarını müdafiə edərək dediyi sözlərlə ərinin iç üzünü açır: “Bu saat qaçaram bazara başı açıq, ayağı yalın; çağırram aləmi, tökərəm başıma ki, camaat, Hacı Qənbər təzədən dəli olub, məni beş uşaq anasını, Fərhad kimi otuz il külüng çalanı öz evindən qovur. Səni bir saatda rüsvayi-cahan elərəm.”
Komediyanın süjet xəttinin ikinci tərəfində cəmiyyətin sağlam qüvvələrini təmsil edən, mütərəqqi qaydalarla yaşamaq istəyən Əşrəf bəy, Cəvahir xanım, Dilbər xanım, Mahmud durur. Bu xeyrixah qüvvələrin birliyi yazıçının arzu etdiyi cəmiyyətin qurulacağına inam hissi yaradır. Əşrəf bəy maarifçi ziyalıdır. O, bütün müsəlman dünyasının həmrəyliyi, cəmiyyətdəki cəhalət və tənəzzülün, maddi və mənəvi yoxsulluğun səbəbləri barədə düşünür. Əşrəf bəylə Cavahir xanımın münasibətləri timsalında dramaturq yeni həyat, ailə idealını ifadə edir.
“Pəhləvanani-zəmanə” komediyası N. Vəzirovun yaradıcılığında maarifçi realizmdən tənqidi realizmə keçid kimi qiymətləndirilir. Əsərin mövzusu XIX əsrin sonunda neft sənayesinin inkişafı dövründə torpaq alqı-satqısı ilə milyonara sahib olmaq uğrunda mübarizədən götürülüb. Pyesin dramatik münaqişəsinin əsasında neft torpaqlarının alqı-satqısında iştirak edən fırıldaqçı dəllallar, kələkbaz nökərlər, işbazlarla avam kəndlilər arasında gedən mübarizə durur.
Əsərin əsas ideyası kapitalizm burulğanına düşən, sərvət hərislərinin qurbanına çevrilən kəndlilərin hüquqlarının müdafiəsindən ibarətdir. Dramaturq var-dövlət hərisliyini, mənəviyyatsızlığı həyat normasına çevirən kapital dünyasını kəskin satira atəşinə tutur. Əsas tənqid hədəfi Aslan bəy, Cahangir bəy, Laçın bəy kimi dələduzlardır.
Aslan bəy dələduzluq yolu ilə başqalarının əmlakını ələ keçirən dəstənin başçısıdır. Əvvəllər sahibkarlardan neft, mazut oğurlayıb satmaqla məşğul olan Aslan bəy sonradan daha qazanclı işə – xam neft yeri alverinə başlayır. O, vəkil Cahangir bəy, Laçın bəy, Əhməd, Qulu, nalbənd Paşa kimi fırıldaqçıları başına toplayıb sadəlövh kəndliləri tora salır, neftlə zəngin torpaqlarını ucuz qiymətə alöb baha satmaqla soyğunçuluq edir, milyonlar qazanır. Bu işdə Bakıya axıb gələn kapitalistləri özünə rəqib sayan, haram yolla ələ keçirdiyi milyonlardan gözü doymayan Aslan bəy deyir:” Hay-hay. Hacı Sadığın dövləti məndə olsaydı, onda görərdilər analar necə oğul doğublar. Qoyardımmı ki, mənsiz belə işlər olaydı?! Qoyardımmı ki, firənglər, ya ingilslər özbaşına burada iş götürəydilər?! Heç vaxt!”
Komediyanın finalında fırıldaqçıların toruna düşüb aldanmış insanlar prokurora şikayət etmək istəyəndə kapital dünyasının qanunları onların yolunu kəsir: “Hərgah iş başlamaq istəsən gərək vəkil tutasan. Sən beş verərsən, o, həmin vəkilə on min verər. Nə itirir? İşi puç elər, hələ artıq xərc də sizə qalar.”
XX əsrin əvvəllərində cəmiyyətdə insanlar arasında münasibətlərin dramatizmi də N. Vəzirovun diqqətini cəlb etmiş, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar”, “Təzə əsrin ibtidası” dramlarını yazmışdır.
SƏbuhi ƏHMƏdov
Nəcəf bəy Vəzirov
(1854-1926)
Nəcəf bəy Fətəli
bəy oğlu Vəzirov 1854-cü ildə Qarabağın Şuşa şəhərində zadəgan ailəsində anadan
olmuşdur. İlk təhsilini elə Şuşada, dini məktəbdə alan Nəcəf bəy daha sonra Bakıya
gəlmiş və 1868-ci ildə Bakı realnı gimnaziyasına daxil olmuşdur.
Realnı gimnaziyaları texniki təhsil verir, şagirdləri texniki peşə üzrə
hazırlayırdı. Maraqlıdır ki, öz həmyaşıdları arasında dərin biliyi ilə seçilən Nəcəf
bəy özündən yaşca böyük olan mütəfəkkirlərlə, maarifpərvər insanlarla təmasda
olmuş, bu onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir.
Gimnaziyanın müəllimi işləyən Həsən bəy Zərdabi ilə tanış olan və onun təsiri ilə
Azərbaycan peşəkar teatrının yaradılması prosesinə cəlb edilən Nəcəf bəy bu işdə
fəal iştirak etmişdir. 1873-cü ildə Bakıda görkəmli ədib M.F.Axundzadənin
“Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının ilk dəfə tamaşaya
qoyulmasında N.Vəzirovun böyük zəhmətləri olmuşdur.
1874-cü ildə gimnaziyanı müvəffəqiyyətlə bitirən N.Vəzirov həmin ildə
Moskvaya gedir və orada Petrovski-Razumovski adına Meşə və Torpaqşünaslıq
Akademiyasına daxil olur. Təbiətcə lirik olan Nəcəf bəy akademiyada oxuduğu
müddətdə bir çox mütərəqqi rus ziyalıları ilə əlaqə yaratmışdır. Görkəmli rus
yazıçısı V.Q.Korolenko ilə dostluq edən N.Vəzirov ədəbi əsərlərdə mövcud
problemlərin qabarıq formada göstərilməsini öyrənmiş, ədəbi əsərlərin təsiredici
qüvvəsindən istifadə edərək sosial problemlərə ictimaiyyətin diqqətinin cəlb
edilməsinin vacibliyini anlamışdır. O hətta “İmdadiyyə” adlı gizli cəmiyyət də
yaratmışdır ki, bu cəmiyyət mənfur çar məmurlarına qarşı mübarizə aparmalı,
insan hüquqlarının tapdalanmasının qarşısını almalı idi.
Nəcəf bəy Vəzirov ilk əsərlərini təhsil illərində yazmışdır. Təəssüf ki,
1873 – 1874-cü illərdə yazdığı “Əti sənin, sümüyü mənim”, “Qaragünlü”, 1876-cı
ildə yazdığı “Gəmi lövbərsiz olmaz” əsərləri itirilmiş və dövrümüzə qədər gəlib
çatmamışdır. Tənqidçilərin qeydlərindən məlum olur ki, “Əti sənin, sümüyü
mənim” əsərində dini məktəblərdəki təhsil üsulu və fiziki cəzalar, “Qaragünlü”
faciəsində isə köhnə əxlaq qanunları və qadın hüquqsuzluğu tənqid olunub. 1875-ci
ildə yazdığı “Ev tərbiyəsinin bir şəkli” komediyasında müəllif kübar bir ailənin
misalında bir çox zadəgan ailələrinin tüfeyli həyat tərzini tənqid edib. 1878-ci ildə
akademiyanı bitirərək Azərbaycana qayıdan Nəcəf bəy Vəzirov uzun müddət
ölkəmizin müxtəlif bölgələrində meşəbəyi işləyib. O öz elmi təcrübələrini “Palıd”
adlı elmi əsərdə toplayıb.
Ədəbi fəaliyyətinə davam edən yazıçı və dramaturq 1890-cı ildə iki böyük
əsər yazıb. “Daldan atılan daş topuğa dəyər” və “Sonrakı peşmançılıq fayda
verməz” pyeslərində ailə-məişət ixtilafları, köhnə adət və ənənələr, mövhumatı
törədən mühit ifşa edilərək tənqid olunub. Birinci əsərdə müəllif avamlıq və
cadugərliyi tənqid atəşinə tutub, avam insanlarla bərabər, dələduzları da ifşa edib.
İkinci əsərdə tənqid hədəfi kimi gəlin – qayınana münasibətləridir. 1891-ci ildə
yazdığı “Adı var, özü yox” pyesində Nəcəf bəy mülkədar həyatını geniş və bədii
cəhətdən daha mükəmməl təsvir edib. Pyesdə varlı, lakin savadsız bəy, onun
tüfeyli həyat sürən oğlu, onların vətənlərinə və insanlara heç bir xeyir verməməsi
tənqid olunub.
1895-ci ildə Bakıya köçən N.Vəzirov burada imtahan verib, vəkillik
vəsiqəsi alır və məhkəmələrdə vəkil işləməyə başlayır. Bununla bərabər, o,
Azərbaycan, Rusiya və Qərbi Avropa klassiklərinin dram əsərlərinin səhnəyə
qoyulmasında rejissor kimi çalışıb. 1895-ci ildə yazdığı “Yağışdan çıxdıq, yağmura
düşdük” (“Hacı Qənbər”) komediyasında müəllif var-dövlət ehtirasının insani
münasibətləri saxtalaşdırmasını Hacı Qənbər surətində ümumiləşdirmişdir.
Mövzusu tacir həyatından götürülmüş əsərin ideyası acgözlük və tamahkarlığın
tənqididir.
1896-cı ildə Nəcəf bəy Vəzirovun yazdığı “Müsibəti-Fəxrəddin” əsəri
humanizmi, yüksək bəşəri idealları tərənnüm edir. Bu əsər Azərbaycan
ədəbiyyatında ilk faciədir. Fəxrəddin və Səadət kimi maarifçi gənclərin obrazları
yaradılmış bu əsər Azərbaycanın bədii və ictimai fikir tarixində xüsusi yer tutur.
Faciənin konflikti yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur. Əsərin
əvvəlində müəllif onun ikinci adı kimi bu atalar sözünü də vermişdir: “Çəkmə,
çəkə bilməzsən, bərkdir fələyin yayı”. Faciə hadisələrin yüksək dramatik
gərginliyi, güclü konflikti və qüvvətli ümumiləşdirməsi ilə diqqəti cəlb edir.
Əsərin qəhrəmanı Fəxrəddinin söylədiyi sözlər maarifpərvər insanların
simvolu kimi səslənir: “Məni müsəlman qardaşın nadanlığı qəm dəryasına qərq
eyləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?”. “Yağışdan
çıxdıq, yağmura düşdük” və “Müsibəti-Fəxrəddin” əsərləri uzun müddət təkcə
Azərbaycanda deyil, digər Qafqaz teatrlarında, həmçinin Orta Asiya, Volqaboyu
vilayətləri və İran teatrlarının səhnələrində oynanılmışdır.
1900-cü ildə tamamlanmış “Pəhləvanani-zəmanə” pyesi Azərbaycan
ədəbiyyatında burjuaziyanın daxili aləmini ifşa edən ilk əsər kimi qəbul edilmişdir.
Ədəbiyyatımızda neft Bakısı haqqında yazılmış ilk əsər olan bu komediyada işbaz
dələduzlar ifşa olunurlar. “Vay şələküm-məəlləküm” (1909), “Nə əkərsən, onu
biçərsən” (1911) əsərlərində ailə və əxlaq problemlərinə toxunulmuşdur.
“Keçmişdə qaçaqlar” (1912), “Pul düşkünü Hacı Fərəc” (1914) pyesində çarizmə,
yerli zülmkarlara, yaltaq və satqınlara qarşı vətəndaş nifrəti özünü büruzə verir.
Nəcəf bəy Vəzirovun fransız ədəbiyyatından təbdil şəklində qələmə aldığı
daha iki komediyası vardır: Molyerin “Xəsis” komediyasının təbdili – “Ağa Kərim
xan Ərdəbili” və fransız xalq hekayəsi “Vəkil Patelen”in təbdili olan “Dələduz”
komediyaları.
1903-cü ildə Bakı şəhər Dumasına katib seçilən Nəcəf bəy sonralar şəhər
maarif şöbəsi rəisinin müavini işləyib. 1905-ci ildən o, “Həyat”, “İrşad”, “Təzə
həyat”, “Açıq söz” qəzetlərində “Dərviş” imzası ilə felyetonlar yazmağa başlayır.
Nəcəf bəy Vəzirov “Əkinçi” qəzetində fəal iştirak edib. 1905 – 1918-ci illərdə dərc
etdirdiyi publisistik məqalə və felyetonlarında o, çar hökumətinin milli qırğın
siyasətini ifşa edir, ermənilərin torpaqlarımıza olan iddialarını rədd edir, erməni
millətçilərinin çar məmurlarının əlində oyuncaq olaraq onların əmrləri ilə fəaliyyət
göstərdiyini bildirir. Bununla bərabər, müəllif sosial problemlərdən söz açıb, Bakı
fəhlələrinin həyatının ağırlığından şikayətlənib. Cənubi Azərbaycanda şah və onun
məmurlarının qurduğu qəddar rejimə, mövcud özbaşınalıqlara etiraz bildirən
publisist Təbrizdə Səttarxanın rəhbərliyi ilə başlamış milli-azadlıq hərəkatını
alqışlayıb.
1913-cü ildə Bakıda Nəcəf bəy Vəzirovun yaradıcılığının 40 illiyi
münasibətilə təntənəli gecə keçirilib.
İmperiyanın parçalanmasını sevinclə qarşılayan Nəcəf bəy Azərbaycan
Xalq Cümhuriyyəti, sonra isə sovet dövründə fəaliyyətini davam etdirib. Sovet
hakimiyyəti qurulduqdan sonra o, Bakıda Kənd Təsərrüfatı Texnikumunda
müəllim işləyib. “Təzə əsrin ibtidası”, “Pul düşkünü Hacı Fərəc” pyesləri elə bu
dövrlərdə – XX əsrin 20-ci illərində yazılıb. Bu ilk Azərbaycan sovet pyeslərində
müəllif həmin sosial problemlərə toxunub, bolşevik rejiminin bu problemləri
aradan qaldıracağına ümid etdiyini bildirib.
Əsərləri bir çox dillərə tərcümə edilən ədib Azərbaycan dramaturgiyasının
inkişafında mühüm rol oynamışdır. Onun “Mehdi xan Tabasarani” adlı əsəri
yarımçıq qalmışdır.
Nəcəf bəy Vəzirov 1926-cı ildə Şamaxını Çuxuryurd kəndində vəfat
etmiş, Bakıda dəfn olunmuşdur.
XIX əsrin sonunda sürətlə inkişaf edən
Bakıda vaxtaşırı yoluxucu xəstəliklər yayılır,
epidemiyalar minlərlə insanın həyatına son qoyurdu.
Mütərəqqi tibb işçiləri problemi kompleks şəkildə həll
etməyi təklif edir, bunun üçün şəhərin yoxsul təbəqəsi
arasında profilaktik tədbirləein görülməsi və yoxsullara
pulsuz
tibbi
yardımın
göstərilməsi vacibliyini
vurğulayırdılar. Nəticədə “kasıblar üçün həkim”
vəzifəsi təsis edilmişdi. Sonralar bu vəzifə sahə həkimi
vəzifəsinə çevrilmişdir. Bu vəzifəni tutanlar sırasında
Məmmədrza Vəkilovun adı xüsusi qeyd olunur. İşə
ciddi münasibəti, öz peşəsinə sevgi ilə yanaşma,
prinsipiallıq, geniş erudisiya, dərin biliklər ona xalqın
məhəbbətini,
peşəkar
həkimlərin
hörmətini
qazandırmışdır.
Azərbaycan tarixinə Məmmədrza Vəkilov Bakının ilk
sahə həkimi, Bakıda pulsuz müalicəxanalar təşkil edən
şəxs,
Bakının
tibbi-sanitar
durumunun
yaxşılaşdırılması uğrunda mübarizə aparan fədakar
həkim kimi daxil olmuşdur.
Məmmədrza Vəkilov
(1864-1944)
Məmmədrza
Mənsur oğlu Vəkilov 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan
olmuşdur. O, 1887-ci ildə Tiflis klassik gimnaziyasını bitirir. M.Vəkilov 1893-cü
ildə Xarkov Universitetinin tibb fakültəsini bitirərək Azərbaycana qayıdır.
Azərbaycanda həkimlər iki qrupa bölünürdü: xəstəxanalarda fəaliyyət
göstərən həkimlər və ailə həkimləri. Tibbi xidmətlər pullu olduğundan sadə əhali
həkim köməyindən məhrum idi. Belə vəziyyətdə vaxtaşırı yoluxucu xəstəliklər
yayılır, epidemiyalar minlərlə insanın həyatına son qoyurdu. Mütərəqqi tibb işçiləri
problemi kompleks şəkildə həll etməyi təklif edir, yoxsullara pulsuz tibbi yardımın
göstərilməsinin vacibliyini vurğulayırdılar.
1900-cü ildə Bakı şəhər Duması ilk dəfə olaraq “kasıblar üçün həkim”
vəzifəsinin ştatlarını təsdiq etdi. Bu vəzifəni icra edən həkim sahə həkimi olmalı və
ona ayrılan şəhər sahəsində yaşayan kasıblara pulsuz tibbi kömək göstərməli idi.
Öz sənədlərini təqdim etmiş onlarca namizəddən duma komissiyası cəmi 2 nəfəri
bəyəndi. Onlardan biri Məmmədrza Vəkilov idi. 120 minlik əhalisi olan Bakı
şəhərində “qara camaat”a pulsuz tibbi köməyi maaşları şəhər büdcəsindən ödənilən
cəmi iki həkim göstərməli idi. Vəzifə borclarında deyilirdi ki, onlar xəstələrə
onların evində və ya ambulator şəraitdə gecə və ya gündüz tələb olunan tibbi
köməkliyi göstərməlidirlər. Arxivlərdə qalmış xəstələrin qeydiyyatı jurnalları
göstərir ki, “kasıblar üçün həkim”lər gündə 12 saat işləyirdilər. Faktik olaraq 1 ay
ərzində bir həkim orta hesabla 1100 xəstəyə kömək göstərmişdir. Belə iş rejiminə
təkcə öz işini sevən həkim tab gətirə bilərdi.
İşə sevgisi, prinsipiallığı ilə seçilən M.Vəkilov qısa müddət ərzində şöhrət
qazanmışdır. Lakin onun dumaya təqdim etdiyi raportlar göstərir ki, “kasıblar üçün
həkim” vəzifəsinin yaradılması problemi həll etmədi. Xüsusi tibb məntəqəsinin
olmaması üzündən xəstələr icarəyə götürülmüş mənzillərdə qəbul edilir, bu isə
tələb olunan köməyi göstərməyə imkan vermirdi. Gərgin iş qrafiki xəstələrə tam
tibbi köməyin göstərilməsini mümkünsüz edirdi. Həkim onun yanına gəlmiş
xəstəni müayinə edir, xəstəliyini aşkarlayır, məsləhətlər verir, lakin müalicə
prosesinin necə getməsinə nəzarət edə bilmirdi. Həkimin köməkçilərinin olmaması,
müasir tibbi avadanlığın verilməməsi on xırda əməliyyatları keçirməyə imkan
vermirdi, bu isə cərrahiyyədən imtina edilməsinə gətirib çıxarırdı. Vəziyyəti
düzəltmək üçün şəhərin həm tibb sahəsinin təşkilində, həm də sanitar vəziyyətinin
dəyişilməsində köklü dəyişikliklər aparılmalı idi.
1902-ci ilin əvvəllərində o, Bakı şəhər Dumasına “Bakı şəhərində
xəstəxanadan kənar tibbi xidmətin təşkilində islahatlar” adlı layihə təqdim etdi.
Layihənin əsas məğzi ondan ibarət idi ki, həm tibbi struktur dəyişilməli, həm də
xəstəliklərin yayılmasına imkan yaradan səbəblər aradan qaldırılmalıdır. Şəhərin
müxtəlif hissələrində müalicəxanalar açılmalıdır ki, sadə insanlar onlara müraciət
edə bilsinlər. Müalicəxananın ştatında həkimdən başqa, onun köməkçiləri də
olmalı həmçinin nəzdində əczaxana fəaliyyət göstərməli idi. Müalicəxanalar xüsusi
binalarda tibbi avadanlıqla təchiz edilmiş formada fəaliyyət göstərməli idilər.
Həmçinin layihədə Vəkilov göstərirdi ki, tibb işçiləri təkcə müalicə
etməməli, müxtəlif vasitələrlə sağlam həyat tərzinin təbliğatını aparmalıdırlar.
Bunun üçün əhali arasında mühazirələr təşkil edilməli, qəzet və jurnallarda
müvafiq rubrikalar fəaliyyət göstərməli, tələb olunanda şəhər küçələrində tibbi
xarakterli elanlar vurulmalı idi. Öz layihəsinə təkliflər paketi əlavə edən Vəkilov
şəhərdə azı 6 müalicəxananın açılmasını bildirir, onların əhatə edəcəyi sahələri
göstərirdi. Hər müalicəxanada 1 həkim, 1 feldşer, 1 mamaça olmalı idi.
Təqdim olunan layihə elə səlis və diqqətlə hazırlanmışdı ki, duma 1902-ci
ilin mayında layihəni təsdiqlədi. Şəhərdə 4 sadə tipli pulsuz müalicəxana (hər
birində 1 həkim, 1 feldşer, 1 mamaça) və 2 mürəkkəb tipli müalicəxana (hər
birində 1 həkim, 1 feldşer, 1 mamaça, 1 qadın həkimi və 1 göz həkimi) təşkil
edildi. Müalicəxanalar açıldığından “kasıblar üçün həkim” vəzifəsi ləğv edildi.
Pulsuz müalicəxanada xəstəyə tələb olunan köməyi göstərmək mümkün olmadıqda
isə həkim xəstəyə Mixaylov şəhər xəstəxanasının ambulatoriyasına təyinat verməli
idi.
3-cü şəhər pulsuz müalicəxanasının baş həkimi kimi fəaliyyət göstərən
M.Vəkilov bu vəzifədə 1908-ci ilədək çalışmışdır. O, dönə-dönə bildirirdi ki,
şəhərdə mövcud sanitar durum qənaətbəxş deyil və bu məsələ şəhər rəhbərliyinin
diqqətindən yayınır. M.Vəkilov statistik hesablamalar apararaq göstərmişdir ki,
şəhərdə xəstəlikdən vəfat edən insanların 3/5 hissəsi yoluxucu xəstəliklərin qurbanı
olur. Hər dəfə müxtəlif səbəblərdən onun təkliflərinin baxılması yubadılırdı. 1907-
ci ildə şəhərdə başlamış vəba epidemiyası tezliklə M.Vəkilovun haqlı olduğunu
sübut etdi. Epidemiya ilə mübarizə üçün şəhərdə müvəqqəti sanitar-epidemioloji
təşkilat yaradılsa da, artıq gec idi: minlərlə insan bu xəstəliyin qurbanı oldu.
Epidemiya qurtarandan sonra Məmmədrza Vəkilov Bakı şəhər upravasının həkim-
sanitar şöbəsinin üzvü seçildi, şəhərdə 4 sanitar həkimi ştatı açıldı. Yoluxucu
xəstəliklərlə mübarizədə bu tədbirlərin kifayət etməyəcəyini bildirən həkim
epidemiyaların qarşısını almaq üçün ardıcıl olaraq sanitar tədbirlərin həyata
keçirilməsini, sadə insanların su ilə təchizatı probleminin həll olunmasını tələb
edirdi.
1909-cu ildən başlayaraq M.Vəkilov 1-ci şəhər pulsuz müalicəxanasının
baş həkimi vəzifəsində çalışmağa başlamışdır. 1908-ci və 1912-ci illərdə həkim-
terapevt Mixaylov şəhər xəstəxanasının baş həkimi vəzifəsinə təqdim olunub, lakin
təklifdən imtina edib. 1913-cü ildə artıq Bakıda 10 pulsuz müalicəxana fəaliyyət
göstərirdi, lakin bu, kifayət deyildi: hər gün həkim 90 – 100 xəstə qəbul edir,
təxminən 20 – 30 xəstə kömək almadan evə qayıdırdı. Üstəlik, müalicəxanada
xüsisiləşdirilmiş tibbi kömək göstərmək imkanı yox idi. M.Vəkilov əczaxana
işçilərinin tibbi təhsilə malik olmalarının vacibliyini vurğulayırdı.
Sovet hakimiyyəti illərində pulsuz müalicəxanalar rayon poliklinikalarına
çevrilmişdir. “Xalqın həkimi” kimi qəbul edilən M.Vəkilov S.M.Əfəndiyev adına
2-ci şəhər poliklinikasında ömrünün axırınadək fəaliyyət göstərmiş, həmişə xalqın
hörmət və sayğısını görmüşdür.
Məmmədrza Vəkilov 1944-cü ildə Bakı şəhərində vəfat edib.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan
Xalq Cümhuriyyətini təşkil edəndə demişdir:
“Müstəqil Azərbaycanı təmsil edən, türk hürriyyəti,
islam mədəniyyəti və müasir Avropa iqtidarı-
əhrarinəsini təmsil edən bu üçboyalı bayraq daima
başlarımız üstündə ehtizaz edəcəkdir. Bir dəfə
qaldırılmış bayraq bir daha enməyəcəkdir”.
1920-ci ildə Azərbaycan işğal ediləndə o,
ürək ağrısı və eyni zamanda, ümidlə demişdir:
“Milli bayrağın torpağa deyil, millətin vicdanına
enmiş olduğuna, hər kəsin bu bayrağı ruhunda,
qəlbində və bayrağında mühafizə etməkdə olduğuna
inanıram”. Tarix onun haqlı olduğunu sübut etdi.
Azərbaycan tarixinə Məhəmməd Əmin Rəsulzadə
Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan
Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan
Milli Şurasının sədri, jurnalist və publisist kimi daxil
olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə
(1884-1955)
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31 -də Bakının
Novxanı kəndində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər oğlunu təhsil
almaq üçün Bakıdakı 2 saylı rus-tatar məktəbinə qoyur. Məktəbin direktoru,
Azərbaycanın görkəmli ziyalılarından biri Sultanməcid Qənizadə məktəbdə elə bir
şərait yaratmışdır ki, imperiya mühitində tələb olunan biliklərlə bərabər, şagirdlər
vətənləri, doğma dilləri və tarixləri haqqında ətraflı məlumat alırdılar.
Bakı texniki məktəbinə qəbul olunan Rəsulzadə dərslərinə hazırlaşmaqla
bərabər, siyasi fəaliyyət üçün də vaxt tapırdı. Artıq 1902-ci ildə o, “Müsəlman
Gənclik Təşkilatı” adı ilə tanınan və əsasən gənc müsəlman tələbələrdən ibarət olan
inqilabi dərnək yaratmış və onun başçısı olmuşdur. Gənclərdə milli şüuru oyatmağı
qarşısına məqsəd qoyan bu dərnək 1902-1903-cü illərdə intibahnamələr tərtib edir
və yayırdı. Rəsulzadə 1904-cü ildə Müsəlman Sosial-Demokrat “Hümmət”
qrupunun təşkil edilməsində yaxından iştirak etmişdir. Onun 1904 – 1905-ci illərdə
çap etdirdiyi məqalələri sübut edir ki, o, Azərbaycan xalqı qarşısında duran tarixi
vəzifələri aydın dərk edirdi. Belə ki, “Hümmət”, “Təkamül”, “Şərqi-Rus”
qəzetlərində çap etdirdiyi məqalələrində o, xalqa vicdan, söz, mətbuat, cəmiyyət və
ittifaqlar yaratmaq azadlıqlarının verilməsini tələb edirdi. Rəsulzadə həmçinin
vətəndaşların canlarının və əmlaklarının toxunulmazlığının dövlət tərəfindən təmin
olunması tələbi ilə də çıxış edirdi. Rəsulzadənin məqalələrində Rusiyanın
Azərbaycanda həyata keçirdiyi milli qırğın siyasəti kəskin şəkildə pislənilirdi.
Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına Əlimərdan bəy
Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi kimi
şəxslərlə tanışlıq, “Türkləşmək, islamlaşmaq və müasirləşmək” məfkurəsi güclü
təsir göstərmişdir. 1906 – 1907-ci illərdə “Təkamül” qəzeti ilə sıx əməkdaşlıq edən
Rəsulzadə silsilə məqalələrində millətlərə, xalqlara, tayfalara, siniflərə, insanlara
hüquq bərabərliyi və azadlıq tələb edirdi. Bu tələblərini o, “İnsanlara hürriyyət,
millətlərə istiqlal!” şüarı ilə ifadə edirdi. 1907-ci ildə Şimalı Azərbaycanda inqilabı
çıxışlar yatırılmış, mürtəce qüvvələr tərəfindən ziyalılarımıza qarşı təqiblər
gücləndirilmişdir. Cənubi Azərbaycanda isə, əksinə, inqilab genişlənməkdə idi.
M.Ə.Rəsulzadə İrana mühacirət edir.
1908 – 1911-ci illərdə Cənubi Azərbaycanda baş verən inqilabda fəal
iştirak edən, Səttarxan və Bağırxanla bərabər çalışan Rəsulzadə hətta 1910 – 1911-
ci illərdə Tehranda ilk gündəlik qəzet olan “İrani nou” (“Yeni İran”) qəzetini çap
etdirir, xalqın milli-demokratik oyanışına çalışırdı. Həmin dövrdə o, Seyid Həsən
Tağızadə ilə birlikdə İran Demokrat Partiyasının yaradılmasında iştirak etmiş,
partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdir. Demokratik ənənələrə sadiq qalan
Rəsulzadə İran parlamentinin yaradılmasını arzulayırdı. Lakin 1911-ci ildə Rusiya
və İngiltərədən dəstək alan şah rejimi əksinqilabi çevriliş edib inqilabı boğur.
Rusiya tərkibində olan Şimali Azərbaycana qayıtmağa icazə ala bilməyən
Rəsulzadə bir çox inqilabçılar kimi Türkiyəyə mühacirət edir.
Rəsulzadə Türkiyədə Ə.Topçubaşov və Ə.Ağaoğlu ilə “Türk ocağı”
təşkilatına daxil olur. O burada “Türk yurdu” jurnalında Cənubi Azərbaycan
türklərinin mübarizəsinə həsr olunmuş silsilə məqalələrlə çıxış edir. Türkiyədə
yaşadığı dövrdə Rəzulzadə türkçülük ideyaları ilə yaxından tanış olur. O, Şeyx
Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi” adlı əsərini türk dilinə tərcümə edib
çap etdirir.
1913-cü ildə Rusiya imperiyasında imperatorların mənsub olduğu
Romanovlar nəslinin 300 illik yubileyi təntənə ilə keçirilir. Yubiley münasibətilə II
Nikolay siyasi mühacirlərə ölkəyə qayıtmağa icazə verir. Azərbaycana qayıdan
Rəsulzadə çox keçmir ki, “Müsavat” partiyasının sədri seçilir. Partiya fəal siyasi
mübarizə xəttini tutur və nüfuzu günü-gündən artır. 1915-ci ildə Rəsulzadə “Açıq
söz” qəzetini nəşr etdirməyə başlayır. Onun “Milli dirilik” adlı silsilə məqalələri
ictimaiyyət tərəfindən müsbət qarşılanır. Məqalələrində o, “millət” anlayışının
tərifini verərək dini deyil, dil və mədəniyyət birliyini nəzərdə tuturdu. Milli barışıq
olmadan milli istiqlalı qazanmaq qeyri-mümkündür. Rəsulzadə Azərbaycan siyasi
publisistikasının ən görkəmli nümayəndələrindəndir. O, 1903 – 1920-cı illər
ərzində dövri mətbuatda 1200-dən artıq məqalə ilə çıxış etmişdir.
Tədricən “Müsavat” partiyası Azərbaycanda milli-azadlıq mübarizəsinin
önünə keçir. 1917-ci ildə Rusiyada imperiya dağılan zaman partiya demokratik
Rusiya dövləti tərkibində Azərbaycan üçün “Milli-məhəlli muxtariyyət” tələb edir.
1917-ci ildə Qafqaz müsəlmanlarının Bakıda, Rusiya müsəlmanlarının Moskvada
keçirilən qurultaylarında Rəsulzadə Kazan tatarlarının lideri Əhməd Salikovun
“Milli-mədəni muxtariyyət” prinsipinə qarşı “Milli-məhəlli muxtariyyət” prinsipini
irəli sürür. Səsvermə nəticəsində Salikovun təklifi 291, Rəsulzadənin təklifi 446
tərəfdar toplayır. Bu həm Rəsulzadənin Rusiyanın türkdilli xalqları arasında olan
böyük nüfuzundan, həm də onun təklif etdiyi ideyanın üstünlüklərindən xəbər
verirdi. Rəsulzadə milli-məhəlli muxtariyyəti milli istiqlal yolunda əsaslı addım
kimi qiymətləndirirdi. O deyirdi: “Milli istiqlala malik olmayan bir millət hürriyyət
və mədəniyyətini hifz edə bilməz”. Maraqlıdır ki, Rusiya respublikasını idarə
edəcək Müəssislər Məclisinə seçkilər keçiriləndə Rəsulzadə həm Azərbaycandan,
həm də Türküstan ərazisindən (o vaxt Qazaxıstan və Orta Asiya vahid şəkildə bu
adla mövcud idi) deputat seçilir.
1917-ci ilin iyununda “Müsavat” partiyası N.Yusifbəylinin başçılıq etdiyi
“Türk ədəmi-mərkəziyyət” partiyası ilə birləşir. Rəsulzadə birləşmiş partiyanın
sədri seçilir.
1917-ci ilin oktyabr ayında çevriliş nəticəsində Peterburqda hakimiyyətə
gələn bolşeviklər Müəssislər Məclisini ləğv edirlər, keçmiş Rusiya imperiyasının
sərhədləri çərçivəsində sovet dövləti yaratmağa başlayırlar. Bu zaman onlar bütün
fəndlərə əl atır, o cümlədən silah işlətməkdən də çəkinmirlər. Bir çox digər
ziyalılarımız kimi, Rəsulzadə Tiflisdə Zaqafqaziya Seyminin deputatı, müsəlman
fraksiyasının sədri qismində onun işində iştirak edirdi. O, Qafqazın Rusiya
tərkibindən çıxıb müstəqil federativ dövlət yaratmasının və Türkiyə ilə dostluq
münasibətləri qurulmasının tərəfdarı idi.
“Müsavat”ın böyük nüfuzunu görən bolşevik-erməni qüvvələri 1918-ci
ilin mart ayında Bakıda soyqırımı törədirlər. Mart soyqırımı zamanı milli-istiqlalçı
qüvvələrə başçılıq edən “Müsavat”ın qərargahı və “Açıq söz” qəzetinin redaksiyası
dağıdılır.
Zaqafqaziya Seymi dağıldığı zaman Rəsulzadə Batum şəhərində Osmanlı
imperiyası ilə bərabər keçirilən konfransda iştirak etdiyindən 1918-ci il mayın 27-
də qiyabi yolla Azərbaycan Milli Şurasının sədri seçilir. Mayın 28-də İstiqlal
bəyannaməsi imzalananda Rəsulzadə və Məhəmməd Həsən Hacınski yenicə
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti adından Osmanlı dövləti ilə Batum
müqaviləsini imzalayırlar. İyunun 4-də imzalanan bu müqaviləyə əsasən Osmanlı
dövləti Azərbaycana tələb olunan bütün köməkliyi edəcəyini vəd edirdi.
1918-ci ilin iyununda Milli Şuranın müvəqqəti olaraq istefasına razılıq
verən Rəsulzadə Azərbaycan nümayəndə heyətinin başında İstanbula yollanır və
X.Xasməmmədov və A.Səfikürdski ilə bərabər İstanbul beynəlxalq konfransında
iştirak edir. O həmçinin bir sıra Osmanlı rəsmiləri ilə danışıqlar aparır. Bakının
taleyi ilə bağlı gizli Rusiya – Almaniya sövdələşməsindən xəbərdar olan Rəsulzadə
Bakının Azərbaycanın paytaxt şəhəri olacağını vurğulayır, onun tezliklə bolşevik-
erməni qüvvələrindən azad edilməsi üçün yardım istəyir.
1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası işini bərpa edəndə
Rəsulzadə onun bütün fəaliyyətini Azərbaycan parlamentinin yaradılması
istiqamətində aparır. Nəticədə dekabrın 7-də parlament fəaliyyətə başlayır.
Parlamentin 1-ci iclasında dövlətin daxili və xarici siyasətinin istiqamətləri
haqqında Rəsulzadə proqram xarakterli nitq söyləyir. Azərbaycan parlamentində
“Müsavat” fraksiyasına məhz o rəhbərlik etmiş və Azərbaycanın milli və dövlət
maraqlarına cavab verən qanunlarının qəbulunda həlledici rol oynamışdır.
Azərbaycan torpaqlarını parçalamaq istəyənlərə qarşı Rəsulzadə amansız
mövqe tutmuşdu. Azərbaycanın tərkib hissəsi olan Borçalıya iddialarını bildirən
gürcü nümayəndəsi Azərbaycan hökumətini “qan tökməklə” hədələyəndə
Rəsulzadə ona kəskin cavab vermişdi: “Nə etmək olar, əgər məcbur etsələr, qan da
tökmək olar”. Ermənilərin Qarabağa hücumları Azərbaycan ordusu tərəfindən
müvəffəqiyyətlə alınanda, bəzi parlament üzvləri toqquşmalara son qoyub
“Qarabağ məsələsi” üzrə danışıqlara başlamağı təklif edəndə isə Rəsulzadə
bildirmişdi: “Bizim fikrimizcə və hökumətin fikrinə görə, Qarabağ məsələsi
yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər
növ təklifi rədd edirik”. Mövcudluğu dövründə Azərbaycan Cümhuriyyəti bir qarış
torpaq belə verməmişdir və bu işdə Rəsulzadənin müstəsna xidmətləri olmuşdur.
1919-cu ildə yenidən “Müsavat” partiyasının sədri seçilən Rəsulzadə
dəfələrlə parlamentdə mövcud olan ayrı-seçkiliyə son qoymaq tələbi ilə çıxış
etmişdir. 1920-ci il aprelin 27-də Sovet Rusiyasının qoşunları Azərbaycana hücum
edəndə bir çox deputatlar hakimiyyəti bolşeviklərə təhvil verməyi təklif etmişdilər.
Rəsulzadə qətiyyətlə buna qarşı çıxmış, xalqı müqavimətə qaldırmağı təklif
etmişdi. Lakin parlament təslim olmağı qərara alır.
Sovet qoşunları Azərbaycanı işğal edəndə Azərbaycanı tərk etməkdən
imtina edən Rəsulzadə “Müsavat”ın gizli mərkəzini yaradır və müstəqillik uğrunda
mübarizəni təşkil etməyə çalışır. Sovetlər onun hər addımını izləyir və o, tez-tez
ünvanını dəyişməyə məcbur olurdu.
1920-ci il avqustun 17-də Rəsulzadə Lahıc kəndində həbs olunur, lakin
İ.Stalinin göstərişi ilə azad edilərək Moskvaya aparılır. Vaxtilə Bakıda inqilabi
fəaliyyətlə məşğul olan İ.Stalin onun köməyini görmüşdü və o bu yaxşılığı
unutmamışdı. Moskvadan Rəsulzadə Sankt-Peterburqa göndərilir, oradan isə gizli
yolla Finlandiya ərazisinə keçir. Artıq 1922-ci ildə o, Türkiyəyə gəlir və burada
siyasi mühacir həyatına başlayır.
Rəsulzadə mühacirətdə olan azərbaycanlıları vahid mərkəzdən idarə
etmək məqsədi ilə İstanbulda Azərbaycan Milli Mərkəzi və “Müsavat” partiyasının
xarici bürosunu yaradır. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə “Prometey”
təşkilatı təsis olunur. Bu təşkilat Sovet imperiyası tərəfindən zəbt edilmiş xalqların
ümumi mübarizəsini təşkil etməli idi. Onun fəal mühacir həyatı sovetləri təlaşa
salır və onlar Türkiyə hökumətindən Rəsulzadənin fəaliyyətinin qarşısını almağı
təkidlə tələb edirlər. Nəhayət, 1931-ci ildə Rəsulzadə Türkiyəni tərk etməli olur.
1932-cı ildə Polşaya gələn Rəsulzadə burada da sovetlərə qarşı
mübarizəni təşkil etməklə məşğul idi. 1934-cü ildə onun təklifi ilə Brüsseldə
Qafqaz konfederasiyası yaradılır. Bu konfederasiyaya Azərbaycan, Gürcüstan və
Şimali Qafqaz xalqlarının nümayəndələri daxil idi. Onlar ölkələrini azad etdikdən
sonra vahid konfederasiya yaratmağı planlaşdırırdılar.
1936-cı ildə Varşavada “Müsavat”ın konfransını keçirən Rəsulzadə
“Şəxslər – müvəqqəti, ideologiya – əbədidir” sözləri ilə azadlıq uğrunda mübarizə
ideologiyasının qələbə ilə nəticələnəcəyinə əminliyini bildirir.
II Dünya müharibəsi başlayanda Rəsulzadə Fransaya, İsveçrəyə,
İngiltərəyə və nəhayət, Rumıniyaya keçir. O, 1942-ci ildə Almaniyaya gələrək
Milli Azərbaycan Komitəsini yaradır. Azərbaycanın bolşeviklərdən azad ediləndən
sonra müstəqillik əldə etməsi məsələsi istiqamətində Almaniya rəhbərləri ilə
danışıqlar aparır. Hitler buna kəskin etiraz etdikdə Rəsulzadə Almaniyanı tərk edib
Azərbaycanın XX əsr dövlət xadimləri
arasında Fətəli xan Xoysk xüsusi yer tutur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması,
müstəqilliyimizin qazanılması, daxili və xarici
siyasət sahəsindəki uğurlar, həmçinin Azərbaycanın
müstəqilliyinin aparıcı dünya dövlətləri tərəfindən
tanınması ilk növbədə onun adı ilə bağlıdır.
Böyük zəka sahibi, görkəmli siyasətçi və mətin
dövlət xadimi Fətəli xan Xoyskinin adı Azərbaycan
Xalq Cümhuriyyətinin banilərindən biri kimi
Azərbaycan tarixinə əbədi olaraq yazılacaqdır.
Rumıniyaya qayıtmalı olur. 1945-ci ildə gizli olaraq Almaniyanın Münhen
şəhərinə gələn Rəsulzadə burada “Azərbaycan demokrat birliyi” adı ilə antifaşist
təşkilatı yaradır. Bu təşkilat azərbaycanlı əsirləri əsir düşərgələrindən qaçırdır,
sonra isə elə Rəsulzadənin yaratdığı “Türkiyə – Azərbaycan” cəmiyyətinin köməyi
ilə Türkiyəyə göndərirdi.
1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli
Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirir. Bütün azərbaycanlı mühacirləri
birləşdirmək məqsədi ilə o, 1949-cu ildə Azərbaycan Kültür Dərnəyi yaratmaq
qərarına gəlir. 1952-ci il-də Münhendə Ümumi Qafqaz Konfransı keçirilir və
yenidən Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının sovetlərə qarşı birgə
mübarizə aparacağı haqqında qərar qəbul edilir. 1953-cü il mayın 28-də Rəsulzadə
Azərbaycan Xalq Cümhuriyyətinin 35 illiyi münasibətilə “Amerikanın səsi”
radiosu ilə Azərbaycan xalqına müraciət edir.
Mühacirətdə olduğu dövrdə Rəsulzadə “Yeni Qafqaziya”, “Azəri-türk”,
“Odlu yurd”, “Qurtuluş”, “Müsavat bülleteni”, “Azərbaycan” jurnallarını və
“İstiqlal” qəzetini nəşr etdirmişdir.
Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpası uğrunda
mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin
Ankara şəhərində vəfat etmiş və Ankara şəhərinin Əsri qəbiristanlığında dəfn
olunmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.