Press "Enter" to skip to content

Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi qeyd olunur – London Post

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына

25
15. Məmmədli, Ş. Parçalanmış Borçalı və ya 1918-ci
il Ermənistan-Gürcüstan müharibəsinin acı nəticələri /Red.
Firidun Ağazadə.- B.: Azərnəşr, 1991.- 66 s.
16. Rəsulzadə, M. Əsrimizin Siyavuşu; Çağdaş
Azərbaycan ədəbiyyatı; Çağdaş Azərbaycan tarixi.- B.:
Gənclik, 1991.- 112 s.
M.Ə.Rəsulzadənin bu əsərləri Azərbaycan Demokratik
Respublikasının tarixinə, həmin dövrün ətraflı təhlilinə və
XX əsrin əvvəllərindən 50-ci illərə qədər Azərbaycanın
siyasi, iqtisadi, mədəni vəziyyətindən bəhs edir.
17. Rəsulzadə, M. Stalinlə ixtilal xatirələri /Red. Ziya
Bünyadov.- B.: Elm, 1991.- 80 (4) s.
Kitabça M.Ə.Rəsulzadənin 1954-cü ildə Türkiyədə
çap etdirdiyi məqalələrdən ibarətdir.
18. Rüstəmbəyli, M. Çarpışan qüvvələr.- B.: Maarif,
1991.- 188 s.
İlk mənbələrə əsaslanan bu kitabda Quba qəzasında
bolşeviklərin (1917-1921) yenicə yaradılmış Azərbaycan
Demokratik Respublikasına qarşı mübarizəsi verilir.

1992

19. Azərbaycan Demokratik respublikası: Tarix,
ictimai-siyasi və ədəbi-mədəni həyat [Məqalələr toplusu]
/Tərtib ed. və elmi red. Vilayət Quliyev.- B.: Azərnəşr,
1992.- 191 s.
20. Azərbaycan Demokratik Respublikasının
rəmzləri: (1918-1920): Albom /Tərtib ed. X. Əliyev.- B.:
İşıq, 1992. – 52 s. – Azərbaycan və rus dilində.
Kitabda ilk müstəqil respublika olan ADR-in (1918-
1920) fəaliyyətindən, onun dövlət gerbi, bayrağı, orden,
medal və fərqlənmə nişanlarının təsis edilməsi üçün
keçirilən müsabiqədən nadir nümunələr verilmişdir.

26
21. Azərbaycan tarixi problemlərinin
cavan
tədqiqatçılarının ikinci respublika elmi konfransının
məruzələri: 27-28 mart. /Red. heyəti Əliyev və b.
Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi.-
B.: Azərbaycan Dövlət İqtisad İnsitututunun mətbəəsi,
1992.- 345 (1) s.
Konfrans materiallarında Azərbaycan tarixinin digər
dövrləri ilə yanaşı, ADR-in də problemləri məruzəçi
alimlərin çıxışlarında öz əksini tapmışdır.
22. Həşimova, A. Azərbaycan Demokratik Cümhu-
riyyətinin siyasi fəaliyyəti haqqında (XX əsrin birinci
yarısında Azərbaycan mühacirəti 30-cu illərin sonlarına
qədər).- B.: Bilik, 1992.- 168 s.
Kitabda ADR-in yaranması, süqutu və Sovet
Rusiyasının Azərbaycanı işğal edəndən sonra ölkədə sosial-
siyasi vəziyyət, müsavatın mühacirət həyatı verilmişdir.
23. Hüseyn, B. Azərbaycan istiqlal mübarizəsi tarixi
/Türkcədən çevirəni Elşən Həsənli; Red. Məlahət Əsədova.-
B.: Azərnəşr, 1992.- 276 (4) s.
Kitab ilk dəfə 1975-ci ildə İstanbulda türk dilində nəşr
olunmuşdur. Əsərdə Azərbaycanın Rusiya tərəfindən işğalı,
yeni yaranan dövlətin problemləri, ermənilərin və
bolşeviklərin törətdikləri qırğın, türklərin hərbi yardımı öz
əksini tapmışdır. Kitabda həmçinin Azərbaycanın
mühacirətdə olan ziyalıları haqqında da geniş məlumat
vardır.
24. Məmmədzadə, M.. Milli Azərbaycan hərəkatı
/Türkcədən azərbaycancaya uyğunlaşdıran Ramiz Əsgər;
Red. Hacı Hacıyev.- B.: “Nicat”, 1992.- 246 (1) s.
ADR-in qurucularından olan Mirzə Bala
Məmmədzadə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra Türkiyəyə mühacirət etmiş, orada yazdığı bu kitabda
xalqımızın XX əsrin əvvəllərindən başlayaraq rus

27
imperializminə qarşı milli istiqlal uğrunda apardığı
mübarizəni göstərmişdir.
25. Nəcəfov, B. Azərbaycan Demokratik Respublikası:
Daxili və xarici siyasəti /Elmi red. tarix elmləri doktoru S.N.
Qarayev. – B., 1992.- 77 s.
26. Rəsulzadə M. Əsərləri /Toplayanı, tərt. edəni prof.
Ş.Hüseynov.- B.: Azərnəşr, 1992.- C. 1: (1903 – 1909).-
469 (3) s.
Kitaba Azərbaycan Xalq Cümhuriyyətinin yara-
dıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi
M.Ə.Rəsulzadənin 1903-1909-cu illərdə “Şərqi-Rus”,
“Hümmət”, “İrşad”, “Tərəqqi”, “Füyuzat” və s. qəzet və
jurnallarda çıxan 280-a yaxın yazısı daxil edilmişdir.

1993

27. Cəfərov, N. Milli-ictimai fikir tariximizdən: 14
fevral 1917 /Rəyçi t.e.n. N.Nəsibzadə; Red. Sədaqət
Cabbarova.- B.: Azərnəşr, 1993.- 78 s.
Kitabda o dövrün bir çox görkəmli şəxsiyyətlərinin
ictimai-siyasi görüşləri, 1914-1917-ci illərdə Azərbaycan
ictimai fikrində hökm sürən ayrı-ayrı cərəyanlar araşdırılır.
28. Çəmənzəminli, Y. Xarici siyasətimiz /Tərtib. və
ön söz Tofiq Hüseynoğlu. – B.: Azərnəşr, 1993.- 50 (2) s.
29. Həsənov, C. Azərbaycan beynəlxalq münasibətlər
sistemində: (1918-1920-ci illər). /Elmi red. tar. elm. dok.
Süleyman Əliyarov; Red.Əsədova Məlahət.- B.: Azərnəşr,
1993.- 61 (3) s.
Kitab ADR-in beynəlxalq münasibətlər sisteminə daxil
olması uğrunda mübarizəsinə həsr edilmişdir.
30. Məmmədzadə, M. Ermənilər və İran /Əski
əlifbadan çevirəni, ön söz və lüğətin müəllifi Ataxan
Paşayev; Red. Məlahət Əsədova.- B.: Azərnəşr, 1993.- 40 s.

28
Kitabda 1920-ci ildən sonra Ermənistandan İrana
qaçmış daşnaq tör-töküntülərin İranı erməni milli
hərəkatının mərkəzinə çevirmələri, türk əhalisini kütləvi
surətdə qırmaları və s. verilmişdir.
31. Ziyadxanov, A. Azərbaycan /Red. Vasif Quliyev.-
B.: Azərbaycan, 1993.- 175 (1) s.
Müəllif Azərbaycan haqqında tarixi, ədəbi və siyasi
məlumat verərək, onun müstəqilliyə qədərki tarixinin
dolğun səciyyəsini vermişdir.

1994

32. Çəmənzəminli, Y.. Müstəqilliyimizi istəyiriksə.
/Tərtib. ed. Alxan Bayramoğlu.- B.: Gənclik, 1994.-71 (1) s.
Müəllifin kitaba daxil edilmiş oktyabr inqilabından
əvvəl dərc olunmuş məqalələrində müxtəlif erməni
diasporunun və rus bolşevizminin türk xalqlarına qarşı
təcavüzlərindən danışılır.
33. Məmmədzadə, M. Azərbaycanın diplomatik
mübarizəsi: Milli hərəkatı, 27 aprel işğalı və Müsavat.- B.,
1994.- 19 s.
Kitabda Azərbaycan Demokratik Respublikasının
süqutundan sonra xaricə mühacirət etmiş müsavatçıların
istilaya qarşı mübarizələri haqqında məlumat verilir.
34. Orucov, N. 1918-1920-ci illərdə Azərbaycan
Demokratik Respublikasında əmək hüququ münasibətlərinin
nizama salınması /Elmi red. İ. İsmayılov.- B., 1994.- 103
(1) s.
Kitabda fəhlə və qulluqçuların əmək hüququ
məsələlərinin hüquqi təhlili verilmişdir.
35. Orucov, N. İrəvan, Naxçıvan və Zəngəzur
soyqırımı: (1918-1920-ci illərdə erməni silahlı qüvvələrinin
Azərbay-can türklərinə qarşı etdikləri vəhşiliklər haqqında)
/Rəyçilər fəl.elm. dok., prof. F.Ramazanov, fəl. elm. nam.,

Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi qeyd olunur – London Post – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

20 Mart, Bazar ertəsi
Günün xəbərləri

Xəbər xətti

20.03.2023

19.03.2023

Ən çox oxunan xəbərlər

Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi qeyd olunur – London Post

Siyasi analitik Anastasiya Lavrinanın məqaləsi The London Post-da dərc olunub

28.05.2019 14:15 Фото: 9 Канал–> Siyasət A- A A+

Bu gün, 28 may tarixində Azərbaycan 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulmasının 101 illiyini qeyd edir. Bu milli bayram, Rusiya ilə İran arasında bölünmüş və öz dövlətçiliyindən məhrum olmasına baxmayaraq, azadlıq uğrunda mübarizə aparan Azərbaycan xalqının tarixinin ən parlaq səhifəsidir.

“London Post” müstəqil araşdırmaçı, politoloq Anastasiya Lavrinanın Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar yazdığı məqaləni dərc edib.

Azərbaycan xalqının uzunmüddətli milli azadlıq mübarizəsindən sonra, 1918-ci il mayın 28-də Tiflisdəki Qafqazın köhnə qubernator sarayının binasında İstiqlal Bəyannaməsi imzalandı. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən şiddətli döyüşlər və şəhərin azad edilməsindən sonra sentyabrın 17-də Azərbaycan Demokratik Respublikasının hökuməti Bakıya köçdü. Müstəqil Azərbaycanın yalnız 23 ay mövcud olmasına baxmayaraq, Sovetin 11-ci Qırmızı Ordusunun 1920-ci il aprelin 28-dəki işğalına və Azərbaycan Sovet Sosialist Respublikasını yaradana qədər olan qısa müddətdə əsas dövlət institutları yaradılmışdı və idarəçilik üç qola ayrılırdı. Hökumət bir neçə qanun qəbul etdi və müxtəlif siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirdi. Azərbaycan Milli Şurası ölkədə bütün etnik və dini qrupları təmsil edən 120 nəfərdən (80 nəfər müsəlman, 21 erməni, 10-u rus, 1 alman, 1 yəhudi, 1-i isə gürcü, 1-i polyak idi) ibarət idi. 1 sentyabr 1919-cu ildə Müsəlman Şərqində ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti yaradıldı. Müsəlman Şərqində ilk dəfə müstəqil Azərbaycanda qadınlar səs vermək hüququna malik oldular.

Qırmızı Ordunun işğalı nəticəsində ilk Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də mövcudiyyətini itirdi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini yenidən bərpa edə bildi.

Azərbaycanın uğurlu inkişafının 3 müsbət cəhəti
Multikultural və bərabərhüquqlu cəmiyyət

Hər hansı dövlətin gücü xalqının gücü və cəsarətindən qaynaqlanır. Azərbaycan xalqı cəsarətini dəfələrlə nümayiş etdirib və sübut edib. Bundan əlavə, Azərbaycan bütün dünyada, səmimiliyi, qonaqpərvərliyi və ən əsası, həmrəyliyi ilə tanınır. Bütün bunlar əsrlər boyu ölkə tərəfindən dəstəklənən multikultural bir cəmiyyətin mövcudluğunun nəticəsidir. Bu sahədə mövcud dövlət siyasəti və qazanılmış təcrübə həmrəylik və azadlığın inkişafına dəstək verən şüarların səsləndirildiyi Avropa ölkələri də daxil olmaqla digər ölkələr üçün nümunədir.

Azərbaycan təkcə multikulturalizm ideyasını dəstəkləmir, eyni zamanda hər bir mədəniyyətə diqqət və qayğıyla yanaşır, öyrənir və dövlət ərazisində yaşayan bütün xalqların adət-ənənələri ilə həmrəylik nümayiş etdirir. Bunun sübutu olaraq, dövlət başçısının 2014-cü il fevralın 28-də verdiyi göstərişə uyğun olaraq tolerantlığın qorunması məqsədilə beynəlxalq məsələlər, multikulturalizm və dini məsələlər üzrə Azərbaycan Respublikası yanında Dövlət Məşvərət xidmətinin yaradıldığını xatırlatmaq vacibdir. 2014-cü il mayın 15-də Azərbaycan Prezidentinin fərmanı ilə tolerantlıq və mədəni, dini, dil müxtəlifliyinin qorunması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bundan əlavə, mərkəz multikulturalizmin mövcud modellərini öyrənmək və Azərbaycanda tətbiqlərini stimullaşdırmaq məqsədi daşıyır.

Bu gün bəzi etnik qrupların hüquqlarının pozulması və ayrı-seçkilik kimi etnik münaqişələrin başlanmasına səbəb olan bir çox nümunələri görə bilərik. Azərbaycanda cəmiyyətin dini və ya etnik mənsubiyyətə bölünməsi kimi bir şey yoxdur, yalnız bir anlayış var – Azərbaycan xalqı, və o hansı dinə və ənənələrə əməl etməyə özü qərar verir. Məhz bu, dövlətin daxili və xarici siyasətinin inkişafı üçün əsas təşkil etməklə ölkədə sabitliyin yaranmasına imkan yaradır. Bundan əlavə, xalqın birliyi güc deməkdir.

Balanslaşdırılmış siyasət

Azərbaycanın Avropanın və Asiyanın arasında yerləşən Qafqaz regionundakı strateji mövqeyi hökumətə regional və qlobal səviyyədə güclü beynəlxalq münasibətlər, diplomatik və ticarət əlaqələri qurmağa imkan verdi. Burada Azərbaycanın təkcə zəngin təbii ehtiyatları və əlverişli siyasi və coğrafi mövqeyi deyil, həm də onun balanslaşdırılmış xarici siyasəti, ölkədə baş verən proseslər, sosial və siyasi sabitlik, dünya ictimaiyyətinə inteqrasiya, davamlı inkişaf və digər amillər rol oynayır. Azərbaycanın bölgədə və onun xaricində yeritdiyi xarici siyasəti yaxşı qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlığa əsaslanır.

Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistan arasında çox əlverişli, lakin eyni zamanda çox mürəkkəb coğrafi mövqeyə malikdir. ABŞ-ın İrana təzyiqini və Rusiyanın regiona təsirinə nəzərə alsaq, Azərbaycan hər iki ölkə ilə balanslı siyasət və dostluq münasibətləri qurub və saxlaya bilib. Azərbaycan Gilan vilayətinin qərbindəki Astara dəmir yolu yük stansiyası üçün 60 milyon dollar sərmayə yatırır. Bundan əlavə, Azərbaycan İrana “Rəşt-Astara” dəmir yolunun tikintisi üçün layihənin həyata keçirilməsinə 500 milyon dollar həcmində kredit verib. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən, həmçinin Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir.

Eyni zamanda, Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif üçtərəfli nəqliyyat və enerji layihələrinin əsas sponsorlarından biridir. Cənub Qaz Dəhlizi Azərbaycanın qazını Avropaya nəql etməyi nəzərdə tutan dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Bu layihə Azərbaycanın Gürcüstanın, Türkiyənin və Avropa Birliyinin bəzi üzvlərinin enerji təhlükəsizliyinə verdiyini töhfəsini artıracaq.

Bu il Avropa İttifaqı və onun Azərbaycan da daxil olmaqla Şərq tərəfdaşları Şərq Tərəfdaşlıq Proqramının 10 illik yubileyi qeyd edir. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara və layihələrə üzvlüyü Azərbaycanın fikrinin, mövqeyinin və səsinin eşidilməsini təmin edir.

Azərbaycanla bağlı olan hər hansı layihədən təcrid edilmiş yeganə ölkə qonşu Ermənistandır. 1980-ci illərin sonlarında Ermənistan ərazi Azərbaycan ərazisinin 20 faizini işğal etmək üçün Azərbaycana qarşı etnik təmizləmə siyasətini yeritməyə başladı. Bu siyasətin nəticəsində 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 ətraf rayonu işğal etdi. Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinə baxmayaraq, Ermənistan hökuməti onları yerinə yetirmir. Eyni siyasət, erməni hökumətinin başında kimin durmasından asılı olmayaraq, əhəmiyyətli dəyişikliklər olmadan təxminən 30 il davam edir.

Gənclərin inkişafına sərmayə

Hər hansı bir ölkənin gələcəyi güclü gənclərdən asılıdır. Gənclərlə bağlı islahatlara sərmayə qoymaq, davamlı gələcəyə investisiya qoymaq deməkdir. XX əsrin sonlarında müstəqillik bərpa edildikdən sonra Azərbaycan ictimai, siyasi və sosial-iqtisadi həyatın bir çox sahələrində fundamental islahatlar aparmağa başladı. Bundan əlavə, ən mühüm vəzifələrdən biri də cəmiyyətin və dövlətin inkişafı üçün əsas hərəkətverici qüvvə kimi gənclərin fəaliyyətinin əlaqələndirilməsi idi.

Bir çox ölkələrdə gənclər və siyasi partiyalar arasındakı əlaqələr gərgindir. Şübhə və etibarsızlığı aradan götürmək üçün gənclər siyasi partiyalarla uğurlu əməkdaşlıq etmək sahəsində bacarıq və motivasiyanı inkişaf etdirirlər. Eyni zamanda, siyasi partiyalar gənclərin qərar qəbul etmə prosesində iştirakı üçün maneələrin aradan qaldırılması məqsədilə onlara meydan verilməsini təşviq edirlər. Azərbaycanda gənclər öz layihələrini və ya kampaniyaların təşkili üçün dəstək alırlar. Bundan əlavə, gənclər yerli, regional və milli səviyyələrdə müxtəlif könüllü tədbirlərdə iştirak edirlər.

Azərbaycanda müasir gənclik siyasəti 1994-cü ildən başlayıb. Həmin il dövlət başçısı gənclər üçün yeni imkanlar açan Gənclər və İdman Nazirliyini yaratdı. Bu gün gənclər müxtəlif sahələrdə böyük uğur qazanır və ölkənin ümumi inkişafına böyük töhfə verir. Azərbaycan Gənclər Fondu gənclərə inkişafına dəstək vermək məqsədilə onlara fərdi ideyalarını həyata keçirmək və ya böyük layihələr həyata keçirməkdə kömək edir.

Təhsilə sərmayə qoyuluşu gənclərin inkişafı üçün daha bir əsasdır. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı uğurla başa çatıb və 2019-2023-cü illərdə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyini artırmaq üçün yeni Dövlət Proqramı qəbul edilib. Bu proqramların dəstəyi ilə, yüzlərlə tələbə xaricdə təhsil ala bilmiş və iş yerində və bütövlükdə cəmiyyətin inkişafında biliklərini tətbiq ediblər.

Bu gün Azərbaycan xalqı Müsəlman Şərqindəki ilk demokratik, dünyəvi dövlətin qurulmasının 101 illik yubileyini qeyd edir və insanları fəxarət hissi keçirir.

Müəllif Anastasiya Lavrina, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi, Avrasiya üzrə politoloq, beynəlxalq natiq və bir sıra aparıcı televiziya proqramlarının iştirakçısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

Nəcəfov b azərbaycan demokratik respublikası

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan Demokratik Respublikasının xarici siyasəti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.